İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri
Bu quruluşda əmrlər seriyası çoxqat təkrarlanır. Bu seriyaya dövrün gövdəsi deyilir. Dövr quruluşu 2 tipdir: 1) sayğaclı dövr, 2) şərtli dövr. Sayğaclı dövrdə dövrlərin sayı müəyyəndir. Şərtli dövrdə dövrlərin sayı şərt ödəndikcə davam edir.
Bölmə 5. İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları
Bölmə 5. İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları
- Diləbağlılıq. Alqoritm alqoritmik dildə yazılır. Alqoritmik dil müəyyən simvol- lar və qaydalar sistemidir.
- Diskretlik. Alqoritm ciddi struktura malik elementar əməllər (əmrlər) çoxluğu olub, sökülüb-yığılandır.
- Determinlik. Alqoritm tamamilə formal və müəyyən (birmənalı) olmalıdır.
- Kütləvilik. Alqoritm bir sinif məsələlərin hamısını həll etməyə yararlı olmalıdır.
- Təkrarlananlıq. Eyni giriş verilənləri həmişə eyni nəticə verməlidir.
- Sonluluq. Alqoritm ya məsələnin həll nəticəsini, ya da həllin mümkün olmadığı barədə məlumatı verməlidir.
- hesabi (və ya rəqəm tipli);
- mətn (və ya simvol tipli);
- məntiqi tipli;
- göstərici tipli.
Alqoritmləşdirmənin əsasları vəproqramlaşdırma
Alqoritm və onun formal icrası
Alqoritm anlayışı.
İnsanın zehni fəaliyyətinin, o cümlədən, hesablama işlərinin formallaşdırılması problemi qədim zamanlardan alimləri məşğul etmişdir. Əsas məsələ hesablama prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki, hər bir əməl mütləq şəkildə formal təyin edilmiş olsun və hər əməldən sonra hansı əməlin icra ediləcəyi birmənalı bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin həll alqoritmi deyilir. Məsələnin alqoritminin qurulması- na məsələnin alqoritmləşdirilməsi deyilir.
Alqoritm informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü 9 – cu əsrdə yaşamış özbək riyaziyyatçısı Məhəmməd əl-Xörəzmin adı ilə bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır.
Alqoritmin əsas xüsusiyyəti qoyulmuş məqsədə çatdırmasıdır. Maşın üçün yazılmış alqoritm proqram adlanır. Kompüter proqramla işləyir. Proqramı olma yan məsələnin maşında həlli mümkün deyil.
İntuitiv alqoritm anlayışı proqram anlayışından əhəmiyyətli dərəcədə geniş dir. İlk proqramçılar Paskal, Dekart, Leybnis, Laplas və b. olmuşlar.
Alqoritmin formal icrası. Alqoritm informasiya proseslərinin gedişini formallaş- dırmağa imkan verir. Yəni əməllər ardıcıllığı yerinə yetirilərkən məzmun rol oynamır.
Kompüter – alqoritmin avtomatik icraçısıdır. Kompüterə aydın olan proqramlaş- dırma dilində yazılmış alqoritm proqram adlanır.
Xətti quruluş.
Müxtəlif alqoritmlər mövcuddur. Bir-birinin ardınca icra edilən əmrlər seriyasından
ibarət olan alqoritmlər xətti alqoritm adlanır. Əyanilik üçün blok-sxemdən istifadə olunur:
Budaqlanan quruluş.
Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər əmrlər seriyasının icrası həmin şərtin ödənib-ödənməməsindən asılı olur. Şərt mülahizə şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2 dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s.
Mürəkkəb şərt bir-biri ilə məntiq əməli ilə bağlanmış sadə şərtlər ardıcıllığıdır.
Məsələn, 5>3 And 2*8=4*4.
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir: qrafik formada (blok-sxem şəklində);
proqramlaşdırma dilində, məsələn, Visual Basic və VBA dillərində, if şərt operatoru vasitəsilə.
İlk (if) açar sözdən sonra şərt yerləşməlidir. İkinci (Then) açar sözdən sonra isə əmrlər seriyası (şərt ödənirsə, 1-ci seriya) yerləşir. Şərt ödənmirsə, üçüncü (Else) açar sözdən sonra 2-ci seriya əmrlər yerləşir:
Visual Basic-də: VBA-da
If Şərt Then if Şərt_
Seriya 1 Then Seriya 1_
[ Else [ Else Seriya 2]
End if
Şərti keçid operatorunu çoxsətrli və birsətrli formalarda yazmaq olar. Çoxsətrli formada bu, if. Then. Else. End if şəklində yazılır. Bu halda Then şərtlə bir sətrdə yazılır. Əmrlər seriyası (seriya 1) ikinci sətrdə yerləşir. Else üçüncü sətrdə, seriya 2 dördüncü sətrdə, End if beşinci sətrdə yazılır.
Birsətrli formada if. Then. Else. şəklindən istifadə edilir. Əgər bu yazılış bir sətrə yerləşməzsə, onda onu bir neçə sətrə bölmək olur. Bu zaman sətrin bölündüyünü kompüterə anlatmaq üçün probeldən sonra altdan xətt işarəsi qoyulur ( _ ). Müxtəsər formada Else olmaya da bilər 95 .
Şərt ödənmirsə, növbəti əmrlər seriyası icra edilir.
“Seçmə” quruluşu.
― Se ç m ə‖ qu r u lu şu ç o x va r ia nt lı bu da q l a n m a qu r u lu ş ud ur. B u r a d a b ir neçə ş ərt o l u r. Şər t lər c i dd i a r dı c ı ll ı q la y o x la n ır. Şə r t l ə r d ə n b i r i n in ö d ə n d i y i halda m üva f i q əm rlər se r i y a s ı icra e d i l ir. V i s u a l Ba sic və VB A di l lə r i n də ― Se ç m ə ‖ Sele c t C a se a ç ar s öz l ər l ə ba ş l a n ır. B u s ö z lə r d ə n s o nra if a də ( d ə y işə n , he s a b i if a də və s .) y az ı lır. C a se – d ə n s o n r a ve r il m iş if a də m üə yy ən q i y m ətlə m üqa y isə o lu nur, şə r t ö d ə n di k d ə ə m r ser i y alar ı n d an b i r i icra e d il ir. Bu q u r u l u ş End S el e ct – lə b it ir:
Select Case İfadə
Case Şərt 1
Case Şərt 2
Seriya 2 Case Else Seriya End Select
“Dövr” quruluşu.
Bu quruluşda əmrlər seriyası çoxqat təkrarlanır. Bu seriyaya dövrün gövdəsi deyilir. Dövr quruluşu 2 tipdir: 1) sayğaclı dövr, 2) şərtli dövr. Sayğaclı dövrdə dövrlərin sayı müəyyəndir. Şərtli dövrdə dövrlərin sayı şərt ödəndikcə davam edir.
Sayğaclı dövr. Bu, Fof. Next açar sözlərlə ifadə edilir:
For Sayğac=İlk Qiymət to Son Qiymət [Step addım]
95 Vacib olmayan operatorlar kvadrat mötərizədə ([]) yazılır.
Next [Sayğac]
Şə r t l i d öv r . Ç ox h a l l ar d a d ö v r ün neçə d ə fə tə k ra r la n m a s ı m əlum o l m ur. Bu ha l da d ö v r lə r in sa y ı şər t in öd ə n m ə s i n d ə n a s ı l ı o l ur. Belə d ö vr Do . . . L oop a ç ar s öz l ər l ə ifa d ə e d il ir. Şə r t d ö v r d ə n ə v v əl və s on r a y er l ə ş ə b il ir. Şə r t d ö v r d ə n ə v v ə l d i rsə, b u n a q a b a qla y ı c ı şə r t l i dö vr və y a ― döv r – hə l ə‖ qu r u l uş u d e y ilir. Bu q ur ul u ş da o l a b i l s i n ki, d ö vr heç 1 d əf ə də b aş tu t m a s ın. B u ra d a d ö v r d ə n ç ı x m a q şə r t i Wh i le və y a U ntil a çar s ö z lə r lə hə y a t a ke ç ir il ir. Wh i le şərt ö d ə n d i k cə, U n t il isə ş ə rt ö d ə n m ə d ik c ə i şlə y i r:
Do While Şərt
Loop
Bu,(While) dövü davam etdirən şərt adlanır.
Do Until Şərt
Loop
Buna (Until) isə dövrü bitirən şərt deyilir.
Şərt d ö v r d ə n so nra y er l ə ş ib sə, bu na ― döv r -q ə dər‖ q ur ul u ş u d e y i l ir. B u da D o. . . L o o p
açar sözlərlə ifadə edilir:
Do
Dövrün gövdəsi Loop While Şərt Do
Loop Until Şərt
G ör ün dü y ü ki m i, bu r a d a d a d öv r d ə n ç ı x m aq ş ə r t i Wh i le və U nt i l v a s it ə s ilə y er i n ə y etiri l ir. ― D öv r – qə d ə r‖ q u r u l u şu şər ti n ö d ə n i b – ö d ə n m ə m ə s i n d ə n a s ıl ı ol m a y a raq h e ç ol m az s a, 1 dəfə i ş lə y ir.
İnformatika elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri
İnformatika (ingiliscə “informatics”) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Xaricdə bu termin “Kompyuter elmi” (“Computer science”) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.
Hazırda “İnformatika” informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.
İnformatika elminin əsas tərkib hissələri
İnformatikanın əsasını aşağıdakı elm sahələri tutur:
Hardware (aparat) – hesablama texnikası, aparat vasitələrinin işlənməsi. EHM-lər, onların quruluşu, qurğuları, onlardan istifadə qaydaları və s. öyrənən sahədir.
Software (proqram) – proqram təminatının işlənməsi. EHM-də istifadə olunan bütün proqramlar, onların təyinatı, təsnifatı, tədqiq qaydaları, yaradılma qaydalarını öyrənən sahədir.
Brainware – alqoritmik dillər. Məsələnin EHM-də həlli üçün alqoritmləri öyrənən sahədir.
İnformatika elminin predmeti informasiyadır.
İnformasiya anlayışı, onun formaları və xassələri
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan “informatio” sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür. İnformasiyalar təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir – biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik. Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir. Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar. Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar.
İnformasiyanın təsvir üsulları
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit – ikilik rəqəm) adlanır. Bit – informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət – 0 və 1 ala bilər.
İnformasiya prosesləri və onların avtomatlaşdırılması
İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator – demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur.
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Son illərdə “Kompyuter texnologiyası” və “İnformasiya texnologiyası” terminlərindən də geniş istifadə olunur.
“Texnologiya” yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.
İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.
Bütün texnologiya növləri içərisində informasiya texnologiyası “insan amilinə” çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.).
İnformasiya sistemləri – İnformasiya sistemi kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.
İnformasiyanın kodlaşdırılması
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir.
Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod “0” və ya “1” rəqəmlərindən hansısa biri deməkdir.
1 Kbayt = 1024 bayt = 2 10 bayt
1 Mbayt = 1024 Kbayt = 2 10 Kbayt = 2 20 bayt
1 Gbayt = 1024 Mbayt = 2 10 Mbayt = 2 20 Kbayt = 2 30 bayt
1 Tbayt = 1024 Gbayt = 2 10 Gbayt = 2 20 Mbayt = 2 30 Kbayt = 2 40 bayt
1 Pbayt = 1024 Tbayt = 2 10 Tbayt = 2 20 Gbayt = 2 30 Mbayt = 2 40 Kbayt = 2 50 bayt
1 Ebayt = 1024 Pbayt = 2 10 Pbayt = 2 20 Tbayt = 2 30 Gbayt = 2 40 Mbayt = 2 50 Kbayt = 2 60 bayt
1 Zbayt = 1024 Ebayt = 2 10 Ebayt = 2 20 Pbayt = 2 30 Tbayt = 2 40 Gbayt = 2 50 Mbayt = 2 60 Kbayt = 2 70 bayt
Mətn tipli informasiyanın kodlaşdırılması
Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir:
1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.
2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.
Şəkil 1. ASCII cədvəli
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.
1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt – simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri “qeyri-standart” hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı.
Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.
Əlifba qaydası.
İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən simvolların sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın simvollarından təşkil olunmuş mətndə olan informasiyanın miqdarını hesablamağa imkan verir.
Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır. Məsələn, azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say sistemində 10, ikilik say sistemində 2 simvol var.
Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.
Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiyməti – I aşağıdakı düsturla hesablanır:
Burada N – əlifbanın qüvvətidir və onu aşağıdakı düsturla hesablamaq olar:
Bildiyimiz kimi, kompyuter sistemində 256 simvolluq əlifbadan istifadə edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan, N=256, I = log2256=8, I = 8 bit = 1 bayt. Yəni hər bir simvol yaddaşda 8 bit və ya 1 bayt yer tutur.
Qrafiki informasiyanın kodlaşdırılması
Kompyuter qrafikası ilə işləmək üçün əsasən iki tip proqramdan – rastr və vektor tipli redaktorlardan istifadə edilir. Rastr tipli redaktorlarda şəkil nöqtələr çoxluğundan ibarət olur. Bu nöqtələr piksel adlanır. Piksel – rastr qrafikasında şəklin minimal ölçü vahididir.
Rastr tipli redaktorlara Paint, Photoshop, Photofinish və başqa proqramları misal göstərmək olar. Bu proqramlarda yaradılmış şəkillərin formatları: bmp, tiff, pcx, gif, jpeg və s.
Vektor tipli redaktorlarda isə xətlər və xətlərdən yaradılmış fiqurlardan istifadə edilir.
Vektor tipli redaktorlara isə misal olaraq CorelDraw, Adobe Illustrator, Macromedia Freehand və s. göstərə bilərik.
Comments are closed, but trackbacks and pingbacks are open.