Lkə əhalisinin neçə faizi ilin sonunadək sülh sazişinin imzalanacağına inanır? – SORĞU
Azərbaycan əhalisinin 42,7 faizi bu ilin sonuna kimi Ermənistanla sülh sazişinin imzalanacağına inanır.
İnsan səsinin 5 özəlliyi – Necə edək ki, yaşlandıqca səsimiz qocalmasın?
Səs Allah vergisidir desək, yanılmarıq. Çünki səs hər kəsə eyni verilmir. Bəzilərin səsi qalın, bəzilərinin incə, bəzilərininki ” qulaq batıran” olur.
İnsana ən dogma səs onun valideynlərininin, övladının, sevdiyi şəxsin səsidir. Lakin bəzən heç tanımadığın, həyatda üzünü belə görmədiyin insanın səsi yaddaşına əbədi həkk olur, sevilir, buna səsin qüdrəti deyirlər.
Necə ki, müğənnilər, aktyorlar öz səsləri ilə ürəklərdə yer tutur.
Bəs ağlınıza gəlibmi, insan səsi necə yaranır, hansı mərhələləri keçir?
Medicina.az xəbər verir ki , İngiltərənin BBC kanalı bu barədə araşdırma aparıb və səsin 5 özəlliyini tapıb.
1. Yeni doğulmuş körpələrin ağlamaq səsi onun irqindən, irsindən, yaşayış yerindən asılı olaraq müxtəlif olur. Belə ki, hər körpənin ağlamaq tonu öz ana dilinin tonallığındadır. Yəni azərbaycanlı çağaları ilə amerikan çağaların ağlamaq səsi fərqlidir.
2. Səs ağızdan çıxana kimi müxtəlif mərhələlərdən keçir. Ən əvvəl xırıltı kimi bir şey ağciyərlərdən başlayaraq hava ilə qarışır, səs telləri, ağız boşluğu, dodaqlar və çənənin köməyi ilə formalaşıb normal səs yaranır.
3. Kişilərin səsi daha alçaqdır, nəinki qadınların. Çünki yeniyetməlik dövründə oğlanlarda orqanizm və bədəndə gedən dəyişikliklər buna səbəb olur. Qadınlarda isə bu proses gec, menopauza dövründə baş verir.
4. İllər ötdükcə bədən, orqanizm yaşlandıqda səs telləri də qocalmağa başlayır. Amma səs bədəndən və ağaran saçlardan daha gec qocalır. Ona görə kişilər bəzən üzünü görməyib, səsini eşitdiyi xanımı daha gənc bilir.
5. Sevgi bizim səsimizə təsir edir. Bəli, sevən insanın səsi dəyişir. Araşdırmalara görə, bir-birini sevən insanlarda zaman keçdikcə səs tonları eyniləşməyə başlayır.
Qeyd: Əgər səsinizin gənc, gur, məlahətli qalmasını istəyirsizsə, müxtəlif gimnastika hərəkətləri edə bilərsiz. Bunun üçün ayaqlarınızı çiyin bərabərində tutub, əllərinizi boynunuzun arxasında çütləyərək, burundan nəfəs alıb,azca qabağa əyilərək ” a, I, e, o, u” səslərini güclü nəfəslə çölə buraxmalısız.
Və yaxud burundan dərin nəfəs alıb, boğazınızı yaxalayırmış kimi vəziyyətdə başınızı saga-sola çevirib nəfəsinizi verirsiz. Bu hərəkətlər bir neçə dəfə təkrar olunmalıdır.
Düzünü desəm, bu qəribə hərəkətləri edəcəyinizə inanmıram. Ən yaxşısı vokal dərslərinə yazılın, həm səsiniz məşq edər, həm də oxumağı öyrənərsiz.
Ölkə əhalisinin neçə faizi ilin sonunadək sülh sazişinin imzalanacağına inanır? – SORĞU
Azərbaycan əhalisinin 42,7 faizi bu ilin sonuna kimi Ermənistanla sülh sazişinin imzalanacağına inanır.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət mövzusunda keçirdiyi rəy sorğuları çərçivəsində növbəti dəfə vətəndaşlara “Sizcə, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?” sualını ünvanlayıb.
Rəy sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını – 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib. 39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür.
Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli “sülh” formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.
Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib.
Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.