Press "Enter" to skip to content

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakıları ifadə edir:

Xankəndi

Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar keçirilib.

DMX-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Xidmət rəisi Vüsal Hüseynov seminarın qurum əməkdaşlarının bilik və bacarıqlarının daha da artmasına töhfə verəcəyini bildirib.

Sonra GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Tomas Meyer çıxış edərək təlimin keçirilməsində DMX-yə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, DMX-nin təlimlərə önəm verməsini yüksək qiymətləndirib.

Seminarda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi, inzibati icraatın başlanılması əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrasına dair mövzuların təqdimatı edilib.

Qeyd edək ki, tədbirdə DMX-nin aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu

Qəbul edilmişdir: 7 dekabr 1999-cu il. № 769-IQ.
Əlavə və dəyişikliklər:

1. 23 noyabr 2001-ci il
2. 28 dekabr 2001-ci il
3. 30 aprel 2002-ci il

Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

I Fəsil

Ümumi müddəalar

Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.

Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə, həmçinin onun hüdudlarından kənarda yaradılan kütləvi informasiya vasitələri məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir.

Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakıları ifadə edir:

kütləvi informasiya – axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;

kütləvi informasiya vasitələri – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;

teleradio və kinoxronika proqramları – daimi adı olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu;

dövri mətbu nəşrlər – çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qazetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;

kütləvi informasiya vasitəsinin məhsulu – mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi;

kütləvi informasiya vasitəsi məhsulunun yayılması – dövri mətbu nəşrlərin, teleradio proqramlarının audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi;

ixtisaslaşmış kütləvi informasiya vasitələri – istehsalı (yayımı) üçün bu Qanunda xüsusi qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;

məsul redaktor – mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs;

naşir – mətbu nəşrin məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, digər müəssisə (sahibkar), naşirə bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət növü olan fiziki və ya hüquqi şəxs;

yayıcı – redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs;

pornoqrafik materiallar – əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar.

Maddə 4. Kütləvi informasiya vasitələrinin istehsalı və yayımının əsas prinsipləri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 5. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Rabitə haqqında”, “Dövlət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edirlər.

Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ vardır.

Maddə 6-1. Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi
Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər.

II Fəsil

Kütləvi informasiya azadlığının əsasları

Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idərə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat verir, kütləvi informasiya vasitələri məhsullarının istehsalı və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısını almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür.

Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin butövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Maddə 10-1. Gizli lent yazıları
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:

şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;

məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.

Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.

Maddə 11. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar.
Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:

1) şəxsin gizli saxlanmaq şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;

2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;

3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;

4) cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.

Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun, yaxud jurnalistin üzərinə düşür.

Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:

insan həyatının müdafiəsi üçün;

ağır cinayətin qarşısını almaq məqsədilə;

ağır cinayət törətməkdə ittiham olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.

Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.

Maddə 12. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektivlərindən və oxucu məktublarından istifadə edilməsi
Müəlliflik hüquq və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir.

Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materialları dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz.

Maddə 13. Reklamın yayılması
Kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və yayılır.

III Fəsil

Kütləvi informasiya vasitələrinin təşkilinin hüquqi əsasları

Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis edilməsi
Mətbu nəşrin təsis edilməsi üçün dövlət orqanından icazə tələb olunmur.

Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar göstərilməlidir:

Mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı;

Mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı;

Mətbu nəşrin təsisçisi, yaxud redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi.

Mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda, yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.

Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.

Xarici ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1\3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).

Bu maddənin beşinci hissəsində və bu Qanunun 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə yol verilmir.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər;

Dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər.

Maddə 15. İxtisaslaşmış kütləvi informasiya vasitələri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 16. İnformasiya agentliyi
Kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir.

İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir.

Maddə 17. Təsisçinin statusu
Təsisçi (həmtəsisçi) kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir.

Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış və bəyanatının maksimum həcmi redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnəməsində, yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında bağlanmış müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış, bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır.

Təsisçi (idarə, müəssisə, təşkilat, dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər) ləğv olunarsa, əgər qeydiyyatdan keçirilmiş nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, redaksiya kollektivi eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə üstün hüquqa malikdir.

Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin istehsalına və yayımına müdaxilə etmir.

Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər.

Maddə 18. Naşirin statusu
Naşir öz hüquqlarını bu Qanun, habelə Azərbaycan Respublikasının müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır.

Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.

Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Maddə 20. Müqavilə bağlanması qaydası
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri arasında bağlanmış müqavilədə onların qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyətləri, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, şərtləri və hüquqi nəticələri, yarana biləcək mübahisələrin həlli göstərilir.

Təsisçi və redaksiya (redaktor, baş redaktor) arasında bağlanmış müqavilədə əmlak və maliyə münasibətləri, habelə təsisçinin və redaksiyanın (redaktorun, baş redaktorun) öhdəlikləri öz əksini tapır.

Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə naşir, təsisçi və naşir öz aralarında digər müqavilələr də bağlaya bilərlər.

Maddə 21. Kütləvi informasiya vasitələrinə sponsorluq
Kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.

Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kütləvi informasiya vasitələrinə qismən (mətbu nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər.

Kütləvi informasiya vasitələrinə sponsorluq aparıcının və jurnalistin müstəqilliyinə təsir edə bilməz.

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərdə titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulları da müəyyən edilə bilər.

IV Fəsil

Mətbu nəşrin istehsalının hüquqi əsasları

Maddə 22. Mətbu nəşrin redaksiyası
Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir.

Redaksiya hüquqi şəxs, dövri mətbu nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi, naşiri və yayıcısı ola bilər.

Mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və Azərbaycan Respublikası vətəndaşı olmalıdır.

Maddə 23. Redaksiyanın nizamnaməsi
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 24. Baş redaktor (redaktor)
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 25. Baş redaktorun (redaktorun) səlahiyyətləri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 26. Çap məhsullarının yayılma qaydası
Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər.

Mətbu nəşrlərin çap məhsullarının yayılması, bundan ötrü haqq alınırsa, kommersiya sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.

Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir.

Maddə 27. Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları
Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.

Məhkəmə bu maddənin birinci hissəsinin tələblərinə zidd olaraq mətbu nəşrin artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə operativ qərar qəbul edə bilər.

Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır:

təsisçi (həmtəsisçi) barədə məlumat;

baş redaktorun (redaktorun) soyadı və adı;

sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);

rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;

qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;

redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.

İstinad məlumatının göstərildiyi kütləvi informasiya vasitələri məhsullarının çapı və yayılması qadağan edilir.

Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir.

Maddə 30. Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 31. Rəsmi məlumatların yayılması
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktubları, lent yazıları və s.) bir il müdətində saxlanılır.

Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir.

V Fəsil
Televiziya və radio (teleradio) fəaliyyətinin hüquqi əsasları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

VI Fəsil
İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi

Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakteri məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə, təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.

Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və düzəlişi dərc etməlidirlər.

Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.

Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.

Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.

Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslaşdırılmış məlumat verilməlidir.

Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:

məhkəmənin qanuni güvvəyə minmiş qərarına ziddirsə;

həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;

təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;

məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyət müddətləri istisna olmaqla).

VII Fəsil

Jurnalistin statusu və akkreditəsi

Maddə 46. Jurnalistin hüquqları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 47. Jurnalistin vəzifələri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 48. Gizli lent yazıları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 49. Jurnalist statusu
Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:

1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;

2) kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.

Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.

Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.

Jurnalist və ya redaksiya tərəfindən akkreditə qaydaları pozulmuşdursa, yaxud akkreditə etmiş təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursa, həmin təşkilat jurnalisti akkreditədən məhrum edə bilər.

Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi də bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir.

VIII Fəsil

Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq

Maddə 51. Beynəlxalq əməkdaşlıq
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları əcnəbilər və xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə sazişlər bağlaya bilərlər.

Maddə 52. Xarici mənbələrdən alınan informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var.

Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.

Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilədə müəyyən edilməmişdirsə, onun yayılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.

Maddə 53. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir.

Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.

Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən edilmiş statusu şamil edilir.

Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.

Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirinə münasibətə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.

IX Fəsil

Kütləvi informasiya vasitələrinin iqtisidi əsasları

(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

X Fəsil

Bu qanunun pozulmasına görə məsuliyyət

Maddə 58. Məsuliyyətin şamil edildiyi subyektlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)

Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət
Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:

senzura tətbiq etmək;

peşə müstəqilliyini pozmaq;

tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;

jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;

jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdək imtina etmək;

jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək;

habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər.

Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):

1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;

2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;

3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;

4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;

5) pornoqrafik materialları dərc etdikdə və ya verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Maddə 61. Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət
Kütləvi informasiya vasitələri haqqında qanunun müddəaları aşağıdakı hallarda pozulursa:

1) təkzib, düzəliş və cavabdan əsassız olaraq imtina edildikdə, məhkəmənin qanuni güvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə – redaksiya (məsul redaktor);

2) bu Qanunun 9-cu, 11-ci, 13-ci, 21-ci və 28-ci maddələrinin tələblərini yerinə yetirmədikdə – təsisçi, redaksiya, naşir və yayıcı;

3) çap məhsulunun qanuni əsaslarla yayılmasına mane olduqda, dövri mətbu nəşrin tirajının pərakəndə satışına qeyri-qanuni məhdudiyyətlər qoyduqda – dövlət orqanları, idarə, müəssisə və təşkilatlar;

4) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanunazidd şəkildə maliyyələşdirmələrinə yol verdiklərinə görə – təsisçi və baş redaktor (redaktor);

5) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda – naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Maddə 62. Məsuliyyətdən azadedilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:

1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;

3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;

4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxarışlarında olduğu kimi təkrar edilmişdirsə;

5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcədə jurnalist buna görə məsuliyyət daşımır.

Reklam haqqında qanun

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra — əmtəə) bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:

  • «reklam» — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
  • «sosial reklam» — qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;
  • «yolverilməz reklam» — yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır;
  • «əksreklam» — yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır;
  • «reklam istehlakçısı» — nəticə etibarilə ona təsir edən, yaxud edə bilən reklam məlumatı nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxsdir;
  • «reklam daşıyıcısı» — mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər texniki qurğu və avadanlıqlar) istənilən vasitədir;
  • «reklam sifarişçisi» — reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir;
  • «reklam istehsalçısı» reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir;
  • «reklam yayıcısı» — əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən (yayan) fiziki və ya hüquqi şəxsdir;
  • «reklam agentliyi» — hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat;
  • «sponsorluq» — könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsidir;
  • «oferta» — müqavilə bağlamaq niyyətində olan şəxsin bir və ya bir neçə konkret şəxsə ünvanlanan, müqavilənin mühüm şərtləri göstərilən və bu şəxsin təklifinə cavab verən hər bir şəxslə onun müqavilə bağlamaq iradəsində olduğunu göstərən təklifdir.

Maddə 2. Qanunun tətbiq sahəsi

1. Bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir.

2. Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir.

Maddə 3. Reklam fəaliyyətinin subyektləri

İstehsalçı, əmtəə, xidmət, ideya, yeniliklər haqqında maraq formalaşdırmaq və ya marağı saxlamaq istiqamətində məqsədyönlü fəaliyyət göstərən reklam sifarişçiləri, istehsalçıları və yayıcıları, reklam agentlikləri reklam fəaliyyətinin subyektləridirlər.

Maddə 4. Reklam haqqında qanunvericilik

Azərbaycan Respublikasında reklam fəaliyyəti bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, beynəlxalq müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.

Maddə 5. Reklama müəlliflik hüququ

Reklam «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlərlə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektidir və bu hüquqlar mövcud qanunvericiliyə uyğun olaraq qorunur.

II fəsil. Reklama ümumi və xüsusi tələblər

Maddə 6. Reklama ümumi tələblər

1. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır.

Bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir.

Əvvəlcədən müvafiq xəbərdarlıq etmədən, qeyri-reklam xarakterli kütləvi informasiya, kino və nəşr məhsullarında, konkret əmtəəyə, yaxud istehsalçıya, icraçıya və ya satıcıya maraq formalaşdırmaq və ya marağı saxlamaq məqsədi ilə, reklam istehlakçısının diqqətini məqsədyönlü şəkildə cəlb edilməsinə yol verilmir. Bu materiallar hissə-hissə yayıldıqda, reklam haqqında xəbərdarlıq da bu hissələrin sayına uyğun təkrar olunmalıdır.

Kütləvi informasiya vasitələrində reklam informasiya, redaksiya və ya müəllif materialı kimi dərc olunduqda, yaxud yayıldıqda, ondan ötrü haqq alınmır.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehsalı və realizə olunması qadağan olunan əmtəənin reklamına yol verilmir.

3. Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, reklamda lisenziyanın nömrəsi və bu lisenziyanı verən təşkilatın adı göstərilməlidir.

4. Reklam olunan əmtəənin sertifikatlaşması zəruri olduğu halda reklam yayımı «mütləq sertifikatlaşmalıdır» yazısı ilə müşayiət olunmalıdır.

5. Müstəsna hüquq obyektlərinin (intellektual mülkiyyət) reklamda istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilə bilər.

6. Reklam vətəndaşları zorakılığa, təcavüzə çağırmamalı, çaşqınlıq yaratmamalı, həmçinin fiziki şəxslərin sağlamlığına və təhlükəsizliyinə xələl gətirə bilən hərəkətlərə, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına yönəlmiş fəaliyyətə təhrik etməməlidir.

7. Mədəniyyət sərvətləri, o cümlədən dini təyinatlı mədəniyyət sərvətləri onların mənsub olduğu mülkiyyətçilərin (istifadəçilərin), o cümlədən dini qurumların razılığı olmadan reklam məqsədi ilə istifadə edilə bilməzlər.

8. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

9. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) qiyməti göstərildikdə, həmin qiymət yalnız manatla göstərilməlidir.

Maddə 7. Haqsız reklam

Aşağıdakı hallarda reklam haqsız sayılır:

  • reklam olunan əmtəədən istifadə etməyən hüquqi və fiziki şəxsləri gözdən saldıqda;
  • mahiyyətcə reklam olunan əmtəə ilə digər hüquqi və fiziki şəxslərin əmtəələri arasında qeyri-etik müqayisə apardıqda, həmçinin rəqibin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu təhqir edən obraz və məna daşıdıqda;
  • reklam olunan əmtəə haqqında, başqa reklamlarda istifadə olunmuş ümumi layihəni, mətni, reklam formullarını, əksləri musiqi və ya səs effektlərini imitasiya və köçürməklə, həmçinin fiziki şəxslərin etimadından, yaxud onların təcrübəsizliyindən sui-istifadə etməklə, o cümlədən reklamda əhəmiyyətli informasiyanın müəyyən hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirdikdə.

Haqsız reklama yol verilmir.

Maddə 8. Qeyri-dəqiq reklam

Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:

  • əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;
  • əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları;
  • reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti);
  • ödəmənin əlavə şərtləri;
  • əmtəənin yerinə çatdırılması, dəyişdirilməsi, geri qaytarılması, təmiri və digər xidmətlər;
  • yararlılıq müddəti, xidmət müddəti və təminat öhdəliyi;
  • dövlət rəmzlərindən (bayraq, gerb, himn), həmçinin beynəlxalq təşkilatların rəmzlərindən istifadə hüquqları;
  • rəsmi tanınmaq, medallar, prizlər, diplomlar və digər mükafatların alınması;
  • əmtəə seriyanın müəyyən qismi təşkil edirsə, onun tam seriyasının əldə edilməsi haqqında məlumat verilməsinin mümkünlüyü;
  • tədqiqat və sınaqların nəticələri, elmi terminlər, texniki, elmi və digər dərc olunmuş materiallardan sitatlar;
  • statistik məlumatlar;
  • başqa əmtəə (əmtəələr) ilə, həmçinin digər fiziki və hüquqi şəxslərin mövqe və hüquqları ilə müqayisə;
  • reklam sifarişçisi haqda məlumat və əmtəəyə olan tələbatın faktiki ölçüsü.
  • Sənədli şəkildə təsdiqlənmədiyi halda «ən», «yalnız», «təkcə» və bu kimi digər terminlərdən istifadə edildikdə.

Qeyri-dəqiq reklama yol verilmir.

Maddə 9. Qeyri-etik reklam

1. Aşağıdakı hallarda reklam qeyri-etik sayılır:

  • mətnində, görünüşündə və səslənməsində irqlər, millətlər, peşələr, sosial kateqoriyalar, yaş qrupları, cinslər, dillər, yaxud fiziki şəxslərin dini, fəlsəfi, siyasi və digər formada əqidələrinə, həmçinin ümumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd olan təhqiramiz sözlər, müqayisələr və obrazlar işlədildikdə;
  • milli və ümumbəşəri mədəni irs olan incəsənət obyektlərini, Azərbaycan Respublikasının və başqa dövlətlərin milli valyutalarını, dini rəmzləri, hər hansı fiziki və ya hüquqi şəxsi, fəaliyyəti, peşəni və ya əmtəəni gözdən saldıqda.

2. Fiziki və ya hüquqi şəxsin mənliyinə, işgüzarlıq nüfuzuna, hüququna xələl gətirə bilən (böhtan, iftira və s. xarakterli) reklam yayıldığı təqdirdə o, reklam sifarişçisinə, istehsalçısına və yayıcısına dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəmədə (iqtisad məhkəməsində) iddia qaldıra bilər.

Qeyri-etik reklama yol verilmir.

Maddə 10. Bilərəkdən yalan reklam

O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir.

Bilərəkdən yalan reklama yol verilmir.

Maddə 11. Gizli reklam

Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr tətbiq etməklə) gizli reklam sayılır.

Gizli reklama yol verilmir.

Maddə 12. Teleradio proqramlarında (verilişlərində) reklamın xüsusiyyətləri

Teleradio proqramlarında (verilişlərində) reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 13. Dövri mətbuatda reklamın xüsusiyyətləri

Reklam xarakterli məlumat və materiallar üzrə ixtisaslaşmayan dövri mətbuat orqanında bir nömrənin ümumi həcminin 40 faizindən çoxunu reklam təşkil edə bilməz.

Maddə 14. Kino, video və arayış xidmətində reklamın xüsusiyyətləri

1. Kino və video xidmətində filmin nümayişini, hissələr (seriyalar) arası istisna olunmaqla, reklamla kəsməyə yol verilmir.

2. Telefon arayış xidmətində reklam yalnız abonent tərəfindən soruşulan arayış (arayışlar) verildikdən sonra təqdim oluna bilər.

3. Ödənişli telefon arayışı kompüter və digər xidmətlərdə reklam yalnız abonentin razılığı ilə təqdim edilə bilər. Bu reklamın qiyməti abonentə verilən arayışın dəyərinə daxil edilə bilməz.

Maddə 15. Küçə (divar) reklamının xüsusiyyətləri

1. Şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə reklam yayımı plakat, stend, işıq tabloları və sabit yerləşdirilən digər texniki qurğular şəklində, bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərində göstərilən qaydalarda həyata keçirilə bilər. Küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır.

2. Şəhər, kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamını müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə yerləşdirmək olar.

3. Avtomobil yollarının təhkim zolağında reklam lövhələri, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmayan digər məlumat işarələri və göstəriciləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla, avtomobil yollarının mülkiyyətçisi ilə reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında yerləşdirilə bilər.

4. Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün dövlət rüsumu ödənilir.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcısı tərəfindən müqavilə əsasında ödənilən haqq müvafiq bələdiyyələrin hesabına köçürülür; dövlət mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcısı tərəfindən müqavilə əsasında ödənilən haqq isə müvafiq icra hakimiyyəti orqanının hesabına daxil edilir.

Reklam yayıcıları xüsusi mülkiyyətdə olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamını onların mülkiyyətçisi (mülkiyyətçiləri) ilə bağlanılan müqavilə (bu maddənin 2-ci və 3-cü bəndlərində göstərilən tələblər nəzərə alınmaqla) əsasında yerləşdirə bilərlər.

5. Küçə reklamının bina, tikili (o cümlədən, mədəniyyət abidələrinin, mərasim obyektlərinin, qorunan təbiət komplekslərinin) və digər obyektlərdə yerləşdirilməsi yolu ilə yayımı, həmçinin bu reklamın yayımı üçün ödəniş haqqının miqdarı və ödəniş qaydası (bu maddənin 2, 3 və 4-cü bəndlərində göstərilən tələblər nəzərə alınmaqla) mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.

Maddə 16. Nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın xüsusiyyətləri

1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir.

2. Poçt göndərişlərində reklamın yayımı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilə bilər.

Bu halda reklamın yayımına sərf olunan məbləğ icazə verən orqanın çəkdiyi xərcdən çox ola bilməz. Göstərilən məbləğ bütövlükdə dövlət büdcəsinə daxil olmalıdır.

Maddə 17. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiyyətləri

1. Spirtli içkilərin, tütün və tütün məmulatlarının bütün üsullarla reklamına aşağıdakı hallarda yol verilmir:

  • spirtli içkilərin içilməsi və siqaret çəkilməsi prosesinin nümayiş edilməsinə;
  • spirtli içkilərin içilməsinin ictimai, idman və şəxsi uğur qazanmaqda, yaxud fiziki və ya psixi halın yaxşılaşmasında vacib rolu olması təəssüratının yaradılmasına;
  • spirtli içkidən imtina edənlərin gözdən salınmasına;
  • alkoqolun, tütün və tütün məmulatlarının müsbət müalicəvi xassələri haqda məlumatların verilməsinə;
  • müəyyən məhsulun tərkibində alkoqolun və nikotinin çox olmasının bu məhsulun üstünlüyi kimi təqdim edilməsinə;
  • bilavasitə yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edildikdə, obraz kimi yeniyetmə və gənclər arasında populyar olan şəxslərdən və idmançılardan, həmçinin 25 yaşadək istənilən şəxsdən istifadə edilməsinə;
  • spirtli içki və tütün məmulatları reklamlarının radio-teleyayımlarda yerli vaxtla saat 7.00-dən 22.00-dək yayılmasına;
  • spirtli içki və tütün məmulatları reklamının yetkinlik yaşına çatmayanlar və qadınlar üçün nəzərdə tutulan radio və televerilişlərdə, kino və video məhsullarda, mətbuat orqanında hər hansı şəkildə yayımına;
  • spirtli içkinin qəzetlərin birinci səhifələrində, jurnalların titul səhifələrində reklam yayımına;
  • spirtli içkinin uşaq, təhsil, idman obyektlərində, ayin binalarında və tikililərdə, həmçinin onlardan 100 metrədək məsafədə reklam yayımına.
  • spirtli içki və tütün məmulatlarının idman yarışlarının radio teleyayımı zamanı reklam yayımına.

2. Tütün və tütün məmulatlarının reklamı qadağan edilir.

3. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, habelə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına yol verilmir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

4. Tərkibində narkotik vasitələr və psixotrop maddələr olan preparatların reklamına yol verilmir.

5. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan tibb vasitələrinin reklamına bu maddənin 3-cü bəndində göstərilən tələblər nəzərə alınmaqla, habelə transplantasiyaya aid reklama yalnız tibb sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.

6. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam yayımına yol verilmir.

7. Bütün növ silahların, hərbi texnikanın reklamına (icazə verilmiş ov və idman silahları istisna olmaqla) yol verilmir.

8. Reklam fəaliyyətində parnoqrafiyadan istifadə qadağandır.

9. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir:

  • süni qida məhsullarında körpələrin təsvir olunmasına;
  • qida formulları barədə məlumatların elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdən başqa digər nəşrlərdə verilməsinə;
  • süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılmasına;
  • süni qida məhsullarının reklamında süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünün yaradılmasına və ya ana südünün üstünlüyünün qeyd olunmamasına;
  • süni qida məhsulları ilə bağlı məlumatların hamilə qadınlar və analar arasında yayılmasına.

10. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir.

Maddə 18. Maliyyə, sığorta, investisiya xidmətləri və qiymətli kağızların reklamının xüsusiyyətləri

Maliyyə (o cümlədən bank), sığorta investisiya xidmətlərinin, hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin istifadəsi ilə bağlı digər xidmətlərin, həmçinin qiymətli kağızların reklamının istehsalı, yerləşdirilməsi və yayımında aşağıdakılara yol verilmir:

  • reklam olunan xidmət və ya qiymətli kağızlara birbaşa aid olmayan kəmiyyət xarakterli məlumatların yayılmasına;
  • qiymətli kağızların emissiya prospektləri qeyddən keçməmiş onların reklam edilməsinə;
  • adi səhmlərə əsaslanaraq dividendlər haqqında təminatlar verilməsinə;
  • reklamda müqavilə şərtləri göstərildikdə, bu şərtlərdən hər hansı birinin göstərilməməsinə.

Reklam yayımında istiqrazın, əmanətin, qiymətli kağızların və onların satışından əldə edilən həqiqi və ya gözləniləsi gəlir, həmçinin alışın şərtləri haqqında reklam istehlakçılarında yanlış təsəvvürün yaradılmasına yol verilmir.

Maddə 19. Sosial reklam

1. Sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Sosial reklamda kommersiya təşkilatlarının, fərdi iş adamlarının adları, onların əmtəələrinin konkret markaları, yeni zamanda qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri, artikulları) göstərilə bilməz.

2. Hüquqi və fiziki şəxslərin sosial reklamın istehsalı və yayımı sahəsində təmənnasız fəaliyyətləri, sosial reklam istehsal etmək və yaymaq üçün digər hüquqi şəxslərə ödəmələri xeyriyyəçilik hesab edilir və qanunvericilikdə nəzərdə tutulan güzəştlərə malikdir.

3. Reklam yayıcıları — kütləvi informasiya təşkilatları reklam sifarişçisi tərəfindən təqdim olunan sosial reklamın yayımı üçün bu Qanunda nəzərdə tutulan efir vaxtının və reklam sahəsinin 5 faizi həcmində yer ayırmağa borcludurlar.

Reklam yayıcıları qeyri-kütləvi informasiya təşkilatlarının təqdim etdiyi illik xidmət qiymətinin 5 faizi qayəsində sosial reklamın yayımını təmin etməyə borcludurlar.

Reklam istehsalçısı özünün illik reklam istehsalının 5 faizi həcmində sosial reklamının istehsalına xidmət göstərməyə borcludur. Əgər reklam sifarişçisi reklam yayıcısına sosial reklamın yayımının vaxt və forması şərtlərini bir aydan gec olmayaraq müvafiq qaydada öz müraciətilə bildirmişsə, həmin sifarişin reklam yayıcısı tərəfindən təmin edilməsi zəruridir.

4. Sosial reklamın yerləşdirilməsinin və yayımının ödənişi müqavilə əsasında aparılır.

5. Sosial reklamın istehsalına, yerləşdirilməsinə, yayımına reklam istehsalçısı və reklam yayıcısı tərəfindən bu maddənin 3-cü bəndinin şərtlərindən kənar hər hansı bir maneə yaradıldıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.

Maddə 20. Sponsorluq

Sponsor və sponsorlanan müvafiq olaraq reklam sifarişçisi və reklam yayıcısı kimi, sponsor töhfəsi isə reklamın haqqı kimi qəbul edilir.

Sponsorun sponsorlananın fəaliyyətinə müdaxilə etməyə haqqı yoxdur.

Maddə 21. Reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi

1. Yetkinlik yaşına çatmayanların müdafiəsini təmin etmək məqsədi ilə reklam istehsalına və yayımına aşağıdakı hallarda yol verilmir:

  • reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədi ilə onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi;
  • valideynlərin və tərbiyəçilərin nüfuzdan salınması, onlara olan etibarın itirilməsi;
  • yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi;
  • yetkinlik yaşına çatmayanların, guya onların əldə etdiyi bu və ya digər əmtəənin ona həmyaşıdları arasında müəyyən bir üstünlük, həmin əmtəəyə yiyələnməməyin isə əks effekt verməsi fikri aşılamaq;
  • reklam məqsədi ilə, yetkinlik yaşına çatmayanları təhlükəli yerlərdə və ya hallarda istənilən reklam daşıyıcısı vasitəsi ilə nümayiş etdirmək;
  • yetkinlik yaşına çatmayanların şüurunda hər hansı bir əmtəənin qiyməti haqqında real olmayan təsəvvür yaratmaq, bunun üçün «yalnız», «cəmi» və s. kimi sözlərdən istifadə etmək, guya həmin əmtəənin dəyərinin hər bir ailənin büdcəsi imkanında olması fikri aşılamaq.

2. Yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəələrin, istənilən reklam daşıyıcılarının vasitəsi ilə reklamında onların obrazının yaradılmasına yol verilmir.

III fəsil. Reklam fəaliyyəti subyektlərinin vəzifələri

Maddə 22. Reklam materiallarının saxlanma müddətləri

Reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcısı və reklam agentləri reklam materiallarını və onların surətlərini, sonradan edilən əlavə və dəyişikliklər də daxil olmaqla, reklamın yayıldığı son gündən etibarən bir il müddətində saxlamağa borcludurlar.

Maddə 23. Reklamın istehsalı və yayımı üçün reklam informasiyasının təqdim edilməsi

1. Reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən reklam informasiyasının dəqiqliyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdirlər. Reklam sifarişçisi bu sənədləri təqdim etməyə borcludur.

2. Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, onun əmtəəsinin, həmçinin özünün reklamı üçün reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən müvafiq lisenziyanı tələb etməyə borcludurlar.

Maddə 24. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinin pozulmasına gətirə bilən hallar haqqında reklam istehsalçısının reklam sifarişçisini xəbərdar etmək vəzifəsi

Reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi, reklam sifarişçisinin tələblərinin bu Qanuna zidd olması haqda reklam sifarişçisini vaxtında xəbərdar etməlidir. Əgər reklam sifarişçisi əsaslı xəbərdarlığa baxmayaraq öz tələblərini dəyişmirsə, yaxud reklam informasiyasının dəqiqliyini təsdiqləyən sənədləri təqdim etmirsə, reklam istehsalçısı (reklam agentliyi) müqavilə bağlamaqdan imtina edə bilər.

IV fəsil. Reklam sahəsində nəzarət

Maddə 25. Reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi

1. Azərbaycan Respublikasında reklam fəaliyyətinə dövlət nəzarəti və özününəzarət həyata keçirilir.

2. Reklam fəaliyyətinə dövlət nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı hüquqlara malikdirlər:

  • hüquqi və fiziki şəxslər tərəfindən yol verilən bu Qanuna uyğun gəlməyən reklam yayımlarının qarşısını almaq;
  • reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcıları və reklam agentliklərinə bu Qanunun pozulmasına yol verdikləri haqda xəbərdarlıqlar, onların əks reklam yaymaqları haqda icrası məcburi olan qərarlar göndərmək;
  • bu Qanunun pozulması ilə bağlı müvafiq məhkəmələrə iddiaçı kimi müraciət etmək. Bu halda müvafiq icra hakimiyyəti orqanları dövlət rüsumundan azad edilirlər.

3. Reklam fəaliyyətinə özününəzarəti reklamçıların peşəkar cəmiyyətləri, birlikləri, assosiasiyaları həyata keçirirlər. Onlar:

  • reklam haqqında hüquqi normativ aktların hazırlanmasına cəlb edilirlər;
  • reklamın qanunvericilik aktlarına uyğunluğunu yoxlamaq məqsədi ilə onun müstəqil ekspertizasını keçirir, öz təkliflərini müvafiq icra hakimiyyəti orqanlarına, habelə reklam sifarişçilərinə, istehlakçılarına və yayıcılarına göndərirlər;
  • reklam haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən cəlb edilirlər.

Maddə 26. İnformasiya almaq hüququ

1. Bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı reklam sifarişçilərinin, reklam istehsalçılarının, reklam yayıcıları və reklam agentliklərinin bütün materiallarını maneəsiz əldə etmək hüququna malikdir.
Reklam fəaliyyəti subyektləri müvafiq icra hakimiyyəti orqanının tələbi ilə müəyyən olunmuş müddət ərzində şifahi və ya yazılı formada izahatları, sənədləri, audio və videomaterialları, həmçinin bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək üçün lazım olan digər materialları təqdim etməlidirlər.
Kommersiya sirri olan məlumatların açıqlanması qadağandır.
Bu tipli məlumatların açıqlanması nəticəsində dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

V fəsil. Əks reklam və haqsız reklama görə məsuliyyət

Maddə 27. Əks reklam

1. Reklam haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması faktları aşkar edildikdə, qanunu pozan reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddət ərzində əks reklamı həyata keçirməyə borcludur. Əks reklamın həyata keçirilməsi üçün tələb olunan bütün xərclər qanunu pozan tərəfindən ödənilir.

2. Müəyyən edilmiş müddət ərzində əks reklam yayılmadıqda, əks reklamın həyata keçirilməsi haqqında qərar verən müvafiq icra hakimiyyəti orqanı əks reklam həyata keçirilənə qədər qanun pozucusunun reklam yayımını tam şəkildə və ya qismən dayandırması haqqında müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququna malikdir.

Bu halda müvafiq icra hakimiyyəti orqanı qanun pozucusu ilə müqavilə bağlayan bütün tərəflərə bu haqda məlumat verməlidir.

3. Əks reklam haqsız reklamın yayıldığı müddət ərzində davamiyyətli, həmin səciyyəli, texniki üsullardan istifadə olunaraq reklam daşıyıcısı vasitəsilə yayılmalıdır. Əks reklamın məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır. Bəzi hallarda müvafiq icra hakimiyyəti orqanı əks reklamın məkan, daşıyıcı, müddət və yayılma üsulu xarakteristikalarını dəyişə bilər.

4. Haqsız reklam olunan əmtəənin (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı haqsız reklama görə reklam fəaliyyətinin subyektlərini (reklam sifarişçisini, istehsalçısını, yayıcısını, agentliyini) göstərişlə ayırdığı müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə cərimə edə bilər.

Cərimədən alınan vəsait bütövlükdə dövlət büdcəsinə daxil olur.

Maddə 28. Reklam sifarişçisinin, reklam istehsal edənin, reklam yayıcısının (reklam agentliyinin) məsuliyyəti

Reklam sifarişçisi, reklam istehsalına təqdim etdiyi məlumatın məzmununa görə, reklam istehsalçısı reklamın hazırlanması, istehsalı sahəsində, reklam yayıcısı reklamın yayılma yeri, vaxtı və vasitələri sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

Maddə 29. Reklamda müqavilə bağlanması haqqında açıq təklif

Reklamın oferta etmək dəvəti və ya açıq oferta (reklamda müqavilə bağlanmasında açıq təklif) kimi tanınmasının nəticələri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq müəyyən edilir.

Əgər reklamda mövcud şərtlərdən ən azı biri haqqında məlumat verilirsə, reklam sifarişçisi həm ofertaya dəvət edən, həm də açıq oferta keyfiyyətində çıxış edən reklamın fəaliyyət müddətini göstərməlidir.

Əgər reklam sifarişçisi müəyyən olunmuş qaydada açıq ofertanın ünvanlandığı aksepti aldıqdan sonra müqaviləni bağlamaqdan imtina edərsə, həmin şəxs müqavilə bağlanması və reklam sifarişçisinin əsaslandırılmamış etirazı nəticəsində dəyən ziyanın ödənilməsi şərtilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir.

Maddə 30. Qanunun pozulmasına görə məsuliyyət

Reklam fəaliyyətinin subyetkləri bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

Haqsız reklam nəticəsində hüquqları pozulmuş şəxslər şərəf və ləyaqətlərinin qorunması və vurulan zərərin ödənilməsi iddiası ilə müvafiq məhkəməyə müraciət edə bilərlər.

İctimai və dövlət mənafeyinə zərər vuran, gəlir məqsədilə bilərəkdən yalan reklam sifariş edən, istehsal edən və yayan fiziki və vəzifəli şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 1997-ci il

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 noyabr 1997-ci il № 260.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 12.

30 mart 1999-cu il tarixli, 643-IQD nömrəli; 18 iyul 2000-ci il tarixli, 910-IQD nömrəli; 20 fevral 2001-ci il tarixli, 87-IIQD nömrəli; 20 fevral 2001-ci il tarixli, 90-IIQD nömrəli; 6 mart 2001-ci il tarixli, 97-IIQD nömrəli; 23 mart 2001-ci il tarixli, 102-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 5 dekabr 2003-cü il tarixli, 538-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 6 yanvar 2004-cü il tarixli, 574-IIQD nömrəli; 13 yanvar 2004-cü il tarixli, 588-IIQD nömrəli; 24 dekabr 2004-cü il tarixli, 815-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 81-IIIQD nömrəli; 22 may 2007-ci il tarixli, 348-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 890-IIIQD nömrəli; 22 iyun 2010-cu il tarixli, 1047-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə

  • Teqlər:
  • reklam
  • , reklam haqqında
  • , qanunvericilik aktları

Comments are closed, but trackbacks and pingbacks are open.