Press "Enter" to skip to content

SON DƏQİQƏ

Belə uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

Imkanları mhdud uşaqlar

Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu elektron formada həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər öncə mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməli, sonra isə xüsusi təhsil formasını seçməlidirlər.

Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə birlikdə aprelin 1-dən başlayaraq həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunan Pedaqoji tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. hal-hazırda məktəbə qəbul prosesi davam edir. Bu zaman valideyn uşağı da özləri ilə gətirməlidir. Tələb olunan sənədlər isə bunlardır:

– Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,

– Tibbi arayış,

– 2 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil, – Yaşayış yerindən arayış.

Belə uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

Qeyd edək ki, prosesdən sonra bütün valideynlərdən şagirdin hansı məktəbə qəbul edilməsi ilə bağlı ərizəni çap edərək həmin məktəbə təhvil verməsi tələb olunur

Əlavə məlumat üçün: (12) 564-25-27

SON DƏQİQƏ

Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsi dövlətin sosial siyasətinin əsastərkib hissələrindən biridir. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət uşaq siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublikada da yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicə xidməti, müxtəlif reabilitasiyavasitələri ilə təminatı problemsiz yerinə yetirilir. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, hüquqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, təhsilə cəlbinin davamlılığının təmin olunmasına xidmət edir.Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin 9 ayı ərzində birçox tədbirlər həyata keçirilmişdir.

Belə ki, Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış,onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyə olunmuşdur.Cari ilin 9 ayı ərzində Komitə tərəfindən 470 sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəriciləri və səbəbləri araşdırılmış, potensiallarına uyğun olaraq təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb edilmişdir.Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1882 nəfər uşaqdan 251 nəfərinin məktəbəqədər yaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat yaradılmış bazaya əlavə olunmuşdur.Proqramın icrası ilə əlaqədar Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman,şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə cəlb olunması daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqların 44 nəfərindən 8-i müalicə reabilitasiya müəssisələrinə, 31-i ümumtəhsil məktəblərinə, 1-i distant təhsilə, 3-ümusiqi məktəbləri və məktəbdənkənar müəssisələrin dərnəklərinə, 1-i isəməktəbəqədər müəssisələrə yönləndirilmişdir.Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən aidiyyətiorqanlarla birgə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2 dəfəteatr tamaşası, Naxçıvan Dövlət Film Fondunda isə 1 dəfə film nümayişolunmuşdur. Təşkil olunmuş teatr tamaşasına və filmə 198 sağlamlıqimkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrumolmuş və aztəminatlı ailələrin uşaqları cəlb edilmişdir.Bundan əlavə “1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlara dəstəkməqsədilə qanvermə aksiyası keçirilmiş, aksiyada 11 lt qan toplanmış,müvafiq uşaqlara köçürülməsi məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilmişdir. Həmçinin 7 sağlamlıq imkanları məhdud uşağın evində bayram tədbiri keçirilmiş, uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəstləri və tibbi ləvazimatlar təqdim edilmişdir.Həmçinin proqramın müvafiq bəndinin icrası ilə əlaqədar 15 sentyabr –Bilik Günü ərəfəsində 41 aztəminatlı, 17 çoxuşaqlı, 20 təkvalideynli, 9şəhid və 7 sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə 94 uşağaməktəbli fornası və dərs ləvazimatı verilmişdir.Muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici məlumatların verilməsi məqsədilə Komitə əməkdaşlarının Naxçıvan Dövlət teleradiosunda 9 televiziya, 3 radio çıxışları olmuşdur.Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.