Press "Enter" to skip to content

Qan Azlığlığının Təbii Müalicəsi

Qan azlığı xəstəliyi zamanı dəri ve selikli qişaların solğunlaşması, baş gicəllənməsi, baş ağrıları, halsızlıq, təngnəfəslik, tez-tez tərləmə, saç və dırnaqların tökülməsi kimi müxtəlif simptomlarla müşayiət olunur.

Halsızlığı və yuxululuğu necə aradan qaldırmalı? – MÜTƏXƏSSİS RƏYİ

Yaz fəsli təbiəti oyatsa da, bəzən insanlar arasında aylarda halsızlıq və yorğunluq yaradır. Çünki baharda vaxt insan orqanizmində metabolizm prosesi gedir və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşayiət olunur. Bu əlamətlər nəticədə yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı olan insanlar özlərini daha çox yorğun hiss edirlər. Orqanizm tələb olunan vitamin və minerallarla təmin edildikdə isə insan özünü həm fiziki, həm də psixoloji cəhətdən daha yaxşı hiss edir.

İştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər də baharda özünü daha çox biruzə verir.
Türkiyəli mütəxəssis Oya Yüksək yaz halsızlığını meteoroloji təsirlə izah edib. Onun sözlərinə görə, fəsil dəyişiklikləri əvvəlcə hormonal sistemə təsir edir. Orqanizmin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin tarazlaşması üçün müəyyən vaxt tələb olunur. Bu zaman ətraf mühitə uyğunlaşmaq çətinləşir və bu yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazanılan artıq çəki yazda fəal həyat tərzinə uyğunlaşmağa mane olur. Çirkli hava, havanın elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir”.

Türk dietoloq Oya Yüksək baharı gümrah keçirmək üçün insanların mütəmadi olaraq istifadə etməli olduğu qidaların siyahısını açıqlayıb. O siyahını təqdim edirik:

1.Kivi

C vitamini ilə zəngin olan kivini səhərlər və ya gün ərzində bir ədəd yemək metabolizm prosesini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.

2.Yerkökü

Vitamin və minerallarla zəngin olan yerkökünü “qızıl mədəninə” bənzədirlər. Bu tərəvəz qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində yaranan problemlərin aradan qalxmasına və boy artımına yardım göstərir. Yerkökü həmçinin zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə aradan qaldırmaq mümkündür.

3.Armud

Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyənlər gündə bir ədəd armud yeyə bilərlər.

4.Cəfəri

Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə qəbul etmək immun sistemini möhkəmləndirir. İmmun sisteminin möhkəm olması yaz yorğunluğundan daha asan xilas olmağı şərtləndirir. Cəfəri ödəm problemini də effektli şəkildə yox etməyə qadirdir. Cəfərinin həm şirəsini içmək, həm də salatların tərkibində qəbul etmək olar.

5.Qoz

Fındıq, badam, qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. O, immun sistemini gücləndirib yorğunluğu aradan qaldırır. Bu vitamin saç və dəri üçün də ən effektli vasitələrdən biridir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yemək lazımdır.

6.Qatıq

Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hissi yaradır. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yemək məsləhətdir.

7.Qırmızı ət

Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluğu artırır. Yaz aylarını gümrah keçirmək istəyənlər həftədə 3 dəfə ət yeməlidirlər.

8.Yulaf əzməsi

Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yemək lazımdır.

9.İspanaq

İspanağın tərkibindəki dəmir duzları və B qrupu vitaminləri qan azlığını aradan qaldırır. İspanaq həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Nəticədə bədənin müqaviməti artır. İspanaq həftədə ən azı 3 dəfə az bişirilmiş halda yeyilməlidir.

10.Yaşıl çay

Yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsanın ömrünü uzadan yaşıl çay güclü antioksidantdır. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir. O, dolayısı ilə yorğunluğu aradan qaldırır.

Qan azlığının müalicəsi. Qan azlığını təbii yolla necə aradan qaldırmaq olar?

Qan azlığı (Anemiya) hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətə deyilir. Əslində oksigeni özünə birləşdirən və hüceyrələrə daşıyan qırmızı qan hüceyrələrinin əsasını təşkil edən hemoqlobindir. Qanazlığı xəstəliyi qanın qırmızı qan hüceyrələri adlanan eritrositlərin və bədən hüceyrələrini oksigenlə təmin edən hemoqlobin zülalının miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir.

Qan azlığının qanyaradıcı orqan hesab edilən qırmızı sümük iliyinin xroniki xəstəliklərindən tutmuş, orqanizmdə dəmir, fol turşusu, B12 vitamini çatışmazlığı, qadınlarda uzanmış aybaşı tsiklləri, radiasiya, şiş və s. kimi müxtəlif səbəbləri ola bilər. Qan azlığı xəstəliyindən əziyyət çəkənlər üçün Şəfa vitaminini tövsiyə edə bilərik.

Qan azlığı xəstəliyi zamanı dəri ve selikli qişaların solğunlaşması, baş gicəllənməsi, baş ağrıları, halsızlıq, təngnəfəslik, tez-tez tərləmə, saç və dırnaqların tökülməsi kimi müxtəlif simptomlarla müşayiət olunur.

Qan azlığının aradan qaldırılması həkim-mütəxəssislər tərəfindən qan azlığı dərmanı terapiyası ilə tez bir zamanda mümkündür. Lakin ta qədimdən loğman və təbiblər qan azlığının təbii yolla müalicəsinə üstünlük vermişlər.

Qan azlığının müalicəsi üçün hemoqlobinin əsasını təşkil edən “hem” – yəni dəmirin orqanizmə lazım olan miqdarda daxil olmasını təmin etmək lazımdır. Orqanizm tərəfindən rahat mənimsənilən dəmir elementi bitki ve heyvan mənşəli bir çox məhsulların əsas tərkib hissəsidir.

Qan azlığının təbii yolla müalicəsi zamanı dəmirin orqanizm tərəfindən tam sorulması üçün təbii vitamin C və vitamin B ilə zəngin bitkilərin qəbulu əsas götürülmüşdür.

Belə ki, qan azlığı üçün dərmanlar insanlar tərəfindən özbaşına və uzunmüddətli qəbul olunduqda onlar orqanizm tərəfindən tam mənimsənilə bilmir. Bəzən qan azlığı üçün dərman ilə yanaşı təyin olunan C vitamininin aşırı miqdarı böyrəklərdə oksalat daşlarının toplanmasına qədər gətirib çıxarır.

Qan azlığının təbii yolla müalicəsi zamanı isə təbii vitamin C orqanizm tərfindən tam mənimsənildiyi üçün dəmirin də mədə və bağırsaqlar tərəfindən rahat və tam həzm olunmasına şərait yaradır. Qan azlığının təbii müalicəsi zamanı qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.

Səhərlər acqarına tərkibi dəmir, kalium, kalsium, maqnezium, fosfor, sink kimi mikroelementlərlə, C, A, B, E, PP kimi vitaminlərlə zəngin çuğundur, alma, kök şirəsindən istifadə etmək qanazlığı müalicəsi üçün sınanmış və effektiv vasitələrdir.

Qidalanma

Qan azlığımüalicəsi zamanı gündəlik qida rasionunuzu mal əti, dəmir deposu hesab olunan heyvan və toyuq qaraciyəri, qarabaşaq, qırmızı mərci, lobya şorbası, vitamin qaynağı hesab olunan kələm, kök, xiyar, pomidor, kahı, brokkoli və s. kimi tərəvəz və göyərtilərdən hazırlanmış salatlarla zənginləşdirsəniz, tez bir zamanda xəstəlikdən və onun əlamətlərindən qurtulmuş olacaqsınız.

Qanazlığı zamanı düzgün qidalanın, onun təbii müalicəsinə üstünlük verin və sağlamlığınıza qovuşun!

Aşağıda isə sizə qan azlığı xəstəliyi haqqında detallı məlumat, eyni zamanda qan azlığı üçün dərman istifadə etməyin yeganə yol olmadığını, qanın azlığı zamanı hansı təbii müalicə vasitələri yararlı ola biləcəyinə dair məlumat verəcəyik.

– yorğunluq, zəiflik, solğun yaxud saralmış, quru dəri,

– təngnəfəslik, başgicəlmə, soyuq əl və ayaqlar,

– əl və ayaqların keyiməsi, əsəbilik, qulaqlarda küy,

– dodaqlarda çat və ağız bucaqlarında yaralar,

– dırnaqların tez-tez qırılması, laylanması,

– saç tökülməsi, saçların gec uzanması,

– saç uclarının haçalanması, ağız dadının

– dəyişməsi, diş pastası, təbaşir, torpaq, müxtəlif rənglər və kimi əlamətlər varsa, bu qanazlığı əlamətləridir.

Növləri:

Fe çatışmazlığı anemiyası,vitamin çatışmazlığı anemiyası (fol turşusu və B 12 defisitli), kəskin anemiya, xroniki anemiya, hemolitik anemiya, oraqvarı hüceyrə anemiyası, talesimiya. Bir çox anemiyaların qarşısını almaq olmur. Lakin Fe defisitli anemiya və vitamin çatışmazlığı -B12 və fol turşusu defisitli anemiyanın bir sıra vitamin və bioloji aktiv qida əlavələri ilə qarşısını almaq olur.

Fe- lə zəngin qidalar:

– mal əti və digər ətlər,
– lobya, mərci,
dəmirlə zəngin dənli bitkilər,
– tünd yaşıl yarpaqlı göyərtilər,
– qurudulmuş meyvələr.

Fol turşusu ilə zəngin qidalar: həm fol turşusu tərkibli sintetik preparatlar, həm də meyvə və meyvə şirələri, tünd yaşıl yarpaqlı göyərtilər, yaşıl noxud, yer fıstığı, düyü, makaron, dənli bitkilər

B 12 vitamin – ət ,süd məhsulları və soya məhsulları, dənli bitkilər
C vitamini – meyvə şirələri, bibər, brokkoli, pomidor, yemiş, çiyələk.

Bu maddələr dəmirin orqanizm tərəfindən sorulmasını sürətləndirir.

Qanazlığı ən çox qadınlarda, fertil dövrdə (ovulyasiyadan 5 gün öncə mayalanma anına qədərki dövr), hamilələrdə, 1 yaşa qədər uşaqlar, 12-17 yaşlı yeniyetmələrdə daha çox təsadüf olunur.

Qanazlığının ən çox təsadüf olunan növü dəmir defisitli anemiyadır. Fe defisiti bir neçə etapdan keçərək tədricən inkişaf edir. Birinci etapda orqanizmdə Fe qida ilə qəbul ediləndən daha artıq miqdarda sərf olunur,amma toxumalarda kifayət qədər dəmir var. Bu etapı qidalanma tərkibini Fe-lə, mikroelementlərlə,vitaminlərlə zəngin bioloji aktiv qida əlavələri ilə,məs. Herba Flora şirkətinin Şəfa vitamini ilə zənginləşdirməklə düzəltmək olar ki, o inqridientlər Fe-in orqanizmdə mənimsənilməsinə və paylanmasına kömək edir və Fe defisiti tədricən aradan qalxar.

Əgər defisitin qarşısı alınmırsa zamanla toxumalarda Fe ehtiyatı tükənir. Amma yenə də hemoqlobin səviyyəsi normal ola bilər. Bu dövrdə risk qrupuna daxil olan şəxslərə həkimlər vitamin kompleksləri,bioloji qida əlavələri,hematogen və s. və qidalanmaya nəzarət təyin edirlər. Əgər dəmir defisitinin qarşısı alınmırsa, Fe defisitli anemiya inkişaf edir.Risk qrupuna yenidoğulmuşlar,yeniyetmələr,hamilə və südverən analar,reproduktiv dövrdə olan qadınlar (bütün menstrual tsikli izlənən qadınlar mütəmadi qan itirdikləri üçün) daxildir.

Hamiləlik zamanı qan azlığı

Qanazlığı üçün dərmanlar hər zaman ən yaxşı seçim olmaya bilər. Hamilələrdə qadın həm özünü, həm də körpəni dəmirlə təmin etməlidir. Doğuş zamanı körpədə anadan alınan 300 mq dəmir toplanır. Yenidoğulmuşlar üçün dəmir mənbəyi ana südüdür. Fe sinir toxumasının da formalaşmasında iştirak edir.

Diaqnostika etmək üçün,hətta hemoqlobin enməmişdən öncə də qan zərdabında ferritin və transferrini yoxlatmaq olar. Hər iki göstəricinin aşağı düşməsi Fe ehtiyatının tükənməsini göstərir.Fe azlığı hemoqlobin azlığina gətirib çıxarır. Qadınlarda normada hemoqlobin 120 q/l-dən, kişilərdə isə 130 q/l-dən yuxarı olmalıdır. Hamilələrdə isə bu norma 110 q/l-ə qədər düşür.

Dəmir.

Dəmir defisiti zamanı məsləhətdir: ət-qaraciyər, yumurta, tərəvəz, meyvələr, vit. C, B, fol turşusu (Fe-un sorulmasını sürətləndirirlər). Tünd çay qəbulu minimuma endirilməlidir. Dəmirlə zəngin qidalar süd məhsulları ilə birgə qəbul edilməməli! Dəmirlə zəngin 2 və 3 valentli dərman preparatları isə çox vaxt qida qəbulu zamanı təyin olunur ki, bu zaman onun sorulması sürətlənir. Müalicə kursu 3-5 ay çəkir. Südəmər körpələrə Fe preparatları damcı şəklində smeslərə əlavə olunur,böyük uşaqlara isə sirop şəklində istifadə etmək daha rahatdır.

Hər bir halda qanazlığının profilaktikası üçün vitaminlərlə zəngin qidalar qəbul edin,gündəlik rasionunuza mikroelementlərlə zəngin bioloji aktiv qidalar,məs: Herba Floranın Şəfa vitamini, hematogen və s.əlavə edin, açıq, təmiz havada bol-bol yürüşlər edin,sağlamlığınızın qeydinə qalın!

Yoldaşınıza olan inamsızlığı necə aradan qaldırmaq olar

Bir vəziyyət var çox əzab verir cüt münasibətlərdə. Şübhə üçün səbəb olmadığı yerlərdə ehtimal olunan təhlükələri müşahidə edərək özünüzü müdafiə rolunda tutmağınıza səbəb olan inamsızlıqdan məhəbbət yaşamaq. İnamsızlıq, subyektiv olduqda və daxili bir qorxudan doğulduğunda, o sevgi hekayəsinə xas olan bir məlumat ardıcıllığı tərəfindən dəstəklənmir. Yoldaşınıza inamsızlığı necə aradan qaldırmaq olar? Bu Psixologiya-Onlayn məqaləsində bu sevginin məqsədinə çatmaq üçün ünsiyyəti anlama vasitəsi kimi qiymətləndirərək bu suala cavab veririk.

Niyə ortağınıza inanmırsınız?

Yoldaşınıza olan inamsızlığı necə aradan qaldıracağınızı bilmədən əvvəl vacibdir gəlin mənşəyini təhlil edək bu vəziyyət. Özünə inamsızlıq reallıq çərçivəsində məhdudlaşdırmırsansa, çox ümumi olur. Niyə belə hiss edirsən? Xüsusilə sizi nə narahat edir? Bu güclü inamsızlıq epizodlarında hansı düşüncələri yaşayırsınız? Bu şəkildə sizi narahat edən ortağınızın müşahidə edilə bilən bir davranışı varmı?

Bir sözlə, həqiqətən bu narahatlığın sizi bu şəxslə mənfi şərtləndirən son təcrübələrdən qaynaqlandığını və ya əksinə bu şübhələrin olub olmadığını müəyyənləşdirməyə çalışın. etibarsızlığın meyvəsi daxili.

Bunu hiss edirsən keçmiş təcrübələr və məyusluqlar İndiki xoşbəxtliyinizi dəyişdirirlər? Bu vəziyyətdə şübhələriniz bu günə deyil, daha çox yenidən məyus olmaq qorxusuna söykənir. Bu suallar öz qorxularınızla bir dialoqa başlamaq üçün, yəni məhdudlaşdırmaq, əsaslandırmaq və sözlər qoymaq üçün ilham ola bilər.

Əks təqdirdə, inamsızlığın özünə inamsızlığından əziyyət çəkdiyiniz zaman bu narahatlıq sizi özünüzü çarəsiz hiss edir. Öz-özünə danışma yolu ilə, bu qorxudan kənara çıxmaq üçün bir şey edə bilərsiniz.

Yalnız ortağınıza deyil, hər kəsə də inanmırsınızsa, sizi niyə heç kimə güvənmədiyinizi aşkarladığımız bu digər məqaləni oxumağa dəvət edirik.

Partnyorunuza inamı bərpa etmək üçün 5 tövsiyə

Yoldaşınıza olan inamsızlığı aradan qaldırmaq üçün bunun dərhal əldə edə biləcəyiniz bir şey olmadığını bilməlisiniz. Bu məqsədə çatmaq üçün bir müddət lazımdır. Geri qayıtmağa kömək edəcək bəzi yaxşı tövsiyələr güvən bərpa edin və beləliklə daha dolğun və daha razı bir əlaqədən istifadə edə bilərsiniz.

1. Komanda işi

Bir cüt münasibət eyni hədəfə çatmaq üçün əməkdaşlıq edən bir komandanın mahiyyətini təkrarlayır. Bu vəziyyətdə yenidən özünə inam qazan. Başqa sözlə, bu hədəf uğrunda mübarizə qarşılıqlı olmalıdır, hər biri öz fəzilətlərinə, bacarıqlarına kömək edə bilər ünsiyyət, müsbət meyl və aktiv dinləmə emosional zəkanın bu nöqtəsinə çatmaq.

Bir komanda şəklində işləmək üçün tərəfdaşınızdan ondan almaq istədiyiniz jestlər üçün iddialı istəklər bildirməyiniz çox vacibdir və öz növbəsində onun nöqteyi-nəzərini dinləməyiniz də çox vacibdir. Yəni, başqasının düşündüyünü və hiss etdiyini təbii qəbul etmək əvəzinə, anlayışı təşviq etmək üçün açıq bir düşüncəyə sahib olmaq vacibdir.

2. Qısamüddətli hədəflər

Cütlüyə inamı bərpa etməyin ümumi məqsədi təqvimdəki daha yaxın müvəqqəti hədəflər sayəsində zamanla məhdudlaşdırıla bilər. Məsələn, daha çox söhbət planı təyin etmək üçün təşəbbüs göstərə bilərsiniz. Özünə inam qazanmağın əsas vasitəsi olduğundan sözün dəyərini mərkəzə gətirən sitatlar dildə ifadə olunan səmimiyyətdir. Buna görə də ortağınızla açıq danışın, bunun üçün əlverişli imkanlar yaratmalısan. Söhbətdən zövq almaq üçün müsbət əhval-ruhiyyə yaradan əyləncəli planlar planlaşdırmaqdan daha yaxşı nədir?

3. Fəaliyyət planı

Partnyorunuza inamı yenidən qazanmaq üçün qorunması lazım olan amillərdə möhkəmlik dəstəyi tapmaq üçün bu sevgi hekayəsinin güclü və fəzilətlərini qurtarmaq üçün bir tarazlıq tapmalısınız, eyni zamanda mümkün inkişaf nöqtələrini müəyyənləşdirmək də vacibdir. Yəni cütlüyə inamı bərpa etmək çox vacibdir bu həssas nöqtələri düzəldin emosional zəkanın yeni vərdişləri yaratmaq üçün bir məsafəni istehsal etdiklərini.

Sevgi hekayənizin bu mərhələsində tətbiq etmək istədiyiniz prinsipləri dəftərə yaza bilərsiniz ki, hər an bir şübhə yaranarsa, hər iki tərəfin razılaşdırdığı məlumatları yenidən oxuya bilərsiniz.

4. Bağışlayın

Bağışlamaq bir azadlıq hərəkətidir. Bununla birlikdə, başqasını və ya özünüzü bağışlamaq qabiliyyətinə sahib olmadan münasibətlərdə etibarını bərpa etmək mümkün deyil. Aydındır ki, bağışlamaq bacarığı zərər vermiş hadisələrin mahiyyəti ilə də əlaqəlidir. Bu hekayənin qlobal tarazlığı və öz gələcəyinizlə əlaqəli olaraq bu sual üzərində düşünməyə çalışın: Beş ildəki həyatınızı necə görürsünüz? Yoldaşınızın hekayənizin bir hissəsi olmağa davam etməsini istərdinizmi?

Bu vəziyyətdə xüsusilə duyğularınızı dinləyin. Həqiqi daxili istəkləriniz barədə sizə çox vacib məlumatlar təqdim etdikləri üçün. Əgər bu münasibət sizi xoşbəxt etmirsə, gələcəyinizi ortağınızla bölüşməyə davam etmək fikri müəyyən bir kədər hissinə sahib olacaqdır.

5. Səbir

Bununla birlikdə, özünüzü güvənmək məqsədinə çatmadan əvvəl hekayənin təkamülünü müşahidə etmək fürsətiniz olduğunu unutmayın. Yəni, hərəkətlərinizin məhəbbət keyfiyyətini yaxşılaşdırmağa kömək etdiyini yoxlaya bilərsiniz və ya hər şey əvvəlki kimidir.

Bu digər məqalədə tərəfdaşınız sizə yalan danışdıqda etibarını bərpa etməyə kömək edirik.

Bu məqalə sadəcə məlumatlandırıcıdır, Psixologiya-Onlayn-da diaqnoz qoymaq və ya müalicə tövsiyə etmək gücümüz yoxdur. Xüsusi işinizi müalicə etmək üçün sizi psixoloqa getməyə dəvət edirik.

Bənzər daha çox məqalə oxumaq istəyirsinizsə Yoldaşınıza olan inamsızlığı necə aradan qaldırmaq olarCütlər Terapiyası kateqoriyasına girməyinizi tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.