Mutellim Abbasov – Wikipedia
2002-ci ildən hal-hazıradək Azərbaycanda tədris olunan VII-XI siniflər üçün kimya dərsliklərinin müəllifidir (Hal-hazırda VII, VIII, siniflər üçün kimya dərsliklərinin müəllifidir).
Təsviri sənətin nəzəriyyəsi növləri və janrları
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyor sənəti və s. Bunların arasında 4-ü təsviri sənətə aiddir.
1. Boyakarlıq
2. Qrafika
3. Heykəltaraşlıq
4. Dekorativ-tətbiqi sənət
1. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxətlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda işlənilən heyvan və insan təsvirlərindən tutmuş, ən müasir ictimai binaların monumental təsvirlərini bəzəyir. Divar rəsmlərinin işlənməsi zamanı müxtəlif bədii texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri mozaika üsubudur ki, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülməsindən ibarətdir. Qədim zamanlarda mozaika üslubundan hovuzları bəzəmək üçün istifadə edirdilər. Bundan başqa freska adlı başqa bir texnika vardır ki, nəm deməkdir. Divarın nəm suvağına sulu boyalarla işlənmə texnikasıdır. Boyakarlığın ən feniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ya ağac üzərində yağlı boyalarla işlənilən belə əsərlər molbert adlanan xüsusi dazgahda yaradılır. Monumental boyakarlıq əsərindən fərqli olaraq dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdən asıla bilər. İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı– dini əsərlərə, əfsanələrə, yaxud, rəvayətlərə işlənmiş əsərlər aiddir.
2. Batal janrı– bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir.
3.Mənzərə janrı- bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Peysaj– fransız sözü olub, “hüdudlanmış ərazi” deməkdir. Məsələn, çay plantasiyası, üzüm tarlası, pambıq sahəsi, taxıl sahəsi və s. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssam Ayvazovski, Surikov, Repin.
4.Məişət janri– xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur. Varlı evində toy, Kasıb evində toy, varlı evində Ramazan bayramı, kasıb evində Ramazan və s. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçu rəssamı olmuşdur. M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir.
5.Portret janrında konkret şəxslərin təsvirləri verilir.
6. Natürmort janrı cansız təbiət deməkdir. Bura ovlanmış quşlar, gül dəstələri, məişət əşyaları aiddir.
2. Qrafika. Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca “qraphike” sözündən götürülmüş, “rəsm, şəkil” deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir. Qrafikanın müxtəlif janrları var: 1. Kitab qrafikası. Kitabın tərtibatı məsələsini həll edir. 2. Dəzgah qrafikası. Əsər bir nüsxədə yaradılır və bundan bir neçə almaq mümkündür. 3. Elmi-tədqiqat qrafikası. Bura elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri aiddir. 4. Plokat qrafikası. Bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaqdan ibarətdir. Məsələn, Mən fəxr edirəm ki, Azərbaycanlıyam. 5. Sənaye qrafikası. Məhsulun tərkibini, onun əlamətlərini bildirir. Məsələn, açıqcalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və s. ola bilər.
3. Dekorativ-tətbiqi sənət. Dekorativ-tətbiqi sənət dekorativ sənət növüdür. Əsasən məişətdə işlədilmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahələrini əhatə edir. Müxtəlif avadanlıq, mebel, xalça, əmək alətləri, paltar, hər cür bəzək əşyaları dekorativ sənət nümunəsi ola bilər. Dekorativ sənət əsərləri hazırlandığı materiala və işlənmə texnikasına görə (oyma, tikmə, basma, naxış) müxtəlif sahələrə ayrılır. Dekorativ-tətbiqi sənət əsərlərinin naxış, bəzək və rəsmlərində məxsus olduğu xalqın mənəvi aləmi, yaşayış tərzi, adət və ənənələri əks olunur. Dekorativ sənət ən geniş yayılmış plastik sənət növüdür. Bura düluzçuluq, memarlıq, dizayn kimi dekorativ sənətdə insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir və estetik keyfiyyətlər aşılayır. Monumental dekorativ sənət (fasad və interyerləti bəzəyən memarlıq dekorları, divar naxışları, vitraj, mozaika, eləcə də park heykəltaraşlığının yaradılması) dekorativ-tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şənliklərinin, muzey və sərgi ekspozisiyalarının, vitrin və s. bədii tərtibatı) sahələrinə bölünür.
4. Heykəltaraşlıq. Təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın boyakarlığa nisbətən imkanları məhduddur. İndiyə qədər əsasən 2 cür heykəl məlumdur: 1-ci qisim heykəllərə həcmli və ya dəyirmi heykəllər deyilir. Bunlara hər tərəfdən baxmaq mümkündür. 2-ci qisim heykəllərə isə relyef heykəllər deyilir. Relyef 2 hissəyə ayrılır. 1. Barelyef, basrelyef sözündən götürülmüş alçaq relyef deməkdir. 2. Qorelyef, haut relyef sözündən götürülmüş yüksək relyef deməkdir. Heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. 1. Monumental 2. Dekorativ 3. Dəzgah heykəltaraşlığı. 4ş Monumental heykəltaraşlıq. Əsərləri açıq havada qoyulur. Böyük şəhərlərin meydanlarnda bəzən isə ictimai-binaların daxilində qoyulur. Dekorativ heykəllər əsasən memarlıq abidələrinin bəzəldilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları, fəvvarələri bəzəyir. Memarlıq abidələri ilə bağlı olmayan park və fəvvarələrin bəzədilməsi üçün nəzərdə tutulmayan, əsasən muzeylərdə nümayiş olunan heykəllər dəzgah heykəltaraşlığına aiddir. Heykəltaraşlıq əsərinin hansı materialda və hansı texnikada hazırlanmasının böyük əhəmiyyəti var. Adətən, heykəllər gil, ağac, plastilin, mum, metal və s. hazırlanır.
- Teqlər:
- təsviri sənət
Mutellim Abbasov – Wikipedia
Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində orta məktəb şagirdlərinin Beynəlxalq və Dünya olimpiadalarına hazırlayan qrupa rəhbərlik etmişdir. (2008-ci ilədək). 2005-ci ildə “Kimyanın tədrisinin müasirləşdirilməsinin zəruriliyi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.2018-ci ildə “Bitki yağları əsasında yanacaq komponentlərinin katalitik sintezi” mövzusunda doktorluq dissertasiya müdafiə etmiş və 2019-cu ildə təsdiq edilmişdir.
2002-ci ildən hal-hazıradək Azərbaycanda tədris olunan VII-XI siniflər üçün kimya dərsliklərinin müəllifidir (Hal-hazırda VII, VIII, siniflər üçün kimya dərsliklərinin müəllifidir).
Ailəlidir, iki qızı var.
Əsas elmi Nailiyyətləri
Azərbaycan neftinin qarışığından və neftin ikinci emal məhsulları əsasında perspektiv tələblərə cavab verən PT, Jet A-1, T-6 markalı reaktiv yanacaqlarının, ekoloji zərərsiz dizel yanacaqlarının alınması texnologiyaları işlənib hazırlanmışdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri 2004-cü ildə H. Əliyev adına Bakı NEZ “Katalitik krekinq” qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində tətbiq olunmuşdur. 2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. 2014-cü ildən Evro-3 – Evro-6 standartlarına uyğun dizel yanacağı almaq üçün, əmtəəlik dizel yanacağına əlavə olunan bitki yağları əsasında yanacaq komponentlərinin katalitik sintezi prosesini işləmişdir.
Elmi istiqamətləri
Azərbaycan neftinin qarışığından və neftin ikinci emal məhsulları əsasında perspektiv tələblərə cavab verən ekoloji zərərsiz dizel yanacaqlarının alınması texnologiyalarının işlənməsi. Orta ümumtəhsil məktəbləri üçün VII-XI siniflər üçün kimya dərsliklərinin yazılması. DİM üçün kimyadan vəsaitlərinin hazırlanması.
Elmi Tədqiqatları
Hal-hazırda 6 doktorant, 1 elmlər doktoruna və 6 magistra rəhbərlik etməklə elmi-tədqiqat işlərini davam etdirir. Onlardan 1-i doktorluq dissertasiyası müdafiə etmişdir.
Təltif və mükafatları
- Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi (2000-ci ildə),
- Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi (2002-ci ildə),
- Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2007-ci ildə “Respublikanın Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuşdur.
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (2012-ci ildə) tərəfindən fəxri-fərmanla təltif olunmuşdur.
- AMEA Kimya bölməsinin (2019-cu ildə) tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Pedaqoji fəaliyyəti
- 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikasının Təhsil Nazirliyi və AMEA-nın birgə təsis etdiyi “Kimya məktəbdə” elmi-metodiki məcmuənin məsul katibidir;
- Ortaümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün kimya dərsliklərinin müəllifi; Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin üzvü (2015-ci ilədək);
- (1998-2014), Azərbaycanın Kimyadan Beynəlxalq və Dünya olimpiadalarında iştirak edən komandalarının hazırlıq qrupunun rəhbəri (1998-2008);
- Azərbaycan Təhsil Nazirliyində kimya fənn kurikulumunun (təhsil standartlarını) hazırlayan qruun rəhbəri (2006-2012);
- Dövlət İmtahan Mərkəzi nəzdində fəaliyyət göstərən Ekspert Şurasının üzvü (2000-ci ildən hal-hazıradək) kimi fəaliyyət göstərir.
- 2020-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən müdafiə şurasının üzvü
Elmi əsərləri
Elmi əsərlərinin ümumi sayı-242, xaricdə çap olunmuş elmi əsərlərin sayı-34
Əsas elmi əsərlərin adları
- Диаграммы системы /Журнал Неорганическая химия, 1988, 33, №5, с-1335-1358.
- Phaze Diagram of the system Pr2S3- Pr2S3-Ga2S3. Z.anorg.allg.Chem-582 (1990), p. 217-223/
- Изучение особенностей углеводородного состава градусных фракций Нафталанской лечебной нефти. //Процессы Нефтехимии и нефтепереработки, 2000, №1, с.17-20.
- Получение высокоэнергетических топливных композиций. //Азербайджанский химический журнал, 2000, №1, стр.49.
- Kimyəvi ehtiyatlar və onlardan səmərəli istifadə. //Təhsil, Mədəniyyət, İncəsənət jurnalı. Bakı, 2004, №1, s.34-37.
- Тренировочные задачи для подготовки к олимпиаде. //Химия в школе. Москва 2009, №8, с.75-77.
- Исследование процесса получения дизельных фракций каталитическим крекингом вакуумного газойла под воздействием магнитного поля. Автозаправочный комплекс+альтернативное топливо, 2015, № 12 (105), с. 10-14.
- The Research of the Natural Hallogsite Nomotubes Those are Enriched with Ni and Co oxides on the Production Process of Environmentally Friendly Diesel Fuels. International Research Journal of Engineering and Technology, 2016, V.3, Issue 3, p. 56-62.
- Catalytic cracking of vegetable oils and vacuum gasoil, with commersial high alumina zeolite and hallogsite nanotubes for biofuel production Fuel, V. 181, 2016, p. 55-63.
- Новые катализаторы для процесса алкоголизма. Триглицеридов растительных масел. Всероссийское содружество. Единый Всероссийский вестник, 2016, № 6, с. 127-129.
- Using of natural zeolites and magnetic field in process of dearomatization of straight-run diesel fuel. International Research Journal of Engineering and Technology (IRJET), Volum, .04, Issue 3, 2017, p. 31-38.
- Magnetic Field Influence on Catalytic Cracking Behavior of the Vacuum Gasoil and itsblend with Cottonseed Oil. Egyption Journal of Petroleum, 2018 (in press).
- Kimya suallar və cavablarda. //Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası. “İsmayıl” Nəşriyyat Poliqrafiya Mərkəzi, 1998, 392 səh.
- Abituriyentlər üçün kimyadan hazırlıq testləri. //Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası. “İsmayıl” Nəşriyyat Poliqrafiya Mərkəzi, 1998, 260 səh.
- Ümumi Kimyanın əsasları (Universitetlər üçün dərslik) Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2000, 405 səh.
- Qeyri-üzvi kimya (Universitetlər üçün dərslik) Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2001, 559 səh.
- Kimyadan Soros olimpiadası məsələləri (həlli ilə) (Dərs vəsaiti) Qamma Servis, 2002, 460 səh.
- Ekoloji Kimyaya Giriş. Azərbaycan Dövlət Neft Akademiyası. (Ali məktəblər üçün dərslik) Maarif Nəşriyyatı, 2002, 200 səh.
- Ekoloji Kimya (Universitetlər üçün dərslik). Bakı Nəşr, 2002, 207 səh.
- Əsas üzvi və neft kimya sintezi (Texniki Universitetlərin kimya-texnologiya fakultələri üçün dərslik). Bakı Nəşr, 2003, 224 səh.
- IX sinif şagirdləri üçün test tapşırıqları (Orta məktəblər üçün dərs vəsaiti). Bakı TQDK, 2003, 157 səh.
- VIII sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 180 səh.
- IX sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 281 səh.
- X sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 138 səh.
- XI sinif üçün kimya dərsliyi. Təhsil Nəşriyyatı, Bakı, 2004, 231 səh.
- Kimya (Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti). Abituriyent Jurnalının xüsusi buraxılışı. Bakı TQDK, 2004, 615 səh.
- Məktəblinin Təbiət Elmləri lügəti I hissə (A-İ). Ayna Mətbu evi, 2006, 215 səh.
- Məktəblinin Təbiət Elmləri Lügəti. II hissə (J-Z). Ayna Mətbu evi, 2006, 220 səh.
- Kimya I hissə (abituriyentlər üçün). TQDK, Abituriyent Jurnalının xüsusi buraxılışı, 2007, 418 səh.
- Kimya II hissə (abituriyentlər üçün). TQDK, Abituriyent Jurnalının xüsusi buraxılışı, 2008, 458 səh.
- Kimyadan olimpiada məsələləri (həlli ilə). Dövlət sifarişi ilə çap olunmuş dərs vəsaiti, 2009, 462 səh.
- VII sinif üçün kimya dərsliyi. Bakı, Azpoliqraf, 2014, 93 səh.
- VII sinif üçün kimya dərsliyinə aid müəllimlər üçün metodik vəsait. Bakı, Azpoliqraf, 2014, 96 səh.
- VII sinif üçün kimya dərsliyinə aid iş dəftəri. Bakı, Azpoliqraf, 2014, 80 səh.
- Əsas Neft-Kimya Məhsulları Və Onların Istehsalı Prosesləri (doktorantlar üçün). Bakı, Elm Nəşriyyatı, 2014, 316 səh.
- Neft kimyası və neftin ilkin emalı (Dərslik), Bakı, Unipint, 2000, 417 səh.
- Qaz kimyası (Tədris vəsaiti), BAkı, Şərq-Qərb Nəşriyyat evi, 2015, 458 səh.
- Neft məhsulların təmizlənmə texnologiyası (Ali məktəblər üçün dərslik), Bakı, Nərgiz Nəşriyyatı, 2015, 216 səh.
- Üzvi kimyanın əsas terminləri və konsepsiyalar (dərs vəsaiti), Bakı, “Müəllim”, 2018, 360 səh.
- VII sinif üçün kimya dərsliyi (Yeni variantda), Bakı, Azpoliqraf, 2018, 95 səh.
- VII sinif üçün kimya darsliyina aid müəllimlər üçün metodik və sait (yeni variantda), Bakı, Az , Azpoliqraf, 2018, 87 səh.
- Tsikloalkanlar kimyası, Bakı, “Müəllim” nəşriyyatı, 2019, 384 səh.
İstinadlar
- ↑http://www.science.gov.az/az/oilchemistry/doctors/abbasovmtmm.htm [ölü keçid]
- ↑”Arxivlənmiş surət”. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2015-04-07 .
- ↑”Arxivlənmiş surət”. 2022-08-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-09-24 .
- ↑http://nkpi.az/index.php?page=addread&id=2394 [ölü keçid]
Comments are closed, but trackbacks and pingbacks are open.