Press "Enter" to skip to content

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

motivasiya modeli. Ailəni idarəetmə prinsipləri haqqında. Ailənin idarə

-cü mühazirə. Liderlik mədəniyyəti. Anlayışı, effektivliyi

yası, üç dairə modeli: vəzifə, kollektiv və fərd. Liderin idarəetmə metodları.

Problemin formalaşdırılması. Planlaşdırma. Brifinq və təlimat. Nəzarət.

Qiymətləndirmə. Motivasiya. Təşkil etmə. Vaxtın səmərəli idarə edilməsi.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

Liderlik mədəniyyətinə olan əsas tələbləri sadalayın.

Liderin əsas idarəçilik funksiyaları və daha üstün üslubu hansılardır?

Liderliyin effektivliyini hansı parametrlərlə ölçmək olar?

Con Adairin üç dairə modelinin mahiyyətini və imkanlarını açıqlayın.

Liderin əsas idarəetmə metodları sadalayın və onları qısa xarakte-

24-cü mühazirə. Qzünüidarə mədəniyyəti

Mədəniyyət – insan həyatının qorunması və yaxşılaşdırılması haq-

qında qayğı kimi. İnsanın dəyərinin mədəniyyət ölçüsü. Özünüidarə formu-

lunun effektivliyi. Özünüidarənin əsas baza prinsipləri, qaydaları və mənti-

qi. Öz “Məni”ni idarə etmə. Öz fikirlərini və hisslərini idarə etmə. Xüsusi

təyinat və həyatın mənası. İki dəyişən amil: şərait və seçim. Arzular, ma-

raqlar, özünüidarə məqsədləri və mənbələri. Fəaliyyətin nəticələri – müvəf-

fəqiyyət meyarları kimi. Çətinliklərin, uğursuzluqların və məğlubiyyətlərin

aradan qaldırılması. Özünü təkmilləşdirmə. Ünsiyyət mədəniyyəti. Münaqi-

şələrin idarə edilməsi. Xoşbəxtlik – həyat stimulu kimi. Məhəbbət- enerji

mənbəyi kimi. Vaxtın idarə edilməsi. Minnətdarlıq hissi. Rifah – özünüida-

rə nəticələrindən biri kimi. Sağlamlıq – özünüidarənin şərti və göstəricisi

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

Əsas özünüidarə prinsipləri, qaydaları və məntiqi hansılardır?

İdarəetmə mədəniyyəti

Özünüidarə məqsədlıəri, mənbələri və şəraiti necə qarşılıqlı əlaqə-

İnsan həyatının təyinatı və mənası, tale və arzu.

Cətinliklərin və uğursuzluqların aradan qaldırılması yolları.

Özünü təkmilləşdirmə imkanları və metodları.

Öz vaxtını necə idarə etmək olar?

Özünüidarə məhsuldarlığının əsas qiymətləndirmə meyarları han-

25-ci mühazirə. Ailənin idarə edilməsi mədəniyyəti

Şəxsiyyət və cəmiyyət üçün ailə mədəniyyətinin əhəmiyyəti haq-

qında. Ailəni idarəetmə mədəniyyətinə olan tələblər haqqında. Tusiyə görə

ailə qurma fəlsəfəsi. Con Adairin üç dairə modelinin tətbiqi. Maslounun

motivasiya modeli. Ailəni idarəetmə prinsipləri haqqında. Ailənin idarə

edilməsi məqsədi, vəzifələri və metodları. Davranış mədəniyyəti və ailənin

etik kodeksi. Ər-arvadın qarşılıqlı münasibətlər mədəniyyəti haqqında.

Uşaqların təhsili və tərbiyəsi haqqında.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

Ailə mədəniyyəti nədir və ictimai inkişafda onun rolu necədir?

M.N. Tusinin ailə mədəniyyətinin formalaşdırılmasına yanaşmaları.

Ailənin idarə edilməsində “üç dairə modelinin” tətbiqi imkanları.

Ailəni idarəetmə prinsipləri, vəzifələri və metodları.

Ailə etikası və ərlə-arvadın qarşılıqlı münasibətlər mədəniyyəti.

İntellektual inkişafın əhəmiyyəti və uşaqların etik tərbiyəsinin xü-

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.

Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində, məktəbi idarəetmə də dəyərlərin və texnolo-giyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu mənada idarəetmə mədəniyyətinə aksioloji, texnoloji və şəxsiyyət-yaradıcı komponentlər daxildir.

Məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir.

Pedaqoji sistemləri idarəetmə dəyərləri müxtəlifdir. Onlar aşağıdakılar ola bilər:

1) dəyərlər-məqsədlər. Onlar iyearxiyanın müxtəlif səviyyələrində tam pedaqoji idarəetmənin məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir.

Bu məqsədlərə daxildir:
təhsil sistemini idarəetmə məqsədi;
məktəbi idarəetmə məqsədi;
pedaqoji və şagird kollektivini idarəetmə məqsədi;
şəxsiyyətin özünütərbiyəsini və özünüinkişafını idarəetmə məqsədi və s.
Dəyərlər-məqsədlər idarəetmə fəaliyyətinin özünəməxsus tənzimləyicisidir;

2) dəyərlər-biliklər. İdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır. Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarə olunmasının effektiv meyarlarını bilmək və s. daxildir.

3) dəyərlər-münasibətlər. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiy-yətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır;

4) dəyərlər-keyfiyyətlər. İdarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.

Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və priyomlarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaşdı-rılması, təşkili, nəzarət və tənzimləmə sahəsində rəhbərin bacarıqlarına əsaslanır. Direktorun idarəetmə mədəniyyətinin səviyyəsi yuxarıda göstərdiyimiz tipdə olan vəzifələrini həll etmək priyormlarına və qaydalarına yiyələnmək səviyyəsindən asılıdır.

Şəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb göstərir. İdarəetmənin alqoritmik (alqritm-eyni tip vəzifələri həll etmək üçün əməliyyatların həyata keçirilmə ardıcıllığını dəqiq müəyyənləşdirən göstərişlərdir olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiya-larına yiyələn-dikcə onları yeniləşdirir, onları interpretasiya (özü başa düşdüyü kimi aydınlaşdırmaq) edir. Bu, həm rəhbərin şəxsiyyət xüsusiyyətləri, həm də idarəetmənin obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə fəaliyyətində bir şəxsiyyət, bir rəhbər kimi, bir təşkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir.

Təhsil müəssisələrini rəhbər şəxslərinin funksional vəzifələri ümumtəhsil məktəbinin və ya digər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Təhsil müəssisəsinə rəhbərliyi direktor və onun müavinləri həyata keçirirlər. Təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur.

Ümumtəhsil müəssisəsinin direktoru aşağıdakı funksional vəzifələri yerinə yetirir:

1) təhsil-tərbiyə prosesini planlaşdırır və təşkil edir, onun gedişinə və nəticələrinə nəzarəti həyata keçirir, tədris müəssisəsinin işinin keyfiyyəti və effektliyi üçün cavab verir;

2) dövlət və ictimai orqanlarda tədris müəssisəsinin mənafeyini təmsil edir;
3) sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üçün lazımi şəraiti yaradır;

4) özünün müavinlərini seçir, onların funksional vəzifələrini müəyyən edir, tədris müəssisəsinin pedaqoji kadrlarını yerləşdirir;

5) tədris müəssisəsinin pedaqoji, inzibati, tədris-tərbiyəvi və xidmətçi heyətini işə qəbul edir və işdən azad edir;

6) tədris müəssisəsinə ayrılmış büdcə vəsaitinin müəyyən olunmuş qaydada rasional istifadə olunmasını təşkil edir;

7) tədris müəssisəsinin pedaqoji işçilərinin yaradıcı inkişafı üçün təhsil-tərbiyənin qabaqcıl forma və metodlarını tətbiq etmək, pedaqoji eksperimentlər keçirmək üçün onlara şərait yaradır;

8) təhsili idarəedən müvafiq orqanlar qarşısında öz fəaliyyəti üçün məsuliyyət daşıyır.

Şagird özünüidarəsi, peşəyönümü, valideynlərlə işlə əlaqədar məsələlər məktəb direktorunun diqqət mərkəzində olur.

Məktəbdə işlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müavinlərinə həvalə olunur. Bu vəzifələr aşağıdakılardır:

tədris-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkilatçı, elmi-tədqiqat işi üzrə direktor müavini (bəzi məktəblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən öyrənən siniflər üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini (köməkçisi).

Direktorun tədris-tərbiyə işi üzrə müavini pedaqoji prosesin təşkilinə, təhsil proqramlarının və dövlət təhsil standartlarının yerinə yetirilmə-sinə cavab verir; şagirdlərin biliklərinin keyfiyyətinə və onların davranışına nəzarəti həyata keçirir; müəllimlərin və şagirdlərin tədris yükünü tənzimləyir; tədris məşğələlərinin cədvəlini tərtib edir;məktəbdə metodik işə, pedaqoji innovasiyaların tətbiqinə rəhbərlik edir; müəllimləri pedaqoji mədəniyyətlərini yüksəltdiklərinə görə stimullaşdırır.

Direktorun müavinlərinin vəzifələri məktəbin nizamnaməsində müəyyən olunmuşdur. Bu sənəddə tədristərbiyə üzrə iş bir neçə müavin arasında funksional vəzifələrin bölüşdürülməsi əsaslandırılmışdır.

Direktorun idarəetmə fəaliyyətinin effektliyi məktəbin inzibati aparatında hüquqların və vəzifələrin məqsədəuyğun dəqiq bölüĢdürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə instruktiv və operativ müşavirələr, pedaqoji şuranın iclaslarını keçirir.

Rəhbərlik metodları haqqında məsələ iş üslubu haqqında məsələ ilə sıx bağlıdır. Üslub idarəetmə fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin şəxs üçün daha çox tipik olan metodların məcmuyudur.

İdarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər:

İDARƏETMƏ MƏDƏNİYYƏTİ

Bakı, 29 dekabr (AZƏRTAC). “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının mətbuat xidmətindən bildirmişlər ki, yeni kitab – “İdarəetmə mədəniyyəti” (xarici ölkələrin təcrübəsi) kitabı nəşr olunmuşdur.

Kitabın müəllifi kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədovdur.

Kitabda XXI əsrin əsas paradiqmi olan kulturologiyanın əhəmiyyəti, milli və beynəlxalq idarəetmənin elmi əsası kimi rolu göstərilmiş, müəllif tərəfindən işlənib hazırlanmış səmərəli idarəetmənin innovasiya üsullarının yaradılmasına imkan verən “kulturoloji piramida”nın universal metodu təsvir edilmişdir. Monoqrafiyada Şərq və Qərb ölkələrində qədim və orta əsr dövrlərində dövlət idarəetməsinin tarixi, habelə federal və unitar demokratik ölkələrdə dövlət idarəetməsinin təcrübəsi, ABŞ, Böyük Britaniya, Almaniya və Fransada dövlət qulluğunun xüsusiyyətləri, Yaponiya, Çin və Tayvanda iqtisadi inkişafın “sirləri” nəzərdən keçirilir.

Bütün fəaliyyət növləri və sahələr üzrə rəhbərlər, dövlət qulluqçuları və mütəxəssislər kitabda elmi idarəetmə və təşkilat mədəniyyəti növləri, elmi yanaşmalar, demokratik idarəetmənin prinsipləri və məktəbləri, şəxsiyyətin mədəniyyəti, özünüidarəetmə mədəniyyəti, ailə, liderlik, məsuliyyət, etik, hüquqi və siyasi mədəniyyət və bir çox digər mövzulara dair materiallarla tanış ola bilərlər. Bu kitab onlara səmərəli idarəetmə üsulunun seçilməsində düzgün qərarlar qəbul etməyə yardımçı olacaqdır.

Belə universal biliklər mövcud idarəetmə modellərinin və texnologiyaların təkmilləşdirilməsinə və yenilərinin yaradılmasına imkan yaradır.

Comments are closed, but trackbacks and pingbacks are open.