Tilavət səcdəsi
Necə ki, İsa həvarilərinə həmin gecə demişdi: yatmayın, mənimlə olun. Amma onlar söz versələr də, hərəsi bir yerə dağılışdı. Bu, İsa Məsih üçün böyük zərbə oldu.
Ili olmayan bir şeyə necə istinad edim
Məqalələr Hədislər Əməllər niyyətlərə görədir və Dində olmayan bir şeyi dinə əlavə etmək
BİRİNCİ HƏDİS
Əməllər niyyətlərə görədir…
Ömər ibn Xəttab t deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir»[1]. Buxari və Müslim. İKİNCİ HƏDİS
Dində olmayan bir şeyi dinə əlavə etmək
Aişə t Peyğəmbərin r belə dediyini rəvayət edir: «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar»[2]. Digər rəvayətdə isə deyilir: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar»[3]. Buxari və Müslim rəvayət etmişlər. Hədislərin şərhini oxuyun…>>> Bu iki əzəmətli hədis dinin bütün sahələrini, vacib və müstəhəb, zahiri və batini məsələlərini əhatə edir. Ömərin hədisi batini, Aişənin hədisi isə zahiri əməllər üçün tərəzidir.
Hər iki hədisdə, zahiri və batini söz və əməllərin qəbul olması üçün şərt hesab olunan, ibadət olunana ixlas və Peyğəmbərə s.a.v. itaət etmək göstərilir. Məqbul əməl, Peyğəmbərə s.a.v. itaət edərək Allah üçün ixlaslı edilən əməldir. Edilən əməl deyilən iki şərtdən, yaxud birindən xali olarsa həmin əməl məqbul sayılmaz və uca Allahın bu ayəsinə daxil olar: «Onların etdikləri hər hansı bir əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik!» (əl-Furqan: 23).
Deyilən iki şərtə əməl edən kimsə isə bu ayələrin əhatəsinə daxildir: «Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən … şəxsdən din etibarilə daha gözəl kim ola bilər?…» (ən-Nisa: 125).
«(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər» (əl-Bəqərə: 112).
Niyyət isə Allaha yaxınlaşmaq, Onun rizasını və savabını qazanmaq üçün edəcəyin əmələ yönəlməkdir. Buraya əməlin özü və əməli kimin üçün edirsənsə onun üçün edilən niyyət daxildir.
Əməlin özü üçün edilən niyyət dedikdə, təharətin bütün növləri, namaz, zəkat, oruc, həcc və istənilən başqa ibadət niyyət edilmədən düzgün olmaz. Belə ki, insan icra edəcəyi müəyyən ibadətə niyyət etməlidir. Əgər ediləcək ibadətin müxtəlif növləri varsa, məsələn namaz kimi. Bəzi namazlar fərz, bəziləri xüsusi nafilə, bəziləri isə ümumi nafilədir. Ümumi nafilə namazlar üçün namaz niyyəti etmək kifayətdir. Amma fərz (zöhr, əsr, məğrib və s.) və ya (vitr, fərz namazlardan öncə və ya sonra qılınan ratibə sünnətlər kimi) xüsusi nafilə namazlarda, namaz niyyəti ilə yanaşı müəyyən edilmiş ibadət üçün də niyyət edilməlidir. Bu qayda bütün ibadətlərə aiddir.
Həmçinin ibadəti adətdən fərqləndirmək lazımdır. Məsələn, çimmək sərinlənmək və təmizlənmək üçün ola bilər. Həmçinin cənabətdən pak olmaq, meyit yuduqdan sonra və ya cümə namazı qılmaq və s. üçün ola bilər. Belə halda insan cənabətdən təmizlənməyi, yaxud deyilən müstəhəb qüslü niyyət etməlidir. Həmçinin insan zəkat, kəffarə, nəzir, könüllü sədəqə və ya hədiyyə olaraq pul versin. Bütün bunların ölçüsü niyyətdir.
Alış-veriş işlərində hiylə işlətmək də buraya daxildir. Ola bilər ki, zahiri baxımdan doğru hesab olunan alış-veriş işi görən insan, əslində sələmçiliyə yetişmək, yaxud kiminsə haqqını yemək və ya haram işə qovuşmaq üçün çalışsın. Burada ölçü, əməlin zahiri yox, həmin adamın niyyəti və qəsdidir. Çünki əməllər niyyətlərə görədir. Belə hallar, danışılmış işə nəzərdə tutulmayan, yaxud sövdələşməyə, ona aid olmayan şərti əlavə etməklə ola bilər. Bunları Şeyxülislam demişdir.
Həmçinin uca Allah rici talaq və vəsiyyət edən kimsənin bununla başqasına zərər vurmamağı məqsəd etməməyi şərt qoymuşdur.
Bura, insanın məqsədinə çatması üçün istifadə etdiyi bütün vasitələr daxildir. Çünki yaxşı və ya pis məqsədə aid olan hökmlər, vasitələrə də aiddir. Allah, yaxşı iş sahibini pis iş sahibindən fərqləndirir.
Əməli kimin üçün edirsənsə onun üçün edilən niyyətə gəldikdə bu, bəndənin icra etdiyi və ya çəkindiyi sözlü və ya feli işlərində Allah üçün ixlaslı olmasıdır. Uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha — dini yalnız Ona məxsus edərək ibadət etsinlər…» (əl-Bəyyinə: 5). «Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur…» (əz-Zumər: 3).
Demək bəndə bütün işlərini ümumi mənada əhatə edən niyyət etməli və bu əməlləri sırf Allah xətrinə, Ona yaxınlaşmaq, savab qazanmaq, Onun mükafatına qovuşmaq və əzabından qurtulmaq üçün edəcəyini məqsəd etməlidir. Daha sonra bu niyyətini hər bir əməlində, sözündə və bütün işlərində büruzə verməlidir. Bununla yanaşı həmin işlərində ixlaslı olmağa və onu təkmilləşdirməyə və ona zidd olan hər bir amildən: riyadan, təkəbbürlülükdən, insanların tərifini qazanmaqdan, onların alqışlarını güdməkdən və s. bu kimi hallardan — uzaq durmağa çalışmalıdır. Belə hal baş verdikdə bəndə bunu əməlinin məqsədinə, muradına çevirməməlidir. Əksinə, həmin işi görməkdə bəndənin məqsədi və amalı Allahın rizası, heç bir məxluqa fikir vermədən, onların xeyrini və ya mədhini istəmədən, yalnız Onun savabını qazanmaq olmalıdır. Əgər deyilən hallar bəndə tərəfindən istəmədən baş verərsə, ona heç bir zərər gətirməz. Əksinə, bu möminin vaxtından əvvəl müjdəsi ola bilər.
Peyğəmbərin (s.a.v.) «Doğrudan da əməllər niyyətlərə görədir…» sözünün mənası o deməkdir ki, əməllər niyyətsiz hasil olmur, baş vermir. Əməllər niyyətlə bağlıdır. Sonra Peyğəmbər (s.a.v.) deyir: «Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır…». Yəni, əməllərin məqbul və ya puç, kamil və ya naqis olması bəndənin niyyətindən asılıdır. Kim xeyirli iş görməyə niyyət edib, məqsədi ali məqama yetişmək: Allaha yaxınlaşmaq olarsa onun üçün kamil savab və tam mükafat hasil olar. Kimin niyyəti və qəsdi naqis olarsa, savabı da naqis olar. Kimin niyyəti bu ali məqama deyil digər tərəfə yönələrsə o adam xeyirdən məhrum olar və məramına çevirdiyi səviyyəsiz və naqis işləri əldə edər.
Buna görə Peyğəmbər (s.a.v.) bütün işlərin müqayisə olunacağı bir məsəl çəkərək deyir: «Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır…». Yəni, insan niyyət etdiyinə nail olar və etdiyinin mükafatını Allah verər. «Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir».
Dünya məqsədlərinə nail olmağı qeyd etdikdən sonra, qadın adının xüsusi şəkildə qeyd olunmasına səbəb, bütün bunların (deyilən ali məqsəd qarşısında) aşağı və faydasız olduğunu bildirməkdir.
Həmçinin Peyğəmbərdən (s.a.v.) şücaətini göstərmək, yaxud ad-san qazanmaq, yaxud döyüş meydanında özünü göstərmək üçün döyüşənlərdən hansının Allah yolunda olduğunu soruşduqda demişdir: «Allah yolunda döyüşən, Allahın adını uca tutmaq üçün döyüşən kimsədir»[4].
Uca Allah, verilən sədəqənin niyyətlərə görə fərqli olması barədə buyurur: «Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər…» əl-Bəqərə: 265.
«Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz)…» Ən-Nisa: 38.
Bütün əməllər də belədir.
İşi görən kimsənin qəlbindəki iman və ixlas səviyyəsinə görə onun etdiyi əməllər də bir-birindən üstün olur, savabı fərqlənir. Hətta sadiq niyyət sahibi olan kimsə əməli etməsə də onu etmiş kimi savab qazanır. Ələlxüsus bu sahədə bacardığını edən kimsə. Uca Allah buyurur: «…Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər!…» Ən-Nisa: 100.
Buxarinin “əs-Səhih” əsərində Peyğəmbərə (s.a.v.) nisbət olunan hədisdə deyilir: «Bəndə xəstələndikdə və ya səfərə çıxdıqda, sağlam və evində olarkən etdiyi əməllərin savabı onun üçün yazılar»[5]. «Mədinə şəhərində elə adamlar vardır ki, sizin qət etdiyiniz və keçdiyiniz hər vadidə onlar da (niyyətləri, qəlbləri və savab qazanmaları baxımından) — sizinlədirlər. Lakin üzrlü səbəblər onları saxlamışdır»[6]. Bəndə xeyirli iş görməyə niyyət edib, sonra həmin işi görə bilmədikdə niyyəti və əzminə görə ona tam savab yazılar.
Məxluqata mal-dövlət, söz və əməl ilə yaxşılıq etmək Allah yanında xeyirxahlıq və savab sayılır. Lakin niyyət ilə bu əməlin savabı daha da çoxalır. Uca Allah buyurur: «Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir…» (Nisa: 114).
Yəni, onun gördüyü bu iş xeyir sayılır. Daha sonra uca Allah buyurur: «…Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!» (Nisa: 114). Demək ayədə bu işi Allah rizası üçün görənə daha böyük savab vəd edilir. Buxarinin “əs-Səhih” əsərində Peyğəmbərə (s.a.v.) istinadən deyilir: «Kim insanların malını alıb qaytarmaq istəyərsə, Allah onun əvəzinə onu qaytarar. İnsanların malını alıb batırmaq istəyəni, Allah (ya bu dünyada, ya da axirətdə əzaba) batırar»[7].
Baxın görün, yaxşı niyyət ruzinin bolluğuna və Allahın həmin insanın borcunun əvəzini verməsinə necə səbəb olur. Pis niyyət isə ruzinin və borc sahibinin tələf olmasına səbəb olur.
Niyyət həmçinin mübah və ümumiyyətlə bütün dünya işlərində keçərlidir. O kimsə ki, qazancında, dünyəvi və adi işlərində məqsədi bununla Allahın haqqını ödəmək, boynuna düşən vacib və müstəhəb əməlləri yerinə yetirmək olar, sonra bu gözəl niyyəti yeməyində, içməyində, yatmağında, istirahətində və müxtəlif qazanc işlərində təcəlli edərsə onun adətə görə etdiyi işlər ibadətə çevrilər. Allah belə bəndənin işlərinə bərəkət verər, onun üçün ağılı kəsməyən yerdən xeyir və ruzi qapıları açar. Kim cahilliyi və səhlənkarlığı ucbatından bu gözəl niyyəti əldən verərsə, sonra özündən başqasını qınamasın. Buxarinin “əs-Səhih” əsərində Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət olunur: «Sən Allah üçün etdiyin hər bir işə görə savab qazanarsan, hətta arvadına yedizdirdiyin bir tikəyə görə»[8].
Bununla da bəlli olur ki, bu hədis bütün xeyirli işləri əhatə edən bir hədisdir. Nəfsinin nicat tapmasını və faydalanmasını istəyən hər bir mömin bu hədisin mənasını başa düşməlidir. Bu hədisə əməl etmək istəyi isə hər halda və hər vaxtda onun gözü önündə olmalıdır.
Aişənin (A.r.o.) hədisinə gəlincə oradakı, «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar». Digər rəvayətdə isə: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar» — sözləri həm ifadəsinə həm də məfhumuna görə müəyyən məna kəsb edir.
Hədisin ifadə baxımından kəsb etdiyi mənaya görə, quran və sünnədə heç bir əsası olmadan dinə əlavə edilmiş hər bidət, tutaq ki, istər cəhmiyyəlilər, rafizilər, mötəzililər və başqa fəlsəfi bidətlər, yaxud Allahın və Peyğəmbərinin əmr etmədiyi ibadətlərlə Allaha ibadət olunan feli bidətlər olsun, — bütün bunlar onu ixtira edənin özünə qalır. Belə əməl sahibləri etdikləri bidətdən və dindən nə qədər uzaq düşmələrindən asılı olaraq məzəmmət olunurlar. Kim Allah və rəsulunun demədiyi bir şeyi Onun adından deyər, yaxud Allah və rəsulunun icazə vermədiyi bir şeylə ibadət edərsə o bidətçidir. Kim mübah olanları haram edər, yaxud şəriətdən olmayan işlərlə ibadət edərsə o kəs bidətçidir.
Hədisin məfhumuna görə, kim Allah və rəsulunun əmr etdiyi bir işi, deyək ki, doğru etiqadla və saleh əməllərlə Allaha ibadət etmək və bu kimi işlər görərsə onun əməli məqbul, çalışqanlığı xoş olar.
Həmçinin hədisdən görsənir ki, şəriətdə qadağan olunmuş şəkildə edilən ibadət düzgün sayılmır. Çünki bu iş şəriət sahibi tərəfindən əmr olunmamışdır. Bir işin qadağan olunması onun fəsadlı olması deməkdir. Şəriətin qadağan etdiyi hər bir müqavilə ləğv edilmiş və etibarsız sayılır. [1] Buxari: Bədul Vəhy ? 1. Müslim: İmarə ? 1907. Tirmizi: Fədailul Cihad. ? 1647. Nəsai: Təharət ? 75. Əbu Davud: Talaq ? 2201. İbn Macə: Zühd ? 4227. Əhməd: 1, 43.
[2] Buxari: Sülh ? 2550. Müslim: əl-Əqdiyə ? 1718. Əbu Davud: əs-Sünnə: ? 4606. İbn Macə: əl-Müqəddimə 14. Əhməd: 6, 270.
[3] Müslim: əl-Əqdiyə ? 1718. Əhməd: 6, 146.
[4] Buxari: ? 123. Müslim: ? 1904. Tirmizi: ? 1646. Nəsai: ? 3136. Əbu Davud: ? 2517. İbn Macə: ? 2783. Əhməd: 4, 417.
[5] Buxari: ? 2834. Əbu Davud: ? 3091. Əhməd: 4/ 410.
[6] Buxari: ? 4161. İbn Macə: ? 2764.
[7] Buxari: ? 2257. İbn Macə: ? 2411. Əhməd: 2/ 417.
[8] Buxari: ? 1234. Müslim: ? 1628. Tirmizi: ? 2116. Əbu Davud: ? 2864. Əhməd: 1/ 176. Malik: ? 1495. Darimi: 3196.
Tarix: 02.07.2008 | Oxunma sayı: 3. 420 baxış
Axtar
İslamevi Sosial Şəbəkələrdə
“Ramazan və İftar saatı” – Radio verilişi
73 gün sonra qurtaran həsrət..
(video) | Mədinə
Qurani Kərimin mənaca tərcüməsi
Namaz Vaxtları
YENİ DƏRSLƏR
Sonuncu videomuz
Kəbə’ni canlı izlə (Məkkə şəhəri)
Ən çox baxılanlar
- Namazın vaxtları – 126. 778 baxış
- SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 100. 140 baxış
- AXŞAM ZİKRLӘRİ – 59. 985 baxış
- MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 43. 643 baxış
- YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 42. 452 baxış
Təsadüfi yazılar
- Allaha və elçisinə itaət
- Namaz
- Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) başqalarına salavat söyləmək.
Tilavət səcdəsi
Sual: Səcdə ayələri hansı surələrdədir?
CAVAB
Aşağıdakı surələrdədir. Yanlarında ayət nömrələri də bildirilmişdir:
Əraf 206
Rad 15
Nəhl 49
İsra 107
Məryəm 58
Həcc 18
Furqan 60
Nəml 25
Səcdə 15
Sad 24
Fussilət 37
Nəcm 62
İnşiqaq 21
Ələq 19
Sual: Tilavət səcdəsi nədir, nə vaxt və necə edilir?
CAVAB
Asan anlaşılması üçün maddələr şəklində bildirək:
1- Tilavət, Quran oxumaq deməkdir. Səcdə ayəsi oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir.
2- Namaz qılmağı fərz olan bir kəs, Qurani-kərimdə olan 14 yerdəki səcdə ayəsindən birini oxusa və ya eşitsə, mənasını anlamasa belə bir səcdə etməsi vacibdir.
3- Tilavət səcdəsi etmək üçün niyyət edilir. Niyyət şərtdir. Niyyətsiz səhih olmaz. Dəstəmazlı olaraq, qibləyə qarşı ayaq üstə durub, əllərini qulaqlara qaldırmadan, Allahü əkbər deyib səcdəyə gedilir. Səcdədə üç dəfə Sübhanə rabbiyəl-əalə deyib, sonra, Allahü əkbər deyib, ayağa qalxar. Bələcə səcdəyi-tilavət tamam olur.
4- Səcdə ayəsinin səcdəsini edər. Ancaq heyzliyə və nifaslıya [doğuşdan sonrakı qan] təmizləndikdən sonra da tilavət səcdəsi lazım gəlməz.
5- Bir oturuşda bir səcdə ayəsini bir neçə dəfə oxuyan və eşidən hamısı üçün bir səcdə edər.
6- Bir oturuşda nə qədər səcdə ayəsi oxunmuşsa, o qədər tilavət səcdəsi lazımdır. Məsələn, üç səcdə ayəsi oxunarsa, üç səcdə lazımdır.
7- Namaz qılarkən, kənardan birinin oxuduğu səcdə ayəsini eşidən, namazdan sonra tilavət səcdəsi edər.
8- Namazda oxuyarsa, tez ayrıca rükü və ya bir səcdəyə gedib ayağa qalxar. Oxumasına davam edər. Səcdə ayəsini oxuduqdan iki üç ayə sonra namazda rükuya gedərsə və tilavət səcdəsinə niyyət edərsə, namazın rüku və ya səcdələri, tilavət səcdəsi yerinə keçər.
9- Səcdəyi-tilavətin qəzası təcili deyildir. Gecikərsə günah olmaz. Ancaq səbəbsiz, zərurətsiz təxir etmək tənzihən məkruhdur.
10- Səcdə ayəsini mübah vaxtda oxuyub, namaz qılmaq məkruh olan üç vaxtda tilavət səcdəsi etmək caiz deyildir. Səcdə ayəsi məkruh vaxtda oxunarsa, bu vaxtda səcdə etmək caiz deyən alimlər olduğu kimi məkruh deyən alimlər də var. Məkruh olmayan vaxta təxir edilərsə, bütün alimlərə tabe olunmuş olar. (Hindiyyə)
11- Qurani-kərim oxunan yerdə olduğu halda eşitməyən səcdə etməz.
12- Səcdə ayəsini yazan və hecalayan səcdə etməz.
13- Bir necə nəfərdən hər biri səcdə ayəsindən bir neçə kəlimə oxusalar, bunu eşidənlərə tilavət səcdəsi etmək lazım gəlməz. Çünki, səcdə ayəsini bir nəfər oxuyarsa, bunu eşidənlərin səcdə etməsi vacib olur.
Bir neçə nəfərin oxudugu kəlimələr toplanaraq, bir nəfərin bütün ayəsi oxumuş kimi sayılmaz. Çünki, Qurani-kərimi oxumaq üçün heç kim başqasının yerinə vəkil ola bilməz. (Dürr-ül-muxdar)
14- Səcdə ayəsinin tərcüməsini oxuyan və ya eşidən bunun səcdə ayəsi olduğunu anlayarsa, səcdə edər.
15- Nə etdiyini anlayacaq yaşda olan uşağın oxuması ilə, eşidənlərin səcdə etməsi lazımdır. Daha kiçik yaşda isə lazım gəlməz.
16- Ara-sıra dəli olan, dəli ikən səcdə ayəsini oxuyarsa, səcdə lazım gəlməz. Ağıllı ikən oxuyarsa lazımdır.
17- Dağdan, çöldən və bir yerdən əks edib, yansıyıb geri gələn sədanı eşidən, tutuquşudan və ya başqa quşdan eşidən səcdə etməz. İnsan səsi olması lazımdır. (Dürr-ül-müntəka)
18- Radiodan eşidilən səs hafizin səsinə bənzəyən cansız alət səsidir. Bunun üçün fonoqrafda [qromofonda, maqnitofonda, radioda, tv-də və bənzəri vasitələrdə] oxunan səcdə ayəsini eşidən tilavət səcdəsi etməz. (Məzahibi ərbəa)
Almalılı Hamdi Yazır Araf surəsinin 204-cü ayəsinin təfsirində deyir ki:
Qiraət, bir ixtiyari işdir ki, ağıllı və danışa bilən bir insanın ağzından çıxanı anlamağa ve anlatmağa yönəlmiş, məqsədyönlü səsli olaraq oxumağa deyilir. Ağıllı olmayandan və cansız varlıqlardan çıxan səslərə qiraət deyiləməyəcəyi kimi, əks-sədadan, səsin titrəməsindən meydana gələn şeyə də qiraət deyilməz. Buna görədir ki, fakihlər bir qiraətin titrəməsindən hasil olan sədaya qiraət və tilavət hökmünün şamil olunmayacağını və məsələn, tilavət səcdəsi lazım gəlməyəcəyini bəyan etmişdirlər. Bir kitabı səssiz oxumağa qiraət deyilməyəcəyi kimi, çalan, səda salan bir səsi dinləmək də qiraət deyildir, bir cingilti dinləməkdir. Quran-oxuyanın səsini əks etdirən qromofondan [maqnitofondan] və ya radiodan gələn səsə də qiraət deyilməz. Bunun kimi səslər bir qiraət deyil, bir qiraətin yansıması və əksidir. Bunlara dinləmə və susma əmrinin hökmü şamil olunmaz. (s.2361)
19- Kafirin oxuduğunu eşidən müsəlmanların səcdə etməsi vacib olur.
20- İmam Nəsəfi, Kafi kitabında buyurur ki:
Sıxıntıdan qurtulmaq üçün Allahü təalaya qəlbdən yalvararaq 14 səcdə ayəsini [əzbərdən, ayaq üstə] oxuyub hər birindən sonra həmin səcdə edəni Allahü təala o dərd və bəladan qoruyar. (Dürr-ül-muxtar, Nur-ül-izah)
Son səcdədən qalxınca, ayaq üstə əllərini uzadıb, özünün və bütün müsəlmanların dünya və dinlərinə gələn bəladan, sıxıntıdan qurtulmaları, qorunmaları üçün dua etmək lazımdır.
21- Səcdə ayəsi üç məkruh vaxtda oxunarsa, tilavət səcdəsini bu vaxtlarda etmək bir qəvlə görə caiz isə də, məkruh olmayan vaxta təxir etmək daha yaxşıdır. (Dürər, Tahtavi)
Ən Son Yenilənənlər
Cümə günü və gecəsi nə oxunmalıdır..
Xəstəyə qan vermək..
Ən uca elm həddini bilməkdir..
Hirsini məğlub etmək..
Gözəl əxlaq..
Ən Son Əlavə Olunanlar
Cümə günü və gecəsi nə oxunmalıdır..
Xəstəyə qan vermək..
Ən uca elm həddini bilməkdir..
Gözəl əxlaq..
Nemətlər nə zaman artar..
Mövzulara hər gün yeni sual və cavablar əlavə olunmaqdadır
Son yenilənmə:
Texniki problemlər ilə əlaqədar [email protected] ünvanına yaza bilərsiniz
© Copyright © 2022. Bütün huquqlar qorunur
В корзине: 0 шт.
İnsanın ölüm tarixi təsadüfi olmur – Professordan ölüm və ruhun İZAHI
Ölümsüz, əbədi həyat axtarışında olan yazıçılar, alimlər, filosoflar dəhşətli bir axtarışda idilər. Onlar səhv yoldadırlar.
Əbədi həyat – insan üçün əzabdır, məşəqqətdir. İnsan həyatı əbədi olsa Yer həyatının bitmək bilməyən imtahanları, dərsləri, tənbehləri də bitməz. Ölüm – insana mükafatdır, fasilədir, azadlıqdır. O, yalnız o halda normal deyil ki, qəfil baş verir, qəza ilə olur və insanı inkişafının zirvəsində, güclü, enerjili vaxtında yaxalayır.
Moskvanın məşhur psixoterapevti, tibb elmləri doktoru, yeni art terapiya metodlarının müəllifi Andrey Qnezdilovun həyatın bir hissəsi olan ölüm fraqmentləri barədə maraqlı fikirlərini təqdim edirik.
Ahıl insanlar isə ölümü çox zaman istəyir, gözləyir.
– Qədimdə slavyan kəndlisi artıq işləyə bilmədiyini, daxmasından çıxa bilmədiyini, doğmalarına yük olduğunu görəndə, hamam gedib yuyunar, təmiz ağ köynəyini geyinər, qohum qonşu ilə halallaşıb, vidalaşıb uzanıb sakitcə ölümünü gözləyər, səsləyər və ölərdi də. Onların ölümü indikilər kimi əzablı, əziyyətli deyildi. Çünki o insan ölümü ilə barışırdı. Onlar ölməyə özlərinə icazə verirdilər, könüllü. Çünki mübarizə əbəs idi.
İndi də belə faktlarla qarşılaşıram.
Bizə bir onkoloji xəstə gəlmişdi, hərbçi idi. Zarafatla deyirdi ki, mən 3 müharibə keçmişəm, ölümlə oynamışam, indi onun mənimlə oynamaq növbəsi gəldi.
Bir səhər o yataqdan qalxa bilmədi. Dedi vəssalam, mənə dəyməyin, mənim gücüm qalmadı, ölürəm.
Biz ürək-dirək verirdik ki, bu metastazdır, onurğa və sümüyə verib, bununla belə xəstələr bir neçə il yaşaya bilir. O dedi yox, yox. Mən bilirəm, bu ölümdür. Sonum gəldi.
3 gün ərzində o ölürdü. Halbuki biz həkimlər onda ölmək üçün heç bir fizioloji səbəb görmürdük. Yəni yaşamalıydı. Amma o öldü. Çünki bu iradi seçil idi, qərar idi və necəsə bu sifariş yerinə yetirilirdi.
– Ölüm hələ insan döllənən zaman proqramlaşdırılır. İlk dəfə ölüm dadını insan ana bətnindən çıxanda, doğulanda bir növ hiss edir. Çünki doğum körpənin aylarla öyrəşdiyi bir həyat mənbəyindən ayrılıb, sanki ölməsi idi. Dərindən araşdıranda görürsən ki, asan doğulan insanın ölümü asan , ağır doğulan insanın ölümü ağır olur.
– Ölüm günü, tarixi təsadüfi deyil. Ad günü kimi.
Hələ heç bir müdrik ölüm anında nə baş verdiyini anlamayıb və izahını verə bilməyib.
Mən 10 il Onkoloji institutda psixoterapevt kimi işləyirdim. Bir dəfə gənc xəstə qadın üzərinə çağırıldım. Əməliyyat zamanı onun ürəyi dayanmışdı, uzun müddət işə sala bilmirdilər, o oyananda isə məni çağırdılar ki, psixikasını yoxlayım. Reanimasiyada mən soruşdum. Siz mənimlə danışa bilərsiz?
– Əlbəttə, sizdən üzr istəmək istəyirəm, nə qədər əziyyət etdim.
– Necə yəni. Mənim ürəyim dayandı, mən elə bir stress keçirdim ki. Həkimlər də əl-ayağa düşdü, qorxdular.
– Axı siz narkozdaydız, bunu necə bildiz?
– Doktor, mən sizə çox şey danışaram, amma söz verin ki, məni ruhi xəstə hesab etməyəcəksiz.
Mənim vədimdən sonra o danışdı ki, narkoz yuxusuna gedəndə, hiss edib ki, dabanlarından yumşaq bir zərbə onu daxildə vint kimi fırladıb. Onun ruhu, hissləri çölə çıxır və dumanlı bir sahəyə düşür. Ətrafa baxanda o, həkimlərin onun bədəninə əyilib işlədiyini görür. Birdən səs gəlir, əməliyyatı kəsin, ürək dayandı.
Qadın düşünür ki, ölür və bu vaxt anası, qızı ilə son kəs görüşmədiyi üçün dəhşətli stres keçirir. Bu vaxt onu kürəyindən nəsə itələyir və o, öz mənzilinə düşür. Otaqda qızı, anası, nənəsi var idi. Qapı döyülür, qonşuları gəlir. Bu vaxt uşaq toxunaraq fincanı yerə salıb qırır. Qızı ağlayarkən, nənəsi deyir ki, qab sınmağı xeyirə əlamətdir. Qadın yaxınlaşıb qızının başını sığallayır, ağlama deyir. Qız bir an anasının üzünə baxır, amma sanki onu görməyərək çevrilib gedir. Qadın anlayır ki, otaqdakılar onu görmür. Tez özünü iri güzgünün önünə atır və orda da özünü görmür. Birdə xatırlayır ki, axı o indi xəstəxanada, əməliyyatda olmalıdır. O, tez özünü qapıya atır və əməliyyatxanaya düşür. Bu an anestezioloqun “ürək işə düşdü, əməliyyata davam edə bilərsiz” sözünü eşidir.
Mən diqqətlə qulaq asıb dedim. “İstəyirsizmi, mən indi sizin ünvana gedib, ana, nənənizə hər şeyin yaxşı olduğunu deyim, həm də onları görüşə dəvət edim?
Qadın razılaşdı. Mən ünvana getdim, qapını nənə açdı. Evdə qız, ana, nənə var idi. Mən xəstə, əməliyyat barədə danışıb, sual verdim. Bu gün saat 11-12 arası qonşu Lidiya sizə gəlmişdi?
Qadın dedi hə. Dedim o gələndə uşaq qaçanda masadan fincanı salıb sındırıb?
Ana-nənə gözlərini döyürdü: həkim siz sehrbazsız? Mən detalları danışdıqca qadınlar şoka düşürdü.
Onlara dedim ki, bunları qızınız narkoz yuxusunda görüb. Kliniki ölüm və ya ürəyi dayanmışdı deyə qorxutmadım.
Bununla da o qadının düz danışdığını sübut etdim.
– Biz həkimlər ölüm faktını o halda təsdiq edirik ki, tənəfüs, ürək, beyin dayanır, informasiyanı qəbul etmir. Beyin antendir. Bəs kliniki ölüm zamanı beyin informasiyanı hardan alır? Deməli, bizim bilmədiyimiz, beyindən də güclü nəsə var.Bəlkə də bu həmin ruhdur, bəlkə də psixikadır.
– İnsan necə bir ölüm istəyir?
Biz bunu yaşlı, sağlam, xəstə- çox adamlardan soruşmuşuq. Məlum olub ki, müəyyən xarakterə malik insanlar öz xarakterlərinə uyğun ölüm modeli proqramlaşdırıblar.
Şizoid xarakterlilər – elə ölmək istəyiblər ki, onların cəsədini heç kim görməsin.
Epileptoid xarakterlilər – sakit uzanmaq yox, bu prosesdə aktivlik göstərmək, məsələn hərəkətlər, qaçmaq və ya danışmaq təsəvvür edirlər.
Çikloidlər – doğmaların əhatəsində, öz evində ölmək istəyir.
Təşviş-panik insanlar – öləndə necə görünəcəklərindən narahatdılar.
İstereodlər – gün batanda, təbiətdə və ya dəniz kənarında ölüm arzulayır.
Bir monax isə təbii ki, belə demişdi, mənə fərqi yoxdur mən harda öləcəm, necə olacam. Mənə vacibdir ki, o an dua edib, Allaha təşəkkür edə bilim.
– Ölülərlə şərt kəsirdim.
Təcrübəmdə dəfələrlə ağır xəstələrlə danışıb razılaşırdım ki, öləndən sonra onlar mənə ölümdən sonra həyatın olub-olmaması barədə siqnal, işarət verəcəklər. Mən belə işarətləri bir neçə dəfə almışam.
Bir dəfə xəstə qadınla belə razılaşmışdıq. O, öldü, lakin mən bu barədə unutdum.
Bir gün mən bağ evimdə olanda gördüm ki, otaqda kimsə işığı yandırdı. Elə bildim, kimsə var, ya da özüm unutmuşam. Otağa keçəndə həmin qadının əyləşdiyini gördüm. Mən sevindim, onunla danışdım, hal-əhval tutdum, təxmini 2 dəqiqədən sonra anladım ki, axı deyəsən o ölmüşdü. Bu zaman qorxumdan dilim tutuldu. Üzümü çevirdim, gözlərimi yumdum, 5 dəqiqədən sonra açıb geri boylandım. O yenə orda idi. Qorxumdan dinmədim. Qadın zorla gülümsəyərək dedi. Görürsən ki, bu yuxu deyil.
– Ölümü nə rahatladır?
Yaşanılan həyatın keyfiyyəti. Ölümdən əvvəl doğmalarla ünsiyyət, halallaşmaq, vidalaşmaq çox rahatladıcıdır. Uşaqlar çox zaman öz valideynləri və baba-nənələrinin həyat və ölüm süjetlərini təkrarlayırlar. Xəstə, ölüm anında olan uşağa valideyn xeyir-duası çox lazımdır. Halbuki çoxu qorxudan, övladını itirmək istəməmək hisslərinə görə bunu etmir.
Çox zaman yaşlı insanlar həyatdan köçərkən düşünür: eybi yox, mən ölüm, amma övladlarım salamatdır, sağlamdır. Mən bütün ailəmin əvəzinə ödəyərəm. Beləliklə, şüuraltı olaraq, insan könüllü və düşünərək həyatdan getməyi planlaşdırır və bu həqiqətən də olur.
– İnsan son nəfəsini verəndə, ona güc və təkan lazımdır ki, naməlum həyata ürəklə addımlasın. İnsan özü bu addıma icazə verməlidir. Və bu icazəni doğmalarından almalıdır. Daha sonra xəstəxanada ölürsə, tibb işçiləri, həkimlərdən. Ya da keşişdən, kahindən.
Bütün bu amillər onu gücləndirəcək. Ölən insandan yapışıb saxlamağa cəhd, ağlamaq. getmə deyə yalvarmaq onu digər həyata gücsüz aparır. Ölən insan son anında dili söz tutmasa, artıq gözləri görməsə belə, ətrafından yalnız bir şey istəyir: Mənimlə olun. Məni yola salın.
Necə ki, İsa həvarilərinə həmin gecə demişdi: yatmayın, mənimlə olun. Amma onlar söz versələr də, hərəsi bir yerə dağılışdı. Bu, İsa Məsih üçün böyük zərbə oldu.
Çox xəstə, ölümə doğru gedən bir insanı son anında mənən, ruhəm zənginləşdirmək, təmtəraqla yola salmaq, uğurlamaq, sevgi, güc vermək vacibdir və bunu unutmayın. Ən əsası ölməyə özünüzə icazə verin./medicina.az
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.