Press "Enter" to skip to content

İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib – YENİLƏNİB – FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

İlham Əliyev – İncə Dərəsi

Füsünkar təbiətə malik Azərbaycanın coşub çağlayan çayları, laləli düzləri, sıldırımlı qayaları bu məkanın sirli, qaynar, möcüzələrlə dolu gözəlliyindən danışır. Ölkəmizin istənilən məkanında bu gözəlliyi duymamaq mümkün deyil. Hər bir yaradıcı şəxs Tanrının bizlərə bəxş etdiyi nadir gözəlliyi fərqli boyalarla əks etdirərək, Azərbaycan torpağının zənginliyi içində boya-başa çatan insanların mənəvi-əxlaqi dəyərlərini, adət-ənənələrini bədiiləşdirərək nəzmə çəkir, nəsrə çevirirlər. Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı “İncə dərəsi” romanında da Azərbaycan təbiətinin gözəlliyi, Boz dağın ətəyində yerləşən Çayqovuşan meşələrindən Ulu Tanrının heç nəyi əsirgəmədiyi bədii təsvir vasitələrinin köməyi ilə qələmə alınmışdır. “Göz oxşayan mənzərələr”, “aramsız yağan yağışların yaratdığı cığırlar” Azərbaycan təbiəti ilə bağlı təsəvvürləri daha da genişləndirir. Müəllif məhz belə bir təbiətin qoynunda yaşayan insanların cəmiyyətdə öz əməli fəaliyyəti, şəxsi keyfiyyətləri ilə seçildiyini yaratdığı obrazların timsalında ifadə edə bilmişdir. Müəllif romanda qəhrəmanlarının keçdiyi yolu, onların arzu və düşüncələrini, xəyallarını ifadə etməklə yanaşı, təzadlı, ziddiyyətli zamanda rast gəldikləri çətinlikləri də oxuculara təqdim edir. Onun özünəməxsus düşüncə tərzinə malik olan qəhrəmanlarına həssaslıqla yanaşması, hər fərdin insani tərəflərini, mənfi və müsbət cəhətlərini üzə çıxarması oxucuda hər bir obraza qarşı maraq hissini artırır. Bu onun güclü müşahidələrinin nəticəsidir ki, qəhrəmanlarının dolğun portretini yaratmağa müvəffəq olur. Heç şübhəsiz ki, yüksək bədii təsir gücü ilə tarixi keçmişimizə boylanır. Belə ki, müxtəlif xalqların nümayəndələrini romanda canlandıraraq, Azərbaycan xalqının tarixini, mədəniyyət və adət-ənənələrini diqqətə çəkir və öz məqsədini gerçəkləşdirməyə nail olur. Elə romanın əvvəlində yazıçı tarixi mənbələrdən, daş kitabələrdən bizə gəlib çatan bir faktı belə qələmə alır: “1254-cü ildə Fransiskanlar təriqətindən olan katolik rahib Vilyam Rubkov Şamaxıya gəlmiş, 5 il burada qalmış və bu yerləri qarış-qarış gəzmişdir. Parisə qayıdan Vilyam Rubkov qələmə aldığı kitabında Azərbaycan xalqının adət-ənənələrini, mədəniyyətini, meşəsini, təbiətini ifadə etmişdi”. Bununla yanaşı, İlham Əliyev Azərbaycanda tanınmış səyyahların, iş adamlarının olduğunu da xatırladır. Qərhəmanı Mətinin dili ilə ifadə olunan fikirlərin arxasında müəllifin torpağına olan sevgisinin böyüklüyü hiss olunur. Ayazın Amandinaya qarşı kişiyana hərəkətləri romanda səmimi, obrazlı şəkildə öz əksin tapmışdır.

Yükləməyə Keç [2,35 Mb] [ : 788] –>

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib – YENİLƏNİB – FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, yazıçı, əməkdar jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimat mərasimi keçirilib. “Report”un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, nazirlər, deputatlar, universitet rektorları, baş redaktorlar, iştirak edirlər. Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Qeyd olunub ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir. Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir. “Müstəqil Azərbaycan müxtəlif xarakterli risklərdən uğurla yayına bilir. Hazırda ölkədə bütün dünyanın qibtə etdiyi multikultural mühit yaranıb ki, bunun da əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Bu kitab Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında mühüm rol oynayacaq” – A.Əlizadə vurğulayıb. Azərbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, kitab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir: “Nəşr gələcək araşdırmalar üçün çox etibarlı mənbə hesab edilə bilər. Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional, qlobal inkişafa yönəlir”. Kitabın müəllifi, deputat Elmira Axundova qeyd edib ki, çoxillik müşahidələrinin məntiqi sonluğu kimi bu kitabı yazmağa qərar verib: “Əsas məqsəd Azərbaycan və onun rəhbəri haqqında daha geniş auditoriyaya, xüsusən də xarici oxuculara məlumat verməkdir. Rusiyanın ən böyük nəşriyyatlarından biri bu kitabın çapına razılıq verdi və bu kitabı böyük tirajla çap edərək Rusiya şəhərlərində yayırlar. Moskvada beynəlxalq intellektual ədəbiyyat sərgisi keçirilib və bu kitab nəşriyyatın ən yaxşı kitabı kimi dəyərləndirilib. Bir neçə xarici nəşriyyat artıq bu kitabla maraqlanır”. Tədbirdə digər çıxış edən deputatlar Musa Qasımlı, Mixail Zabelin, Rasim Musabəyov kitab haqqında fikirlərini bölüşüblər.

Prezident İlham Əliyev haqqında yeni kitab

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlərboyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Niyə görə? Çünki taleyimiz öz əlimizdədir.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 75-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Bakının Sabunçu rayonunda 311 saylı tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışından götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri zamanı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının, həmin iclasda Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavabının mətnləri daxil edilib. Nəşrdə dövlətimizin başçısının ölkəmizə rəsmi səfər etmiş Ukrayna və İran prezidentləri ilə keçirdiyi görüşlər, habelə imzalanan sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatlarla çıxışları haqqında informasiyalar, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə çıxışlarının mətnləri, üç ölkənin liderlərinin görüşü barədə materiallar toplanıb.

Çoxcildliyin 75-ci kitabında, həmçinin Prezident İlham Əliyevin Türkiyə, İsveçrə, İtaliya, ABŞ və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Parlamentinin, Qaz İxrac edən Ölkələrin Forumunun, Ümumdünya Yəhudi Konqresinin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə söylədiyi nitqin, Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına müraciətinin, Olimpiadada yarışacaq idmançılarla görüşündə çıxışının mətnləri ilə tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Qəbələ, İsmayıllı, Masallı, Biləsuvar, Salyan, Xaçmaz, Qusar rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur obyektlərinin, yeni məktəb və körpələr evi-uşaq bağçaları binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi nitqlərin mətnləri, respublika paytaxtındakı orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı, yeni tədris korpuslarının açılışında iştirakı haqqında informasiyalar da yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 75-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.