Press "Enter" to skip to content

Abituriyent hazırlığı

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Imtahan kursunun pulunu nece vere bilerem bge

2020-01-04 17:30:00

Qəbul imtahanlarında ballar necə hesablanır?-CAVAB

Abituriyentləri ən çox narahat edən məsələlərdən biri də qəbul imtahanlarında balların hesablanması qaydasıdır. AzEdu.az I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində balların hesablanması qaydasını təqdim edir. Məlum olduğu kimi abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər. Abituriyentin qəbul imtahanı üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Fənlərin çəki əmsalları qruplar üzrə dəyişir. Məsələn, I qrupda riyaziyyat, fizika 1.5 bal, kimya 1; II qrup coğrafiya, riyaziyyat 1.5, tarix 1 bal; III qrup Azərbaycan dili, tarix 1.5, ədəbiyyat 1 bal; IV qrupda biologiya, kimya 1.5, fizika fənni isə 1 bal çəki əmsalında hesablanır. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır: NB=NB(a)+ NB(q) Burada NB – fənn üzrə nisbi bal; NB(q)– qapalı tipli test tapşırıqları üzrə nisbi bal; NB(a) – açıq tipli test tapşırıqları üzrə nisbi baldır. NB(q)= (D(q)-1/4*Y(q))*100/33 D(q) – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların sayı, Y(q) – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır. Qeyd edək ki, hesablamanın nəticəsi mənfi alınarsa, NB(q)=0 götürülür. NB(a)=( D(a)*100/33) D(a)– açıq tipli test tapşırıqları üzrə balların cəmidir. Açıq tipli test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Ayşə MÜSEYİB

Bu bölməyə aid digər xəbərlər

Cəbrayılın uğurlu təhsil göstəricisi – Ötənilki nəticələr

2020-10-05 10:11:00

“Koronavirusdan qəbul imtahanına sualların salınması yolverilməzdir”- Şura sədrindən ETİRAZ

2020-04-23 11:38:00

DİM şagirdlər üçün yeni onlayn imtahanlar planlaşdırır-AÇIQLAMA

2020-04-13 11:45:00

Bu il qəbul imtahanları keçirilməyəcək?-DİM-dən rəsmi cavab

2020-03-31 15:12:00

İmtahanlara ödənişsiz hazırlaşa bilərsiniz-Abituriyentlərin nəzərinə

2020-03-29 13:37:00

“Təxirə salınan imtahanlar bu tarixdə keçirilə bilər”- Ekspert RƏYİ

2020-03-23 14:34:00

IV qrup üzrə bütün ixtisasların keçid balları-BURADAN ÖYRƏNİN

2020-02-21 10:31:00

Yeni test topluları nə zaman nəşr olunacaq?-Rəsmi CAVAB

2020-01-14 12:10:00

Qəbul imtahanlarında ballar necə hesablanır?-CAVAB

2020-01-04 17:30:00

Sınaq imtahanları nə üçün az sayda keçirilir? – DİM

Abituriyent hazırlığı

Artıq 10-cu ildir ki, “EDU Company” Təhsil Şirkətinin bütün filiallarında 8-9-10-11-ci sinif şagirdlərinin abituriyent hazırlığı mövcuddur. Hər il olduğu kimi bu il də “EDU Company” Təhsil Şirkəti abituriyent hazırlığı üzrə öz uğur faizi ilə seçilmişdir.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Rəspublikasınin Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Rəspublikası Nazirlər Kabineti abituriyentlərin ali təhsil müəsissələrinə qəbulunu iki mərhələdə həyata keçirilməsini qərara alır. Bu qərara əsasən birinci mərhələ buraxılış imtahanı, ikinci mərhələ isə blok imtahanı olaraq adlandırılır.

Buraxılış imtahanının 2023

DİM 2023-cü il buraxılış imtahanının fevral ayında keçirilməsini planlaşdırır. Blok imtahanını isə yay aylarında keçirilməsini nəzərdə tutur. Qəbul imtahanları hər tədris ilində ildə iki dəfə olmaqla keçirilir.

l-V ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirakından aslı olmayaraq hər bir abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər

DİM-in keçirdiyi buraxılış imtahanında fənnlər – Azərbaycan dili, riyaziyyat, ingilis dili olmaqla 3 fənndən ibarətdir. Azərbaycan dili 30 sual, riyaziyyat 25 sual, ingilis dili 30 sual olmaqla hər bir fənn 100 balla qiymətləndirilir. Toplam 300 bal edir. Buraxılış imtahanında səhv cavablar düz cavabları aparmır.

DİM-in keçirdiyi blok imtahanında isə hər bir ixtisas üzrə toplam fənnlər 400 balla qiymətləndirilir. l ixtisas qrupu üzrə riyaziyyat 200 bal, fizika 100 bal, kimya və ya informatika 100 balla qiymətləndirilir. ll ixtisas qrupu üzrə riyaziyyat 100 bal, tarix 100 bal, coğrafiya 200 balla qiymətləndirilir. lll ixtisas qrupu üzrə tarix (DT) alt qrupuna daxil olan ixtisaslar üzrə qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili 100 balla, tarix 200 balla, ədəbiyyat 100 balla; tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili 100 balla, tarix 200 balla, coğrafiya 100 balla qiymətləndirilir. Buraxılıs imtahanından fərqli olaraq blok imtahanında səhv cavablar düz cavablara təsir edir, yəni 4 səhv 1 düzü aparır.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanın ikinci mərhələsi üzrə imtahanı vermirlər. Onlar müsabiqədə birinci mərhələnin, yəni buraxılış imtahanın nəticələrinə əsasən iştirak edirlər.

Qeyd edək ki, hər qrupa müxtəlif ixtisaslar daxildir. Abituriyentlərin ixtisas seçimində “EDU Company” Təhsil Şirkəti hər bir abituriyentinə fərdi yanaşaraq, onların ixtisas seçimində yaxından köməklik göstərir. “EDU Company” Təhsil Şirkəti hər bir abituryentin ali məktəbə daxil olacağına dair 100 faiz yazılı zəmanət verən yeganə təhsil şirkətidir. Abituriyent qəbul olmadığı halda növbəti qəbul imtahanına qədər ödənişsiz şəkildə hazırlaşdıran yeganə təhsil şirkətiyik.

Blok və buraxılış imtahanı üzrə sınaqlar

“EDU Company” Təhsil Şirkətində hər ayın sonunda blok və buraxılış imtahanı üzrə sınaq imtahanları keçirilir. Sinaq imtahanlarında yüksək nəticə toplayan abituriyentlərə aylıq təqaüd proqramı üzrə təqaüd verilir. “EDU Company” Təhsil Şirkətində yeni proqram yaradılıb ki, həmin proqram vasitəsilə valideynlər övladlarını evlərindən onlayn şəkildə izləyə bilirlər. Hər iki aydan bir valideyn iclasları təşkil olunur. İclasda abituriyentlərin dərsə hazırlıqları, dərsə davamiyyətləri haqqında müzakirələr aparılır. İclas rəhbərlik tərəfindən təyin olunur və iclasda valideynlərin iştirakı vacibdir. Şagirdlərin dərsə davamiyyəti və dərsə hazırlıq səviyyəsi ciddi şəkildə təqib olunur. Davamiyyəti və hazırlıq səviyyəsi aşağı olan şagirdlərin valideynləri ilə müntəzəm əlaqə saxlanılır və məlumatlandırılır.

Dərslərimiz hər bir fənn həftədə 3 dəfə, 60 dəqiqə olmaqla keçirilir. İlk dərslər ödənişsiz sınaq dərsləri kimi təyin olunur. Müəllimlər zəif olan abituriyentlər üçün əlavə dərs saatları təyin edir və şagird dərsləri mənimsəyənə qədər əlavə dərslər keçirilir. Daha ətraflı məlumat almaq üçün aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Abituriyent hazırlığı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

9 və 11 -ci siniflərin buraxılış imtahan balları necə hesablanacaq?

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

– Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

– Qapalı tipli 13 tapşırıq;

– Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

– Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

– Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

– Qapalı tipli 16 tapşırıq;

– Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Massaçusets Texnologiya İnstitutunda (MIT)-və ya dünyanın ƏN YAXŞI universitetlərindən birində təhsil almaq istəyirsən? O zaman CELT-ə müraciət et… Xaricdə təhsil almaq arzunu bizimlə gerçəkləşdir.

9-cu sinif buraxılış imtahanı

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

– Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

Comments are closed, but trackbacks and pingbacks are open.