İnfeksiya nədir və infeksion xəstəliklər nədir
İnfeksiya patogen mikroorqanizm olub canlı orqanizmə daxil olaraq orada patoloji vəziyyət əmələ gətirir. İnfeksiyanın canlı orqanizmdə əmələ gətirdiyi patologiya isə infeksiya xəstəliyi adlanır.
İnfeksion xəstəliklər
İnfeksion xəstəliklər –spesifik pathogen mikroorqanizmlər (bakteriyalar, viruslar, parazitlər, göbələklər) tərəfindən törədilən və kontagiozluq (yoluxma) qabiliyyətinə malik xəstəliklərdir. Bu xəstəliklər həm tək-tək (sporadik), həm də kütləvi xarakter daşıya bilər.
Infeksion xəstəliklərin inkişafı 4 mərhələdən- inkubasion (gizli), prodromal, kliniki ə\lamətlərin təzahürü və son dövrldən ibarətdir. İnfeksion proses müxtəlif cür sonlana bilər- sağalma (rekonvalessensiya), bacterial daşıyıcılıq, xroniki formaya keçid.
İnsanların keçirdiyi xəstəliklərin 20-40%-I infeksion xəstəliklərin payına düşür. Elmə 1200-dən çox infeksion xəstəlik məlumdur və bu rəqəm ilbəil artmaqda davam edir. İnfeksion xəstəliklər zədələnmiş orqan və yoluxma mexanizminə görə 5 qrupa bölünür:
- Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, eşerixioz, qarın yatalağı və s)
- Tənəffüs yollarının infeksiyaları (KRVİ, Covid19, qrip, qızılca vəs)
- Hemotoloji (qan) infeksiyalar (İİV, malyariya və s)
- Dəri və selikli qişaların infeksiyaları (qızılyel, sibir xorası, qoturluq)
- Çoxsaylı yoluxma yoluna malik infeksiyalar (infeksion mononukleoz, enterovirus və s)
Törədicinin tipinə görə viral (virus hepatitləri, Cpvid19, qrip, məxmərək, sitomeqalovirus, herpes və s), bacterial (stafilokokk, streptokokk, salmonellyoz, dizenteriya və s), protozoy (malyariya, trixomoniaz, amöbiaz və s), mikozlar (aspergilyoz, kandidoz, epidermofitiya və digər göbələk infeksiyaları) ayırd edilir.
İnfeksion xəstəliklər həmçinin antroponoz (yalnız insane xas olan) və zoonoz (heyvanlarda da rast gəlinən) ola bilər. Antroponoz xəstəliklərə -difteriya, dizenteriya, qarın yatalağı və s., zoonozlara isə quduzluq, listerioz, brusellyoz və s. misal çəkmək olar. Heyvani mənşəli törədicilərin –parazitlərin (gənə, həşərat, ibtidailər) səbəb olduğu xəstəliklər parazitar xəstəliklər adlanır.
İnfeksion xəstəliyə yoluxmuş şəxslər xəstəxanalarda xüsusi şöbələrdə müalicə alırlar. Yüngül hallarda isə ev şəraitində müalicə də mümkündür.
Əksər infeksion xəstəliklərin profilaktikası immunizasiya yolu ilə və ya sanitar-gigiyenik qaydalara riayət etməklə mümkündür.
İnfeksiya nədir və infeksion xəstəliklər nədir?
İnfeksiya patogen mikroorqanizm olub canlı orqanizmə daxil olaraq orada patoloji vəziyyət əmələ gətirir. İnfeksiyanın canlı orqanizmdə əmələ gətirdiyi patologiya isə infeksiya xəstəliyi adlanır.
İnfeksiyanın əmələ gətirdiyi xəstəliklər bütün orqanizmi əhatə edə və ya bir yerdə məhdudlaşa bilir.
İnfeksiya orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bəzən isə infeksiya heç bir əlamət verməyib gəzdirmə formasına orqanizmdə illərlə yaşaya bilir. Belə adamlar xəstə yox, infeksiya gəzdiricilər adlanır.
Hər bir infeksiyanın özünəməxsus xüsusiyyəti olur və hər bir infeksiya öz xüsusiyyətlərinı görə orqanizmdə müxtəlif əlamətlər əmələ gətirir.
İnfeksion xəstəliklərn əmələ gəlməsinə səbəb olan infeksiyalar orqanizmə müxtəlif yollarla daxil ola bilir. Bu yollar tənəffüs sistemi, təmas, böcəklər və s.ola bilir. Təmas vasitəsilə yolxan infeksion xəstəliklər kontagioz infeksion xəstəliklər adlanır. Bu xəstəliklər kontakt və aralıq nahiyəsi obyektləri vasitəsilə yoluxur. Çiçək, dabaq, donuzların taunu, atların qripi kontakt vasitəsilə yoluxan infeksion xəstəliklərdən hesab edilir. İnfeksion xəstəliklərin yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir.
Hər bir infelğksion xəstəliyin öz spesifikliyi var. Bu xəstəliyi törədən infeksiyanın növündən asılı olaraq dəyişir. İnfeksiyanın insan orqanizmində əmələ gətirdiyi infeksion xəstəliklərin əmələ gətirdiyi patoloji əlamətrlər yanlız infeksiyanın xarakterindən deyil, daxil olduğu orqanizmin müqavimətindən də asılı olur.
Comments are closed, but trackbacks and pingbacks are open.