Press "Enter" to skip to content

Ilham liyev haqqında kitab

Bu kitablarda oxucular Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, Avropa Şurasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan idmanının şöhrətinin ucaldılmasında İlham Əliyevin geniş fəaliyyətindən bəhs edən materiallarla tanış ola biləcəklər.

h. əliyev haqqında şeirlər

Ipö89i9kj Ulu bir sərkərdə, ulu bir öndər. Müəllif: Qabil Ədalət Gəlişinlə qurtulubdur bu vətən, Sən oldun bu xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetən, Ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı, Yazdı tarixlərə ad – sanımızı. Tanıtdı dünyada varlığımızı, Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, Özündən sonrakı abidələri. Bizləri tərk etmir xatirələri Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, Onun qüdrətini yer üzü bildi. Allah onu yurdumuza yetirdi, Ulu bir sərkərdə,ulu bir öndər. Zəhmətiylə dirçəltdi yurdunu, Gücləndirdi yenilməyən ordunu. Ödəyibdir min rəhbərin borcunu, Ulu bir sərkədə,ulu bir öndər Bu idi məqsədi vətən ucalsın, Oğulları düşmənləri dağlasın. Analar gözünü sevinc ağlatsın, Ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi, Ağ günə çıxarıb dünyadan getdi. Qomadı desinlər yolunuz bitdi, Ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu, Onunda bu yolu heydər yoludu. Haqqa qovuşsada xalqın düşünər, Ulu bir sərkərdə, ulu bir öndər. Axtarır səni Müəllif: Həsən Şirinov Nə müddətdir könlüm yaman darıxır, Gözlərim hər yanda axtarır səni. – Xəyalım dolanır göylərə qalxır, Göylərin qatında axtarır səni! Ey ulu öndər! Bu bir ayrılıqdır, sonu görünməz, Sirli dünyamızdır, yolu bilinməz, Ora gedən bir də geriyə dönməz, Tanrı dərgahında axtarır səni! Ey ulu öndər! Xalqını çıxartdın ağ günə, demək, Bəhərin dadmağa qoymadı fələk, Dövlətə, xalqına İlhamdır gərək! Onun timsalında axtarır səni! Ey ulu öndər! Ha qaçım, çalışım ta sənə yetməm, Sənsiz bu həyatda mən bir yetiməm, Çətin ki, bir daha ürəkdən güləm, Həsən bu halına axtarır səni! Ey ulu öndər! Vətən oğlu Vətən oğlu, ata oldun bizə sən, Ata kimi qayğımızı çəkirdin. Şair kimi həssas idin sözə sən, Danışıqda sözdən sözü çəkirdin. Ölkə olduq sən arzuna çatanda, Bir əlin od, bir əlin su olurdu. Millət rahat xumarlanıb yatanda, Yuxun bir an quş yuxusu olurdu. Yurdumuzda şan – şöhrətli hər nə var Yatmadığn günlər, aylar, illərdi; Ziyarətə gəlir səni bu yollar… Göz yaşımız məzarında güllərdi. Sənin rəmzin Azərbaycan bayrağı, Baş qoymağa, can verməyə hazırıq. Dan ulduzum – yurdumuzun mayakı, Şer də bir təsəllidir, yazırıq. Adın – sanın yenilməz bir ordudu, İndi odlar diyarının özüsən… Azərbaycan Heydərlərin yurdudu, Gələcəyə baxanların gözüsən. O bizimlədir Dəyişdi Prezident öz dünyasını Özü yox olsa da əlləri qaldı. Fikri- düşüncəsi iş görür hələ Əcəl, qarşısında hələ ki, laldır. Qurduğu zavodlar, tikdiyi evlər Dil açıb yerbəyer “Heydər” dedilər. Gecəsi nurlanan bizim şəhərə Daşları nur saçan gövhər dedilər. Metrolar, körpülər onun zəhməti, Uzanan elbəel onun eşqidir, Yaxın şəhərlərə, uzaq ellərə Bu uzun yollarla şöhrəti gedir. Heydərin əlləri bərəkətlidir, Artır günü – gündən şöhrətimiz də, Bu gün quş iliyi, axtarsan əyər, Təmiz ceyran südü tapılar bizdə Dəyişdi Prezident öz dünyasını, Mərmər abidəsi bağça – bağdadır, Heydərin idrakı əbədi yaşar Hələ öyünməli il qabaqdadır. Heydərdi İllər, sizi hələ cavan saxlayıb, Keşiyində durduğunuz Heydərdi. Mi llət üçün gəncliyini hifz edib, Düşmən bağrı yardığınız Heydərdi. İndiki tək keçən illər gözəldi, Görürsünüz necə Heydər gözəldi. Günortanın günü qədər gözəldir, Ömürdən pay verdiyimiz Heydərdi. Kiçik ölkə bu qüdrətlə genişdi, Millət üçün qitələrlə döyüş dü. Nə ömrə qış, nə əhvala qar düşdü, Yaz seyrinə vardığımız Heydərdi. O yenilməz, hələ cavan bir kişi, Şax görkəmli, təravətli gülüşü Şir nərəsi, cavan pələng gərdişi, Sizdən öndə gördüyümüz Heydərdi. Dinclik bilmir min səhərin eşqinə, Çağla, şair, nəğmələrin eşqinə. Hər könüldə hər səfərin eşqinə, Heykəlini qurduğumuz Heydərdi. Məbədinə diz çökmədi şöhrətin, Ehramına səcdə qıldı xidmətin. Sayəsində qədirbilər millətim, Xoş dövranlar sürdüyümüz Heydərdi. Abidəsi neçə – neçə kənd, şəhər, Geniş yollar, imarətlər, körpülər. Kükrəməsin məramı bəd körpələr, Arxasında durduğumuz Heydərdi.

Xankəndi

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman və kitabın müəllifi Elmira Axundova iştirak ediblər.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbiri açaraq qeyd edib ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatının keçirilməsi agentliyimiz üçün mühüm hadisədir. M.Qusman deyib: “Bu, müasir Azərbaycanın lideri kimi Prezident İlham Əliyev haqqında danışmaq üçün daha bir imkandır. Bu il Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu dövrün böyük hissəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Mən bugünkü təqdimat tarixinin təsadüfən seçilmədiyini gizlətməyəcəyəm. Sabah, dekabrın 24-də Azərbaycan Prezidenti ad gününü qeyd edəcək. Bizə Prezident İlham Əliyevin yubileyi ərəfəsində həm yeni kitab, həm də Azərbaycan Respublikası Prezidentinin özü haqqında danışmaq çox xoşdur”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi vurğulayıb ki, kitab səmimi və peşəkarcasına yazılıb. Akademik deyib: “Mən bu kitabı demək olar ki, birnəfəsə oxudum. Kitab mənə bir çox məsələləri xatırlamağa və yenidən düşünməyə məcbur etdi”. V.Sadovniçi bildirib ki, kitab İlham Əliyevin valideynlərinin tərcümeyi-halına kiçik ekskursla başlayır. Burada ilk səhifələrdə ailə barədə hekayətlər oxucunu lazımi ovqata kökləyir və anladır ki, qarşımızda dərin tədqiqat durur. Moskva Dövlət Universitetinin rektoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə keçirdiyi görüşlər barədə danışıb. V.Sadovniçi xatırlayıb: “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskva Universitetində keçirilən təhsil işçilərinin xüsusi qurultayında iştirak edirdi. Mənə Heydər Əliyev ilə bu mövzuda bir neçə dəfə söhbət etmək şərəfi nəsib oldu. O, təhsilin məqsədlərini, fundamental olmasını dərindən başa düşürdü”. MDU-nun rektoru universitetin Bakı filialının uğurlu fəaliyyətini xüsusi vurğulayaraq deyib: “Moskva Dövlət Universitetinin Bakı filialının açılışı Azərbaycan Prezidentinin təşəbbüsdür. Bakı filialı indi Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biridir. MDU-nun professorları gözəl kampusun tikildiyi Bakıda mühazirə oxumağa gedirlər”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Prezident İlham Əliyevin MDBMİ-də təhsil aldığı illər barədə danışıb. O, Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə peşəkar mütəxəssis kimi yüksək keyfiyyətlərini qeyd edərək deyib: “Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir və Prezident İlham Əliyev heç də sadə olmayan vəziyyətdə balanslaşdırılmış xarici siyasət xətti yeridir. Xarici siyasət kursunun bütün çoxşaxəliliyi ilə bərabər, o, Rusiya ilə münasibətləri sabit inkişaf etdirir. Bu, bir çox məsələlərdə özünü göstərir. Azərbaycanda rusdilli təhsilin və rusdilli dövri nəşrlərin tam şəkildə saxlanıldığını demək kifayətdir. Bu, qonşularla münasibətlərin inkişaf göstəricilərindən biridir”.

Anatoli Torkunov vurğulayıb ki, rəhbərlik etdiyi institutda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin MDBMİ-nin fəxri doktoru olması ilə çox fəxr edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy kitabın müəllifini təbrik edərək, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. M.Şvıdkoy Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.

Kitabın müəllifi Elmira Axundova onun işinə yüksək qiymət verən natiqlərə minnətdarlığını bildirib. E.Axundova deyib: “Sizin xoş sözlərinizi ölkəmə və Prezidentimizə sevgi kimi dəyərləndirirəm”. Müəllif vurğulayıb ki, kitab rus auditoriyası üçün nəzərdə tutulub. Kitabda Azərbaycan oxucularına tanış olan çoxlu fakt var. Eyni zamanda, bu faktlar xarici auditoriya üçün də maraqlı ola bilər. E.Axundova deyib ki, xarici naşirlər də kitaba maraq göstərir və yaxın gələcəkdə o, digər dillərdə nəşr olunacaq. Müəllif, həmçinin vurğulayıb ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Moskvada keçirilən “Beynəlxalq İntellektual Ədəbiyyat” sərgisində “Politiçeskaya ensiklopediya” nəşriyyatının “İlin ən yaxşı nəşri” nominasiyasının qalibi olub.

Qeyd edək ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilib. Kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasətçisi İlham Əliyevin uğur fenomenini təhlil edir. Açıq mənbələrdən olan sənədlərin, müəllifin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin əhatəsindəki insanlardan götürdüyü nadir müsahibələrin istifadə olunduğu kitabda Azərbaycan Prezidenti haqqında faktlar, hadisələr və geniş məlumat təqdim edilir.

İLHAM ƏLİYEV HAQQINDA KİTABLARIN TƏQDİMATI

Mayın 15-də “Həyat reycensi-Naxçıvan” mehmanxanasında ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini İlham Əliyev haqqında üçcildliyin təqdimat mərasimi olmuşdur.

“İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” adlı birinci kitab 1999-cu ildə, “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur” və “İlham Əliyev: mən istənilən səviyyədə, istənilən mübarizəyə hazıram” kitabları isə 2001-ci ildə çapdan çıxmışdır.

Təqdimat mərasimini Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı açaraq bildirdi ki, Ana Vətən Partiyasının sədri, parlamentin deputatı Fəzail Ağamalının təşəbbüsü ilə tərtib edilmiş bu kitablarda İlham Əliyevin çıxışları, müsahibələri, onun haqqında yazılar verilmişdir.

Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, parlamentin insan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli, Dövlət Neft Şirkətinin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov, Milli Məclisin deputatları – Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Dövlət Teleradio Şirkətinin sədri Nizami Xudiyev, AMEA-nın müxbir üzvləri Asəf Hacıyev, Nizami Cəfərov, habelə MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış etdilər.

Natiqlər bildirdilər ki, Prezident Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın həyatının bütün sahələrində əldə olunmuş uğurların bir daha vurğulandığı üçcildlikdə Azərbaycanın müasir ictimai-siyasi və iqtisadi həyatında öz yeri, öz dəst-xətti və böyük nüfuzu olan İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyəti geniş əksini tapmışdır.

Bu kitablarda oxucular Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, Avropa Şurasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan idmanının şöhrətinin ucaldılmasında İlham Əliyevin geniş fəaliyyətindən bəhs edən materiallarla tanış ola biləcəklər.

Çıxış edənlər vurğuladılar ki, İlham Əliyev dərin siyasi intellekti, yüksək mənəvi keyfiyyətləri, hadisələrə cəsarətli və obyektiv baxışları ilə seçilən, cəmiyyətdə özünü təsdiqləmiş siyasi xadim, Azərbaycan gənclərinin lideridir. O, Milli Məclisə keçirilən sonuncu seçkilərdə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına uğurla rəhbərlik etmiş və bu partiya parlamentdə yerlərin böyük əksəriyyətini qazanmışdır.

Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının şöbə müdirləri, deputatlar, nazirlər və digər rəsmi şəxslər iştirak edirdilər.

Comments are closed, but trackbacks and pingbacks are open.