Press "Enter" to skip to content

Şifahi xalq ədəbiyyatı

Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.

Sifahi Xalq Edebiyyati – Wikipedia

Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir.

Yalançı çobanın nağılı

Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.

Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

Bu hislərin ilk nümunələri isə əmək nəğmələridir. Folklorun digər formaları – nağıllar, dastanlar, hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir.

Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə Azərbaycan ədəbiyyatı üçün yox, bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Məlumdur ki, Azərbaycan xalqının dili türk dillərindən biridir və təbidir ki, qədim türk xalqlarının yaratdığı dastanların süjetləri, motivləri Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş şəkildə öz əksini tapıb [1]

Mündəricat

  • 1 Azərbaycan mifologiyası
  • 2 Ortaq türk folkloru
  • 3 Azərbaycan folkloru janr zənginliyi
  • 4 Azərbaycan folkloru orta əsrlərdə
  • 5 Aşıq sənəti
  • 6 Lirik növ
    • 6.1 Nəğmələr
      • 6.1.1 Əmək nəğmələri
      • 6.1.2 Mərasim nəğmələri
      • 6.1.3 Mövsüm nəğmələri
      • 6.1.4 Qəhrəmanlıq nəğmələri
      • 6.2.1 Laylalar
      • 6.2.2 Oxşamalar
      • 7.1 Əfsanələr
      • 7.2 Rəvayətlər
      • 7.3 Lətifələr
      • 7.4 Nağıllar
        • 7.4.1 Nağılların adları
        • 8.1 Xalq oyunları
        • 8.2 Xalq tamaşaları
        • 8.3 Xalq şəbihləri

        Azərbaycan mifologiyası

        Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunqda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını – ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında “Kosa-Kosa”, “Qodu-Qodu”, “Novruz”, “Xıdır Nəbi” və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

        Ortaq türk folkloru

        “Kitabi Dədə Qorqud” dastanına həsr edilmiş rəsm əsərləri

        Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini və o cümlədən türk xalqlarının vahid bir kökə bağlılığını göstərir. Qədim türk ədəbiyyatına aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divanü Lüğat-it-Türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

        Azərbaycan folkloru janr zənginliyi

        Azərbaycan folkloru janr zənginliyinə malikdir. Həyatı əks etdirmə baxımından lirik, epik və drammatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Epik folklor janrlarından nağıl, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya “barmaq” vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

        Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

        Lirik növdə bağlı olduğu hadisə və ya proses baxımından ən qədim janr olan nəğmələr müxtəlif növlərə bölünür. Əmək prosesi ilə bağlı olan holavar və sayaçı sözlər, mövsümi proseslərlə bağlı mövsüm nəğmələri, müxtəlif mərasimlərlə bağlı olan toy və yas nəğmələri, qəhrəmanlarla bağlılıq təşkil edən qəhrəmanlıq nəğmələri və son olaraq fərqli məişət münasibətləri zəmnində yaranmış layla və oxşamalar.. Azərbaycan folklorunun ən zəngin janlarından birini də bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın janr xüsusiyyətlərini qeyd olunan janrlar da əsasən daşıyır — layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

        Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

        Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehrli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələrin kosmoqonik, zoonimik, toponimik və etnonimik növləri vardır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir. Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.

        Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”, “Kitabi-Dədə Qorqud” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

        Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səciyyəvi örnəyi kimi “Kosa-Kosa” dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.

        Azərbaycan folkloru orta əsrlərdə

        Soldan sağa: “Koroğlu dastanı” və “Aşıq Qərib” (Xıdır İlyasla bir yerdə) və Əsli və Kərəm dastanlarına həsr edilmiş rəsm əsərləri

        Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə – XVI–XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları – “Qurbani”, “Aşıq Qərib-Şahsənəm”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar”, “Tahir-Zöhrə”, “Alıxan-Pəri”, “Arzu-Qəmbər”, qəhrəmanlıq dastanı “Koroğlu” bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə – XVI–XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

        Folklor örnəkləri əsas etibarilə anonim – müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümyaəndələri “ustad aşıqlar” termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487–1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

        Aşıq sənəti

        Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Aşıq şeirinin müəllifinin məlum olması onu fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə yaratdıqları əsərlərdə münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşdur. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.

        Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıqlar adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və b. aşıq sənətinin inkişafına, zənginləşməsinə töhfə vermiş yaradıcı aşıqlardır.

        Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.

        Azərbaycan üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821–1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.

        Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.

        Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (E.Ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi – qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan “doyunca içsin…” “Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

        Aşıq yaradıcılığının məhsulu olan dastan epil-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyacanlarını əks etdirən şeirlər də söyləyir.

        “Kitabi-Dədə Qorqud”, eləcə də “Koroğlu” da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.

        “Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaqqapma olmur.

        Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi isə “Kitabi-Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

        Nəğmələr

        Nəğmələr lirik növün qədim və geniş yayılmış janrlarından biridir. Məznununa görə bir neçə yerə bölünür: əmək, mərasim, mövsüm, qəhrəmanlıq və məişət nəğmələri.

        Əmək nəğmələri

        Əmək nəğmələri əmək prosesində yaranan və oxunan nəğmələrdir. Holavarlar və sayaçı sözlər əmək nəğmələrinin ən geniş yayılmış növlərindəndir. O cümlədən, holavar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur.

        Holavarlar əkinçilik və cütçülüklə bağlı nəğmələrdir. Holavarlarda etnoqrafik xüsusiyyətlərə, istehsal alətlərinin adına, öküzün, kəlin tərifinə tez-tez təsadüf edilir. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir, iş prosesində ona güvəndiyindən söz açır. Məsələn:

        Qızıl öküzüm, yeri,
        Qoyma şum qala yeri,
        İti tərpən, maralım,
        Düşmənlər baxır bəri.

        Sayaçı sözlər qoyunçuluqla bağlı yaranmış nəğmələrdir. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Sayaçı sözləri, adətən, qoyuna müraciətlə oxunur və ondan xeyir-bərəkət dilənir. Məsələn:

        Nənəm, a narış qoyun,
        Yunu bir qarış qoyun.
        Çoban səndən küsübdür,
        Südü ver, barış, qoyun.

        Mərasim nəğmələri

        Xalqın məişəti, güzərənı ilə bağlı olan mərasim nəğmələri müxtəlif mərasimlərlə bağlı yaranıb. Toy nəğmələri, yas nəğmələri mərasim nəğmələrinin geniş yayılmış növlərindəndir.

        Toy nəğmələri elçilik, nişan, qız köçürmə, oğul evləndirmə, gəlin gətirmə ilə bağlı oxunan nəğmələrdən ibarətdir. Bu cür nəğmələrdə vəfa, sədaqət, etibar, gözəllik və mərdlik təbliğ olunur. Məsələn:

        Qızıl üzüyün qaşı,
        Bişdi bağrımın başı.
        Mən deyən yar olmasa,
        Yandırram dağı,daşı.

        Ağılar (yas mərasim nəğmələri) ölümlə, fəlakətlə bağlı oxunur və məzmununda qəm, kədər, qüssə, iztirab əhval-ruhiyyəsi güclü hiss olunur. Ağılara el arasında “edilər”, “edilmək” də deyilir. Həm nəzmlə, həm də nəsrlə ola bilər. Bəzən ölənin yaxşı keyfiyyətləri dilə gətirilir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur. Məsələn:

        Bostanda tağım ağlar,
        Basma,yarpağım ağlar,
        Sağ durduqca mən özüm,
        Ölsəm,torpağım ağlar.

        Analar yanar ağlar,
        Dərdini sanar ağlar,
        Dönər göy göyərçinə
        Yollara qonar ağlar.

        Şifahi xalq yaradıcılığı

        Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin – folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

        Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

        Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir. Məsələn, ölməz ədəbi-tarixi abidə olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın, dilimizin tarixinin çox qədim olduğunu sübut edir. Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə bağlılığı haqqında fikirlər vardır. Əsərdə qədim oğuzların tarixinin, coğrafiyasının izləri açıq-aydın görünməkdədir.

        Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsi olub, türk xalqlarının yaratdıqları ilə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün, dildə gerçəkləşən mədəniyyətinin nümunəsi olan miflər, dastanlar və s. türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır.

        Azərbaycan folklorunun həyatı əksetdirmə üsulu baxımından lirik, epik, dramatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növün janrları, əsasən, aşağıdakılardır: nəğmələr (əmək nəğmələri: holavar, sayaçı sözləri; mövsüm nəğmələri; mərasim nəğmələri: toy və yas nəğmələri; məişət nəğmələri: layla, oxşama; qəhrəmanlıq nəğmələri), bayatılar, mahnılar.

        Holavarlar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur.

        Holavarlar əkinçiliklə, sayaçı sözləri heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir, iş prosesində ona güvəndiyindən söz açır:

        Öküz, öküz, xan öküz,
        Dırnaqları qan öküz,
        Sən kotana güc eylə,
        Mən də deyim can öküz.

        Sayaçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir, onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır:

        Nənəm, a nazlı qoyun,
        Qırqovul gözlü qoyun,
        Pendiri kəsmə-kəsmə,
        Qatığı üzlü qoyun.

        Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Məsələn, günəşi çağırmaq məqsədilə “Gün çıx” mövsüm nəğməsi ifa edilib. “Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa edilirmiş. İl quraqlıq keçəndə isə yağışçağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi el bayramına çevrilmiş, el şənliklərində Novruzla bağlı nəğmələr ifa edilmişdir.

        Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Elçilik, nişanlanma və toy zamanı şadlıq nəğmələrinin oxunması, yas mərasimlərində ağıların söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır, yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur:

        Zülf töküb üzə dilbər,
        Çıxıbdı düzə dilbər,
        Duvaq salın üzünə
        Gəlməsin gözə dilbər.

        Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hisləri ifadə olunur:

        Ağlaram ağlar kimi,
        Dərdim var dağlar kimi,
        Xəzəl ollam, tökülləm,
        Viranə bağlar kimi.

        Məişət nəğmələri olan laylalaroxşamalar folklorun geniş yayılmış janrlarıdır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır:

        Laylay dedim, yatasan,
        Qızılgülə batasan.
        Qızılgülün içində
        Şirin yuxu tapasan.
        Balam, layla, a layla,
        Körpəm, layla, a layla.

        Oxşamalar körpəsini əyləndirən, əzizləyib-oynadan ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur:

        Balama qurban inəklər,
        Balam haçan iməklər.
        Tüstüsüz damlar,
        Sarı badamlar,
        Tənbəl adamlar,
        Bu balama qurban.

        Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir.
        “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir:

        Dəlilərim, bu gün dava günüdür,
        Müxənnət ordusu talanmaq gərək.

        Bayatılar kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti, insanın könül dünyasını əks etdirən lirik folklor nümunələridir. Həcmcə kiçik olan bayatılarda dərin mənalı fikir ifadə olunur. Bu yığcam poetik nümunələrdə vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və nisgili ifadə olunur. Mövzu, məzmun baxımından bayatıların, əsasən, aşağıdakı növləri var:

        — vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar;
        — məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar;
        — mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar.

        4 misradan ibarət olan bayatının hər misrasında 7 heca olur. Birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst olur. Birinci, ikinci misralar sonrakı iki misrada söyləniləcək fikir üçün zəmin olur:

        Əzizim, vətən yaxşı,
        Geyməyə kətan yaxşı.
        Gəzməyə qürbət ölkə,
        Ölməyə vətən yaxşı.

        Lirik növün mahnı janrı nəğmədən özünəməxsus musiqi havası olması ilə fərqlənir. O, nisbətən sonrakı dövrlərdə yaranmışdır. “Qaragilə”, “Apardı sellər Saranı, “İrəvanda xal qalmadı” və digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə məhəbbəti və s. əksini tapır:

        Evimizin qabağından bu gələn arxdı,
        Qaragilə, yar gələn vaxtdı.
        Yarım gəlib çıxmayır, ovqatım talxdı,
        Qaragilə, ovqatım talxdı.
        Dərbənd aralı,
        Könlüm yaralı.
        Bir qız sevmişəm,Qaragilə
        Ellər maralı.

        Epik növün janrları, əsasən, əfsanə, rəvayət, lətifə, atalar sözü və məsəllər, tapmaca, yanıltmac, nağıllardır.

        Folklorun qədim janrlarından olan əfsanələrdə ağlasığmaz, möcüzəli, fantastik səciyyəli qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var.

        Heyvan və quş adları ilə bağlı əfsanələr zoonimik, yer adları ilə bağlı əfsanələr toponimik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr kosmoqonik əfsanələr adlanır.

        “Səməndər quşu” əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıb. Əfsanəyə görə, Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür.

        Rəvayətlər əfsanələrdən fərqli olaraq, tarixən baş vermiş, bu və ya digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. “Nuh peyğəmbər”, “Astiaq”, “Tomris” və s. rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr əks olunub.

        Lətifə cəmiyyətdə, ailə və məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Lətifələrdə yumorla yanaşı, satira, sarkazm da mühüm yer tutur. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılıb.

        Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara “müdrik sözlər”, “qanadlı sözlər” və s. deyilməsi də bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də vardır. Atalar sözündə fikir ümumiləşmiş, bitkin şəkildə ifadə edilir. Buna görə də onların izahına ehtiyac duyulmur. Məsələn, “İş insanın cövhəridir”, “Bu günün işini sabaha qoyma”, “Yüz ölç, bir biç” və s. Atalar sözlərindən fərqli olaraq, məsəllər müəyyən əhvalatla bağlı olur. Məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır. Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, “Dava yorğan davasıdır” məsəli Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsəldən, adətən, münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur.

        Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə, səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur.

        Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur. Həm nəzm, həm də nəsr şəklində olan yanıltmaclar eyni səsin, oxşar səslənən sözlərin, söz birləşmələrinin sırası, əvəzlənməsi prinsipinə əsaslanır. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış.

        Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən-dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Nağılların özəl xüsusiyyətləri vardır. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır.

        Nağıllar mövzu, məzmun etibarilə, əsasən, üç yerə bölünür: heyvanlar haqqında nağıllar, sehrli nağıllarməişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri vardır.

        1. Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyiri və şəri təmsil etməklə, heyvanlar iki qrupa bölünür.
        2. Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr (simurq quşu, uçan xalça və s.) kömək edir.
        3. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan üzüağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər.

        Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşlar. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.

        Aşıqlar iki qrupa bölünür: bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edir; bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri ifaçı aşıq adlandırılır. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və b. aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır.

        Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və b. ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişlər.

        Aşıq yaradıcılığının məhsulu olan dastan epik-lirik əsər sayılır. Dastanda nəsrlə nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir.

        “Kitabi-Dədə Qorqud”, eləcə də “Koroğlu”da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları adlanır.

        “Şah İsmayıl”, “Aşıq Qərib” kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən, bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaqqapma olmur.

        Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, “Xan oyunu” xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Şəbihlər dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur.

        Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı, düzüb-qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. O, sənətin bir neçə sahəsini — musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaqhərəkətli olmaqla iki yerə bölünür. “Lal-dinməz”, “Əl üstə kimin əli”, “Uçdu, uçdu” və s. uşaq oturaq oyunlarına aiddir.

        Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunlarda əşyalardan istifadə edilir. “Dəsmalı ver”, “Xəndəyədüşmə”, “Dəyirman” və s. bu qəbildəndir.

        • Teqlər:
        • şifahi xalq ədəbiyyatı
        • , folklor
        • , şifahi xalq yaradıcılığı
        • , ədəbiyyat nəzəriyyəsi
        • , ədəbiyyatşünaslıq

Comments are closed, but trackbacks and pingbacks are open.