Qadın işçilərə “özəl günlər” icazəsi – Azərbaycanda da mümkünmü
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Işdən icazə arayışı
İnsan resursları üzrə menecer
Şəxsİ məlumatlar
Bakı
İş məlumatları
Tam ştat
İnsan resursları üzrə menecer
5 ildən yüksək
1100 AZN
Minimum əmək haqqı AZN
Ali
Təcrübə
“FC GROUP” MMC may 2022 –
İnsan Resursları üzrə Menecer
* Şirkətdaxili əmrlərin , etibarnamələrin verilməsi
* Əməkdaşların məzuniyyət qrafikinin hazırlanması
* Yeni işçilərin həyat sığortalarının edilməsi
* Əməkdaşların davamiyətinə cihaz vasitəsilə nəzarət edilməsi, rəhbərliyə hesabatların verilməsi
* Aylıq tabelin hazırlanması və mühasibat şöbəsinə ötürülməsi
* Yeni işçilərin axtarılması, elanların verilməsi, müsahibələrin keçirilməsi
* Şirkət əməkdaşlarının və işə yeni qəbul olan əməkdaşların şəxsi işlərinin hazırlanması
* Əmək kitabçalarının açılması, lazımı dəyişikliklərin aparılması və qeydiyyatının aparılması
* Əməkdaşlar tərəfindən işdən icazə ərizələrinin qəbulu və şöbə rəhbərlərinə məlumat verilməsi
* İnzibati tənbeh əmrlərinin yazılması, əməkdaşlara çatdırılması
* Ezamiyyət vərəqələrinin hazırlanması
* Şirkət əməkdaşlarına avans verilməsi üçün maliyyə şöbəsinə sənəd verilməsi
* İş yerindən arayış, xasiyyətnamə və s. sənədlərin yazılması
* Əməkdaşların iş qrafikinin tənzimlənməsi (İstirahət günləri)
* Şirkətin emas.sosial.gov.az elektron portal və İSB ilə bağlı işləriningörülməsi
* Müavinət sənədlərinin hazırlanması və göndərilməsi
* İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi
* Şirkətə yeni qəbul olan əməkdaşlara nömrənin verilməsi
* Korporativ nömrələrin limitlərinin təyin olunması və dəyişdirilməsi
* Aylıq işə qəbul, xitam hesabatlarının hazırlanması
* İnsan Resursalarına aid digər proseslərin idarə olunması (əmək haqqı, iş analizi, işə qəbul, performans idarə etməsi)
İnsan Resursları Menecer
“AZDİZAYN GROUP” MMC
İyul 2019 – may 2022
* Şirkətdaxili əmrlərin , etibarnamələrin verilməsi
* Əməkdaşların məzuniyyət qrafikinin hazırlanması
* Yeni işçilərin həyat sığortalarının edilməsi
* Əməkdaşların davamiyətinə cihaz vasitəsilə nəzarət edilməsi, rəhbərliyə hesabatların verilməsi
* Aylıq tabelin hazırlanması və mühasibat şöbəsinə ötürülməsi
* Micro proqramına yeni işçilərin məlumatlarının əlavə edilməsi
* Əməyin Mühafizəsi və Texniki təhlükəsizlik
qaydalarına nəzarət edilməsi, əməkdaşlara təlimat verilməsi və qeydlərin aparılması
* Yeni işçilərin axtarılması, elanların verilməsi, müsahibələrin keçirilməsi
* Şirkət əməkdaşlarının və yeni qəbul olan əməkdaşların şəxsi işlərinin hazırlanması
* Əmək kitabçalarının açılması, lazımı dəyişikliklərin aparılması və qeydiyyatının aparılması
* Əməkdaşlar tərəfindən işdən icazə ərizələrinin qəbulu və şöbə rəhbərlərinə məlumat verilməsi
* İnzibati tənbeh əmrlərinin yazılması, əməkdaşlara çatdırılması
* Ezamiyyət vərəqələrinin hazırlanması
* Şirkət əməkdaşlarına avans verilməsi üçün Maliyyə şöbəsinə sənəd verilməsi
* İş yerindən arayış, xasiyyətnamə və s. sənədlərin yazılması
* Əməkdaşların iş qrafikinin tənzimlənməsi (İstirahət günləri)
* Şirkətin e-gov.az elektron portal və İSB ilə bağlı işlərinin görülməsi
* Müavinət sənədlərinin hazırlanması və göndərilməsi
* İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi
* Şirkətə yeni qəbul olan əməkdaşlara nömrənin verilməsi
* Korporativ nömrələrin limitlərinin təyin olunması və dəyişdirilməsi
* Aylıq işə qəbul, xitam hesabatlarının hazırlanması
* İnsan Resursaların aid digər proseslərin idarə olunması (əmək haqqı, iş analizi, işə qəbul, performans idarəetməsi)
İnsan resursları üzrə mütəxəssis
sentyabr 2018 – iyul 2019
General Auto Company
Şirkətdaxili əmrlərin , etibarnamələrin verilməsi
* Əməkdaşların məzuniyyət qrafikinin hazırlanması
* Əməkdaşların davamiyətinə nəzarət edilməsi, rəhbərliyə hesabatların verilməsi
* Aylıq tabelin hazırlanması və mühasibat şöbəsinə ötürülməsi
* Əməyin Mühafizəsi və Texniki təhlükəsizlik qaydalarına nəzarət edilməsi, əməkdaşlara təlimat verilməsi və qeydlərin aparılması
* Yeni işçilərin axtarılması, elanların verilməsi, müsahibələrin keçirilməsi
* Şirkət əməkdaşlarının və yeni qəbul olan əməkdaşların şəxsi işlərinin hazırlanması
* Əmək kitabçalarının açılması, lazımı dəyişikliklərin aparılması və qeydiyyatının aparılması
* Əməkdaşlar tərəfindən işdən icazə ərizələrinin qəbulu və rəhbərlyə məlumat verilməsi
* İnzibati tənbeh əmrlərinin yazılması, əməkdaşlara çatdırılması
* İş yerindən arayış, xasiyyətnamə və s. sənədlərin yazılması
* Şirkətin e-gov.az elektron portal ilə bağlı işlərinin görülməsi
* İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi
* Aylıq işə qəbul, xitam hesabatlarının hazırlanması İnsan Resursaların aid digər proseslərin idarə olunması
Dövlət Əmək Müfəttişiliyi
oktyabr 2008 – iyul 2018
Baş məsləhətçi – Baş əmək müfəttişi
* Özəl müəssisələrdə və Dövlət İdarələrində Əmək Məcəlləsinin tələblərinə əsasən yoxlamalar aparmaq.
* Müəssisədə çalışan əməkdaşların əmək məzuniyyətindən istifadə edilməsini yoxlamaq.
* Məzuniyyət ödənişinin düzgün hesablanmasının yoxlanılması
* Müəssisədə kargüzarlıq sahəsini yoxlamaq.
* Tikinti sahələrində Əməyin Mühafizəsi norma və qaydalarının tətbiqinə nəzarət etmək.
* Müəssisədə qısaldılmış iş günlərinin və növbəli iş rejminin yoxlanılması.
* Müəssisədə mühasibatlıq şöbəsində lazımı sahələrin yoxlanıması
Təhsİl
Naxçıvan Dövlət Universiteti
Hüquqşünaslıq
Naxçıvan Özəl Universiteti
İqtisadiyyatın hüquqi tənzimlənməsi
Qadın işçilərə “özəl günlər” icazəsi – Azərbaycanda da mümkünmü?
Türkiyədə qadın işçilərə və məmurlara “özəl günlər”də icazənin verilməsi ilə bağlı qanun təklifi hazırlanıb. Təklif CHP-dən Mahmut Tanal tərəfindən Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.
Təklifə əsasən, qadın işçilərə və dövlət qulluqçularına özəl günlərinin başlanğıcından etibarən ayda bir iş günü rəsmi şəkildə icazə veriləcək. İkinci gün üçün icazə isə işəgötürən və ya qurumun istəyi ilə verilə bilər.
Təklifin irəli sürülməsində məqsəd kimi qeyd edilən günlərin bir çox qadın üçün çətin proses olduğu vurğulanıb. İcazənin verilməsi bununla əsaslandırılıb və onun əhəmiyyətinə diqqət çəkilib. Həmçinin bu amilin iş həyatına təsiri qeyd edilib. Ortaya çıxan fiziki narahatlıqların bəzi qadınların gündəlik və iş həyatında iştirakını qeyri-mümkün səviyyəyə çatdırdığı bildirilib.
Bu baxımdan “özəl günlər icazəsi”nin həm sağlamlıq hüququ baxımından, həm də iş həyatının normallaşdırılması üçün nümunəvi bir təcrübə ola biləcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, “özəl günlər” icazəsi, yəni mensturasiya məzuniyyəti, kəskin aybaşı ağrısı yaşayan qadınların bir və ya iki gün evdə qalmaq hüququ deməkdir. Artıq dünyanın bir neçə ölkəsində bu qayda tətbiq olunur. Bununla belə, həmin ölkələrin bəzilərində bu qanun daha çox qeyri-məhsuldar addım kimi tənqidlərə məruz qalır və qadın işçilərlə bağlı neqativ stereotiplərə yol açır.
Yaponiya, İndoneziya, Tayvan, Cənubi Koreya və Çinin bir neçə əyaləti də daxil olmaqla, bəzi Asiya ölkələrində mensturasiya ərzində qadınların müəyyən günlərdə evdə qalmaq icazəsi var. Bu icazədən isə çox az qadın yararlanır.
Bir neçə il öncə İtaliya parlamentində də belə bir təklif layihəsi müzakirəyə çıxarılmışdı. Lakin parlament üzvlərinin əksəriyyəti hər ay ödənişli üç məzuniyyət gününün işəgötürənlərin qadınları işə götürməməsi kimi riskə yol açacağını bildirmişdi.
Bəs Azərbaycanda da zərif cinsin işləyən nümayəndələrinə belə güzəştlər tanına bilərmi?
Milli.Az musavat.com-a istinadən bildirir ki, tanınmış ginekoloq həkim Rəşad Sultan mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bu cür qanunun tətbiq edilməsi çox mübahisəli məsələdir:
“Qanunlara əsasən, bir insan xəstələnəndə sağlamlığı ilə bağlı arayış almaq istəyəndə poliklinikaya müraciət edir və həkim əmək qabiliyyətinin itirilməsi ilə bağlı 3 günlük arayış verə bilir. Hətta müəyyən xəstəliklərdə bu müddəti uzada bilir. Bülletenin vaxtının bir qədər də uzadılması üçün artıq ekspert komissiyalarının rəyi lazım olur.
Qadınların mensturasiya vaxtında işdən icazə almasına gəldikdə, bu məsələdə hamını maraqlandıran sual budur ki, həmin vaxt qadın əmək qabiliyyətini nə qədər itirir və buna görə işdən azad olunmasına ehtiyac varmı? Bu tək ginekoloqun deyə biləcəyi söz deyil. Çünki mensturasiya obyektiv bir şey deyil və bu zaman əmək qabiliyyətinin nə qədər itirildiyini, fizioloji və patoloji olaraq nə baş verdiyinə yalnız ekspertlər birlikdə qərar verə bilər.
Doğrudur, bütün qadınlarda olmasa da, bəzi qadınlarda “özəl günlərdə” ağrılar, sancılar, hormonal düşük ola bilir. Bu zaman fiziki baxımdan deyil, qadında əhval-ruhiyyə baxımından da dəyişiklik, ruh düşkünlüyü olur. Lakin fiziki baxımından ciddi bir dəyişiklik olmur ki, bu qanunun tərəfində ola bilim. Bəlkə də feministlər bu fikirlərimə qarşı çıxacaq, amma bir daha qeyd edirəm ki, qadınların “özəl günlərində” o qədər də ciddi bir patologiya olmur.
Qadın var ki, mensturasiya vaxtı heç bir ağrı, sancı keçirmir. Lakin ağrılı keçirən də var. Bununla belə, buna görə işdən icazə verilməsini doğru hesab etmirəm. Burada, sadəcə, fərdi yanaşma ola bilər. Yəni kimsə ağrılı keçirərsə, həkimə müraciət edib, arayış ala bilər və bu doğru olar, nəinki qanun qəbul edib, bu məsələni bütün qadınlara şamil etmək”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, qadın hüquq müdafiəçisi Mehriban Zeynalova qeyd edir ki, Azərbaycanda da bu cür qanun qəbul edilməsinə ehtiyac yoxdur:
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xankəndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, dekabrın 2-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin vətəndaşların istifadəsinə verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhaliyə xidmət sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində işlərin uğurla davam etdirildiyini vurğulayıb:
“Nazirliyin fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir. Bu proses eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, nazirlik tərəfindən göstərilən elektron xidmətlərin sayının artması ilə müşaiyət olunur”.
Nazir müavini dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan etibarən respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin uğurla tətbiq olunduğunu qeyd edib:
“Ölkəmizin əmək münasibətləri sahəsində mühüm islahat tədbiri olan elektron informasiya sisteminin tətbiqi mövcud əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı dolğun məlumat bazasının yaradılmasına şərait yaradıb. Yəni burada əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə məlumatlar əksini tapıb. Bu da muzdla çalışan şəxslərə lazımi hallarda iş yerləri barədə elektron arayışların verilməsinə imkan yaradıb. Hazırda təqdim olunan yeni elektron xidmət növü də bu məqsədə xidmət edir”.
İ.İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib:
“Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”.
Nazir müavini bildirib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir.
ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov “İş yerinə dair arayış” adlı növbəti elektron xidmətin texniki imkanları barədə məlumat verib. O, bildirib ki, elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” adlı növbəti elektron xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.
Tədbirdə bildirilib ki, belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyatı şəxslərinə müraciət etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə, onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə “Elektron hökumət” portalında olan “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə həyata keçirə bilər. Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə aradan qaldırılır.
Təqdimat mərasimi jurnalistlərin suallarının cavablandırılması ilə davam edib. Qeyd olunub ki, ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsi tərəfindən nazirlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində işlər davam etdirilir və yaxın vaxtlarda ardıcıl olaraq digər elektron xidmətlərin də istifadəyə verilməsi planlaşdırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.