Press "Enter" to skip to content

Nizami Gəncəvinin əsərlərində təbiət (kainat) hadisələri

QEYD: Klassik təsəvvürdə materiyanın 2 növü – maddə və sahə mövcuddur. Maddə anlayışında atomlar, molekullar və onlardan təşkil olunmuş, quruluşu və forması son dərəcə müxtəlif olan bütün maddi obyektlər ifadə olunur. Sahə anlayışında materiyanın maddədən fərqli olan xüsusi forması istifadə edilir. Hazırda fiziki sahənin bir neçə növü bəllidir: elektromaqnit sahəsi, qravitasiya sahəsi, nüvə gücləri sahəsi, dalğa (kvant) sahəsi. Bu sahələrin hər biri bir-birindən fərqlənən elementar hissəciklərə uyğun gəlir.
“Sahə” anlayışını elmə ilk dəfə 19-cu əsrin 30-cu illərində ingilis həvəskar fiziki M.Faradey gətirmişdir. İşıq elektromaqnit sahəsinin bir növüdür.
Canlı varlıqların, yəni həyatın özünü də təbiətin elektromaqnit sahələrindən kənarda düşünmək olmaz. Buna misal olaraq, fotosintez hadisəsini göstərmək olar.

İşığın dalğa və hissəcik xassələri

C.Maksvelin elektromaqnit nəzəriyyəsi (19-cu əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir. Elektromaqnit dalğalarını ilk dəfə alman fiziki Hers (1857-1891) aşkar etdi. O elektromaqnit dalğalarının Maksvel nəzəriyyəsi ilə tam izah olunduğunu təcrübi olaraq sübut etdi, əsaslandırdı, 1895-ci ildə rus fiziki və elektrotexniki A.S.Papov elektromaqnit dalğalarının praktikada tətbiqinə nail olaraq dünyada ilk dəfə hers vibratorundan dalğa qaynağı kimi istifadə edərək, radioqəbuledici cihaz hazırladı.
Uzun zaman hesab edilmişdir ki, işıq dünya məkanını dolduran efirdir. Elektromaqnit nəzəriyyəsinin yaradılması ilə sübut edildi ki, işıq elektromaqnit dalğalarından ibarətdir. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində aparılan yeni eksperimentlər işığın xüsusi hissəciklərdən – fotonlardan ibarət olduğu təsəvvürünə qayıdılmağa məcbur etdi. Bundan sonra işığın korpuskulyar-dalğa dualizmi nəzəriyyəsi yarandı.

İşığın dalğa xassəsi

İşığın təbiətini aydınlaşdırmaq üçün çox əsrlər keçmiş və bu dövrlərdə müxtəlif fərziyyələr bir-birini əvəz etmişdir. Görləmlik Azərbaycan filosofları Ə.Bəhmənyar və N.Tusi işığın təbiəti haqqında fikir söyləmiş, onun zərrəcik və dalğa xassəsinə malik olduğunu bildirmişlər. İşığın təbiəti haqqında təsəvvürlər 17-ci əsrin sonunda inkişaf etdirildi. Müəyyən edildi ki, işıq yayılarkən enerji daşıyır. Enerjinin daşınması isə dalğa və ya zərrəciklərin hərəkətilə baş verir. Buna müvafiq olaraq işığın təbiəti haqqında 2 fərziyyə yarandı: Korpuskulyar (zərrəcik) və dalğa.
Korpuskulyar nəzəriyyəyə görə işıq xüsusi zərrəcik – korpuskul selindən ibarətdir. Bu fərziyyənin banisi İ.Nyuton olmuşdur. Bu nəzəriyyəyə görə işıq mənbədən buraxılan və böyük sürətlə həhəkət edən zərrəcik selidir.
Nyutonun nəzəriyyəsi ilə təxminən eyni vaxtda X.Hüygens dalğa nəzəriyyəsinin əsasını qoydu. Bu nəzəriyyəyə görə işıq mənbə tərəfindən yaradılan və efir adlanan xüsusi mühitdə yayılan dalğalardır. O, işıq hissəciklərinin varlığını inkar etmirdi. Hesab edirdi ki, işıq hissəcikləri işıq saçan cismdən şüalanmır, ətrafa səpələnmir, ancaq bütün məkanı doldurur. O, işığın yayılmasını hissəciklər arasında qarşılıqlı təsirin ardıcıl ötürülməsi kimi təsvir edir. İşığın dalğa xassəsi işığın interferensiyası və difraksiyası hadisələrində daha əyani təzahür edir.
Hər iki fərziyyə o vaxt işığın xassələrinə dair bir sıra məsələləri izah etdi. 18-ci əsrdə Nyutonun böyük nüfuzunun təsiri ilə Hyügensin dalğa nəzəriyyəsi təqribən bir əsr unuduldu. Lakin vəziyyət 19-cu əsrdə dəyişdi. 19-cu əsrin əvvəllərində T.Yunq və O.Frenel elə işıq hadisələrini (interferensiya, difraksiya və s.) müəyyən etdilər ki, onları yalnız dalğa nəzəriyyəsinin köməyi ilə izah etmək mümkün oldu.
Müasir təsəvvürlərə görə işıq elektromaqnit xassəli olub, eyni zamanda dalğa və zərrəcik xassələrinə malikdir. Bu xassələr bir-birini inkar etmir, əksinə, tamamlayır. Müəyyən hadisələrdə işıq özünü dalğa, digər hadisələrdə isə, zərrəcik seli kimi aparır. İşıq haqqında müasir nəzəriyyədə dalğa və zərrəcik təsəvvürləri vəhdətdədir.

İşığın interferensiyası

Bu hadisə ondan ibarətdir ki, 2 dalğa qarşılaşdıqda və üst-üstə düşdükdə güclənirlər, ya da zəifləyirlər. Bu faktı ingilis alimi Tomas Yunq 1801-ci ildə aşkar etdi.

İşığın difraksiyası

Bu, işığın düz xətlə yayılmasından kənara çıxması deməkdir. Əksər optik cihazlar işığın difraksiyası hadisəsinə əsaslanır. Rentgen şüalarının difraksiyası müxtəlif təyinatlı cihazlarda istifadə olunur.

İşığın kvant xassəsi

Alman fiziki Henrix Hers 1887-ci ildə sink lövhəni işıqlandıran zaman lövhənin səthindən işığın təsiri ilə mənfi yüklənmiş hissəciklərin ayrıldığını aşkar etdi. Sonradan aydınlaşdırıldı ki, belə yüklənmiş hissəciklər elektronlardır. Buradan çıxan nəticə budur ki, işığın interferensiyası, difraksiyası, polyarizasiyası, disperensiyası xassələrinin aşkar edilməsi işığın dalğa nəzəriyyəsinin doğruluğunu təsdiq edir. Beləliklə, fotoeffekt hadisəsi aşkar edilmiş oldu. Elektromaqnit şüalarının təsiri altında maddənin özündən elektronlar buraxması – fotoeffekt hadisəsi adlanır. Bununla belə işığın təbiətinin öyrənilməsi davam edirdi. 1900-cü ildə alman fiziki M.Plank (1858-1947) yeni hipotez irəli sürdü. Bu hipotezə görə işığın şüalanması və udulması fasiləsiz yox, diskret, yəni müəyyən porsiyalarla (kvantlarla) baş verir. Bu kvantların enerjisi (E) işıq şüalarının tezliyi ilə (V) müəyyən olunur. Yəni, E=hV (h-Plank sabiti)
M.Plankın konsepsiyası mütləq qara cismin istilik şüalanmasının qanunauyğunluğunu izah edirdi. 1905-ci ildə isə A.Enşteyn işığın kvant təbiətli olduğunu əsaslandırdı. Yəni, sübut etdi ki, nəinki işığın şüalanması, həm də onun yayılması işıq kvantları – fotonlarının axını halında baş verir. Kvant – fotonların enerjisi Plankın yuxarıda göstərilən formulu ilə, impulsu isə 1 formulu ilə müəyyən olunur. Burada “ ” dalğa uzunluğudur, “P” fotonların impulsudur, “h” isə plank sabitidir. Fotonların impulsu plank sabiti ilə düz, dalğa uzunluğu ilə tərs mütənasibdir.
Yəni, dalğa uzunluğu çox olduqca, aldığı impuls azalır.
Bu tədqiqatlar nəhayət, işığın iki təbiətli – dalğa və hissəcik təbiətli olduğunu təsdiq etdi və çox mühüm nəzəri və praktiki əhəmiyyəti olan işığın dalğa-korpuskulyar nəzəriyyəsi yaradıldı.

QEYD: Klassik təsəvvürdə materiyanın 2 növü – maddə və sahə mövcuddur. Maddə anlayışında atomlar, molekullar və onlardan təşkil olunmuş, quruluşu və forması son dərəcə müxtəlif olan bütün maddi obyektlər ifadə olunur. Sahə anlayışında materiyanın maddədən fərqli olan xüsusi forması istifadə edilir. Hazırda fiziki sahənin bir neçə növü bəllidir: elektromaqnit sahəsi, qravitasiya sahəsi, nüvə gücləri sahəsi, dalğa (kvant) sahəsi. Bu sahələrin hər biri bir-birindən fərqlənən elementar hissəciklərə uyğun gəlir.
“Sahə” anlayışını elmə ilk dəfə 19-cu əsrin 30-cu illərində ingilis həvəskar fiziki M.Faradey gətirmişdir. İşıq elektromaqnit sahəsinin bir növüdür.
Canlı varlıqların, yəni həyatın özünü də təbiətin elektromaqnit sahələrindən kənarda düşünmək olmaz. Buna misal olaraq, fotosintez hadisəsini göstərmək olar.

Müəllif: Arif Tağıyev
Mənbə: Müasir təbiətşünaslığın konsepsiyaları

Nizami Gəncəvinin əsərlərində təbiət (kainat) hadisələri

Nizami Gəncəvi möhtəşəm bir dövrdə yaşayıb yaratmışdır: Böyük Eldənizlər-Azərbaycan Atabəylər dövlətinin Şəmsəddin Eldəniz (1136-1175, paytaxt Naxçıvan), Məhəmməd Cahan Pəhləvan (1175-1186, paytaxt Həmadan), Qızıl Arslan (1186-1191, Təbriz), Nüsrətəddin Əbu Bəkr (1191-1210), Müzəffərəddin Özbək (1210-1225) kimi düşmənlərinə göz dağı verən, dövlət quruculuğunda böyük işlər görmüş, mədəniyyətin, ədəbiyyatın inkişafında rol oynayan hökmdarların dövründə yaşayan şair bütün məsuliyyəti ilə düşündüklərini yazıb qoymaqdan qorxmamış, təbiət hadisələri, kainat haqqında düşündücə və fikirlərini çox xoş bir tərzdə miras qoymuşdur.
XII əsri Azərbaycan tarixinin qızıl dövrü adlandırmışlar. Bu qızıl dövrün tacının ən parlaq incisi də Şeyx Nizami Gəncəvidir (əsl adı İlyas ibn Yusif). Nizami Gəncəvinin poemalarından hər biri mükəmməl və təkrarsız sənət nümunəsidir. İsa Həbibbəyli Nizami Gəncəvinin əsərlərini, onun dühasını gözəl vəsf edir: “Sirlər xəzinəsi” -zəngin şeir və hikmət dəfinəsi, “Xosrov və Şirin” – eşqin hakimiyyətinin ibrətamiz dastanı, “Leyli və Məcnun” – “Romeo və Cülyetta”dan çox çox əvvəl doğulmuş dahiyanə romantik məhəbbət macərası, “Yeddi gözəl” – özəl sənət və mənəviyyat dünyası, “İskəndərnamə” – Azərbaycan ədəbiyyatının Platon Akademiyası, “İqbalnamə” – Aristotelin “Ritorika”sı, “Şərəfnamə” isə – “Poetika”sı kimi əbədi ölməzlik qazanmış böyük sənət abidəsidir. (Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı, http://science.gov.az/news/open/16796, “Azərbaycan” qəzeti 29 aprel 2021, Azərbaycan ədəbiyyatının dünya gözəli)
Min ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu incinin parlaqlığı, nuru zərrə qədər dəyişməmiş, azalmayıbdır. Nədən? Gəncəvi bunu özü çox gözəl ifadə edib:
İnci tək sözlər seç, az danış, az din. Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz, çox sözün kərpic tək qiyməti olmaz.
Elmə təhsilə, biliyə böyük qiymət verən şair deyir:
Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz
Hər uca zirvədən biliniz fəqət. Alimin rütbəsi ucadır əlbət.
Nizami Gəncəvi öz dövrünün böyük alimi, təbiətşünası, astronomu, özündən əvvəlki biliklərin ensiklopedik varisi idi:
Dünyada nə qədər kitab var belə. Çalışıb əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım. Hər gizli xəznədən bir dürr çıxardım.
Şərq aliminin, mütəfəkkir, şair və yazıçılarının əsas üstünlüklərindən biridə onların sözü təqdim etmə bacarıqları, fikri gözəl sözlərlə, anlaşılan şəkildə bir harmoniyaya uyğun olaraq duyğulandıran formada ortaya qoymaqlarıdır. Şahlara, hökmdarlara təqdim olunan bu əsərlər həm elmiliyi, hadisələrin şərhinin anlamlı olması, sözlərin hökmü və eyni zamanda qarşıdakının statusuna xələl gətirməməklə incə, səlis bir şəkildə verilməli idi. Bu işlər çox böyük ustalıq və bacarıq tələb edirdi. Bunun üçün yazar hər tərəfli biliyə malik olmalı, ona qədərki bütün biliklər sistemin ilə tanış olmalı, onların müsbət və mənfi tərəflərini bilərək nəticələr çıxarmaq və bu nəticələri bədii şəkildə vermək bacarığına malik olmalı idi.
Dahi Nizami dəqiq elmlər içərisində ən qədim elm olan astronomiya ilə yaxından maraqlanmışdır. Bu da o səbəbdən irəli gəlirdi ki, qədimdə xalqlar, xüsusən əkinçilik və maldarlıq təsərrüfatı ilə məşğul olduqlarından fəsillərin dəyişməsi ilə əlaqədar olan vaxtın qabaqcadan dəqiq müəyyən olunmasını onlar üçün vacib məsələlərdən biri hesab edirdi. Məsələn, misirlilər üçün Sirius ulduzunun yeni ildə ilk görünməsinin çox böyük əhəmiyyəti var idi. Belə ki, bu ulduzu müşahidə etməklə Günəş ilinin uzunluğunu təyin edir, ölkə təsərrüfatında həlledici amil olan Nil çayının daşma vaxtı qabaqcadan dəqiq müəyyənləşdirilirdi. Qədim Misir, Çin, Yunanıstan, Babilistan, Hindistan və başqa ölkələrdə astronomiya elminin inkişafı zəruri hal almışdı. Astronomiyanın inkişafı insanların göy cisimlərinə olan marağını artırır, ulduzlar aləminin sirlərini öyrənməyə istiqamətləndirirdi. Xalqların bu istəyi və tələbindən qidalanan Nizami Gəncəvi astronomiya, fizika, riyaziyyat elmləri ilə maraqlanmış, onların qanunauyğunluqlarını öz əsərlərində təsvir və şərh etmişdir.
Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində həm öz sözü ilə, həm də yaratdığı obrazların dili ilə deyilən bir çox misralarında göy cisimlərini, xüsusən zodiak bürclərini, eləcədə Ptolomeyin geosentrik sistemini mükəmməl bildiyinə görə onu belə şərh etmişdir.
Sərətanın tacını, Cövzanın kəmərini
Peşkəş aldı, bəzəsin deyə öz səfərini;
Saçlarına təravət alıb, Xuşə get-gedə,
Sünbülənin bürcünü çəkib atdı Əsədə.
Geçəsinin qədrini bilməyi edib arzu,
O, geçə ölçən Zöhrə aldı ələ tərazu.
Bu göydəki Əqrəbin quyruğuna əlilə
Süsənbərə oxşayan padzəhr tökdü belə.
O, kamandan atılan məharətli ox oldu,
Məclisində süfrədən zəhər birdən yox oldu.
Dəlv də Yusif kimi, aləmə işıq düzdü,
Hudda gizlənən Yunis, döl kimi suda üzdü.
Sürəyyasa Həməldən öz taxtına oturdu,
Çiçəklərin ordusu səhrada çadır qurdu.
Burada Həməl (Qoç), Sur (Buğa), Cövzə (Əkizlər), Sərətan (Xərçəng), Əsəd (Şir), Xuşə və ya Sünbülə (Qız), Mizan (Tərəzi), Əqrəb, Qövs (Oxatan), Cədey (Oğlaq), Delv (Dolça) və Hut (Balıq) bürclərini ifadə edir. Ptolomey sisteminə əsasən Günəş və Ay da planet hesab olunurdu, ona görə də həmin dövrdə planetlərin sayı 7 qəbul edilmişdir. Nizami Gəncəvi bunu belə şərh edirdi:
Yeddi qat içində nə var binadan. Min alqış ona ki, Odur yaradan.
Bu fikir “Şərəfnamə”də keçir: Yeddi firuzəli bu qəsrdə sən,
Haqqa, ədalətə vüsət vermisən.
“İskəndərnamə” əsərinin ən maraqlı hissələrindən biri “İskəndərin yeddi yunan filosofu ilə xəlvətə çəkilməsidir”. Həmin filosoflar bunlardır: Ərəstun (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuruyus (Porfiriy, suriyalıdır, əsl adı Məlikdir, yunanca təhsil almış, əsərlərini yunanca yazmışdır), Əflatun (Platon) və Hörmüs (bütün elmləri icad etmiş xəyali bir şəxs). Yeddi filosofun fikirlərini bir araya toplayan Nizami planetlərin hərəkət təsəvvürləri və Kainatın yaranması haqqında İskəndərin alimlərlə mübahisəsində birinci sözü Aristotel deyir. Aristotelə görə ilk əvvəl bir hərəkət mövcud idi, sürət həmin hərəkəti iki yerə bölür:

Əvvəl vardı ancaq tək bir hərəkət, Onu iki yerə ayırdı sürət,
Bu iki hərəkət gəlib bir yerə, Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə, Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən, Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr, Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı, “Hərəkət eyləyən cisim” oldu adı.

Yerdən fərqli olaraq, göydə ən mükəmməl cisim sferadır, ən mükəmməl fiqur dairədir, ən mükəmməl hərəkət “müntəzəm dairəvi” hərəkətdir. Ona görə də Nizami əsərində əvvəl planetlərin hərəkətinin “müntəzəm dairəviliyinə”, sonra planetlərin hərəkətlərinin müxtəlif sürətlərə və “müntəzəm dairəvi” hərəkətlər çoxluğundan ibarət olduğunu və nəhayət, geosentrik sistemin şərhini vermişdir.
Fales dünyanın ilk cövhəri su olduğunu deyirdi: onun fəlsəfəsinə görə suyun hərəkətindən – buxarlanmasından buludlar yaranmış, buludla-bulud, buludla-ağac arasında su hissəciklərinin hərəkət və sürtünməsindən ildırım və od əmələ gəlmişdir. Od isə havada yana bildiyi üçün hava əmələ gəlmişdir. Su qatılaşdıqda isə buza çevrilmişdir:
“Sudan bu kainat yarana bilməz – Deyə inkar etmək istəsə hər kəs,
Nütfəni bir anlıq qoy salsın yada – Sözümə sübutdur, dəlildir o da”.
Bəlinasın dili ilə Nizami belə deyirdi:
“Onlardan birinci- işıqlı oddur, Dünyanın ən yüksək tağı da odur.
İkinci – küləkdir, hərəkətdədir, Hərəkət etməzsə bilinməz nədir.
Üçüncü – sudur ki, təravət verər, Hər şeyə təzəlik, lətafət verər.
Dördüncü – torpaqdır tapdayır əyyam, Tapdanan köksündən toz qalxır müdam”.
Nizaminin əsərlərində öz dövründə elmi əsasları müəyyən olunmuş fiziki anlayışlar da yer tapmışdır. Onun “Sirlər xəzinəsi” əsərində aşağıdakı misralara nəzər yetirək:
Günəş qalxan atarkən, üfüqlər qanla doldu, Yer suya qalxan atdı, sular kölgəli oldu.
Burada Nizami Günəşin çıxıb –batması (hərəkəti) ilə əlaqədar üfüqün qırmızı rəngə boyanmasını, səmanın mavi rəngdə olmasını, onun kölgəsinin sulara düşməsini, suya düşən işığın qayıtmasını təsvir etməklə işığın düzxətli yayılmasını, səpilmə xassəsini, atmosferdə düşən işığın rənglərə ayrılmasını məcazi formada ifadə etdiyini göstərmişdir.
“Yeddi gözəl” əsərində deyilir:
Dəmir çoxda ki, incədir, başdır. Getdiyi yol ki var maqnitli daşdır.
Nizami burada, dəmir qılıncın nə qədər iti və zərif olmasına baxmayaraq getdiyi yolda maqnit daşı qılıncı (dəmiri) cəzb edib qaldırmağa imkan verməyəcəyini göstərir. Digər tərəfdən, Nizami öz iti qılıncına arxalanan insanların əl-qol açmasına yol verməyən ictimai mühiti göstərmək üçün “maqnitin cazibə qüvvəsi” anlayışından məharətlə istifadə və cazibə qüvvəsi haqqında məlumatlı olduğunu qeyd edir.
Nizami poemaları vasitəsilə Qədim Yunan filosoflarının elmi-nəzəri tədqiqatları və ideyaları ilə tanış etmiş, bir növ Şərq elmi fikrini, Şərq alimlərinin elmi tədqiqatlarını müəyyən istiqamətə yönəltmişdir.
Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər.”
“Maqnit olmasaydı eşqin əsiri, çəkməzdi özünə dəmir zənciri,
Kəhrəbanın eşqə düşməsə canı, elə cəzb etməzdi quru samanı,
Dünyada gövhər var, daş var nə qədər, onlar nə bir saman, nə dəmir çəkər”
Burda cisimlərin maqnit xassələri açıqlanır, ferro, dia və para maqnitlər, yüklü və yüksüz cisimlər hazırda adlandırdığımız şəkildə olmasada, fərqli kimi cisimlər göstərilmiş, onların maqnit qarşılıqlı təsiri dövrün bilikləri əsasında verilmişdir.
Nizami cisimlərin elektriklənməsi, elektrik və maqnt sahələrinin vəhdətinin mahiyyəti “Xosrov və Şirin” əsərində belə bildirir:
Belədir dağların dönməz ilqarı, daşa basir ona kəc baxanları.
Düşmənin boğazı maqnitə bənzər, oxun nizəsini özünə çəkər.
Maqnit metal əşyaları özunə cəzb edir. Lakin onların içərisində ən güclü cəzb etdiyi dəmirdir. Günəş küləyində zərrəcikləri və maqnit sahəsi bir cəm olaraq yayılır, onların vəhdət halında hərəkətini yaradır.
Kainat cisimlərinin ümumi bir xassəsini – cazibə qarşılıqlı təsirdə olmalarını Nizaminin çox mühüm görüşlərindən çox-çox sonra, XVIII əsrdə İsaak Nyutonun adına yazılmış ümumdünya cazibə qanunu ilə bağlı olan təsəvvürlərdir. Nizaminin cisimlər arasında cazibə xarakterli qarşılıqlı təsirin olmasını bildirən ifadələrindən:
Göyə doğru əgər çox qalxırsa su, yenə torpaq olar ən son arzusu”.
Kainatda hər şey cəzbə bağlıdır, filosoflar bunu Eşq adlandırır.
Eşq dünyanın ümumi bir xassəsi kimi, varlığını təsdiq edən sübut kimi, mövcudluq şərti kimi qarşı qoyulur.
Şeyx Nizami Gəncəvi Biruni, Fərabi, Ömər Xəyyam və başqa Şərq mütəfəkkirlərinin görüşlərinə istinad edərək bütün kainatın tabe olduğu ümumdünya cazibə qanununu şer dili ilə vermiş, əsaslandırmış, planetlərin və göy cisimlərinin məhz bu qanuna tabe olduğunu göstərmişdi. Nizami “Xosrov və Şirin” poemasında heç bir müəmma olmadan, tam çox açıq şəkildə yazmışdı:
“”Hər şey Kainatda cəzbə bağlıdır”.
Hər şey Kainatda cazibəyə, cazibə qüvvəsinə tabedir. Bu fikir Kainatda bütün varlıqlar bir-birini cəzb etdiyini, gördüklərimizin isə cazibənin təzahürü olması deməkdir. Misrada Kainat sözü çox mühümdür, çünki hadisənin təkcə Yerdə yox, Yerə yaxın məkanda yox, bütün Kainatda olmasını, bütün cisimlər arasında olduğunu bildirir. Belə çıxır ki, bir sıra mütəfəkkirlərimizin Nizami Gəncəvinin əsərlərinə sadəcə bədii əsər kimi yanaşmağımız heçdə doğru deyil. Onlara elmi əsər, bu və ya digər fiziki, təbiət hadisələrinin şərhi kimi yanaşmağımız lazımdır. Bu və bu kimi fikirlərin sonradan digərlərinin özünkiləşdirməsinə şərait yaratmamaq üçün Nizami və Nizamikimilərin əsərləri dərindən tədiq olunmalı, əsərlərdə olan faktlar, onların verilməsi, izahı, əlaqəsi göstrilməlidir. Bu əsərlər adi həyatı hadisələrin, təkcə iki nəfər arasında olan sevgi tarixçəsini canlandıran yazı deyildir. Bu əsərlərdə hökmdarın dannağı, şairi hər vəclə gözdən salmağa çalışanların baxışı və tənəsi, əksəriyyətin savadsızlığına, günü -günə calayııb yaşayanların qarşısında yazıb yaratmaq, onların bütün bunların təkzib edə bilməyəcəyi bilə -bilə bildiklərini anlatmaq, başa salmaq, özündən əvvəlkilərə böyük hörmətlə yanaşaraq qələmə almaq yalnız dahilərə xas xüsusiyyətdir.
Şair, mütəfəkkir “Leyli və Məcnun” əsərində yazır:
“Yerin hüdudundan o tərəfdə də.. buludlar fələklər qarışır yenə,
Onlar bir-birinə sarılmış bərk-bərk, Hamısı tor kimidir gəzir kürə tək.
Bu kürə şəklində yalnız Yer deyil, Hər xətt hərlənir, yuvarlaqdır bil.
Yerin kürə formasında olmasını, fırlanmasını hələ Qalileydən çox-çox il əvvəl söyləmiş olan Nizami Gəncəvi kainatın fırlanmasına da işarə vermişdir. Maraqlı odur ki, kainatın fırlanmasının kəşfi 1927-ci ildən Holland astronomu Oort adına yazılır.
Nizami isə XII əsrdə şerin dili ilə Yerin fırlandığını göstərmişdir. Yalnız Yer kürəsinin yox, kainatda olan bütün göy cisimlərinin fırlanma hərəkətində olduğunu söyləmişdir. Gördüyümüz düzxətli hərəkətlərin belə hansısa böyük bir dairəvi hərəkətin bir hissəsinin olduğunu iddia edir. Əsas hərəkət kimi əyrixətli hərəkəti götürür. Bu isə istənilən yüklü zərrəciklərin və digər cisimlərin bu və ya digər qüvvənin təsiri ilə əyri xətli hərəkət edəcəyini bildirir. Diqqətə çəksək fəza zaman müstəvisinin belə əyri olduğuna işarədir.
Nizami optik hadisələrə, işığın dispersiyası mövzusuna toxunub. Bildiyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada, atmosferdə səpilir və spektrə ayrılır. Göyün üzü mavi rəng alır.
Böyük filosof Nizami bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır. Sonradan bu Nyuton tərəfindən öyrənilmiş, onun adına yazılmışdır.
Səma saflığında gümüş qədər ağ. Günəş kimi təmiz gün kimi parlaq.
Gündüzün işığı ağlığındadır, Ayın yaraşığı ağlığındadır.
Rənglər sünidir dünyada bir ağ. Bilməyir sünilik, bilməyir boyaq.
Təbiət elmlərinə və göy mexanikası qanunlarına böyük maraq göstərən, təcrübəni elmi sübutun təməl prinsiplərindən hesab edən Nizami Gəncəvinin bu bilgiləri məhz poeziyada tətbiq etməsi, maddi imkanı olduğu halda, dövrün mühüm elm və mədəniyyət mərkəzləri olan Bağdadda, Hələbdə, Qahirədə təhsil ala biləcəyi halda öz doğma şəhərindən qırağa çıxmaması bir şəxsiyyət kimi onun daxilən səbatlı, dayanıqlı olmasından, mühafizəkar meyllərindən xəbər verir.
Nizami ciddi diskussiyalara səbəb ola biləcək empirik fikirlərini poetik obrazlarla pərdələyir, bununla da özünü mümkün mənəvi, bəzəndə fiziki hücumlardan qoruyur, sığortalayırdı. Nizami heç zaman başını hökmdarların qılıncı altına verməyib.
Sonda Nizami Gəncəvinin şerindən bir misraya yazdığım seri təqdim edirəm:
Maqnit olmasaydı Eşqin əsiri, çəkməzdi özünə dəmir zənciri.
Olmasaydı utandırmaq niyyəti, yetirməzdi ona, yarpaqlı bir ənciri.
Maqnitdə cisimlər aşkar etdi bu xisləti. Danışıb, məşvərət, razılaşdılar xəlvəti,
Bir an içində göz görəsi hər təfərə doldular, Kainatın bitəcəkmi genşlənmək şəhvəti.
Cazibə deyib bir tələdə qurdular, Birləşib maqnitlə, hələ əlbirdə oldular.
Əsir etdi sevəni, saldı onu zəncirə, Sevəni dəyişdi, möhtac etdi əncirə
Bəzisi hə dedi, qaçaqkən ağuşuna. Bəzisi naz etdi, da inkar etmədi.
Qalanı üz döndərib, arxa çevirdi, Bəraye ehtiyat, heç sözdə etmədi.
Eşqdir çəkər imtahana, verər cəfanı, Maqnitdə dəyişdi, qalmadı biganə buna.
Əslən sevməkdirmi onun niyyəti? Maqnitə qarşı çatacaqmı hiyyəti.
Ətrafda nə var zəncirdə ikən, tək sevgisizkən dolaşanda var.
Qalmayıb biganə min sevgi ilə, atılıb, boynuna sarmaşanda var.
Sayları çoxaldı, artdı hörməti, çatdı qəddi həddə, verdi izzəti.
Sonda doymaq bilməz, hey istər yenə, qalar sümükləri, verər tün əti,
Dözə bilməz, çatlar, itirər son ləzzəti.
Maqnit olmasaydı da eşqin əsiri, görünməz etməzdilər digər sevgini.
Ulduzlar verməyəcək amma, bu sirri, Yer üz döndərib, arxa çevirdi,
Göründü sevgilər, dərd qəmləriylə.
Düşündük sevgi söhbəti düz olar hərgah, Yanlışlıq məkanın xislətindədir.
Zaman baş qaldırıb, qurur hissiylə: O, həmdə mənim niyyətimdədir!
Hərə öz dilində, öz ahəngində, kaş bu iki şıltaq edəydi biət,
Gözləmə, kainat bu halə durmaz. Sən sakit dursan, cümlə yoxam, mən ölərəm
Tələssən, edib fəryad mən arxanca gələrəm,
Maqnitdə eşqə məhəbbət varkən, tanımaz sevgini sakit durunca,
Digəri hər dəfə fəryad edərkən, ayrılmaz bir can olur, tükü yanınca..
Bir- birini görəməz ki onlar. nədən bəs qurmuşlar hiyləni erkən.
Nə görürük, tabe olar bu nəzmə, görünməyənlərdə tabedirlər bir əzmə.
Əlimizdə dəftər qələm olsada, düşündüklərimiz getməyəcəkdir həzmə.
Eşq ilə sevgi oynu olmadan, gedəcəyik, ömrümüzdən doymadan.
Maqniti göstərib Eşqin əsiri, Allahdan istərik Eşqə nəsiri.
Yaşayaq biz, gül tək solmadan, yaşamaq mümkünmü aşiq olmadan?!
Nizami Gəncəvinin elmi, əxlaq və pedaqoji, təbiətşünaslıq və astronomik, kosmoloji və astroloji fikir və nəticələrini gözəl təqdim etmək bacarığı, elmi və astronomik düşüncələrinin bu günki elm tərəfindən təsdiqini tapması, onu təkcə gözəl söz ustadı olmasını təsdiqləməklə yanaşı təbiətşünaslıq və astronomiya üzrə o dövrədək məlum və təkminləşdirmiş olduğu elmi biliklərini təqdim etməyi bacarmış əsrinin böyük filosofu, elm adamı, astronomu, pedaqoqu, psixoloqu, politoloqu adlandırsaq səhv etmərik. Nizami dövrünün astronomodur, təbiətşünasıdır, natural fəlsəfənin banilərindən biridir. Şeyx Nizaminin əsərləri bütün sahələr üzrə tədqiq olunmalı, buna ramən Şərq aləminin üstünlükləri, Şərq alimlərinin özəllikləri, Şərqin mədəniyyəti tədqiq və təbliq olunmalı, göstərilməlidir.
Məqalə Azərbaycan Astronomiya Jurnalının Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar xüsusi buraxılışında dərc olnmuşdur: M. M. Bashirov, “Natural (universe) phenomena in the works of Nizami Ganjavi”, AJAz: 2021,Special Issue 49-57

Yükləməyə Keç [523,73 Kb] [ : 90] –>

  • Geri qayıt
  • İnfo
    • Tarix – 03.01.22
    • Müəllif – Mir Namik
    • Oxundu – 4 291
    • Rəylər – 1

    İşığın dispersiyası

    İ.Nyuton dispersiya hadisəsini kəşf edərək, təyin edib ki, müxtəlif rəngli şüalar maddədən keçərkən, müxtəlif sınma əmsalına malik olur. O ağ şüa dəstəsini şəffaf üçbucaqlı prizmaya yönəldib. Üçbucaqlı prizmadan keçərkən işıq öz istiqamətini iki dəfə dəyişib : prizmanın sol və sağ üzündə.

    Prizmadan çıxanda dəstə 7 müxtəlif rəngə ayrılır.

    Bu hadisənin səbəbləri . İşıq şüası monoxromatik deyil, müxtəlif rəngli yeddi şüadan ibarətdir. Ağ işığın tərkib hissəsi olan müxtəlif rəngli şüalar mühitdə müxtəlif bucaqlar altında sınır. Deməli, ağ işığa daxil olan şüalar müxtəlif sınma əmsalına malikdirlər.

    İşıq dəstəsinin müxtəlif rəngli şüalara ayrılması spektr adlanır.

    Ağ işığın spektri :

    Sonrakı cümlə spektri yada salmağa kömək edər :

    qırmızı narıncı sarı yaşıl mavi göy bənövşəyi

    Qarı nənə səksən yaşında mücrü gəzdirir başında .

    İki mühiti ayıran sərhədə eyni bucaq altında düşən müxtəlif rəngli şüalar, ikinci mühitə keçdikdə müxtəlif bucaqlar altında sınır. Qırmızı rəngli şüa ən az sınır, ən böyük sındırma əmsalına bənövşəyi rəngli şüa malik olur. Mühitdə ən böyük sürətə malik olan qırmızı şüadır, ən kiçik sürətə malik bənövşəyi rəngli şüadır.

    İnsanın görə bildiyi müxtəlif rəngli şüalar, müxtəlif texliyə və dalğa uzunluğuna malikdirlər.

    İşığın sınma əmsalının onun tezliyindən və ya dalğa uzunluğundan asılılığı işığın dispersiya sı adlanır. Müxtəlif rəngli işıq şüalarının mühitdə yayılma sürəti də müxtəlifdir, ona görə də uyğun olaraq sındırma əmsalı da şüaların rəngindən asılı olaraq dəyişir. Müəyyən rəngli işığın yayılma sürəti böyük olarsa, onda sındırma əmsalı kiçik olar.

    скачать dle 12.1
    Müəllif: Ağakişiyev Səbuhi

Comments are closed, but trackbacks and pingbacks are open.