Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir. Bakı-2013
Şəkil 10. Abbey Linqvo proqramının əsas pəncərəsi
Xankəndi
Azvision.az xəbər verir ki, Qayda aşağıdakı kimidir:
Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda Dövlət Nəzarəti İnformasiya Sisteminin (bundan sonra – İnformasiya sistemi) formalaşdırılmasının, aparılmasının və ondan istifadə edilməsinin, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. İnformasiya sisteminin tətbiqi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında dövlət nəzarətinin təşkili və icra intizamının təmin edilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin tapşırıqlarının (bundan sonra – tapşırıqlar) icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsinə xidmət edir.
1.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirir, qanunvericiliyə müvafiq qaydada İnformasiya sisteminin aparılmasını təmin edir.
1.4. İnformasiya sisteminə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirrinə aid olan məlumatların daxil edilməsinə yol verilmir.
1.5. İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. iştirakçı – İnformasiya sisteminə informasiya daxil etmək və göndərmək, həmçinin informasiya əldə etmək imkanı verilmiş dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər dövlət qurumları;
2.1.2. operator – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
2.1.3. informasiya təhlükəsizliyi üzrə operator – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
2.1.4. elektron kabinet – iştirakçının bu Qayda ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, yalnız elektron imza vasitəsilə eyniləşdirilməklə, İnformasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.
3. İnformasiya sisteminin fəaliyyət prinsipləri
3.1. İnformasiya sisteminin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.1.1. səmərəlilik – mümkün qədər az resurs istifadə edilməklə nəzərdə tutulan nəticənin əldə olunması;
3.1.2. istifadə rahatlığı – informasiya mübadiləsinin əlavə əməliyyat aparılmadan birbaşa yerinə yetirilməsi;
3.1.3. çeviklik – İnformasiya sisteminin dəyişən tələblərə uyğun olaraq sürətli şəkildə yenilənə və dəyişdirilə bilməsi.
4. İnformasiya sisteminin strukturu və funksiyaları
4.1. İnformasiya sisteminə aşağıdakı altsistemlər daxildir:
4.1.1. “Tapşırıqlar” altsistemi;
4.1.2. “Layihələr” altsistemi;
4.1.3. “Monitorinq” altsistemi;
4.1.4. “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi;
4.1.5. “Saxlanc” altsistemi;
4.1.6. “Müraciətlər” altsistemi;
4.1.7. “Hesabatlar” altsistemi;
4.1.8. “Administrator” altsistemi.
4.2. Altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
4.2.1. “Tapşırıqlar” altsistemi vasitəsilə tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumatların, sənədlərin və həmin sənədlərə dair məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
4.2.2. “Layihələr” altsistemi vasitəsilə iştirakçıların həyata keçirdikləri layihələr barədə tələb olunan məlumatların İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, həmin məlumatlar əsasında layihələrin səmərəliliyinin qiymətləndirilməsi;
4.2.3. “Monitorinq” altsistemi vasitəsilə dövlət nəzarəti qaydasında aparılan monitorinqlərin mövzularının formalaşdırılması, tələb olunan məlumatların, sənədlərin və ya onların surətlərinin İnformasiya sisteminə daxil edilməsi, göndərilməsi, daxil olmuş məlumatların təhlil edilməsi, qiymətləndirilməsi;
4.2.4. “Əsas Səmərəlilik Göstəriciləri” altsistemi vasitəsilə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş əsas səmərəlilik göstəricilərinə uyğun olaraq İnformasiya sisteminə məlumatların daxil edilməsi və qiymətləndirilməsi;
4.2.5. “Saxlanc” altsistemi vasitəsilə İnformasiya sisteminə daxil edilmiş məlumat və sənədlərin saxlanılması;
4.2.6. “Müraciətlər” altsistemi vasitəsilə tapşırıqları icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının yerinə yetirməsi ilə bağlı daxil olan müraciətlərin qeydiyyatının aparılması;
4.2.7. “Hesabatlar” altsistemi vasitəsilə sistemin bütün altsistemlərində emal olunan məlumatlar əsasında formalaşdırılan hesabatların alınması;
4.2.8. “Administrator” altsistemi vasitəsilə operator tərəfindən iştirakçı məlumatları, iştirakçı imkanları, sistem parametrləri və digər məlumatların İnformasiya sisteminə daxil edilməsi və ya dəyişdirilməsi.
4.3. İnformasiya sistemindən istifadəyə dair texniki təlimat, habelə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi metodikası İnformasiya sisteminə yerləşdirilir.
4.4. Dövlət Nəzarəti İnformasiya Sistemi ilə digər dövlət informasiya sistemi və ehtiyatları arasında qarşılıqlı əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
5. Sistemin texniki-texnoloji infrastrukturu
5.1. İnformasiya sisteminin infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
5.1.1. texniki avadanlıq və proqram təminatı;
5.1.2. informasiya ehtiyatı və onu idarəetmə paneli;
5.1.3. əsas və ehtiyat mərkəzləri;
5.1.4. arxiv sistemi;
5.1.5. rabitə kanalları;
5.1.6. İnformasiya sisteminin test mühiti.
5.2. Texniki avadanlıq və proqram təminatı bu Qaydaya uyğun olaraq informasiya mübadiləsinin həyata keçirilməsini, iştirakçıların İnformasiya sistemindən istifadəsini təmin edir.
5.3. İnformasiya sistemində formalaşdırılan, İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında saxlanılır. İdarəetmə paneli vasitəsilə İnformasiya sisteminin informasiya ehtiyatının formalaşdırılması, idarə edilməsi, həmçinin həmin informasiya ehtiyatının mütəmadi yenilənməsi təmin edilir.
5.4. İnformasiya sistemində formalaşdırılan, İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar əsas mərkəzlə yanaşı, onun ehtiyat mərkəzində saxlanılır.
5.5. İnformasiya sistemində arxivləşdirmə dövri əsaslarla avtomatlaşdırılmış qaydada təmin edilir. İnformasiya sisteminin köhnəlmiş məlumatlarla yüklənməsinin qarşısının alınması və məlumatların mühafizəsi üçün onların seriyalı arxiv nüsxələri yaradılır.
5.6. İnformasiya sistemində təhlükəsiz məlumat mübadiləsi rabitə kanalları vasitəsilə təmin edilir.
5.7. İştirakçıların identikləşdirilməsi üçün İnformasiya sistemi elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmi ilə təchiz edilir.
5.8. İnformasiya sisteminə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının yoxlanılması, habelə İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
5.9. İnformasiya sisteminin altsistemləri İnformasiya sisteminin texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Qaydanın 3-cü hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
6. İnformasiya sisteminə daxil edilən məlumatlar
6.1. İştirakçılar tərəfindən İnformasiya sisteminə daxil edilən və göndərilən məlumatlar (sənədlər) aşağıdakılardır:
6.1.1. tapşırıqların icrası barədə hesabatlar və bunu təsdiq edən sənədlər (məktub, hesabat, arayış, foto və digər materiallar);
6.1.2. operator tərəfindən aparılan monitorinq və təhlillər ilə bağlı, habelə iştirakçılar tərəfindən icra edilmiş layihələr barədə məlumatlar;
6.1.3. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı ayrı-ayrı yerli icra hakimiyyəti orqanları üzrə əsas səmərəlilik göstəricilərinin icrası barədə məlumatlar.
7. Operatorun funksiyaları
7.1. Operator aşağıdakı funksiyaları həyata keçirir:
7.1.1. İnformasiya sisteminin normativ hüquqi aktlara uyğun olaraq aparılmasına nəzarət etmək;
7.1.2. İnformasiya sisteminin istismarını, o cümlədən etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək;
7.1.3. iştirakçılar tərəfindən bu Qaydaya əməl edilməsinə nəzarət etmək;
7.1.4. bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş məlumatların (hesabatların) təqdim edilmə formasını müəyyən etmək;
7.1.5. İnformasiya sisteminin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması üçün tədbirlər görmək;
7.1.6. İnformasiya sistemindən istifadə ilə bağlı iştirakçıları məlumatlandırmaq və onlara metodiki kömək göstərmək;
7.1.7. İnformasiya sistemində aparılan təmir və yenilənmə işləri haqqında iştirakçıları qabaqcadan məlumatlandırmaq;
7.1.8. İnformasiya sistemində baş verən nasazlıqları qısa vaxt ərzində aradan qaldırmaq, mütəmadi texniki dəstək fəaliyyətini həyata keçirmək;
7.1.9. məlumatlara giriş hüquqlarını müəyyən etmək və istifadə icazələri vermək;
7.1.10. informasiya təhlükəsizliyi üzrə operatorun fəaliyyəti üçün şərait yaratmaq.
8. İnformasiya təhlükəsizliyi üzrə operatorun funksiyaları
8.1. İnformasiya təhlükəsizliyi üzrə operator aşağıdakı funksiyaları həyata keçirir:
8.1.1. İnformasiya sisteminin əsas, ehtiyat və arxiv hissələrinin təhlükəsizlik parametrləri üzrə ekspertizasını həyata keçirmək, onun kibertəhlükəsizliyinin artırılması istiqamətində müvafiq texniki və metodiki kömək göstərmək;
8.1.2. İnformasiya sisteminin etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün əsas, ehtiyat və arxiv hissələrinin etibarlı kanallarla birləşməsini təmin etmək;
8.1.3. dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin təhlükəsizlik parametrləri üzrə İnformasiya sisteminin mütəmadi monitorinqini həyata keçirmək.
9. İştirakçının hüquq və vəzifələri
9.1. İştirakçının aşağıdakı hüquqları vardır:
9.1.1. İnformasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
9.1.2. İnformasiya sisteminin fəaliyyəti ilə bağlı aşkar olunmuş qüsur və çatışmazlıqlar (nasazlıqlar) barədə operatora məlumat vermək.
9.2. İştirakçının aşağıdakı vəzifələri vardır:
9.2.1. İnformasiya sisteminin istifadəsinə məsul olan şəxsləri təyin etmək və onları elektron imza ilə təmin etmək;
9.2.2. bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq, İnformasiya sisteminə daxil edilən məlumatların tamlığını, dolğunluğunu və təhlükəsizliyini təmin etmək;
9.2.3. operator tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək;
9.2.4. İnformasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.
10. İnformasiya sistemindən istifadə
10.1. İştirakçı İnformasiya sistemindən aşağıdakı istifadə imkanlarına malikdir:
10.1.1. qeydiyyatdan keçmək;
10.1.2. elektron kabinetdən istifadə etmək;
10.1.3. bu Qaydanın 6-cı hissəsində göstərilən məlumatları İnformasiya sisteminə daxil etmək;
10.1.4. operatorla real vaxt rejimində əlaqə yaratmaq;
10.1.5. metodika və təlimatlarla bağlı məlumatlar əldə etmək;
10.1.6. operator tərəfindən aparılan qiymətləndirmənin ilkin və yekun nəticələri ilə tanış olmaq və ilkin nəticələrlə bağlı rəy bildirmək.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir. Bakı-2013
Ünsiyyət insanlar arasında sosial əlaqədir. Ünsiyyətin məqsədləri aşağıdakılardır.
- Məlumatlandırmaq
- Əlaqələndirmək
- Aydınlaşdırmaq
- Emosional vəziyyəti dəyişmək
Şifahi ünsiyyətlər böyük və kiçik qruplar arasında toplantılarda, seminarlarda və təlim sessiyalarında da mümkün olur. Şifahi ünsiyyətdə rəhbərdən nitq mədəniyyətinə əməl edilməsi tələb olunur.
Yazılı ünsiyyət isə kağız və ya elektron daşıyıcılar vasitəsi ilə aparılır. Bu ünsiyyət formasında ünsiyyətin çevikliyi təmin olunmur və kommunikativ xarakter daşımır. Yazılı ünsiyyət müəssisələr arasında məktub yazışmaları, rəsmi müraciətlərin olunması, yuxarı təşkilatlara hesabatların təqdimatı xarakterini daşıyır. Müəssisə daxilində isə yazılı ünsiyyət rəhbərlər tərəfindən qaydaların, rəsmi tapşırıqların, xəbərdarlıqların, tabeçilikdə olanlar tərəfindən isə təqdimatların, məlumatların, izahatların, hesabatların təqdim olunması ilə əlaqədardır.
Subyektlərin aralarındakı münasibətlərə əsasən ünsiyyətin aşağıdakı formaları vardır:
1. Rəsmi (işgüzar) münasibət;
2. Qeyri-rəsmi (şəxsi) münasibət.
Rəsmi münasibətlərə əsaslanan ünsiyyət daha çox əmək, peşə, idarəçilik, biznes, sahibkarlıq, təsərrüfatçılıq fəaliyyəti ilə əlaqəli ünsiyyətlərdir. Rəsmi münasibətlər təşkilatlararası və təşkilatdaxili baş verir. Təşkilatlararası rəsmi münasibətlər firmanın portnyorlarla, tədarükçülərlə, mal göndərənlərlə, podratçılarla, alıcılarla, sifarişçilərlə iqtisadi və təsərrüfatçılıq əlaqələrini əhatə edir. Təşkilatdaxili rəsmi münasibətlər təşkilati struktur vahidlərinin, kollektivin birgə məqsədlərinə və birgə fəaliyyətinə istiqamətlənir. Hətta iki işçi arasında şəxsi münaqişə olduğu halda belə, onları vahid fəaliyyət məqsədi birləşdirə bilir. Onlar əmək prosesində şəxsi mənafeyi bir kənara qoyur və rəsmi münasibətdə olurlar.
Qeyri-rəsmi münasibət isə işçilər arasında şəxsi münasibət formasıdır. Bu münasibət şəxsi keyfiyyətləri üstün tutur. Qeyri-rəsmi münasibətdə olan insanlar arasında şəxsi ziddiyyət olduğu halda, onlar birgə əmək münasibətlərində olmaq istəmirlər. Qeyri-rəsmi münasibətlər bəzi qruplarda, məsələn ailədə çox effektiv olur.
Müəssisənin rəhbəri bu cür münasibətləri tənzimləməli, bu iki münasibətin bir-birinə təsirlərinin mənfi nəticələrinə imkan verməməlidir. Məsələn bir təşkilatda iki qohum çalışa bilər. Lakin rəhbər bir-birinə qohumluq əlaqələri ilə bu iki işçinin uyuşan münasibətlərini əmək prosesi zamanı rəsmi xarakter daşıması məqsədi ilə inzibati və sosial-psixoloji üsullarla tənzimləməlidir. Arasında ziddiyyət və müəyyən konfliktlər olan işçilərin əmək prosesində birgə fəaliyyətinin təmin edilməsi, yenə də müəssisə rəhbərinin diqqət mərkəzində olmalıdır.
Ünsiyyətin əsasında informasiya mübadiləsi baş verir. İnformasiya axını aşağıdakı istiqamətlərdə hərəkət edir:
- Yuxarıdan aşağıya. (Stimullaşdırıcı ünsiyyət.) Bura əmrlərin, sərəncamların, göstərişlərin, tövsiyələrin verilməsini aid etmək olar.
- Aşağıdan yuxarıya. Bu istiqamətdə hərəkət edən informasiyalara təklifləri, məlumatları, hesabatları aid etmək olar.
- Üfüqi istiqamətdə. Bu istiqamətdə informasiyaların hərəkəti sahələrarası məlumat axını kimi qiymətləndirilir.
- şəxslər bir–birini anlayır; Bu halda emosional vəziyyətlər yarana bilir. Məsələn; razılıq və narazılıq, sevinc, kədər, qəzəb.
- motivləşdirmə baş verir; Yəni ünsiyyət fərdi, kollektiv, qarşılıqlı və birgə fəaliyyətlə nəticələnə bilir.
1. Müəssisələrarası (yəni birgə fəaliyyət göstərmək, tərəfdaşlıq etmək, yardım istəmək, kommersiya məqsədləri ilə əlaqədar danışıqlar).
2. Müəssisə daxili danışıqlar (yəni rəhbərlərlə işçilər arasında müzakirələr, iclaslar, müşavirələr, yığıncaqlar və s). Bu cür danışıqlar rəhbərlərin və işçilərin öz aralarında aparılır.
Danışıqlar bütün hallarda işin təşkilinə, həyata keçirilməsinə, problemin həllinə yönəlir və məsələlərə aydınlıq gətirir.
Danışıqlar bir proses olaraq iki və daha çox subyekt arasında aparılır və aşağıdakı mərhələlərdən ibarətdir.
1. Məqsədin müəyyən olunması. Yəni danışıqların aparılması müəssisəyə nə üçün lazımdır.
2. Tərəflər arasında danışıqların aparılmasının vaxtının və yerinin müəyyən olunması. Yəni danışıqların nə vaxt və harada aparılması haqqında tərəflər razılığa gəlməlidirlər.
3. Faktiki olaraq danışıqlara başlamaq.
- Mövqelər toqquşursa, ziddiyətlərin aradan qaldırılması yolları axtarılır, tərəflər öz təkliflər paketini təqdim edirlər. Təkliflərin hazırlanması üçün tərəflər bir-birinə müddət də verə bilərlər. Təkliflər paketini tərəflərdən biri hazırlaya bilər.
7. Bəzən təkliflər qəbul edilmir. Bu halda tərəflərdən biri digərinə güzəştə getməyi bacarmalıdır.
8. Danışıqlar nəticəsində razılaşma əldə olunur. Deməli, göründüyü kimi danışıqlar prosesi mövqelərin toqquşması, ziddiyyətlərin aydınlaşması etaplarından keçir və nəticədə razılaşmanın əldə olunması ilə yekunlaşır.
Danışıqlar nəticəsiz qalırsa, qarşı tərəflər arasında ya münasibətlər baş tutmur, ya mövcud münasibətlər pozulur, ya da tərəflər arasında münaqişələr yaranır.
7.5. Münaqişələr və onların idarə edilməsi
Münaqişələr tərəflərin mövqelərinin və mənafelərinin toqquşmasından irəli gələn ziddiyyətlərdir. Münaqişələr sırf şəxsi zəmində baş verərkən kollektivdə dağıdıcı xarakter daşıyır. Münaqişələr istehsal, maliyyə, satış və qiymətqoyma proseslərində də baş verə bilər. Bu cür münaqişələr, əsasən konstruktiv xarakter daşıyır.
Münaqişələr rəhbərlərin işçilərlə qeyri–etik, qərəzli davranışları və ya əksinə işçilərin rəhbərə qarşı tabesizlik, məsuliyyətsizlik hallarının nəticəsində baş verə bilər. Münaqişələr, əsasən, qrupdaxili və qruplararası, şəxsiyyətdaxili və şəxsiyyətlərarası olur.
Müəssisədaxili münaqişələr bir müəssisənin ayrı-ayrı təşkilatı struktur vahidləri arasında, idarə edən və idarə olunanlar arasında, həmçinin əmək kollektivinin öz aralarında baş verir. Müəssisədaxili münaqişələrin yaranması əmək bölgüsünün düzgün həyata keçirilməməsi, əmək kollektivi arasında sağlam ünsiyyətin formalaşmaması, işçilər arasında ziddiyyətlər yaranarsa onların vaxtında aradan qaldırılmaması, nəzarətin lazımi səviyyədə aparılmaması nəticəsində baş verir. Münaqişələr işçilər və kollektiv arasında ünsiyyətin pozulmasına gətirib çıxarır ki, nəticədə təşkilatda əmək və idarəetmə münasibətlərinin pozulması halları müşahidə olunur. Bütün hallarda münaqişələrin baş verməsi idarəetmədə zəif tərəflərin olmasına işarədir. Bu məqsədlə rəhbər münaqişənin baş verməsi səbəblərini araşdırarkən, birinci növbədə nöqsanı özündə axtarmağı bacarmalıdır. Çünki münaqişənin baş verməsinin başlıca səbəblərindən biri, münaqişələrin lazımi səviyyədə idarə olunmamasıdır. Münaqişənin idarə olunmamasının məsuliyyətini isə təşkilatın rəhbəri daşıyır.
- Təhrikedici informasiyalar.
- Müəyyənedici informasiyalar.
Müəyyənedici informasiyalar məlumat və ya xəbər xarakteri daşıyır.
- informasiyalar formasına görə yazılı və şifahi informasiyalardan ibarətdir;
- istifadə olunma müddətlərinə görə: cari və strateji informasiyalar;
- məhsuldarlığına görə: real və faydalı informasiyalar;
- məzmununa görə: iqtisadi, sosial, texniki və təşkilati informasiyalar;
- iqtisadi mahiyyətinə görə: plan, faktiki, hesabat, statistik informasiyalar.
- mənbəyinə görə: daxili və xarici informasiyalar;
- satış sənədləri (hesab-fakturalar, qaimələr, etibarnamələr və s.);
- mədaxil-məxaric sənədləri (mədaxil-məxaric ordenləri, xəzinə kitabı, bank əməliyyatlarından çıxarışlar və s.);
- plan sənədləri; strateji inkişaf planı, operativ plan, biznes-plan;
- maliyyə hesabatları və balanslar.
- Statistika orqanları;
- İnformasiya agentlikləri;
- Televiziya;
- Qəzetlər və jurnallar;
- İnternet saytları və s.
- Dinləməklə.
- Oxumaqla.
- Seyr etməklə.
- Müşahidə aparmaqla.
- Müsahibə aparmaqla.
- Sorğu aparmaqla.
- Müəssisənin təsisçiləri.
- Rəhbərlər, menecerlər.
- Müəssisənin ayrı-ayrı struktur bölmələrində çalışan işçilər.
- Təşkilatdan kənara informasiya vermək hüququ olan şəxslər. (mətbuat katibləri, ictimaiyyətlə əlaqə şöbəsi, reklam şöbələri və s.).
- Firmanın plan göstəriciləri haqqında informasiya;
- Təşkilati-struktur və onun səmərəlilik səviyyəsi haqqında informasiya;
- Firmanın maliyyə potensialı haqqında informasiya;
- Firmanın məhsul istehsalının həcmi haqqında informasiya;
- Satış fəaliyyəti və onun nəticələri haqqında informasiya;
- Bazarın vəziyyəti (rəqabətin səviyyəsinin öyrənilməsi) haqqında informasiya;
- Müəssisənin mənfəəti haqqında informasiya;
- Firmanın balans göstəriciləri haqqında informasiya.
- müəssisənin, sahənin obyektiv informasiya tələbatını müəyyən etmək;
- informasiya mənbələrini müəyyən etmək;
- müəssisənin fəaliyyət sahəsinə aid olan elmi-texniki, iqtisadi, direktiv xarakterli informasiyaları cəlb etmək;
- həmin informasiyalarla tanış olmaq və əlavə məlumatlar əldə etmək;
- lazım gəldikdə informasiyaları yenidən işləmək;
- informasiyaları emal etmək;
- toplanmış informasiyaların saxlanılması;
- informasiyanın ötürülməsi və s;
- informasiya məkanının mühafizəsi.
- Özünə hörmət (ləyaqətlilik).
- Özünü tərbiyə (əxlaq).
- Özünə nəzarət (vicdan).
- Özünü təhlil (vicdan).
- Özünü qiymətləndirmə (təvazökarlıq).
- Özünü tənzimləmə (iradə).
- Özünə hesabat (məsuliyyətlilik).
- Özünü müdafiə (cəsarətlilik).
- işçi öz fəaliyyətini düşünülmüş qaydada qurmalıdır;
- işçi əmək fəaliyyətində bütün səylərini birləşdirməli, qətiyyətli olmalı, yüksək nəticələrə cəhd göstərməlidir;
- hər bir işçi öz problemlərini dərk etməli, onların aradan qaldırılması üçün yollar axtarmalıdır;
- işçi nizam-intizam qaydalarına riayət etməli;
- işçi əmək fəaliyyətində qanunlara, dövlət qərarlarının müvafiq tələblərinə əməl etməlidir;
- işçi tutduğu vəzifədən asılı olmayaraq öz işini vicdanla yerinə yetirməlidir. Bu zaman o, rəhbərliyin diqqətini cəlb edə bilər;
- iş prosesində müəyyən fərdi münaqişələr, streslər meydana çıxa bilər ki, bunların aradan qaldırılmasına özü səy göstərməlidir;
- işçi özünün köməyə ehtiyacı olub olmadığını müəyyənləşdirməlidir. Çünki zərurət yaranarsa, kömək üçün müraciət etmək lazımdır. Əks təqdirdə nəticə lazımi effekti verməyəcəkdir;
- hər bir işçi iş yerində nəzakətli olmalı və yoldaşları ilə mehriban davranmalıdır;
- işçi müzakirələrdə aktiv iştirak etməli, lazımlı təkliflər və tövsiyələr verməyə can atmalıdır.
- Rəhbərlər vəzifələrini səmərəli, vicdanlı yerinə yetirməlidirlər.
- Onlar insanlara və əşyalara münasibətdə səlahiyyət həddini aşmamalıdırlar.
- Tənqidi mülahizələrdən qaçmamalıdırlar.
- Peşəsinin nüfuzuna xələl gətirməməlidirlər.
- İnsanların şərəf və ləyaqətinə, nüfuzuna hörmətlə yanaşmalıdırlar.
- Digər işçilərə qarşı xeyirxah və diqqətli olmalıdırlar.
- Digərləri haqda qərar qəbul edərkən qərəzsiz, humanist və ədalətli olmalıdırlar.
- Nümayiş proqramları vasitəsilə EHM-in ekranında müəllimin tədris etdiyi mövzuya dair materiallar nümayiş etdirilir.
- Generasiya proqramlarından verilmiş mövzuya aid müəyyən tip məsələlərin həllində istifadə edilir. Bu proqramlar yoxlama işlərinin görülməsini və ya müstəqil işlənib icrasını , hər bir tələbəyə tapşırığın verilməsini və s.-ni təmin edir.
- Əməliyyat proqram paketləri tələbələrin mustəqil məsələ həllini, çertyoçları, sxemləri çəkmək və s. məsələləri həll etmək üçündür.
- Nəzarət proqramlarından cari və yekun bilikləri yoxlamaq üçün istifadə edilir. Bu proqramlarla hər bir tələbənin mövzuları mənimsəmə qabiliyyətlərini müəyyənləşdirmək olar.
- Modelləşdirici proqramlar mürəkkəb eksperimentlərin immitasiyasını təmin edir. Bu proqramlar tələbələrin elmi laboratoriyalara, konstruktorluq, arxitektorluq və s. tədqiqat sahələrinə daxil olmasına imkan yaradır.
- EHM-in öyrənilməsi
- EHM- köməyilə informasiyanın alınması
- EHM vasitəsilə fənnlərin tədrisi.
- MicroSoft Office
- Matlab
- Corel Draw
- Photoshop
- AutoCad
- Microsoft Procect
- 1 C
- Elektron lüğətlər, mətn tərcüməçiləri
- Lokal və ya qlobal şəbəkələr
- Uzaq məsafəli tədris (Distance Learning)
- Terminal Servis
- Tələbələr haqqında verilənlər bazası
- Öz kitabxanasında olan kitablar haqqında verilənlər bazası
- Öz fənnini, ixtisasını əhatə edən verilənlər bazaları və s.
- 1S Buxqalteriə
- 1S Predpriətiə
- və s.
8.2. İnformasiyaların idarəetmədə rolu
İdarəetmədə informasiyanın əhəmiyyəti olduqca böyükdür. İnformasiyasız idarəetməni təsəvvür etmək olmaz. İnformasiya idarəetmə prosesi üçün yeganə material rolunu oynayır. Bu materiallar nə qədər obyektiv, real olarsa idarəetmənin məhsuldarlığı və səmərəliliyi bir o qədər yüksək olar.
İdarəetmədə informasiyaların rolu aşağıdakılardan ibarətdir:
– müəssisə informasiyalar vasitəsilə ətraf mühitə uyğunlaşır və məlumatlanır;
– informasiya idarəedən və idarəolunan sistemlər arasında əlaqələndirici rol oynayır;
– informasiyalardan idarəetmə qərarları hasil olur.
İnformasiya sisteminin tətbiqi və bazar sisteminə uyğunlaşdırılması riyazi, statistik, plan, proqnoz və analitik hesablamaların aparılması ilə bağlıdır. Müəssisədə informasiyanın istifadəçiləri aşağıdakılar hesab olunur:
İnformasiyalar geniş məzmuna malik olmalı, istehsalın planlaşdırılmasını, təşkilini, həyata keçirilməsini, nəzarət prosesini, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətini sistem və kompleks halında qiymətləndirməyə imkan verməlidir.
İnformasiya məkanının mühafizəsi də informasiyanın idarə edilməsinin funksiyalarına daxildir. İnformasiyaların mühafizəsi aşağıdakı məsələləri əhatə edir.
1. Hansı informasiyaların mühafizəsinə ehtiyac var.
2. O, kimləri maraqlandıra bilər.
3. Həmin sirlərin “həyat müddəti”nə qədərdir.
4. Onların mühafizəsi neçəyə başa gəlir.
İnformasiyaların mühafizəsi idarəetmə, ticarət və maliyyə sirlərinin qorunmasına səbəb olur.
İnformasiyalar aşağıdakı məqsədləri daşıyır:
– müəssisə rəhbərləri informasiyalar vasitəsilə əmək kollektivini təlimatlandırmaq və məlumatlandırmaq imkanına malik olurlar;
– informasiyalar əldə etməklə rəhbərlər müəssisənin fəaliyyətini planlaşdırırlar;
– rəhbərlər informasiyalardan qərarlar hasil edirlər.
– informasiyalar əldə etməklə rəhbərlər müəssisənin fəaliyyətini yoxlayır, başqa sözlə nəzarət funksiyasını həyata keçirirlər.
Müəssisənin rəhbərləri informasiyalar əldə etməklə müəssisənin fəaliyyətini təhlil edir və qiymətləndirirlər.
İqtisadi informasiyalar xalq təsərrüfatının və onun ayrı-ayrı bölmələrinin, alt sistemlərinin, müəssisə və təşkilatların idarə olunması zamanı istifadə olunan məlumatların məcmusudur. İqtisadi informasiyalar müəssisənin həm keçmişini, həm mövcud vəziyyətini, həm də gələcəyini əhatə edir.
İnformasiya təminatı informasiyaların idarə edilməsinin əsas tərkib hissələrindəndir. İnformasiyaların daxil edilməsi, işlənməsi, saxlanılması, funksiyalarının həyata keçirilməsində proqram təminatının rolu böyükdür. İnformasiya təminatı üçün informasiya bazasının olması vacib şərtdir. İnformasiya bazası biliklərin, məlumatların və göstəricilərin elə qaydaya salınmış toplusudur ki, ona daxil olmuş informasiyanı asanlıqla tapmaq və istifadə etmək mümkün olur. İnformasiya bazaları ümumi və fərdi bazalardan ibarət olur. Ümumi bazalar işçilərin ümumi istifadəsində, fərdi bazalar isə işçilərin şəxsi istifadəsində olur. Ümumi informasiya bazalarına təşkilatın normativ-hüquqi bazasını, ümumi nizam-intizam qaydalarını, müəssisənin strateji və cari fəaliyyət planlarını, hesabat sənədlərini misal göstərmək olar. Fərdi informasiya bazaları işə ayrı-ayrı təşkilati struktur vahidlərinə, şəxslərə aid olan məlumatlar sistemidir.
8.4. İdarəetmədə informasiya sistemləri
İnformasiya bazası informasiya sistemlərinin tərkib hissəsidir. Ona görə də informasiya bazasının, onun tərkibinin və strukturunun düzgün müəyyən edilməsi bütün informasiya sistemlərinin dəqiq işlənməsinə mühüm təsir göstərir. İnformasiyalar öyrənilərkən, təhlil edilərkən, habelə onlardan idarəetmənin qərarları üçün istifadə olunarkən bütün informasiya əlaqələri və axınları nəzərdən keçirilir. Burada, həmçinin şifahi və yazılı informasiya haqqında qeydiyyat formaları da nəzərə alınır.
İnformasiya sistemləri 2 cürdür. Sadə və mürəkkəb informasiya sistemləri. Sadə informasiya sistemləri əl əməyinə əsaslanır. Yəni informasiyaların toplanması, uçota alınması, saxlanması xüsusi qeydiyyat, uçot, əməliyyat kitablarında aparılır. Mürəkkəb informasiya sistemləri isə müvafiq informasiya texnologiyaları vasitələrinin, internet şəbəkəsinin, kompüter texnologiyasının tətbiqi ilə həyata keçirilir.
FƏSİL IX. İDARƏETMƏDƏ MÜNASİBƏTLƏR VƏ İDARƏETMƏ PSİXOLOGİYASI
9.1. Özünüidarəetmə
Qeyd etdiyimiz kimi, idarəetmə çox geniş məfhumdur. Çünki elə bir insan yoxdur ki, o, idarəetmənin subyekti olmasın. İnsan həm idarə edir, həm də idarə olunur. Özünüidarəetmə insandan özünün hərəkət, davranış və fəaliyyətinə şüurlu təsir göstərməyi tələb edir.
Özünüidarəetmə həm psixi proses, həm də fəaliyyətdir. Psixi proses kimi özünüidarəetmə hadisələri şüurlu formada dərk etməkdən, ətrafdakılarla münasibətlərin normal qaydada qurulmasından ibarətdir.
Fəaliyyət kimi özünüidarəetmə insanın əmək və həyat fəaliyyətinin idarə edilməsindən ibarətdir.
Şəxsi həyat fəaliyyətinin idarə edilməsi insanların həyat fəaliyyətini, təhsil almasından tutmuş özlərinin sosial inkişafının bütün mərhələlərini, ailə və şəxsi münasibətlərini və s. əhatə edir.
Əmək fəaliyyətində özünüidarəetmə işindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq bütün insanlara xas olan fəaliyyətdir. Əmək fəaliyyətində özünüidarəetmə idarəetmənin bütün həlqələrində və səviyyələrində təmsil olunan fərdin şəxsi məqsədlərinə, eyni zamanda kollektivin ümumi məqsədlərinə yönəlir. Yəni burada şəxsi məqsəd ümumi məqsədlərə xidmət edir. Məsələn: hər bir işçi işə gedib gəlməyindən tutmuş, öz iş yoldaşları ilə, rəhbərliklə şəxsi və işgüzar münasibətlərini, davranışlarını idarə etməli və tənzimləməlidir. Çünki bu sahədə baş vermiş nöqsanlar, nəinki işçinin öz fəaliyyətinə, həmçinin onunla birgə çalışan işçilərlə münasibətlərinə xələl gətirəcəkdir.
Özünüidarəetmə aşağıdakı funksiyaları özündə birləşdirir:
Əmək fəaliyyətində idarəetmə aşağıdakı mərhələlərdən ibarətdir:
1. İdarəetmə məqsədlərinin müəyyən edilməsi.
2. İnformasiyaların qəbulu və işlənməsi.
3. Qərarların qəbul edilməsi.
4. Qərarların həyata keçirilməsi.
5. Özünə nəzarət.
Özünüidarəetmə prinsiplərinə əməl etməklə hər bir işçi rəhbərin etibarını qazanmalı, etimadını doğrultmalı, onun tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirməlidir. Əgər hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrsə, əmək fəaliyyətində öz karyerasını qurar və inkişaf etdirə bilər. Karyeranın inkişafına nail olmaq üçün işçi nə etməlidir?
9.2. Menecment etikası
Etika yunan sözü olub əxlaq, ənənə mənasını verir. Etika fəlsəfənin bir hissəsi olub, insan mənəviyyatını əhatə edir. Aristotel fəlsəfəyə ilk dəfə olaraq etika adını vermişdir. Etika insan davranışları ilə bağlı elmdir. Etika mədəniyyətin bir sahəsi olub, insanların əxlaq və davranış sahəsində yaratdığı mənəvi dəyərlərin məcmusudur.
Etika əsasən bu suala cavab axtarır. Bu situasiyada mən necə davranmalıyam? Mən nə etməliyəm? Cavab isə etik normalar çərçivəsində axtarılır. Yəni nəyi etməyə icazə verilir, nəyi etmək olmaz. Rəhbərlər və vəzifəli şəxslər fəaliyyətlərini yerinə yetirərkən etik prinsiplərə riayət etməlidirlər.
Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi I fəsil
Elmi-texniki inqilab insan fəaliyyətinin bütün sahələrində avtomatlaşdırılmış vasitələr sistemindən və hesablama texnikasından istifadə etmək zərurətini yaradıb. Təhsil prosesinin avtomatlaşdırılması prosesi də bu fəaliyyət növlərindən biridir. Təqdim olunan dissertasiya işi “Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi” mövzusuna həsr olunub. Dissertasiya işində də məhz bu məsələ müasir informasiya texnologiyalarının təhsildə tətbiqi daha yaxından öyrənilib və təhlil edilib. Burada bir çox müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətlərinə baxılmış, onların işləri araşdırılmış və mövzu sahəsinin metodikası hazırlanmışdır. Eyni zamanda proqram vasitələrinin seçilməsi ilə əlaqədar olaraq avtomatlaşdırılmış verilənlər bankı və süni intelektual sistemlər haqqında bilgilər nəzərdən keçirilib.
Bundan başqa dissertasiya işində tətbiqi proqram paketləri araşdırılmışdır. Məlum olmuşdur ki, tətbiqi proqram paketləri bu və ya digər məqsədlər nəzərə alınaraq idarəedici, diaqnostik, nümayiş, əməliyyat, nəzarət, modelləşdirici və digər növlərə ayrılır. Bu proqramlar vasitəsilə tələbələrə suallar verilir, onların cavablarındakı səhvlər aşkar edilir, nəzarət və özünə nəzarət həyata keçirilir, müəllim və tələbə arasındakı əks əlaqə sistemləşdirilir və məhsuldarlıq artırılır.
Beləliklə, aşağıdakı əsas tətbiq sahələrinə baxılıb:
Scientific and technical revolution has created necessity of to use from system of means automateded in all areas of the man activities and technique of counting. Process of automatize of the education process is/are one kinds of this activities. Representing dissertational work has been devoted to subçect of “Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi”. This problem application of modern information technologies has been learnt namely in the dissertational work in the education more closelies and have/has been analysed. Classification of the some modern information technologies here and considered feature, their work investigated and methods of the area of subçect have been prepared. Intelektual has been looked through of the etc of bank of give automateded having connected with at the same time elect of the program means knowledge about systems.
Envelopes of applied program have been investigated moreover in the dissertational work. He has been known that envelopes of applied program one or another purposes administrative diagnostic demonstration, operation take into account, model of supervision and is/are separated to other kinds. Questions are given with the help of these programs to students, mistakes in their answer are found out, supervision and supervision to yourself is implemented, contrary connection between teacher and student is systematized and productivity is raised.
So, have/has been considered area of the following basic application:
, Materials about to subçect taught in the screen of the electronic computer teacher with the help of the demonstration programs are demonstrated.
, Definite type is used about subçect given from generation programs in the solution of the problems. See of the tests of these programs, or have/has been developed independently and he secures fulfilment give to each student of the task etc.
, Operation problem solution of the students program envelopes mustəqil, draw (last, to weight) etc draughts, schemes. It is/are for solving problems.
, It is used for checking current and total knowledge from programs of supervision. Subçect (theme)s of the with/by these programs each student is/are to define abilities of appropriation possible.
, Programs secure immitasiyasını of the complex experiments model. These programs of the students to scientific laboratories, konstruktorluq, arxitektorluq etc. Opportunity creates enter investigation area.
Hər bir ölkənin gələcəyi onun təhsil sistemindən güclü surətdə asılıdır. Əlbəttə ki, ölkədə təhsilin təşkil olunması dövlət səviyyəsində həyata keçirilir. Təhsilin pillələri olan orta məktəblər, peşə məktəbləri, ali məktəblərdə verilən hər bir səviyyə şagird və ya tələbələrin gələcək fəaliyyətlərinə bilavasitə təsir göstərir.
Əlbəttə ki, səviyyəsindən asılı olmayaraq hər bir təhsil növü muəyyən proqram üzrə aparılır. Tədris prosesinin keyfiyyətini artırmaq üçün elm və texnologiyaların nailiyyətləri təhsil sisteminə də tətbiq olunur.
Bu referatda məhz yeni texnologiyaların, əsasən də kompüter texnologiyalarının və tətbiqi proqramlar paketlərinin tədris prosesindəki rolu haqqında araşdırma aparılmışdır.
Ən çox istifadə olunan proqramların tətbiq sahəsini aydınlaşdıraraq, onların hər birinin ayrılıqda ali məktəb müəllimlərinin işindəki rolunu qiymətləndirilib.
Müasir dövrdə yeni informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində idarəetmə obyektlərinin, təşkilatlarının, strukturlarının, sənaye və qeyri-sənaye müəsisələrinin kompleks avtomatlaşdırılmasına səbəb olmuşdur. Hal-hazırda informasiya texnologiyalarının ən səmərəli və mükəmməl tətbiq sahələrindən biri olan verilənlər bazaları konsepsiyaları ilə qurulan Avtomatlaşdırılmış informasiya sistemləridir. Son zamanlar yaradılan Avtomatlaşdırılmış informasiya sistemləri sənədlərin dövriyyəsi məsələlərində, elmi-tədqiqat işlərində, tibbdə, nəqliyyatda, arxiv təşkilatlarında və s. sahələrdə geniş tətbiq tapmışdır.
Magistr dissertasiyası aşagıdakı ardıcıllıqlarla iki fəsildən ibarətdir.
Birinci fəsil müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri, informasiya sisteminin yaradılama prinsiplərinə, avtomatlaşdırılmış verilənlər bankı, süni intelektual sistemlər, tətbiqi proqram paketləri haqqında anlayışlara və mövcud sistemlərin işlərini araşdırmağa həsr olunmuşdur. Mövcud sistemlərin işlərini araşdırmaqla burada verilənlər bazasının sistemlərinə baxılmışdır. Verilənlər bazasının vacib xüsusiyyətlərindən biri olan “verilənlərin mərkəzləşdirilmiş prinsiplərlə” idarə olunmasının təşkili reallaşdırılan informasiya sistemində nəzərə alınmış və “klient-server” arxitekturası üzrə qurulmuşdur.
Magistr dissertasiyasının ikinci fəsli Avtomatlaşdırılmış informasiya sisteminin strukturunun işlənməsi ilə əlaqədar olaraq, informasiya sistemlərinin strukturunun elmi tətqiqat seçilməsi məsələlərinə həsr olunmuşdur. Sistemin işlənməsi üçün informasiya obyektinin işinin tədqiq etməkdən ötrü verilənlərin təhlili aparılmışdır. Bundan əlavə burada Təhsildə informasiya texnologiyalarının əsas prinsipləri və İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri problemlərinə də toxunulmuşdur.
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ
1.1. Əsas anlayışlar: məlumat, informasiya, verilənlər, bilik
İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «infor-masiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifa-dələrinə uyğun gəlir.
«Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir.» Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir: informasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların içərisində heç bir informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat onu qəbul edənin (istifadəçinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna bilər. Məsələn, təyyarənin qəzaya üğraması xəbəri həlak olanların qohumları üçün bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet məqaləsindən müxtəlif oxuçular özlərinin maraq dairələrinə uyğyn müxtəlif informasiya götürürlər.
Beləliklə, müxtəlif çür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif informasiya ötürə bilər. Müçərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya (İ) arasındakı əlaqədə həllediçi rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik olaraq belə ğəstərmək olar:
Baxılan məlumat üçün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.
Beləliklə , məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.
Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınça informatio) deyilir[1]. İnformasiyanın Şennon tərəfindən təklif edilmiş kəmiyyət baxımından təyini də elə bu fikrə əsaslanır.
«Verilən» anlayışını belə bir müçərrəd situasiya ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər var.
Beləliklə, verilənlər –saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır. İngilisçə verilənlər sözünü ifadə edən «data» termini latınça «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövçud olmayan anlayışları ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.
Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil vasitəsilə) konkret daşıyıçıda (məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman keçdikçə verilənlərin təsvir üsulları və daşıyıçıları dəyişmişdir (məsələn, ibtidai insanların mağaza rəsmləri,daş yzərində qədim yazılar və rəsmlər, papirus yarpağı üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd olunur. Kompüterdə verilənlərin daşıyıçısı kimi maqnit daşıyıçısından(lent, disk, kart və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.
Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur: verilənlərin adı, qiyməti, tipi və strukturu.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir. Çünki faktlərı bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30 dərəçədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəçə ilə» verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayrı qeyd oluna bilər. Məsələn, qatarların hərəkət çədvəlində verilənlərin adları çədvəlin başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər hallarda bir-birindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli təşkil etmək imkanı yaranır.
Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istiyadə olunur. Verilənlərin tipləri haqqında məlumat §3.2.8-də verilir.
Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasına, təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.
Verilənlər sadə informasiya elementi-bitdən başlayaraq fayla və fayllar sisteminə qədər müxtəlif mürəkkəbliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri, mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi xarakteristikasıdır.
Verilənlərin struktur xarakteristikasına iki çəhətdən baxılır: məntiqi və fiziki çəhətdən. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, başqa sözlə, verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri verilənlər bazalarının layihələndirilməsinin əsasını təşkil edir [2]. Verilənin fiziki strukturu onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda verilənlərin məntiqi və fiziki strukturları bir-birindən fərqlənə bilər.
«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müəssisənin baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir, bu verilənlər əsasında qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.
Verilənlər müxtəlif səviyyəli ola bilər. Məsələn, müəssisənin aylıq istehsal etdiyi məhsulu göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq verilənlərin çəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli ola bilərlər. Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır.Odur ki, hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Verilənlər, aqreqasiya və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.
İnforomatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nəzərə alınmır. Biz də sonrakı mülahizələrimizdə bu xətti tutaçağıq. Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal prosesi üçün əhəmiyyəti yoxdur. Nətiçəvi verilənlərin informasiya daşımasi isə istifadəçi marağından qiymətləndirilir.
«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya anlayışlarına yaxındır. Biliyə xas olan əsas çəhət onun müəyyən kontekstlə əlaqəli olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik» anlayışından süni intellektdə, o çümlədən, ekspert sistemlərində geniş istifadə olunur.
1.2. Avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının əsas prinsipləri
1.2.1. Avtomatlaşdırılmış informasiya sistemləri haqqında anlayış
Hal–hazırda informasiya və telekommunikasiya texnologiyalarının köməyilə bir sıra müəsisə və təşkilatlarda avtomatlaşdırılmış informasiya-idarəetmə sistemlərinin yaradılması cəmiyyətin aktual məsələlərindən biridir. İnformasiya sistemi (İS) dedikdə, təyin olunmuş mövzu sahəsi haqqında bütün sorğulara hərtərəfli cavab verən, qərar qəbuletmə prosesində insana kömək etmək üçün yaradılan texniki, proqram, linqvistik və metodoloçi vasitələr kompleksi nəzərdə tutulur [1]. Yaradılan İS-lər mövzu sahələri üzrə müxtəlif müəsisələrdə, optimal informasiya təlabatını təmin etməklə ayrı-ayrı məqsədlər üçün istifadə olunur. Belə sistemlər ayrı-ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o informsiya-sorğu sistemi kimi, əsasən müəsisənin informsiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə istifadəçilərə informsiya-axtarışı xidməti göstərməklə yanaşı, avtomatlaşdırılmış idarəetmə sisteminin informasiya təminatı – alt sistemi rolunu oynayır. Dinamiki informasiya modelini təmin etməkdən ötrü İS-də baş verən dəyişikliklərə uyğun informasiya modelinin saxlanılmasına və modifikasiya üsullarına imkan verməlidir. Bundan başqa obyektlər arasındakı əlaqələr həmin modeldə öz əksini tapmalıdır.
Quruluşu və imkanlarına görə İS-lərini dörd qrupa ayırmaq olar. Bunlar adi (lokal) sistemlər, informasiya emalı və axtarışı sistemləri, Avtomatlaşdırılmış sistemlər, intellektual sistemlərdir [2].
Şəkil 1.1. Avtomatlaşdırılmış informasiya sistemlərinin təsnifatı
Lokal İS-lərdə sistemə daxil olan informasiya, sistemdən alınan informasiya ilə struktur və tərkibcə eyni olur. Yəni sorğuya cavab verən informasiya üzərində heç bir çevrilmə əməliyyatı aparılmadan istifadəçiyə verilir. Belə İS-lərə misal olaraq informasiya axtarış sistemlərini və sadə tipli verilənlər banklarını göstərmək olar.
İstifadəçi sorğularına tam cavab vermək üçün saxlanan informasiyanın emalı tələb olunur. İnformasiyanın axtarışı ilə yanaşı göstərilən funksiyaları yerinə yetirən sistemlərə informasiya axtarışı və emalı sistemləri deyilir. Funksional imkanlarına görə bu sistemlər informasiya təhlili sistemləri və informasiya-idarəetmə sistemlərinə bölünür. Birinci tip sistemlərdə saxlanan informasiyanın axtarışından əlavə onun təhlili və emalı prosesləri də yerinə yetirilir. Saxlanan informasiya statik və linqvistik baxımdan təhlil oluna bilər.
İnformasiya–idarəetmə sistemlərində saxlanan informasiyanın emalı nəticəsində alınan obyektlərin idarə olunması məqsədilə müəyyən qərarlar qəbul edilməsi üçün əsas götürülür. İnkişaf səviyyələrinə və funksional imkanlarına görə bu sistemlər informasiya məsləhət və ekspert sistemlərinə bölünür. İnformasiya məsləhət sistemi idarəetmədə qərarların qəbul edilməsi üçün verilənlər hasil edir, mümkün hallarda isə qərarların siyahısını və hansının seçilməsi barədə məlumat verir. Ekspert sistemlərində isə sistemin verdiyi məsləhətlər, qəbul etdiyi qərarlar haqqında istifadəçiyə onun başa düşəcəyi formada izahat verilir. Burada yıgılan informasiya ayrı-ayrı faktlardan və evrestik üsullardan ibarət olur.
İntellektual İS-lərini adi informasiya sistemlərindən fərqləndirən cəhət odur ki, burada istifadəçilərlə sistem arasınada dialoq təbii dil və ya ona yaxın olan normallaşdırılmış dildə aparılır. Yuxarıda baxılan sistemlərin hamısı üçün intellektual interfeys yaradıla bilər. Bu baxımdan intellektual informasiya sistemlərinin yaradılması “süni intellekt” probleminin həllində mühüm addımlardan hesab edilə bilər.
Avtomatlaşdırılmış informasiya sistemləri tərkibcə yuxarıda sadalanan sistemlərin müasir texnologiyalarından sayılır. Avtomatlaşdırılmış İS dedikdə şəbəkə mühihində, şəbəkə protokollarından biri ilə işləyən verilənlər bazasından (VB), VBİS-dən və server proqram təminatından ibarət avtomatlaşdırılmış sistemdir. Məlumdur ki, avtomatlaşdırılmış idarəetmə sistemi funksional və təminedici hissələrdən təşkil olunur. Məhz Avtomatlaşdırılmış İS də bu funksional hissənin alt sistemi kimi təyin olunur. Yəni, adı çəkilən sistemə müəsisə avtomatlaşdırılmış idarəetmə sisteminin alternativi kimi baxıla bilər. Belə sistemlərdə həm strukturlaşmış, həm də strukturlaşdırılmamış informasiyanın toplanması və axtarışı metodları asanlaşır. Sistem əsasən “klient-server” arxitekturası əsasında işləyir. Bu cür arxitektura eyni zamanda çoxlu sayda istifadəçilərin müraciətlərini təmin edir. Avtomatlaşdırılmış sistemlərin funksional imkanları onun ayrı-ayrı komponentlərini (linqvistik, proqram və s.) genişlənmısi hesabına əldə edilir.
Avtomatlaşdırılmış sistem həm müəsisənin strateçi informasiya sistemi kimi, həm də effektiv mərkəzləşdirilmiş kommunikasiya şəbəkəsinin əsası kimi çıxış edir. Bu yanaşma metodundan istifadə edərək kompüter texnikasının vasitələrini tətbiq etməklə kağızsız texnologiya üçün optimal iqtisadi göstəricilər də əldə etmək mümkündür. Əsasən Intranet texnologiyasına istinad edilən belə Avtomatlaşdırılmış İS-lərdə fayl servisləri, informasiya daşıyıcıları böyük əhəmiyyətə malikdir.
1.3. Mövcud sistemlərin işlərinin araşdırılması
Avtomatlaşdırılmış informasiya sisteminin işlənməsi əsasən təşkilatı strukturların modelləşdirilməsi, verilənlərin və biliklərin konkret təsviri üsulları, sistemin riyazi modelinin təşkili, istifadəçi interfeysinin yaradılması və şəbəkə arxitekturalarının seçilməsi ilə əlaqədardır. İnformasiya sistemində komponentlərin layihələndirmə mərhələləri bir-biri ilə əlaqədə olan xüsusi məsələlərlə ayrı-ayrılıqda uyğunlaşdırılmışdır. Belə ki, müasir texnologiyalardan istifadə etməklə mövcud problemin həlli sadələşir.
Movcud sistemlərin işlərini araşdırmaq məqsədilə məhz Avtomatlaşdırılmış paylanmış VB-nin işlənməsi ilə əlaqədar olaraq ümumilikdə SAN, CASE, Lotus Domino sistemlərinin yaradılma texnologiyalarına baxılmışdır [4].
Sistemin işini araşdırarkən problemin həllinə yaxın olan bir neçə yanaşma metodlarına toxunulmuşdur. İnformasiya sistemində verilənlərin saxlanılması ilə əlaqədar olaraq olaraq əsasən SAN (storage area network, verilənlərin saxlanma şəbəkəsi) texnologiyasına istinad edilir. SAN serverdə verilənləri saxlayan qurgular arasında məlumatları ötürmək üçün səmərəli və eyni zamanda məlumatların operativ emalı üçün istifadə olunan məhsuldar şəbəkələrdəndir [5].
Verilənləri saxlanılma vasitələrini təmin etmək üçün əsas etibarilə verilənlərin saxlanılma sistemlərinin ilkin şərtlərini aydınlaşdırmaq və yaratmaq lazımdır.
Verilənlərin saxlanma resurursları
Şəkil 1.2. SAN texnologiyası əsasında verilənlərin saxlanılamsı sistemi üçün struktur
Verilənlərin saxlanılma sistemli aşağıdakılardan ibarətdir.
Bir çox verilənlərin saxlanılma sistemləri kompüterlərin informasiya daşıyıcıları ilə əlaqələndirilərək həyata keçirilir. Xüsusilə disk massivlərindən istifadə olunmaqla tətbiqi reallaşdırılır. Demək olar ki, hal-hazırda verilənlərin saxlanma qurğuları kimi disk massivlərindən istifadə olunmaqla yanaşı digər informasiya daşıyıcılarından (CD/DVD qurğuları) da istifadə olunur. İnformasiya emalının formalaşdırılmasının məntiqi strukturu, onun saxlanması (disk daşıyıcıları və ya fayl sistemləri) serverdə həyata keçirilir. Verilənlərə müraciət prosesi (server yaddaşında) – xüsusi adapterlərlə quraşdırılmış (Host Bus Adapter – HBA), ayrıca protokolla işləyən drayverlər, “Host Bus Adapter” ilə əməliyyat sistemini əlaqələndirən vasitələr, disk tomlarının idarəedilməsi, fayl sistemi və əməliyyat sistemini menecerini özündə cəmləşdirir. Əgər disk massivləri ayrıca qurğu şəklində icra edilirsə, onda bu zaman serverə qoşulmuş vəziyyətdə adı çəkilən infrastrukturdan istifadə edilir.
Protokol müraciətlərinə asılıliq halları disk massivlərində və “Host Bus Adapter”-də reallaşdırılır. Şəkildən görundüyü kimi şəbəkədə istifadə olunan sadə şinlərdir (Fibre Channel-FC). Bütün bunları birləşdirməklə alınmış şəbəkəni verilənlərin saxlanılması şəklində – “Verilənlərin saxlanılması şəbəkəsi” (Storage Area Network-SAN) adlandırmaq olar. Belə ki, burada istifadə olunan əsas avadanlıqlar – kommutator və kommutasiya vasitələrinin FC protokolları ilə işləməsi, FC nəqliyyat protokoluna digər protokolların tətbiqi (adətən SCSI) quraşdırıla bilər.
Bu üsulla SAN texnologiyasında verilənlərin saxlanılması üçün serverlə əlaqəsi olan saxlanma qurğuları infrastruktura əlavə etmək məqsədəuyğundur.
Adı çəkilən infrastruktur boyük server və saxlama qurğuları ilə əlaqələndirilmiş maksimum idarəetməyə malik, gələcəkdə vəziyyətini genişləndirməyə imkan verən texnologiyadır. Burada monitorinq vəziyyəti elə saxlanılmalıdır ki, ona icazəli qoşulmaq mümkün olsun. Bunu reallaşdırmaq üçün server utilitlərinin və optimal əməliyyat sisteminin tətbiqi, yazılmış proqram ssenariləri (CGI-skriptlər) hazırlanmalıdır. Bu tətbiqlərin hər biri verilənlərin saxlanılma sisteminin obyektində tələb olunan idarə və nəzarət vəziyyətlərində məs. massivin disk tomları və qrupları, kommutatorun protokolları və s. reallaşdırıla bilər. Bu texnologiya əsasən böyük miqyaslı idarəetmə sistemləri üçün nəzərdə tutulmuş və hesablanmışdır. İxtiyari böyük sistem və böyük həcmli verilənlərin saxlanması üçün də istifadə edilə bilər.
SAN texnologiya özündə aşağıdakı alt sistemləri və komponentləri birləşdirir.
Müasir yüksək məhsuldarlıqlı disk massivlərində FC-dən (Fibre Channel) istifadə etməklə və serverə qoşulmaqla massiv daxilindəki disklərə müracət mümkündür. Bu üsulla onlarla terabayta qədər disk sahələri üçün formalaşdırılmış və xüsusi funksiyaların icrası üçün disk yerlərinin virtuallaşdırılması (əsasən VBİS və VB-də ilə yerləşdirilən daşıyıcılar), daşıyıcılar saxlanılan yerlərə məhdudiyyətlərin qoyulması, verilənlərin köçürülməsinin yaradılması (Point-In-Time,- PIT), eyni zamanda massivlərdə verilənlərin replikasiyası həyata keçirilir. Burada Point-In-Time anlayışı – əvvəlcədən təyin olunmuş zaman müddətində verilənlərin surətinin hazırlanması və surətləri yaradan zaman lazım olan halda verilənlərin vəziyyətini “donduran” vasitədir. Burada verilənlərin arxivləşdirilməsi və rezerv surətlərin yaradılması və verilənlərin bərpası üçün nəzərdə tutulub. Rezerv surətlərin yaradılması ilə informasiyanin pozulması və ya ona olunan təxribatlar proseində, aparat və proqram təminatında konfliktlər olduğu halda mühafizə həyata keçirilir. Rezerv surətlər sistemini mərkəzləşdirilmiş prinsiplərlə yaratmaqla optimal üsul, minimum xərclər və administratorun işlərinin çoxunu ixtisara salmaq mümkündür. Verilənlərin saxlanmasının idarə edilməsi, disk tomlarının nişanlanması və tətbiqi proqram paketlərinin köməkliyi ilə yüksək səviyyədə yerinə yetirilir. Məs. Hitache Lightning 9900V massivləri ilə Cruise Control proqtamının əlaqələndirilməsi ilə verilənlərlə iş üzrə intensivlik barədə statistika toplamaq, disklərdə saxlanılan verilənlərin yerlərinin dəyişdirilməsi üçün ilkin qərarların qəbulu, hansı ki, verilənlərlərə yüksək sürətli müraciətlərlə həyata keçirilir.
Burada sistemli idarəetməyə görə sistemdə verilənlərin keyfiyyətli səviyyədə saxlanılması üçün nəzərdə tutulub. Beləliklə, verilənləri saxlanılması sistemi, SAN resursları daxilində aparat-proqram vasitələri daxilində aparılır. Bunlar başqa sistemlərin inteqrasiya imkanlarına malik olub, verilənlərin saxlanma şəbəkəsinin nəzarət hissələri və onun bütün səviyyələrində disklərdən tutmuş massivlərə, serverin fayllar sisteminə qədər sferanı əhatə edir.
Hal-hazırda CASE texnologiyasından da istifadə olunur. Modelin təsvirinin işlənməsi üçün şərtlər aşağıda verilmiş modulların ardıcıllığı ilə aparılır.
Bu texnologiyanın tərkibinə daxil olan və ona aid proqram modulları bunlardır:
Pchnology, BPWin, ERWin, ModelMart, Paradigm Plus, RPTWin. Eyni zamanda olun avtomatik instrumental hissələri isə layihələndirmə və kod generasiyasını təmin edir. Bu proqram modulları aşağıdakı funksiyaları yerinə yetirir.
BPWin – struktur təşkilatların üçün verilənlərin saxlanılması məqsədilə funksional metodoloçi modelləşdirməni dəstəkləyir və həyata keçirir. Burada həmçinin DFD ( verilənlərin axını üçün paket) paketindən “BPWin”-də istifadə etməklə “sənədlərin dövriyyəsi modelinin işlənməsi” üçün də istifadə edilə bilər.
CASE texnologiyasının vasitəsi olan “ERWin” modulu obyekt və atributların eksportu üçün normallaşdırılmış VB-lər layihələndirməyə imkan verir. Bu modul Power Builder, Access, SQL Server VBİS-ləri özündə inteqrallaşdırır. Əsasən obyektyönlü layihələndirmədə çətin alqoritmlərin reallaşdırılmasında tətbiq edilir. Obyektyönlü layihələndirmə dili olan UML (Unifu Modeling Language-UML) instrumental vasitə olan “Paradigm Plus”-u dəstəkləyir. Proqram məhsulu olan Model Mart “BPWin” və “ERWin” modellərinin işlərini sinxronlaşdırır. Paradigm Plus modulu isə C++ və ya Çava kodlarında yazılan proqramları “ERWin” modulunda generasiya edərək VB yaradır. “Planitium technology” modulu – instrumental monitorinq şəbəkə (ProVision Network Monitor), vasitələrini, server VB-nin təhlilini (SQL Compass), verilənlərin struktur üzrə yoxlanmasını (Test Bytes) və sürətli Web serverlərin təhlilini özündə saxlayır. Beləliklə, CASE texnologiya Avtomatlaşdırılmış mühitdə sahələr üzrə sənədləşmənin yaradılmasını təmin edir.
Lotus Domino – inteqrallaşdırılmış paket olub, verilənlərin saxlanılmasını Avtomatlaşdırılmış şəbəkə üzrə təşkilini həyata keçirir. Bu paket 100 milyona qədər klientləri serverə birləşdirərək, yüksək səviyyədə informasiya mübadiləsini təşkil edir. Lotus Domino özündə məlumatların mübadiləsi üçün elektron poçt xidməti, təqvim və planlaşdırma, təşkilat strukturunun idarə edilməsi üçün inteqrallaşdırılmış mühitdə “gropware” proqram paketini özündə birləşdirir. Ən güclü VBİS-lərdən sayılan “Oracle”-ı tam dəstəkləyir.
Gələcəyin mütəxəssisi müasir hesablama vasitələrinin təlim prosesinə tətbiqini bacarmalıdır. Hazırda müasir EHM-lərin tədris prosesində tətbiqi geniş vüsət almışdır. EHM-in tərkibinə informasiyanın daxil edilməsini, saxlanılmasını, çevrilməsini və nəticələrin verilməsini təmin edən texniki qurğular daxildir.
Son dövrlərdə kompüter təlimindən geniş təcrübə əldə edilmişdir. Ali məktəblərdə tədrisin təşkilində istifadə olunmaq üçün müxtəlif tətbiqi proqramlar işlənib tətbiq edilir. Hazırda müxtəlif funksional məqsədlər üçün öyrədici proqramların yaradılması nəticəsində metodik sahələr inkişaf etdirilir. Pedoqoji və texniki cəhətdən ən optimal variantın tapılması kütləvi tədqiqat tələb edir. Fənn müəllimi belə proqramların tərtib edilməsində çətinliyə rast gələ biləcəyində bu cür proqramlar ümumi proqramlar kitabxanası fondunda olmalı və kütləvi tirajla yerlərə göndərilməlidir.
Ali məktəblərdə tədris prosesi orta məktəblərə nəzərən bir qədər mürəkkəb prosesdir. Əslində yaxşı olardı ki, orta məktəblərdə də tədris prosesində kompüter texnologiyaları və tətbiqi proqramlardan istifadə edilsin. Lakin biz indi bu texnologiyaların ali məktəblərdəki tədris prosesinə tətbiqi haqqında söhbət açacağıq.
Ümumiyyətlə, ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir ali məktəb müəllimi öz fənninin tədrisi zamanı öz işini avtomatlaşdırmaq üçün kompüter texnologiyaları və tətbiqi proqramlardan istifadə edə bilər və etməlidir.
İndi isə gəlin bu sadaladığımız tətbiqi proqram paketləri, kompüter texnologiyaları və onların ali məktəblərdə tədris prosesindəki rolu haqqında ətraflı danışaq.
MicroSoft Office
Ümumiyyətlə, Microsoft Office paketi ayrı-ayrı tətbiq sahəli proqram paketlərindən ibarətdir ki, onların da hər biri ali məktəb müəllimlərinin işində özünəməxsus rol ilə çıxış edir.
MicroSoft Word
Nəinki ali məktəb müəllimləri, ümumiyyətlə hər bir sahənin işçisi özünə lazım olan mətni lazımi formada tərtib etməli olur. Və həmin mətni və mətn daxilində hər hansı cədvəli, şəkli, sxemləri, fiqurları və s.-ni öz istəyinə uyğun tərtib etmək üçün o, kompüterdə istifadə olunan mətn redaktorlarından istifadə edir. Lakin yuxarıda sadaladığım tələbləri və ondan artıq tələbləri yerinə yetirmək üçün ən çox istifadə olunan və istifadə üçün ən rahat olan proqramlardan biri Microsoft Word proqramıdır.
Microsoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da rahat interfeys təqdim edir.
Şəkil 1. MicroSoft Word proqramının əsas pəncərəsi
Ali məktəb müəllimləri də tədris ilə əlaqədar müxtəlif sənədləri tərtibetmək üçün Microsoft Word proqramından istifadə edə bilərlər. Şəkil 1- də Microsoft Word proqramının əsas pəncərəsi göstərilmişdir.
MicroSoft excel
Microsoft Office paketinə daxil olan Microsoft Excel proqramı öz «ağıllı» vasitələri ilə çox istifadəçilərin köməyinə gəlir.
Bildiyimiz kimi, Excel proqramı cədvəl şəkilli verilənlərlə iş aparılması, onlar üzərində müxtəlif standart, yəni demək olar ki, verilənlər üzərində aparıla biləcək bütün əməliyyatlar və ya funksiyalar və həm də qeyri-standart əməliyyatların yerinə yetirilməsi, bu verilənlərin bir-birindən asılılıqlarının qrafik və ya diaqram şəklində qurulması və s. bu kimi əməliyyatların aparalımasını təmin edərək istənilən istifadəçiyə, və ya həmçinin ali məktəb müəllimlərinə bu və ya başqa əməliyyatları çox tez, rahat və effektiv şəkildə yerinə yetirməyə imkan verir.
Şəkil 2. MicroSoft Excel proqramının əsas pəncərəsi
Misal kimi göstərmək olar ki, ali məktəb müəllimləri tələbələrin qiymətləndirilməsi, hansı tələbələrin daha aktiv iştirak etməsini qrafik şəkildə daha əyani görmək üçün Excel proqramında diaqramlardan istifadə edə bilər. Orta qiymətin hesablanması, maksimum və ya minimum qiymətlərin və s.-lərin hesablanmasını həyata keçirə bilər. Şəkil 2-də MicroSoft Excel proqramının əsas pəncərəsi göstərilmişdir.
MicroSoft Power Point
Əlbəttə ki, tədris prosesinin effektivliyi tədris materiallarının tələbələrə daha aydın şəkildə təsvir olunması ilə xeyli artır. Fərdi kompüterlər və tətbiqi proqramlar inkişaf etməzdən əvvəl bu əyaniliyi əldə etmək üçün sinif lövhələrindən, xüsusi kadr şəkilli lentlərdən, böyüdücülərdən, diafilm qurğularından, linqofonlardan və s.-dən istifadə olunurdu.
Lakin bu vasitələr müəllimlər üçün müəyyən çətinliklər yaradırdı. Məsələn, lövhədə hər hansı sxemi hər dəfə çəkmək müəllim üçün eyni işi hər dəfə təkrarən etməyə məcbur edirdi. Əlbəttə ki, lövhələr həmişə lazımdır, amma çox işləri lövhədən istifadə etmədən, əvvəlcədən hazırlayıb təqdim etmək olar.
Və yaxud xüsusi kadr şəkilli lentlərdən istifadəyə gəldikdə, onu demək olar ki, birincisi bu lentləri əldə etmək məsələsi o qədər də asan deyildi, lazımi qurğunun olub-olmaması və ən əsası isə müəllimin bu lentlərdə olan məlumatlarla kifayətlənməyə məcbur olması halları bu vasitələrdən istifadə etməyin effektivliyini xeyli aşağı salır. Bu zaman müəllim lentdə olmayan məlumatları yenidən lövhədə çəkməklə başa salmaq məcburiyyətində qalır ki, bu da müəllimləri eyni işi hər dərsdə təkrarən yerinə yetirməyə məcbur edir.
Böyüdücülərdən istifadə nisbətən daha effektivdir. Çünki bu zaman, misal üçün, əgər hər hansı bir səhifənin izahı zamanı bu səhifədə hər hansı bir sxemdə və ya düsturda dəyişiklik etmək zərurəti meydana çıxıbsa, onda bu səhifədə düzəliş edib və ya bu səhifəni yenidən çəkib növbəti dərsdə istifadə etmək olar. Ancaq bu dəyişikliklər hər dəfə yeni vərəqə çəkmək problemini ortaya çıxarır. Onu da deməliyəm ki, həmin Slide vərəqlərinin qiyməti adi kağız vərəqlərdən 20-25 dəfə bahadır.
Yuxarıda sadaladığım problemlərlə qarşılaşmamaq üçün MS Office paketinə daxil olan MicroSoft Power Point proqramı çox gözəl və rahat vasitədir.
MicroSoft Power Point proqramından istifadə etməklə istənilən şəkildə, istənilən sayda səhifədən ibarət istənilən effektlərlə müxtəlif cür «Təqdimatlar» (Slide-lar) tərtib etmək olar. Bu slide-ların tələbələrə təqdim olunması üçün heç də onların kağız üzərinə çap olunması vacib deyil.
Slide-lar tam ekran rejimində, animasiya kimi, müəyyən səslərlə, başqa proqramların köməyilə yaradılan obyektlərin özünə qoşulmasını dəstəkləməklə öyrətmə və öyrənmə prosesini olduqca asanlaşdırır. Şəkil 3-də MicroSoft Power Point proqramının əsas pəncərəsi göstərilmişdir.
Yalnız onu deməliyəm ki, belə Slide-ların divardan asılmınş plakata böyüdülməsi üçün istifadə olunan qurğu – «Projector» – un qiyməti nisbətən bahalıdır. Lakin mən bilən ali məktəblərin büdcəsi imkan verir ki, hər kafedraya heç olmazsa 2 ədəd Projektor qurğusu verilsin.
Şəkil 3. MicroSoft Power Point proqramının əsas pəncərəsi
MicroSoft Access
Ümumiyyətlə desək, bütün idarələrdə və təşkilatlarda əvvəlki kağız üzərində arxivlərdə saxlanılan versiyaların kompüterdə reallaşdırılması çox vacib məsələlərdən biridir. Əlbəttə ki, bu, informasiyanı tez və operativ surətdə əldə etmək işini olduqca asanlaşdırır. Deyilənləri kompüterdə reallaşdırmaq üçün VB texnologiyasından istifadə olunur. Ümumiyyətlə, VB texnologiyasında verilənlərin müxtəlif modellərindən istifadə olunur.
Bu modellər haqqında çox geniş danışmayıb, sadəcə onu deyəcəm ki, son zamanlar ən geniş istifadə olunan model -relyasiya modelidir. Verilənlər bazalarını idarə etmək üçün məşhur firmalar tərəfindən müxtəlif cür Verilənlər Bazalarını İdarəetmə Sistemləri (VBİS) yaradılmışdır.
Belə VBİS-lərdən biri də Microsoft şirkəti tərəfindən yaradılmış və MicroSoft Office paketinin tərkibinə daxil edilmiş Microsoft Access proqramıdır.
Microsoft Access proqramı verilənlər bazası ilə işləmək üçün istifadəçilərə tam alətlər dəstini təqdim edir. Bu proqramdan hətta verilənlər bazasının prinsipi və qurulma qanunauyğunluqlarını bilməyən istifadəçilər belə çox rahat yararlanaraq, öz tələblərinə uyğun cədvəllərdən ibarət verilənlər bazası yarada bilərlər.
Şəkil 4. MicroSoft Access proqramının əsas pəncərəsi
MicroSoft FrontPage
MicroSoft FrontPage proqramı bildiyimiz kimi HTML sənədləri yaratmaq üçün alətlər ilə zəngin tətbiqi proqram paketidir. Əslində MicroSoft FrontPage proqramı müəllimlərin işində nisbətən az rol oynayır. Bu proqram çox vaxt WEB DESIGN sahəsi ilə məşğul olan mütəxəssislərə lazım ola bilər.
Üstün cəhəti odur ki, HTML dilindən heç xəbəri olmayan belə, istifadəçi bu proqramın köməyilə çox asanlıqla sadə WEB-sənəd yarada bilər. Ali məktəb müəllimlərinin işində bu proqramın rolu kimi misal üçün onu demək olar ki, qiyabi şöbədə oxuyan tələbələr müəllimin yaratdığı bu sayta İnternet şəbəkəsi vasitəsilə qoşula bilər və lazımi dərsləri buradan oxuya bilərlər.
Şəkil 5-də MicroSoft Front Page proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 5. MicroSoft Front Page proqramının əsas pəncərəsi
MicroSoft Outlook
Əlbəttə ki, son 10 ildə İNTERNET şəbəkəsinin inkişaf etməsilə əlaqədar Elektron poçt xidmətinin yaranması və inkişafı bu xidməti çox geniş, bəlkə də dünyəvi istifadəçi auditoriyası üçün bir növ adi telefon xidməti kimi lazımi vasitəyə çevirmişdir. Elektron poçt xidmətini təqdim edən ayrıca saytlar – poçt serverləri və tətbiqi proqramlar yaradılmışdır.
Belə tətbiqi proqramlardan biri də MicroSoft Outlook proqramıdır.
Əlbəttə, bu proqramın və E_mail xidmətinin müəllim və tələbələr arasındakı informasiya mübadiləsində rolu çox böyükdür.
Bunu bayaq söhbət açdığım qiyabi şöbədə oxuyan tələbələrə aid etsəm daha da qiymətli vasitə kimi qeyd etmək olar.
Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi
Dəqiq elmlər ilə məşğul olan mütəxəssislər – müəllimlər və ya tələbələr riyazi məsələlərin həlli, modelləşdirmə və s. bu kimi problemlərlə tez-tez rastlaşırlar. Belə problemlərin həlli yuxarıda qeyd etdiyim EXCEL proqramına nisbətən daha da professional şəkildə MATLAB proqramı tərəfindən təqdim olunan alətlər ilə təmin olunur.
MATLAB proqramının özünə məxsus funksiyaları var ki, modelləşdirmə məsələlərinin həllində onlardan istifadə – istifadəçinin işini olduqca asanlaşdırır.
Əlbəttə ki, ən çox dəqiq elmlərdən dərs deyən müəllimlər öz fənnlərinə aid laboratoriya, praktiki və kurs işlərinin həllində MATLAB proqramından istifadə etmək üçün tələbələrə bu proqramı öyrənməyi məsləhət görməlidirlər.
Əslində bu proqramın tədris prosesi ilə heç bir əlaqəsi yoxdur. Amma buna baxmayaraq ayrılıqda bu proqram çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.
Corel Draw proqramı istifadəçinin öz istəyinə uyğun şəkillərin, fiqurların çəkilməsi onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün unikal bir proqram təminatıdır. Şəkil 7 – də Corel Draw proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 7. Corel Draw proqramının əsas pəncərəsi
Adobe Photoshop
Corel Draw proqramı kimi Adobe Photoshop proqramı da tədris prosesi ilə o qədər də əlaqəsi olan proqram deyil. Amma buna baxmayaraq ayrılıqda bu proqram da çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.
Adobe Photoshop proqramı şəkil formatlı sənədlərlə işləmək üçün əvəzolunmaz vasitədir. Bu proqramın köməyilə fotomontaj işlərini böyük müvəffəqiyyətlə yerinə yetirmək olar.
AutoCad tətbiqi proqram paketi çertyojların çəkilməsi, onlar üzərində müxtəlif əməliyyatların aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi üçün çox gözəl vasitədir. Bundan əlavə, AutoCad proqramının köməyilə üç ölçülü fəzada yerləşən müxtəlif fiqurları çəkmək, onların muxtəlif müstəvilərdə kəsiyini və proyeksiyasını vermək və s əməliyyatları yerinə yetirmək olar.
AutoCad proqramından, adətən konstruktorlar, mexaniklər və bir də Rəsmxətt, Tərsimi həndəsə, Maşın mexanizmləri nəzəriyyəsi, Maşınqayırma və s. bu kimi ixtisaslar üzrə ixtisaslaşmış mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr tez-tez istifadə edib, yararlanırlar. Şəkil 8 – də AutoCad proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 8. AutoCad proqramının əsas pəncərəsi
MicroSoft Project
MicroSoft Project proqramı əsasən Biznes, İdarəetmə, Menecment və s. bu kimi ixtisas müəllimlərinə lazım ola biləcək proqram kimi qeyd oluna bilər.
Bu proqramın köməyilə biznes planlar, iş cədvəlləri yaratmaq mümkündür. Əlbəttə ki, bunun tədris prosesinə o qədər də aidiyyatı olmasa da yuxarıda sadaladığım ixtisaslar üzrə dərs deyən müəllimlər və ixtisas alan tələbələr öz dərsləri zamanı bu proqramdan yararlana bilərlər. Şəkil 9 – da MicroSoft Project proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 9. MicroSoft Project proqramının əsas pəncərəsi
Ümumiyyətlə, 1C proqramlar paketi bir neçə tətbiqi proqramlardan təşkil olunmuşdur:
Elektron lüğətlər, mətn tərcüməçiləri
və s. kimi tətbiqi proqramlar
Əlbəttə ki, istənilən sahə üzrə işləyən hər bir şəxs hər hansı dildə hər hansı sözün tərcüməsini öyrənməli olur. Əvvəllər bundan ötru xüsusi lüğət kitablarının istifadəsi çox geniş yayılmışdır. Lakin bu kitablarda hər hansı sözün axtarılması bir qədər yorucu olur. Hələ hər hansı mətnin tərcüməsindən danışsaq bu doğrudan da insanların işçi qüvvəsini aşağı salacaq qədər yorucu ola bilər.
Buna görə də fərdi kompüterlərin inkişaf etməsilə yanaşı müxtəlif tətbiqi proqramların yaradıldığı kimi müxtəlif firmalar tərəfindən elektron lüğətlər də yaradılmışdır. Belə lüğətlərə misal kimi rusların düzəltdiyi «Slovarğ» lüğətini, Abbey şirkətinin yaratdığı Abbey Lingvo elektron luğətini və s.-ni göstərmək olar.
Şəkil 10. Abbey Linqvo proqramının əsas pəncərəsi
Artıq mətnlərin tərcüməsindən danışdıqda isə bu məsələnin necə də yorucu olduğu daha aydın nəzərə çarpır. Mətnlrin tərcumə olunması üçün də müxtəlif tətbiqi proqramlar işlənib hazırlanmışdır. Bunlara misal kimi «Sokrat», «Prompt», «Magic Gooddy » və s.-ni göstərmək olar.
Bunlardan başqa bu proqramları işləyib hazırlayan firmaların rəsmi saytlarında da sözlərin, mətnlərin, hətta WEB Site-ların da tərcüməsi nəzərdə tutulmuşdur. Şəkil 10- da Abbey Linqvo proqramının əsas pəncərəsi göstərilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.