Press "Enter" to skip to content

Ilk azerbaycan cap kitabi

Azərbaycanda əhalinin sayı artıb – RƏQƏM

Ilk Azerbaycan dersliyi

Bu yazımız R.Əfəndiyebin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.

Rəşid bəy Əfəndiyevin Türkiyədə çap olunmuş ikinci dərs vəsaiti “Bəsirətül-ətfal”dır. R.Əfəndiyevin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunmuşdur.

XX əsrin əvvəllərində R.Əfəndiyev xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəldi. O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura Komitəsindən Bakıda Azərbaycan dilində “Bəsirətül-ətfal” (“Uşaqların zirəkliyi “) adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə aldı. Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunmuşdur.

Rəşid bəy Əfəndiyevin bu dərsliyi də onun 1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi kimi türkdilli regionlarda bəyənildi və təqdir edıldi. Yeni dərslik – “Bəsirətül-ətfal” müəllifin “Uşaq bağçası” dərsliyi ilə ilə yanaşı, mübtədi ( ibtidai-N.N.) məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə mədəniyyətinin inkişafına güclü təsir göstərməyə başladı. Dərslikdəki bədii parçalar, öyüd və nəsihət xarakterli yazılar məktəb yaşlı uşaqların elmi, idraki, həyati biliklərinin zənginləşməsinə yönəldilmişdir.İki babdan-hissədən ibarət olan “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına, onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir.Bu materialların hazırlanmasında Türkiyədə çap olunan dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini artıran amillərdən biri kimi qiymətləndirilməlidir.

Rəşid bəy Əfəndiyev 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini – İstanbul nəşrini hazırlayır. Dərsliyin üz qabığında o dövrün müasir dərs avadanlıqları ilə təchiz edilmiş sinif otağının mənzərəsi əks olunmuşdur. Nümunəvi məktəb mühitini canlandırmağa çalışan rəssamın adı çətinliklə də olsa “Taburin” kimi oxunur.

Bu, XX əsrin görkəmli rus rəssamı Vladimir Amosoviç Taburindir.

V.A.Taburin tanınan, sayılıb-seçilən rus ziyalılardandır. O, tanınmış rus söz ustalarından-A.S.Puşkin,M.Y.Lermontv,N.V.Qoqol,İ.S.Turgenyev,İ.A.Qonçarov,N.S.Leskov,A.P.Çexov,,

V.İ.Nemiroviç,-Dançenkonun əsərlərinə illüstrasiyalar çəkmişdir. R.Əfəndiyevin kitabına çəkilən illüstrasiyalar V.A Taburinin gənc yazar Lidiya Alekseyevna Çarskayanın (1875-1937 )1902-ci ildə çap etdirdiyi “Записки институтки” (Tələbə qızın gündəliyi) əsərindəndr..

Kürsünün arxasında dayanaraq Pavlov Qadınlar İnstitutunun qızlarına mühazirə oxuyan riyaziyyat müəllimi ” , qəribə – Polden soyadlı gombul Qri-Qri dayı “dır,tanınmış, tələbələrinin sevdiyi ziyalıdır.

Əsərin müəllifi kitabın üz qabığında belə təqdim olunur: “Zaqafqas Darülmüəlliminin (Qori Müəllimlər Seminariyasının – N.N.) müsəlman şöbəsinin elmi-ilahi və lisan müəllimi Rəşid bəy Əfəndizadə”.

“Bəsirətül -ətfal”ıın ikinci nəşri kimi təqdim edilən bu dərslik islamiyyə tarixi ilə 1325-ci ildə ( miladi tarixi ilə 1907-ci ildə ) İstanbulda Babəli civarında 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəsində çap olunmuşdur. Dərsliyin sonundakı elanlarda müəllifin bədii və elmi yaradıcılığna işıq salan məqamlar vardır.Belə ki ilk nəşri 1898-ci ilə aid olan “Uşaq bağçası” 1907-ci ilə qədər üç dəfə nəşr olunmuşdur. R.Əfəndiyevin beş məclisli “Qan ocağı” komediyası da bu ərəfədə çap olunmuşdur.

İstanbulda çap olunan “Bəsirətül-ətfal” həcmcə 128 cəhifədir. Dərslik iki hissədən-babdan ibarətdir. Birinci bab daha əhatəldir.İkinci bab 90-cı səhifədən baslayır. Yeni nəşrdə mövzulara aid 30-a yaxın şəkil vardır. Dərslik “Yüz yaşlı qoca ” zərifəsi ilə başlayır. Bu zərifə əslində N.Gəncəvinin “Kərpickəsən qoca və cavan” hekayəsinin təsirıi ilə yazılmışdır.

Bir neçə cavan yüz yaşlı qocanın torpağa alma toxumu səpdiyini görüb onu bu işdən çəkindirməyə cəhd edir: “Ey qoca baba,sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb, əmələ gətirəndən sonra meyvəsini görməyə çox ömür istər. Zəhmət çəkmə ,bu, sənə çatmaz”.

Qocannın cavabı çox sərrast olur: “Əzizlərim! Əkiblər yemişik, əkərik yeyərlər”.

Birinci babın “Fəqir Bülbül və qəni Qarışqa “, “Gün, Ay və Ulduz” “Uşaq və ayna”,”Alma ağacının əhvalı”, “Seyid Əzimin oğluna yazdığı nəsihətlər” və s. maraqla oxunur. Dərslikdəki təbiət hekayələri R.Əfəndiyevin ətraf mühitə, coğrafi anlayışların izahına bacarıqlı ögretmen mövqeyindən yanaşdığı hiss olunur.

Dərsliyin ikinci babı ədəbiyyat xüsusundadır. Burada M.Füzuli və Şair Nəbi haqqında maraqlı məlumat verilir, oxucular divan ədəbiyyatının səciyyəvi xüsusiyyətləri ilə tanış edilir. Bu hissənin zərbi- məsəllərə, yazının üsuluna, imlasızlığa həsr olunmuş materialları da diqqəti cəlb edir, məktəb yaşlı uşaqları elmə, təhsilə həvəsləndirir.

Ilk azerbaycan cap kitabi

2020-09-24 12:21:00

Gənc şairin ilk kitabı çap olunub

“Əbədi Qışdayam”, “Evdə deyiləm”, “Bağışla” və s. şeirləri ilə tanıdığımız gənc yazar Orxan Hacıyevin “101 gün” adlı ilk şeirlər toplusundan ibarət kitabı yayımlanıb. AzEdu.az xəbər verir ki, kitab 4 hissədən ibarət olmaqla (Həyat, Qadın, Sevgi və 101 gün) 113 şeirdən ibarətdir. Sözügedən kitabda yer alan şeirlər yazarın yaşadıqları, eyni zamanda təxəyyülünün köməyi ilə yaratdığı obrazlarla ərsəyə gəlib. Kitabda müxtəlif mövzulara toxunan gənc yazar “101 gün” adlı hissəni real hadisələrə əsaslanaraq yazıb.

Bu bölməyə aid digər xəbərlər

Azərbaycanda əhalinin sayı artıb – RƏQƏM

2023-03-17 13:22:10

5-dən çox uşağı olan 2600 qadına müavinət verilib

2023-03-17 12:46:16

İmtahanlara qumbara keçirmək istəyənlər belə olub – Məleykə Abbaszadə

2023-03-17 11:19:00

DİM sədri buraxılış imtahanlarındakı şikayətlərdən DANIŞDI

2023-03-17 11:11:21

Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib

2023-03-17 10:43:00

“Bayram günlərində yeməyinizə fikir verin!” – Həkim XƏBƏRDARLIĞI

2023-03-17 10:00:44

Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür – QƏRAR

2023-03-17 09:36:00

Günün havası – Yağış, 21 dərəcə isti.

2023-03-17 07:53:00

“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri bu tarixdə AÇIQLANACAQ

2023-03-16 17:10:00

Sabahın hava proqnozu açıqlanıb

Ilk azerbaycan cap kitabi

Azərbaycan dilində “Rəqəmsal Marketinq – Bələdçi” ilk ixtisaslaşmış kitabı çap ediləcək.

Qaynarinfo.az-a bu barədə kitabın müəllifi Pərviz Əzimov məlumat verib.

Pərviz Əzimovun sözlərinə görə, kitabın çapını may ayına planlaşdırır.

Müəllifin sözlərinə görə, kitabdakı mövzular və məzmun ancaq praktik əsaslandırma ilə olacaq və kitab bir növ türklər demiş “klavuz” rolunu oynamağı qarşısına məqsəd qoyub: “Ümumilikdə rəqəmsal marketinqə yeni başlayanlar üçün nəzərdə tutulan kitab, oxuculara aşağıda qeyd olunan mövzular üzrə bələdçilik edəcək.

Məsələn, Siz kitabda Google Adwords bölməsinə aid mövzuları oxuyandan sonra, sərbəst şəkildə, heç kimdən texniki kömək istəmədən öz adwords reklamlarınızı yaradıb, onları idarə edə və nəticələrini izləyə bilərsiz.

Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords və Adsense, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir.

Məsələn, hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər”.

Müəllif qeyd edir ki, kitabda həmçinin Azərbaycanda indiyənə qədər istifadə olunmayan və ya çox az istifadə olunan rəqəmsal alətlər haqqında da geniş bilgi var: “Məsələn, bu mövzulardan biri qeyd olunan hər 3 rəqəmsal platforma üzrə “Pixel” bildirişlərinin yaradılması və quraşdırılmasıdır. “Pixel” bildiriş – reklam etdiyiniz məhsulla bağlı görmək istədiyiniz nəticəni izləmək üçün olan kodlaşma sistemidir. Sizin hər hansı web kodlaşmadan dərin məlumatlı olmağınıza heç bir ehtiyac yoxdur. Kitab sizə addım – addım, “Pixel” bildirişlərinin yaradılması və quraşdırılması, həmçinin işləmə mexanizminin izlənməsi üçün məlumatları verəcək.

Və ya digər yardımçı alətlər olan və Rəqəmsal Marketinq sahəsində yeni olanlar üçün rahat sayıla biləcək İframe və Agorapulse proqramları. Bu proqramlar sizə idarəçisi olduğunuz Sosial Media səhifələrində ənənəvi metodlardan fərqli olaraq yeni funksialar yaratmaq imkanı verir. Agorapulse ilkin mərhlədə ödənişsiz olsa da, peşəkar istifadə üçün ödənişli xidmətdir. Ancaq sadə bir misalla demək olar ki, bu proqrama ödəniş etməyə dəyər.

Məsələn, siz səhifənizdə hər hansı yarışma keçirmək istəyirsiz və ya oyun yerləşdirmək istəyirsiz. Bunu etmək üçün Agorapulse Sizə inanılmaz yeni imkanlar verir. Bütün bunlar təbii ki, adi “Like” yarışmaları deyil. Daha kreativ və daha peşəkar nümunələrdir.

Kitab həmçinin sizə rəqəmsal marketinqdə istifadə edə biləcəyiniz 20-dən çox platforma və ya şirkət, onların əlaqə vasitələri, işləmə mexanizmləri, həmçinin başlanğıc üçün rahat online dizayn platformaları haqqında məlumat verəcək”.

Comments are closed, but trackbacks and pingbacks are open.