Iiı sinif azrbaycan dili
Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.
AZƏRBAYCAN DİLİ FƏNNİNDƏN “YAXŞILIĞA YAXŞILIQ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ
Millixəbər.az xəbər verir ki, bu münasibətlə direktor, ibtidai sinif müəllimləri açıq dərsə dəvət olunmuşdular. Şagirdlərin iştirakı ilə əvvəlcə qonaqlar salamlandı.
Daha sonra Rasimə müəllimə şagirdlərə və qonaqlara ibretamiz videoçarx nümayiş etdi. Maraqlı və düşündürücü videosüjetdən sonra şagirdlərin fikri dinlənilmiş, tabloda olan müxtəlif məzmunlu şəkillərin mövzusu ətrafında diskussiyalar aparılmışdır.
“Yaxşılıq nədir? Yaxşılığın faydaları” sualı ətrafında əyləncəli və maraqlı qrup işləri nümayiş etdirilmişdir. Uşaqlar yaxşılığa aid atalar sözləri, yaxşılığa aid hərəkət formaları sadalamış, atalar sözləri söyləmiş, eynilə bu mövzuda hekayələr qurmuş və gözəl rəsmlər çəkmişlər.
Qrup işlərini bitirdikdən sonra təqdimatlar edildi və qrupların işini dinlədikdən sonra şagirdlər rəngli kartlarla bir-birilərini rəğbətləndirdilər. Daha sonra dərslikdəki “Yaxşılığa yaxşılıq” mətnini təhlil edən balacalar yaxşılığın heç vaxt itmədiyini, nə vaxtsa başqa bir şəkildə insana qayıtdığı fikirlərini səsləndirdilər.
Yüksək mənəvi keyfiyyət kimi dəyərləndirdiklərini müxtəlif misallarla izah etdilər. Sonda müəllimin hazırladığı meyarlar əsasında şagirdlərin qiymətləndirilməsi aparıldı.
Azərbaycan dilinin quruluşu
Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».
TÜRK DİLLƏRİ AİLƏSİ
Dünyada 3.500-dən çox dil var. Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.
Qədim türk dilinin qrupları: oğuz, qıpçaq, qarluq və s.
- Oğuz qrupu: türk, Azərbaycan, türkmən, qaqauz.
- Qıpçaq qrupu: qazax, qırğız, başqırd, tatar, qumuq.
- Qarluq qrupu: özbək, uyğur, salar.
Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.
AZƏRBAYCAN DİLİNİN MORFOLOJİ QURULUŞU
Dillərin tipoloji bölgüsündə sözlərin morfoloji quruluşu əsasdır. Dillər tipoloji baxımdan aşağıdakı qruplara bölünür:
- Kök (amorf) dillər sözün kökü dəyişmir və şəkilçi yoxdur: çin.
- Flektiv dillər həm sözün kökü içəridən dəyişir, həm dəşəkilçi sözün müxtəlif yerlərində gəlir. Sözlərdə ön şəkilçi (prefiks), iç şəkilçi (infiks), son şəkilçi (sufıks) işlənir: ərəb.
- İltisaqi (aqlütinativ) dillər- kök sabit qalır, şəkilçilər isə sözün kökünə artırılır: Azərbaycan.
Sözün əvvəlinə şəkilçi artırılması (la+qeyd, a+normal), sözdən şəkilçini ayırarkən kökün məna verməməsi (bio+loji, frazeo+logiya, lüğə+vi), l,-q,-k şəkilçilərinin olmasına baxmayaraq, həmin sözlərin kökdən ayrıla bilməməsi (alçal, alçaq, kiçik, kiçil) iltisaqi prinsipdən kənara çıxır.
İSTİSNA: na+dinc, na+kişi (dinc və kişi milli sözlərdir).
Dil və mədəniyyət. Dil və xalqın tarixi
Dildə yeni terminlərin yaranması mədəni inkişafla bağlıdır. Mədəni səviyyənin qalxması isə ədəbi dilin fəaliyyət dairəsini genişləndirir və ədəbi dil normalarım möhkəmləndirir. Bununla da dialektin sosial işlənməsi məhdudlaşır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsini şərtləndirir.
Dilin inkişafının xalqın tarixi ilə bağlılığını iki istiqamətdə görmək mümkündür. Birincisi, qohum tayfaların birləşməsi nəticəsində bu tayfaların dili də birləşərək həmin xalqın dilinə çevrilir. Digər tərəfdən dil faktları müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında mühüm rol oynayır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir.
Fonem anlayışı
Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.
Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.
- Müstəqil dil vahidləri: söz, cümlə. Onlar dilin formalaşması prosesində aparıcı rol oynayır.
- Qeyri-müstəqil dil vahidi: fonem. Fonem müstəqil dil vahidlərinin formalaşması vasitəsi kimi çıxış edir.
Vurğu
Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.
- Heca vurğusu — sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır.
- Məntiqi vurğu — cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında olur. Ancaq intonasiyadan istifadə etməklə məntiqi vurğulu sözün yeri dəyişə də bilər.
- Həyəcanlı vurğu — hiss və həyəcanları ifadə etmək üçün sözün qeyri-adi şəkildə tələffüz olunmasıdır.
İntonasiya
İntonasiya — nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarətdir. İntonasiya modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- Azərbaycan dili
- , dilçilik
Agayeva Gulnarın Bloqu.Uğura aparan yol “Elektron Təhsil Müsabiqəsi” ndən keçdi.
Biz və Sosial Servislər -Ramil Süleymanov və Ayaz Abuşov
Mənimlə əlaqə
Animasiyalı Təqvim
Təhsili sevək
Heydər Əliyev
Heydər Əliyev Fondu
Qan Yaddaşımız
Azərbaycan RespublikasıTəhsil Nazirliyi
Elektron Təhsil müsabiqəsi
Mədəd
Kurikulum
Elektron xidmətlər
İnnovasiya.az
Təhsil Problemləri İnstitutu
Microsoft
Xalq kompüter
Pulsuz sinaq testləri
Azərbaycan Respublikasının Dövlət Himni
Heydər Əliyev
Ya Qarabağ Ya Ölüm
Milli Qurtuluş Günü
Blok okulu
26 iyun Silahlı Qüvvələr Günü
Musiqiden aciq ders
Elektron xidmətlər
Wikipedia
Arama sonuçları
Blog Arşivi
Bayrağım
Xoş gəlmisiniz
Məhəmməd Əmin Rəsulzadə
Qarabagı Unutma.
Onlayn Radio Vinnipuxla
Milli Kurikulum Təlim materialı-Abdulla Qəhrəmanov
Milli kurikulum vesait abdulla from AZERİ AZERBAYCAN
MilliNet
Faydalı İnternet Resursları
- Mental riyaziyyat
- Biliyni artır
- Müəllimlər üçün məntiq testləri
- Mədəd Azərbaycan MMC
- Karyeram.az
- Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi
- İsmayıllı müəllimləri qrupu
Azərbaycan müəllimi
Şagird
Kitab ruhun qidasıdır
Meqa Hafizə
Milli kitabxana
edu.mimo.az
http://mektebli.president.az/
İnteraktiv texnologiyalar ve müasir təhisil
Web2.0
Elektron Dərslik Portalı
Dostlarimin bloqlari
E-Twinning – https://live.etwinning.net/profile
4 yıl önce
– *İnternetdən istifadə edərkən diqqet etmək lazımdır* İnternet istifadəçilərinin – NƏZƏRİNƏ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbərdarlıq edib. Rabit.
7 yıl önce
Проведена научно–практическая конференция – 22 декабря 2015 года в 14:00 в “Grand Hotel Europa” города Баку Институт по Проблемам Образования Азербайджанской Республики (ИПОАР) провел научно – пра.
7 yıl önce
Tək Yol filmi – Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Əliyevin məktəbin şagirdləri ilə birgə hazırladığı vətənpə.
6 yıl önce
Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. – Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. .
2 yıl önce
“Humanist Pedaqoqika Mərkəzi”nin açılışı oldu – “Humanist Pedaqoqika Mərkəzi”nin açılışı oldu Bu gün Təhsil Problemləri İnstitutunda Azərbaycanda ilk olan yeni mərkəz, “Humanist Pedaqogika Mərkəzi” açıldı.
8 yıl önce
Kumpulan Silabus K13 Sma Revisi Terbaru 2017/2018 – *Kumpulan Silabus K13 Sekolah Menengan Atas Revisi Terbaru 2017/2018*. Pada kesempatan ini kami ingin membagikan Kumpulan file Silabus Kurikulum 2013 (K13.
Comments are closed, but trackbacks and pingbacks are open.