Idarəetmə uçotu dərslik
Mühasibat uçotunun məcburiliyi – Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
Mühasibat və mühasibat uçotu
Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elm. İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Mühasibat, müəssisələrin aktivlərinin və qaynaqlarının meydana gəlməsini, bunların istifadə edilmə formasını, müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri, müəssisələrin maliyyə vəziyyətlərini açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir məlumat sistemi ilə bağlı anlayışdır. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrin əlaqədar deyil, qeyri-kommersiya, yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə, müəssisələr deyilərkən bütün təşkilatları əhatə edir. Ümumiyyətlə, mühasibat sistemi qazanc məqsədi güdən müəssisələr üçün daha da əhəmiyyətlidir. Mühasibat funksiyalarını qeydetmə, təsnifat, yekunlaşdırma və hesabat olaraq dörd ana qrupda ayıra bilərik:
• Qeydetmə funksiyası: Maliyyə əməliyyatları sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir. Mühasibatın ən əhəmiyyətli və ilk funksiyasıdır.
• Təsnifat funksiyası: Yazılan məlumatlar müəyyən zaman aralıqlarında yığılıb, xüsusiyyətlərinə görə qruplara ayrılır. Beləcə, fərqli xarakterli və qruplardakı əməliyyatları bir-birləri ilə qarışdırmadan fərqli qeydləri yoxlanıla bilər.
• Yekunlaşdırma funksiyası: əməliyyatlar dövr sonlarında toplanaraq daha asan nəticələr çıxarmağı təmin etmək üçün ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə, bəlkə minlərlə əməliyyat etmiş ola bilər.
• Hesabat funksiyası: Ən son olaraq, hesabat funksiyasında yazılan, təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərhetmə mərhələsidir. Mühasibatın ən əhəmiyyətli funksiyanlarındandır. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatların ən əhəmiyyətliləri balans hesabatı və gəlir cədvəlidir.
Mühasibat bu funksiyaları sırası ilə yerinə yetirərək, müəssisələrin maliyyə əməliyyatları haqqında nəticələr çıxararaq; həm idarəetməni, həm dövləti, həm də üçüncü şəxsləri məlumatlandırır. Bütün müəssisələrdə yerli və ya beynəlxalq mühasibatlığın olması hesabatlara görə daha vacibdir.
Mühasibat uçotu – müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunun məcburiliyi – Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
AR “Mühasibat uçotu haqqında” Qanun, Maddə 3
Mühasibat uçotunun funksiyaları:
• informasiya (məlumatvermə) funksiyası,
• əmlakın qorunub saxlanması,
Mühasibat uçotunun məqsədi:
– maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilat və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
– əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
– maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
Mühasibat uçotunun əsas prinsipləri:
– Mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
– Mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərinin yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
– Təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun, mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman, onun iqtisadi məzmununun, mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
– Təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin — ehtiyatlılığın təmin edilməsi;
– Qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.
İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.
Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.
Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.
Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.
Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:
• daxili istifadəçilər (“insiders”);
• kənar istifadəçilər (“outsiders”).
Müəssisə daxilində biznes qərarlarını qəbuletmə səlahiyyətinə malik olan rəhbər, menecer, yaxud sadə işçilər ola bilər.
Kənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə maraqlanan tərəflər ola bilər.Bu istifadəçilərə investorlar və səhmdarlar,kreditorlar,dövlət vergi orqanları,yaxud istehlakçılara aiddir.
Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda maraqlıdırlar:
1. İnvestorlar və səhmdarlar, onların nümayəndələri – həyata keçirilən və ya nəzərdə tutulan investisiyaların riskliliyi, gəlirliliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqda informasiya;
2. Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s.) – işverənlərin gəlirliliyi, stabilliyi, iş yerlərini saxlamaq və əməkhaqqı ödəyə bilmə imkanı barədə informasiya;
3. Borcverənlər – müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya;
4. Malsatan və podratçılar, malalan və sifarişçilər – müəssisənin fəaliyyətinin fasiləsizliyi haqqında informasiya;
5. Dövlət orqanları – öz funksiyalarını (resursların yerləşdirilməsi, iqtisadiyyatın tənzimlənməsi, dövlət siyasətinin hazırlanması və reallaşdırılması, statistik nəzarətin aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;
6. Bütövlükdə ictimaiyyət – yerli, regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahın yüksəldilməsində rolu haqqında informasiya.
İdarəetmə uçotunun informasiyası:
Daxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur. İdarəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etmək, həmçinin maliyyə hesabatının təhlilinin nəticələrinə dair göstəricilərlə təmin etməkdən ibarətdir…
Əgər kənar istifadəçilər üçün maliyyə uçotunun məlumatları, əsasən, investisiyalar haqqında qərar vermək üçün lazım idisə, daxili istifadəçilər üçün uçot məlumatları aşağıdakı məqsədlər üçün lazımdır:
1. Strategiyanın hazırlanması;
1. İşin planlaşdırılması;
2. Qərarların qəbulu;
3. Resurslardan istifadənin optimallaşdırılması.
Qeyd olunanları nəzərə alaraq, idarəetmə uçotunu bəzən daxili, yaxud da istehsal (maya dəyəri) uçotu (“Cost Accounting”) adlandırırlar. Maliyyə uçotu ilə idarəetmə uçotu arasındakı fərqlər şəkildə göstərilmişdir.
Hər bir peşənin (elmin) müəyyən bir məhsulu olduğu kimi, maliyyə uçotunun da məhsulları maliyyə hesabatıdır.
İdarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə uçotu idarəetmə prosesini uçot prosesi ilə əlaqələndirir. İdarəetmə uçotu – hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə uçotunun sinonimi daxili uçotdur.
İdarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq, müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı, xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.
Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.
İdarəetmə uçotunun məqsədi
İdarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.
Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.
İdarəetmə uçotunun vəzifələri
Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:
• müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;
• müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatı, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;
• müvafiq satış qiyməti ilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;
• cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);
• proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).
Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:
1. Birinci istiqamət – məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;
2. İkinci istiqamət – müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar, maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;
3. Üçüncü istiqamət – qərar qəbul etmək. [3]
Maliyyə uçotu, əsasən, kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:
1. Maliyyə vəziyyəti;
2. Maliyyə nəticələri;
3. Pul vəsaitlərinin hərəkəti haqqında.
Maliyyə nəticələri mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapır. Maliyyə vəziyyətini təhlil etmək üçün balans hesabatı və kapital dəyişiklikləri haqqında hesabatdan istifadə edilir.
Pul vəsaitlərinin hərəkəti üzrə göstəricilər isə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda öz əksini tapır.
Bu hesabatlar demək olar ki,bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur.
Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:
• Xüsusi kapital (“equity capital”), yaxud xalis aktivlər (“net assets”);
Aktivlər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış, onun nəzarətində və istifadəsində olan elə resurslardır ki, gələcəkdə həmin müəssisəyə iqtisadi fayda gətirəcək.
Öhdəliklər müəssisənin keçmiş hadisələr nəticəsində yaranmış və gələcəkdə ona iqtisadi fayda gətirəcək resursların həmin müəssisədən axıb getməsinə səbəb olan borclardır.
Xüsusi kapital müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivlərdir.
Gəlir hesabat dövründə müəssisənin iqtisadi faydasının elə artmasıdır ki, bu öz əksini aktivlərin artmasında, yaxud öhdəliklərin azalmasında tapır. Bunun nəticəsində kapitalın mülkiyyətçilərin payları hesabına olmayan artımı baş verir.
Xərclər hesabat dövründə müəssisənin iqtisadi faydasının elə azalmasıdır ki, bu öz əksini aktivlərin dəyərinin azalmasında və ya itirilməsində, yaxud öhdəliklərin artmasında tapır, bunun da nəticəsində kapitalın mülkiyyətçiləri tərəfindən geri çıxarılması hesabına olmayan azalması baş verir.
Ümumilikdə isə, bütün hesabatların həm illik, həm də aylıq daha düzgün nəticələnməsi üçün AR qanunverciliyinə və dünya standartlarına əsasən, mühasibat uçotundan istifadə etmək hər bir müəssisə üçün vacibdir.
1. Radil Fətullayev-Əsas Vəsaitlərin Rəsmiləşdirilməsi
3. MÜHASİBAT UÇOTU (SAHƏLƏR ÜZRƏ)-Dərslik
4. Foundations in Accountancy
Idarəetmə uçotu dərslik
İdarəetmə uçotunun anlayışı
Idarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. Idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir . Idarəetmə uçotu – hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. Idarəetmə uçotunun sinonimi daxili uçotdur .
Uçot elmində idarəetmə və istehsalat uçotu anlayışları vardır.
Istehsalat uçotu sistemində hər şeydən əvvəl məsrəflərin sənədləşdirilməsi və qruplaşdırılması, əsas istehsal xərclərinin müəyyən edilməsi, tullantıların və əlavə məhsulların əsas istehsal hesabından silinməsi, hesabat dövrünün axırına qalan bitməmiş istehsal qalığınını ümumi qalıqdan çıxarılması baş verir. Bundan başqa istehsalat uçotu hər bir bölmənin istehsal etdiyi məhsulun, hər bir məmulat növünün, məmulat vahidinin, müəssisənin satılmış məhsullarının faktiki maya dəyərinin hesablanması üzrə əməliyyatları və məhsulun maya dəyəri haqqında hesabatın tərtib olunması üzrə əməliyyatları əhatə edir.
İstehsalat uçotunun məzmunu istehsala çəkilən xərclərin uçotu, nəzarətin təşkili və məhsulun maya dəyərinin kalkulyasiyası ilə məhdudlaşır.
Idarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır . O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.
Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.
İdarəetmə uçotunun məqsədi
Idarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.
Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir .
İdarəetmə uçotunun vəzifələri
- müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;
- müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatını, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;
- müvafiq satış qiymətilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;
- cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);
- proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).
- Birinci istiqamət – məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;
- Ikinci istiqamət – müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;
- Üçüncü istiqamət – qərar qəbul etmək.
İDARƏETMƏ UÇOTU
- İDARƏETMƏ UÇOTU NƏDİR?
- İdarəetmə uçotu nədir?
- İdarəetmə və maliyyə uçotunun müqaisəsi
Güclü Azərbaycan üçün sən bu gün nə etdin?
İdarəetmə uçotu” fənnindən test tapşırıqları Müəllim: İ. C. Kərimova Düzgün cavablar “A” bəndindədir
2. İdarəetmə uçotu aşağıdakilardan hansının altsistemini təşkil edir?
B) maliyyə uçotunun
C) statistik uçotunun
D) vergi uçotunun
E) təsərrüfat uçotunun
3. İcbarı qaydalarla aparılma daha çox uçotun hansı növünə aiddir?
A) maliyyə uçotunda
B) idarəetmə uçotunda
C) operativ istehsalat uçotunda
D) statistik uçotda
E) operativ istehsalat və statistik uçotda
4. İdarəetmə hesabatlarının təqdim olunma müddəti
A)müəssisənin idarəetmə heyəti tərəfindən müəyyən edilir
B) rüblük – rüb başa çatdıqdan sonra 30 gün müddətində
C) illik-hesabat dövründən sonrakı 90 gün müddətində
D) aylıq-hesabat dövründən sonrakı ayın 20-nə kimi
E) 10 gündən bir
5. İdarəetmə uçotunda informasiyanın təqdim olunma forması hansıdır
A)həm natural, həm də dəyər ifadəsində ifadədə
B) maliyyə hesabatları dəyər ifadəsində
C) pul vahidində
D) baş kitabdan hesabların qalıqları üzrə
E) əmək ölçüsü ilə
6. Aşağıdakilardan hansı idarəetmə uçotunun tərkib hissələrindəndir?
B) vergi və izahat uçot
C) operativ uçot
D) müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi
7. İdarəetmə uçotu informasiyasından istifadə edənlərə aiddir?
A) qeyd edilənlərin hamısı
B) mühasibat işçiləri və mütəxəsislər
C) strukturu bölmə və şöbələrin hamısı
D) müəssisənin rəhbəri
E) heç bir cavab doğru deyil
8. Idarəetmə uçotunun elementləri mühasibat uçotuna hansı normativ
sənədlərlə daxil edilmişdir?
B) AR vergi məcəlləsi əsasən
C) “Mühasibat uçotu” haqqında AR Qanunu, AR-da mühasibat uçotu və
mühasibat hesabatlarının aparılma tətbiqi qaydalarına əsasən
D) Uçot siyasətinə əsasən
E)AR mülki məcəlləsi əsasən
9. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?A)maliyyə və idarəetmə
B) maliyyə və statistika uçotu
C) operativ və statistik uçot
D) idarəetmə və büdcə uçotu
E) operativ və büdcə
10. İdarəetmə uçotu ilk dəfə harada yaranmışdır
E) Kanədəda
11. İdarəetmə qərarları hansı informasiyaya əsaslanırA)qeyd edilənlərin hamısı
B) plan və normativ
C) texnoloji və uçot
D) uçot və analitik
12. İdarəetmə uçotunun təşkilinin sənədləşmə planında nələr öz əksini tapır
A)uçot üçün tələb olunan sənədlər və onlara olan tələbat
B) uçot üçün tələb olunan sənədlərin doldurulma qaydası və cavabdeh şəxslər
C) uçotun texniki rəsmiləşdirilməsi qaydası
D) yuxarıda qeyd edilənlər
E) heç biri doğru deyil
13. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən
A) daxili istifadəçilərə
B) Xarici istifadəçilərə
C) Icra hakimiyyətin orqanlarına
E) A və b cavabları doğrudur.
14. Mühasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?
C) mühasibat – maliyyə uçotu
D) Statistik uçotu
E) Operativ uçot
15. İdarəetmə uçotu sistemində informasiyanın hansı növləri vardır?
A)plan, uçot və normativ sorğu
B) uçot – normativ
C) plan və normativ
E) Heç bir cavab doğru deyil
16. İnformasiyaların verilmə tezliyi aşağıdakilardan hansıdır?
A)müxtəlif səviyyəli müəssisə rəhbərliyinin sorğusunaəsasən
17. idarəetmə uçotu sistemində istifadəçilər üçün formalaşaninformasiyanın
B) ictimai-dərc olunur
C) kommersiya sirri hesab edilmir
E) Açıqdır və dərc edilir
18. İdarəetmə uçotu məqsədi ilə müəssisənin uçot siyasətini kim formalaşdırır
C) idarəetmə uçotu xidmətinin rəhbəri
D) baş iqtisadçı
E) qeyd edilənlərdən heç biri
19. Məsrəflərin uçotunun birdairəli sistem istifadə olunur
A)idarəetmə və maliyyə uçotunda
B) ancaq maliyyə uçotunda
C) ancaq idarəetmə uçotunda
D) Maliyyə və vergi uçotunda
20. İdarəetmə uçotu nədir?
A) prosesin və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan
B) uçot prosesidir
C) məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
D) müəssisənin idarəetmə prosesidir
E) Təsərrüfat uçotunun bir növüdür
21. idarəetmə uçotunun təşkili planı aşağıdakı hissələr malikdirA)qeyd edilənlərin hamısı
B) hesablar planı və onun müxbirləşməsi
C) hesabat planı və mühasibat işçilərinin əməyinin təşkili
D) uçotunun texniki rəsmiləşdirilməsi və hesabat planı
E) sənədləşmə və sənəd dövriyyəsi
22. Müəssisədə idarəetmə uçotunu kim aparır?
A) mühasib– analitik
23. İdarəetmə uçotunun mühasibat uçotunun vahid sistemindən ayrılması
aşağıdakilarla şərtlənir
A)idarəetmə uçotunun məqsədi və vəzifələri ilə
B) vergi orqanlarının tələbləri ilə
C) mühasibat uçotu üzrə qanunvericiliyin tələbləri ilə
D) Maliyyə uçotunun aparılma xüsusiyyəti ilə
E) Maliyyə orqanlarının tələbi ilə
24. İdarəetmə uçotu dedikdə nə başa düşülür?
A)istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə
alınması, toplanması və işlənilməsi
B) götürülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemlⱨşdirilmiş
informasiyaların əldə edilməsini
C) məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə
D) Məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş
informasiyaların əldə edilməsini
E) hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə
edilməsini
25. Beynəlxalq təcrübədə idarəetmə uçotu sistemi neçə təməl üzrətəsnifləşdirilir?
26. İdarəetmə uçotunun predmetini nə təşkiledir
A)ümumilikdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin
məsuliyyət mərkəzlərinin) istehsal fəaliyyəti
B) müəssisənin təsərrüfat fəaliyyəti
C) məsuliyyət mərkəzləri üzrə fəaliyyət
D) Daşıyıcilər üzrə xərclər və gəlirlərin uçotu
E) Müəssisənin struktur bölmələrinin istehsal uçotu
27. İdarəetmə uçotu informasiyasına qoyulan tələblər hansilardırA)ünvanlılıq, operativlik, kifayətlilik, analitlilik, relevantlıq
B) Müqayisəlilik və etivarlılıq
E) Həqiqilik və dəqiqlik
28. Idarəetmə uçotunun əsas funksiyası nədir
A)məhsulun (iş, xidmətin) maya dəyərinin formalaşdırılması
B) Təsərrüfat fəaliyyəti faktlarını qeydə almaq
C) Idarəetmə qərarlarının qəbulu prosesinin əsaslandırması
D) Planlaşdırma və büdcələşdirim prosesinin əsaslnədirılması
E) Hesabatları tərtib etmək
29. İdarəetmə uçotunda informasiyanın qeydiyyat üsullarınaaiddir
A) uçotu aparmağa imkan verən istənilən qeydiyyat sistem
B) iş günün xronometrajı
D) Ikili yazılış metodu
E) Sənədləşdirmə və ikili yazılış metodu
30. İdarəetmə uçotunun məqsədi informasiyanın təqdim edilməsi təşkil edir
B) Xarici istifadəçilərə
C) Icra hakimiyyəti orqanlarına
E) Daxili və xarici istifadəcilərə
31. Idarəetmə uçotunda predmetin obyektləri əsasən neçə istiqamətdə
qruplaşdırılır
E) Heç biri düzgün deyil
32. İdarəetmə uçotunun metodunun əsas elementlərindən olan inventarlaşmanın
mahiyyəti nədir
A) inventarlaşma uçot obyektlərinin faktiki vəziyyətinin müəyyən
B) Inventarlaşma itkilərin müəyəyn edilməsi üsuludur
C) Inventarlaşma mənimsəmələrin müəyyən edilməsi üsuludur
D) Inventarlaşma nəzarətin üsulalrından biridirə
E) Doğru cavab yoxdur
33: Aşağıdakilardan hansı növ uçot daxili uçot hesab edilir (adlanır):.A) idarəetmə uçotu
D) operativ uçotu;
E) statistik uçotu
34. Muxtar sistem nəyi özündə əks etdirir
A)muxtar sistemdə sismetli və problemi uçot ayrılıqda aparılır
B) Muxtar sistemdə sistemli və problemli uçot birlikdə aparılır
D) Muxtar sistem problemli uçot sistemin özündə birl❈şdirir
E) Heç bir cavab doğru deyil
35. İdarəetmə uçotunun metodunun işçi üsullari bunlardan hansıdır
B) Iki qeyd üsulu
D) Mühasibat informasiyası
E) Hesablar sistemi
36. İdarəetmə uçotu sistemində məlumatların təhrif edilməsinə görə məsuliyyət
dərəcəsi (səviyyəsi)
A)intizam tənbehi (məsuliyyət)
B) cinayət məsuliyyəti
C) inzibati məsuliyyət
D)vergi orqanları tərəfindən cərimələr
E) Ictimai qınaq
37. Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc
edilməsi həyata keçirilir
A)heç bir həldə dərc olunmur
C) müəssisənin müflisl⦨şməsi zamanı
E) Müəssisə rəhbəri dəyişdikdə
38. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir
b) Müəssisənin səhmdarları
c) Vergi orqanları
d) Müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
e) Heç biri düz deyil
39. İdarəetmə uçotunda predmetin obyektlərini neçə qrupa bölmək olar
A) istehsalat ehtiyatları, təsərrüfat obyektlərini neçə qrupa bölmək olar
b) Təsərrüfat prosesləri və təsərrüfat əməliyyatları
c) Müəssisənin maliyyə və investisiya fəaliyyətini
d) Təchizat, satış və investisiya fəaliyyəti
e) Heç bir düzgün deyil
40. İdarəetmə uçotunda predmetin obyekti hesab edilən istehsalat ehtiyatlarının
tərkibinə daxildir.
A)əsas fondlar, qeyri-maddi aktvilər və material-istehsalat ehtiyatları,
onların vəziyyəti və istifadəsi
B) material-istehsalat ehtiyatları və onların istfiadəsi
C) əsas fondlar ve qeyri maddi fondlar
D) Hazır məhsul və maliyyə ehtiyatları
E) Heç biri düzgün deyil
41. Xərclərin operativliyinə görə idarəetmə uçotu hansı sistemlərə bölünürA)faktiki (keçmiş, tarixi) və standart (normalaşdırilən
B) tam və birbaşa
C) müstəqim və qeyri-müstəqim
D) bribaşa və dolayı
E) müstəqil və bütöv
42. Maya dəyərinə xərclərin daxil edilmə tamlığına görə idarəetmə uçotu hansı
uçot sistemlərə bölünür
A)tam və hissəvi məsrəflər (ixtisər edilmiş)
B) müstəqil və bütöv
C) Müstəqim və qeyri – müstəqim
D) Bribaşa və dolayı
E) Müstəqil və bütöv, birbaşa və dolayı
43. İdarəetmə uçotunun metodunun əsas elementləri hansilardır
A)yuxarıda qeyd edilənlərin məcmusu
B) normalaşdırma, planlaşdırma və limitlⰸşdirmə
D) sənədləşmə və inventarlaşma
E) qruplaşdırma və ümumiləşdirmə
44. Limitləşdirmə dedikdə nə başa düşülür
A)limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan
B) limitləşdirmə material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir
C) limitləşdirmə material məsrəfləri üzərində əvvəlcədən nəzarətin
D) limitləşdirmə material məsrəfləri üzərində nəzarətin yekun
E) Doğru cavab yoxdur
45. Kontrolinq hansı spesifik funksiyaları yerinə yetirirA) informasiya, idarəetmə və nəzarət
B) informasiya və nəzarət
C) idarəetmə və nəzarət
D) Təhlil və nəzarət
E) Doğru cavab yoxdur
46. İdarəetmə uçotunda məsrəflər qruplaşdırılır və əks etdirilir
A) kalkulyasiyanın maddələri üzrə
B) Iqtisadi elementlər üzrə
C) Iqtisadi elementlər və kalkulyasiya maddələri üzrə
D) Məhsul növləri üzrə
E) Düzgün cavab yoxdur
47. Mühasibat idarəetmə uçotunun obyektləri hansıdır
A)bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və
nəticələr, daxil qiymətqoyma büdcələşmə və daxili hesabat
B) Müəssisənin əmlak və öhdəlikləri
C) Təsərrüfat əməliyyatları
D) Təsərrüfat prosesləri
E) Müəssisənin kapitalı
48. İdarəetmə uçotunun əsas təyinatı aşağıdakilardan hansıdır?A)onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal
prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması
üçün lazımi informasiya ilə təmin etmək
B) məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
C) istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin
D) Daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
E) Xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
49. Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansıvariantları var?
A)inteqrasiya edilmiş vəmuxtar
D) Muxtar və xətti
E) Xətti və monistik
50. İdarəetmə uçotunda
A) hesabların və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə
mqəsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
B) hesabların və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə
C) hesabların tətbiqi və ikili yazılışdan istfiadə məcburidir
D) Məsrəflərə nəzarətə ehtiyac yoxdur
E) Büdcələşməyə ehtiyac yoxdur
51. İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir
A)uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının
B) məsrəflərə nəzarət və planlaşdırma
C) planlaşdırma və uçot
D) Məsrəflərin uçotu və maya dəyərinin təhlili
E) Maya dəyərinin təhlili
52. Idarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edirA) maliyyə və idarəetmə uçotlar ayrılıqda aparılması, qoş eyni adlı
nəzarət hesabları vasitəsilə onlar araasında qarşılıqlı əlaqə
B) Kalkulyasiya maddələr üzrə istehsala məsrəflərin uçotu
C) Nəzarət hesablar vasitəsi ilə xərc elementləri üzrə istehsala
D) Istehsala məsrfələrin kalkulyasiya maddələri üzrə uçotu
53. Fəaliyyətin növündən, müəssisənin stkrukturundan və məhsulun tərkibindənasılı olaraq informasiyanın əhatə dərəcəsinə görə idarəetmə uçotun hansı növləri var?
A)sistemli və problemli
B) operativ, istehsalat və cari
C) istehsalat, maliyyə, operativ, istehsalat və cari
D) istehsalat və maliyyə
E) Heç biri düzgün deyil
54. İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakilar daxildir
A)təchizat-tədarükat istehsalat, amliyyə-satış və təşkiləti fəaliyyəti
B) istehsal və satış fəaliyyəti
C) maliyyə-satış və təşkiləti fəaliyyəti
D) təchizat – tədarükət və istehsal fəaliyyəti
E) Müəssisənin satış fəaliyyəti
55. Nəzarət hesabları dedikdə nə başa düşülür
A)müvafiq dövrün əməliyyatlarının yükun məbləği yazilən hesablar başa düşülür
B) müvafiq dövrün əməliyyatlarının məbləği yazilən hesablar başa
C) əməliyyatları uçota alan hesablar başa düşülür
D) bütün cavablar doğrudur
E) doğru cavab yoxdur
56. Təhlil prosesində nələr müəyyən edilirA)istehsal tapşırıqlarının yerinə yetirilməsi üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq
B) idarıetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsr
edən kənarlaşma və onun səbəbləri müəyyən edilir
C) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılığı
D) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılığı müəyyən edir
E) təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir
- müəssisənin struktur bölmələr və məhsulun (iş və xidmətlərin) növləri üzrə
- müəssisələrin struktur bölmələr üzrə
- Bütovlükdə müəssisə üzrə
- Fəaliyyət növlər üzrə
- Düzgün cavab yoxdur
58. Monistik sistem nəyi özündə əks etdirir
A) mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistematik və problemli uçotu birl⚨şdirən inteqrasiya sistemini özündə əks etdirir
B) muhasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında problemi
C) mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemaik
D) Mühasibat uçotu hesablarında birbaşa əlaqə əsasında problemli uçot
E) Heç bir cavab doğru deyil
- konkret mqəsəd üçün müəssisədə istifadə edilən resursların dəyəri
- müəssisədə onun fəaliyyəti ilə şⱈrtlənən bütün növdən olan resurslar
- müəssisədə istifadə edilən resurslar
- Təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc
- Müəssisədə istifadə edilən resurslar və təsərrüfat fəaliyyət zamnı resursların alınmasına çəkilən xərc
60. Xərclər həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyətindən asılı olaraq
- adi fəaliyyətlə əlaqədar və sair xərclər
- Istehsal və satış faəliyyəti ilə əlaqədar xərclər
- əsas və üstəlik
- adi faəliyyətlə əlaqədar və sait xərclər və istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- heç biri
61. Sair xərclər neçə yerə bölünür
62. Adi fəaliyyəti üzrə xərclərə daxildir
- məhsulun istehsalı və satış ilə bağlı xərclər
- Işçilərin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə bağlı xərclər
- Malların alınması və satılması ilə bağlı xərclər
- Yuxarıda qeyd edilənlərin hamısı
- Məhsul satışı ilə bağlı xərclər
63. Materialların əldə edilməsi və saxlanması üzrə xərclər neçə qrupa bölünür
64. Material ehtiyatlarının əldə edilməsi və saxlanması üzrə xərclərin tərkibinə
- yuxarıda qeyd edilənlər
- partiyaların həcmi ilə əlaqədar olan
- ehtiyatların defisiti və idarə edilməsi ilə əlaqədar olan
- ehtiyatların təmin edilməsi ilə əlaqədar olan
- Heç bir cavab doğru deyil
65. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər neçə yerə bölünür?
66. Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər hansı xərclərə bölünür?
- əsas və sair
- əsas, əməliyyat və fövqəladə
- əməliyyat və fövqəladə
- əsas, əməliyyat, fövqəladə və sair
- heç bir doğru deyil\
67. Sair xərclər aşağıdakilara bölünür:
- əməliyyat və fövqəladə
- əsas və sair
- əsas, əməliyyat və fövqəladə
- əsas, əməliyyat, fövqəladə və sair
- heç biri doğru deyil
68. Relevartıq nöqteyi – nəzərindən məhsul vahidi üzrə dəyişən məsrəflər
a) istehsalın hər bir həcmində müxtəlifdir
b) müxtəlif (fərqli) istehsal həcmlərində də sabitdir
c) Istehsal həcminin artmasına mütənasib olaraq artıq
d) Istehsal həcmi azaldıqda azalır
- istehsala məsrəfləri və satışı ilə bağlı xərcləri uçota alan hesablar
- Satışla bağlı xərclər
- Istehsal ilə bağlı xərclər
- Yuxarıda qeyd edənlərin hamısı
- Heç bir cavab doğru deyil
70. Ehtiyatların təmin edilməsi ilə əlaqədar olan xərclər neçə qrupa bölünür
71. İstehsal ehtiyatları malsatanlardan mədaxil edildikdə hansı müxabirləşmə
72. Məsrəflər anlayışında aşağıdakı məqamları fərqləndirmək lazımdır
- məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur, istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır, məsrəf mütləq konkret məqsədlərə aid edilməlidir
- istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır
- məsrəf mütləq konkret məqsədlərə aid edilməlidir
- məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur, istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır
- məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur
73. əsas xərc dedikdə nə başa düşülür
- müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar altında
- müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir
- müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir
- müxtəlif istiqamət altında təsniflşdirilən xərclərdir
- müəssisədədə mütəmadi yaranan istənilən xərclərdir
74. Sair xərc dedikdə nə başa düşülür
- müəssisənin adi fəaliyyəti zaman mütəmadi yaranmayan və əsas xərc anlayışına uyğun gəlməyən xərclərdir
- müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir
- müəssisənin adi fəaliyyət zamanı yaranan xərclərdir
- Müxtəlif istiqamət altında təsniflⲘşdirilən xərclərdir
- Doğru cavab yoxdur
75. Əməliyyat xərclərinə daxildir
A)müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir, kredit və borclardan istifadəyə və kredit təşkiltalarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər, təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradılan ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərclər
B) müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir
C) kredit və borclardan istifadəyə və kredit təşkilətlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər
D) təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaradiləmn ehtiyat və fondlara edilən ayırmalar və sair əməliyyat xərcləri
- məhsulun istehsalı və satışına çəkilən canlı və əşyalalaşmış əmək məsrəflərin pulla ifadəsidir
- məhsul istehsalında çəkilən canlı əmək məsrəfdir
- məhsul istehsalına çəkilən məsrəfdirə
- Məhsulun satışına çəkilən məsrəflərin cəmidir
- Məhsulun satışına çəkilən canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsidir
77. İdarəetmə uçotu sistemində məsrəflər belə qiymətləndirilir
- yuxarıda qeyd edilənlərin hamısı
- normativ və hissəvi maya dəyəri il
- tam maya dəyəri və hissəvi məsrəflər üzrə
- tam maya dəyəri ilə və normativ maya dəyəri ilə
- Heç biri döğru deyil
- tərkib hissələrə ayrılmayan iqtisədi cəhətdən oxşar məsrəflər
- tərkib hissələrə ayrilən
- Müəssisədə çəkilən hər hansı xərc
- Tərkib hissələrə ayrilən kompleks xərc
- Heç biri
79. Məsrəf elementləri neçə qrupa bölünür
E) 14
80. Istehsal prosesindəki iqtisadi roluna görə məsrəflər aşağıdakı kimi
Comments are closed, but trackbacks and pingbacks are open.