Teatr təhsili Mühazirə mətnləri
Bir nəfər yox ki, sorsun əhvalın,
QAÇAQLAR və ya Şillerin vətənində bizim şillər. – VİDEO
Hər vaxtınız xeyir! Hörmətli tamaşaçılar və maşaçılar! Niyə maşaçılar? Əvvəlcə maşa haqqında. Maşa ocağı qarışdıraraq alovu daha tez almaq üçün istifadə olunan alətdir. Maşanın adətən iki dili olur. Və başqa işə yaramır.
. Hər şeyi adı ilə çağırmaq lazımdır!
Bu gün biz Azərbaycana uzanan maşalarla rastlaşırıq. Azərbaycan dilində danışan oğrun birləşmə və fərdlərin əlaqələndirilmiş təcavüzü ilə üzləşməkdəyik. Kosmopolit düşüncəyə malik belə mövcudluqlar əsasən sosial şəbəkədə doğulduqlarından onların konkret (точечный) ata-anası yoxdur. Onlarda bizim qavrayışmıza uyğun olan “vətən”, “xalq” anlayışı yoxdur. Onlar sehrli bir geyimdən sonra gözəgörünməzləşən “monstr-məxluqlar” kimidir: görünməzliyin yaratdığı qüdrətdən, fövqəlfürsətdən istifadə edərək istədikləri qapıdan və ya pəncərədən iznsiz soxulur, təxminən qətlə yetirir, təxminən zorlayır, təxminən oğurlayır, təxminən. bir sözlə arzu və fantaziyalarının bütün ağlagəlməz yaramazlıqlarını virtual həyata keçirirlər. İşin, daha doğrusu, belə mutantlıqla mübarizənin çətin tərəfi də elə burasındadır. Sənin yerin məlumdur, bütün göstəricilərin realdır. Qarşı tərəfin isə uzaqbaşı adının ya Rafi, ya da ser gey olduğunu bilirsən. Və onu da dəqiq bilmirsən ki ad saxtadı, ya gerçək!
. Kiməsə elə gələ bilər ki, Azərbaycandan və deməli onun qanun zonasından da uzaqda Azərbaycana, onun qanuni hakimiyyətinə təhqirlər yağdıran, müxtəlif yönlü çağırışlar edən bu “adamcıqlar” demokratık Avropa mühitinin təbii törəməlidir. Yəni Avropadı da, burda insan azadlığı var, söz azadlığı var, demokratiya var, filan. Guya belə hallar Almaniya, Niderland, Fransa və s. kimi ölkələr üçün adi haldır. Amma nəsə mənim yadıma gəlmir ki, hansısa başqa bir Avropa ölkəsinin içində oturan keçmiş Alman və ya Almaniyalı Kansler Merkeli açıq təhqirlərə qonaq etsin. Deməli, bu adi simptom deyil. Həm də üzdən və gözdən iraq “azərbaycanlılar” elə belə çıxışlar etmir, tələblərində “istefa!”ya qədər gedib çıxırlar. Orduxanlar tipi, Tural kimilər fəsiləsi, hətta belə də deyirlər: “Devirəcəyik! Devriləcəksiniz!”
Dövlət faktiki olaraq çevriliş cəhdləri ilə təhdid edilir. Azərbaycan hakimiyyəti isə hələ ki heyrətamiz soyuqqanlılıq, hövsələ nümayış etdirir. Azərbaycana qarşı təbliğat-diversiya platsdarmı kimi istifadə olunan ölkələrin ölkəmizdəki səfirliklərinə qulaqvurmaları edilməlidir
Ona görə ki, baş verənləri belə də qiymətləndirmək olar: Başqa bir dövlətin daxili işlərinə qarışmaq üçün ayrı-ayrı şəxs və birləşmələrə şərait yaratmaq! Deməli müstəqil bir dövlətin daxili işlərinə qarışaraq, konstitusyon quruluşu devirməyə çağırışlar etmək. Əlbəttə, Azərbaycan emosionallıqdan uzaq şəkildə öz siyasi-beynəlxalq həyatını davam etdirir. Avropanın özünəməxsus şıltaqlıqlarına baxmayaraq elə həmin Avropanın da maraqlarında olan qlobal layihələrin müəllifi və investoru kimi öz yolundadır. Bu yaxınlarda Bakıya Avropa Nazirlərinin müşavirəsinə və Qlobal Foruma gələn böyük-böyük Avropa Məmurları da özlərini elə aparırdılar ki, guya heç nə baş vermir. Qoy olsun. Yəqin hər iki tərəf bilir ki, hansı mövzuda susulur. Amma bu dövləti soyuqqanlıq vətəndaşı da arxayınlaşdırmamalı,onu yuxuya verməməlidir. Təhlükəlidir ki, hətta bəzən “onlara baş qoşmaq lazım deyil, reklam etməyin!” kimi öz məsuliyyətsiz laqeydliyinə haqq qazandıranlar da peyda olur. Məncə, yanaşma düzgün deyil.
Hər bir jurnalist, sosial şəbəkəyə çıxışı olan, bu məkanda baş çıxarmağı az-çox bacaran hər bir kəs öz adı və soyadı ilə ortada olmalı, öz profilinə və hesabına səngər kimi yanaşmlıdır. Bəlkə də bu fikri ilk dəfə eşidəcəksiniz. Amma sosial şəbəkədə Azərbaycanın məruz qaldığı diversiyadan sonra yaranmış vəziyyəti mən çəkinmədən belə adlandırıram. Bizə-Azərbaycanın mediya mənsublarına genişmiqyaslı müharibə elan edilib! Bu müharibədə biz uduzmamalıyıq. Buna haqqımız yoxdur! “Onlar bizim səviyyəmiz deyil, heç nə eləyə bilməzlər, yel qayadan nə aparar tipli” muğamat fəlsəfəsindən doğan əmin-arxayınlıq burda işə yaramayacaq, onlar rep fəlsəfəsilə yaşayanlardır, bizim üçün ayıb olan şeylər var ki, o realı vurtualına qarışmış dərbədərlər, boşboğaz internet xuliqanları üçün adi həyat tərzidir. Onlardan ötrü ana-bacı namusu da dəyişikliyə uğrayıb. Məsələn, “bacılarımı verdim sizə, özüm də gedirəm BMT-yə şikayətə!” deyən “qeyrət kamikadzesi” bizim bacımızın ləyaqətini qoruyacaq? Sizin onlardan peyvəndiniz var? Bəli, etiraf etməliyik ki, Azərbaycan üçün sosial mediada müharibə aparmaq yeni məsələdir. Özü də bu günün təbliğat tonu, akademik dil-üslub xətti ilə. Qarşı tərəf ağzına gələni özünə rahat şivədə tolazlayır, biz isə elə bil elmi iş yazırıq, özü də imzamızı da qoymuruq. Nə var, nə var bacısını polisə bağışlayıb BMT-yə şikayət edənlər söyüş söyəcəklər! Bax içimizdə bu təhdiddən qorxaraq altını batıran zəiflər də tapılır. Belələri ikinci dünya müharibəsində faşistlərin geyim və nişanlarını taxar, düşmən tərəfə işləyərdilər. Ən gülməlisi bilirsiniz nədir: bəşəriyyətə Hitleri verən bir ölkənin ərazisindən Azərbaycana Diktatura ittihamı gəlir! (. Potensial avtobus sürücüsü Niderlandın o boyda krallığında oturub “Ay aman qoymayın, Azərbaycan krallıq olur!” deyə qəhvə şivəlik salır! 203 ildir ki, krallığın idarə etdiyi ölkədə e. Ağlınıza keçə yamayım elə! Respublika Azərbaycanına kral Niderlandını nümunə gətirirsiniz, məntiqsiz köpük uşağı! Əgər Azərbaycan da öz müstəqilliyinin 203 illiyini elə Krallı Niderland kimi qeyd edə biləcəksə qoy etsin! Camaatın həssas yerini də tapıblar guya.
Dövləti, Prezidenti, Ali Baş komandanı müdafiə xarakterli yazı, status və şərh yazanları dərhal təhqir atəşinə tuturlar. Söyürlər, adını da qoyurlar Demokratiya. Əgər demokratiya budursa, demokratiyanın insan sifəti Orduxan, Tural, Rafael kimi sergeylər və ya onların belə tərbiyəsiz törəmələridirsə, hansısa xoşbəxt gələcəyi onlar anons edirlərsə, mən hamını bu kütləvi ayıbçılıqla mübarizəyə çağırıram. Və bu mübarizə konkret və ünvanlı olmalıdır. Mötəbər Xarici İşlər nazirliyimizin hikmətli kəlamlarına, səfil-sərgərdanlaşmış həmyersizlərimizin çuğulçuluqlarına qarşı addımları barədə məlumatlarına, Azərbaycandan kənarda yaşayan normal və tərbiyəli Azərbaycanlılarımızın əks cavablarına əşhəddü-ehtiyacımız var. Çünki Azərbaycan bayrağına bükülərək bu dövləti guya sevdiyini nümayiş etdirən haramzadalar elə həmin Azərbaycanın Bir nömrəli şəxsiyyət vəsiqəsini daşıyan kəsi təhqir edirlər. Bu təhqir kompaniyasında Azərbaycan bayrağından istifadə olunur. Belə olan halda hər bir Azərbaycan vətəndaşı özünü təhqir edilmiş saya bilər. Mən özümdən başladım! Heç kim cavabsız qalmayacaq! Özü də bu sözləri mən Real Televiziyasının rəhbəri kimi deyirəm. Bu dava həm də mənim davamdır. Şarikovları tanıyanlar bilir ki, onlar vücudlarını nə qədər dəyişsələr də it xislətindən çıxa bilmirlər. İtlərə isə hürriyyət sözünün ilk üç hərfinin dəxli var. Sadəcə “hür”ün və ya hürün!! Hürriyyət isə bir başqa mətləbdir!
Mir Şahin
Videonu izləmək üçün şəklə klikləyin:
Teatr təhsili Mühazirə mətnləri
Tragediya janrının inkişaf mərhələləri
Bildiyimiz kimi tragediya qədim yunan dilində keçi haqqında mahnı deməkdir. Dramatik janrlardan biri olan tragediyanın əsasını xüsusi gərgin, barışmaz konfliktlər təşkil edir ki, onun da sonluğu çox zaman qəhrəmanın məhvi ilə bitir. Tragediyanın qəhrəmanı ona üstünlük təşkil edən maneələr qarşısında dayanır.
Tragediya konfliktlərin və xarakterlərin özünəməxsus təbiəti ilə fərqlənir. Bir qayda olaraq tragediyanın məzmununu ictimai-tarixi inkişafın mütərəqqi tendensiyalarının, insanın mənəvi vəziyyətini əks etdirən konflikt müəyyən edir. Ümumdünya- tarixi əhəmiyyətə malik olan məsələləri həll etməyə girişən coşğun xarakterli tragediyada qəhrəmanın təsviri də buradan doğur. İnsan məişətinin kordinal problemləri qoyulan tragediyanın özünün sırf fəlsəfi xarakteri də buradan irəli gəlir (Esxilin “Zəncirlənmiş Prometey”, V.Şekspirin “Hamlet”, A.S.Puşkinin “Borus Qodunov”, B.Brextin “Qalileyin həyatı” və s. əsərlər). Şəxsi həyatın dar sahələrinə maraq, lokal kolliziyalar tragediyaya yaddır. Hələ Aristotel tragediyanın fəaliyyətini “ciddi” janr kimi müəyyənləşdirərkən təsdiq etmişdir ki, o nəcib xarakterli qəhrəmanlara möhtacdır. V.Q.Belinskinin fikrincə tragediya dramatik poeziyanın yüksək pilləsidir.
Dramın bir növü kimi, tragediya bir neçə inkişaf mərhələsi keçmişdir. O qədim Yunanıstanda yaranmış və mifoloji şərabçılıq və məhsul allahı olan Dionisin şərəfinə keçirilən bayramlardakı xalq tamaşalarından götürülmüşdür. Sonralar bu mərasimin əsasında teatr tamaşasının xüsusi bir növü yaranır ki, bu da onun və ondan ayrılan bir neçə korifeylərin iştirakına əsaslanır. Hərəkət teatrlaşmaya və dramatikləşməyə məruz qalır. Bu və ya digər pyesin konkret ideyasından asılı olaraq dəyişən antik tragediyanın poetikasının bu spesifik xüsusiyyətləri (xorun, korifeylərin iştirakı) pyesin dəyişilməz. mütləq atributuna çevrilir.
Antik tragediya bizim eradan əvvəl Esxilin, Sofoklun, Evripidin yaradıcılığında xüsusi çiçəklənmə dövrü keçmişdir. Onların yaradıcılığı antik şəhərlərin – dövlətlərin demokratik respublika formasında təşkili dövrünə təsadüf edir. Görkəmli qədim yunan dramaturqlarının pyeslərini müqayisə etməli olsaq, tragediyanı öz inkişafının hələ ilkin mərhələsində necə böyük dəyişikliklərə məruz qaldığının şahidi oluruq.
Esxil tragediyasının əsas ideyası fələyin, taleyin hər şeyə qadirliyi, bütövlüyü təşkil edir ki, onunla girişən tragik iflasa məruz qalır. Lakin xarakterik cəhət odur ki, Esxilin bir sıra tragediyalarında, xüsusən də Prometey haqqlnda trilogiyasında artıq allahla mübarizə motivi, səmavi qüvvələrə çağırış motivi səslənir, insanlıq naminə nəhəng fədakarlıq göstərən yaradıcı insana himn səslənir.
Tale, fələk ideyasından əl çəkməyərək, Sofokl onunla bərabər öz tragediyalarının fəaliyyətini sırf həyati məsələlərin həlli uğrunda mübarizə aparan qəhrəmanlar təşkil edirlər. Onun pyeslərində öz aralarında mübarizə aparan qəhrəmanların “şəxsi günahları” əhəmiyyətli rol oynayır (“Antiqona”)
Tragediya Evripidin yaradıcılığında mahiyyət etibarilə təkamül dövrünü keçirir. Onun “İppolit”. “Orean” və digər pyeslərində “tanrılıq” başlanğıcı insanlar üzərindəki hakimiyyəti qəti surətdə itirir.
Bizim eradan əvvəl IY əsrdə Afina demokratiyasının süqutu ilə əlaqədar olaraq antik tragediyanın inkişafına son qoyulur.
Roma imperiyası dövründə şair və filosof Seneka tragediya janrında şıxış etsə də, onun pyeslərində sünilik, qədim yunan faciələrinə təqlidçilik hiss olunur.
Şərqdə tragediya janrı öz inkişafını IY əsrin ikinci yarısında, Y əsrin birinci yarısında Hindistanda Kolidasın yaradıcılığında tapmışdır. XIII – XIY əsrlərdə Çində yunan draması yaranmışdır ki, burada məhəbbət kolliziyası üstünlük təşkil edir.
Orta əsrlərdə Avropada tragediyanın inkişafına şərait yaranmamışdır. Tragediyanın coşğun çiçəklənmə dövrü İntibah illərində İngiltərədə müşahidə olunur. Tragediyanın korifeyi V.Şekspir hesab olunur. Feodal sistemin dağılması orta əsrlərin sxolostik doqmalarının tənəzzülə uğraması, insanda həyata bağlılıq enerjisinin doğulması – bütün bunlar Şekspirin tragediyalarının yaranmasına səbəb olmuşdur.
Şekspir tragediyalarının qəhrəmanlarının fəallığı, qədim yunan tragediyasında mövcud olan xordan imtina, dramatizmin yeni formalarını şərtləndirmişdir. Canlılıq və hadisələrin zənginliyi kimi yeni formaların yaranmasına səbəb olmuşdur.
Şekspirin tragediya sahəsindəki mühüm yeniliyi ondan ibarətdir ki, onun tragediyalarında faciəviliklə təmiz, “dünyəvi” məsələlər, bəzən də komik başlanğıc bir vəhdət təşkil edir.
İspan dramaturqu Lope de Veqanın tragediyaları da İntibah dövrünün pafosu, yeni, sağlam, həyati yeniliyin feodal ənənələri ilə mübarizəsi ilə yoğrulmuşdur.
Tragediya janrı XYII əsrdə Fransada P.Kornelin və J.Rasinin yaradıcılıqlarında özünəməxsus yeni formalar tapmışdır. Onların yaradıcılıqları mütləq monarxiyanın təşəkkükü ideyasını əks etdirir.Onların tragediyalarının konfliktləri borc hissini şəxsi ehtirasla toqquşmasına əsaslanır. Onların pyeslərinin qəhrəmanları, xüsusən Kornelin əsərləri öz şəxsi mənafelərindən yüksəkdə dayanmağa qadir olan insanlardır. Romanın qəhrəmanları üçün borc və duyğu arasındakı konfliktin kəskinliyi xas bir cəhətdir
Fransız klassizm tragediyanın poetikası, rasional kardinal nümunəsi ilə Şekspir pyeslərinin poetikasından fərqlənir.
Kornelin və Rasininin yaradıcılıqlarında qeyd olunan yüksək mənəvi pafos XYIII əsrin maarifçilik tragediyalarında vətəndaşlıq , din əleyhinə olan məzmunla zənginləşir (Volterin “Məhəmməd”, “Zaira” əsərlərində), Roma-Respublika ” tragediyalarında inqilabi, antimonarxiya motivləri səslənir.
Ümumdünya tragediyasının inkişafında “tufan və basqın” adlanan dövrün görkəmli alman dramaturqları müəyyən rol oynamışlar. Bu dövrdə yaranmış F.Şillerin “Qaçaqlar”, Hötenin “Eqmont” və s. pyeslərində antifeodal pafos, azadlıq uğrunda mərd mübarizlərin surətini əks edən burjua-demokratik inqilabın qiyamçı motivləri üstünlük təşkil edir. Alman dramaturqlarının tragediyaları çiçəklənmə dövründə özünün bütün estetik quruluşu ilə klassist poetikanın normativ qanunlarına qarşı yaranmışdır.
XIX əsrin ortalarında tragediyanın intensiv inkişafının zəifləməsi hiss olunur. Bu dövrdə ədəbiyyatda aparıcı yeri roman tutur.
H. İbsenin Norveçin milli-siyasi müstəqilliyi uğrunda mübarizə pafosu ilə ruhlanan yaradıcılığı həmin dövrün dramaturgiyasında tragik başlanğıcın təzahürünü göstərən nümunələrdən biridir.
Ümumdünya tragediyasının inkişafında rus dramaturgiyasının qiymətli və özünəməxsus töhfəsi olmuşdur. A.S.Puşkinin “Boris Qodunov” tragediyası təlcə Rusiya tragediyasında deyil, ümumiyyətlə ümumdünya tragediyası tarixində mühüm mərhələ kimi qeyd olunur. Əsrin ruhunun dramatik səhnədə də böyük dəyişiklik tələb etdiyinə inanan Puşkin Şekspir təcrübəsinə istinad etmişdir. Hadisələrin geniş vüsəti, xarakterlərin təsvirinin çoxahəngliyi ən müxtəlif tipli səhnələrin bacarıqlı surətdə əlaqələndirilməsi kimi xüsusiyyətlər Puşkin pyesini Şekspirin tragediyasına yaxınlaşdırmışdır.
Eyni zamanda “Boris Qodunov” əsəri tragediya inkişafının ümumi xəzinəsini yeni, prinsipial cəhətdən mühüm xüsusiyyətlərlə zənginləşdirmişdir. Puşkinin pyesində “xalq taleyi”, xalqın fikri teması səslənir.
A.S.Puşkin tərəfindən yaradılan ” kiçik tragediyalar” (“Xəsis cəngavər”. “Motsart və Solyeri”, “Daş qonaq”, “Taun zamanı ziyafət”) silsiləsi də “Boris Qoduno”va yaxınıaşdırır. Bu fəlsəfi məzmuna görə Puşkin bu miniatürlərində humanizmin yüksək ehtiraslarının tərənnümçüsü kimi çıxış edir. O, insanları bir-birindən ayıran bütün qaranlıq, neqativ cəhətləri ifşa edir Bu dövrdə Puşkinin “kiçik tragediyalarına” paralel olaraq M.Y.Lermontovun “İspanlar” tragediyası da yaranır.
Sonrakı illərdə tragediya dramatik ədəbiyyatın müəyyən növü kimi nadir hallarda yaranır.
C cabbarli (1899-1934) HƏyati, yaradiciliğI
Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatı tarixində dram əsərləri ilə yeni ədəbi məktəb yaratmış, lirik, epik, satirik şeirlər, mənalı hekayələr, maraqlı ssenarilər , gözəl tərcümələr müəllifi kimi çoxcəhətli yaradıcılıq yolu keçmiş böyük sənətkardır.
Azərbaycan Demokratik Respublikası dövründə o, , vətənpərvərlik ruhlu şerlər, «Ədirnənin fəthi», «Trablis müharibəsi», «Aydın», «Oqtay Eloğlu» pyeslərini yazmışdır.Sovet hakimiyyəti illərində yazdığı “Almaz”, “Sevil”, “Yaşar”, “1905-ci ildə”, “Oqtay Eloğlu”,”Od gəlini”, “Dönüş” pyesləri milli teatr tariximizi\də yeni bir mərhələ kimi qiymətləndirilir.
Cəfər Cabbarlı 1899-cu ildə Bakının Xızı kəndində anadan olmuşdur.İlk təhsilini molla yanında alan Cəfər Cabbarlı sonra Bakıda rus-tatar məktəbinə daxil olub. Sonra o, təhsilini politexnik məktəbində davam etdirmiş, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olmuşdur.
Kiçik yaşlarından bədii ədəbiyyata güclü həvəsi ilə seçilən Cəfər Cabbarlı ilk şerini 16 yaşında yazmışdır. “Bahar” adlı bu şer 1915-ci ildə “Məktəb” jurnalında çap olunmuşdur.O, həmin dövrdən balayaraq lirik, satirik şerlər, hekayələr yazmışdır.
C.Cabbarlı yaradıcılığı müasir dövrlə səsləşir. Bu müasirliyinin kökləri ilk növbədə öz xalqının taleyinə , ideallarına bağlılığındadır. Ədibin yaradıcılığı ilk sənət nümunələrindən başlayaraq, qələi\mə aldığı son əsərlərə kimi xalq həyatının, xalqın tərəqqi idealının bədii ifadəsidir. Ədibin fəal həyat mövqeyini, həyatın dibində yaşayan insanların taleyinə biganə qala bilməməsini, şərə etirazını bütün yaradıcılığında izləmək mümkündür.
İlk gənclik illərindən Cəfər həyatı müşahidə edir, cəmiyyətdə baş verən hadisələri diqqətlə izləyir, ətrafda baş verən haqsızlıqlara laqeyd qala bilmirdi.1915-ci ildə yaşadığı məhəlləmdə çoxlu adam toplaşdığını ,əli külünglü bir dəstə adamın şəhər Dumuna vergi verə bilməyən yoxsulların komalarını sökdüyünü ürək ağrısı ilə seyr edənlər arasında Cəfər də var idi.Qadın və uşaqların ağlaşması, ağsaqqal və qarıların yalvarışı, koma sahiblərinin xahişi daş ürəkli Dum əhlinə təsir etmirdi.Bir neçə gündən sonra “Babayi-Əmir” jurnalında Cəfərin xalqın etirazını əks etdirən “Üstünə” şeri dərc olundu:
Eyni mövqeyi, eyni etirazı «Qürub çağı bir yetim» şerində də göriək mümkündür. Cəmiyyətin. ətrafdakıların köməyə ehtiyacı olanlara münasibətdə laqeydliyini ittiham edən şairin fikrincə, insan taleyinə etinasızlıq faciələr yaradır::
Ana yox, əqrəbası yox, ata yox,
Bir kömək görməyir, baxır hər yan.
Bir nəfər yox ki, sorsun əhvalın,
Bir nəfər yox onu bilə insan.
«Boranlı qış gecəsi» şerində soyuq, şaxtanın qılınc kimi kəsdiyi havada bir parça çörəyə möhtac olan ana ilə zavallı körpənin müsibətindən söz açılır:
Uzaqda kənd kənarında bir uçuq evcik,
Budur, uçulmuş, dağılmış, xərabə bir məqbər.
Zülami-nikbət içindən gəlir inilti səsi-
Baxanda xəstə uşaq, bir də xəstə bir madər…
Uşaq fəğan ilə qucmuş zavallı anasını,
-Ana! Acam!-deyə ağlar, qadın baxır mədhuş,
Nə var dolanmağa taqət, nə var danışmağa dil,
Həzin nəzərlərilə baxır, ağlayır, olur bihuş.
Bu nümunələrdə ilk növbədə cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə etiraz səsi ucaldan, insan həyatını əvəzsiz nemət hesab edən humanist sənətkarın qəlb çırpıntılarını, harayını eşidirik.
C. Cabbarlının lirikasında təmiz, saf məhəbbətə həsr olunmuş şerlərin xüsusi mövqeyi vardır. Bu şerlərdə lirik qəhrəmanın qəlbində yaranan ilk sevgi duyğuları, səmimi, munis hisslərdən söz açılır:
Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başından uçan quşlar endilər çaya.
Sən dedin ki, bütün dünya qoy dönsün toya.
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Qəlbimdəki kaman kimi tellər oynadı.
C. Cabbarlı yaradıcılığının müasirliyi həm də onun Azərbaycanın istiqlalı, müstəqilliyi idealı ilə qırılmaz şəkildə bağlılığındadır.Demokratik Respublika dövründə yazdığı «Azərbaycan bayrağına» şerində şair üç boyalı, üç mənalı bayraqdan iftixarla söz açırdı:
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə, belə söyləmək:
Bu göy boya göy moğoldan qalmış bir türk nişanı;
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan inamı,
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Səkkiz uclu şu ulduz da
Səkkiz hərfli Od yurdu,
Əsarətin gecəsindən fürsət tapmış quş kimi,
Öz xalqını azad, müstəqil, bütövləşmiş, birləşmiş görmək arzusu ilə yaşayan sənətkarı əsarətdə olan cənublu qardaş və bacılarımızın taleyi daim düşündürür, narahat edirdi.O, 1922-1923-cü illərdə üzərində işlədiyi «Araz çayı» adlı mənzum faciəsini tamaşaya qoyulmaq üçün Dövlət Dram Teatrına təqdim etmişdi.Müəllif xalqımızın vəhdəti məsələsinə həsr etdiyi həmin əsərdə yazırdı:
Araz çayı, qalx aradan!
Qoy birləşsin Azərbaycan!
Lakin sovet rejimi belə bir qayəni diqqət mərkəzinə çəkən, xalqımızın vətənpərvərlik, azadlıq duyğularını əks etdirən əsərin səhnəyə qoyulmasına icazə verə bilməzdi.Bu işdə İran rejiminin də rolu az olmamışdı. Cənubi Azərbaycana azadlıq tələb edən sənət əsərləri İran şahpərəstlərini də qorxuya salır, onların sovet hökumətinə ünvanladığı etirazlarda öz əksini tapırdı.Əsərin əlyazması itmiş, bu vaxtadək tapılmamışdır.
C.Cabbarlının istər inqilabdan əvvəl, istərsə də sovet hakimiyyəti illərində yazdığı orijinal lirik hekayələr onun yaradıcılığının ən qiymətli səhifələrindən birini təşkil edir.Təsadüfi deyil ki, onun ideya-bədii cəhətdən dolğun hekayələrini həyat hekayələri də adlandırırlar. Yaradıcılığınını ilk illərində yazdığı «Aslan və Fərhad», «Mənsur və Sitarə» hekayələrində pul, var-dövlət hərisliyinin, çirkin ehtirasların insan münasibətərində doğurduğu fəsadlar öz əksini tapmışdır. Bu hekayələrdə ədib həyatda baş verən faciələrin,pisliklərin mənbəyinin insanın təbiətində olması qənaətinə gəlir. Şerlərində olduğu kimi, hekayələrində də sənətkar əzilən, haqsızlığa düçar olan, ədalətsizliyin qurbanı olan insanların halına yanır, onların dərdlərindən ürək ağrısı ilə söz açır.
Ədibin “Gülər”. “Firuzə”, “Gülzar”, “Dilarə”, “Dilbər” hekayələrində qadın taleyi, qadın azadlığı problemi təsirli, səmimi bir dillə qələmə alınmışdır.
C. Cabbarlının ilk pyesləri “Vəfalı Səriyyə” və “Solğun çiçəklər” əsərləridir. Ədibin “Aydın”,”Nəsrəddin şah”, “Almaz”, “Sevil”, “Od gəlini”, “Yaşar”, “1905-ci ildə”, “Oqtay Eloğlu”, “Dönüş” pyesləri onu bir dramaturq kimi şöhrətləndirmişdir.
C. Cabbarlı hələ tələbəlik illərində öz xalqının tarixi keçmişini öyrənməyə böyük maraq göstərmişdir. “Od gəlini” faciəsinin yaranması məhz bu marağın məntiqi nəticəsi idi. Əsərdə Babək hərəkatı, Azərbaycanlıların ərəb istilasına qarşı mübarizəsi öz bədii əksini tapmışdır.Əsər yalnız müəllifin deyil, xalqımızın da öz tarixi mənliyini dərk etmək meylinin ifadəsi idi.
“Oqtay Eloğly” və “Dönüş” dramları teatr mövzusuna həsr olunmuşdur.”Sevil” dramında C.Cabbarlı Azərbaycan qadınının azadlıq idealını əks etdirmiş, Sevil obrazı vasitəsilə müti, kölə vəziyyətində olan gənc bir qadının qaranlıqdan işığa çıxması, yeni həyatın səəsinə səs verib öz haqqı uğrunda mübarizəyə başlaması və qələbə çalması təsvir edilir. Əsərdə Sevilin qələbəsi əslində çadrasını tullamış, savadsızlığı ləğv edib yeni hyəyat qurmaqla Şərqdə nümunəyə çevrilən Azərbaycan qadının qələbəsi kimi mənalandırılmışdır.
C. Cabbarlının əsərlərinin səhnə taleyi də uğurlu olmuş, dramaturqun pyesləri üzrə teatr tamaşaları ədəbi hadisəyə çevrilmiş, böyük əks səda doğurmuş, xalqın dərin rəğbətini qazanmışdır.
Məlumdur ki. sovet hakimiyyəti illərində ədəbyyatşünaslıqda ideal qəhrəman problemi ətrafında mübahisələr səngimək bilmirdi.C. Cabbarlının bu məsələyə münasibəti müasir ədəbyyatşünaslıqda təqdir olunan meyllə səsəşir. Belə ki. sənətkar öz müsbət qəhrəmanlarını əksər hallada ideallaşdırmamış, onları insana xas olan zəif, ziddiyyətli cəhətləri ilə təsvir etmişdir.
Sovet yazıçılarının 1934-cü ildə keçirilmiş birinci qurultayındakı məşhur nitqində C. Cabbarlının söylədiyi fikirlər bu gün də aktuallığını itirməmişdir: «Qəhrəmanı resept ilə yaratmaq olmaz.Yazıçı öz qəhrəmanını nə qədər yaxşı keyfiyyətlərlə bəzəyirsə, bəzəsin. Əgər o, qəhrəmanı canlı bir insan kimi bütün ehtirasları ilə göstərə bilməmişsə, fərqi yoxdur,o qəhrəman sevilməyəcək və yazıçı mütləq tamaşaçıdan belə sözlər eşidəcəkdi: Qəhrəman bir az sünidir, sxematikdir, qurudur.
Tolstoyun güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq sonra ölü bir halda yerə yıxılarkən adama elə gəlir ki, qoca, cəsim bir dağ uçub tökülür.Görünüz, müəllif öz qəhrəmanını nə qədər yüksəldə bilmişdir? Bu bacarığı, bu sənəti biz də öyrənməliyik.»
C. Cabbbarlının bütün yaradıcılığı üçün zəhmətə, qurub-yaratmağa, insanı, həyatı dərk etməyə, ətalətə, mühafizəkarlığa etiraz səsi ucaltmağa, yenilik uğrunda fəal mübarizə aparmağa, mənəvi saflığa çağırış qayəsi səciyyəvidir.
“OQTAY ELOĞLU” faciəsi
“ C. Cabbarlı maarifçilik ruhunda olan ilk realist dramlarından sonra sənətində romantik qəhrəman axtarışlarını daha da gücləndirir. Bu qəhrəmanın həyat və mübarizəsini, ideyasını və ideallarını təcəssüm etdirən dramlar onun yaradıcılığında xüsusi və yeni bir mərhələni təşkil edir. “Oqtay Eloğlu” da bu baxımdan C.Cabbarlının uğurlu əsərlərindən biridir. İlk realist dramlarının qəhrəmanlarından fərqli olaraq, C.Cabbarlı bu əsərində qəhrəmanın romantik tipini, cəmiyyətin sosial və mənəvi qanunlarına etiraz edən şəxsiyyətin obrazını təcəssüm etdirir. Onun ilk belə qəhrəmanı Aydındırsa, ikincisi məhz Oqtay Eloğludur. C.Cabbarlının bu dramları xüsusiyyətlərinə və qəhrəmanların xarakterinə görə yaxındır. Hər iki qəhrəman fəal, ehtiraslı həqiqət axtarıcısı, həqiqət mübarizi rolunda çıxış edir, bu mövqedən də içərisində yaşadıqları cəmiyyəti, bu cəmiyyətin əxlaq və mənəviyyatını bəşəriliyin ittiham və mühakimə obyektinə çevirir. Romantik qəhrəmanın bı mübarizəsi baxımından Oqtay daha miqyaslı və əhatəli olub milli ziyalı obrazının bir sıra mühüm tarixi xüsusiyyətlərini özündə ək etdirir. Oqtay öz qarşısına böyük, ali və həm də çətin bir vəzifə – Azərbaycan xalqının teatrını yaratmaq vəzifəsini qoymuşdur. Bu onun həyatı və idealıdır. Oqtaym bütün mənliyi, bütün varlığı, fikir və hisləri bu ideala bağlıdır, bunsuz onu təsəvvür etmək qeyri-mümkündür. Milli teatrı yaratmaq və inkişaf etdirmək Oqtayın nəzərində milli özünüdərk deməkdir; əgər millət özünü təsdiq etmək istəyirsə o, teatrını, müasir mədəniyyətini yaratmalıdır. Oqtay bunu da başa düşür ki, bu teatrı, bu mədəniyyəti başqa bir xalq nümayəndələri yaratmayacaq, tərəqqi etmək istəyirsə, bunu xalq özü yaratmalıdır. Dostu Səməd bəy Oqtaya rus səhnəsinə getməyi təklif edir: ” O vaxta qədər milli teatr da yaranar və sən qayıdıb yenə teatrda çalışarsan”. Bu təklif Oqtaya tamamilə yaddır, onun ideal yə prinsipləri ilə bir yerə sığmır. Buna görə Səməd bəyə qəti və sərt cavab verir:”Aldanır san , Səməd bəy, aldanırsan: Bunu bizimçin kim edəcəkmiş! Başqalarında səhnə, mədəniyyət hər şey var, bizdə yox. Yaşamaq istəyiriksə, yaratmalıyıq.”
Oqtay həyatını, mübarizəsini bu ali məqsədlərə həsr etməyi qərara almışdır. Onun bu qərarı qəti və dəyişməzdir. Səməd Oqtaya həm də anasının şikayətlərindən danışır, neft alıb lampa yandırmağa pulları olmadığını söyləyir. Bacısı Sevərin qaranlıq otaqda xəstə yatdığını xəbər verir. Əlbəttə, Oqtay bütün bunları bilir, anasının və bacısının ağır, dözülməz, maddi çətinlik məngənəsində güzəran keçirmələrindən sarsılır, həyəcan keçirir. Beləliklə, o, iki qütb arasında qalır: ailə və teatr. İkisi də çətin və dözülməz vəziyyətdədir. Oqtay bu iki qütb arasında teatra üstünlük verir, çünki başa düşür ki, özündən başqa teatrı yaradaacaq bir qüvvə, başqa bir şəxsiyyət yoxdur. O, Səməd bəyə qəti bildirir: “. mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki qadının istirahətinə fəda edə bilmərəm”.
Bununla o, Səməd bəylə öz arasında mühüm bir məsələ üstündə—ictimai ideal, xalq taleyi qarşısında şəxsiyyətin məsuliyyəti məsələsində baxışlarının müxtəlifliyini kəskinləşdirir. Oqtayın böyüklüyü, mühitindən üstünlüyü də məhz bu problemə münasibətinin Səməd bəylərin münasibətlərindən fərqlənməsindədir. Əlbəttə, əsərdə Oqtay daha çox teatr mühitində təsvir olunur. Bu da təbiidir, çünki Oqtay teatra bağlıdır, teatr üçün yaşayır, fəaliyyət göstərir, teatr naminə mübarizə aparır. Teatrda isə vəziyyət yarıtmaz və dağınıqdır: burada heç kim öz işini bilmir, vəzifəsini dərk etmir. Lakin Oqtay çətinliklərə, məhrumiyyətlərə dözür, tab gətirir, müxtəlif yollarla maneələri aradan qaldırır.
Onun qarşısında daha ciddi və müşkül çətinliklər vardır. Bunlardan biri onun varlı qızı Firəngizlə olan məhəbbətidir. Firəngiz Oqtayın həyatına daxil olduqdan sonra onun vəziyyəti daha çətin və iztirablı olur. Əslində Oqtayın faciəsi bu hadisə ilə daha da dərinləşir. Firəngiz varlı, dövlətli bir ailənin qızıdır. Ancaq bu ailə köhnəpərəstdir, burada köhnə əxlaq və mənəvi dəyərlər qorunub saxlanılır. Hacı Zaman qızının teatra marağının əleyhinədir. Bu işdə Aslan bəy bacısına kömək edir. Ancaq bu, Aslan bəyin heç də yenilik və tərəqqi tərəfdarı olduğunu göstərmir. Doğrudur, o, teatrı məktəb adlandırır, qadın azadlığı tərəfdarı kimi atasına qarşı çıxaraq hətta belə deyir:” Arvad da kişi kimi bir insandır. Biz analarımızı çarşab içində saxlamışıq”. Aslan bəy Oqtayla üz-üzə gəldikdə də ziyalılığını gözə çarpdırır, ziyalı kimi davranmağa və hərəkət etməyə çalışır. Deməli, Aslqn bəy qatı köhnəpərəst, fanatik fikirlərlə yaşayan atası Hacı Zaman deyildir. Lakin Aslan bəy həqiqi mənada demokrat, ziyalı və yenilikçi də hesab edilə bilməz. Onun ziyalılığı zahiridir, xudbin şəxsi mahiyyət ifadə edir. O, bacısı Firəngizi ona görə teatra buraxır ki, bu hərəkəti ilə ünsiyyətdə olduğu dövlət məmurlarının gözündə mədəni görünsün. Firəngizlə son görüşdən sonra Oqtayın məşəqqətli həyatı başlanır. Qubernatoru təhqir etdiyi üçün həbs edilir, sürgünə göndərilir. On illik ayrılıqdan sonra Oqtay yenə vətənə qayıdır. Lakin o, ruhən əzgin, küskündür, əsəbləri pozulmuş vəziyyətdədir. Yazıçı qəhrəmanın bu vəziyyətini cəmiyyətin əxlaq və qanunları ilə izah edir. Şillerin “Qaçaqlar” faciəsinin tamaşasında Amalya rolunda Firəngizi görən Oqtay — Karl sarsılır, əsəbləri gərginləşir, sanki olmuşlan yenidən bir də yaşayır və bütün bu qarışıq hislərin təsiri altında o, daha Şillerin pyesini yox, onun qəhrəmanını yox, öz həyatını, öz rolunu oynayır. Firəngizə Amalya kimi yox, Firəngiz kimi müraciət edir, sanki ondan ayrıldığı son görüşdəki dialoqu davam etdirir, Karlın bıçağı ilə Firəngizi öldürərək bu dialoqu faciəvi bir sonluqla tamamlayır. Bu qanlı aktı icra edən Oqtay üzünü xalqa tutub soruşur: ” Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əli qanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?” Baş qəhrəmanın səhnədən xalqa bu müraciəti ilə C.Cabbarlı öz pyesini tamamlayır. Oqtayın son monoloqunda ifadəsini tapan fikir və hislər onun xarakterini və faciəsini başa düşmək nöqteyi-nəzərindən çox mühümdür. Oqtay içərisində yaşadığı cəmiyyətdə tək və tənhadır. O, məhəbbətini bu cəmiyyətdə itirmişdir. Cəmiyyət, onun əxlaqı və mənəviyyatı, qanunları və normaları Oqtayın məhəbbətini məhv etmişdir. Firəngizdən sonra həbs və sürgün illərində Oqtay iztirab və məşəqqətlərdən keçərək dərk edib ki, bu cəmiyyətdə, Aslan və Danyar bəylərin, Hacı Zamanların cəmiyyətində həqiqi insan səadəti yoxdyr, ülvi insan məhəbbəti qeyri-mümkündür. Bunu başa düşən Oqtay bu cəmiyyətə əyilmir, onun köləsim çevrilmir,’əksinə “mən. həqiqətəm!”— deyə ona qarşı üsyan edir onun qanun və prinsiplərini qəbul etmədiyini bildirir.
Oqtay XX əsr Azərbaycan vətənpərvər, əməlpərvər ziyalılarının ümumiləşdirilmiş obrazıdır. Beləliklə, C.Cabbarlı “Oqtay Eloğlu” dramının timsalında milli dramaturgiyanı çox gözəl və mükəmməl bir əsərlə daha da zənginləşdirmiş, bu dramaturgiyanın qəhrəmanları silsiləsinə yeni və parlaq bir qəhrəman əlavə etmişdir. Bu qəhrəman böyük dramaturqun yaratdığı qüvvətli, işıqlı insan xarakterləri sırasında xüsusi yer tutur. (Ş.Salmanov)
Comments are closed, but trackbacks and pingbacks are open.