Press "Enter" to skip to content

Unuda bilmirəm”

Hərdən fikirləşirəm ki, qələm adamları, xüsusilə BÖYÜK SÖZÜN BÖYÜK CƏFAKEŞLƏRİ xalqına, elə sözün özünə xidmət etmək yükünü çiyinlərinə götürməsəydilər həyatımız necə də bomboz, mənasız olardı. Axı insan həyatını mənalandıran təkcə ətraf mühit, təbii mənzərə və yaxud tikilən binalar, çəkilən yollar, salınan körpülər və digərləri deyil. Mənim düşüncəmə görə, insan ömrünün ən mənalı məqamı sözlə baş-başa qalması, sözdən qidalanması, sözdən yararlanması hallarıdı. Yəni elm, ədəbiyyat, incəsənət özünü ifadə etdiyi sözdə, fikirdə insan ömrünü şərəfləndirir, hətta qidalandırır da.
Bax, bu mənada düşünən insanın həyatının bir parçasına çevrilən böyük söz istənilən yerdə, istənilən məqamda köməkçiyə də, məsləhətçiyə də, hətta ümidə də çevrilə bilir. İnsanın formalaşıb yolunu, məramını müəyyənləşdirməsində köməkçi olur, onun ideyalarını cilalayır, yoluna işıq salır.
Mən həyatda böyük söz yaradan insanların bir neçəsi ilə yaxından, uzaqdan təmas qura bilmişəm. Onların arasında xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Süleyman Rüstəm, Xəlil Rza, Qabil, xalq yazıçısı Bayram Bayramov, İlyas Əfəndiyev və eləcə də bu gün əsərlərini maraqla oxuduğum bir çox qələm adamları ilə olan şəxsi tanışlığım həyatımın ən önəmli anları, ayları, illəridi. Çox qəribədi ki, şəxsən tanıdığım bu söz adamları içərisində xalq yazıçısı İlyas Əfəndiyevlə Akademik Milli Dram Teatrında qarşılaşmışam. Və ilk dəfə onu lap yaxından, üzbəüz “Unuda bilmirəm” tamaşasının premyerası zamanı əyləşdiyi lojanın arxasından görmüşəm. Beləcə, ilk dəfə yaxından gördüyüm İlyas Əfəndiyevi isə lap çox-çox əvvəl, hələ Tuğ kənd orta məktəbində oxuduğum illərdə mütaliə edib, sevib, yaradıcılığından zövq almışam.
İndi xatirələrə üz tutanda orta məktəb illərində xüsusi çəkisi olan məktəb və kənd kitabxanasının dəyərini heç nə ilə dəyərləndirə bilmirəm. Çünki bu kitabxanaların zəngin və rəngarəng müəllif mühiti məni hər gün özünə çəkirdi və az qala hər gün yeni bir kitabı oxuyub başa vurmağa çalışırdım. Özü də təkcə özüm oxumurdum, həm də bu kitablar mənim sinif yoldaşlarımla olan bir səmimi yarışmamızın obyektinə çevrilmişdi. Hamımız daha çox oxumaq və oxuduqlarımızı da müzakirə etmək üçün yazılmamış bir yarışın iştirakçısına çevrilmişdik. Oxuduğumuz əsərlərin qəhrəmanları dilimizin əzbəri, müəllifləri isə bizim sevimli məsləhətçilərimiz, həyatımıza işıq salan insanlar idi. Bu sırada İlyas Əfəndiyev və onun əsərləri birinci yerlərin şəriksiz sahibi idi. Çünki həyatımızın kəndlə bağlı ən gözəl çağlarını özündə əks etdirən “Kənddən məktublar” və “Aydınlıq gecələr” kitabları bizə kəndi yenidən sevdirir, yenidən tanıdırdı. Burada oxuduğum “Apardı sellər Saranı” hekayəsi mənə yaşlıların dilindən eşitdiyim qədim bir rəvayətin çox orijinal, şirin və yaddaqalan, həm də inandırıcı bir təqdimatı idi. Mən bu əsəri oxuyarkən yaşımın az olmasına baxmayaraq, həmin o əfsanə ilə, müəllifi çox böyük yazıçımız olan İlyas Əfəndyevin “Apardı sellər Saranı” əsərini müqayisə etməyə, hətta sərbəst inşa yazısında onun müəyyən detallarından istifadə etməyə çalışmışdım.
Orta məktəbin yuxarı siniflərində ən çox oxuduğumuz və böyük həvəslə müzakirə etdiyimiz ədəbiyyat müəllimimizin təşəbbüsü ilə məktəbdə yaradıcılıq gecəsini keçirdiyimiz İlyas Əfəndiyevin “Körpüsalanlar” və “Söyüdlü arx” romanları sözün bütün mənalarında bizi öz aurasına alan bir gerçək mühit idi. Elə bir mühit ki, biz ondan qidalanırdıq, ondan öyrənirdik. Hətta bəzilərimiz bu əsərlərin qəhrəmanlarını özümüzə ideal da seçmişdik. Oxuyub hafizəmizə köçürdüyümüz, yaddaşımızda yaşatdığımız “Dağlar arxasında üç dost” romanı da məhz bizim gənclik illərimizin sevilən əsərlərindən idi.
Həyatımın kitabla, bədii ədəbiyatla bağlı dönəminin ikinci mərhələsində İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”, “Xan çinar” romanları xüsusi yer tutur. Birmənalı deyə bilərəm ki, “Geriyə baxma, qoca”, “Üçatılan” romanları təkcə mənim deyil, hətta evdə kitaba marağı olan yaşlı atamın və digər ağsaqqalların da diqqətini çəkmişdi. Çünki onlar bu əsərlərdə adları keçən bir çox insanların həyatda mövcud olduğunu söyləməklə müəyyən faktların da həqiqətə söykəndiyini, yəni əsərin başdan-başa bədii təxəyyülün məhsulu olmadığını, əksinə, xalq yazıçısı İlyas Əfəndiyevin həyat gerçəkliyini, faktları öz ustad qələmi ilə böyük sözün zirvəsinə qaldıra bildiyini görməklə bununla fəxr edirdilər və bildirirdilər ki, bax, əsl yazıçı belə olar. Yəni həyatda gördüyünü həyatda yaşayanlara öz şirin və bədii təfəkkürünün dili ilə yenidən, özü də tamam fərqli bir formada çatdıra bilər.
Doğrudan da bədii söz ürəyə yol tapanda ömrü uzanır, illərə, qərinələrə calanır. Mən Azərbaycan dramaturgiyasında öz erası olan İlyas Əfəndiyevin təkcə əsərlərinin siyahısını gözdən keçirəndə istər-istəməz içimdəki bir inamı yenidən yaşayır və yenidən dilə gətirirəm. Mən inanıram ki, nə qədər Azərbaycan teatrı, Azərbaycan səhnəsi var, İlyas Əfəndiyevin əsərləri də olacaq, yaşayacaq, tamaşaçıları öz ətrafına yığacaq və beləcə İlyas Əfəndiyevi də yaşadacaqdı. Bir anlıq “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Büllur sarayda”, “Hökmdar və qızı”, “Sən həmişə mənimləsən”, “Xurşid Banu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Atayevlər ailəsi” və digər əsərləri göz önünə gətirib o illərə, o əsərlərin səhnəyə qədəm qoyduğu zamana qayıdıram. Özümdən asılı olmayaraq, İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı bəxş edən Azərbaycanın ünlü sənət adamlarını, aktyorları, rejissorları xatırlayıram. Həmin əsərlərdə səslənən musiqiləri sanki dinləyirəm. O əsərlərin təkcə tamaşaçısına yox, həm də iştirakçısına çevrilirəm. Bu isə böyük yazıçının öz qələminin gücü ilə oxucusunun yaşatmaq və yaşamaq inancını gücləndirməsi, qüvvətləndirməsi və bəzən də bu hissi ona çox rahat, könül xoşluğu ilə bağışlamasının nümunəsidi. Belə ki, İlyas Əfəndiyev hər bir əsərində hər bir qəhrəmanının timsalında oxucusunu görür, duyur, qiymətləndirir, yaşadır. Onun əsərləri təkcə kitab rəflərini bəzəmir, həm də ürəklərdə özü üçün ayrıca bir guşə yaradıb. Bu guşənin gülüstan olması artıq öz hökmünü tapıb, öz təsdiqini gerçəkləşdirib. Belə ki, Azərbaycan adlı məmləktin bütün coğrafiyasını, tarixini, əxlaqını, mənəviyyatını, adət-ənənəsini, bütövlükdə varlığını özündə əks etdirən bu əsərlər artıq bütün Azərbaycanın mülkiyyətinə, sərvətinə, varidatına çevrilib.
Deməli, bu milliləşmə, bu bəşəriləşmə və bütövlükdə əsərlərin sevilib ürəklərdə, könüllərdə özünü yaşatması Tanrının İlyas Əfəndiyevə böyük sevgisi ilə yanaşı, İlyas Əfəndiyevin də xalqına, xalqının da ona güvəncinin həyat gerçəkliyidi. Bu gerçəklik isə İlyas Əfəndiyevi dünən yaşatdığı kimi bu gün də yaşadır, sabah da yaşadacaq. Biz ondan yalnız cismən ayrılmışıq.

İLLƏR “UNUDA BİLMİRƏM”İ YAZANI UNUTDURA BİLMƏZ

“Unuda bilmirəm”

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri İstanbul teatr festivalında çıxış ediblər

Bu günlərdə İstanbulda II Beynəlxalq “Professor Cüneyt Gökçer” teatr festivalı keçirilib. “Dünya səhnədir” devizi altında keçirilən festivalda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Unuda bilmirəm” tamaşası ilə çıxış ediblər.

Universitetin kino və dram aktyorluğu fakültəsinin müəllimi, Xalq artisti Hacı İsmayılov festival barədə təəssüratlarını qəzetimizlə bölüşdü.
– Bu il Mədəniyyət və İncəsənət Universitetinin kino və dram aktyoru fakültəsinin tələbələri diplom tamaşası hazırlayarkən görkəmli dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinə müraciət etdilər. Tamaşanı hazırlayarkən xəbər aldıq ki, İstanbulda tanınmış sənətkar Cüneyt Gökçerə həsr olunmuş tələbə teatr festivalı keçirilir və bizi də dəvət ediblər. Böyük həvəslə hazırlıq gördük və mayın əvvəlində İstanbula yola düşdük. Heyətimiz 11 nəfərdən ibarət idi. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağakişi Kazımov, fakültəmizin dekanı, dosent, Əməkdar artist Ötkəm İsgəndərov, həmin kursda aktyor sənətindən dərs dediyim üçün mən və 8 nəfər tələbəmiz iştirak edirdi.
Bizi İstanbulda yüksək səviyyədə qarşıladılar. Festivalda Türkiyənin doqquz universitetinin, o cümlədən İstanbul Mədəniyyət Universitetinin tələbələri hazırladıqları tamaşaları nümayiş etdirdilər. Festivala kənardan dəvət olunan yeganə ölkə isə Azərbaycan idi və deməliyəm ki, ölkəmizi bu festivalda layiqincə təmsil etdik.
Mayın 1-də festivalda nümayiş olunan ilk tamaşaya baxdıq. Tamaşanın qəribə adı vardı: “Romeo ölməsin”. Maraqlı bir kompozisiya idi. Mayın 2-də isə bizim tələbələr “Unuda bilmirəm” tamaşasını oynadılar. Tamaşa çox maraqla qarşılandı.
Hacı İsmayılov söhbətimizin bu yerində Azərbaycan teatrında, Azərbaycan səhnəsində özünəməxsus yeri olan “Unuda bilmirəm” tamaşasının tarixinə qısa nəzər saldı:
– “Unuda bilmirəm” tamaşası ilk dəfə 1968-ci ilin noyabrında Akademik Milli Dram Teatrında oynanılıb. Səhnə əsərinə görkəmli rejissorumuz Tofiq Kazımov quruluş vermişdi. Tamaşada görkəmli aktyorlarımız – Həsən Turabov, Amaliya Pənahova, Məmmədrza Şeyxzamanov, Hamlet Qurbanov, Sofya Bəsirzadə, Muxtar Afşarov və başqaları oynayıblar. Tamaşa uzun müddət Azərbaycan səhnəsində ən çox sevilən səhnə əsərlərindən biri kimi yadda qalıb.
“Unuda bilmirəm” əsərinə tələbə tamaşası kimi qayıtmağımızın başlıca səbəbi isə ondan ibarət idi ki, İlyas Əfəndiyev elə qüdrətli dramaturqdur ki, hər dəfə onun əsərlərini tamaşaya qoyanda, tamaşaçıya yeni söz deməyə imkan yaranır. Bu, lirik-psixoloji bir əsərdir. İnsanın məni və əməli arasında olan ziddiyyətlərdən bəhs edir.
İki saata yaxın davam edən tamaşa çox diqqətlə izlənildi, maraqla qarşılandı və sonda alqışlandı. Tələbələrimiz büllur mükafata və fərqlənmə diplomuna layiq görüldülər.
Tamaşa bitəndən sonra İstanbul Mədəniyyət Universitetinin müəllim-tələbə heyəti ilə görüşümüz oldu. Universitetin sənət müəllimi, rejissor Zəfər Kayaokay maraqlı bir açıqlama verdi. Bildirdi ki, bir neçə il bundan əvvəl İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasını elə bu universitetdə tələbələrlə birgə tamaşaya qoyub. Etiraf etdi ki, bizim tamaşaya da diqqətlə baxıb və qərara gəlib ki, İlyas Əfəndiyevin pyeslərini məhz bizim qoyduğumuz oyun tərzi ilə səhnələşdirmək lazımdır. Bu bizim tamaşaya verilən ən böyük qiymət idi.
Beş gün ərzində tələbələrimiz İstanbulun görməli, tarixi yerləri ilə tanış oldular. Bu səfər onlar üçün həm də ona görə əlamətdar idi ki, Mədəniyyət və İncəsənət Universitetinin tarixində tələbə tamaşaları az hallarda festivallarda iştirak edir. Belə bir hadisə sovet vaxtı olmuşdu. 1970-ci illərdə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi Leninqradda (Sankt-Peterburq) tələbə festivalına dəvət edilmişdi. Ondan sonra uzun illər elə bir hadisə olmadı. Bu yaxınlarda isə tələbələrimiz İran İslam Respublikasında və Gürcüstanda tələbə festivalında iştirak ediblər. Nəhayət, İstanbulda keçirilən teatr festivalında iştirak etdilər ki, bu da onların həyatında mühüm hadisələrdən birinə çevrildi.
Tamaşada Təbriz Əmrahov Möhsünzadə, Rəşad Hüseynov Cəmil, Emin Həşimov Kamran, Lalə Şükürova Nərmin, Elvin Quliyev mayor, Süleyman Mehdiyev Kərəm, Salihə Məmmədova Səadət, Ağakişi Kazımov professor obrazlarını ifa ediblər.
Xalq artisti Hacı İsmayılov tamaşa ilə yanaşı tamaşanın musiqisinin də maraqla qarşılandığını bildirdi.
– Tamaşa Rəşid Behbudovun Bakı haqqında gözəl bir mahnısı ilə başlayır, əsər boyu isə seçmə musiqilər səsləndirilirdi. Xalq artisti, sevimli müğənnimiz Azər Zeynalov tamaşa üçün musiqi aranjeman etmişdi. Tamaşada məşhur bir mahnı da var, o mahnını vaxtilə tamaşada Amaliya xanım oxuyub. Həmin mahnını yeni üslubda müğənni Lalə Məmmədova ifa etmişdi. Musiqi festival iştirakçılarının çox xoşuna gəldi, bizdən xahiş etdilər ki, tamaşanın musiqisi olan diski onlara hədiyyə edək.
Sonda Hacı İsmayılov festivalda iştirak etmələrinə imkan yaratdığı üçün Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə və səfərə dəstək verən “Azal” şirkətinə öz təşəkkürünü bildirdi.

Bu kateqoriyaya aid digər yazılar

Comments are closed, but trackbacks and pingbacks are open.