Press "Enter" to skip to content

Indiki ikiüzlü dünyada özümüzü necə qoruya bilərik

Baş infeksionist deyib ki, peyvənd almayan qruplarda xəstəliyin ağırlığı çoxdur: “Peyvənd 100 faiz qorumasa da, həmin şəxslər xəstəliyi simptomsuz, yüngül keçirirlər. Ölkədə hələ ki yoluxma sayı yüksək deyil. Tarazlığı uzunmüddətli tədbirlərlə əldə etmişik. İnsanlar könüllü olaraq vaksinasiyada iştirak etsələr, infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asanlaşır. Bu istiqamətdə düşünmək lazımdır”.

Ürək-damar xəstəliklərindən özümüzü necə qoruya bilərik?

Hazırda bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yeri tutur. Ürək xəstəliyi riski yaş, cins, xolesterol səviyyəsi, qan təzyiqi, siqaret çəkmək və ya şəkərli diabetin olması kimi bir çox amillərdən asılıdır. İstər ürək xəstəliyiniz varsa, istərsə də onun qarşısını almaq istəyirsinizsə bu risk faktorlarini tanımalısınız.

Ürək xəstəliyi riskinin azaldılmasının sadə və effektiv yolları bunlardır:

  • Siqaret cəkməmək.
  • Fiziki cəhətdən aktiv olmaq.
  • Arterial təzyiqi bilmək və idarə etmək.
  • Fiziki aktivlik səviyyənizə uyğun şəkildə liflə zəngin olan, daha az yağlı, xüsusilə doymuş və trans yağları olmayan, az duzlu, çoxlu meyvə və tərəvəz daxil olan qidalardan istifadə etmək.
  • Qanda şəkər səviyyəsini idarə etmək.
  • Alkoqol istifadəsini məhdudlaşdırmaq.
  • Stresi azaltmaq,

Həkiminizin tövsiyələrinə uyğun olaraq arterial təzyiqinizi yoxlayın, qanda xolesterol və şəkərinizi test edin, vaxtaşırı EKQ, EXO KQ müayinələrindən kecin.

Əgər artıq çəkiniz varsa, onu azaltmaq lazımdır. Çalışın qida rasionundan un məmulatlarını çıxarasınız, çörəkdən imtina edə bilmirsinizsə, xəmir yeməklərindən və şirniyyatdan istifadə etməyin. Yağlı süd məhsullarını yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin. Çalışın, gün ərzində az-az, tez-tez qidalanın.

Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin, daha çox balıq yeməkləri və dəniz məhsullarına üstünlük verin. Yeməklərdə duzun həcmini minimuma qədər azaldın. Yeməklərinizə kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Təzə göyərti, xüsusilə ispanaq və cəfəri, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. bu vacib elementlə zəngindir.

Nəhayət, əsəbdən, stresdən uzaq olmağa çalışın, arada istirahət edin, yuxu rejiminə əməl edin. Hazırda pandemiya dövründə yaşayırıq və karantin rejiminin bir çox məhdudiyyətlərinə əməl etməliyik. Dostlarınızla, qohumlarınızla tez-tez görüşə bilmirsiniz, böyük ticarət mərkəzlərinə gedə, səyahətə çıxa bilmirsiniz. Lakin bütün bunlar sizi qıcıqlandırmasın. Özünüzü qoruyun, ilk növbədə isə, ömür boyu 1 dəqiqə belə fasilə vermədən, dincəlmədən işləyən ürəyinizi qoruyun.

Indiki ikiüzlü dünyada özümüzü necə qoruya bilərik

Son günlər ölkəmizdə yoluxma sayında artım müşahidə edilməkdədir. Son statistik məlumatlara əsasən, COVİD-19 infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Bəs görəsən, bu artım “Delta” ştammı ilə əlaqədardımı? Ümumiyyətlə, bu ştamdan ölən varmı? Virusun bu modifikasiyasından özümüzü necə qoruya bilərik? “Delta” peyvənd olunan insanlara da keçir kimi iddialar və faktlar var.

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “Artıq iki gündür ki, dünyada virusa yoluxma sayında artım müşahidə edilməkdədir. Bir müddətlik azalmadan sonra yenidən artım görürük. Amma ölüm sayında ciddi artım qeydə alınmır. Bunların ”Delta” və “Delta+” ştammlarının hesabına olduğu bildirilir”.

İnfeksionist “virusun bu variantından özümüzü necə qoruyaq” sualına cavab verib: “”Delta” ştammı koronavirusdur. Yeni bir virus deyil, koronavirusun, sadəcə, mutasiyaya uğramış bir variantıdır. Buna görə koronavirusa aid olan qoruma tədbirləri bu ştamma da aiddir. Birinci yerdə maska taxmaq, sosial məsafəni qorumaq və fərdi gigiyena qaydaları, yəni əllərin yuyulmasından ibarətdir. Burada hər üç qızıl qaydaya nə qədər düzgün riayət olunsa, o qədər də özümüzü virusdan qoruya bilərik.

Mərdan Əliyev

M.Əliyev qeyd edib ki, “Delta” ştammının peyvənd olunanlar arasında da yayılması barədə məlumatlar var: “Bir qədər daha çox təsir göstərdiyi bildirilir. Amma bunlar sübut olunmuş məlumat deyil, sadəcə olaraq, məlumatlardı, yəni fakt yoxdur. Amma nəzərə alsaq ki, burada virusun genomunda, bir genin dəyişikliyi var. Burada mutasiya var və yeni bir virus deyil, bu da koronavirusdur, yəni bütün peyvəndlər virusun bu ştammına qarşı da effektiv olmalıdır. Açığı, bir az şişirdilmiş formada şayiələr gəzir, hansı ki, bu Britaniya ştammına, yəni alfa ştammı barədə də bir müddət əvvəl həyəcanla danışılırdı. Sonra məlum oldu ki, bu heç də o qədər də qorxulu virus ştammı deyilmiş. İndi də ”Delta” ştammı barədə məlumatlar dolaşır. Düşünürəm ki, bir müddət sonra bunun da qorxulu, təhlükəli bir ştamm olmadığı məlum olacaq. Belə çox yüksək sürətlə artması və bir il əvvəlki kimi dalğaların olmasını gözləmirəm”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da “Delta” ştammının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib. O, bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib. Qeyd edib ki, xəstəliyin gizli dövrü var: “Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər. ”Delta” ştammının Britaniya ştammından 2 dəfə çox yoluxdurduğu qeyd olunur. Bir insanın yoluxdurduğu şəxslərin sayı 5-6 nəfərə çatır. Bu da əvvəlkindən 2 dəfə çoxdur. Bu ştamma yoluxanların sayı arta bilər. İnkubasion dövrü qısadır. Klinik əlamətlərdə bir qədər fərqlər duyulur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, boğaz, baş ağrıları müşahidə olunur. Bəzən mədə-bağırsaq əlamətlərinin də olduğunu qeyd edirlər. Ümumilikdə yoluxduqdan bir müddət sonra klassik koronavirusdan daha çox ağırlaşma olması yalnız müşahidələrdir. Hələ dəqiq məlumat yoxdur”.

Baş infeksionist deyib ki, peyvənd almayan qruplarda xəstəliyin ağırlığı çoxdur: “Peyvənd 100 faiz qorumasa da, həmin şəxslər xəstəliyi simptomsuz, yüngül keçirirlər. Ölkədə hələ ki yoluxma sayı yüksək deyil. Tarazlığı uzunmüddətli tədbirlərlə əldə etmişik. İnsanlar könüllü olaraq vaksinasiyada iştirak etsələr, infeksiyanı idarə etmək səhiyyə orqanları üçün asanlaşır. Bu istiqamətdə düşünmək lazımdır”.

T.Eyvazov qeyd edib ki, bayramda insanların təması artır, belə yerlərdə maska taxmaq, məsafə gözləmək, gigiyena qaydalarına əməl etmək lazımdır: “Daha aqressiv, yoluxuculuğu yüksək olan ştamm ölkəyə daxil olub. Bu gün ÜST tərəfindən təsdiqlənən peyvəndlərin hamısı yeni ştammlara qarşı effektivdir. Effektivlikdə müəyyən faiz fərqlər ola bilər. Məsələn, vaksinlərin ”Delta” ştammına qarşı təsiri bir qədər azala bilər. Amma hər bir halda indiki vəziyyətdə vaksin daha effektiv üsuldur. İnsanları bayramda, yay aylarında məsuliyyətli olmağa, diqqətli olmağa çağırıram”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Indiki ikiüzlü dünyada özümüzü necə qoruya bilərik

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Maraqlı İkiüzlü və ziyanverici insanlar… – Onları necə tanımalı?

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Yanvar 30, 2021 – 10:45

!Reklam – Yazi

İnsan hər zaman öz uğurlarına obyektiv baxmağı bacarmalı, bunun üçün özünün inkişafına zaman ayırmalıdır.

Paxıl insanların həmişə başqalarının həyatını daha yaxşı hesab etməsi isə heç kimə sirr deyil. Məhz paxıl insanlar başqalarının uğurlarına ürəkdən sevinə bilməyən və ətrafdakılara böyük ölçüdə təsir edənlərdir. Onlar müvəffəqiyyətlərini daim başqalarının uğurları ilə müqayisə edir, nəticədə də çox vaxt narazı olurlar. Paxıl insanlar həmkarlarının uğurlarına nifrət edir, narazılıq göstərir və dava salırlar. Ancaq məsələ tək paxıllıq, xüsusən də həmkarlara olan münasibət deyil, həmçinin ümumiyyətlə həsəd aparan insandır. Başqalarının həyatını zəhərləyən başqa bir növ insanlar da var ki, onlar dedi-qoduçulardır. Ən çox həmkarları haqqında danışırlar. Onlar psixoloji sağlamlığa xoşagəlməz təsir göstərən, həm də həmkarının karyerasını məhv edə biləcək xoşagəlməz şayiələr yayırlar. Bu cür insanlardan tamamilə təcrid olunmaq çətindir, ona görə də onlarla məsafə saxlamaq daha yaxşıdır. Başqalarının fikirlərini oğurlayıb özününkü kimi təqdim edən, hətta başqalarının uğurlarını özlərinə bağlayan insanlar da var. Hər şey kiçik nüanslardan başlayır. Siz parlaq ideyanız haqqında danışırsız və kolleqanız o fikri oğurlayaraq özününükü kimi təqdim edir. bir fikir haqqında xüsusi olaraq danışırsınız və bir həmkarınız onu oğurlayır və özününkü kimi ötürür. Və ya sizin təklifinizin müzakirə olunduğu görüşə sizi çağırmaq “unudulur”. Belə insanlardan necə qurtulmaq olar? Amerikalı yazıçı, Emotional Intelligence 2.0-ın dünya səviyyəsində ən çox satan kitabın müəllifi, psixologiya sahəsindəki mütəxəssis Travis Bradburry bildirib ki, ən yaxşı işçilər ziyanverici insanlarla məsafə saxlamağı bacarır, onlar düzgün strategiya tətbiq edirlər: “Şəxsi münasibətlərdə sərhədləri vaxtında müəyyənləşdirmək şərtdir və heç bir halda heç kimin onları pozmasına icazə verilməməlidir. Həyatdan zövq almanın yeganə yolu budur və p zaman işiniz sizə zövq verəcək”. Hazırladı: Cəmilə Çebotareva

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.