Ictimai bölmnin iqtisadiyyatı kitabi
Resurslar əslində kifayətdir, lakin rəhbərlik hazırda səhv edir. Qandi bir dəfə demişdi: “Yer üzündə hamının ehtiyacını ödəmək üçün kifayətdir, bəzilərinin xəsisliyini təmin etmək üçün kifayət deyil.”
Ölkə alimlərinin həmmüəllifliyi ilə “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstanda çapdan çıxıb
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının müdiri dosent Elmira Qocayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Fərhad Rəhmanov və Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanovun həmmüəllifi olduğu “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstan Veliko Turnovo Universitetinin Elmi şurasının qərarı ilə çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, “Azərbaycan iqtisadiyyatı” kitabının nəşrində başlıca məqsəd xarici oxucu auditoriyasına ölkəmizin sosial-iqtisadi perspektivlərini və qazandığı uğurları çatdırmaqdır. Kitabda “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2” layihələri, eləcə də Azərbaycanın iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, beynəlxalq reytinqlərdə təmsil olunması və sair məsələlər əksini tapıb.
Kitabdakı “Regional inkişaf”, “Sənaye, aqrosənaye kompleksi”, “Yanacaq-enerji kompleksi”, “Sənaye infrastrukturu, maliyyə siyasəti və maliyyə sistemi”, “Sosial sahə və sosial siyasət”, “Turizm və idmanın inkişafı”, “Elm və innovasiya”, “Yerli idarəetmə sistemi”, “Xarici iqtisadi rabitə və iqtisadi təhlükəsizlik”, “Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti və ətraf mühitin qorunması vəziyyəti” fəsillər analitik təhlil baxımından diqqət çəkəndir.
“Azərbaycan iqtisadiyyatı” kitabı müvafiq ali məktəb tələbələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və tədqiqatçılar üçün nəzərdə tutulub. Yeni nəşrin elektron resurs bazasında yerləşdirilməsi qərara alınıb.
Ictimai bölmnin iqtisadiyyatı kitabi
İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. Bunu daha aydın və elmi tərifini verməyə gəlincə isə , gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir. Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır ( İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır. Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar? Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat – məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.
İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir. Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir. Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır. İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.
Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.
Əgər siz təhsilinizi xaricdə almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var. Ya karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.
Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.
Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.
Yazan: Əlihəsənov Əlibaba
Mtc kolsultinq-də İqtisadçı.
İqtisadiyyatın mənası
The iqtisadiyyat bir mal və xidmətlərin çıxarılması, istehsalı, mübadiləsi, paylanması və istehlakı proseslərini öyrənən sosial elm. Məcazi mənada iqtisadiyyat, qayda və xərclərin tənzimlənməsi deməkdir; qənaət.
İqtisadiyyat sözü Latın dilindən gəlir iqtisadiyyatvə bu da Yunan οἰκο termsομία’dan (oikonomy) gəlir; Yunan dilinin οἶκος (oíkos) ‘ev’, νόμος (nómos), ‘norm’ mənalarını verən birləşməsindən qaynaqlanır.
İqtisadiyyat konsepsiyası cəmiyyətlərin qıt mənbələrdən dəyəri olan mallar istehsal etmək üçün necə istifadə etdiklərini və malları fərdlər arasında necə bölüşdürdükləri anlayışını əhatə edir.
Resursların qıtlığı, maddi ehtiyatların məhdud olduğu və insanın istək və ehtiyaclarının məhdud və doymaz olduğunu nəzərə alaraq sonsuz miqdarda mal istehsal etmək mümkün olmadığı fikrini irəli sürür.
Resurslar əslində kifayətdir, lakin rəhbərlik hazırda səhv edir. Qandi bir dəfə demişdi: “Yer üzündə hamının ehtiyacını ödəmək üçün kifayətdir, bəzilərinin xəsisliyini təmin etmək üçün kifayət deyil.”
Bu prinsipə əsaslanaraq iqtisadiyyat, insan ehtiyacları ilə bu ehtiyacları ödəmək üçün mövcud mənbələr arasındakı əlaqə nəticəsində insan davranışlarını müşahidə edir.
İqtisad elmləri iqtisadi sistemlərin işini və iqtisadi agentlərlə əlaqələri izah etməyə çalışır (şirkətlər və ya şəxslər), mövcud problemləri əks etdirən və həll yolları təklif edən.
Beləliklə, əsas iqtisadi problemlərin araşdırılması və qərar qəbul edilməsi istehsal ilə bağlı dörd əsas suala əsaslanır: nə istehsal etməli? Nə vaxt istehsal etməliyik? Nə qədər istehsal etməliyik? Kimə istehsal etməliyik?
Qloballaşma və Dövrün 7 əsas xüsusiyyətinə də baxın.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat
İqtisadiyyatda iki sahə kökündən fərqlənir: mikroiqtisadiyyat və makroiqtisadiyyat. The mikroiqtisadiyyat iqtisadi agentlərin (şirkətlər, işçilər və istehlakçılar) fərdi qərarlarında müxtəlif davranış formalarını araşdırır makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə və əlavə dəyişənlərlə (ümumi istehsal, inflyasiya səviyyələri, işsizlik, əmək haqqı və s.) müşahidə edərək mikroiqtisadi prosesləri təhlil edir.
Mikroiqtisadiyyat və Makroiqtisadiyyata da baxın.
Qarışıq iqtisadiyyat
Nə Qarışıq iqtisadiyyat İqtisadi sistem, dövlətin qoyduğu hədəflərə və sərhədlərə və sərbəst bazar iqtisadiyyatına tabe olan planlı və ya yönəldilmiş iqtisadiyyatın elementlərini birləşdirdiyi məlumdur. Eynilə bu, kapitalizmin xüsusi mülkiyyəti ilə sosializmin kollektiv mülkiyyətinin birgə yaşadığı iqtisadi modelin adıdır.
Siyasi iqtisadiyyat
Anlayışı siyasi iqtisadiyyat anın üç əsas sosial təbəqəsi: burjua, mülkədar və proletar arasında istehsal əlaqələrinə istinad etmək XVII əsrdə ortaya çıxdı.
Torpağın zənginliyin mənşəyi olduğuna görə iqtisadi fiziokratiya nəzəriyyəsindən fərqli olaraq, siyasi iqtisad, əslində dəyərin nəzəriyyəsinin əldə olunduğu dəyərin əsl mənbəyinin əmək olduğunu irəli sürdü.
Siyasi iqtisadiyyat konsepsiyası 19-cu əsrdə bir kənara qoyuldu, əvəzinə riyazi bir yanaşmaya üstünlük verən iqtisadiyyat anlayışı qoyuldu. Bu gün, siyasət iqtisadiyyatı termini fənlərarası tədqiqatlarda istifadə olunur, onun məqsədi siyasətin bazar davranışına necə təsir etdiyini təhlil etməkdir.
Su altında qalan iqtisadiyyat
Nə su altında qalan iqtisadiyyat qanuni və vergi nəzarəti xaricində həyata keçirilən bütün iqtisadi fəaliyyət məlumdur. Xəzinə elan olunmayan fəaliyyətlərdən, silah və ya narkotik ticarəti və ya çirkli pulların yuyulması kimi qanunsuz və cinayətkar iqtisadi fəaliyyətlərə qədər dəyişir. Qanun xaricində həyata keçirilən iqtisadi fəaliyyətlər olduqları üçün, Dövlətin maliyyə və ya statistik qeydlərində görünmür.
Qeyri-rəsmi iqtisadiyyat
The qeyri-rəsmi iqtisadiyyat Buraya vergilərdən və ya inzibati nəzarətdən yayınmaq üçün gizlədilən mal və xidmət mübadiləsi bütün iqtisadi fəaliyyətlər daxildir.Yeraltı iqtisadiyyat kimi, yeraltı iqtisadiyyatın bir hissəsidir. Qeyri-rəsmi iqtisadiyyatın bəzi ümumi nümunələri ev işləri və ya küçə satışlarıdır. Dünyanın bütün ölkələrində, az-çox dərəcədə, xəzinəyə ciddi iqtisadi ziyan vurmasına baxmayaraq, qeyri-rəsmi bir iqtisadiyyat mövcuddur.
Yeraltı iqtisadiyyat
Nə yeraltı iqtisadiyyatQara bazar olaraq da bilinən, gizli, ya da qeyri-qanuni bir şəkildə malların, məhsulların və ya xidmətlərin mübadiləsi ilə meydana gələn şey təyin olunur. Beləliklə, heç bir qanuni tənzimləməyə tabe deyil, bu səbəbdən hökumət tərəfindən bu cür effektlərin ticarəti üçün tətbiq edilmiş qiymətləri və ya qanuni müddəaları pozmağa meyllidir.
Comments are closed, but trackbacks and pingbacks are open.