Press "Enter" to skip to content

Tətbiqetmə. İmla mətni: Ev tapşırığı

10. İntonasiyanın gözlənilməsi ifadəli oxunun əsası kimi…. 95

Ağarəhim Əsərlər

danışıq dilinin öyrədilməsi proqramı. Maarif Nazirliyinin mətbəəsi.

Bakı-1988. 1,5 ç/v.; Onbirillik məktəblərin IV siniflərində Azər-

baycan dilindən didaktik materiallar. Maarif Nazirliyinin mətbəəsi.

Bakı-1988. 2,5 ç/v.; İbtidai siniflərdə sintaksisin səmərəli tədrisi.

Maarif Nazirliyinin mətbəəsi. Bakı-1989. 6,0 ç/v. İbtidai siniflərdə

sintaksisin tədrisinin bəzi məsələləri. Maarif Nazirliyinin mətbəəsi.

Bakı-1991. 3,5 ç/v.; İmla mətnləri (ibtidai siniflər üçün). «Maarif».

Bakı-1992, 8,5 ç/v.; Azərbaycan dili dərslərində sintaksisin tədrisi-

nin nəzəri və praktik əsasları. «Mütərcim». Bakı-1996. 13,5 ç/v.;

Azərbaycan dili dərslərində şagirdlərin monoloji nitqinin inkişafı.

«Çaşıoğlu». Bakı-1998. 8,5 ç/v.; İbtidai siniflərdə oxu təlimi. «Ça-

şıoğlu». Bakı-1999, 8,5 ç/v.; Ana dilinin tədrisi metodikası. «Nur-

lan». Bakı-2003. 27,5 ç/v.; «Azərbaycan dili» (IV sinif üçün dərs-

lik). Azərnəşr. Bakı-2003. 8,5 ç/v.; Müqayisə priyomundan istifadə

şagirdlərin şifahi nitqinin inkişafında mühüm vasitə kimi. BQU.

Bakı-2007. 8,2 ç/v.; Şifahi nitqin inkişafının elmi əsasları. BQU.

Bakı-2007. 42 ç/v.; Şifahi nitqin inkişafının praktik əsasları. BQU.

Bakı-2008. 2,5 ç/v.; Şifahi nitqin inkişafının imkanları. BQU. Bakı-

2008. 1,5 ç/v.; Oxu materiallarının öyrədilməsi yolları. BQU. Bakı-

2009. 2,2 ç/v.; Nitq inkişafının inkişaf dinamikası. BQU. Bakı-

2009. 2,2 ç/v.; İbtidai siniflərdə qrammatik təhlil bacarıqlarının öy-

rədilməsi. BQU. Bakı-2010, 2,2 ç/v.; Şagirdlərin nitqinin xüsusiy-

yətləri. BQU. Bakı-2010. 1,5 ç/v.; Elmi-kütləvi materialların öyrə-

dilməsi yolları. BQU. Bakı-2011. 4 ç/v.; İbtidai siniflərdə inşalar

üzərində işin təşkili. BQU. Bakı-2011, 6,2 ç/v.; İmla yazılar üzərin-

də işin təşkili. BQU. Bakı-2011. 1,5 ç/v.; İmla yazıların təshihi.

BQU. Bakı-2012. 1 ç/v.; Oxunun şüurluluğunun nəzəri və didaktik

əsasları. BQU. Bakı-2012. 1 ç/v. Cümlə üzərində işin təşkili. BQU.

Bakı-2013. 1,5 ç/v.; Bakı Qızlar Universitetinin formalaşdırılması

və inkişaf perspektivləri. BQU. Bakı-2014. 4 ç/v.; Özəl təhsil siste-

minin problemləri. BQU. Bakı-2014. 22 ç/v.; Azərbaycanda özəl

təhsil. BQU. Bakı-2014. 1,5 ç/v.; Bakı Qızlar Universiteti. BQU.

300-dən artıq qəzet və jurnal məqalələri (1973-2015-ci illər).

Ağarəhim Əsərlər

b) Bədii əsərlər (hekayə, povest, roman, pyes, ssenarilər,

seriallar, esselər, düşüncələr, portretlər, tərcümələr, müsahibə-

lər), əsərlərinin təhlilinə həsr olunan kitablar.

Hekayələr: Canavar balası (1996); Kimdir günahkar (1996);

Əlvida məhəbbətim (1996); Xəyal (1996); Teleqram (1996); Nida

(1996); Fısqırıq (1996); Xəzinə (1996); Sədaqət (1996); Get tullan,

təhkimçi (1996); Şalvar axtarışı (1996); Üçlük (1996); Pişik boğuş-

duranlar (1996; Şalvar həngaməsi (1997); Qeybalının arzusu

(1997); Sərsəri Şüküralının sevinci (1997); Toy əhvalatı (1997);

Hikkəbaz Gülsənəm (1997); Bu ki komediyadı (1997); Əcəb işə

düşdük (1997); Şorgöz Məmiş (1997); Duet (1997); Cinayətkar pi-

şikdi, yoxsa Abdulla (1997); Həkim, qonağı özünə arvad elə

(1997); Salamat aparıb, ölü qaytardılar (1997); Naxırçı Novruz

(1998); Fazilənin kələyi (1998); Sağ ol səni, usta Mədəd (1998);

Təzə dərs hissə müdiri (1998); Zibidi kar (1998); Fətullahın sərgü-

zəşti (1998); Göyüşün toyu (1998); Alimə layiq yemiş (1998); Şıl-

laq yıxan evi… (1998); Qotur Məmməd (1998); Öləcəm, ancaq…

(1998); Qoşa yatıb, qoşa qarıyasız (1998); Hədiyyə (1998); Hüquq

tələbi (1998); Riyakarlar (1998); O dünyada bağışlaram (1998);

Diplomat (1999); Tüllab (1999); Çox mübarək (1999); Xatirat ge-

cəsi (1999); Yuxu (1999); İntihar (1999); Ya barışıq, ya ölüm

(1999); Daşla qayanın qarşılaşması (1999); Qəsd (1999); Dığır Şə-

kəralı (1999); Ölüm fərzdi (1999); Çaqqal qara, yoxsa qara çaqqal

(1999); Təşəkkür (1999); Övlad dərdi (2000); Təsadüfi görüş

(2000); Oğullu-qızlı olsunlar (2000); Bic balalar (2000); Əbədi gö-

rüş (2000); Kişilik erası (2000); Ər donu biçmək (2000); Göndərin

istirahətə (2001); Ölüm hökmü (2001); Oğrudan oğruya halaldı

(2001); Üzüqara gedəcəksən (2002); Xətalı gözlər (2002); Sübut

elə (2002); Kişilərin adları varmış (2002); Sevgi bəlası (2003); Nə-

və dərsi (2003); Oğurluq uşaq əməliyyatı (2003); Mirzəqulu istira-

hətdə (2003); İstintaq sirri (2003); Lətifin sevinci (2003); Qarışıq ət

(2003); Qisas yerdə qalmaz (2003); Əhdi-peyman (2003); Meşə

cəngavəri (2004); Namərd (2004); Qarının bir anlıq xatirəsi (2004);

Ölsək xərcimizi çəkərsənmi? (2004); Kor sözünün qabağını görmə-

Ağarəhim Əsərlər

yəndi (2004); Qarının televiziya çıxışı (2004); Satqın aqibəti

(2005); Əfəl direktor (2005); Sirrini saxlamağı bacar (2005); Toyuq

Teymur (2005); Nər Balaş (2005); Enerji (2005); Çox şeylər zad

olacaq (2006); Xilaskar (2006); Müsamirə konserti (2006); Şəxsi

və məxfi (2006); Belində çöpdən dirək (2006); Dostum Vüsal

(2006); Mütəcəb və dartan (2006); Əvəzin ev arzusu (2006); Qor-

xan gözə çöp düşər (2006); Çökədən də var, gərdən də (2006); Bin-

nətin zinət sevdası (2006); İki kişiyə bir ağıl (2006); Yer balığı

dadlı olar (2006); Metro əhvalatı (2006); Donuz Hüsüylə (2006);

Əlləri pulla oynayır (2007); Behiştin təzə rəisi (2007); Dublyor

(2007); Üç dost (2007); Diplom bazarı (2007); Keçi can hayında

(2007); Yaxşı yol (2007); Nə əkərsən… (2007); Ölüm şirinliyi

(2008); Aslanın səhvi (2008); Balaca Nicat (2008); Mərhəmət

(2008); Kimə təpik atarsan… (2009); Namərd həmişə namərddir

(2009); Doğum günü (2009); Uğurlu yol (2010); İki cibgir (2010);

Vüsalənin qətiyyəti (2010); Qisas qiyamətə qalmır… (2010); Nişan

taxtı (2010); İt itin ayağını basmaz (2011); Duyğuların ağuşunda

(2011); Ziqzaqlar (2011); Etiraf (2011); Xəta baş verəndə…

(2011); Uğursuz addım (2012); Heyf səndən, Gülya (2012); Sabun-

lansa yaxşıdı (2013); Arvadım ölümümə sevinir (2013); Torbada-

yıq (2013); Axtarış (2013); Üz sırmaqlayan dünya (2013); İradəsi-

nin ziddinə (2013); Küçə aldı əlimdən (2013); Qeyrət mücəmməsi

(2013); Sayıqlama (2013); Qotur bulaq (2013); Qeyrət-namus mə-

sələsi (2013); Cavan oğlan və qoca (2013); Direktorun ləbbehləri

(2013); Sibir əhvalatı (2013); Təhlükəli rəylər (2013); Hoqqultu

(2013); Süleymana qalmayan dünya… (2013); Kor atın kor nal-

bəndi (2013); Namus oğrusu (2013); İxtiyar qocanın duyğuları

Miniatürlər: 600-dən artıq mətn.

Povestlər: Ulu kəndim (1998); Mənim qəribə taleyim (2007);

Əcəl təri (2008); Gəlinqayada qoşa məzar (1998); Fırıldaqçı Niftul-

la (1998); Bank əməliyyatı (2007); Taleyin hökmü (2007); Meteor

parçası (2008); Gül balalar (silsiləsindən) (2008); General (2008);

Tənha çinarın pıçıltıları (2013); Bir ömrün akkordları (2014).

Ağarəhim Əsərlər

Romanlar: Qoşa qanad (1997); İkili dünyam (1998); Ovlaq ke-

çidi (1998); Səfalət (1999); Girdab (2004); Cinayət və etiraf

(2007); Təxribat (2008); Mürdəşirlər adası (2013); Yaddaşda yaşar

xatirələr (1997-2003); Kabus (2014); İmtina (2014); Qasırğa

(2015); Nişan üzüyü (2015); Qisas (2015).

Pyeslər: Canavar balası (1996); Xəyanət (1998); Haray (1999);

Əl əli yuyar… (2000); Maska (2001); Məhəbbət və cinayət (2001);

Nə tökərsən aşına… (2002); Bir bezin qıraqları (2003); Qatillər

(2013); Əsgər anası (2003); Vicdan məhkəməsi (2004); Dünyanın

beş günü (2008); Əcaib macəranın nadürüst tipləri (2004); Cinayət

yox, qətl (2008); Daşqala əməliyyatı (2008); Düdəməli qalmaqalı

(2008); Qadın hikkəsi (2008); İblisin oyunu (2008); Xəcalət

(2009); Çələkəsənlər (2009); Şərikli uşaq (2009); Namərd körpüsü

(2009); Xanımın desant batalyonu (2011); Qızıl əllər (2012).

Kinossenarilər və kinoseriallar: Canavar balası (1996); Qır-

mızı qar (1998); Bazar həngaməsi (2012); Kələkbazlar (2012); Ala

qarğa (2009); Quzğun (2009); Qəzəb (2013); Kabus (2015); Sevgi

axtarışları (2014); Qana qan (2012); Hörümçək toru (2014); Uçu-

Esselər: Allahla ünsiyyət (1997); Qüdrətdən doğan nur (1998);

Ölüm və ölməzlik (1998); Zəka simfoniyası (1998).

Düşüncələr: Mən dənizin oluram (1998); Mənim əziz qonağım

(1998); Əlvida… Əlvida… Yenə əlvida! (1999); Eşqim, məhəbbə-

tim var (1999); Satılan satılıbdı (1999); Yıxılıb ayaq alta (1999);

İnsanlıq dünyasına (1999); Tövbə etməli oldu (1999); İnsanlar var

dünyada (1999); Göylərin cəlalı (1999); Siyasət (2000); Xəyali sev-

gim mənim (2000); Dünyanın işinə sən bax (2000); Duyub anlam

(2001); Budur insan xilqəti (2001); Olaram mən yanında (2003);

Sədaqəti əsirgəmə mən kimsədən (2003); Yaman dünya, yalan dün-

ya (2004); Əsrarlı qəlbimin əks-sədası (2004); Mübhəm duyğula-

rım (2005); İddialılar (2006); Qulamın kəşfi (2006); Yaşamaq da

oyundu (2006); Səslər mənim özüməm (2007); Qocalıqdan gəncli-

yə bir mesaj (2007); Bəsirətli sözlər (2007).

Portretlər: İlk müəllimim (1998); Ləyaqətlə yaşanan ömür

Ağarəhim Əsərlər

(1998); Şərəfli ömrün rayihəsi (1999); Dost sözü (1999); Özü getdi,

izi qaldı (2000); Professor Rövşən Xəlilov kimdir? (2000); Təmən-

nasız insan (2001); Bənzərsiz ömrün çalarları (2003); Ürək sözüm

(2004); El ağsaqqalı (2004); Gəlimli-gedimli dünya (2004); İste-

dadlı alim, gözəl insan (2004); Fədakar ana, görkəmli alim (2006);

Müdrik insan, gözəl alim (2006); Böyük şəxsiyyət, görkəmli alim

(2006); Ağır olur dost itkisi (2006); 60 ilin həndəvərində və ya qo-

şa talelər (2009); Həqiqət carçısı (2014); İnam (2014); Görkəmli

alim, böyük insan (2014); Səmimi insan və istedadlı alim (2014).

Tərcümələr: Anxieties of the sensitive heart (2011); Creator

(2011); Faresuell to Mu Love (Rossen dale Boors, 2012); Stories

(2012); Short stories (Rossendale Boors, 2012); Мать солдата

(2012); Modern Azerbaijanian prose (2012); Общение с богом

(2013); Нищета (2014); Shine from the (2015).

Müsahibələr (2006 – 2014).

20 cilddə əsərlər.

Əsərlərinin təhlilinə həsr olunan monoqrafiyalar: İsmayıl

Kazımov, Xəlil Xəlilov. Yazıçı karyerası: dilin və sənətin işığında

(2013, BQU); Əlizadə Əsgərli. Sənət və şəxsiyyət (2013, BQU);

Əlizadə Əsgərli. Sözün divanı və vətəndaş yanğısı (2007, BQU);

Nizami Tağısoy. Nəsrin axarı: zaman və məkan konteksti (2008,

BQU); Ağasən Bədəlzadə. Qələmin ucu, qılıncın gücü (2008,

BQU); Ağasən Bədəlzadə. Zamanın üzü, yazıçının sözü (2006,

BQU); Ağarəhim Rəhimov yaradıcılığında deyimlər və duyumlar

(1999, Çaşıoğlu); Əlizadə Əsgərli. Bir nəsrin poetikası (2013,

BQU); Bədirxan Əhmədli. Dramaturq: sənət və həqiqət (2011,

BQU); Tehran Əlişanoğlu. Nəsrdə Qarabağ müharibəsinin aspekt-

ləri (2013, BQU); Əlizadə Əsgərli. Kökün və sözün yaddaşı (2002,

«Azər»); İsmayıl Kazımov, Xəlil Xəlilov. Ağarəhim Rəhimov bədii

nəsrinin dil və üslub özəlliyi (2010, «E.L.»).

Ağarəhim Əsərlər

I fəsil. Ana dilinin tədrisinin tarixinə dair…………………..3

1. Ana dili tədrisi 1830-1920-ci illərdə………………………. 3

2. Ana dili tədrisi 1921-2000-ci illərdə………………………. 7

II fəsil. İbtidai siniflərdə ana dili tədrisinin ümumi

1. Ana dili tədrisinin predmeti, əhəmiyyəti və yeri…………..11

2. Ana dili tədrisinin məqsəd və vəzifələri…………………. 13

3. Ana dili tədrisi metodikasının əlaqədə olduğu elm sahələri.14

III fəsil. Savad təlimi metodikası………………………….. 18

1. Savad təliminin vəzifələri………………………………….18

2. Savad təlimi dövründə oxu vərdişlərinin yaradılması……..19

3. Səs təhlil-tərkib üsulu……………………………………. 21

4. Savad təlimi dövründə şagirdlərdə oxu vərdişləri aşılanması

prosesində yol verilən nöqsanlar………………………….. 29

6. Yazı üçün hazırlıq işləri……………………………………36

7. Yazı prosesində yaranan psixoloji cəhətlər………………. 37

8. Hüsnxətt təliminin yolları………………………………….38

1. Oxu təliminin məqsəd və vəzifələri………………………..41

2. Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsasları…………42

3. Oxu vərdişlərinin təkmilləşdirilməsi……………………….48

4. Oxu sürətinin artırılması…………………………………. 50

7. Söz, ifadə və cümlələrin mənasının açılması………………57

8. Oxu materiallarının obrazlı dili üzərində işin təşkili………67

9. Oxunun müxtəlif növlərindən istifadə……………………..84

10. İntonasiyanın gözlənilməsi ifadəli oxunun əsası kimi…. 95

11. Oxu materiallarının planının tərtibi……………………..111

12. Obrazların xarakteristikasının müqayisəli tərtibi………. 116

Ağarəhim Əsərlər

13. Oxu materiallarının məzmununun nağıl edilməsi……… 124

15. Sinifdənxaric oxunun təşkili…………………………….147

V fəsil. Azərbaycan dilinin tədrisi metodikası……………156

1. Azərbaycan dili tədrisinin məqsəd və vəzifələri………….156

2. Azərbaycan dili tədrisinin məzmunu……………………..157

3. Azərbaycan dili tədrisinin prinsip və tələbləri……………162

4. Azərbaycan dili tədrisinin metod və priyomları………….164

5. Azərbaycan dili üzrə şagirdlərdə anlayışların yaradılması.166

6. Azərbaycan dilindən çalışmalar sistemi…………………170

7. Azərbaycan dilindən təhlilin aparılması yolları…………..174

8. Azərbaycan dilinin tədrisində müstəqil işlər……………. 203

9. Azərbaycan dili dərslərində əyanilik……………………..209

10. Azərbaycan dili dərsləri…………………………………211

11. Azərbaycan dili dərslərinin tipləri………………………226

12. Azərbaycan dilindən biliklərin hesaba alınması və

13. Azərbaycan dilindən əsas mövzuların tədrisi…………. 237

14. Söz kökündə bəzi hərflərin yazılışı. 262

Əvəzliyin tədrisi………………………………………. 285

Feillərin zamana və şəxsə görə dəyişməsi. 292

16. Sintaksisin tədrisi………………………………………..299

17. Sadə cümlələrin tədrisi. 304

18. Cümlə üzvlərinin tədrisi…………………………………317

Cümlənin baş üzvlərinin (mübtəda və xəbər) tədrisi. 318

Ağarəhim Əsərlər

Cümlənin ikinci dərəcəli üzvlərinin tədrisi. 321

19. Cümlədə sözlər arasındakı əlaqələrin müəyyənləşdi-

20. Cümlənin həmcins üzvlərinin tədrisi. 332

21. Mürəkkəb cümlənin tədrisi. 338

23. Azərbaycan dili təlimi sistemində orfoqrafiya üzrə

işlərin yeri və əhəmiyyəti………………………………..361

24. Azərbaycan dili orfoqrafiyasının prinsipləri…………….362

25. Orfoqrafik rejim…………………………………………363

26. Orfoqrafiya təliminə verilən tələblər……………………363

27. Yazılışı çətin sözlər üzərində iş………………………. 366

28. Orfoqrafik çalışmalar……………………………………367

29. İmlalar və onların aparılması yolları…………………….369

30. Mətndə dəyişiklik aparmaqla yazdırılan imlalar. 379

Yaradıcı imla. 382

Yaddaş üzrə yazı. 383

Lüğət üzrə imla. 384

Yoxlama imla. 384

31. Yoxlama yazılarda yol verilən səhvlərin xarakteri……. 386

32. Səhvlərin baş vermə səbəbləri. 388

33. Səhvlər üzərində işin təşkili……………………………..389

34. Səhvlərə qarşı mübarizədə şagirdlərlə aparılan işlər……393

VI fəsil. Rabitəli nitqin inkişafı……………………………396

3. Monoloji nitqin inkişafı üzrə işin məzmunu…………….. 398

4. Altı yaşlıların monoloji nitqinin xüsusiyyətləri…………..406

Ağarəhim Əsərlər

5. Təsviri xarakterli monoloji nitq…………………………..410

a) Müşahidə monoloji nitqin inkişafının əsası kimi…………411

b) Şəkil monoloji nitqin inkişafının mühüm vasitəsi kimi…..425

6. Nağıl xarakterli monoloji nitq…………………………….436

a) Oxunmuş mətnin məzmununun nağıl etdirilməsi monoloji

şifahi nitqin inkişafının mühüm vasitəsi kimi…………….437

b) Şəxsi təcrübə üzrə şagirdlərin yaradıcı fəaliyyətinin

monoloji şifahi nitqin inkişafına təsiri…………………. 449

7. Mühakimə xarakterli monoloji nitq………………………453

8. İnşaların kollektiv müzakirəsinin monoloji nitqin

Elmi-pedaqoji və bədii əsərlərinin siyahısı……………….461

Ağarəhim Əsərlər

Ağarəhim (Nüsrət oğlu Rəhimov)

Bakı, BQU, 2015, 470 səh.

Korrektorlar:

Kamal Sərvəroğlu

Nəşriyyat direktoru: Qasım Abdurəhimov

Nəşriyyat redaktoru: Aləmzər Fətəliyeva

Rəssam: Xəlil Xəlilov

Yığıcı: Sevda Quliyeva

Yığılmağa verilib: 02.08.2015

Çapa imzalanıb: 16.09.2015

Həcmi: 30 ç.v. Format: 70×100

Telefonlar: 050-392-60-85; 012-594-69-86

Tətbiqetmə. İmla mətni: Ev tapşırığı

Ev tapşırığı:
– Yaxşılıq və pislik haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Bir gün şir tələyə düşdü. Nə
qədər çalışdısa, torun iplərini qıra
bilmədi. Acıqlanmış şir var gücü
ilə nərildədi.
Şir oyanıb siçanı tutdu. Si çan
yalvarmağa başladı. O, şirə dedi:
– Əgər məni buraxsan, sə nə
yaxşılığım dəyər.
Şir siçanın sözlərinə güldü. An –
caq ona dəyməyib azadlığa bu –
rax dı.
Günlərin bir günü qoca şir
ağacın altında yatmışdı. Bir siçan
onun üstünə çıxıb oyana-buyana
qaçmağa başladı.
Nəhayət, şir canını tordan
qurtarıb siçana dedi:
– O vaxt mən sənin sözlə rinə
güldüm. Ancaq sən de mə, siça –
nın da şirə yaxşılığı də yərmiş.
Şirin nəriltisini eşidən siçan
özünü ona yetirdi. Torun iplərini
gəmirməyə başladı.
1
2
3
4
5
KİRPİ (35 söz)
Bir dəfə kirpi kaktusa rast gəldi. Onların tikanları bir-birinə çox oxşayırdı. Kirpi
fikirləşdi ki, yəqin, kaktusla qohumdur. Onu qucaq layıb öpmək istədi. Amma kaktu –
sun tikanları burnuna batdı. Kirpi indi başa düşdü ki, nə üçün dostu yoxdur.
ЫВ бюлмя
108
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 41. DƏVƏLƏR (4 saat)
Motivasiya.
Müəllim tapmaca deyir:
Uzun ayaqlı,
Yekə dodaqlı,
Belində var dağ,
Ayağında yağ.
Ona “səhra gəmisi” də deyirlər. Bu heyvanın adı nədir?
Tədqiqat sualı:
– Dəvə haqqında nə bilirik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dəvənin görünüşü haqqında bildiklərinizi yazın.
II qrup. İnsanlara faydası barədə bildiklərinizi yazın.
III qrup. Venn diaqramı verilir.
At olan yerdə dəvəyə ehtiyac varmı? Atla dəvənin oxşar və fərqli xüsusiyyətlərini
yazın.
IV qrup. Dəvə necə qidalanır?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş.
Dərslikdən hər iki mətn oxunur. Şagirdlərə suallarla müraciət olunur:
– Birinci mətnə əsasən dəvənin xarici görünüşünü təsvir edin.
– Günlərlə ac qalan dəvənin dözümlülüyünə səbəb nədir?
– Yadınıza salın, dəvə düşmənlərindən necə qorunur?
– Dəvənin ayaqlarının qumda batmamasının səbəbi nədir?
– Dəvənin xeyri nədir?
Nəticə:
Dəvə çox güclü, dözümlü ev heyvanıdır.
Tətbiqetmə.
İş dəftərinin 65-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: Dərsliyin 89-cu səhifəsindəki “Yadda saxla!” rubrikası şagirdlərə izah
olunarkən müəllim əlavə olaraq qeyd etməlidir ki, hekayə kiçikhəcmli nəsr əsəridir.
Hekayədə hər yeni fikir yeni abzasdan verilir.
Növbəti mərhələdə şeirlə nəsr arasındakı fərq araşdırılır.
Sual: – Dəvələrə həsr olunmuş bu iki mətnin ifadə formasında hansı fərqlər var?
Müəllim iki yazı nümayiş etdirir.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa yi –
sə edərək araşdırdığı məlumatları nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Eyni mövzu ilə bağlı iki mətndə verilmiş
məlumatları müqayisə edir. Məzmuna
uyğun fikri ifadə edərək mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeir və nəsri bir-birindən fərqləndirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu yazır.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
109
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

1. Budur, yenə qış necə ki var, gəlir,
Şaxta gəlir, soyuq gəlir, qar gəlir.
Səpir qarı ağaclara, kollara,
Dərələrə, təpələrə, yollara.
2. Budur, artıq qış gəlib. Hər tərəf ağappaq don geyinib. Şaxta, soyuq adamın iliyinə işləyir.
Suallar: – Bu mətnlər bir-birindən nə ilə fərqlənir?
– Şeirlə yazılmış mətnin hansı xüsusiyyətləri var?
Dərslikdə verilmiş “Dəvələr” şeiri və elmi-kütləvi mətni əsasında şeirlə nəsr əsəri
arasındakı fərqli cəhətlər araşdırılır. 89-cu səhifədəki nəzəri hissə oxunur, şeir və hekayə
arasındakı fərqlər müəyyənləşdirilir. 2-7 və 9-cu tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 4. Şeirdə on misra, hər misrada yeddi heca var. Yəhər – fənər, gəzərlər –
dözərlər, uzunayaq – yekədodaq sözləri qafiyələnir.
Tapşırıq 9. Dəvə – nəvə, ayıq – qayıq, yovşan – dovşan, kol – qol (yol), çöl – göl.
Yazı. Dəvələr haqqında yazılmış şeir nəsrə çevrilib yazılır.
Nəticə:
Şeir misra-misra yazılır, misraların sonluqları qafiyələnir. Nəsr nağıl, hekayə və
bu kimi başqa əsərlərin ümumi adıdır. Nəsr əsərləri abzaslara bölünür.
Ev tapşırığı:
– 1. Dəvə haqqında əlavə məlumat toplayıb dəftərinizə yazın.
2. Dər s li yin 89-cu səhifəsindəki 8-ci tapşırığı yazılı şəkildə yerinə yetirin.
3. Bir şeir öyrənin, həmin şeirdə bənd və misraların, hər misrada hecaların sayını, eləcə
də qafiyələnən sözləri müəyyən ləşdirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 42. QUŞLAR (4 saat)
Motivasiya.
Maqnitofonda quşların nəğmələri səsləndirilir.
Müəllim: – Bu səslər sizə tanışdırmı?
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi, araşdırdığı məlumatları nəql edir.
Qazandığı bilikləri əvvəl bildikləri ilə
müqayisə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki məlumatları araşdıraraq mətni
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndə ifadə olunan əsas fikri müəyyən edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“İ” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Müəyyən olunmuş mövzu ətrafında topladığı
məlumatlar əsasında kiçik esse yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ЫВ бюлмя
110
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Şagirdlərin cavablarından sonra aşağıdakı şeir oxunur.
Köməkçi sual: – Sadaladıqlarımız nədir?
Tədqiqat sualı:
Quşlar haqqında nə bilirik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Ev quşlarını tanıyırsınızmı? Onların faydası nədir?
II qrup. Quşların adlarını xanalara yazın.
III qrup. Çöl quşları haqqında nə bilirik?
IV qrup. Çöl quşlarının təbiətə nə faydası var?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən mətn oxunur.
– Baba nə üçün kolluqda gizlənib bildirçin səsi çıxarırmış?
– Quşlar bir-birinə təhlükə barədə necə xəbər verirlər?
Dərsliyin 90-91-ci səhifələrindəki 1-5-ci tapşırıqlar yerinə yetirlir.
Dinləmə mətni.
Kamal meşəyə getmişdi. Meşədə “tak, tak, tak” səsləri eşidib ayaq saxladı.
Meşəyə səs salan quşun nazik, uzun, möhkəm dimdiyi var idi. Bu quş ağac
oyuqlarından ziyankar həşəratları çıxarıb yeməklə ağacı xəstəlikdən qoruyurdu.
O elə bil həkimlik edirdi. Sonra Kamal bərkdən “qarr, qarr” səsləri eşitdi. Bu, qara
bir quş idi. Kamal bu quşu da tanımırdı. O, evə qayıdanda televizorda quşlar
haqqında veriliş göstərilirdi. Kamal verilişdə maraqlı bir quş gördü. O, çox böyük
idi, sanki dəvə boyda. Amma çox ağır olduğundan uça bilmirdi.
Suallar:
– Kamala kömək edin. Siz bu quşları tanıdınızmı?
– Meşə həkimi kim idi?
– “Qarr, qarr” edən qara quş hansı quşdur?
– Uça bilməyən böyük quşu tanıyırsınızmı?
– Bu quşlar haqqında daha nə öyrənə bilərik?
Müəllim dərsliyin 91-ci səhifəsində quşlar haqqında verilən mətnləri təyin olunmuş vaxt
müddətində sürətli, düzgün oxumağı tapşırır. Vaxt bitdikdən sonra suallar verilir:
– Ağacdələn haqqında nə öyrəndiniz?
– Qarğa haqqında nə öyrəndiniz?
– Dəvəquşu haqqında nə öyrəndiniz?
Bülbül gözəl oxuyur,
Sərçə yurda bağlıdır.
Qaranquş yaz qoxuyur,
Göyərçin sülh məramlıdır.
Qartal yeldən sürətli,
Turac şirin ətlidir.
Dəvəquşu böyüksə,
Kolibri çox kiçikdir.
1
B
Ü
L
B
Ü
L
2
X
O
R
U
Z
3
Q
A
R
A
N
Q
U
Ş
4
G
Ö
Y
Ə
R
Ç
İ
N
5
T
U
T
U
Q
U
Ş
U
6
A
Ğ
A
C
D
Ə
L
Ə
N
1. Gözəl səsli quş
2. Ay pipiyi qan .
3. Yazın elçisi
4. Sülh quşu
5. Danışan quş
6. Meşə həkimi
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
111
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

– Ağacdələn, dəvəquşu və qarğanı görünüşlərinə görə başqa quşlardan fərqləndirən
cəhətləri sadalayın. Bu quşları başqa quşların arasından necə tanıyaq?
1-ci tapşırıq. Mətndə işlənmiş siqnal sözü işarə sözü ilə əvəz oluna bilər.
2-ci tapşırıq. Şagirdlərin fərziyyələri dinlənilir.
3-cü tapşırıq. Ağacdələni “meşə həkimi” də adlandırırlar.
4-cü tapşırıq. Dəvəquşunun qidalanması haqqında mətndə heç bir məlumat yoxdur.
5-ci tapşırıq. Şagirdlər quşlar haqqında öyrəndikləri məlumatları bir neçə cümlə ilə ifadə
edib dəftərlərinə yazırlar.
Əlavə tapşırıq. Oxuduğunuz mətnlərdə adları çəkilən quş adlarına əlamət və hərəkət
bildirən sözləri əlavə edib yazın.
Nəticə:
Hər bir canlı kimi, quşların da təbiətə xeyri var. Quşlar təbiətdə tarazlıq yaradır,
ziyanverici həşəratları məhv edirlər.
Tətbiqetmə.
İş dəftərinin 66-cı səhifəsində verilmiş 1-4-cü tapşırıqlardakı tapmacalar
oxunur. Açar sözlərə əsasən quşun adı deyilir, müvafiq şəkil rənglənir.
Yazı. “İ” hərfi. İş dəftəri, səh. 67.
Ev tapşırığı:
– Dərsdə adı çəkilməyən quş adlarını yazın. Quşların xüsusiyyətləri haqqında
məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 43. QAYĞIKEŞ VALİDEYNLƏR (4 saat)
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
qarğa
qara
oğurlayır, yeyir, atır
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Mətndə oxuduğu məlumatları
genişləndirərək izah edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Fikrini ifadə edərkən müəyyən jestlərdən
yerli-yerində istifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətlə oxuyur.
Sualları cavablandırmaqla şüurlu oxuduğunu
nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandıraraq nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Heyvanların balalarına göstərdiyi qayğını
müşahidə edərək kiçikhəcmli esse yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri və onların zamanını
müəyyən edir.
ЫВ бюлмя
112
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Motivasiya.
Dinləmə mətni:
Parkda uca bir çinar ağacı var idi. Burada sığırçın yuva qurmuş, bala
çıxarmışdı. Ana sığırçın bütün günü uçur, cücülər tapıb gətirir, balalarını yedirirdi.
Parkda bir pişik çinarın ətrafında dolanır, həsrətlə yuvaya sarı baxırdı. Bir gün
balalardan biri yuvadan yerə düşdü. Ana sığırçın həyəcanla vurnuxmağa başladı.
Pişiyin yaxınlaşdığını görüb onun üstünə şığıdı. Ana çırpınır, pişiyin üzünü-
gözünü dimdikləyirdi. Pişik tab gətirməyib oradan uzaqlaşdı. Parkda oynayan
uşaqlar isə balanı yuvaya qoydular.
Sual:Ana sığırçının belə cəsarətli olmasına səbəb nə idi?
Tədqiqat sualı:
– Heyvanlar öz balalarına necə qayğı göstərirlər?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Sinfin səviyyəsindən asılı olaraq mətnin (dərslik,
səh. 92) oxunması üçün vaxt təyin edilir. Şagirdlər həmin vaxt ərzində mətni oxuyub oradakı
məlumatları mənimsədiklərini nümayiş etdirirlər. Aşağıdakı suallar ətrafında müzakirələr
aparılır:
– Mətndə təsvir olunan heyvanlarla insanlar arasında hansı oxşar cəhətlər var?
– “Ölüm-dirim savaşı” ifadəsini necə başa düşürsünüz?
– Toyuq ilə ququ quşunun oxşar və fərqli cəhətlərini söyləyin.
– Ana toyuq öz balalarını necə qoruyur?
– Canavarlar öz balalarının necə qayğısına qalırlar?
– Pələnglər balalarına qayğılarını necə göstərirlər?
– Hansı heyvanlar balalarının qayğısına qalmır?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
1-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Cavab “C” variantıdır.
2-ci tapşırıq. 1. Balalarını sevən heyvanlar və quşlar
2. Cücələrini qoruyan toyuq
3. Canavar qayğısı
4. Balalarına tərbiyə verən pələng
5. Balası ilə məşğul olmayan dələ və qu quşu
Mətn tutulmuş plana uyğun olaraq şagirdlər tərəfindən nəql olunur.
3-cü tapşırıq. Yumurta qoymaqla çoxalan heyvanlara tısbağanı, ilanı, timsahı misal
göstərmək olar.
Nəticə:
Analıq hissi yalnız insanlarda deyil, heyvan və quşlarda da çox güclü olur.
Tətbiqetmə.
İş dəftərinin 68-ci səhifəsindəki “Tısbağa” mətni oxunur və təhlil olunur.
Sual lar verilir:
– Tısbağa necə qorunur?
– Tısbağalar harada yaşayır?
– Ən böyük tısbağa təxminən hansı ölçüdədir?
– Tısbağalar necə çoxalır?
– Tısbağalar öz balalarına necə baxırlar?
Toyuq
Ququ quşu
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
113
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

ЫВ бюлмя
114
Дярслярин планлашдырылмасы
– “Qayğıkeş valideynlər” mətni ilə “Tısbağa” mətnini müqayisə edin. Tısbağa kimi daha
hansı heyvanlar öz balalarının qayğısına qalmır?
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 93-cü səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir. Şəkil adlarını vur –
ğu nun yerini dəyişərək elə tələffüz edirlər ki, hərəkət bildirən söz alınır. Yaxşı olar ki, həmin
sözlər həm ad, həm də hərəkət bildirən sözlər kimi cümlədə işlənsin.
“Mən nə edirəm?” oyunu.
Uşaqlar dairəvi formada düzülürlər. Hər kəs jestlərlə müəyyən bir hərəkəti təqlid edir. Bir-
bir soruşurlar: “Mən nə edirəm?” Suala növbə ilə cavab verirlər. Cavab tapan şagird növbəti
jesti edir.
Tədqiqat sualı:
Əşyanın hərəkətini bildirən sözləri necə tanıyaq? Hərəkətin hansı za-
mana aid olduğunu necə bilmək olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər.
I qrup. Mətndən hərəkət bildirən sözləri seçin. Onları cədvəl üzrə yazın və sual verin.
II qrup. Gün rejimini yazın. Hərəkət bildirən sözləri seçin. Onları elə dəyişin ki, hərəkət
keçmişdə baş versin. Onlara sual verin.
III qrup. Peşə sahiblərinin hərəkətlərini (gördükləri işləri) yazın.
Həkim –
Müəllim –
Bağban –
Neftçi –
Bərbər –
Bənna –
Dərzi –
Yazdığınız sözləri elə dəyişin ki, hərəkət gələcəkdə baş versin. Onlara sual verin.
IV qrup. – Heyvanlar və quşlar nə edir? Uyğun olaraq xətlərlə birləşdirin. Hərəkət bildirən
sözlərə sual verin.
sərçə
hürdü
pişik
quruldadı
it
qarıldadı
inək
cikkildədi
qurbağa
böyürdü
qarğa
miyovuldadı
Hərəkət bildirən sözləri elə dəyişin ki, onlar hərəkətin indi baş verdiyini bildirsin.
Onlara sual verin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 93-cü səhifəsindəki nəzəri hissə oxunur, izah olunur. 5-ci
tapşırıq yerinə yetirilir.
Nəticə:
Hərəkət bildirən sözlər nə etdi? nə edir? nə edəcək? suallarından birinə cavab
verir. Hərəkət bildirən sözlər indiki, keçmiş və gələcək zamana aid ola bilər.
Tətbiqetmə.
Dərsliyin 93-cü səhifəsindəki 6-cı tapşırıq yerinə yetirilir.
Ev tapşırığı:
– Balasının qayğısına qalan hansı heyvanı özünüz (həyatda, filmdə, tele-
viziya, internet vasitəsilə) müşahidə etmisiniz? Gördükləriniz haqqında kiçik esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Keçmişdə
İndi
Gələcəkdə
Çap üçün deyil

Dərs 44. QAZLAR (4 saat)
Motivasiya.
Müəllim: – Hansı ev quşlarını tanıyırsınız?
– Onlardan hansı uça bilir?
– Sizcə, ev quşları niyə çöl quşları kimi yüksəkdən uça bilmir?
Tədqiqat sualı:
– Həyatda nəyəsə nail olmaq üçün nə etmək lazımdır?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Ev quşları, onların həyat tərzi.
II qrup. Çöl quşları, onların həyat tərzi.
III qrup.Qaz” sözünü cümlələrdə müxtəlif mənalarda işlədin. Qaz (quş) haqqında bildiyi –
nizi yazın.
IV qrup. Zəhmət haqda atalar sözlərini yazın və mənasını izah edin.
V qrup. Krossvord. Çöl quşlarının (qaz, kəklik, şahin, sərçə, qartal) xüsusiyyətləri
sadalanır.
Şagirdlər xüsusiyyətlərdən çıxış etməklə quşların adlarını krossvordun müvafiq
xanalarında yazırlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Qazlar haqqında I mətn (dərslik, səh. 94) oxunur, təhlil edilir. Dərsliyin 94-cü səhifəsindəki
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidə etdiklərini məntiqi ardıcıllıqla
nəql edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast gəldiyi
yeni sözlərin mənasını izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni təhlil edərək şüurlu oxuduğunu
nümayiş etdirir.
Mətndə rast gəldiyi yeni
məlumatları qeyd edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin hissələrinə məzmuna uyğun başlıqlar
verir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri ifadə edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Qeyri-ardıcıl verilmiş mətnin düzgün ardıcıl –
lığını müəyyənləşdirməklə üzündən köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət və hərəkət bildirən sözləri fərq

ləndirir.
Z
Ə
H
M
Ə
T
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
115
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

1-ci tapşırıq yerinə yetirilir. “B” variantındakı fikir mətnin məzmununa daha çox uyğun gəlir.
Əlavə tapşırıq:
1-ci mətnin sonuncu cümləsində əlamət bildirən sözləri seç, onlara yaxınmənalı,
əksmənalı sözlər tapıb dəftərə yaz.
Güclü – qüvvətli – zəif
Ağıllı – bilikli – axmaq
Çevik – cəld – ləng
2-ci mətni oxumazdan əvvəl müəllim şagirdlərə Qaraca qız” filmindən fraqmentlər
nümayiş etdirir. Bunu müəllim özü də şərh edə bilər.
Tutu ilə Ağcanın münasibəti, əsl dostun, yoldaşın necə olması haqqında fikirlər söylənilir.
Sual: – Əsl dost necə olmalıdır?
Dərsliklə iş. Qazlar haqqında 2-ci mətn (dərslik, səh. 95) oxunur, təhlil edilir. Dərsliyin
96-cı səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirilir.
2-ci tapşırıq. Cavab 3-cü cümlədir.
3-cü tapşırıq. Cavab “C” variantıdır.
Tapşırıq 4. Şagirdlər mətnləri adlandırdıqdan sonra (1-ci mətn “Ev quşları niyə uça bilmir”,
2-ci mətn “Köməyə gələn qaz”) mətnlərdə öyrəndikləri yeni məlumatları seçirlər.
Dərsliyin 96-cı səhifəsində əsərin ideyası ilə bağlı nəzəri məlumat oxunur və izah edilir.
Müəllim keçilən mövzularla bağlı əsərlərin ideyasını soruşur.
5-ci tapşırıq cavablandırılır (“B” variantı).
Əlavə tapşırıq:Qazlar” haqqındakı bu mətni əvvəlki mətnlə müqayisə edin (1-ci mətn
hekayə, 2-ci isə təmsildir).
Hər iki mətndən öyrəndiyiniz məlumatlar əsasında qazların xüsusiyyətlərini sadalayın.
Əlavə tapşırıq: 2-ci mətndə işlənmiş hərəkət bildirən sözləri seçin, onların nə zaman baş
verdiyini sualların köməyi ilə araşdırın. Həmin sözləri dəyişməklə digər zamanlarda da
işlədin. (Cədvəl çəkmək olar.)
Nəticə:
Həyatda nəyəsə nail olmaq üçün zəhmət çəkmək, çalışmaq lazımdır. Əsl dost öz
dostunu darda qoymaz.

Comments are closed, but trackbacks and pingbacks are open.