Ictimai bölmnin iqtisadiyyatı
– İlkin iqtisadi anlayışlara giriş
İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)
İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım) təlimimiz ixtisası iqtisadiyyat və mühasibatlıq olmayan, lakin bu sahəni öyrənmək və karyerasını bu sahədə qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Mütəxəssis Mühasib olmaq istiqamətində atılan ilk addım olan bu təlimimizdə iqtisadi anlayışları asan üsulla öyrənəcəksən.
Sən bu təlimimizdə biznes, mühasibat uçotu və maliyyə üzrə fundamental biliklər əldə edəcək və növbəti daha kompleks təlimlərdə çətinlik çəkməyəcəksən.
Təlimimizdə ilkin iqtisadi anlayışların mahiyyəti və tətbiq olunma sahələri, o cümlədən mikro və makro iqtisadiyyata aid mövzuları əhatə etməklə aşağıdakıları öyrənəcəksən:
– İlkin iqtisadi anlayışlara giriş
– Müəssisə, onun növləri və təşkilati-hüquqi formaları
– Müəssisələrin fəaliyyəti və idarə edilməsi
– Ticarət, idxal və ixrac əməliyyatları
– Qiymətli kağızlar və qeyri-maddi aktivlər
– Pul, Kredit və Banklar
– Sığortanın mahiyyəti və növləri
Təlimimiz əsasən iqtisadi bilikləri olmayan və mühasib olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Əgər Sən də mühasibat uçotu, vergi və maliyyə sahəsində rast gəlinəcək terminlər və anlayışları daha asan yolla öyrənmək istəyirsənsə, bu təlimdən faydalan!
Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri
Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.
Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.
Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.
Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.
Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.
Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.
Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.
Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.
Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.
Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.
Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.
Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.
Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.
1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.
Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.
İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.
Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.
İstifadə olunmuş ədəbiyyat
1. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 2001
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. – Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. – Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I
- Teqlər:
- dünya iqtisadiyyatı
- , beynəlxalq iqtisadi münasibətlər
“Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri
Presentation on theme: ““Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri”— Presentation transcript:
1 “Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri
Elşən BAĞIRZADƏ “Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri MBA proqramı, Azərbaycan Universiteti, Bakı
2 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları
1 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları
3 MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ
“Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək; “Menecment iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini müəyyən etmək; Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək; “Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı münasibətləri izah etmək; Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək; “Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək, onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə necə təşkil və təqdim olunmasını təsvir etmək; Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək; İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu şərh etmək.
4 GİRİŞ Əsas başlanğıc suallar: “Menecment iqtisadiyyatı” nəyi öyrənir?
“Menecment iqtisadiyyatı” hansı problemlərlə məşğuldur? “Menecment iqtisadiyyatı” biznesdə və ya başqa sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün bizə necə kömək edə bilər?
5 “MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ
“Menecment iqtisadiyyatı” – iqitsadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiq edilməsidir. Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər? Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin yolunu tapmaq məqsədilə… Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da işlətmək mümkündür: iki və daha çox tərəflər arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə) baş verdiyi istənilən situasiya.
6 “MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR
Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri: Həll edilməli problem varmı? Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından problemin həlli və ya həlləri varmı? Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar? Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər mövcuddur? Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik? Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik? Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır? Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik? Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin öhdəsindən necə gələ bilərik? Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri problemlərinə necə yanaşa bilərik? Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı kriteriyadan istifadə edə bilərik? Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?
7 “MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ
Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir: İqtisadi nəzəriyyə Qərar elmləri Biznes funksiyaları
8 “MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ
“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir. “Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır: Firma nəzəriyyəsi; İstehlakçı davranışı nəzəriyyəsi (tələb); İstehsal və xərc nəzəriyyəsi (təklif); Qiymət nəzəriyyəsi; Bazarın strukturu və rəqabət nəzəriyyəsi. İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.
9 “MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ
Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin üsul və vasitələri ilə təchiz edir. Bununla bağlı ən mühüm aspektlər aşağıdakılardır: Rəqəmli və cəbri təhlil; Optimallaşdırma; Statistik qiymətləndirmə və proqnozlaşdırma; Risq və qeyri-müəyyənliyin təhlili; Diskontlaşdırma və zaman-dəyər-pul üsulları
10 “MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ
Hər bir firma fəaliyyət funksiyalarına uyğun olaraq aşağıdakı bölmələrdən ibarət olur: İstehsal və əməliyyat; Marketinq; Maliyyə və mühasibat; İnsan resursları Qeyd olunan hər bir funksional sahənin özünəməxsus nəzəriyyə və metodları vardır. “Menecment iqtisadiyyatı” müvafiq funksional sahə üzrə qərarların qəbulunda həmin nəzəriyyə və metodlardan da istifadə edir.
11 “MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ
12 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI
Metodların iki əsas aspekti vardır: Profesionalların fənni inkişaf etdirmək üçün istifadə etdiyi metodlar; Tələbələrə fənni öyrətmək üçün materialların təqdim edilməsində istifadə edilən metodlar.
13 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı yerinə yetirir: Bizim müşahidə etdiyimiz fenomenlər arasında əlaqələri təsvir və ya şərh etmək; Test edilə bilən mühakimə və proqnozlar vermək. Elmi nəzəriyyənin formalaşma mərhələləri: 1. Hipotezlərin irəli sürülməsi; 2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi (eksperiment və ya müşahidə yolu ilə); 3. Testlərin statistik təhlillərlə davam etdirilməsi (ekonometrika). 9
14 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Nəzəriyyənin inkişaf etdirilməsi prosesi Hipotez Qəbul / İnkar Dəyişdirmə / Düzəltmə Empirik tədqiqat Statistik təhlil
15 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR
Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq, onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır: Mövcud müşahidələri yaxşı izah edir; Düzgün proqnozlar formalaşdırır; Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir; Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna bilir; Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.
16 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ
İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır. Bəs model nədir? Model öyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri konstruksiyadır. İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur. İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır. 10
17 “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF
Tələb və təklif anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır. Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.
18 Xülasə “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir. Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir. Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi. “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir. İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.
19 Xülasə Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran rasional subyektlər kimi qəbul edir. Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar empirik və məntiqi yollarla test edilə bilir. Normativ açıqlamalar dəyər mühakimələrini ifadə edir. İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki açıqlama tipinin formalaşdırılmasında faydalıdır. Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test edilə bilən mühakimə və proqnozlar yaradırlar.
20 Xülasə İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test edilə bilinməlidir. İqtisadiyyat fənni sadə modellər qurmaqdan ötürü ilk növbədə çoxlu fərziyyələr irəli sürür, sonra isə daha real şeylər əldə etmək və daha yaxşı nəzəriyyələr təmin etmək məqsədilə mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir. Təhlil edilən situasiyalar çox mürəkkəb olduğundan daha əhatəli və inkişaf etmiş təhlil metodlarına ehtiyac duyulur.
21 Özünü yoxlama sualları
Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin həllində istifadə etmək olar? Qərar qəbulu prosesi necə izah oluna bilər? Normal olaraq biznes transaksiyası kimi qəbul edilməyən bir neçə transaksiya nümunəsi göstərin. “Yaxşı” nəzəriyyə nə deməkdir? “Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin. Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?
22 TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Comments are closed, but trackbacks and pingbacks are open.