Press "Enter" to skip to content

İdman və onun növləri

Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri

Idman məktəblərinin fəaliyyəti haqqında

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, fiziki hərəkətlər vasitəsilə insanın sağlam həyat tərzinin formalaşdırılmasına, fiziki və əqli inkişafına yönəldilmiş norma, bilik və dəyərlər məcmusunu özündə əks etdirən sosial fəaliyyət sahəsi;
1.0.2. idman – müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə mütəmadi olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, bütün səviyyəli yarışlarda iştiraka və yüksək nəticələr göstərilməsinə yönəldilmiş bədən tərbiyəsinin tərkib hissəsi;
1.0.3. kütləvi idman – təşkil olunmuş formada əhalinin bədən tərbiyəsi ilə məşğulluğuna və fiziki inkişafına, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirlərində və kütləvi idman yarışlarında iştirakına yönəldilmiş idman sahəsi;
1.0.4. fiziki hazırlıq – insanın sosial-demoqrafik xüsusiyyətləri və fəaliyyət növləri nəzərə alınmaqla, onda fiziki keyfiyyətlərin, qabiliyyətin inkişafına yönəlmiş proses;
1.0.5. fiziki kamillik – bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki və mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi;
1.0.6. idmançı – seçdiyi idman növü və ya növləri ilə mütəmadi olaraq məşğul olan və idman yarışlarında iştirak edən fiziki şəxs;
1.0.7. yüksək səviyyəli idmançı – müvafiq idman adına (dərəcəsinə) malik və yüksək idman nəticələrinə nail olmaq məqsədi ilə idman yarışlarında çıxış edən idmançı;
1.0.8. peşəkar idman – idman-tamaşa tədbirlərinin (yarışların) təşkil olunmasına və keçirilməsinə yönəldilmiş idmanın elə tərkib hissəsidir ki, burada idmanı özünə peşə (əmək) fəaliyyəti seçən idmançılar həmin tədbirlərdə (yarışlarda) iştirak etmək və onlara hazırlaşmaq üçün qanunvericiliyə uyğun olaraq əmək haqqı (pul mükafatı) alırlar;
1.0.9. məşqçi – idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki şəxs;
1.0.10. idman hakimi – idman yarışının təşkilatçısı tərəfindən idman növünün qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş, xüsusi hazırlıq keçmiş və müvafiq təsnifat dərəcəsini almış fiziki şəxs;
1.0.11. idman növü – idmanın aşağıdakı fərqləndirici əlamətləri olan bir hissəsi: məşğələlər mühiti, istifadə olunan idman alətləri (mühafizə vasitələri istisna olmaqla) və avadanlıq, müəyyən edilmiş qaydada qəbul olunmuş yarış qaydaları;
1.0.12. idman fənni – fərqləndirici əlamətləri olan idman növünün tərkib hissələri;
1.0.13. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri – əsasını xüsusi hərəkətlər (o cümlədən fəndlər) təşkil edən, hərbi qulluqçular və hüquq mühafizə orqanlarının əməkdaşlarının (bundan sonra – xüsusi xidmət keçən şəxslər) öz xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqəli bir və ya bir neçə hərbi və ya hüquq mühafizə orqanının fəaliyyəti çərçivəsində inkişaf etdirilən idman növləri;
1.0.14. milli idman növləri – əhalinin etnik qruplarında tarixən formalaşmış və sosial-mədəni yönümlü idman növləri;
1.0.15. respublika idman federasiyası – üzvlük əsasında yaradılan, dövlət akkreditasiyasından keçən, məqsədi ölkə miqyasında bir və ya bir neçə idman növünün inkişaf etdirilməsi, həmçinin respublika və ya beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi, milli yığma komandaların formalaşdırılması, beynəlxalq yarışlara hazırlanması və iştirakı olan idman növü (növləri) üzrə ictimai birlik;
1.0.16. milli yığma komandalar – idmanın müxtəlif növləri üzrə respublika idman federasiyaları tərəfindən beynəlxalq yarışlara hazırlaşmaq və bu yarışlarda dövləti təmsil etmək məqsədi ilə müxtəlif yaş qruplarına aid idmançılardan, məşqçilərdən və bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərdən formalaşdırılan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən kollektivlər;
1.0.17. rəsmi bədən tərbiyəsi və idman tədbirləri – bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim planlarına daxil edilmiş rayon, şəhər, regional, respublika və beynəlxalq miqyaslı tədbirlər və yarışlar;
1.0.18. bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçısı – tədbirlərin və idman yarışlarının təşkilatı məsələlərinin həllini, maliyyələşdirilməsini, hazırlanması və keçirilməsi ilə bağlı digər təminatları öz üzərinə götürən təşəbbüsçü hüquqi və ya fiziki şəxs;
1.0.19. bədən tərbiyəsi və idman sistemi – bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədi ilə dövlət orqanları və bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin əlaqəli şəkildə göstərdikləri fəaliyyət;
1.0.20. əhalinin fiziki hazırlığı və inkişafının monitorinqi – əhalinin fiziki sağlamlığının, fiziki hazırlığının və iş qabiliyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin bunlarla əhalinin fiziki inkişafı arasında səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi;
1.0.21. fiziki reabilitasiya – sağlamlığın pozulmasına səbəb olan məhdud həyat fəaliyyətinin aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına yönəlmiş adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə etməklə insan orqanizminin pozulmuş və ya müvəqqəti itirilmiş funksiyalarının və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin ictimai və peşəkar fəaliyyətdə iştirak qabiliyyətlərinin bərpası;
1.0.22. idman obyektləri – bədən tərbiyəsi və idman tədbirlərinin (o cümlədən təlim-məşq proseslərinin, idman yarışlarının) keçirilməsi üçün xüsusi olaraq nəzərdə tutulmuş, inşa edilmiş, quraşdırılmış idman qurğuları, örtülü və açıq obyektlər;
1.0.23. yüksək nailiyyətlər idmanı – rəsmi respublika və beynəlxalq yarışlarda iştirak edən idmançıların yüksək nəticələr göstərməsinə və nailiyyətlər əldə etməsinə yönəldilmiş idman sahəsi;
1.0.24. paralimpiya hərəkatı – sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə cəmiyyətə inteqrasiyasında, özünütəsdiqində, fiziki və mənəvi kamilliyə çatmasında əsas vasitələrdən biri kimi paralimpiya idmanının inkişafını əhatə edən fəaliyyət;
1.0.25. deflimpiya hərəkatı – eşitmə qabiliyyətləri məhdud olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə təşkil olunan və həyata keçirilən fəaliyyət;
1.0.26. xüsusi olimpiya hərəkatı – əqli imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsinə yönəldilmiş fəaliyyət.

Maddə 2. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. bədən tərbiyəsi və idman hərəkatının idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;
3.0.2. vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnun təmin edilməsi və bu məqsədlə bərabər imkan və şəraitin yaradılması;
3.0.3. bədən tərbiyəsi və idman sahəsində beynəlxalq öhdəliklərə dövlət tərəfindən hörmətlə yanaşılması və riayət edilməsi;
3.0.4. əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında (çoxuşaqlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, əlillər) bədən tərbiyəsi və idmanın inkişafının vacibliyi;
3.0.5. bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarının və bələdiyyələrin, bədən tərbiyəsi və idman yönümlü ictimai birliklərin qarşılıqlı fəaliyyəti;
3.0.6. vətəndaşların müxtəlif yaş qruplarının həyat fəaliyyətinin bütün mərhələlərində bədən tərbiyəsinin fasiləsizliyi və ardıcıllığı;
3.0.7. bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi;
3.0.8. ölkə ərazisində əhalinin maraq göstərdiyi idman növlərinin, xüsusilə milli və olimpiya oyunları proqramlarına daxil edilmiş idman növlərinin inkişafının və kütləviliyinin artırılmasının dəstəklənməsi.

Maddə 4. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri

4.0. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin formalaşdırılması, Milli strategiyanın və Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.2. təhsil alanlar üçün fiziki hazırlığın normativ tələblərinin hazırlanması, təsdiq və tətbiq edilməsi;
4.0.3. respublika Vahid idman təsnifatının, idman adları və dərəcələrinin təsdiq edilməsi;
4.0.4. respublika və beynəlxalq səviyyəli kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin hər il üçün Vahid təqvim planının, idman tədbirlərinin keçirilməsi qaydalarının və onların keçirilməsi xərcləri normalarının işlənib hazırlanması, təsdiqi və maliyyələşdirilməsinin həyata keçirilməsi;
4.0.5. bədən tərbiyəsi və idman sahəsində fəxri adların və digər dövlət həvəsləndirmə formalarının təsis edilməsi;
4.0.6. dövlət mülkiyyətində olan idman obyektləri və bazalarından, olimpiya hazırlığı mərkəzlərindən istifadə normaları və qaydalarının müəyyən edilməsi;
4.0.7. respublika idman federasiyalarının təqdimatına əsasən milli yığma komandaların, eləcə də məşqçilər heyətlərinin rəsmi beynəlxalq yarışlara hazırlığı və onlarda iştirakı üzrə tədbirlərin həyata keçirilməsi;
4.0.8. ölkə ərazisində dünya və Avropa çempionatlarının və digər beynəlxalq idman yarışlarının müvafiq beynəlxalq idman təşkilatları tərəfindən müəyyən olunmuş tələblərə riayət olunmaqla təşkili və keçirilməsinin təmin edilməsi;
4.0.9. sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlara ölkə idmançılarının hazırlığının və iştirakının təmin edilməsi;
4.0.10. bədən tərbiyəsi və idman vasitələri ilə əhali arasında hüquqpozmaları, narkomaniya, tütündən istifadə, alkoqolizmin profilaktikası üzrə tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsi;
4.0.11. respublika idman federasiyalarının dövlət reyestrinin və idman növlərinin dövlət reyestrinin işlənib hazırlanması, təsdiq edilməsi və aparılması;
4.0.12. respublika idman federasiyalarının (assosiasiyaların) dövlət akkreditasiyasının (tanınmasının) həyata keçirilməsi;
4.0.13. milli yığma komandaların üzvlərinin və məşqçilərinin, bədən tərbiyəsi-idman təşkilatları işçilərinin fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
4.0.14. idman arbitrajının yaradılması və fəaliyyətinin təşkili;
4.0.15. milli idman növlərinin inkişafının dəstəklənməsi və təbliği üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi;
4.0.16. bədən tərbiyəsi və idman sahəsində dövlət təhsil standartlarının qəbul edilməsi, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasının təşkili;
4.0.17. ehtiyat idman qüvvələrinin seçilməsi və hazırlıq prosesinin vahid sisteminin yaradılması, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması ilə məşğul olan idman yönümlü təşkilatların, idman klublarının və uşaq-gənclər idman müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və inkişaf etdirilməsi;
4.0.18. bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi üçün zəruri infrastrukturun və maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
4.0.19. idman avadanlığı və ləvazimatları haqqında texniki reqlamentlərin işlənib hazırlanması, bədən tərbiyəsi və idman sənayesinin yaradılması və inkişaf etdirilməsi;
4.0.20. milli yığma komandaların elmi-metodoloji, tibbi-bioloji, tibbi və antidopinq təchizatı, həmçinin idman növləri üzrə elmi kompleks qrupların formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi;
4.0.21. bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli strategiya və Dövlət proqramlarının həyata keçirilməsində iştirak edən müvafiq bədən tərbiyəsi və idman yönümlü təşkilatlarla müqavilələrin bağlanması, fəaliyyətin təşkili və maliyyələşdirilməsi;
4.0.22. bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq üzrə müqavilələrin bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi;
4.0.23. respublika nümayəndə heyətlərinin xarici dövlətlərdə idmanla bağlı keçirilən tədbirlərdə iştirakının təmin edilməsi;
4.0.24. ölkə ərazisində fəaliyyət göstərən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlardan, müxtəlif tipli idman məktəblərindən il ərzindəki fəaliyyətlərinin yekunları haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formalara uyğun statistik hesabatların toplanılması, ümumiləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi, təhlilinin aparılması və monitorinqlərin keçirilməsi;
4.0.25. bədən tərbiyəsi və idmanın, sağlam həyat tərzinin təbliğinin həyata keçirilməsi;
4.0.26. bədən tərbiyəsi və idman sahəsində informasiya təminatının Vahid dövlət sisteminin işlənib hazırlanması;
4.0.27. bədən tərbiyəsi və idman sahəsinin elmi-metodoloji təminatı, bu sahə üzrə elmi, tədris və elmi-populyar ədəbiyyatın nəşrinin təşkili;
4.0.28. idman obyektlərinin tikintisinin təşkili, fəaliyyət göstərən idman obyektlərinin bərpası və işlək vəziyyətdə saxlanılması;
4.0.29. hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri üzrə hazırlığının təşkili;
4.0.30. bütün növ idman məktəbləri və olimpiya ehtiyatı məktəbləri üçün müxtəlif idman növləri üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiqi;
4.0.31. əhalinin müxtəlif kateqoriya və qrupları üçün bədən tərbiyəsi və idman proqramlarının və nümunəvi tədris planlarının işlənib hazırlanması və təsdiqi;
4.0.32. bədən tərbiyəsi və idman hərəkatının veteranlarına diqqət və qayğının göstərilməsi;
4.0.33. bədən tərbiyəsi və idman sahəsində idarəetmənin və sahələrarası əlaqələndirmənin həyata keçirilməsi;
4.0.34. kütləvi və peşəkar idmanın, yüksək nailiyyətlər idmanının inkişafının dəstəklənməsi;
4.0.35. beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılar hazırlayan idman təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması;
4.0.36. bədən tərbiyəsi və idman sahəsində sponsorluq və xeyriyyəçilik fəaliyyətlərinin dəstəklənməsi;
4.0.37. beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılar və onların məşqçiləri (o cümlədən idmançının yetişdirilməsində böyük rolu olan əvvəlki məşqçiləri) üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xüsusi mükafatların təyin edilməsi;
4.0.38. milli yığma komandaların təlim-məşq prosesinin keçirildiyi idman bazalarının və obyektlərinin saxlanılması, təchizatı və inkişafının təmin edilməsi;
4.0.39. idman yönümlü təşkilatların, o cümlədən bütün tipli uşaq-gənclər idman məktəblərinin, yaşayış yerləri üzrə məhəlli uşaq-idman klublarının, uşaq-idman şəhərciklərinin, idman-sağlamlıq düşərgələrinin, tibbi-bədən tərbiyəsi dispanserlərinin, idman obyektləri və bazalarının əhalinin demoqrafik inkişafına uyğun sayda artırılması və maddi-texniki bazalarının möhkəmləndirilməsi;
4.0.40. bədən tərbiyəsi və idman sahəsində elmi-tədqiqat işlərinin aparılmasının təşkili, elmi-texniki siyasətin formalaşdırılması və həyata keçirilməsi.

Maddə 5. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri

5.0. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
5.0.1. yerli şərait və imkanlar nəzərə alınmaqla, bədən tərbiyəsi və idmanın inkişafının istiqamətlərinin müəyyən edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı üzrə yerli proqramların hazırlanması və həyata keçirilməsi;
5.0.2. bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edilməsi;
5.0.3. əhalinin bütün qrupları arasında bədən tərbiyəsi və idmanın təbliğinin və maarifləndirmə işlərinin aparılması;
5.0.4. bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin və idman yarışlarının, həmçinin vətəndaşların iş və yaşayış yeri üzrə kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili;
5.0.5. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim planlarının təsdiqi və icrası;
5.0.6. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin tibbi təminatının təşkili;
5.0.7. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edilməsi;
5.0.8. bələdiyyələrin yığma idman komandalarının formalaşdırılması qaydalarının təsdiqi, onların maddi-texniki təminatı məsələlərinin həll edilməsi;
5.0.9. bələdiyyə ərazisində keçirilən bələdiyyələrarası, rayon, şəhər, regional, respublika, beynəlxalq idman yarışlarının və milli yığma komandaların təlim-məşq toplanışlarının təşkili və keçirilməsində iştirak edilməsi;
5.0.10. bədən tərbiyəsi və idmanın inkişafına müvafiq maddi dəstək verilməsi;
5.0.11. bələdiyyə mülkiyyətində olan idman obyektlərinin, bədən tərbiyəsi-sağlamlıq obyektlərinin saxlanılmasının, təchizatının, təmirinin və səmərəli istifadəsinin təmin edilməsi;
5.0.12. bələdiyyələrin nəzdində olan bədən tərbiyəsi-idman təşkilatlarının formalaşdırılması, yenidən təşkili və ləğvi, onların maliyyələşdirilməsi və tam miqyaslı fəaliyyəti üçün şəraitin yaradılması;
5.0.13. sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
5.0.14. müvafiq normativ hüquqi aktlar və proqramlar əsasında əhalinin müxtəlif qruplarının əmək, tədris və istirahət rejiminə bədən tərbiyəsi və idmanın daxil edilməsi;
5.0.15. bələdiyyə ərazisində bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət proqramlarının icrasında iştirak edilməsi;
5.0.16. bələdiyyə ərazisində yaşayan əhalinin fiziki hazırlıq səviyyəsinin monitorinqinin keçirilməsi;
5.0.17. bələdiyyə ərazisində fəaliyyət göstərən bədən tərbiyəsi və idman subyektlərinə dəstək verilməsi;
5.0.18. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Maddə 6. Bədən tərbiyəsi və idman sahəsində vətəndaşların hüquqları

6.0. Azərbaycan Respublikasında vətəndaşların bədən tərbiyəsi və idman sahəsində hüquqları aşağıdakılardır:
6.0.1. bədən tərbiyəsi və idmanla, o cümlədən peşəkar idmanla məşğul olmaq;
6.0.2. bədən tərbiyəsi və idman yönümlü birliklərdə birləşmək, idman hərəkatında və onun idarə olunmasında iştirak etmək;
6.0.3. təlim-məşq proseslərində və tədbirlərdə iştirak zamanı sağlamlıqlarının qorunması məqsədi ilə tibbi xidmətlərdən istifadə etmək və tibbi nəzarətdə olmaq;
6.0.4. idman klubları, peşəkar idman klubları və assosiasiyalar yaratmaq, idman obyektləri və bazaları inşa etmək, idman obyektləri və avadanlıqlarını əldə etmək, icarəyə vermək;
6.0.5. qanunvericilikdə müəyyən olunmuş qaydada bədən tərbiyəsi və idman sahəsində digər fəaliyyətlə məşğul olmaq.

Maddə 7. Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bədən tərbiyəsi və idman sahəsində hüquqları

Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün bədən tərbiyəsi və idman sahəsində nəzərdə tutulmuş bütün hüquqlara (beynəlxalq idman yarışlarında milli yığma komandaların heyətlərində çıxış etmək hüququ istisna olmaqla) malikdirlər.
II fəsil

Bədən tərbiyəsi və idman subyektlərinin fəaliyyətinin təşkili

Maddə 8. Bədən tərbiyəsi və idman subyektləri

8.0. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman subyektləri aşağıdakılardır:
8.0.1. bədən tərbiyəsi və idman siyasətini həyata keçirən dövlət orqanları və bələdiyyələr;
8.0.2. mülkiyyət formasından asılı olmayaraq bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən respublika idman federasiyaları (assosiasiyaları), idman klubları, respublika bədən tərbiyəsi və idman veteranları şurası, bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elm və təhsil müəssisələri;
8.0.3. Milli Olimpiya Komitəsi;
8.0.4. Paralimpiya Komitəsi;
8.0.5. Deflimpiya Komitəsi;
8.0.6. Xüsusi Olimpiya Komitəsi;
8.0.7. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafını həyata keçirən dövlət orqanları;
8.0.8. həmkarlar ittifaqları təşkilatları;
8.0.9. idman arbitrajı;
8.0.10. bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar və onların kollektivləri (idman komandaları), idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər.

Maddə 9. Bədən tərbiyəsi-idman təşkilatlarının fəaliyyəti

9.1. Bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan və əsas məqsədləri əhalinin sağlamlığının qorunması, möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması olan, mülkiyyət formasından asılı olmayaraq bütün müxtəlif tipli təşkilatlar, qurumlar, cəmiyyətlər, müəssisələr, assosiasiyalar və bu yönümlü digər birliklər bədən tərbiyəsi-idman təşkilatları hesab olunurlar.
9.2. Bədən tərbiyəsi-idman təşkilatları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada kommersiya və qeyri-kommersiya təşkilatları statusunda yaradıla bilərlər. Kommersiya və qeyri-kommersiya bədən tərbiyəsi-idman təşkilatlarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi müvafiq qanunvericiliyə və bədən tərbiyəsi-idman təşkilatlarının təsis sənədlərinə uyğun şəkildə həyata keçirilir.
9.3. Bədən tərbiyəsi-idman təşkilatları əhalinin müxtəlif qrupları arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə işin təşkilində iştirak edir, təlim-məşq tədbirlərində və idman yarışlarında iştirak edənlərin, o cümlədən idmançılar və digər iştirakçıların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün şərait yaradır, təlim-məşq proseslərinin tələb olunan səviyyədə təşkilini təmin edir, həmçinin yüksək idman nəticələrinin əldə edilməsi məqsədi ilə məşqçilərə və idmançılara köməklik göstərir.
9.4. Bədən tərbiyəsi-idman təşkilatlarının, o cümlədən idman klublarının maliyyələşdirilməsi ianələr verən hüquqi və fiziki şəxslər tərəfindən, eləcə də idman yarışlarının keçirilməsindən, əhaliyə pullu idman xidmətlərindən, sahibkarlıq fəaliyyətindən, habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına həyata keçirilə bilər.
9.5. Bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq idman birliklərinin üzvü ola bilər, beynəlxalq idman birliklərinin üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.
9.6. Bədən tərbiyəsi və idman yönümlü qeyri-hökumət təşkilatları öz fəaliyyətlərində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Qanunu və digər normativ hüquqi aktları rəhbər tuturlar.

Maddə 10. Respublika idman federasiyaları

10.1. Respublika idman federasiyası öz statusuna görə qeyri-hökumət təşkilatıdır. Respublika idman federasiyalarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir.
10.2. Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər.
10.3. İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İctimai birlik Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır və respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir.
10.4. Olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil olunmuş idman növləri üzrə respublika idman federasiyaları idmançıların olimpiya oyunlarına hazırlığı və iştirakı prosesində Milli Olimpiya, Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri ilə əməkdaşlıq edirlər.

Maddə 11. Respublika idman federasiyalarının hüquqları və vəzifələri

11.1. Respublika idman federasiyaları aşağıdakı hüquqlara malikdir:
11.1.1. öz səlahiyyətləri çərçivəsində bədən tərbiyəsi və idman sahəsində normativ hüquqi aktların və idman növlərinin inkişafı proqramlarının işlənib hazırlanmasında və həyata keçməsində iştirak etmək;
11.1.2. müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək, ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və keçirmək;
11.1.3. müvafiq idman növündə məşqçilərin, hakimlərin, bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması və attestasiyası üzrə tədbirlər həyata keçirmək;
11.1.4. idmançıların bir bədən tərbiyəsi-idman təşkilatından digərinə keçməsi məsələlərinin təşkilində iştirak etmək;
11.1.5. beynəlxalq idman təşkilatlarının reqlamentləri və bu Qanunun müddəaları əsasında idman növü üzrə idman klublarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;
11.1.6. öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək.
11.2. Respublika idman federasiyaları aşağıdakı vəzifələri yerinə yetirir:
11.2.1. idman növlərini inkişaf etdirmək və təbliğ etmək;
11.2.2. öz səlahiyyətləri çərçivəsində milli yığma komandaları formalaşdırmaq və idman növü üzrə beynəlxalq yarışlarda iştirakını təmin etmək;
11.2.3. idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;
11.2.4. idmançıların, məşqçilərin, idman sahəsində çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının qayğısına qalmaq;
11.2.5. beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla müvafiq idman növləri üçün qaydaları işləyib hazırlamaq;
11.2.6. idmanda dopinq vasitələri və (və ya) metodlarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;
11.2.7. müəyyən edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid idman təsnifatına daxil edilməsi məqsədi ilə idman növləri üçün tələblər və normalar, həmçinin idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib hazırlamaq.
11.3. Respublika idman federasiyaları uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərirlər.
11.4. Respublika idman federasiyaları sağlamlıq imkanları məhdud uşaqların və əlillərin maraq göstərdikləri, xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər.
11.5. Respublika idman federasiyaları beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.

Maddə 12. İdman klubları

12.1. İdman klubu təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata keçirən təşkilatdır.
12.2. Təşkilati-hüquqi formasından asılı olmayaraq idman klubları qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır və nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərirlər. Hüquqi şəxs statusu olmayan idman klubu haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
12.3. İdman klubları hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilərlər.
12.4. İdman klubları fəaliyyət istiqamətlərinə görə ayrı-ayrı idman növləri ilə məşğul olan kompleks idman klublarına, həvəskar, peşəkar və digər istiqamətli idman klublarına bölünürlər.
12.5. İdman klubları istehsalat, təhsil və tibb müəssisələri, həmkarlar ittifaqları, bələdiyyələr, eləcə də digər qurumlarla əlaqələr yarada bilərlər.
12.6. İdman klubları ilk növbədə uşaq-gənclər idmanı sahəsində təlim-məşq prosesinin və idman yarışlarının təşkili üçün imkanlar yaradır, klubların üzvləri arasında vətəndaşlıq və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması üzrə məqsədyönlü iş aparır, fəaliyyətlərini bədən tərbiyəsi və idman sahəsində dövlətin siyasətinə uyğun qururlar.
12.7. Dövlət orqanları və bələdiyyələr idman klublarının yaradılmasına, fəaliyyətlərinin təşkilinə və iş şəraitinin yaxşılaşdırılmasına aşağıdakıların həyata keçirilməsi yolu ilə kömək göstərirlər:
12.7.1. idman qurğularının və digər idman obyektlərinin tikintisi, bərpası, təmir edilməsi;
12.7.2. dövlət və bələdiyyə mülkiyyətində olan binaların, qurğuların əvəzsiz istifadəyə və ya güzəştli şərtlərlə uzunmüddətli icarəyə verilməsi;
12.7.3. idman ləvazimatı və avadanlığı ilə təmin edilməsi;
12.7.4. qanunvericilikdə müəyyən olunmuş qaydada digər dəstəklərin göstərilməsi.
12.8. İdman klublarının səlahiyyətlərinə aşağıdakılar aiddir:
12.8.1. ölkədə tanınmış müxtəlif idman növləri üzrə idman məktəblərinin, idman bölmələrinin, həvəskar və peşəkar komandalarının yaradılması;
12.8.2. Vahid idman təsnifatının tələblərinə əsasən müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində idman dərəcələrinin verilməsi;
12.8.3. əhaliyə bədən tərbiyəsi-sağlamlıq və idman xidmətlərinin göstərilməsi;
12.8.4. müəyyən edilmiş qaydada idmançıların bir idman təşkilatından digərinə keçməsində iştirak edilməsi;
12.8.5. klubun nizamnaməsinə (əsasnaməsinə) və qanunvericiliyə əsasən digər fəaliyyətin həyata keçirilməsi.
12.9. İdman klublarının fəaliyyəti qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.

Maddə 13. Bədən tərbiyəsi və idmanın təşviqi və təbliği

13.1. Müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, bədən tərbiyəsi və idman yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edirlər, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etməlidirlər.
13.2. İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası müvafiq qanunla tənzimlənir.
III fəsil
Olimpiya hərəkatı

Maddə 14. Milli olimpiya hərəkatı

14.1. Milli olimpiya hərəkatı olimpiya hərəkatı prinsiplərinin təbliği və geniş yayılması, bədən tərbiyəsi və idmanın inkişafına dəstəyin göstərilməsi, beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirak etmək məqsədlərinə xidmət edən beynəlxalq olimpiya hərəkatının tərkib hissəsidir.
14.2. Milli olimpiya hərəkatına öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyası, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınma və öz nizamnaməsi əsasında həyata keçirən Milli Olimpiya Komitəsi rəhbərlik edir.
14.3. Dövlət Milli olimpiya hərəkatını tanıyır və dəstəkləyir, Milli Olimpiya Komitəsinə onun nizamnamə məqsədlərinin həyata keçirilməsində hərtərəfli kömək göstərir.

Maddə 15. Milli Olimpiya Komitəsi

15.1. Milli Olimpiya Komitəsi ölkə ərazisində olimpiya hərəkatına aid olan məsələlərin həllində səlahiyyətli olan, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən müstəqil ictimai birlikdir.
15.2. Milli Olimpiya Komitəsi aşağıdakıları həyata keçirir:
15.2.1. ölkədə olimpiya hərəkatı prinsiplərini təbliğ edir, yüksək nailiyyətlər idmanının və kütləvi idmanın inkişafına dəstək göstərir;
15.2.2. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində dövləti təmsil edir;
15.2.3. Milli Olimpiya Komitəsinin nümayəndə heyətinin tərkibini təsdiq edir və onun olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakını təmin edir;
15.2.4. olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirak edən nümayəndə heyətlərinin üzvlərinin geyimlə təchizatını, yol, yataq, yemək və digər xərclərinin ödənilməsini təmin edir;
15.2.5. Milli Olimpiya Komitəsinin nümayəndə heyəti üzvlərinin rəsmi idman forması və geyimlərinin eskizlərini təsdiq edir;
15.2.6. ölkə idmançılarının olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakı üçün zəruri hazırlıq səviyyəsinin təmin edilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
15.2.7. ölkədə olimpiya oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmək hüququ olan şəhəri müəyyən edir.
15.3. Milli Olimpiya Komitəsi tərəfindən bu Qanunun 15.2.1-ci və 15.2.6-cı maddələri ilə nəzərdə tutulmuş məsələlərin həlli müvafiq icra hakimiyyəti orqanı və müxtəlif respublika idman federasiyaları ilə qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində həyata keçirilir.
15.4. Milli Olimpiya Komitəsi öz adından və rəsmi “Milli olimpiya komandası” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Kommersiya və reklam məqsədləri ilə bu adlardan və ya onlardan yaranmış sözlərdən və söz birləşmələrindən istifadə edilməsinə yalnız Milli Olimpiya Komitəsi ilə yazılı şəkildə bağlanmış müqavilə əsasında icazə verilir. Bu adlar və ya onlardan yaranmış sözlər və söz birləşmələrindən informasiya təminatı məqsədləri ilə və ya kütləvi informasiya vasitələrində olimpiya oyunlarının və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərinin işıqlandırılması hüququnun əldə edilməsi halları istisna təşkil edir.
15.5. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq Milli Olimpiya Komitəsi ölkə ərazisində Beynəlxalq Olimpiya Komitəsinə məxsus olimpiya simvollarından, şüarlarından, bayraq və himndən, “Olimpiya oyunları” adından istifadəyə dair hüquqların qorunması üzrə tədbirlər həyata keçirir. Milli Olimpiya Komitəsi özünün emblemi, şüarı, bayrağı və digər milli olimpiya simvolları üzərində müstəsna hüquqa malikdir.
15.6. Milli Olimpiya Komitəsi bədən tərbiyəsi və idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz maliyyə mənbələri hesabına, o cümlədən hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada ayrılan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirir.
15.7. Milli yığma komandaların olimpiya oyunlarında çıxışları Dövlət bayrağı altında həyata keçirilir.

Maddə 16. Paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları.
Paralimpiya Komitəsi, Deflimpiya Komitəsi, Xüsusi Olimpiya Komitəsi

16.1. Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq paralimpiya, beynəlxalq deflimpiya və beynəlxalq xüsusi olimpiya hərəkatlarının tərkib hissələri olub, məqsədləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı möhkəmləndirmək, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır.
16.2. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərini qeyri-hökumət təşkilatları haqqında qanunvericilik, müvafiq beynəlxalq idman təşkilatlarının nizamnamələri və beynəlxalq idman təşkilatları tərəfindən tanınma əsasında, həmçinin öz nizamnamələrinə uyğun qururlar.
16.3. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri milli yığma komandaları müvafiq olaraq paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında, Beynəlxalq Paralimpiya Komitəsinin, Beynəlxalq Deflimpiya, Beynəlxalq Xüsusi Olimpiya təşkilatlarının hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində təmsil edirlər.
16.4. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri bədən tərbiyəsi və idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz vəsaitləri hesabına, hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericiliklə qadağan edilməyən digər vəsaitlər hesabına həyata keçirirlər.
16.5. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərində müvafiq beynəlxalq təşkilatların qaydalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutan, ölkədə paralimpiya, deflimpiya və xüsusi olimpiya hərəkatlarına aid məsələlərin həllini həyata keçirən ictimai birliklərdir.
16.6. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri aşağıdakıları həyata keçirirlər:
16.6.1. Beynəlxalq Paralimpiya Komitəsinin, Deflimpiya və Xüsusi Olimpiya təşkilatlarının hamiliyi (rəhbərliyi) altında keçirilən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda ölkəni təmsil edir, bu tədbirlərdə iştirak edən milli yığma komandaları formalaşdırır, onların hazırlığını və texniki təchizatını təmin edir;
16.6.2. sağlamlıq imkanları məhdud uşaqları və əlilləri bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edir, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələlərinin həlli ilə məşğul olan strukturlar (şöbələr, filiallar, adaptiv idman məktəbləri və sair) yaradır;
16.6.3. paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin yerlərdə inkişafının təmin edilməsi üçün dövlət orqanlarının və bələdiyyələrin xüsusi idman obyektləri və bazalarının inşa edilməsi, mövcud idman obyektlərində şərait və imkanların yaradılması tədbirlərinin hazırlanmasında və icrasında iştirak edir;
16.6.4. ölkə ərazisində qəbul olunan və inkişaf etdirilən paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin idman təsnifatını, şərtlərini və ardıcıllığını müəyyən edir və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir;
16.6.5. beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları ilə müqavilələr bağlayır, xarici dövlətlərin Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları ilə əlaqələr yaradır, əməkdaşlıq edir, ölkədə keçirilən tədbirlərə onları dəvət edir, xarici ölkələrdə təşkil edilən idman tədbirlərində iştirak edir.
16.7. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika yarışları təqvim planına uyğun, yarışın əsasnaməsi, qaydaları və iştirakçıların funksional imkanları çərçivəsində tibbi tələblər təsnifatı nəzərə alınmaqla təşkil olunur və keçirilir.
16.8. Respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən icbari qaydada sığorta olunurlar.
IV fəsil
Təhsil və səhiyyə sistemində, vətəndaşların iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili

Maddə 17. Təhsil müəssisələrində bədən tərbiyəsi və idman

17.1. Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir.
17.2. Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsil alanların maraqlarını nəzərə almaqla müəyyən edirlər.
17.3. Təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri müasir tələblərə müvafiq surətdə, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla təşkil edilməlidir.
17.4. Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin metodoloji və maddi-texniki bazası müntəzəm olaraq inkişaf etdirilməli, təkmilləşdirilməli və möhkəmləndirilməlidir.
17.5. Təhsil müəssisələrində bədən tərbiyəsi və təhsilin təşkili aşağıdakıları əhatə edir:
17.5.1. əsas təhsil proqramları çərçivəsində dövlət təhsil standartları ilə müəyyən edilmiş həcmdə bədən tərbiyəsi üzrə məcburi dərslərin, həmçinin əlavə təhsil proqramları çərçivəsində əlavə (fakültativ) bədən tərbiyəsi və idman məşğələlərinin keçirilməsini;
17.5.2. təhsil alanlarla kompleks bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi üçün müvafiq şəraitin yaradılmasını, o cümlədən idman avadanlığı və alətləri ilə təchiz edilməsini;
17.5.3. fərdi xüsusiyyətləri və sağlamlığı nəzərə alınmaqla, təhsil alan şəxslərdə bədən tərbiyəsi vərdişlərinin formalaşdırılması, onların bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsini;
17.5.4. sağlamlığında qüsuru olan təhsil alanların bədən tərbiyəsini;
17.5.5. gündəlik rejimdə bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin həyata keçirilməsini;
17.5.6. uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman işinin aparılmasını, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini;
17.5.7. bədən tərbiyəsinin təşkilinə tibbi nəzarətin həyata keçirilməsini;
17.5.8. valideynlərdə uşaqların sağlamlığına və bədən tərbiyəsinə məsuliyyətli münasibətin formalaşdırılmasını;
17.5.9. şagirdlərin və tələbələrin fiziki hazırlığı və fiziki inkişafının illik monitorinqinin keçirilməsini.
17.6. Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi məktəbəqədər təhsil proqramına həftədə on saatdan az olmamaqla əyləncəli oyun xarakterli bədən tərbiyəsi dərslərinin salınması və aparılması ilə həyata keçirilir.
17.7. Sağlamlığında və ya fiziki inkişafında qüsuru olan (xüsusi tibbi qruplara aid edilmiş) təhsil alan şəxslərlə ümumtəhsil, xüsusi təmayüllü, eləcə də digər təhsil müəssisələrində məsləhət görülmüş fərdi reabilitasiya proqramı çərçivəsində məcburi məşğələlər keçirilir.
17.8. Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır.
17.9. Dərsdənkənar bədən tərbiyəsi və idman işlərini planlı surətdə daimi həyata keçirmək, idman növləri üzrə bölmələrin fəaliyyətini təşkil etmək, perspektivli gənc idmançıların hazırlanmasına kömək göstərmək, şagird və tələbələrin bədən tərbiyəsi tədbirlərində və idman yarışlarında fəal iştirakını təmin etmək məqsədi ilə ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin (o cümlədən özəl təhsil müəssisələrinin) strukturunda idman klubları yaradılır.
17.10. Təhsil müəssisələri şagird və tələbələrin hərbi-fiziki hazırlığını hərbi komissarlıqlar, gənclər təşkilatları, könüllü hərbi vətənpərvərlik və texniki-idman cəmiyyətləri və digər təşkilatlarla birlikdə həyata keçirirlər.

Maddə 18. Səhiyyə sistemində bədən tərbiyəsi və idman
18.0. Müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və tibb müəssisələri öz səlahiyyətləri daxilində:
18.0.1. bədən tərbiyəsindən xəstəliklərin profilaktikası və müalicəsi vasitəsi kimi istifadə edirlər;
18.0.2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirirlər, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak edirlər;
18.0.3. xəstəliklərin profilaktikası və müalicəsində bədən tərbiyəsinin və idmanın əsas komponentlərindən səmərəli istifadə məsələlərini, həmçinin idman təbabəti, həkim nəzarəti və müalicə bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislərin hazırlığını və ixtisaslarının artırılmasını təşkil edir və həyata keçirirlər;
18.0.4. vətəndaşlarla bədən tərbiyəsi-sağlamlıq işini təmin edən sağlamlaşdırma və reabilitasiya mərkəzləri və məntəqələri, diaqnostika-məsləhət məntəqələri və kabinetləri, tibbi-bədən tərbiyəsi dispanserləri yaradır və onları xüsusi cihaz və tibbi avadanlıqlarla təmin edirlər;
18.0.5. vətəndaşların sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin formalaşdırılmasında bədən tərbiyəsi və idmanın imkanlarını təbliğ edirlər.

Maddə 19. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı.
Vətəndaşların Vətənin müdafiəsinə hazırlanması

19.1. Hərbi xidmət və ya başqa növ xüsusi xidmət nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin fiziki hazırlığı onların öz xidməti vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.
19.2. Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla daimi məşğul olmağa cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanları yanında hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafını və idmançıların hazırlanmasını həyata keçirən təşkilatlar, idman klubları yaradılır və fəaliyyət göstərirlər.
19.3. Bu Qanunun 19.2-ci maddəsində qeyd olunan təşkilatlar müvafiq idman obyektlərində hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla məşğul olmaları üçün şərait yaradır, idman növləri üzrə bölmələrin təlim-məşq prosesini təşkil edir, idmançıların respublika və beynəlxalq idman tədbirlərində (yarışlarında) iştirakını təmin edir, bədən tərbiyəsi və idman sahəsində məşqçilərin və digər mütəxəssislərin ixtisaslarının artırılması üzrə tədbirlər həyata keçirirlər.
19.4. Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin müxtəlif yaş qrupları üzrə fiziki hazırlığının təmin edilməsi məqsədi ilə müvafiq normativlər (hərbi idman kompleksi) tətbiq olunur. Hərbi idman kompleksinin normativləri üzrə testlər hər il hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslər arasında məcburi formada keçirilir.
19.5. Müvafiq icra hakimiyyəti orqanları respublika idman tədbirlərində və beynəlxalq idman yarışlarında iştirak etmək üçün müvafiq hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri üzrə milli yığma komandaları formalaşdırır.
19.6. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramları, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planları, hərbi idman kompleksinin normativləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.
19.7. Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.
19.8. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 20. Vətəndaşların iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili

20.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların rəhbərlikləri tabeliklərində olan işçilər üçün bədən tərbiyəsi və idman sahəsində aşağıdakı tədbirləri həyata keçirirlər:
20.1.1. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün şərait yaratmaq, bu məsələlər üzrə müvafiq şərtləri kollektiv müqaviləyə və əmək müqaviləsinə daxil etmək;
20.1.2. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balansında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektləri və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək;
20.1.3. işçilərin idman klublarında birləşməsinə, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə digər struktur bölmələrinin yaradılmasına dəstək olmaq.
20.2. Sanatoriya-kurort müəssisələrinin, istirahət evlərinin və turist bazalarının rəhbərləri sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin profilaktikası və müalicəsi məqsədilə müalicə prosesində bədən tərbiyəsi və idmanın müxtəlif komponentlərindən istifadə üçün şərait yaradırlar.
20.3. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində vətəndaşların yaşayış və istirahət yerlərində (yaşayış massivlərində, məhəllələrdə, yataqxanalarda, həyətlərdə, parklarda, şəhərkənarı istirahət və turist bazalarında, digər istirahət yerlərində) bədən tərbiyəsi və idmanın inkişafı üçün şərait yaradır, bu sahədə maraqlı olan təşkilatların fəaliyyətlərini əlaqələndirir.
20.4. Əhalinin yaşayış və istirahət yerləri üzrə bədən tərbiyəsi və idmanın inkişafı aşağıdakı məsələlərin həllini əhatə edir:
20.4.1. bu Qanuna uyğun olaraq idman klubları, idman məktəbləri, digər bədən tərbiyəsi-idman təşkilatları və idman obyektləri şəbəkələrinin yaradılmasını;
20.4.2. əhalinin yaşayış yerləri üzrə bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planının işlənib hazırlanması və yerinə yetirilməsini;
20.4.3. yaşayış massivlərinin layihələndirilməsi tapşırıqlarına bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin, zalların, hovuzların, həyətlərdə, parklarda və digər istirahət sahələrində sadə idman meydançalarının, sağlamlıq zonalarının və digər bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərinin daxil edilməsini.
20.5. Yaşayış və kütləvi istirahət yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün tələb olunan şəraitin yaradılması, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən maliyyələşdirilir.

Maddə 21. Cəzaçəkmə müəssisələrində bədən tərbiyəsi və idman

21.1. Cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şəraiti təmin edir və idman tədbirlərinin keçirilməsini təşkil edir.
21.2. Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla məşğul olma nəzərdə tutulur.
21.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.

Maddə 22. Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin adaptiv bədən tərbiyəsi, fiziki reabilitasiyası

22.1. Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.
22.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi avadanlıq və ləvazimatların alınmasında köməklik göstərir, onların bədən tərbiyəsi və idman sisteminə inteqrasiyasına dəstək olurlar.
22.3. Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiya prosesinin təşkili və aparılması üçün xüsusi kadr hazırlığını, elmi-metodiki və tibbi təminatını, həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
22.4. Adaptiv bədən tərbiyəsi və adaptiv idman metodlarından istifadə etməklə sağlamlıq imkanları məhdud uşaqların və əlillərin fiziki reabilitasiyası və sosial adaptasiyası reabilitasiya mərkəzlərində, əlillərin bədən tərbiyəsi-idman klublarında, eləcə də digər bədən tərbiyəsi-idman təşkilatlarında həyata keçirilir.
22.5. Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün idmanın inkişafı idmanla məşğul olmanın üstünlüyü, yayılmasının kütləviliyi və müəssərliyi prinsiplərinə əsaslanır.
22.6. Müvafiq təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün onların fərdi qabiliyyətləri və sağlamlıqlarının vəziyyəti nəzərə alınmaqla, adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitələrindən istifadə etməklə xüsusi dərslər təşkil olunur.
22.7. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr, bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən əlillərin bədən tərbiyəsi-idman birlikləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin iştirakı ilə bədən tərbiyəsi-idman və bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin keçirilməsini təşkil edir, uşaq-gənclər idman-adaptiv məktəbləri, uşaq-gənclər adaptiv fiziki hazırlıq klubları yaradırlar.
22.8. Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, onların yerli şöbələri, idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri dövlət mülkiyyətində olan binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər.
V fəsil Uşaq-gənclər idmanı

Maddə 23. Uşaq-gənclər idmanı sahəsində fəaliyyətin təşkili

23.1. Uşaq-gənclər idmanı uşaq və gənclərin sağlam həyat tərzinin təmin edilməsi, sağlamlığının möhkəmləndirilməsi, şəxsiyyətin inkişafı, fasiləsiz təhsil sisteminin təmin edilməsi və milli yığma komandalara ehtiyat idman qüvvələrinin hazırlanması məqsədini daşıyır.
23.2. Azərbaycan Respublikasında uşaq-gənclər idmanının təşkili və inkişafı ilə aşağıdakılar məşğul olurlar:
23.2.1. müvafiq icra hakimiyyəti orqanları;
23.2.2. bələdiyyələr;
23.2.3. təhsil müəssisələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri, uşaq-gənclər idmanı sahəsində çalışan məşqçilər;
23.2.4. uşaq və gənclərlə idman-təhsil işlərini həyata keçirən bədən tərbiyəsi və idman yönümlü təşkilatlar, bədən tərbiyəsi-sağlamlıq və idman birlikləri, uşaq-gənclər idmanının inkişafına kömək edən qeyri-hökumət təşkilatları.

Maddə 24. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi

24.1. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi uşaqlar və gənclər arasında təlim-tədris prosesini, kütləvi idman tədbirlərinin keçirilməsini, idman məşğələlərində, yarışlarda, o cümlədən beynəlxalq yarışlarda onların iştirakını nəzərdə tutur.
24.2. Ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarına sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişaf, hərəkət fəallığına tələbatın ödənilməsi, habelə uşaq və gənclərin fiziki hazırlıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə təcrübənin qazanılması üçün bədən tərbiyəsinin məcburi tədrisi daxil edilir.
24.3. Bədən tərbiyəsi sistemində uşaq-gənclər idman məktəbləri, idman klubları, yüksək idman ustalığı məktəbləri, olimpiya hazırlığı mərkəzləri, idman qurğuları və idman geyimlərinin istehsalı üzrə təşkilatlar, uşaqların və gənclərin bədən tərbiyəsinə yönəldilən ictimai birliklər yaradıla və fəaliyyət göstərə bilər.

Maddə 25. Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri

25.1. Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar aiddir:
25.1.1. uşaq-gənclər idman məktəbləri;
25.1.2. uşaq-gənclər texniki idman məktəbləri;
25.1.3. uşaq-gənclər adaptiv idman məktəbləri;
25.1.4. ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri;
25.1.5. yüksək idman ustalığı məktəbləri;
25.1.6. olimpiya ehtiyatı məktəbləri;
25.1.7. olimpiya hazırlığı mərkəzləri.
25.2. Uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər texniki idman məktəbləri uşaq və gənclərin ayrı-ayrı idman növləri üzrə daimi məşğul olmağa cəlb edilmələrini, onların idmanda xüsusi bilik və bacarıqlara yiyələnmələrini, hərtərəfli inkişaf etmiş gənc idmançıların hazırlanmasını və digər bu kimi məsələlərin həllini təmin edir.
25.3. Mülkiyyət formasından asılı olmayaraq uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər texniki idman məktəbləri öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram və normativlər əsasında həyata keçirirlər.
25.4. İxtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, yüksək idman ustalığı məktəbləri, olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri müxtəlif idman növləri üzrə milli yığma komandalara ehtiyat idman qüvvələrinin təmin edilməsi məqsədi ilə hərtərəfli inkişaf etmiş yüksək dərəcəli idmançıların hazırlanmasını həyata keçirirlər.
25.5. Ehtiyat idman qüvvələrinin, yüksək dərəcəli idmançıların hazırlanması mərhələləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müxtəlif idman növləri üzrə təsdiq edilmiş proqram və normativlər əsasında müəyyən edilir.

Maddə 26. Uşaq-gənclər idman birlikləri

26.1. Uşaq-gənclər idman birlikləri ehtiyat idman qüvvələrinin və yüksək səviyyəli idmançıların hazırlanmasını həyata keçirirlər.
26.2. Uşaq-gənclər idman birlikləri aşağıdakılardır:
26.2.1. bədən tərbiyəsi kollektivləri;
26.2.2. uşaq idman klubları;
26.2.3. məhəlli idman klubları;
26.2.4. bədən tərbiyəsi-sağlamlıq və idman bölmələri.

Maddə 27. Bədən tərbiyəsi və idmanla məşğul olan uşaq və gənclərə həkim nəzarəti

27.1. Bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar.
27.2. Tibbi-bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan kabinetləri, sahə həkimləri bədən tərbiyəsi və idman üzrə məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin qeydiyyatını aparır, onların sağlamlıqlarının, fiziki inkişafının vəziyyətinə və səviyyəsinə həkim nəzarətini həyata keçirirlər.
27.3. Tibb müəssisələri tərəfindən verilən rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilmiş və idman yarışlarına buraxılmış uşaq və gənclərin sağlamlıqlarına vurulmuş zərərə görə müvafiq təhsil məktəbdənkənar təhsil müəssisələrinin və bədən tərbiyəsi-idman təşkilatlarının rəhbərləri məsuliyyət daşıyırlar.

Maddə 28. Ehtiyat idman qüvvələrinin hazırlığı üçün maddi-texniki bazanın və şəraitin yaradılması

28.1. Dövlət ehtiyat idman qüvvələrinin hazırlığı və inkişafı üçün maddi-texniki baza yaradır.
28.2. Ehtiyat idman qüvvələrinin hazırlanması məqsədi ilə maddi-texniki baza əsasən aşağıdakılardan ibarətdir:
28.2.1. uşaq-gənclər idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin, olimpiya hazırlığı mərkəzlərinin profilləri üzrə bilavasitə onlara məxsus olan tədris-idman bazaları, idman zalları və digər idman obyektləri;
28.2.2. xüsusi idman avadanlığı, ləvazimatı və alətləri ilə təchiz edilmiş idman kompleksləri, təlim-idman bazaları, üzgüçülük hovuzları, idman zalları, idman-sağlamlıq düşərgələri və sair;
28.2.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlərə uyğun olaraq olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri üçün yataqxana (yeməkxanası olmaqla);
28.2.4. idman təkmilləşdirmə və yüksək idman ustalığı qruplarında hazırlıq keçən şəxslər, eləcə də idman növləri üzrə ixtisaslaşdırılmış siniflərdə təhsil alanlar üçün pulsuz qidalanma.
28.3. Müvafiq icra hakimiyyəti orqanı öz imkanları daxilində ehtiyat idman qüvvələrinin hazırlığını həyata keçirən idman təşkilatlarının, xüsusilə uşaq-gənclər idman məktəblərinin, olimpiya hazırlığı mərkəzlərinin idman qurğuları, idman avadanlığı, texniki vasitələr, idman geyimi və digər ləvazimatlarla təchiz edilməsinə yardım göstərir.
28.4. Dövlət və bələdiyyə təhsil müəssisələri onlara məxsus idman obyektlərindən dərslərdən sonrakı vaxtlarda, istirahət və tətil günlərində müvafiq ərazilərdə yerləşən bədən tərbiyəsi-idman təşkilatlarının, o cümlədən bu sahə üzrə məktəbdənkənar təhsil müəssisələrinin tələbatlarına uyğun istifadə edə bilmələrinə şərait və imkan yaratmalıdırlar.
VI fəsil Milli yığma komandalar

Maddə 29. Milli yığma komandaların təşkili

29.1. Milli yığma komandalar müvafiq yaş qrupları üzrə əsas və ehtiyat heyətlərdən ibarətdir.
29.2. Milli yığma komandaların heyətinə daxil olan idmançılar, məşqçilər və digər mütəxəssislərin siyahısı müvafiq respublika idman federasiyalarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
29.3. Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 30. Milli yığma komandaların formalaşdırılması

30.1. Müxtəlif idman növləri üzrə milli yığma komandalara namizəd idmançıların siyahıları hər il respublika idman federasiyaları tərəfindən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
30.2. Milli yığma komandalara namizəd idmançıların siyahılarının formalaşdırılmasının ümumi prinsip və meyarları, bu siyahıların təsdiq olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
30.3. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı müvafiq icra hakimiyyəti orqanları, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman federasiyaları tərəfindən həyata keçirilir.
30.4. Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı elmi-kompleks qrupları tərəfindən işlənmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş hazırlıq proqramları və planları əsasında həyata keçirilir.

Maddə 31. İdmanda dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə qarşı fəaliyyət

31.1. İdmançılar tərəfindən, habelə idman yarışlarında iştirak edən heyvanlara münasibətdə dopinq vasitələri və (və ya) metodlarından istifadə olunmasına yol verilmir. İdmanda istifadəsi qadağan olunmuş dopinq vasitələri və (və ya) metodlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
31.2. Dopinq nəzarəti idmançıların orqanizmində və idman yarışlarında iştirak edən heyvanlarda dopinq vasitələrinin mövcud olması və ya idmançılar tərəfindən idman yarışlarına hazırlıq zamanı dopinq vasitələri və (və ya) metodlarından istifadə olunması faktının müəyyən edilməsi məqsədi ilə bioloji nümunələrin götürülməsi və onların tədqiqidir.
31.3. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə qarşı tədbirlər aşağıdakılardan ibarətdir:
31.3.1. beynəlxalq və respublika idman yarışlarının keçirilməsi zamanı icbari dopinq nəzarətinin müəyyən edilməsi;
31.3.2. dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə, həmçinin onlardan istifadəyə məcbur etməyə və ya istifadəni təbliğ etməyə görə məsuliyyətin müəyyən edilməsi;
31.3.3. dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, belə dərman vasitələrinin və qida məmulatlarının satılmasına, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə məsuliyyətin müəyyən edilməsi;
31.3.4. dopinq vasitələrindən və (və ya) metodlarından istifadənin qarşısının alınması;
31.3.5. dopinq nəzarətini həyata keçirən mütəxəssislərin peşəkarlığının artırılması;
31.3.6. bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin təhsil proqramlarına dopinq vasitələrindən və (və ya) metodlarından istifadənin idmançı orqanizminə zərəri barədə bölmələrin daxil edilməsi;
31.3.7. kütləvi informasiya vasitələrində antidopinq təbliğatının aparılması;
31.3.8. dopinq nəzarətinin yeni metodlarının işlənib hazırlanması sahəsində elmi tədqiqatların aparılması;
31.3.9. dopinq nəzarəti qaydalarının pozulmasına görə bədən tərbiyəsi-idman təşkilatlarının, idmançıların, məşqçilərin, həkimlərin və digər mütəxəssislərin məsuliyyətinin müəyyən edilməsi.
31.4. Dopinq nəzarətinin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
31.5. Respublika idman federasiyaları dopinq nəzarəti sahəsində tədbirlər həyata keçirməli, dopinq vasitələri və (və ya) metodlarından istifadə edən idmançılara və onları dopinq vasitələri və (və ya) metodlarından istifadə etməyə məcbur edən şəxslərə qarşı müvafiq tədbirlər görməlidirlər.
31.6. İdman tədbirlərinin təşkilatçıları beynəlxalq idman təşkilatlarının şərtlərinə, qərarlarına və qanunvericiliyin tələblərinə riayət etməklə dopinq nəzarətinin keçirilməsi üçün şərait yaratmalıdırlar.
VII fəsil
Peşəkar idman

Maddə 32. Peşəkar idman sahəsində münasibətlərin hüquqi tənzimlənməsi

32.1. Peşəkar idman sahəsində münasibətlər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.
32.2. Peşəkar idman sahəsində əmək münasibətlərinin tənzimlənməsi əsasən idmançıların əmək funksiyalarına müvafiq idman növü (növləri) üzrə yarışlara hazırlığını, iştirakını və yüksək nəticələr əldə edilməsini, işçilərin (məşqçilərin və digər mütəxəssislərin) əmək funksiyalarına isə təlim-məşq prosesinin təşkili, idmançıların yarışlarda iştiraklarına və yüksək nailiyyətlər əldə edə bilmələrinə rəhbərlik fəaliyyətlərinin daxil edilməsini nəzərdə tutur.
32.3. Peşəkar idmanda hazırlıq və iştiraka görə idmanı peşəkar (əmək) fəaliyyəti seçmiş idmançılar qanunvericiliyinə müvafiq surətdə əmək haqqı və (və ya) pul mükafatı alırlar.

Maddə 33. İdman arbitrajı

33.1. Peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən idman arbitrajı vasitəsi ilə baxılır.
33.2. İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
33.3. İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır.
33.4. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir.
33.5. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.
VIII fəsil
Bədən tərbiyəsi və idmanın qanunvericilik əsasları

Maddə 34. İdman növlərinin və idman fənlərinin tanınması

34.1. Müvafiq icra hakimiyyəti orqanı:
34.1.1. ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin müəyyən edilmiş qaydada tanınması səlahiyyətini həyata keçirir;
34.1.2. idman növlərinin, o cümlədən milli idman növlərinin dövlət reyestrini, bu idman növlərinə daxil edilmiş idman fənlərinin siyahılarını, idman növlərinin və idman fənlərinin kodlarını formalaşdırır və təsdiq edir.
34.2. Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yalnız ölkə ərazisində tanınmış idman növləri və fənləri üzrə bədən tərbiyəsi və idman tədbirləri keçirilə bilər.

Maddə 35. Respublika idman federasiyalarının dövlət reyestri

35.1. Respublika idman federasiyaları bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş qaydada dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir. Respublika idman federasiyalarının dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35.2. Respublika idman federasiyalarının dövlət reyestrinə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarda müəyyən edilmiş sənədlər və məlumatlar daxil edilir.

Maddə 36. İdman növlərinin dövlət reyestri

36.1. Ölkə ərazisində tanınmış idman növləri və fənləri idman növlərinin dövlət reyestrinə daxil edilir. İdman növlərinin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində təbliği və yayılması qadağandır.

Maddə 37. İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat dərəcələri

37.1. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37.2. İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələrinin tələb və normativləri müvafiq idman növləri üzrə respublika idman federasiyalarının təqdimatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və Vahid idman təsnifatında öz əksinin tapır.

Maddə 38. Respublika Vahid idman təsnifatı

38.1. Respublika Vahid idman təsnifatı idman növlərinin dövlət reyestrinə daxil edilmiş idman növləri üzrə müvafiq idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələrinin verilməsi üçün zəruri normaları, tələbləri və onların yerinə yetirilməsi şərtlərini müəyyən edir. Respublika Vahid idman təsnifatının əsasnaməsi ilə bu norma və şərtlərin məzmunu, eləcə də idman adları və dərəcələrinin verilməsi qaydaları müəyyənləşdirilir. Respublika Vahid idman təsnifatının əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.2. İdman hakimlərinə təsnifat dərəcələrinin verilməsi qaydaları, müvafiq dərəcələr üçün tələb olunan təsnifat norma və tələbləri, eləcə də idman hakimlərinin hüquq və vəzifələri idman hakimləri haqqında əsasnamə ilə müəyyən edilir. İdman hakimləri haqqında əsasnamə idman növləri üzrə respublika idman federasiyalarının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.3. Respublika Vahid idman təsnifatı müvafiq icra hakimiyyəti orqanlarının, idman növləri üzrə respublika idman federasiyalarının, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələrinin təklifləri nəzərə alınmaqla formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.4. İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat dərəcələri və fəxri idman adları müvafiq icra hakimiyyəti orqanı və onun tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatları tərəfindən verilir.

Maddə 39. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planı

39.1. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planı Azərbaycan Respublikası ərazisində keçirilən bədən tərbiyəsi və idman tədbirlərinin, kütləvi kompleks tədbirlərin, respublika və beynəlxalq yarışların, eləcə də milli yığma komandaların beynəlxalq yarışlara hazırlıq və iştirakını təmin edən tədbirlərin siyahısını, keçirilmə vaxtı və yerini müəyyən edən əsas sənəddir.
39.2. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planı respublika idman federasiyalarının təqdimatları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır, yeni təqvim ilinin ərəfəsində təsdiq edilir, müvafiq icra hakimiyyəti orqanlarına, respublika miqyaslı bədən tərbiyəsi-idman təşkilatlarına, respublika idman federasiyalarına göndərilir. Bu sənəd həmçinin bədən tərbiyəsi və idman üzrə mətbuat orqanlarında ölkə idman ictimaiyyətinin məlumatlandırılması üçün dərc edilir və yayımlanır.
39.3. Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 40. Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi

40.1 Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkilatçıları tədbirlərin keçirilməsi qaydalarını və şərtlərini müəyyən edir, onların təşkili və keçirilməsinə görə cavabdehdirlər. Təşkilatçılar tədbirləri dayandırmaq, keçirilmə vaxtlarını dəyişdirmək, yekunlaşdırmaq və yekunlarını təsdiq etmək hüquqlarına malikdirlər.
40.2. Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.
40.3. Hüquqi və fiziki şəxslər bu Qanunun 40.2-ci maddəsində göstərilmiş hüquqlardan yalnız onlarla tədbirlərin təşkilatçıları arasında bağlanmış müqavilələr əsasında istifadə edə bilərlər.
40.4. Bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışları onların təşkilatçıları tərəfindən təsdiq olunmuş tədbirlər və ya yarışlar haqqında əsasnamələrə (reqlamentlərə) uyğun və müvafiq idman növləri üzrə qaydalar əsasında təşkil edilir və keçirilir.
40.5. Bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışlarının keçirilməsi zamanı yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyini və ictimai asayişin təmin edilməsini müvafiq icra hakimiyyəti orqanı və tədbirlərin təşkilatçıları həyata keçirirlər.

Maddə 41. İdman növlərinin qaydaları

41.1. İdman növlərinin dövlət reyestrinə daxil edilmiş idman növlərinin qaydaları müvafiq idman növləri üzrə beynəlxalq təşkilatların təsdiq etdikləri qaydalara uyğun olaraq respublika idman federasiyaları tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41.2. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41.3. Milli idman növlərinin qaydaları idman növləri üzrə respublika idman federasiyaları tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 42. İdmançıların hüquq və vəzifələri

42.1. İdmançıların hüquqları aşağıdakılardır:
42.1.1. maraq göstərdikləri idman növünü (növlərini) seçmək;
42.1.2. idman növlərinin qaydalarına və yarışlar haqqında əsasnamələrə uyğun olaraq seçdikləri idman növü üzrə yarışlarda iştirak etmək;
42.1.3. respublika Vahid idman təsnifatının tələblərini yerinə yetirməklə idman dərəcələri və adları almaq;
42.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələri bağlamaq;
42.1.5. respublika və beynəlxalq miqyaslı idman yarışlarına hazırlıq tədbirlərində və yarışlarda iştirak zamanı əsas iş yerində orta aylıq əmək haqqını saxlamaq və təhsildən müvafiq müddətlərə azad edilmək və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə etmək;
42.1.6. idman yarışlarına hazırlıq və yarışlarda iştirak zamanı dövlət mülkiyyətində olan idman obyektlərindən və idman avadanlıqlarından, tibbi xidmət və nəzarətdən ödənişsiz istifadə etmək, geyim, yol, yataq, yemək və digər xərclərlə təmin olunmaq;
42.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə etmək.
42.2. İdmançıların vəzifələri aşağıdakılardır:
42.2.1. respublika və beynəlxalq idman yarışlarında mənsub olduqları idman təşkilatlarını, rayonu, şəhəri, ölkəni ləyaqətlə təmsil etmək;
42.2.2. təlim-məşq proseslərində və digər hazırlıq tədbirlərində fəal iştirak etmək, məşqçilərin tapşırıq və tələblərini yerinə yetirmək, idman ustalıqlarının səviyyəsini daim yüksəltmək;
42.2.3. təlim-məşq proseslərində və yarışlarda iştirak zamanı təhlükəsizlik qaydalarına və tələblərinə riayət etmək;
42.2.4. müəyyən olunmuş qaydalar əsasında məcburi dopinq nəzarətindən keçmək, dopinq vasitələrindən və (və ya) metodlarından istifadə etməmək;
42.2.5. idman sahəsində etik normalara riayət etmək;
42.2.6. yarışlarda iştirak zamanı yarışların əsasnaməsinə və yarış təşkilatçılarının tələblərinə riayət etmək;
42.2.7. mütəmadi olaraq tibbi müayinədən keçmək, sanitariya-gigiyena və tibbi norma və qaydaların tələblərinə riayət etmək;
42.2.8. bədən tərbiyəsi və idman, olimpiya və beynəlxalq idman hərəkatı haqqında biliklərə yiyələnmək;
42.2.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri yerinə yetirmək.
Maddə 43. Məşqçilərin hüquq və vəzifələri

43.1. Məşqçilərin hüquqları aşağıdakılardır:
43.1.1. ixtisaslaşdıqları idman növü (növləri) üzrə bədən tərbiyəsi-idman təşkilatlarında, idman məktəblərində məşqçi-müəllim vəzifəsini tutmaq və bu sahədə əmək fəaliyyəti ilə məşğul olmaq;
43.1.2. müvafiq normativ tələblərə uyğun olaraq uşaq və gənclər arasında seçim tədbirlərində iştirak etmək, bu tədbirləri həyata keçirmək;
43.1.3. idman növlərinin təlim-məşq proqramlarına əsasən ibtidai-hazırlıq, təlim-məşq və təkmilləşdirmə qruplarını komplektləşdirmək, onların fəaliyyətini təşkil etmək;
43.1.4. perspektivli və yüksək dərəcəli idmançıların hazırlanması üçün yaradılmış imkanlardan istifadə etmək;
43.1.5. yüksək nəticələr göstərən, milli yığma komandaların heyətlərində yer tutmuş yetişdirmələrinə görə mükafatlandırılmaq və dövlət təltiflərinə təqdim edilmək;
43.1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə etmək.
43.2. Məşqçilərin vəzifələri aşağıdakılardır:
43.2.1. fəaliyyət göstərdikləri idman bölmələrində təlim-məşq prosesini idman növünün təlim-məşq proqramına uyğun olaraq təşkil etmək;
43.2.2. idmanla məşğul olanların müəyyən edilmiş dövrlərdə tibbi müayinədən keçmələrini təmin etmək;
43.2.3. idmançıların məcburi dopinq nəzarətindən keçmələrinə yardımçı olmaq, dopinq vasitələrindən və qadağan edilmiş digər vasitə və metodlardan istifadə edilməsinə yol verməmək;
43.2.4. rəhbərlik etdiyi qruplarda yüksək dərəcəli idmançıların hazırlanmasını, onların idman ustalıqlarının səviyyələrinin artırılmasını təmin etmək;
43.2.5. təlim-məşq prosesi zamanı idman qurğularından, texniki vasitələrdən və digər idman avadanlıqlarından müəyyən edilmiş qaydalara və normalara uyğun olaraq səmərəli istifadə etmək;
43.2.6. gənclərin vətənpərvərlik ruhunda, mənəvi cəhətdən hərtərəfli tərbiyə olunması, Vətənin müdafiəsinə hazır olmaları istiqamətində fəaliyyət göstərmək;
43.2.7. yetişdirmələrinin milli yığma komandaların təlim-məşq toplanışlarında, məşq proseslərində və yarışlarda iştirakını təmin etmək;
43.2.8. öz üzərində çalışmaq, peşə səviyyəsini artırmaq, digər bilik və bacarıqlara yiyələnmək;
43.2.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata keçirmək.

Maddə 44. İdman fəaliyyəti haqqında müqavilə

44.1. İdman fəaliyyəti haqqında müqavilə idmançı (məşqçi, mütəxəssis) və bədən tərbiyəsi-idman təşkilatı arasında bağlanan razılaşmanın yazılı formasıdır.
44.2. Bədən tərbiyəsi-idman təşkilatı idmançının yarışlara hazırlığını, iştirakını, aylıq əmək haqqının ödənilməsini, mükafatlarının verilməsini və qanunvericiliyə zidd olmayan digər öhdəliklərin yerinə yetirilməsini təmin edir.
44.3. Milli yığma komandaların üzvü olan idmançılarla bağlanan müqavilələr müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq müvafiq idman növü üzrə respublika idman federasiyasında qeydiyyata alınır və müqavilənin şərtlərinin icrası nəzarətdə saxlanılır.

Maddə 45. İdmançıların bir idman təşkilatından digərinə keçməsi

45.1. İdmançı müqavilədə göstərilən müddət başa çatdıqda bir idman təşkilatından digər (eyni zamanda xarici) idman təşkilatına keçmək hüququna malikdir.
45.2. İdmançının müqavilə müddəti başa çatmadığı halda digər idman təşkilatına keçməsi hər iki təşkilat və idmançı arasında qarşılıqlı razılıq nəticəsində baş tuta bilər.
45.3. İdmançıların bir idman təşkilatından digər idman təşkilatına keçməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, respublika idman federasiyaları tərəfindən müəyyən edilir və həyata keçirilir.
45.4. Milli yığma komandaların tərkibinə daxil edilmiş idmançıların bir idman təşkilatından (idman klubundan və digər idman yönümlü qurumdan) digərinə, habelə xarici idman klublarına keçməsi müvafiq icra hakimiyyəti orqanının rəsmi razılığı ilə həyata keçirilir.
IX fəsil
Bədən tərbiyəsi və idmanın kadr, elmi-metodiki və tibbi təminatı

Maddə 46. Bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması

46.1. Bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması təhsil haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
46.2. Dövlət bədən tərbiyəsi və idman sahəsində təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsinə dəstək olur. Maddi-texniki bazanın möhkəmləndirilməsi bədən tərbiyəsi-idman qurğuları kompleksinin, avadanlığının olmasını nəzərdə tutur.

Maddə 47. Bədən tərbiyəsi və idman işçilərinin ixtisasının artırılması

47.1. Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi-idman təşkilatlarının işçilərinin bədən tərbiyəsi və idman sahəsində ixtisaslarının artırılmasına şərait yaradır.
47.2. Müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və bədən tərbiyəsi-idman təşkilatlarının işçilərinin ixtisaslarının artırılması təhsil müəssisələri ilə bağlanılan müqavilələr əsasında həyata keçirilə bilər.

Maddə 48. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyət və müalicə-bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyət

48.1. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyətə yalnız müvafiq təhsil müəssisələri tərəfindən verilən bədən tərbiyəsi və idman sahəsində ali və ya orta ixtisas təhsili haqqında dövlət nümunəli sənədlərə (diplomlara) malik şəxslər buraxılırlar.
48.2. Müalicə-bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyətə yalnız bu sahə üzrə müvafiq hazırlıq istiqamətləri və ixtisasları üzrə təhsil müəssisələri tərəfindən verilən ali və ya orta ixtisas təhsili haqqında dövlət nümunəli sənədlərə (diplomlara) malik şəxslər buraxılırlar.
48.3. Ölkədə bədən tərbiyəsi və idman mütəxəssislərinə olan tələbatı müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
48.4. Müvafiq idman növü üzrə idman ustası normativini yerinə yetirmiş və xüsusi məşqçilik kursları keçmiş şəxslər bədən tərbiyəsi və idman yönümlü təşkilatlarda, idman məktəblərində məşqçilik fəaliyyəti göstərə bilərlər.

Maddə 49. Bədən tərbiyəsi və idman sahəsində könüllülük əsasında iş aparan təşkilatçılar (idman volontyorları)

49.1. Bədən tərbiyəsi və idman sahəsində könüllülük əsasında iş aparan məşqçilər, idman növləri, istehsalat gimnastikası üzrə təlimatçılar, idman hakimləri, əhali ilə bədən tərbiyəsi-sağlamlıq və idman işinin təşkilatçıları (idman volontyorları) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bədən tərbiyəsi-idman təşkilatlarında xüsusi hazırlıq keçirlər.
49.2. Xüsusi hazırlıq keçməmiş idman volontyorları bədən tərbiyəsi və idman tədrisinə, həmçinin rəsmi bədən tərbiyəsi-idman tədbirlərinə cəlb edilə bilməzlər.

Maddə 50. Bədən tərbiyəsi və idmanın elmi-metodiki və elmi-texniki təminatı
Bədən tərbiyəsi və idman sahəsində elmi-tədqiqat işlərinin aparılması öz fəaliyyətlərini dövlət və digər sifarişlər əsasında həyata keçirən bədən tərbiyəsi və idman sahəsində yaradılmış elmi mərkəzlər, elmi-tədqiqat institutları, laboratoriyalar, eləcə də təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

Maddə 51. Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin tibbi təminatı

51.1. Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin tibbi təminatı özündə aşağıdakıları nəzərdə tutur:
51.1.1. bu şəxslərin sağlamlığına mütəmadi nəzarəti;
51.1.2. bu şəxslərin fiziki yükünün onların sağlamlıq vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini;
51.1.3. bu şəxslərin profilaktikasını, aldıqları zədə və xəstəliklərin müalicəsini, onların tibbi reabilitasiyasını;
51.1.4. onların sağlamlığının bədən tərbiyəsi və idman məşğələlərində istifadə edilən metod və vasitələrlə bərpasını.
51.2. Bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçıları normativ sənədlərlə müəyyən edilmiş müddətdə tibbi müayinədən keçməyən, yaxud tibbi müayinənin nəticələrinə görə bədən tərbiyəsi və idman tədbirlərində iştiraka buraxılmayan şəxslərin belə tədbirlərdə iştirakına yol verməməlidirlər.
51.3. Bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçıları tədbirlərin iştirakçılarını tibbi xidmət və yardımla təmin etməlidirlər.
51.4. Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslər məcburi ilkin və dövri tibbi müayinələrdən, eləcə də yarışlardan əvvəl tibbi müayinədən keçməlidirlər. Yalnız məcburi tibbi müayinədən keçmiş idmançılar yarışlarda iştirak etmək hüququ əldə edirlər.
51.5. Müvafiq icra hakimiyyəti orqanı tibbi yardımla təmin edilməmiş idman yarışlarını və digər idman tədbirlərini dayandırmaq, həmçinin məcburi tibbi müayinədən keçməmiş şəxsləri təlim-məşq proseslərindən və bədən tərbiyəsi-idman tədbirlərindən kənarlaşdırmaq hüququna malikdirlər.
X fəsil
Bədən tərbiyəsi və idmanın maddi-texniki təminatı

Maddə 52. İdman obyektləri

52.1. İdman obyektləri sosial infrastruktur obyektlərinə aiddir.
52.2. İdman obyektlərinin yerləşdirilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
52.3. İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərə əlillərin maneəsiz keçməsinin təmin edilməsi haqqında tələblərə riayət etməklə həyata keçirilir.
52.4. Yaşayış sahələrinin tikinti planlarında bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Yaşayış sahələrinin qəbulu üzrə komissiyaların tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının bədən tərbiyəsi və idman üzrə nümayəndələri də daxil edilir.
52.5. Yaşayış yerlərinin bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri ilə təmin olunma normativləri əhalinin sıxlığından və yerli iqlim şəraitindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
52.6. Bütün növ təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir.
52.7. Mülkiyyətində və ya tabeliyində idman obyektləri olan hüquqi və fiziki şəxslər bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi yerlərini texniki reqlamentlərə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş norma, qayda və tələblərə, sanitariya-gigiyena norma və qaydalarına uyğun texniki avadanlıqla təchiz edirlər.
52.8. Dövlət mülkiyyətində olan idman obyektlərinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir.
52.9. İdman obyektlərindən yalnız bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin, idman yarışlarının, mədəni tədbirlərin keçirilməsi üçün istifadə oluna bilər.
52.10. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr onlara məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tariflərini, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətlərini tənzimləyir.
52.11. Ölkədə fəaliyyət göstərən olimpiya komplekslərinin nəzdində kompleksin imkan və şəraitlərinə uyğun olan olimpiya idman növləri üzrə olimpiya hazırlığı mərkəzləri yaradılır və fəaliyyətləri təmin edilir.

Maddə 53. Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün istifadə olunan torpaqların statusu

53.1. Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün torpaq sahələrinin ayrılması və onlardan istifadə edilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
53.2. Kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsini təmin edən dövlət və bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi-idman təşkilatlarının, habelə bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan dövlət ali və orta ixtisas təhsili müəssisələrinin stasionar idman obyektləri yerləşən torpaq sahələri onların daimi istifadəsindədir.

Maddə 54. Bədən tərbiyəsi və idmanın maliyyələşdirilməsi
Bədən tərbiyəsi və idman Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir.

Maddə 55. Bədən tərbiyəsi və idman sahəsində investisiya siyasəti

55.1. Dövlət investisiya proqramları qanunvericiliyə müvafiq olaraq bədən tərbiyəsi-idman təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafına kapital qoyuluşları üçün büdcə vəsaitlərinin məqsədli ayrılmasını təmin edir.
55.2. Bədən tərbiyəsi və idman sahəsinə büdcədənkənar investisiyaların cəlb edilməsi məqsədi ilə bədən tərbiyəsi və idmanın inkişafına investisiya yönəldən hüquqi və fiziki şəxslər üçün güzəştlər nəzərdə tutula bilər.

Maddə 56. Bədən tərbiyəsi və idman sahəsində vergi və gömrük siyasəti

56.1. Bədən tərbiyəsi və idman sahəsində vergi və gömrük siyasəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
56.2. Milli yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları gömrük rüsumundan azaddırlar.
XI fəsil
Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatlar sistemi
Maddə 57. Bədən tərbiyəsi və idman sahəsində sponsorluq fəaliyyəti
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına, yüksək səviyyəli idmançıların və komandaların hazırlanmasına hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunmuş qaydada sponsorluq etməsinə icazə verilir.

Maddə 58. Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatları

58.1. Dövlət yüksək nailiyyətlər idmanında xüsusi qabiliyyət nümayiş etdirmiş vətəndaşlara aşağıdakı vasitələrlə dəstək olur:
58.1.1. olimpiya və paralimpiya oyunlarında, beynəlxalq idman yarışlarında milli yığma komandaların tərkibində çıxış etmək imkanı yaradır;
58.1.2. olimpiya və paralimpiya oyunlarına vəsiqə qazanmış idmançılara müvafiq müddətə xüsusi dövlət təqaüdləri müəyyən edir;
58.1.3. olimpiya, paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında və onlara bərabər tutulan digər beynəlxalq yarışlarda iştirakın nəticələrinə görə mükafatlar müəyyən edir;
58.1.4. beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakla bağlı digər ödənişləri həyata keçirir.
58.2. İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
58.3. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
58.4. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında təhsil alan şəxslərə, pensiyaçılara və müvafiq icra hakimiyyəti orqanı (bələdiyyələr) tərəfindən müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilir. Güzəştlərin siyahısı və onların həcmi dövlət bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə isə bələdiyyələr tərəfindən müəyyən olunur.
58.5. Bələdiyyələr, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, respublika bədən tərbiyəsi-idman təşkilatları və idman birlikləri, olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qaliblərinə və mükafatçılarına, eləcə də yüksək idman adlarına malik idmançılara və mütəxəssislərə, milli yığma komandaların tərkibinə daxil olan idmançılara və onların məşqçilərinə aylıq pul müavinətləri təyin edə bilərlər.

Maddə 59. Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi
Bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.

Maddə 60. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların sığortası

60.1. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların, habelə idmançı və idman hakiminin sığorta olunmasının qayda və şərtləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və bədən tərbiyəsi və idman yönümlü təşkilatlarla bağlanmış müqaviləyə əsasən müəyyən olunur.
60.2. Beynəlxalq yarışlarda iştirak edən idmançıların sığortası onları ezam edən təşkilatlar tərəfindən həyata keçirilir.
XII fəsil
Yekun müddəalar

Maddə 61. Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq

61.1. Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq müqavilələrə və qanunvericiliyə əsasən həyata keçirilir.
61.2. Respublika bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq əlaqələrində müstəqildirlər. Onlar xarici ölkələrin idman təşkilatları ilə münasibətlərində beynəlxalq idman təşkilatları tərəfindən təsdiq olunmuş reqlament və tələblərə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edirlər.
61.3. Ölkə ərazisində beynəlxalq bədən tərbiyəsi-idman təşkilatları və onların filialları və nümayəndəlikləri yaradıla bilər. Respublika bədən tərbiyəsi-idman təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətlərinin həyata keçirilməsinə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəlb etmək, həmçinin xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən aldıqları maliyyə vəsaitləri və başqa növ əmlak üzərində müstəqil sərəncam vermək hüququna malikdirlər.
61.4. Beynəlxalq bədən tərbiyəsi-idman təşkilatlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə dövlət və ya bələdiyyə qulluğunda vəzifələr tutan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola bilərlər.
61.5. Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına məxsusdur.

Maddə 62. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 63. Qanunun qüvvəyə minməsi

63.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
63.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Bədən tərbiyəsi və idman haqqında” 1997-ci il 23 dekabr tarixli 417-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 642; 2001-ci il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602) qüvvədən düşmüş hesab edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il.

İdman və onun növləri

İdman — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir.

ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman insan orqanizmini daima möhkəm saxlamaq, insan əzələlərini sağlam və güclü saxlamaqda önəmli əhəmiyyətə sahibdir.

İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir.

İdmanın növləri aşağıdakı kimi təsnifləndirilir:

  • Basketbol
  • Tennis
  • Boks
  • Kikboksinq
  • Döyüş sənəti
  • Futbol
  • Həndbol
  • Amerikan futbolu
  • Güləş
  • Cüdo
  • Voleybol
  • Şahmat
  • Taekvondo
  • Alpinizm
  • Ağırlıqqaldırma
  • Velosiped yarışları
  • Karate
  • Qolf
  • Üzgüçülük
  • Avarçəkmə
  • Ovçuluq
  • Oxatma
  • Badminton
  • Gimnastika
  • Qılıncoynatma

Avstraliyalı alimlərin araşdırması sayəsində ən faydalı idman növləri müəyyən edilmişdir.”British Journal of Sports Medicine” jurnalında yerləşdirilmiş hesabata əsasən, üzgüçülük, velosiped sürmək, aerobika və tennis insan üçün ən xeyirli idman növləri hesab edilir.

İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir.
İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar.

İdmana başlamazdan əvvəl mütləq şəkildə aşağıdakılar nəzərə alınmalıdır:
— əzələ-skelet sistemi;
— nəfəs yolları (ağciyərin funksiyası testləri ilə);
— görmə və eşitmə orqanları (görmə tənbəlliyinə, eşitmə zəifliyinə diqqət yetirilməlidir);
— biokimyəvi dəyərləndirmə (qandakı kalsiumun, fosforun, yodun, maqneziumun, xlorun və s. miqdarı, oksigenin normallığı);
— psixoloji vəziyyəti, bədən kütləsi və s.
İdman mütəxəssisləri yuxarıda sadalananların nəticəsinə əsasən, aşağıdakıları nəzərə almalıdırlar:
— bədənin müqavimətini;
— məşqetmə qabiliyyətini;
— reaksiya qabiliyyətini;
— qüvvə və diqqəti…

İdman növlərinin çətinlilik dərəcəsi əsasında reytinq siyahısı hazırlanıb. Nəticədə ilk beşliyə boks, hokkey, amerikan futbolu, basketbol və restlinq düşüb. Daha sonra təkmübarizəli idman növləri, tennis, gimnastika, beysbol və futbol gəlir.

Müasir dövrdə artıq fitnes , yoqa, pilates kimi aktiv məşğuliyyət sahələri də idman növlərinə aid edilir. Hazırda bu idman və sağlamlıq sahələri də həm bəylər, həm də xanımlar arasında olduqca populyardır. Yoqa , pilates , fitness kimi aktiv idman sahələri ilə evdə, təbiətdə, idman zallarında məşğul olmaq mümkündür.

İdman asan deyil, amma
SINANMALIDIR

İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır

İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir

Fotolar

Futbol

Futbol (ing. foot — ayaq ,ball — top ) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü.

Basketbol

Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır

Üzgüçülük

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq

Karate

Karate, tam adı karate-do (Yaponca: kara – “boş”, te – “əl”, do – “yol”, yəni “boş əlli yol”) – yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır.

Cüdo

Cüdo(Cü – yumşaq, Do – yol) — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur.

Boks

Boks – iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növü. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir

Comments are closed, but trackbacks and pingbacks are open.