Xaricdə Təhsil ilə bağlı Sual və Cavablar
Xaricde tehsil almaq ucun yas heddi necedi?
Ikiodan profili nece sile bilerem
Müraciət etdiyimiz qurumlarda anket tamamlayarkən, həmçinin, son vaxtlar daha çox istifadə etdiyimiz elektron xidmətlərdə və müraciətlərdə bizdən FİN-kodu qeyd etməyimiz tələb olunur.
Bəs FİN kod nədir?
FİN kod –şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifiksiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.
Qeyd edək ki, “Elektron hökumət” portalında autentifikasiyadan (qeydiyyatdan) keçən vətəndaşı portal identifikasiya etdiyi üçün xidmətlərdən istifadə zamanı FİN kod tələb olunmur. Məsələn, Təhsil Nazirliyinin təqdim etdiyi “Diplom haqqında məlumatlar” xidmətindən istifadə edərkən xidmət vətəndaşa “Diplomun seriya və nömrəsinə görə”, “FİN-ə görə” kateqoriyası üzrə iki seçim verir. Vətəndaş FİN-ə görə kateqoriyasını seçdikdə məlumatlar sistem tərəfindən avtomatik formalaşdırılır.
Onu da qeyd edək ki, “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin“FİN-ə görə fərdi məlumatların axtarışı”xidməti var ki, bu xidmət vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür. Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.
Odur ki, FİN kod (o cümlədən, şəxsiyyət vəsiqəsinin surəti) aid olduğu fərd tərəfindən qorunmalı, zərurət olmadığı hallarda başqasına etibar edilməməlidir. Bir sözlə sizin şəxsi informasiyalarınızı özündə daşıyan şəxsiyyət vəsiqənizin FİN kodunu bank və sosial təminat kartınızın FİN kodu kimi qorumalısınız.
- 455 Portalda olan xidmətlərin sayı
Xaricdə Təhsil ilə bağlı Sual və Cavablar
Xaricdə Təhsil ilə bağlı Sual və Cavablar yazımızı təqdim edirik. Bir çox suallar cavablandırılmışdır.
Men 3cu grup üzre imtahan vereceyem. Maraqlanmaq isteyirdim ki, hansi ixtisasi seçsem magistr üçün xarice gede bilerem?
Bütün ixtisaslar üzrə xaricə gedə bilərsiniz. Azərbaycan dilindən başqa
Salam, men 2008ci ilde Azerbaycan Tibb universitetini bitirmişəm, 2013ci ildə türkiyədə fizioterapiya üzrə ixtisas kursu keçmişəm. Norveç, Polşa, Macarıstan, İsveçrə və Hollandiya kimi ölkələrin birində rezidentura təhsili almaq istəyirəm. Necə kömək edə bilərsiz?
Salam Elvin bəy, Bizdə rezidentura programı yoxdur təssüf ki. Anlayışınız üçün təşəkkürlər.
Salam burda beynelxalg munasibetler fakultesini oxuyueam ielts neçe alsam tehsilimi xaricde davam etdire bilerem?
Salam, IELTS 6.0 və ya 6.5 normal universitetlərə keçərlidir.Universitetə görə ballar dəyişir. UK və Amerika kimi yerlərə normal uniyə gedirsinizsə o zaman məsləhətdir 6.5 alın
Salam.Mən Azərbaycanda iqtisadiyyat ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra xaricdə magistr təhsilini Kompüter elmləri və ya buna oxşar bir ixtisas üzrə ala bilərəm? İxtisas dəyişmə necə həyata keçirilir və nə qədər mailiyyə vəsaiti tələb olunur?
Salam. İxtisas dəyişmə Böyük Britaniya, ABŞ və digər ingilis dilli ölkələrdə mümkündür. Bunun üçün mütləq bir iı pre-master oxumalısınız. Minimum 11 min funt (UK-də) təhsil haqqına lazım olacaq. Yaşayış üçün də təqribən 10 min funt.
Salam, hansı xarici incesenet universitetində Təqaüdlü təhsil ala bilərəm ? zəhmət olmasa cavablayin
Salam. Təəssüf ki, bu sahə üzrə təqaüdlü təhsillə məşğul olmuruq.
Xaricde tehsil almaq ucun yas heddi necedi?
Ölkədən ölkəyə dəyişir. Böyük Britaniyada 18, Hollandiyada 17 və s.
Posgraduate ve MBA arasinda ferq nedir? bakalavrdan sonra MBA oxumaq meslehetlidir yoxsa postgraduate oxuyub sonra MBA oxumaq?
Postgraduate magistr dərəcəsidir. MBA isə iş stajı olanlar üçün biznes magistr dərəcəsidir. Bakalavrdan sonra postgraduate götürün. Əgər iş stajınız varsa, MBA.
Dunyanin top universitylerinde economics politika yada biznes uzreodenissiz ve ya max 10000 odenisle. olarsa zehmet olmasa melumat verin
Salam. Economics üzrə 10 min avro civarında olan universitet kimi Hollandiya və Almaniyanın özəl universitetlərini təklik edə bilərik. Əgər 10 min avro deyirsinizsə, o zaman Polşa və Macarıstan kimi ölkələrin universitetləri olacaq. Ətraflı məlumat üçün : (012) 492 68 53 nömrəsinə zəng edə bilərsiniz.
Salam. Xaricde Computer Science ve ya Software Engineering uzre teqaudle tehsil almaq isteyirem. 11-ci sinife kecdim. Programlasdirma uzre biliyim coxdur. Her hansisa bir imtahan ve ya basqa bir seyle teqaud almam mumkundurmu?
Salam. Qarantiyalı təqaüd yoxdur, amma göstəriciləriniz yüksək olsa, bəlkə müəyyən qədər və ya tam təhsildən azad ola bilərsiniz. Zəhmət olmasa, İçərişəhər ofisimizə yaxınlaşın.
Salam men 10cu sinifde oxuyuram ve celt collegesde ingilis dilini oyrenmek isteyirem ve sonra xaricde tehsil almaq isteyirem.xaricde tehsil almaq ucun celt collegesin mene nece komeyi ola biler
Salam. Biz sizə İELTS sertifikatı almaqda, univeritetlər seçimində, yataqxana və viza işlərində köməklik göstərə bilərik.
Salam. Sizde ing dilinde tehsil alan telebeni her hansi bir olkeye praktika kecmeye gonderirsiz?
Salam. Yalnız dil kursu və ya dərəcə proqramlarına göndəririk.
Salam Dubayda teqaudle magistr oxuya bilerem ? Eger mumkunduse hansi senedler lazimdi ? Tequd ve menim maliyye ohdeliklerim ne qederdi ?
Salam. Dubayda təhsil üçün təqaüd ayıran bir qurum tanımırıq. Təhsil haqqı illik 10 min dollar civarındadır universitetlərdə.
Salam.Magistratura təhsili üçün bu zamandan sonra başvurular varmı? Türkiyə və yaxud başqa bir yerlərə.Universiteti yeni bitirirəm, başvuru edə bilərəmmi yəni? İELTS və ya başqa sənəd yoxdur.Cavabınızı gözləyirəm.
Salam. İELTS və TOEFL olmadan Şərqi Avropada hazırlıq götürə bilərsiniz və yaxud da ki, Skype interview ilə qəbul ola bilərsiniz. Qəbul üçün bizə müraciət edə bilərsiniz.
Salam Men BDU nun kimya muellimliyinde tehsil aliram. Burda ixtisasi muellimlik olanlar istenilen ixtisas uzre master oxuya bilirler ( uzvi kimya, neft kimyasi ve s.) Bilmek isteyirdim bu xaricde tehsilde de kecerlidir ya ixtisasi muellimlik olanlar tehsil ala bilmiler. Melumatiniz varsa zehmet olmasa cavablandirin.
Salam. Salam kimya üzrə bakalavr oxumusunuzsa, magistr üzrə də kimya oxuya bilərsiniz və oxuduğunuz dövrdə müxtəlif ixtisas üzrə ixtisaslaşmaq mümkündür. Yaxşı ingilis dili biliyinə ehtiyacınız olacaq. Sualınız olarsa, mənə ünvanlaya bilərsiniz. (012) 492 68 53 admissions@celt.az
Salam. Tehsil Nazirliyi nin komeyi ile 2017 ci ilde xaricde bakalavr ucun tehsil ala bilerem ?(ielts 6.5 var tqdk yuksek gozleyirem)
Salam. Hal-hazırda dövlət proqramı bağlıdır. Yeni təqaüdlər üçün Təhsil Nazirliyinin saytını izləyin.
salam mene sadece recommedation ve motivation letter lazim komeklik ede bilersiniz? xidmet haqqi ne qederdir?
Salam, Recommendation (2) və 1 letter üçün bizim Baksovet ofisinə əlaqə saxlayın. Qiyməti ordan ölkəyə görə sizə deyəcəklər.
salam, xaricde təhsil zamanı bank hesabı mütləqdirmi? mütləqdirsə hesabda minimum nə qədər pul olmalıdır?
Salam, Hər ölkə üçün deyil. ALmaniya və Skandinaviya ölkələri öz ölkələrində hesab açmalı və pul yatırmalısınız. Məsələn Almaniya 8040 avro istəyir. Amma qalan ölkələrdə məbləğ dəyişikdir və Azərbaycandan hesab göstərmək lazımdır. Təqaüd tam aldığınız zaman hesaba ehtiyac yoxdur.
Salam men estoniya,polsada magistr tehsili haqqinda melumat almaq isteyirem.
Salam. Estoniya və Polşada bakalavr təhsili üçün attestat və ingilis dil biliyinizi sübut edən sənəd lazımdır ilkin olaraq. Təhsil haqqı 3000 avro civarındadır. Qəbul üçün bizə yaxınlaşa bilərsiniz.
dovlet hesabina xaricde tehsil almaq ucun harada ve ne uzre imtahan vermek lazimdi?en cox bal ne qeder teleb olunur?
Salam. Hal-hazırda dövlət proqramı bağlanıb. Yeni dövlət proqramı olsa, sizə xəbər edəcəyik. Səhifəmizi izləyin.
salam men bakalavr uzre xaricde tehsil almaq isteyirem nece ede bilerem ve imtahani harda vere bilerem?
Salam. Xaricdə bakalavr oxumaq istəyirsinizsə, İELTS 6.0-6.5 sertifikatı və attestat lazım olacaq. İELTS imtahanı British Councilda olur. Əgər qeydiyyatdan keçə bilməsəniz sizə kömək edə bilərik. Universitetlərin imtahanları isə ya bizim ofisdə olur, ya da ümumiyyətlə olmur. Sualınız yaranarsa, 492 68 53 nömrəsinə zəng edə bilərsiniz.
Salam. Hansi universitetler ielts evezi cambridge sertfikati ile qebul edir?. Level C1
Salam. http://www.cambridgeenglish.org/why-cambridge-english/global-recognition/index.aspx?s=1 Bu linkdən higher education və ölkəni seçib baxa bilərsiniz. İELTS və Cambridge-i qəbul edən universitetlər demək olar ki, eyni universitetlərdir. Hər ikisi eyni gücə malikdir.
yasam xercini az cixdigi olkeler hansilardir?
Əsasən Şərqi Avropa ölkələri və Türkiyədir. Macarıstan, Polşa, Latviya və s.
1 ci kursu bitirenden sonra hansi olkelerde oxumaq mumkundur yani hansi olkeler 12 illik tehsil teleb edirler? 1 ci kursu bitirmemis ne zaman muraciet ede bilerem?
Salam, UK, Hollandiya, Macarıstan, İrlandiya, Polşa, İtaliya, İspanya.
salam cexiyda magistrin dovlet universitetinde odenisi ne qedersir ve ayliq yasam xerci?
3-4 min avroya qədərdir təhsil haqqı. Aylıq təqribən 500-600 avro xərciniz çıxacaq.
Hansi olkenin universitetlerinde mektebi bitirdikden sonra oxumag olar?
Salam. Kanada, ABŞ, Böyük Britaniya (Foundation), Hollandiya, Almaniya (özəllər), Şərqi Avropa (Macarıstan, Latviya və s.) və Türkiyədə mümkündür.
Salam men portuqaliyada oxumaq isteyirem mene meulmat vere bilersiz giris sertleri nelerdir? ve basqa melumatlar
Portuqaliyada oxumaq üçün gərək Azərbaycanda bir il bakalavr oxuyasınız. İELTS 6.5 balınız da olmalıdır.
Salam. Avropanın hansı ölkelerinin dövlet univeristetlerine birbaşa attestatla qebul apaarırsız? Ve qebul hal hazırda bu saat gedir?
Salam. Birbaşa attestatla Kanada, Avropanın özəl universitetləri və Şərqi Avropa ölkələrində, məsələn Macarıstanda mümkündür. Hal-hazırda qəbul var. Yanvardan və ya Sentyabrdan etibarən bu ölkələrdə təhsil ala bilərsiniz.
Salam men xaricde oxumaq isteyirem hansi olkede oxumagim meslehetlidi baha olmuyan? Azerbaycan prestiji cox olan ozellikle bizim dovlet ucun prestiji yaxsi olan ve ustunluk verilen zehmet olmasa universitet listi yazardiz mene.
Salam. Hansı sahə üzrə oxumaq istəyirsiz? Büdcəniz nə qədərdir? Ən prestijli təbii ki, Böyük Britaniya və ABŞ-dır. İllik təhsil haqqı 20 min manatdan başlayır. Ondan sonra Hollandiya universitetləri prestijli sayılırı. Təhsil haqqı 7-8 min avro civarındadır. Universietlərin konkret siyahısı yoxdur. 200-ə yaxın prestijli universitet var bu ölkələrdə.
salam men rejisorluq veya film maker ixtisasi uzre tehsil almaq istiyirem sizin meslehetiniz hansu univeritetlerdei illiyi ucuz olan? Hindistanda tehsil almagi fikirlesirem yardimci ola bilersiniz? Qabiliyetim yoxdu ama bu saheye yani qabuliyet imtahani teleb etmeyen lazimdi
Salam. Ucuz və keyfiyyətli istəyirsinizsə, Macarıstanı məsləhət görərdik. Qabiliyyət imtahanı dedikdə, iki-üç dəqiqəlik müəyyən mövzularda və özünüz haqqında video hazırlamalısınız və rejissorluq qabiliyyətinizi sübut etməlisiniz. Müəyyən səviyyədə ingilis dili biliyiniz də olmalıdır. Macarıstanda təhsildə yardımçı ola bilərik, amma Hindistanda yox. Çünki, Hindistanda həmin ixtisaslar hind dilindədir. Biz yalnız ingilis dilli proqramlarla çalışırıq.
Men xaricde tehsil almaq isteyirem tehsilden sonra dovletde islemek isteyirem.Xaricde aldigim universitetin dovlet ucun ferqi var ? Hansi olkede tehsil almisam ve hansi ixtisasda tehsil almagim? Ve reytinqli universitetde yoxsa reytinqi helede olmayan dovlet ucun? Men cox ucuz yerlerde tehsil almagi fikirlesirem maddi cehete gore sizce maddi imkani biraz zorluyub daha yaxsi yerlerde oxumaga deyer eger dovletde calismagi fikirlesiremse .ixtisas humanitardir.
Salam. Dövlətdə işləmək üçün dəqiq hansı universiteti bitirməlisiniz deyə bir şey yoxdur. Dövlətdə işləmək üçün gərək ixtisasınız üzrə güclü biliyiniz olmalıdır və dövlət qulluğuna imtahan verərək müsahibədən keçməlisiniz. Təbii ki, həmin o savadı sizə reytinqli universitetlər verəcək. Ən ureytinqli universitetlər kimi, Böyük Britaniyanı həmişə məsləhət görürürk. Təhsil haqqı 16 min manatdan başlayır. Ondan sonra reytinqli Holland Universitetləridir (bakalavra birbaşa qəbul olmaq istəyirsinizsə), təhsil haqqı 8 min avrodur. Sonra isə Macar Universitetləridiri. Təhsil haqqı 4 min avrodan başlayır.
salam men ieltsden reading 1 sectionu 1 saata edirem bu problemi nece hell ede bilerem? ielts academicden hec prakikam yoxdu.ama praktikada ede bilmirem cunki cox yavasam ve chetin gelir.ama ingilis dilinden yaxsiyam ama general englishden sadece.
Salam. Əgər readingi 1 saata edirsinizsə bir bölməni, bu sizin ingiliscənizin İELTS-ə hazır olmadığına işarədir. Məsləhət görərdim ilk öncə ingiliscədən upper-intermediate səviyyəsinə çatasınız və ondan sonra readingləri işləməyə başlayasınız. Bundan savayı, çoxlu akademik məqalələr oxuyun elmi və xəbər saytlarından. “Popular Science” janrında kitablara da müraciət edin ki, akademik yazılar oxumağa gözünüz öyrəşsin.
Salam ,uzun müddətdir ki üzərində düşündüyüm meseledi. İngilis dilini en yaxşı necə öyrənmək olar,IELTS TOEFL hazırlıq kurslarıyla yoxsa ümumi ingilis dili kurslarıyla .İntermediate səviyyədə dil biliyim var və bunu artırmaq istəyirəm,sizcə hansı kurs daha effektiv olar?
Salam. IELTS və ya TOEFL sadəcə testdir. Əgər xaricdə oxumağa getmirsinizsə o testlərə ehtiyacınız yoxdur. CELT-də Cambrdige sistemidir və sizə real ingilis dilini öyrədir. Zəhmət olmasa əlaqə bölməsindən ofislərimizə yaxınlaşın.
Salam men cinde veya malaziyada tehsil almaq isteyirem.Esasende cinde ingilis dilinde.Beynalxalq munasibetler oxumagi dusunurem veya bu ixtisasa yaxin olani.Hansi universitetlerde bu ixtisasi oxuya bilerem?( yaxsi universitetlerde) ielts mutleq lazimdir yoxsa olmasada olar?Ielts olmadan cinde tailanda veya malaziyada oxuya bilerem? hansi olkede oxuya bilerem serde?tehsil haqlari ne qederdir?
Salam,biz Çin və ya Malaziya təhsili ilə məşğul olmuruq. Amma Avropada bir il hazırlıq keçib oxuya bilərsiniz. Məsələn, ingiltərə, Polşa, Macarıstan.
Salam men xaricde oxumaq isteyirem.Riyaziyat teleb etmeyen veya az teleb eden hansi ixtisasi oxumagimiz meslehetlidir? Humanitar ixtisaslardan hansini? hansinin is imkanin bakida ve dunyada daha genisdi ve hansi islerde calisa bilerik?
Bunların ən yaxşısı beynəlxalq əlaqələrdir. Çox yerdə oxuya bilərsiniz.
Salam men xaricde huquq oxumaq istiyirem yeni beynalxalq huquq.ama bilmirem hansi olkede beynalxalq huquq oxuya bilerem sadece estonya haqqinda melumatim var.Tehsil haqqi 5000 kecmeyecek ve foundationu olan uni tapmaq mumkundur? ingilis dilini orta yaxsi bilirem .Beynalxalq huququ bitiren ne kimi islerde isleye biler bakida?Dovlet ve ozelde olan .Oxumaq ne qeder cetindir bu ixtisasi? normal huqudan cetinlik derecesine gore ferqlenir nede olsa ingilisce oxuyacam bu ixtisasi
Salam. Estoniyada hüquq mümkündür. Təhsil haqqı 4000 avroya kimidir. Yaxud da Macarıstanda beynəlxalq əlaqələr götürə bilərsiniz. Təhsil haqqı orada da 4000 avroya kimidir və təhsilin keyfiyyəti çox yüksəkdir. Bu sahələri bitirdikdən sonra vəkil kimi və ya prokurorluqda, müxtəlif dövlət və özəl strukturlarda vəkil kimi çalışa bilərsiniz. Məsləhətdir ki, ingiliscənizi gücləndirəsiniz ki, tədrisə başlamaq rahat olsun.
Salam men 9-cu sinifde oxuyuram men xaricde oxumaq isteyirem mene xaricde oxumaga komek ede bilresiniz?eger komek ede bilseniz inaninki cox oxuyacam cox boyuk sey gosterecem
Salam. Bəli, oxumaq mümkündür 9-cu sinifdən sonra. Bunun üçün sizə yaxşı səviyyədə ingilis dili biliyinizin olması şərtdir.
Salam hansi ixtisasi oxumaq meslehetlidir ve neye gore? IS tapmaq cehetden hansi ixtisaslar meslehetlidir? Hansi ixtisaslar mezun olduqdan sonra is tapmaqda asandliq sagliyir bize? Menim riyaziyatim orta seviyededir.Bu xaricde oxumaga cetinlik yaradar mene? ( azerbaycan tehsili ve xarici olkelerinki ferqlidi)
Salam. Hal-hazırda daha çox iqtisadiyyat sahələrinə (maliyyə, marketinq, mühasibatlıq, biznes) və mühəndislik sahələrinə (kompyuter, kimya mühədndisliyi və s.) tələbat daha böyükdür. Amma təbii ki, iş tapmaq üçün sizin qabiliyyətlər, akademik göstəriciləriniz, xaricdə əldə etdiyiniz praktika da önəmlidir. Riyaziyyatınız və ingiliscəniz zəifdirsə, məsləhət görərdim ki, xaricdə bir illik hazırlıq götürəsiniz. Bu cür imkan Hollandiyada mövcuddur. Dərslər həm Yanvarda, həm də Sentyabrda başlayır. Hazırlığı bitirdikdən sonra marağınız olan sahələrə qoşula bilərsiniz. Sizə Holland universitetlərinə qəbul olmaqda yardımçı ola bilərik.
Salam. Men Iran vetendasiyam. Men ielts imtahani verib xaricde Tibb fakultesinde oxuya bilerem
Salam, Vətəndaşlığın fərqi yoxdur amma dünyada istənilən TİBB üçün IELTS və TİBB imtahanları verməniz lazım. Məsələn Macarıstanda oxumaq üçün gedib ora imtahan verməlisiniz və ya bir il hazırlıq oxumalısınız.
Sizde Çexiyada tehsil haqqinda melumat var?
Salam. Bəli var. Amma son dövrlərdə Çexiya səfirliyində tələbə vizası almaq çətinləşdiyi üçün, tələbələrimizə Macarıstan və Polşanı daha çox məsləhət görürük. Bu ölkələr Azərbaycandan tələbələrə problemsiz və qısa müddət ərzində viza verir. Amma yenə də seçim sizindir. Qəbul işinizdə köməklik göstərə bilərik hər bir halda. Macarıstanda, həm də Polşada həm bakalavr, həm də magistr sahəsi üzrə demək olar ki, istənilən sahə üzrə keyfiyyətli və İngiliscə təhsil ala bilərsiniz. İELTS 6.0-6.5-niz olmalıdır. İngiliscəniz zəifdirsə, orada bir il və ya 6 ay hazırlıq keçə bilərsiniz. Bakalavr oxumaq istəyirsinizsə 11-ci sinifdən attestatla qəbul mümkündür. Əgər magistr oxumaq istəyirsinizsə, Azərbaycanda bakalavrı bitirməlisiniz.
Salam . hansı universitetdə oxuyacagsansa foundationu həmin universitetdə keçməlisən ?yoxsa harda keçəcəyinin fərqi yoxdu? birdə Foundationlarin qiyməti nə qədər olur?
Böyük Britaniyada harada foundation oxuyacaqsınızsa, qiymətləriniz yaxşı olsa həmin universitetə proqress etməyiniz daha rahat olacaq. Digər universitetlərə keçmək də mümkündür. Foundation üçün təhsil haqqı təqribən 20 min manatdır və İELTS 5.5 istəyir.
Salam. Xahis edirem mənə xarici universitetlere qebul zamani atestat QIYMƏTLERInin rolu haqda melumat veresiniz .yəni qiymetler nece olmalidi neçə dörd ola biler atestatda ? umumiyyetle bu barade bildiklerinizi mənimle bolusmeyinizi xahis edirem .evvelceden tesekkur.
Salam. Attestat qiyməti təbii ki, rol oynayır. Neçə 4 və ya neçə 5 olmasının dəqiq bir limiti yoxdur. Əsas odur ki, orta qiymətiniz çalışın 4-dən yuxarı olsun. Bakalavra gedəcəyiniz ixtisasa uyğun olan fənlər isə 4 və ya 5 olsa qəbul şansınız artır.
SAlam men eger cexiyada metropliten universitetinde oxusam 12 illik tehsil hesab oluncaq? eger ora qebul ola bilmesem collegium civitias(varsava) universitetinde veya her hansi bir ozel universitetde tehsil alsam? universitetin taninmasinin ferqi var 12 il tehsil elemek ucun sadaladigim universitetler hem ucuz hemde ietlsiz qebul edir ona gore istiyirem hem istediyim fakulte var ( basqalarinda cetin tapilir
Salam. 12 illik təhsildən sonra hansı universitetə qəbul olacaqsınızsa, həmin universitetdən öyrənməlisiniz sadaladığınız universitetlərin 1 illik təhsilini qəbul edir ya yox. Bəzən qəbul edirlər, bəzən isə qəbul etmirlər. Bu tamamilə universitetin ixtiyarındadır.
Comments are closed, but trackbacks and pingbacks are open.