Press "Enter" to skip to content

İctimaiyyətlə əlaqələr

c)mətbuat bülletenləri ilə çatdırılan mövzuları müzakirə etmək üçün

İctimaiyyətlə əlaqələr nədir?

Dünyada sənayenin, elmin və texnologiyanın inkişafı öz növbəsində iqtisadi artıma da təkan verib. Bununla yanaşı gündəlik iş həyatımıza yeni anlayışlar da gətirib. Son dövrlər teztez hallanan “İctimaiyyətlə əlaqələr” birləşməsi də bu qəbildən olan anlayışlardandır. İctimaiyyətlə əlaqələr dünyada daha çox PR abreviaturası ilə məşhurdur. İngilis dilindəki “Publik Relations” (İctimai əlaqələr) söz birləşməsinin qısaltmasıdır.

PR anlayışı həm dövlət qurumları, həm siyasi partiyalar, həm də ki, özəl biznes sektoru üçün eyni səviyyədə keçərli məvhumdur. PR-ın yuxarıda adı çəkilən tip təşkilatların fəaliyyətində nəyə görə önəmli yer aldığına nəzər yetirək.
İstər dövlət qurumu olsun, istər siyasi partiyaı, istərsə də biznes sturukturu: Hər biri üçün ictimaiyyətlə əlaqələr işi eyni dərəcədə önəmlidir. Çünki PR hər bir quruma fayda gətirmək üçün həyata keçirilən fəaliyyətlər sistemidir. Lakin bəzi hallarda bu proses təşkilatın özünün faydası üçün deyil, cəmiyyətin tələbi əsasında formalaşır.
İctimaiyyətlə əlaqələr hər şeydən əvvəl cəmiyyətin etimadını qazanmaq üçün atılan addımlardır. Müasir dövrümüzdə dünyanın əksər dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının konstitusiyasına əsasən, hakimiyyət xalqa mənsubdur. Konstitusiyamızın birinci fəslinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Elə bu səbəbdəndir ki, dövlət hakimiyyətinin bütün qollarına (icra, məhkəmə və qanunverici hakimiyyət) mənsub olan qurumlar öz fəaliyyətləri barədə cəmiyyətə mütəmadi olaraq informasiya vermək öhdəliyi daşıyırlar. Bununla yanaşı, hər bir dövlət qurumu öz fəaliyyətini xalqın etimadını qazanmaq istiqamətində də qurur. Cəmiyyətin etimadı hər bir ddövlət qurumunun əldə etdiyi ən böyük fayda sayılır. Çünki hər bir dövlət qurumu insanların ödədikləri vergi əsasında formalaşan büdcə sayəsində fəaliyyət göstərir. Başlıca missiyası xalqa və xalqın yaratdığı dövlətə xidmət etməkdir. Bu qurumlar xalqın rifah halını yaxşılaşması ilə yanaşı, bu xalqın qurduğu yaşaması istiqamətində də fəaliyyət göstərirlər. Odur ki, dövlət qurumlarının ictimaiyyətlə əlaqələri düzgün şəkildə qurması qanunların tələbi olmaqla yanaşı, həm də xidmət etdiyi xalq qarşısında mənəvi öhdəliyidir.

Siyasi partiyalar və biznes strukturlarında isə ictimaiyyətlə əlaqələr anlayışına yanaşma dövlət qurumlarından bir qədər fərqlənir. Siyasi partiya davamlı struktura malik olan və dövlətin siyasi kursunun müəyyənləşdirilməsini və onu həyata keçirən orqanların işində iştirak edilməsini əsas vəzifə hesab edən ictiimai birliklərdir. Əsas missiyası hakimiyyət orqanlarında təmsilçilik olan siyasi partiyalar üçün ictimaiyyətlə əlaqələr sözsüz ki, ən vacib fəaliyyət növüdür. İstənilən siyasi partiyanın hakimiyyətdə təmsil olunub-olunmaması ilk növbədə xalqın seçimidir. Bu baxımdan xalqla (ictimaiyyətlə) əlaqələri düzgün şəkildə quraraq seçicilərin etimadını qazanmaq hər bir partiya üçün olduqca vacibdir. Göründüyü kimi PR siyasi partiyalar üçün fayda götürmək üçün atılan addımlardır.

Dövlət qurumları və siyasi partiyalarda olduğu kimi, biznes strukturlarında da ictimayyətlə əlaqələr fayda götürməyə hesablanmış fəaliyyət növüdür. Bazar iqtisadiyyatı dövründə istənilən biznes qurumu ayaqda qalmaq və irəli getmək üçün istehsal etdiyi mal və xidməti satmaq məcburiyyətindədir. Məsələ burasındadır ki, çoxsaylı istehsalçıların olduğu və bazarda eyni kateqoriyaya məxsus malların və xidmətlərin satıldığı dövrdə satışın yaxşı olması üçün məhsulun ucuz qiymətə təklif edilməsi yetərli deyil. İstehlakçı məhsulunu aldığı istehsalçıya etibar etməlidir. Etibar problemi isə günümüzdə ictimaiyyətlə əlaqələr sayəsində öz həllini tapır. İctimaiyyətlə əlaqələr yekun olaraq məhsul və xidmətlərin satışının atmasına xidmət etsə də, onu qətiyyən marketinq və reklam ilə qarışıq salmaq doğru deyildir. Əgər reklam qısa müddətdə hansısa məhsul və ya xidmətin satışının armasına xidmət edirsə, ictimaiyyətlə əlaqələr stabil və davamlı mənfəəti hədəfləyir.

İctimaiyyətlə əlaqələr başqa bir ifadə ilə imic yaratmaq sənəti də adlandırmaq olar. Sözsüz ki, hər bir təklilat, hətta ayrı-ayrı fərdlər üçün yüksək imic olduqca faydalıdır. Əgər sizin yüksək imiciniz varsa, sizinlə əməkdaşlıq etməyə çalışırlar, sizə güzəştə gedirlər və istehsal etdiyiniz məhsulu arxayınlıqla alırlar. Belə bir imici yaratmaq üçün hədəf kütlə ilə təşkilat arasında qarşılıqlı anlayışı təmin etmək, qarşılıqlı etimad, sayğı və sosial məsuliyyət hissini formalaşdırmaq gərəkir. Bu isə öz növbəsində araşdırmalar aparmaq, məlumat toplamaq və cəmiyyətlə ünsiyyətin mövcud olan texnikalarından istifadə etmək lazımdır. Əgər bir biznes qurumu öz hədəf kütləsini özü ilə eyni tərzdə düşünməsini təmin edə bilirsə, deməli, yekun etibarilə həmin qurumun qazancları da artmış olacaq.

Biz hər birimiz hansısa biznes qurumunun hədəf kütləsinə daxil olan fərdlərik. Bu səbəbdən də, hədəf kütləyə istiqamətlənən hər hansı bir fəaliyyətə başlamazdan öncə hadisələrə hədəf kütlənin bir fərdi kimi də baxmalıyıq. Misal üçün, marketdə alış-veriş edirsiniz və alacağınız ərzaqların siyahısında çay da var. Lakin hansı marka bir çayı alacağınız barədə heç bir qərarınız yoxdur. Çay satılan bölmədə piştaxtaların üzərinə düzülmüş məhsulların pakteləri göz oxşayan dizaynına görə sanki yarışa giriblər. Siz qablaşdırması daha gözəl olan çayı seçərdinizmi? Çox güman ki, xeyr. Bəs heç vaxt adını eşitmədiyiniz məhsulunu necə? Seçərdinizmi? Onu da almayacaqsınız. Seçiminizi edərkən daha çox etimad etdiyiniz markanın məhsulunu alış-veriş səbətinə atırsınız. Bəlkə də həmin markanın reklamları heç yerdə getmir. Yəni sizin seçiminizə təsir göstərən reklamlar deyil. İstehsalçının illər boyu sizdə yaratdığı etimaddır. Həmin etimad isə birdən-birə yaranmayıb. İllər boyu ictimayyətlə əlqələr düzgün şəkildə qurulub.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

İctimaiyyətlə əlaqələr

İctimaiyyətlə əlaqələr (və ya qısaltması üçün PR) olaraq, bir şəxsin, təşkilatın və ya təşkilatın auditoriyaya təqdim etdiyi ünsiyyəti, qarşılıqlı əlaqəni və imicini idarə etməkdən məsul olan peşəkar fəaliyyət adlanır.

İctimaiyyətlə əlaqələr, bir şəxsin və ya şirkətin ictimai imicinin qurulmasına, idarə edilməsinə və qorunmasına yönəldilmiş yayım və ünsiyyət üçün bir sıra metodlardan, strategiyalardan və vasitələrdən istifadə edir.

İctimaiyyətlə əlaqələr əsaslı qeyri-maddi mənbələrlə işləyir, məsələn:

  • şəxsiyyətbir şəxsin və ya təşkilatın rəqiblərinə münasibətdə fərqləndirici dəyəri olan;
  • Fəlsəfə, qurumun hədəfinin davam etdiyi prinsiplər;
  • mədəniyyət, onların fəaliyyət tərzini təyin edən;
  • Şəkil, qurumu xarakterizə edən nümayəndəliklə əlaqəli və
  • nüfuz, cəmiyyətin təşkilata münasibətdə yaratdığı zehni nümayəndəlikdir.

İctimaiyyətlə əlaqələr intizamı, reklam, marketinq, sosial ünsiyyət, siyasət, psixologiya, sosiologiya və digərləri kimi müxtəlif bilik sahələrindən götürülmüş metod və nəzəriyyələrə əsaslanır.

İctimaiyyətlə əlaqələrin məqsədləri

İctimaiyyətlə əlaqələrin əsas hədəfləri arasında bunlar var:

  • bir şəxsin və ya şirkətin ictimai nüfuzu,
  • ələ keçirmək
  • sədaqət əldə etmək və ya
  • çalışdıqları konkret sahələrdəki hərəkətləri ətrafında konsensus əldə etmək.

Beləliklə, ictimaiyyətlə əlaqələr həm siyasətdə, həm də işdə və ya institusional idarəetmədə tətbiq olunur.

İctimaiyyətlə əlaqələrin növləri

Daxili ictimai münasibətlər

Daxili ictimaiyyətlə əlaqələr, şirkətin imicinin, institusional siyasətinin, eləcə də fəlsəfəsinin və təşkilatın hədəfinin əsas götürdüyü dəyərlər topluluğunun çatdırılması və gücləndirilməsindən məsul olanlardır.

Xarici ictimai əlaqələr

Xarici ictimai əlaqələr, bir şəxsin, şirkətin və ya təşkilatın müəyyən bir auditoriya qarşısında seçildiyi imicini, dəyərlərini, fəlsəfəsini və hədəflərini tanıtmağa yönəlmiş əlaqələrdir.

Bu səbəbdən xarici ictimaiyyətlə əlaqələr, dövlət və ya özəl, habelə medya və geniş ictimaiyyətlə əlaqələrini strateji olaraq digər şirkət və ya qurumlarla idarə edir.

Mənfi ictimai münasibətlər

Neqativ ictimaiyyətlə əlaqələr, məqsədi bir şirkət, bir təşkilat və ya siyasi bir iddiaçı olsun, ictimaiyyət qarşısında bir rəqibin və ya rəqibin pis imicini gözdən salmaq və ya tanıtmaqdır. Bu mənada siyasət sahəsində xüsusilə çox yaygındır.

İctimaiyyətlə əlaqələr

43.Büdcənin formalaşdırılması neçə istiqamətdə həyata keçirilməlidir?

44.Dar çərçivəli büdcə nəyə səbəb ola bilər?

a)rüb ərzində çətinliklərin meydana çıxmaına səbəb ola bilər

b)köçürülmənin düzgün aparılmamasına

c)rəhbərlər tərəfindən tənqidə

d)əlavə büdcə tərtibinə

45.Gələcək planlar üçün ən qiymətli material nədir?

d) informasiyanın yayılması

e) kütlənin inamı

46.Dünyada ilk dəfə ictimaiyyətlə əlaqələr üzrə Konstitusiya Agentliyi nə vaxt qurulub?

47.Mesajın insanların yaddaşında qalması və unudulmaması məqsədilə hansı prinsipdən istifadə edilir?

d)inandırma və dürüstlük

e)dürüstlük və təkrar etmə

48.Aşagıdakılardan hansı ictimaiyyətlə əlaqələr işinin III mərhələsinə aiddir?

a)Ön tətbiq vasitəsilə proqram həyata keçirilir və ortaya çıxan nöqsanlar düzəldilir

b)əldə edilən məlumatlardan istifadə etməklə iş planı hazırlanır

c)kompaniyanın məqsəd və strategiyasının hazırlanması

d)mesajların və vasitələrin hazırlanması

49.Aşagıdakılardan hansıictimaiyyətlə əlaqələr işinin I mərhələsinə aiddir?

a)İctimaiyyətlə əlaqələr proyektlərinin istiqamətləndiyi hədəf kütlənin araşdırılması

b)Ön tətbiq vasitəsilə proqram həyata keçirilir və ortaya çıxan nöqsanlar düzəldilir

c)əldə edilən məlumatlardan istifadə etməklə iş planı hazırlanır

d)mesajların və vasitələrin hazırlanması

e)kompaniyanın məqsəd və strategiyasının hazırlanması

50.Aşagıda göstərilənlərdən hansı informasiyanın toplanılması metodlarına aiddir?

51.Aşağıdakılardan hansıinformasiyanın toplanılması metodlarına aid deyil?

b)məktub və müraciətlər

e)təkbətək görüşlərin keçirilməsi

52.Aşağıdakılardan hansıinformasiyanın toplanılmasının effektiv metodlarına aiddir?

a)fərdlərlə tək-tək keçirilən görüşlər

c)məktub və müraciətlər

53.İnformasiyanın araşdırması mərhələsində rəhbərlərin araşdırmaya qarşı çıxmasının səbəblərindən biri hansı variantda verilmişdir?

a)araşdırmanın bahalı olması düşüncəsi

b)ehtimalların təsbit olunması

c)anlayış və terminlərin tərifinin müəyyən edilməsi

d)informasiyanın analiz edilməsi

e)problemlərin müəyyən edilməsi

54.İctimaiyyətlə əlaqələr işinin planlaşdırılması neçə mərhələdən ibarətdir?

55.Mövcud vəziyyəti müəyyən etmək üçün hansı suallara cavab vermək lazımdır?

1.Tşkilatın ictimai rəyi həqiqətdə nə fikirləşir?

2.Mən nə etməliyəm?

3.İctimaiyyətin tənqidləri nədir

4.Bu hadisə haqqında nə fikirləşirsiniz?

5.Qəbahət bizdədirmi? Səhvləri necə düzəldə bilərik?

56.İctimaiİctimaiyətlə əlaqələr işinin istifadə etdiyi ən intnsiv nəşr hansıdır?

57. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həkimlərə, orta tibb işçilərinə və əczaçılara əsas məzuniyyət neçə təqvim günü müddətində verilməlidir?

58.İctimaiyyətlə Əlaqələr üzrə Beynəlxalq Assosiasiyası nə vaxt təsis edilmişdir?

b) 1964 mayın 2-si

c) 1961-ci ilin may ayı

59.Afina kodeksi neçənci ildə qəbul edilmişdir?

60.Afina kodeksinə görə hər bir ictimaiyyətlə Əlaqələr üzrə Beynəlxalq Assosiasiyanın üzvü nələrə riayət etməlidir?

e)ictimai asayişin qorunmasına

61.Firmaların hər hansı neqativ tanıtmaya məruz qalmasının səbəbləri hansılardır?

a)rəhbərlə bağlı skandallar və aşağı səviyyəli və formula malik məhsul iatehsalı

b)sərt əxlaq qaydaları

c)maddi və texniki vəsaitin ayrılması

62.Firma hər hansı səbəbdən cəzalandırılırsa nə baş verir?

a)səhmlərinin qiyməti aşağı düşür

b)səhmlərin qiyməti normal səviyyədə olur

c)səhmlərin qiyməti artır

d)səhmlər etibarsız olur

e)işçi problemi meydan çıxır

63. Əsaslı bir səbəb olmadan yüksələn və düşən səhm qiymətləri effektiv olmayan. işarəsidir.

a)ictimaiyyətlə əlaqələr proqramının

64.Öncə və sonrakı araşdırma metodu niyə az istifadə edilir?

a)çox xərc tələb etdiyi üçün

b) rəhbərlik icazə vermədiyi üçün

c)İstehlakçılar imtina etdiyi üçün

d)istehsal aşağı olduğu üçün

e)işçi problemi olduğu üçün

65.Hansı şirkətlər yüksək səviyyəli kadr baxımımdan korluq çəkməzlər?

a)ictimaiyyətlə əlaqələr işinə önəm verən

b)informasiya bolluğundan istifadə edən

c)səhmlərinin qiyməti yüksək olan

d)reklam şirkətləri ilə əlaqədə olan

e)yüksək məvacib ödəyən

66.Aşağıdakılardan hansı mətbuat bülletenlərində dərc olunmalıdır?

a)həqiqətən xəbər xüsusiyyəti olan məlumatlar

67.Aşağıdakılardan hansı mətbuat bülleteni hazırlanarkən riayət edilməli olan qaydalara aiddir?

1.ad,yer və zaman məlumatları yazılmalıdır

2.xəbərlər mümkün qədər qısa yazılmalıdır

3.bütün mətbuata göndərilməlidir

5.elanlar çox olmalıdır

68.Mətbuat konfransı nə vaxt keçirilə bilər?

a)çox əhəmiyyətli bir mövzunun incəlikləri ilə bildirilməsi zərurəti yarandıqda

c)mətbuat bülletenləri ilə çatdırılan mövzuları müzakirə etmək üçün

d)məlumat qəzetdə çap olunduqda

69.Broşur nədir?

a)asan oxunan bir tanıtma vasitəsi

b)qrafiklə zənginləşdirilən kitab

70.Şirkət qəzetlərində nəyə icazə verilmir?

a)şirkət və ya rəhbərin təbliğinə

b)müxtəlif mövzuların dərcinə

d)mədəniyyət xəbərlərinin dərcinə

e)iqtisadi xəbərlərin dərcinə

71.Şirkət qəzeti necə paylanmalıdır?

b) əhaliyə pulsuz

c)işçilərə pul ödəməklə

d)pensiyaçılara pul ödəməklə

e)rəhbər işçilərə pulsuz

72.Şirkət qəzetlərində nələr dərc olunmamalıdır?

a) yalnız tezislər vəelmi əsərlər

b)şirkətin istehsal, satış və maliyyə vəziyyəti kimi mövzular

c) rəhbərlərin dəyişməsi və vəzifədə yüksəlmələr

d)maraq kəsb edən xobbilər

73.Mətbuatla əlaqələrdə riayət edilməsi vacib qaydalara aid deyil?

a)həyata keçirilməsi imkansız olan tələbləri irəli sürmək

b)əlaqə qurulacaq şəxsi doğru seçmək

e)maraq kəsb edən xəbərlər vermək

74.Bunlardan hansı nəşr edilməyən vasitələrə aiddir?

a)üz-üzə və telefonla söhbət

75.Telefonla müqayisədə üz-üzə söhbətin üstünlüyü nədədir?

a)qarşıdakı şəxsin davranış və mimikalarından nəticə çıxarmağa imkan verir

b)elmi cəhətdən əsaslı olmasında

c)problemin tam çözülməsində

e)reklamdan istifadə edilməməsində

76.İctimaiyyətlə əlaqələr işində aşağıdakılardan hansı istifadə olunur?

a)qısa metrajlı filmlər

77.Respublikamızda ictimaiyyətlə əlaqələr işinin avadanlıqları nələr hesab edilir?

78.Hansı sırada Azərbaycanda ictimaiyyətlə əlaqələr işi aparan xarici şirkət göstərilmişdir?

79.BP Amoco Azərbaycanda öz bizness bölməsini nəvaxt açmışdır?

80.BP Amoco-nun İƏD-nin neçə işçisi var?

81.Aşağıdakılardan hansı, ictimaiyyətlə əlaqələrin köklərinin söykəndiyi bir intizamdır?

d) Satış artırıcı səylər

82.Aşağıdakılardan hansı, ictimaiyyətlə əlaqələr anlayışının ilk ortaya çıxdığı və bir intizam olaraq ələ alındığı ölkədir?

a)Amerika Birləşmiş Ştatları

83.İctimaiyyətlə əlaqələrin idarə və müəssisələr baxımından əhəmiyyəti aşağıdakı hadisələrdən hansı ilə ortaya çıxmışdır?

a) 1929 Böyük Böhranı

b)İnternetin əhəmiyyət qazanması

c)1-ci Dünya müharibəsi

e)II Dünya müharibəsi

84.Qadın hüquqları, istehlakçı hüquqları və ətraf mühitə istiqamətli həssaslığın artması kimi inkişaflar xalqla münasibətlərdə hansı dəyişikliklərlə əlaqədardır?

a) Cəmiyyətdəki dəyişmə, qarşıdurma və üzləşmənin artması

b) Böyük şirkətlərin inkişafı

c)İctimaiyyətin gücünün artması

d) World Wide İnternetdə inkişafı

e)İnsanların düşüncələrinin artması

85.Aşağıdakılardan hansı, məqsədin təbliğat olduğu və ünsiyyətin dinləmə yerinə izah üzərinə cəmləndiyi İctimaiyyətlə əlaqələr mərhələsini müəyyən edir?

c)İki istiqamətli asimmetrik ünsiyyət

d) İki istiqamətli simmetrik ünsiyyət

e)Tək istiqamətli simmetrik ünsiyyət

86.Aşağıdakılardan hansı, yaxşı bir təşkilati performansın yaxşı bir duyurum təməlinə söykəndiyini düşünən İctimaiyyətlə əlaqələr uygulayıcısıdır?

c) Edward Bernays

e) Arthur W. Page

87.Aşağıdakılardan hansı, Türkiyədə İctimaiyyətlə əlaqələr peşəsinin gerçək mənada tətbiq edildiyi ilk vahididir?

a) Dövlət Planlaşdırma Təşkilatı

b)Mərkəzi Hökumət Təşkilatı

c)Əhali Planlaması Ümumi Müdirliyi

d) Inzibati İslahat Məsləhət heyəti

e)İctimaiyyətlə Əlaqələr Dairəsi Başçılığı

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.