Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Ilham liyev multikulturalizmin azrbaycan modeli haqqında seçilmiş fikirlr

Dekabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri ADU-nun rektoru, akademik Kamal Abdulla giriş sözü ilə açaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmlədir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.

Kamal Abdulla qeyd edib ki, italyan, ispan və fransız dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Kitabda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab ilk dəfə 2017-ci ildə Azərbaycan, rus və ingilis dilində çap edilib.

BBMM-in İcraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib.

Rəvan Həsənov qeyd edib ki, kitabın nəşrinin əsas məqsədi Azərbaycan mutukulturalizm modelini dunyanın aparıcı dillərində xarici ölkələrdə təbliğ etmək və bu modelin siyasi əsaslarını göstərməkdir. Bu kitab həm mərkəzin, həm də ölkəmizdə olan müxtəlif qurumların Azərbaycan multikulturalizmi və tolerantlıgı, mədəni və dini müxtəlifliyi haqqında bir yol xəritəsidir. Kitab ölkəmizdə olan xarici diplomatik nümayəndəliklərə, eləcə də xarici ölkələrdə olan ali təhsil ocaqlarına və siyasi dairələrə mərkəz tərəfindən çatdırılıb və ilkin rəylər yüksək səviyyədədi.r

Sonra İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri, Dini Qurumlara İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri çıxış edərək bildiirblər ki, Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq dövlətimizin multikulturalizm mərkəzlərindən biri kimi yüksək imicin qazanmasına səbəb olub.

Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında. – Foto

Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının ADU-da və respublikada təqdimatına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Axar.az xəbər verir ki, beş yüz iyirmi səkkiz səhifədən ibarət kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, ADU-nun rektoru, akademik Kamal Abdulla, Azərtac-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-nin şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019 -cu ildə ispan,italyan və fransız dilllərində nəşr edilən “AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ HAQQINDA” kitabının PDF variantı

Oxşar Paylaşımlar

Ingiloyların Maddi Mədəniyyəti

  • 1274 Oxunma
  • 01-01-2019

Bir Xalçanın Rəngləriyik

  • 1076 Oxunma
  • 01-01-2007

Milli Azlıqların Hüquqları: Beynəlxalq Aktlar Və Gürcüstan Qanunvericiliyi

  • 1095 Oxunma
  • 01-01-2008

Bir Xalçanın İlmələri

  • 1280 Oxunma
  • 01-01-2008

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru

  • 1096 Oxunma
  • 01-01-2010

Azərbaycan Multikulturalizminin Ədəbi-Bədii Qaynaqları

  • 1268 Oxunma
  • 01-01-2015

QAYNAR XƏTT: (+99412) 505 51 07

BİZİ İZLƏYİN

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir.”

Son Paylaşımlar

İslamofobiya nədir?

  • 8 Oxunma

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə film

  • 20 Oxunma

Purimi dini bayramı qeyd edilib

  • 18 Oxunma

Mərkəzin icraçı direktoru Rəvan Həsənovun ABŞ-a səfəri çərçivəsində görüşlər keçirilib

  • 90 Oxunma

Azərbaycan nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri davam edir

  • 125 Oxunma

Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ABŞ-da səfərdədir

  • 148 Oxunma

Comments are closed, but trackbacks and pingbacks are open.