Press "Enter" to skip to content

Beynimizi necə effektiv istifadə edə bilərik

Cavabı və ya həlli gec tapılan məsələlərə misallar:

Bədəndə və Cinsi Orqanda Qaşınma Səbəbləri və Müalicəsi

Bədəndə qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblərdən meydana çıxır. Səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Bədəndə qaşınmanın yaranma səbəblərinə daxildir: həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi özünəqulluq vasitələri, kimyəvi maddələr, infeksiyalar, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik – dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seboreyalı dermatit, sinir-psixoloji gərginliklər.

Bədəndə qaşınmanın diaqnostikası

Dermatoloqa müraciət edərkən bədəndə qaşınmanın xarakteri, nə vaxt başlaması, rastgəlmə tezliyi, yeri, nə ilə əlaqədar olması, nə vaxt itməsi, qəbul edilən dərmanların siyahısı barədə suallara cavab verməsi vacibdir. Bu, müalicənin səmərəsinə və düzgün istiqamətdə getməsinə kömək edir. Həmin şikayətlər zamanı, ilk növbədə, allerqoloq və ya dermatoloqa müraciət etmək məsləhətdir. Qaşınma allergiya və ya dəri problemləri ilə əlaqədar deyilsə, xəstəliyin müalicəsi üçün başqa ixtisas həkiminə üz tutmaq lazımdır.

Bədəndə qaşınmanın müalicəsi

Bədəndə qaşınmanı müalicə etmək üçün əvvəlcə səbəbini tapmaq lazımdır. Qaşınmanı aradan qaldıran vasitələri aşağıdakı kimi qruplaşdıra bilərik:

Qaşınma üçün kortikosteroid mazlar və məlhəmlər: həkim bədəndə qaşınma və qızartı üçün yalnız zərurət yarananda təyin edə bilər.

Qaşınma üçün digər mazlar və məlhəmlər: buraya kalsineurin inhibitorları daxildir. Bundan əlavə, yerli anestetiklər, kapsaisin və doksepin ilə qaşınmanı yüngülləşdirmək olar.

Ağızdan qəbul edilən dərmanlar: tərkibində fluoksetin və sertralin aktiv maddələri olan antidepressantlar bəzi xroniki qaşınma növlərini aradan qaldırmağa kömək edir.

İşıq terapiyası (fototerapiya): dərini xüsusi tezlikli işığa məruz qoyaraq müalicə etmək məqsədi daşıyır. Qaşıntı keçənə qədər bir neçə seans təyin edilə bilər.

Cinsi orqanda qaşınma

Cinsi orqanda qaşınmanın əsas səbəblərini aşağıdakı kimi sıralaya bilərik:

1. Cinsi yolla keçən xəstəliklər

Əsasən trixomoniaz, qonorreya, genital ziyillər və s. şiddətli qaşınmaya səbəb ola bilər. Bu zaman cinsi orqanda qaşınmanın müalicəsi birbaşa müvafiq xəstəliklərin aradan qaldırılmasına bağlıdır.

2. Cinsi orqanda göbələk xəstəliyi

Cinsi orqanda qaşınmanı, adətən kandida göbələyi yaradır. Daha çox qadınlarda rastlanır. Hər 4 qadından 3-ü həyatında bir dəfə də olsa bu xəstəliyə yoluxur.

3. Hamiləlik genital bölgədə qaşınmaya səbəb ola bilər.

4. Klimaks (menopauza) dövründə esterogen hormonunun azalması səbəbindən vaginal divarlar nazikləşir və quruyur. Bunun həssaslığı artırıb qaşınma yaratması mümkündür.

Cinsi orqanda qaşınmanın müalicəsi

Cinsi orqanda qaşınmanın müalicəsini yenə də səbəbə uyğun edirik. Zöhrəvi xəstəliklər ilə bağlıdırsa, daxilə preparat təyin etməyimiz mütləqdir. Əksər hallarda həm dərman, həm də xaricə qaşınma üçün mazlardan istifadəyə ehtiyac olur. Məsələn, göbələk infeksiyası zamanı flukanozol tərkibli tablet və ya mazlar effektivdir. Trixomoniaza qarşı metronidazol tərkibli tablet və maz, xlamidioz zamanı isə daha çox antibakterial müalicə tətbiq edirik. Cinsi orqanda qaşınmanın müalicəsi bitənə qədər cinsi əlaqədə olmaq məsləhət deyil. Həmçinin müalicəyə partnyorların hər ikisi cəlb olunmalıdır.

Beynimizi necə effektiv istifadə edə bilərik?

Bir çox zəif Android əsaslı ağıllı telefonlarda donma hallarının tez-tez şahidi oluruq. Eyni zamanda internet səhifərini açanda, oyunlar oynayanda və s. işlər görəndə donma halları da artır. Telefonların prosessorlarının sayı və tezliyi nə qədər çox güclü olsa, bir o qədər də donma halları azalır. Ağıllı telefonlar kimi beynimiz də çox prosessorlu və çox funksiyalı bir orqandır. Lakin, biz iradəmizlə beynimizin cəmi “bir prosessorunu” işlədə bilirik və eyni zamanda bir iş görmək imkanı verilir. Buna görə beynimizə bizim iradəmizlə idarə olunan hissəsinə “tək nüvəli” beyin deyə bilərik. Bunun nəticəsidir ki, eyni zamanda iki məsələ haqqında düşünə bilmirik. Məsələn, eyni zamanda 18 * A = 108 və 86 – B = 49 kimi sadə misalları edə bilmirik. Sürətli hesablasaq belə məcburuq ardıcıllıq hesablayaq, paralel hesablaya bilmirik. Acı da olsa, beynimizdə paralel hesablama əməliyyatları apara bilmirik.

Milli.Az moneta.az-a istinadən bildirir ki, laptop və ağıllı telefonlar zəifləyən kimi prosessorların sayını artırmaqla gücləndirmək mümkündür. Lakin beynimiz bir dənədir. Söküb bir şeylər əlavə etmək imkanımız yoxdur. Demək ki, “tək nüvəli” beynimizi effektiv işlətmək üçün başqa yollara əl atmalıyıq. Bunun üçün görək nələr etmək mümkündür.

Əvvəla, beynin “evini yıxan” amilləri təyin edək. Bunlar lazımsız məlumatlar və düşünmək üçün uzun zaman tələb edən fikirlərdən ibarətdir. Birinci başlayaq lazımsız məlumatlardan.

Laptop və ağıllı telefonlar çoxlu sayda və böyük həcmli fayllar qəbul edəndə gec işləyən kimi, beynimizdə çoxlu sayda məlumatlar qəbul edəndə donub qalır. Qurğuları sondurub yandıranda özünə gəlir. Lakin beynimizin restart düyməsi olmadığı üçün işlər lap da çətinləşir. Nəticədə isə, başımız ağrıyır, yorğun oluruq, heç kimlə danışmaq istəmirik və s. hallar baş verir. Beynimizin yorğunluğu keçən kimi yenidən özümüzə gəlirik. Beynimizi yormamaq üçün yollardan biri də lazımsız məlumatları beynimizdə saxlamamaqdır. Lazımsız məlumatlar nisbi xarakter daşıyır. Bəziləri üçün lazımsız görünən məlumatlar digərləri üçün lazımlı ola bilər. Lakin bəzi ümumi qəbul edilmiş lazımsız məlumatlara aid misallar göstərək:

Saat 09:00-da işə başlayan kimi hərə gəlir bir iş tapşırır. Tapşırılan o işlər lazımsızdır. Beyində saxlanılmaz. Vərəqə yazılar. İşlər bitdikcə də üzərindən xətt çəkilər. Bunun elmi adı TASK MANAGEMENT-dir. Əgər vərəqə yazmayıb beyində saxlanılarsa, o zaman saat 17:00-a kimi beynin donduğunu və başınızın ağradığınızı hiss edəcəksiz.
Həftəlik və ya günlük planlamada görülən işləri beyində saxlamaq lazımsızdır. Telefona və ya bir yerə qeyd edilər.
Alınan və ya satılan malların beyində saxlamaq lazımsızdır. Eyni qayda ilə bir yerə qeyd edilər.
Kiməsə borc verdiyin əşyaları beyində saxlamaq lazımsızdır.
Tədbir təşkil edilən zaman dəvətnamə göndərilənlərin adlarını beyində saxlamaq lazımsızdır.
Ümumi olaraq belə qruplaşdıra bilərik. Məsələləri bir yerə qeyd etməklə işinizi görə bilirsizsə, o zaman həmin məlumatlar beyində saxlanılmaz. Çünki lazımsız məlumatlardır.
Lazımsız məlumat əhəmiyyətsiz və ya vacib olmayan məlumat demək deyil. Sadəcə onları beynimizdə saxlamırıq. Vərəqdə, telefonda, laptopda, və s. bir yerdə qeyd edərik. Vaxtı çatanda istifadə ediləcəkdir.

Ən çətin hissə isə düşünmək üçün uzun zaman tələb edən fikirlərdən azad olmaqdır. Kompüterdə və ağıllı telefonlarda hər hansı bir əməliyyat çox resurs aparan zaman task management hissədən kill etmək, yəni sonlandırmaq mümkün olur. Lakin beynimizdə task management imkanı olmadığı üçün başqa alternativlərə əl atmaq lazımdır. Bunu yeni termin ilə əvəz edə bilərik beyində sonlandırma əməliyyatı. Yəni beynimizi məşğul edən fikirlərdən azad olmaq. Beynimizi adətən yoran məsələsələr cavabı və ya həlli hələ də tapılmayan məsələlərdir. Cavabını və ya həllini tapdığımız məsələlər artıq beynimizi məşğul etməz. Cavabını və ya həllini tapdığımız bir məsələni məlumat kimi beynimizin bir küncündə saxlayaraq. Göründüyü kimi, beyində sonlandırma əməliyyatı demək hal-hazırda beynimizdə aktiv olan və haqqında düşündüyümüz məsələlərdən canımızı qurtarmaq deməkdir.

Cavabı və ya həlli gec tapılan məsələlərə misallar:

1) Bakalavr və ya magistr pilləsi üzrə hansı ixtisası seçim.

2) Xaricdə necə magistr təhsili ala bilərəm.

3) Elektrik mühəndisliyini necə öyrənə bilərəm.

4) Şirkətdə vəzifə artımını ən qısa zamanda necə əldə edə bilərəm

5) Ailədə yaranan problemləri necə həll edə bilərəm.

6) Uşağımı hansı istiqamətdə yetişdirsəm daha yaxşı olar

7) Birinci maşın olaraq nəyi alsam yaxşı olar

8) Şirkətdə yaranan problemi necə həll edə bilərəm

9) və s. minlərlə misal göstərmək olar.

Əgər beynimizi bu və ya bənzəri suallar məşğul edirsə, beynimizi yormamaq şərti ilə onlara cavab tapmaq və ya onları həll etmək üçün oxuduğumuz kitablarda, qatıldığımız seminarlarda müxtəlif yanaşmalar və konseptlər təklif edilir. Amma bunların hamısı özündə ümumi aşağıdakı xüsusiyyətləri cəmləşdirir.

– Qərar qəbuletmə metodlarını (Decision Making) tətbiq etmək. Əgər qərar qəbuletmə metodları ilə tanış deyiliksə və həyatımıza tətbiq etmiriksə, o zaman məsələlər uzun zaman beynimizi məşğul edəcək. Qərar qəbuletmə metodları dedikdə, kriteriyaları (istəkləri) təyin etməklə alternativlər arasında ən optimalını seçməkdir.

– Ünsiyyət qurmaq bacarığı (Communication Skill). Bir çox hallarda digərlərindən məsləhət alırıq və ya müzakirələr edirik. Ünsiyyət qurmaq bacarığımız zəif olarsa dərdimizi izah etməkdə və ya qarşı tərəfin dediklərini doğru və dəqiq başa düşməkdə çətinlik çəkəcəyik.

– Biliklərin idarəedilməsi (Knowledge Management). “Əsas bilmək deyil, əsas nəyi hardan tapmağı bilməkdir” prinsipi ilə məsələləri həll etməkdir. Qarşılaşdığımız hər bir məsələnin həll edilməsi və ya cavabının tapılması üçün adətən müəyyən biliklər tələb olunur. Buna görə hardan, nəyi və necə əldə etmək bacarığımız varsa, qısa zamanda finişə çata bilirik. Bu eyni zamanda tədqiqat aparmaq bacarığına sahib olmaq deməkdir.

– Kimdən məsləhət almaq. Qarşılaşdığımız məsələlərin həlli üçün kimdən məsləhət almağın qərarının verilməsinin özü də bir bacarıq tələb edir. Burada əsas qayda həmin məsələ üzrə təcrübəsi olan şəxslərdən məsləhət alınar. Yəni həmin məsələlər üzrə əvvəlcə “bataqlığa batanlardan” məsləhət almaq lazımdır.

Belə xülasə verə bilərik. Beynimizin iradəmizdə olan hissəsi “tək nüvəli” olduğu üçün eyni vaxtda paralel bir neçə məsələ haqqında düşünə bilmirik. Əgər beynimizi düşündürməyə məcbur etmək bir çox ağıllı telefonlar kimi donub qalacaqdır. Nəticə etibari ilə günün sonunda baş ağrısı, halsızlıq, yorğunluq halları və s. olacaqdır. Bunun üçün görülən işlər nə qədər çox olsa bir yerə qeyd etməliyik. Tək -tək əhəmiyyətlilik və vaciblik dərəcəsinə görə həll etməyə çalışmalıyıq. Əgər bir yerə qeyd etməsək və beynimizdə saxlasaq, o zaman digər məsələlər çönüb olacaq lazımsız məlumat.

Beynimizin qədrini bilək və faydalı işlədək.

Milli.Az

Qibləni necə təyin etmək olar?

Salam! Eyer bir insan basqasinin evinde qibleni tapmazsa ne etmeli? xais edirem cavablayardiz onceden Allah razi olsun.

Və aleykum Salam. Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).

Comments are closed, but trackbacks and pingbacks are open.