Sağlamlıq imkanları məhdud uşaqlara 200 manat müavinət veriləcək
Milli.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.
Xankəndi
“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən birgə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud 30-a yaxın uşağın təmənnasız müayinəsi və onların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilib.
Tədbirdə Dövlət Komitəsinin nümayəndələri, səhiyyə üzrə mütəxəssislər, həkimlər, Mərkəzin psixoloqları təqdimatlarla çıxış ediblər.
İştirakçılara maarifləndirici materiallar paylanılıb.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova əvvəlcə qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmələri üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması hər zaman olduğu kimi, bu gün də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
AQUPDK-nin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti və təklif etdiyi xidmətlər haqqında məlumat verib. O, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının, yaradıcılıq potensialının üzə çıxarılmasının vacibliyini vurğulayıb.
Sonra çıxış edənlər sağlamlıq imkanları məhdud uşaqlarla göstərilən psixoloji və digər xidmətlərin əhəmiyyətini bildiriblər.
Tədbir çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Anara Quliyeva tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təmənnasız diaqnostik terapiyası aparılıb.
Sonda sağlamlıq imkanları məhdud olan uşaqlara Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanıb.
Sağlamlıq imkanları məhdud uşaqlara 200 manat müavinət veriləcək
Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manat təşkil edəcək.
Milli.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.
Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.
Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Comments are closed, but trackbacks and pingbacks are open.