İlqar Kamil sözleri
. azadlıq da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və əsarət də xəstəlik kimidir; bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır!
Yerlə Göy Arasında
Roman yerlə göy arasında qalan bir neçə insanın hekayətini danışır. İt hürən tərəfəmi, yoxsa işıq yanan tərəfəmi getməli, hansı yol daha təhlükəsizdi, hansı yolun sonu xoşbə.
Roman yerlə göy arasında qalan bir neçə insanın hekayətini danışır. İt hürən tərəfəmi, yoxsa işıq yanan tərəfəmi getməli, hansı yol daha təhlükəsizdi, hansı yolun sonu xoşbəxtliyə çıxır – hələ heçnə bəlli deyil. Hekayətdə seçim də var, sınaq da var. eşq də!
Əvvəlcə biz sex Nadirlə tanış oluruq, Nadir Bakının oliqarxlarından birinin yekəxana, hərbə-zorba övladıdı. Sonra Səxavət çıxır qarşımıza – savadlı, ziyalı tarix müəllimi. Hadisələr sex Nadirin Səxavətin nişanlısına – Leylaya göz dikməsiylə başlayır. İndiyə kimi hər şeyi rahatlıqla əldə edən Nadir bu istəyinə də çata biləcəkmi? Səxavət sevgilisini qoruya biləcəkmi? Bəs Leylanın aqibəti necə olacaq? Bütün bu sualların cavabı hadisələrin inkişafı zamanı, tədricən aydın olur. Romanı rahatlıqla “bir qadının dramı” da saymaq olardı – əgər hekayətin ən qarışıq yerində yeni bir obraz yaranmamış olsaydı – bu isə, gənc mexanik Cavanşirdi.
Yerlə Göy Arasında İlqar Kamil Qədim Qala Nəşriyyatı
- Marka Qədim Qala Nəşriyyatı
- Məhsul Kodu 3147
- Anbardakı sayı 0
- Qiyməti 7,00 AZN
- Çatdırılma vaxtı 48 saat
Roman yerlə göy arasında qalan bir neçə insanın hekayətini danışır. İt hürən tərəfəmi, yoxsa işıq yanan tərəfəmi getməli, hansı yol daha təhlükəsizdi, hansı yolun sonu xoşbəxtliyə çıxır – hələ heçnə bəlli deyil. Hekayətdə seçim də var, sınaq da var. eşq də!
Əvvəlcə biz sex Nadirlə tanış oluruq, Nadir Bakının oliqarxlarından birinin yekəxana, hərbə-zorba övladıdı. Sonra Səxavət çıxır qarşımıza – savadlı, ziyalı tarix müəllimi. Hadisələr sex Nadirin Səxavətin nişanlısına – Leylaya göz dikməsiylə başlayır. İndiyə kimi hər şeyi rahatlıqla əldə edən Nadir bu istəyinə də çata biləcəkmi? Səxavət sevgilisini qoruya biləcəkmi? Bəs Leylanın aqibəti necə olacaq? Bütün bu sualların cavabı hadisələrin inkişafı zamanı, tədricən aydın olur. Romanı rahatlıqla “bir qadının dramı” da saymaq olardı – əgər hekayətin ən qarışıq yerində yeni bir obraz yaranmamış olsaydı – bu isə, gənc mexanik Cavanşirdi.
Yerlə Göy Arasında İlqar Kamil Qədim Qala Nəşriyyatı
Məhsul şərhləri (0)
Oxşar məhsullar
9789952825220
İzləmədə qalın
Kampaniya və elanlardan xəbərdar olun, fürsətləri qaçırmayın
E-poçt adresinizi yadda saxlayın
Yadda saxla
Kateqoriyalar
- Biznes
- Azərbaycan dilində kitablar
- Türk dilində kitablar
- Rus dilində kitablar
- İngilis dilində kitablar
- Dərgilər
- Test kitabları
- Digər
- Bloq
Müştəri xidmətləri
- Gizlilik Şərtləri
- Haqqımızda
- Sifariş İzləmə
- Terms & Conditions
- Yazarlar
- Çatdırılma
- Bizimlə əlaqə saxlayın
Mirzəağa Əliyev 245 . AFMall ticarət mərkəzinin yanı
bookzone.az © 2023 | Bu sayt RGS Proqram təminatı ® E-ticarət Yazılımı ilə hazırlanmışdır
İlqar Kamil sözleri
– İndi başa düşürəm ki, zalımdan qabaq zülmə boyun əyənlərlə olmalıymış savaşımız və bu, daha çətin savaşdı!
İlqar Kamil
. bəzən həqiqəti sükut daha çox izah edə bilir, nəinki söz.
İlqar Kamil
. azadlıq da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və əsarət də xəstəlik kimidir; bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır!
İlqar Kamil
. azadlıq da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və əsarət də xəstəlik kimidir; bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır!
İlqar Kamil
Tənhalıq hissi, yalnızlıq nisgili, depressiya və sairə haradan yaranır? Diqqətsizlikdən! İnsanın bu həyatda ən çox ehtiyac duyduğu şey diqqətdir! Diqqətdən kənarda qalan, görünməyən, sayılmayan, adam yerinə qoyulmayan insan saralacaq, solacaq, depressiyaya düşəcək və ən nəhayət, həyatla ölümün arasına bir ip çəkib intihar edəcək. İnanın ki, sizin,
bəlkə də, hətta zarafatla dediyiniz xoş bir söz kimin üçünsə həyati məna kəsb edə bilər.
İlqar Kamil
. ən güclü əsərlər müəllifin ən dəhşət darıxdığı zamanlarda yazılır. Bu məntiqlə həm də etibarsız həyatın, etibarsız dostun, vəfasız sevgilinin hikməti üzə çıxır, .
İlqar Kamil
Bəlkə də ağıl insana doğru yolu tapmaqçün deyil, doğru yolu göstərini tapmaqçün verilib!
İlqar Kamil
Sən demə, cəsarət də yoluxucuymuş, xəstəlik kimi.
İlqar Kamil
. xilas əməliyyatı iki tərəfli prosedurdur, sən ha əlini uzat, gərək boğulan tərəf özü də xilas olmaq istəyə, yoxsa səni də dartıb batıracaq.
İlqar Kamil
Əxlaqsızlar, mənəviyyatsızlar, pislər əvvəldən pis olmayıblar, inanın mənə. Onlar da yaxşı olmaq istəyiblər. Kim istəməz ki?! Amma yaxşı olmaq pis olmaq qədər asan deyil. Yaxşı olmağın min bir qayda-qanunu varkən, pisliyin cəmi bircə yolu var – özünü burax, vəssalam!
Pislərin yaxşı olmağa gücləri çatmadı! Onlar yaxşılıq adlı zirvəyə qalxarkən
ayaqları tab gətirmədi, dözməyib pislik dərəsinə yuvarlandılar. Amma əli ətə çatmayanda onu pisləyən pişik kimi, özlərinə bəraət qazandırmaq, vicdanlarını rahatlatmaq üçün pisliklərinə “sərbəstlik” , “azadlıq” və daha nə bilim nə deyə, gözəl adlar qoymağa başladılar. Əslində bütün pislər sadəcə acizdirlər, yazıqdırlar, eyni ilə evtanaziyanı
qəbul etmiş çarəsiz xəstə kimi gücsüz, dözümsüz və bədbəxtdirlər – zahirən çox güclü, qüdrətli, yenilməz və xoşbəxt görünsələr belə.
Comments are closed, but trackbacks and pingbacks are open.