Ikitərəfli və çoxtərəfli danışıqlar
“Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik”.
Ikitərəfli və çoxtərəfli danışıqlar
Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Malta Respublikasının xarici işlər naziri İan Borq ilə görüşüb.
Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Malta arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji, investisiya və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacib olduğu bildirilib. Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması istiqamətində atdığı addımlar, post-münaqişə dövründə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Nazir Yan Borq, Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərlə yanaşı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. İki ölkə arasında siyasi dialoqun inkişafında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Yan Borq, dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edərək, bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xankəndi
“Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik”.
AzVision.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
“Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”, – Sadır Japarov əlavə edib.
Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!
“Bu, tarixi xarakterli mühüm sənəddir” – Qırğızıstan Prezidenti
“Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik”.
Manset.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.
Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”, – deyə Japarov əlavə edib.
Comments are closed, but trackbacks and pingbacks are open.