Informasiya ld etmk haqqında azrbaycan respublikasının qanunu
Maddə 31. Şikayətin araşdırılması
Informasiya ld etmk haqqında azrbaycan respublikasının qanunu
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı.
6 Mart 2023, 13:03
Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı.
1 Mart 2023, 14:03
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı.
1 Mart 2023, 14:03
“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı.
27 Fevral 2023, 15:02
“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı.
Informasiya ld etmk haqqında azrbaycan respublikasının qanunu
Bu Qanun informasiya azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirir, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifə və funksiyalarını tənzimləyir.
Maddə 1. İnformasiya azadlığı
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
1.2. İnformasiya azadlığının həyata keçirilməsi digər insanların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının pozulmasına səbəb olmamalıdır.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq səlahiyyətli orqanlar tərəfindən saxlanılan, maddi daşıyıcıda qeydə alınan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatların məcmusu;
2.1.2. məlumat – təbiətdə və cəmiyyətdə baş verən hadisələr, proseslər, təzahürər, fəaliyyətlər və əşyalar barədə faktlar, rəylər, bilgilər;
2.1.3. fərdi məlumat – vətəndaşın şəxsiyyətini birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
2.1.4. informasiya ehtiyatları – informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə və fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca sənədlər və sənəd massivləri;
2.1.5. informasiya xidməti – sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün səlahiyyətli orqanların göstərdiyi fəaliyyət;
2.1.6. səlahiyyətli orqan – informasiya ehtiyatlarına sahiblik, istifadə və sərəncam vermək hüququ olan dövlət orqanları, bələdiyyələr, dövlət büdcəsindən tam və ya qismən maliyyələşən hüquqi şəxslər;
2.1.7. informasiya istifadəçisi – informasiya əldə etmək, yaxud informasiya ilə işləməyə buraxılmaq üçün səlahiyyətli orqanlara bu Qanunla nəzərdə tutulmuş qaydada yazılı sorğu verən fiziki və ya hüquqi şəxs;
2.1.8. informasiyanın açıqlanması – informasiyanın kütləvi informasiya vasitələrində yayılması, sorğu və ya məlumat kitabçalarında çap edilməsi, internet və ya elektron vasitələrlə çatdırılması, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdəki çıxışlarda bildirilməsi, yazılı və ya şifahi sorğu əsasında təqdim olunması;
2.1.9. ictimai maraq – cəmiyyətin sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi və dayanıqlı inkişafı, dövlətin idarə olunmasında aşkarlığın təmin olunması ilə bağlı ayrı-ayrılıqda hər kəsin, bütövlükdə hamının bilgiləndirilməsini zəruri edən meyar.
Maddə 3. İnformasiya azadlığı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
3.1. Informasiya azadlığı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 4. İnformasiya azadlığının prinsipləri
4.1. Informasiya azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
4.1.1. informasiya azadlığına dövlət təminatı;
4.1.2. informasiyanın əldə edilməsinin qanuniliyi;
4.1.3. informasiyanın açıqlığı və əldə olunmasının sərbəstliyi;
4.1.4. informasiyanın əhatəliliyi və etibarlılığı;
4.1.5. informasiyanın vaxtında təqdim olunması;
4.1.6. vətəndaşların informasiya əldə etmək hüququnun qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
4.1.7. informasiya əldə etmək hüququnun pozulmasına görə məsuliyyət;
4.1.8. informasiya təqdim olunarkən üçüncü şəxsin hüquqlarının və qanuni maraqlarının qorunması;
4.1.9. informasiya əldə etmək hüququnun dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, məhkəmələrin nüfuzunun və tərəfsizliyinin, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması üçün lazım olandan çox məhdudlaşdırılmaması.
Maddə 5. Sənədləşdirilmiş informasiya (sənəd)
5.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirilməsinə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, yaranma tarixindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (sənəd) hesab olunur.
5.2. Səlahiyyətli orqanlar sənədə malikdirlər, əgər:
5.2.1. bu orqanlarda olan sənəd başqa şəxsin və ya dövlətin mülkiyyətində deyilsə;
5.2.2. başqa şəxsdə və ya dövlətdə olan sənəd səlahiyyətli orqanların mülkiyyətindədirsə.
Maddə 6. Sənədin saxlanması, komplektləşdirilməsi və mühafizəsi
6.1. Müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar işləyib hazırlayır və ehtiyac olduqda bu qaydalara əlavələr və dəyişikliklər edir.
6.2. Səlahiyyətli orqanlar malik olduqları sənədlərin bu Qanunun 6.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə görə məsuliyyət daşıyırlar.
6.3. Səlahiyyətli orqanlar şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlara əlavələr və dəyişikliklər edə bilməsi üçün müvafiq qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edirlər.
Maddə 7. İnformasiyanın əldə olunmasına təminat
7.1. Səlahiyyətli orqanlar malik olduqları sənədlərdən informasiya ehtiyatları yaradır, onların reyestrini aparırlar.
7.2. Reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
7.3. Səlahiyyətli orqanlar öz informasiya ehtiyatlarından hər kəsin maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilmək hüququnu təmin etməyə borcludurlar və bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, informasiya xidmətləri göstərirlər. Informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması sorğu üzrə informasiya verməkdən imtina üçün əsas ola bilməz.
7.4. Informasiya məsələləri üzrə vəzifəli şəxs aşağıdakı funksiyaları yerinə yetirir:
7.4.1. informasiya almaq üçün verilmiş sorğuları qəbul edir və qeydə alır;
7.4.2. sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir;
7.4.3. sorğulara bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə cavablar göndərir;
7.4.4. sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə, informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;
7.4.5. informasiya məsələləri üzrə Komissara təqdim olunacaq hesabatları hazırlayır;
7.4.6. informasiya əldə edilməsi ilə bağlı səlahiyyətli orqanın ünvanına göndərilən şikayət ərizələrini araşdırıb həll edir.
7.5. Informasiya məsələləri üzrə Komissara təqdim olunacaq hesabatda aşağıdakılar göstərilməlidir:
7.5.1. informasiya əldə etmək üçün verilən sorğuların sayı, qismən və ya tam şəkildə təmin edilən sorğuların sayı, imtina edilən sorğuların sayı;
7.5.2. informasiyanın əldə edilməsi ilə bağlı səlahiyyətli orqanın ünvanına daxil olan şikayətlər və bu şikayətlərə baxılmasının nəticələri;
7.5.3. informasiya verilməsindən imtina halları ilə bağlı apelyasiyalar;
7.5.4. informasiyanın təqdim edilməsindən əldə olunan ödənişin məbləği;
7.5.5. bu Qanunun 7.7-ci maddəsinin tələblərinə uyğun olaraq dərc edilmiş informasiyalar barədə məlumat;
7.5.6. bu Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq sənədlərin saxlanması, komplektləşdirilməsi və mühafizəsi haqqında məlumat;
7.5.7. informasiya ehtiyatları ilə işləyən kadrların peşə hazırlığı barədə məlumat.
7.7. Səlahiyyətli orqanlar:
7.7.1. informasiyanın axtarılması;
7.7.2. informasiyanın işlənməsi;
7.7.3. sənədləşdirilmiş informasiyanın təqdim olunması;
7.7.4. sənədləşdirilmiş informasiyanın avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə təqdim olunması;
7.7.5. internet saytlarının açılması;
7.7.6. istifadəçilərə məsləhətlər verilməsi və digər sahələrdə informasiya xidmətləri göstərirlər.
7.8. Səlahiyyətli orqanlar hər cari ildən sonra ən geci üç ay ərzində özlərinin fəaliyyətləri barədə aşağıdakı məlumatları dərc edirlər:
7.8.1. həmin orqanın sturukturu, funksiyası, gəlirləri, xərcləri və ilin sonuna olan göstəriciləri;
7.8.2. vəzifəli şəxslərin adı, soyadı, vəzifəsi, telefon nömrəsi və digər məlumatlar;
7.8.3. ictimaiyyətə göstərilən xidmətlər;
7.8.4. informasiya ehtiyatları, informasiya sistemi, informasiyanın növ və kateqoriyaları, onların təsnifatı barədə xülasə;
7.8.5. il ərzində səlahiyyətli orqanın fəaliyyəti barədə innformasiyalar dərc edilmiş mətbu orqanların siyahısı və informasiyaların dərc edilmə tarixi.
7.9. Səlahiyyətli orqanlar həmçinin qəbul etdikləri mühüm qərarlar və rəsmi tədbirlər barədə vaxtaşırı brifinqlər, mətbuat relizləri, mətbuat konfransları vasitəsilə və digər yollarla məlumat verməyə borcludurlar.
7.10. Dövlət orqanları:
7.10.1. vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisələr, təbii fəlakətlər və qəzalar barədə dərhal məlumat verirlər;
7.10.2. ekoloèi, meteoroloèi, radioloèi, sanitar-epidemioloèi və cinayətkarlığın vəziyyəti barədə cəmiyyəti vaxtaşırı məlumatlandırırlar;
7.10.3. hər maliyyə-təftiş yoxlamasından sonra onun nəticələrini açıqlayırlar;
7.10.4. cəmiyyətdə yayılmış həqiqətə uyğun olmayan informasiyaları təkzib edirlər;
7.10.5. fəaliyyətləri ilə bağlı ictimai maraq üçün zəruri olan və ya zəruri ola biləcək informasiyaları açıqlayırlar.
7.11. Dövlət informasiyanın əldə olunmasını təmin etmək məqsədilə:
7.11.1. informasiya sahəsində dövlət siyasətini formalaşdırır və həyata keçirir;
7.11.2. informasiyanın hər kəs tərəfindən maneəsiz, sərbəst və hamı üçün bərabər şərtlərlə əldə edilməsinə şərait yaradır;
7.11.3. müvafiq qanunvericilik bazası yaradır və bu qanunların tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
7.11.4. informasiya sistemləri və texnologiyaları sahəsində layihə və proqramların hazırlanması və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sistemini və stimullaşdırma mexanizmini yaradır;
7.11.5. informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün növlərinin inkişafına qayğı göstərir, informasiya məhsulları və xidmətləri bazarının formalaşdırılmasını stimullaşdırır.
Maddə 8. Informasiya təminatının subyektləri
8.1. Səlahiyyətli orqanlar, kommersiya, qeyri-hökumət təşkilatları, o cümlədən siyasi partiyalar, dini qurumlar və həmkarlar ittifaqı təşkilatları, habelə mülkiyyət növündən asılı olmayaraq digər hüquqi şəxslər informasiya təminatının subyektləridir.
8.2. Bu Qanunun 7.1-7.9-cu və 9-cu maddələri istisna olmaqla, səlahiyyətli orqanlara aid bütün tələblər informasiya təminatının digər subyektlərinə də şamil edilir.
8.3. Informasiya təminatı subyektlərinin bir-birlərindən informasiya əldə etməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
8.4. Bu Qanunun 8.2-ci maddəsi ilə səlahiyyətli orqanlara bərabər tutulan orqanlar sorğuda göstərilən informasiyaya malik olmadıqda bu barədə informasiya istifadəçisinə (bundan sonra – istifadəçi) yazılı məlumat verməyə borcludurlar.
Maddə 9. Avtomatlaşdırılmış informasiya sistemi və ondan istifadə qaydaları
9.1. Istifadəçilərin avtomatlaşdırılmış informasiya sistemindən informasiya əldə etmələrini təmin etmək məqsədi ilə səlahiyyətli orqanlar:
9.1.1. avtomatlaşdırılmış informasiya sistemini ümumi istifadədə olan rabitə xəttinə qoşur, vətəndaşların bu sistemdən sərbəst və məhdudiyyətsiz istifadəsi üçün mülkiyyətlərində olan informasiyaları özlərinin rəsmi serverlərinə yerləşdirilər;
9.1.2. vətəndaşların asanlıqla istifadə edə biləcəkləri yerlərdə (səlahiyyətli orqanların idarə binalarında, kitabxanalarda, poçt şöbələrində, qanunvericiliklə müəyyənləşdirilmiş digər yerlərdə) ümimi istifadədə olan rabitə xətlərinə qoşulmuş abonent məntəqələri yaradırlar;
9.1.3. sorğuların verilməsi və informasiyaların ümumi istifadədə olan rabitə xətləri ilə təqdim olunması üçün elektron poçt ünvanı ayırırlar;
9.1.4. rəsmi serverdə yerləşdirilən informasiyaların məzmunu, əhatəliliyi və etibarlılığı üçün məsuliyyət daşıyırlar.
9.2. Elektron formada təqdim olunan informasiyanın etibarlılığı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təsdiq olunur. Kompüterin köməyi ilə yaradılan və telekommunikasiya kanalları ilə təqdim olunan sənədlərdə bu sənədlər üçün müəyyənləşdirilmihş bütün rekvizitlər göstərilməlidir.
Maddə 10. Açıq informasiyalar
10.1. Əldə olunma növünə görə informasiya açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.
10.2. Alınması Azərbaycan Respublikasının qanunu ilə məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.
10.3. Aşağıdakı informasiyaların məhdudlaşdırılması qadağandır:
10.3.1. dövlət sirri təşkil edən patentlər və inteqral sxem topologiyaları istisna olmaqla əqli mülkiyyət hüququnun digər obyektləri barədə;
10.3.2. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensassiyalar haqqında; 10.3.3. dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları haqqında;
10.3.4. Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında;
10.3.5. vətəndaşların hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının pozulması faktları haqqında;
10.3.6. insanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında;
10.3.7. ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin, mədəniyyətin, kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;
10.3.8. dövlət orqanlarının mal və xidmələrinin tarifləri haqqında;
10.3.9. ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə;
10.3.10. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri və vakansiyaları haqqında;
10.3.11. büdcə vəsaitlərindən istifadə, ölkənin iqtisadi durumu və əhalinin tələbatı barədə;
10.3.12. dövlətin qızıl və valyuta ehtiyatlarının həcmi haqqında;
10.3.13. dövlət orqanlarında və bələdiyyələrdə çalışan qulluqçuların vəzifə təlimatları;
10.3.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dərc edilən normativ hüquqi aktlar, o cümlədən normativ xarakterli aktlar;
10.3.15. Milli Məclisin açıq iclaslarının protokolları və stenoqramları;
10.3.16. məhkəmə aktları;
10.3.17. hidrometrologiya və təbii mühitin monitorinqi üzrə xüsusi təyinatlı məlumatlar;
10.3.18. dövlət sirri təşkil edən məlumatların siyahısı;
10.3.19. arxivlərin, muzeylərin, kitabxanaların açıq fondlarında toplanan digər informasiyalar.
10.4. Açıq informasiyaların əldə olunması aşağıdakı yollarla təmin edilir:
10.4.1. informasiyanın bu Qanunun 7.7-ci, 7.8-ci və 7.9-cu maddələrində göstərilən qaydada açıqlaması yolu ilə;
10.4.2. fiziki şəxslərin yazılı və ya şifahi, hüquqi şəxslərin yazılı sorğusu əsasında.
Maddə 11. Alınması məhdudlaşdırılan informasiyalar
11.1. Alınması məhdudlaşdırılan informasiyalara aşağıdakılar aiddir:
11.1.1. dövlət sirri hesab olunan məlumatlar;
11.1.2. peşə (həkim, notariat, vəkil) sirri təşkil edən məlumatlar;
11.1.3. kommersiya sirrinə aid olan məlumatlar;
11.1.4. istintaq sirri sayılan məlumatlar;
11.1.5. vətəndaşların şəxsi həyatına dair sirlər (fərdi məlumatlar).
11.2. Alınması məhdudlaşdırılan informasiyaların hüquqi reèimi Azərbaycan Respublikasının qanunları və bu qanunlara uyğun şəkildə hazırlanan normativ hüquqi aktlarla tənzimlənir. Alınması məhdudlaşdırılan informasiyalar hüquqi reèiminə görə dövlət sirli və konfidensial ola bilər.
11.3. Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə məxfiliyi təmin edilməli olan informasiya konfidensial xarakter daşıyır.
11.4. Dövlət və konfidensial sirlərə aid informasiyaların məxfiliyi aşağıdakı hallarda aradan qaldırılır və bu informasiyalar açıq informasiyalar elan olunur:
11.4.1. Azərbaycan Respublikası dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində beynəlxalq öhdəliklər götürərsə;
11.4.2. obyektiv halların dəyişməsi nəticəsində məlumatların məxfiliyinin məqsədəuyğunluğu aradan qalxarsa;
11.4.3. məxfilik müddəti başa çatarsa;
11.4.4. kütləvi informasiya vasitələrində yayımlanarsa və ya digər üsullarla ictimaiyyətə bəlli olarsa.
Maddə 12. Informasiya əldə etmək hüququ
12.1. Hər bir kəs özü və ya nümayəndəsi vasitəsilə səlahiyyətli orqanı, informasiyanın növünü və informasiya ilə işləmə formasını sərbəst şəkildə seçmək, informasiya almaq üçün müraciət etmək hüququna malikdir.
12.2 Səlahiyyətli orqanlara müraciət edən hər bir kəs:
12.2.1. sorğu edilən informasiyanın həmin orqanda olub-olmaması barədə, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
12.2.2. səlahiyyətli orqanlar sorğu edilən informasiyaya sahib olduqda onu sərbəst, maneəsiz və bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
12.3. Fiziki və hüquqi şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna edilməklə, maneəsiz buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
12.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallardan başqa, informasiya əldə etmək hüququndan maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilərlər.
12.5. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin.
12.6. Səlahiyyətli orqanlardan bu Qanunun tələblərinə uyğun əldə edilmiş sənədləşdirilmiş informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması və ya dərc edilməsi qanunvericiliklə tənzimlənir.
II fəsil
İnformasiyanın əldə edilməsi
Maddə 13. İnformasiyanın verilməsi haqqında sorğu
13.1. Informasiya əldə etmək üçün sorğu yazılı və ya şifahi şəkildə, o cümlədən elektron formada, elektron poçt vasitəsilə və ya telefonla verilə bilər.
13.2. Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə səlahiyyətli orqanların vəzifəli şəxslərinə bilavasitə verilir və bu Qanunun 13.3-cü maddəsində göstərilən hallardan başqa, bir qayda olaraq, şifahi şəkildə cavablandırılır.
13.3. Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyən vətəndaşın şifahi sorğusunu səlahiyyətli orqanların vəzifəli şəxsləri öz adlarını və soyadlarını, tutduqları vəzifəni göstərməklə yazılı şəkildə tərtib etməli və tarixini göstərməklə qeydə almalıdırlar.
13.4. Yazılı sorğuda aşağldakılar göstərilməlidir:
13.4.1. müraciət olunan orqanın adı;
13.4.2. tələb olunan informasiya barədə qısa və aydın məlumat və ya informasiyanı əldə etməyə imkan verən sənəd, yaxud həmin sənədin bir hissəsi;
13.4.3. tələb olunan informasiyanın əldə edilmə forması;
13.4.4. müraciət edənin adı, soyadı və ünvanı.
13.5. Yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların nümayəndəsi tərəfindən imzalanır.
13.6. Istifadəçi bu Qanunun 19.12-ci və 21.3-cü maddələrində göstərilən hallardan başqa, informasiyanın alınmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.
13.7. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.
Maddə 14. Informasiyanı əldə etmənin formaları
14.1. Istifadəçi öz ərizəsində informasiyanın aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda verilməsini tələb edə bilər:
14.1.1. sənədin öyrənilməsi; 14.1.2. sənədin üzünün köçürülməsi;
14.1.3. müraciət olunan orqanın texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;
14.1.4. müraciət olunan orqanın texniki imkanlarından istifadə etməklə sənədin öyrənilməsi;
14.1.5. istifadəçinin öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;
14.1.6. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı hala salınaraq təqdim edilməsi;
14.1.7. sənədin tərcümə olunması;
14.1.8. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.
14.2. Informasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır:
14.2.1. bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar;
14.2.2. müqavilə yolu ilə, o cümlədən sifarişlə təqdim olunan informasiyalar.
14.3. Bu Qanunun 14.2.1-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunması pulsuz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir.
14.4. Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunmasının qayda və şərtləri, o cümlədən informasiyanın təqdim olunma müddəti və ödəniş haqqı səlahiyyətli orqanın və istifadəçinin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.
Maddə 15. Sorğunun qeydə alınması barədə bildiriş
15.1. Səlahiyyətli orqanın informasiya məsələləri üzrə vəzifəli şəxsi daxil olmuş sorğunu qeydə alır və müraciətin alındığı barədə dərhal, bu mümkün olmadıqda ən geci 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) bildiriş verir (göndərir).
15.2. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqları bildirişdə sadalamaqla onların aradan qaldırılmasını tələb edir.
15.3. Istifadəçi bildirişi aldıqdan sonra 7 gün ərzində çatışmazlıqları aradan qaldırıb yeni sorğu təqdim etməzsə, vəzifəli şəxs sorğuya cavab verməkdən imtina edir.
15.4. Istifadəçi ilə vəzifəli şəxsin qarşılıqlı razılığı əsasında çatışmazlıqların aradan qaldırılması barədə tələb şifahi şəkildə də bildirilə bilər.
Maddə 16. Sorğunun araşdırılması
16.1. Sorğu səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən diqqətlə araşdırılmalıdır. Bunun üçün:
16.1.1. sorğunun bu Qanunun tələblərinə uyğun tərtib olunub-olunmadığı;
16.1.2. tələb olunan informasiyanın informasiya ehtiyatlarında olub-olmadığı;
16.1.3. tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa, sorğunun hara göndəriləcəyi;
16.1.4. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun açıq və ya alınması məhdudlaşdırılan informasiyalara aidiyyatı;
16.1.5. tələb olunan informasiya açıqdırsa, amma alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə, həmin informasiyanın ayrılıb verilmə imkanları;
16.1.6. tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun sorğuda göstərilən formada verilməsinin mümkün olub-olmadığı;
16.1.7. informasiyanın ödənişli və ya ödənişsiz olması dəqiqləşdirilir və araşdırmanın nəticələri barədə qərar qəbul edilir.
Maddə 17. Araşdırmanın nəticələri barədə qərar
17.1. Səlahiyyətli orqanın vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağldakı qərarlardan birini qəbul edir:
17.1.1. sorğuya cavab verilməsindən imtina edir;
17.1.2. tələb olunan informasiyanı verir;
17.1.3. informasiya verilməsindən imtina edir;
17.1.4. sorğunu tələb olunan informasiyaya malik olan digər səlahiyyətli orqana göndərir.
Maddə 18. Sorğuya cavab verilməsindən imtina
18.1. Səlahiyyətli orqanlar yalnız aşağidakı hallarda sorğuya cavab verməkdən imtina edə bilərlər:
18.1.1. sorğu anonimdirsə;
18.1.2. istifadəçi vəzifəli şəxsin göstərdiyi çatışmazlıqları 7 gün ərzində aradan qaldırıb yeni sorğu təqdim etməyibsə.
18.2. Hüquqi şəxsin firma nişanları olan blankda göndərildiyi və ya fiziki şəxsin ünvanının göstərildiyi hallarda sorğu anonim sayılmır və səlahiyyətli orqanlar bu sorğuya cavab verməyə borcludurlar.
Maddə 19. Informasiyanın verilməsi
19.1. Araşdırmanın nəticələri müsbət olarsa, vəzifəli şəxs aşağıdakılara icazə verməklə informasiyanın əldə olunmasına şərait yaradır:
19.1.1. əgər qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmayıbsa, informasiya ehtiyatlarının yerləşdiyi binaya daxil olmağa və sənədin öyrənilməsinə;
19.1.2. sənədin və ya onun bir hissəsinin surətinin çıxarılmasına və ya üzünün köçürülməsinə;
19.1.3. tələb olunan informasiyanın və ya onun bir hissəsinin tərcümə edilərək təqdim olunmasına;
19.1.4. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı hala salınaraq verilməsinə;
19.1.5. bu maddədə nəzərdə tutulmayan digər tələblərin yerinə yetirilməsinə;
19.1.6. sorğu poçt və ya elektron poçt (faks) vasitəsilə daxil olubsa, tələb olunan informasiyanın uyğun vasitələrlə göndərilməsinə.
19.2. Əgər tələb olunan informasiya alınması məhdudlaşdırılan sənədin tərkibinə daxildirsə, onun ancaq açıq hissəsi istifadəçiyə verilə bilər.
19.3. Səlahiyyətli orqan kütləvi informasiya vasitəsi ilə açıqladığı informasiyalara dair sorğuları təmin etməyə borclu deyildir. Bu halda informasiyanın nə zaman və hansı mətbu orqanda açıqlandığı barədə istifadəçiyə məlumat verilməlidir.
19.4. Əgər sorğuda tələb olunan informasiya normativ hüquqi akta aiddirsə, səlahiyyətli orqan bu informasiyanın dərc edildiyi kütləvi informasiya vasitəsini və dərc edilmə tarixini göstərməklə, yaxud onun qüvvədən düşməsi, əlavələr və dəyişikliklər edilməsi barədə məlumat verməklə kifayətlənə bilər.
19.5. Natamam və qeyri-dəqiq informasiya təqdim edən səlahiyyətli orqan istifadəçinin ilk tələbi üzrə informasiyaya pulsuz əlavə və dəyişikliklər edərək ona çatdırmağa borcludur.
19.6. Sorğuda tələb olunan informasiya səlahiyyətli orqanda olmadıqda vəzifəli şəxs həmin sorğunu informasiyanın saxlandığı müvafiq səlahiyyətli orqana göndərir və bu barədə istifadəçiyə yazılı məlumat verir.
19.7. Vəzifəli şəxs aşağıdakı hallarda sorğuya cavabı istifadəçi tərəfindən göstərilən formada verməyə məcbur deyildir:
19.7.1. informasiya əldə olunması üçün çoxlu sayda sorğu verilibsə və bu, fəaliyyətin səmərəli təşkilinə mənfi təsir göstərərsə;
19.7.2. surətinin çıxarılması nəticəsində sənədin əslinə ziyan vurula bilərsə.
19.8. Sənədin surətini çıxararkən onun əslinə ziyan vurulacağı təqdirdə səlahiyyətli orqan:
19.8.1. əlyazmasını və ya çap məhsulunu öyrənmək;
19.8.2. audio kasetləri dinləmək;
19.8.3. audiovizual kasetləri seyr etmək və qeydlər götürmək üçün istifadəçiyə şərait yaratmağa borcludur.
19.9. Sorğu edilən informasiya bir neçə dildə mövcud olarsa, sənəd istifadəçiyə onun üstünlük verdiyi dildə təqdim olunur.
19.10. Məxfiliyi aradan qaldırılmış informasiyaların verilməsindən imtina qadağandır.
19.11. Səlahiyyətli orqanlar, bu Qanunun 19.12-ci maddəsində göstərilən hallardan başqa, fərdi məlumata malik olub-olmadıqlarını açıqlamağa və ya bu informasiyanı verməyə borclu deyillər.
19.12. Fərdi məlumat aşağıdakı hallarda verilə bilər:
19.12.1. əgər haqqında informasiya tələb olunan üçüncü şəxs informasiyanın verilməsinə öz razılığını bildiribsə;
19.12.2. əgər istifadəçi üçüncü şəxsin qanuni nümayəndəsi və ya vəsiyyətnaməsinin icraçısıdırsa;
19.12.3. əgər sorğunun subyekti dövlət orqanında vəzifəli şəxsdirsə, yaxud vəzifəli şəxs olubsa və bu informasiya onun qulluğu ilə bağlıdırsa və ya ictimai maraq kəsb edirsə;
19.12.4. əgər haqqında sorğu tələb edilən üçüncü şəxsin ölümündən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan müddət keçibsə.
Maddə 20. İnformasiyanın verilməsindən imtina
20.1. Səlahiyyətli orqanlar bu Qanunun 11.1-ci maddəsinin tələblərinə uyğun olaraq alınması qanunvericiliklə məhdudlaşdırılan:
20.1.1. Azərbaycan Respublikasının müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə törədəcək və ya törədə biləcək;
20.1.2. insanların həyatına, sağlamlığına, təhlükəsizliyinə, hüquq və azadlıqlarına ziyan vuracaq və ya vura biləcək;
20.1.3. cinayətin qarşısını almağa və ya onun açılmasına, cinayətkarın tutulmasına və ya təqibinə mane olacaq və ya ola biləcək;
20.1.4. ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək;
20.1.5. ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya vura biləcək;
20.1.6. açıqlanması və ya vaxtından əvvəl açıqlanması fiziki və hüquqi şəxslərin kommersiya maraqlarına mənfi təsir göstərəcək və ya göstərə biləcək informasiyaya malik olub-olmadıqlarını açıqlamaqdan, yaxud bu informasiyanı verməkdən imtina edə bilərlər.
20.2. Dövlət orqanları aşağıdakı hallarda sorğuda göstərilən informasiyaya malik olub-olmadıqlarını açıqlamağa, yaxud bu informasiyanı verməyə borclu deyillər:
20.2.1. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olarsa və ya ola bilərsə;
20.2.2. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, azad və vicdanlı məsləhətləşmə prosesini pozarsa və ya poza bilərsə;
20.2.3. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradarsa və ya yarada bilərsə;
20.2.4. informasiyanın vaxtından əvvəl açıqlanması dövlət orqanının qanuni kommersiya və ya maliyyə maraqlarının həyata keçirilməsinə mənfi təsir göstərərsə və ya göstərə bilərsə.
20.3. Bu Qanunun 20.2-ci maddəsi faktlara, faktların qiymətləndirilməsinə, texniki göstəricilərə və statistik məlumatlara şamil edilmir.
20.4. Bu Qanunun 20.1-ci və 20.2-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə informasiyanın açıqlanmasından və ya vaxtından əvvəl açıqlanmasından yalnız o halda imtina edilə bilər ki, informasiyanın yayılmasından dəyə biləcək zərər həmin informasiyaya olan ictimai marağı üstələsin.
20.5. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın istifadəsinə verilmiş üçüncü şəxsə aid sənəddədirsə və həmin üçüncü şəxs dövlət orqanıdırsa, informasiyanın təqdim edilməsi üçün onun razılığı tələb olunmur. 20.6. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın istifadəsinə verilmiş üçüncü şəxsə aid sənəddədirsə və həmin üçüncü şəxs dövlət orqanı deyilsə, yaxud sənəd bir neçə şəxsə məxsusdursa, bu halda informasiyanın verilməsi üçün həmin şəxslərin razılığı tələb olunur. Əgər bu cür razılıq verilməzsə, səbəbini də göstərməklə informasiyanın təqdim olunmasından imtina barədə istifadəçiyə məlumat verilir.
20.7. Əgər sorğuda tələb olunan informasiya səlahiyyətli orqanın informasiya ehtiyatlarında yoxdursa və bu informasiyaya malik olan səlahiyyətli orqanı müəyyənləşdirmək mümkün deyilsə, o zaman səbəbini də göstərməklə istifadəçiyə informasiyanı təqdim etməyin mümkün olmadığı barədə məlumat verilir.
20.8. Əgər sorğuda tələb olunan informasiya alınması məhdudlaşdırılan informasiyanın tərkibinə daxildirsə və məxfi informasiyanın silinməsi sənədin əslinə zərər vurarsa və ya onu məhv edərsə, bu halda belə informasiyanın verilməsindən imtina olunduğu barədə istifadəçiyə məlumat verilir.
20.9. Istifadəçi informasiyanın təqdim edilməsi üçün bu Qanunla müəyyənləşdirilmiş müddət ərzində informasiyaya görə haqq ödəməzsə, səlahiyyətli orqan həmin informasiyanın verilməsindən imtina edə bilər.
20.10. Informasiya verilməsindən imtina barədə cavab bütün hallada Azərbaycan Respublikası qanunvericiliyinin konkret maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada istifadəçinin cavabdan məhkəməyə şikayət vermək hüququnun olduğu öz əksini tapmalıdır.
Maddə 21. Sorğuya cavab verilmə müddəti
21.1. Yazılı sorğuya ən qısa müddətdə, lakin 15 gündən gec olmayaraq cavab verilir.
21.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
21.3. Insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması müəyyən vaxt tələb edən informasıya, istisna hal kimi, 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim olunur.
21.4. Səlahiyyətli orqanlar həddən çox sorğu aldıqda, informasiyanı hazırlamaq üçün müəyyən müddət tələb olunduqda və ya çoxsaylı sənədləri və materialları araşdırmaq lazım gəldikdə, istifadəçiyə yazılı şəkildə məlumat verməklə bu Qanunla müəyyənləşdirilmiş müddət daha 15 gün uzadıla bilər.
21.5. Bu Qanunun 15.2-ci maddəsində göstərilən hallarda sorğuya cavab verilmə müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğunun təqdim edildiyi gündən, bu Qanunun 19.6-cı maddəsində göstərilən hallarda isə sorğunun baxılma müddəti ilk daxil olduğu gündən deyil, sonradan göndərildiyi müvafiq orqanda qeydiyyata alındığı tarixdən hesablanır.
21.6. Informasiyanın məxfiliyinin açılması barədə sorğuya Azərbaycan Respublikasıın qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə baxılır.
Maddə 22. İnformasiyanın verilməsinə görə ödəniş
22.1. İstifadəçi informasiyanın axtarılması və hazırlanması ilə bağlı bütün xərcləri ödəməlidir.
22.2. İstifadəçi informasiyanı öyrəndikdə, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxartdıqda, habelə texniki xidmət göstərilməyən digər hallarda informasiyanın alınmasına görə haqq ödəmir.
22.3. İctimai maraq kəsb edən, vətəndaşların hüquq və azadlıqlarına aid olan informasiyalara görə haqq tələb edilmir.
22.4. İnformasiyanın verilməsinə görə alınacaq haqq informasiyanın axtarılmasının və hazırlanmasının həqiqi dəyərindən artıq olmamalıdır.
22.5. Müvafiq icra hakimiyyəti orqanı informasiya məsələləri üzrə Komissarla razılaşdırmaq şərti ilə:
22.5.1. haqq ödənilməklə təqdim olunan informasiya xidmətlərinin siyahısını;
22.5.2. informasiyanın əldə olunma formalarına görə tarif dərəcələrini;
22.5.3. informasiya verilməsinə görə ödəniş qaydalarını;
22.5.4. haqqı qabaqcadan ödənilməklə informasiyanın təqdimetmə hallarını;
22.5.5. ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini müəyyənləşdirir və təsdiq edir.
III fəsil
İnformasiya məsələləri üzrə Komissar
Maddə 23. İnformasiyala məsələləri üzrə Komissarın seçilməsi
23.1. İnformasiya məsələləri üzrə Komissar (bundan sonra – Komissar) Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 63 səs çoxluğu ilə seçilir.
23.2. Komissar vəzifəsinə namizəd aşağıdakı prinsiplərə əməl edilməklə müəyyənləşdirilir:
23.2.1. namizədin irəli sürülməsində ictimaiyyətin iştirakı;
23.2.2. aşkarlıq və şəffaflıq;
23.2.3. uyğun namizədlərin siyahısının dərc edilməsi.
23.3. Komissar vəzifəsinə namizədlər èurnalist birlikləri, qeyri- hökumət təşkilatları, habelə Həmkarlar Ittifaqları Konfederasiyası və Milli Elmlər Akademiyası tərəfindən irəli sürülür və tərkibinə siyasi fəaliyyətlə məşğul olmayan, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik ziyalıların, elm və təhsil adamlarının daxil edildiyi müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Müsabiqə komissiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Maddə 24. Komissara verilən tələblər
24.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşı Komissar seçilə bilər.
24.2. Aşağıdakı şəxslər Komissar təyin edilə bilməzlər:
24.2.1. icra və məhkəmə hakimiyyəti sistemində qulluq edən, elmi, pedaqoèi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifələrdə çalışan, digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
24.2.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya əfv edilməmiş şəxslər;
24.2.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq olunan şəxslər.
24.3. Komissar siyasi fəaliyyətlə məşğul ola, heç bir siyasi partiyanı təmsil edə, heç bir qeyri hökumət təşkilatının rəhbər orqanında vəzifə tuta bilməz.
24.4. Komissar vəzifəyə seçildiyi gündən sonra 5 gün ərzində statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
24.5. Komissar 7 (yeddi) il müddətinə seçilir.
24.6. Komissarın təkrar seçilmək hüququ vardır, lakin bu vəzifəyə dalbadal iki dəfədən artıq seçilə bilməz.
Maddə 25. Komissarın fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi
25.1. Komissarın fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin təqdimatı və Azərbaycan Respublikası Milli Məclisinin 63 səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
25.1.1. Komissara aid bu Qanunla müəyyənləşdirilmiş tələblər pozulduqda;
25.1.2. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
25.1.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş, yaxud ölmüş elan edildikdə;
25.1.4. başqa vəzifəyə irəli çəkildikdə və ya öz vəzifəsindən könüllü şəkildə yazılı istefa verdikdə.
25.2. Vəzifəsinə vaxtından əvvəl xitam verilmiş Komissarın boş qalan yerinə bu Qanunun 23.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada yeni namizədlər irəli sürülür və bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yeni Komissar seçilir.
Maddə 26. Komissarın statusu
26.1. Komissar təsisatı hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşir.
26.2. Komissarın öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ vardır. Öz fəaliyyətində tam müstəqildir və bu Qanunla nəzərdə tutulmuş hallardan başqa, heç kəsə tabe deyildir.
26.3. Komissarın aparatı, ştat cədvəli və əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Aparatın Əsasnaməsinin təsdiqi, illik büdcənin tərtibi və icrası, işçilərin işə götürülməsi və işdən azad edilməsi Komissar tərəfindən həyata keçirilir.
26.4. Komissarın aylıq əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin aylıq əmək haqqı həcmində müəyyənləşdirilir.
Maddə 27. Komissarın fəaliyyəti barədə hesabat
Komissar hər cari ildən sonra ən geci 3 ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə öz fəaliyyəti, o cümlədən maliyyə durumu, audit yoxlamaların və bu Qanunun tələbləri üzərində nəzarətin nəticələri barədə ətraflı hesabat verir. Bu cür hesabatlar Milli Məclisin tələbi və ya Komissarın təşəbbüsü ilə ildə bir neçə dəfə təqdim oluna bilər.
Maddə 28. Komissarın səlahiyyətləri
28.1. Komissar:
28.1.1. bu Qanunun müddəalarını ictimaiyyətə çatdırır, vətəndaşların informasiya azadlığı sahəsində bu Qanunla müəyyənləşdirilmiş hüquqlarını şərh edir;
28.1.2. səlahiyyətli orqanların bu Qanunun tələblərini yerinə yetirməsinə nəzarət edir;
28.1.3. səlahiyyətli orqanların informasiya xidmətlərinin təkmilləşdirilməsi barədə konkret təkliflər verir;
28.1.4. informasiyanın əldə olunmasını daha səmərəli təmin etmək məqsədilə səlahiyyətli orqanlarla sıx əməkdaşlıq edir, bu sahədə çalışan kadrların peşəkarlığını artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər hazırlayıb həyata keçirir;
28.1.5. bu Qanunun tələblərinin pozulması ilə bağlı cinayət məsuliyyəti yaratmış işləri müvafiq hüquq mühafizə orqanlarına göndərir;
28.1.6. daxil olmuş ərizə və şikayətləri araşdırır, bununla bağlı qərarlar qəbul edir;
28.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati xətalara dair işlərə baxır;
28.1.8. bu Qanunun tələblərinə uyğun şəkildə araşdırma aparır;
28.1.9. informasiya əldə edilməsi ilə bağlı vətəndaşlara hüquqi yardım göstərir;
28.1.10. ictimaiyyətin və səlahiyyətli orqanların vəzifəli şəxslərinin informasiya məsələləri üzrə maarifləndirilməsi üçün vaxtaşırı seminarlar, elmi-praktiki konfranslar və digər kütləvi tədbirlər keçirir.
28.1.11. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə informasiya sahəsində məqsədli proqramlar hazırlayıb həyata keçirir;
28.1.12. informasiya xidmətləri göstərilməsini və informasiyanın təqdim olunması ilə bağlı səlahiyyətli orqanın ünvanına göndərilən şikayətləri tənzimləmək məqsədi ilə vahid qaydalar işləyib hazırlayır, bu qaydaları kütləvi informasiya vasitələrində dərc etdirir.
28.2. Qaydalar bu Qanunun tələblərinə uyğun hazırlanmalı və aşağıdakı məsələləri əhatə etməlidir:
28.2.1. informasiya məsələləri üzrə vəzifəli şəxsin və informasiya xidmətlərinin iş reèimi;
28.2.2. informasiya xidmətlərinin növləri (avtomatlaşdırılmış informasiya sistemi də daxil olmaqla);
28.2.3. informasiya xidmətləri göstərilməsinin qayda və şərtləri;
28.2.4. informasiyanın əldə olunması ilə bağlı şikayət ərizəsinə baxılma qaydası və müddəti;
28.2.5. sənədləşdirilmiş informasiyaların təsnifatlaşdırılması;
28.2.6. informasiya əldə etmək üçün verilən sorğunun nümunəvi forması;
28.2.7. informasiyanın müqavilə yolu ilə, o cümlədən sifarişlə verilməsinin əsasları;
28.2.8. informasiya ilə işləyən kadrlara verilən tələblər;
28.2.9. bu Qanunun tələblərindən irəli gələn digər məsələlər.
28.3. Komissar və ya onun tapşırıqlarını yerinə yetirən nümayəndəsi bu Qanunun tələblərinə uyğun olaraq öz səlahiyyətlərini həyata keçirərkən qərəzli niyyət olmadan söylədikləri sözlərə və fikirlərə görə mülki, inzibati və ya cinayət məsuliyyənə cəlb edilə bilməzlər.
IV fəsil
Maddə 29. Komissara verilən şikayətlər
29.1. Istifadəçi səlahiyyətli orqanların vəzifəli şəxsindən və (və ya) informasiya xidmətlərindən aşağıdakı hallarda Komissara şikayət verə bilər:
29.1.1. sorğunu qəbul etməkdən imtina olunduqda;
29.1.2. bu Qanunun tələblərini pozaraq informasiya verməkdən və ya bu informasiyaya malik olub-olmadığını bildirməkdən imtina edildikdə;
29.1.3. sorğu bu Qanunla müəyyənləşdirilmiş müddətdə cavablandırılmadıqda, o cümlədən bildiriş göndərilmədikdə və ya bu Qanunla müəyyənləşdirilmiş müddətdə göndərilmədikdə;
29.1.4. operativliyini itirən və ya insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükənin qarşısını ala bilən informasiya bu Qanunla müəyyənləşdirilmiş müddətdə təqdim edilmədikdə;
29.1.5. informasiya əsassız olaraq sorğuda tələb olunan formada verilmədikdə;
29.1.6. açıq informasiya bilərəkdən alınması məhdudlaşdırılan informasiyaya aid edildikdə və bu səbəbdən onun verilməsindən imtina olunduqda;
29.1.7. informasiya ilə işləməyə buraxılmaq və informasiya əldə etmək üçün müəyyənləşdirilmiş qaydalar pozulduqda;
29.1.8. həqiqətə uyğun olmayan, qeyri-dəqiq və natamam informasiya verildikdə və bununla bağlı istifadəçinin təkrar müraciətinə əməl edilmədikdə;
29.1.9. qanunun tələbləri bu maddədə nəzərdə tutulmayan digər hallarda pozulduqda.
Şikayətlərə baxılma qaydası
Maddə 30. Şikayətlərə baxılma müddəti
30.1. Komissar daxil olmuş şikayətləri ən qısa müddətdə, lakin 7 gündən gec olmayaraq araşdıırıb qərar qəbul etməlidir.
30.2. Şikayətə baxılmaq üçün əlavə materiallar əldə etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılma müddəti əlavə olaraq 7 gün də uzadıla bilər.
Maddə 31. Şikayətin araşdırılması
31.1. Komissar şikayət ərizəsi ilə ilkin tanışlıqdan sonra:
31.1.1. şikayətə baxmaqdan imtina olunması və ya;
31.1.2. səlahiyyətli orqandan informasiyanın açıqlanmasının tələb edilməsi və ya;
31.1.3. şikayətin araşdırılması barədə qərar qəbul edir.
31.2. Bu Qanunun 31.1.3-cü maddəsinin tələbinə uyğun olaraq Komissar:
31.2.1. şikayətçinin izahatını almaq;
31.2.2. səlahiyyətli orqandan izahat tələb etmək;
31.2.3. bu Qanunun təsir dairəsinə aid olan istənilən sənədi öyrənmək səlahiyyətinə malikdir.
31.3. Səlahiyyətli orqanlar Komissarın tələb etdiyi və araşdırma üçün zəruri olan sənədləri verməkdən imtina edə bilməzlər.
Maddə 32. Şikayətə baxılmasının nəticəsi barədə qərar
32.1. Şikayət ərizəsini diqqətlə və hərtərəfli araşdırdıqdan sonra Komissar:
32.1.1. şikayət ərizəsindəki tələbləri rədd və ya qismən rədd edir;
32.1.2. şikayət ərizəsində qaldırılan tələbin təmin olunması barədə qərar qəbul edir.
32.2. Komissar araşdırmanın nəticəsi barədə qərarını yazılı şəkildə şikayətçiyə və səlahiyyətli orqana göndərir.
32.3. Komissar yalnız aşağıdakı hallarda şikayət ərizəsinin sonrakı araşdırmasından imtina edir və səbəbini də göstərməklə bu barədə ərizəçiyə məlumat verir:
32.3.1. şikayət təkrar, əsassız və qərəzli olduqda;
32.3.2. ərizəçi səlahiyyətli orqanın şikayəti aradan qaldırmaq üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
32.4. Komissar bu Qanunun 32.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq səlahiyyətli orqandan:
32.4.1. sənədlərin saxlanması, idarə olunması, məhv edilməsi sahəsində ciddi qayda yaradılmasını;
32.4.2. səlahiyyətli orqanın mülkiyyətində olan sənədlərin Milli Arxiv Fonduna təhvil verilməsini;
32.4.3. informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin edilməsini;
32.4.4. konkret informasiyanın dərc edilməsini;
32.4.5. informasiya xidmətlərində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılmasını;
32.4.6. şikayətçinin çəkdiyi xərclərin və ona dəymiş zərərin ödənilməsini tələb edir.
32.5. Komissarın müəyyənləşdirdiyi cərimənin son həddi şərti maliyyə vahidinin iki yüz mislindən çox ola bilməz.
32.6. Bütün hallarda şikayət ərizəsində göstərilənlərin bu Qanunun tələblərinə uyğun olub-olmadığı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir.
32.7. Komissarın qərarının surətinin alındığı gündən 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.
32.8. Komissarın qərarından məhkəməyə şikayət olunduqda bu qərarın icrası dayandırılır.
Maddə 33. Komissarın əmr və qərarlarının icrası
33.1. Komissarın inzibati xətalar haqqında işlər üzrə qərarı icra olunmadıqda qərardan məhkəməyə şikayət üçün nəzərdə tutulan müddət bitdikdən sonra Komissar öz qərarının icrası üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi icra orqanlarına müraciət edir.
33.2. Məcburi icra orqanı Komissarın qərarını “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icraya yönəldir.
VI fəsil
Maddə 34. İnformasiya əldə etmək hüququnun məhkəmə yolu ilə müdafiəsi
Fiziki və hüquqi şəxslər səlahiyyətli orqanların və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququna malikdirlər.
Maddə 35. Qanunun pozulmasına görə məsuliyyət
Səlahiyyətli orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 36. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu
Qəbul edilmişdir: 7 dekabr 1999-cu il. № 769-IQ.
Əlavə və dəyişikliklər:
1. 23 noyabr 2001-ci il
2. 28 dekabr 2001-ci il
3. 30 aprel 2002-ci il
Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya vasitələrinə, həmçinin onun hüdudlarından kənarda yaradılan kütləvi informasiya vasitələri məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir.
Maddə 3. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakıları ifadə edir:
kütləvi informasiya – axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;
kütləvi informasiya vasitələri – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;
teleradio və kinoxronika proqramları – daimi adı olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu;
dövri mətbu nəşrlər – çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qazetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;
kütləvi informasiya vasitəsinin məhsulu – mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi;
kütləvi informasiya vasitəsi məhsulunun yayılması – dövri mətbu nəşrlərin, teleradio proqramlarının audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi;
ixtisaslaşmış kütləvi informasiya vasitələri – istehsalı (yayımı) üçün bu Qanunda xüsusi qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;
məsul redaktor – mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs;
naşir – mətbu nəşrin məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, digər müəssisə (sahibkar), naşirə bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət növü olan fiziki və ya hüquqi şəxs;
yayıcı – redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
pornoqrafik materiallar – əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar.
Maddə 4. Kütləvi informasiya vasitələrinin istehsalı və yayımının əsas prinsipləri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 5. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Rabitə haqqında”, “Dövlət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edirlər.
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ vardır.
Maddə 6-1. Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi
Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər.
II Fəsil
Kütləvi informasiya azadlığının əsasları
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idərə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Maddə 9. Antiinhisar tədbirlər
Dövlət kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinə təminat verir, kütləvi informasiya vasitələri məhsullarının istehsalı və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısını almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür.
Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin butövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Maddə 10-1. Gizli lent yazıları
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar.
Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;
4) cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun, yaxud jurnalistin üzərinə düşür.
Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
insan həyatının müdafiəsi üçün;
ağır cinayətin qarşısını almaq məqsədilə;
ağır cinayət törətməkdə ittiham olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.
Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 12. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektivlərindən və oxucu məktublarından istifadə edilməsi
Müəlliflik hüquq və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir.
Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materialları dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz.
Maddə 13. Reklamın yayılması
Kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və yayılır.
III Fəsil
Kütləvi informasiya vasitələrinin təşkilinin hüquqi əsasları
Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis edilməsi
Mətbu nəşrin təsis edilməsi üçün dövlət orqanından icazə tələb olunmur.
Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar göstərilməlidir:
Mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı;
Mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı;
Mətbu nəşrin təsisçisi, yaxud redaksiyası hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi.
Mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda, yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.
Xarici ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1\3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Bu maddənin beşinci hissəsində və bu Qanunun 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə yol verilmir.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər;
Dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər.
Maddə 15. İxtisaslaşmış kütləvi informasiya vasitələri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 16. İnformasiya agentliyi
Kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir.
İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir.
Maddə 17. Təsisçinin statusu
Təsisçi (həmtəsisçi) kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya ilə (redaktorla, baş redaktorla) müqavilə bağlayır, kütləvi informasiya vasitəsinin istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir.
Təsisçi kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış və bəyanatının maksimum həcmi redaksiyanın qeydiyyatdan keçirilmiş nizamnəməsində, yaxud təsisçi ilə baş redaktor (redaktor) arasında bağlanmış müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış, bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır.
Təsisçi (idarə, müəssisə, təşkilat, dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər) ləğv olunarsa, əgər qeydiyyatdan keçirilmiş nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, redaksiya kollektivi eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə üstün hüquqa malikdir.
Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış müqavilədə göstərilən hallar istisna olmaqla, kütləvi informasiya vasitəsinin istehsalına və yayımına müdaxilə etmir.
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər.
Maddə 18. Naşirin statusu
Naşir öz hüquqlarını bu Qanun, habelə Azərbaycan Respublikasının müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır.
Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola bilər.
Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
Maddə 20. Müqavilə bağlanması qaydası
Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri arasında bağlanmış müqavilədə onların qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyətləri, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, şərtləri və hüquqi nəticələri, yarana biləcək mübahisələrin həlli göstərilir.
Təsisçi və redaksiya (redaktor, baş redaktor) arasında bağlanmış müqavilədə əmlak və maliyə münasibətləri, habelə təsisçinin və redaksiyanın (redaktorun, baş redaktorun) öhdəlikləri öz əksini tapır.
Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə naşir, təsisçi və naşir öz aralarında digər müqavilələr də bağlaya bilərlər.
Maddə 21. Kütləvi informasiya vasitələrinə sponsorluq
Kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.
Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kütləvi informasiya vasitələrinə qismən (mətbu nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər.
Kütləvi informasiya vasitələrinə sponsorluq aparıcının və jurnalistin müstəqilliyinə təsir edə bilməz.
Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərdə titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulları da müəyyən edilə bilər.
IV Fəsil
Mətbu nəşrin istehsalının hüquqi əsasları
Maddə 22. Mətbu nəşrin redaksiyası
Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir.
Redaksiya hüquqi şəxs, dövri mətbu nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi, naşiri və yayıcısı ola bilər.
Mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və Azərbaycan Respublikası vətəndaşı olmalıdır.
Maddə 23. Redaksiyanın nizamnaməsi
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 24. Baş redaktor (redaktor)
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 25. Baş redaktorun (redaktorun) səlahiyyətləri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 26. Çap məhsullarının yayılma qaydası
Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər.
Mətbu nəşrlərin çap məhsullarının yayılması, bundan ötrü haqq alınırsa, kommersiya sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində “Pulsuz” qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.
Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir.
Maddə 27. Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları
Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu maddənin birinci hissəsinin tələblərinə zidd olaraq mətbu nəşrin artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə operativ qərar qəbul edə bilər.
Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır:
təsisçi (həmtəsisçi) barədə məlumat;
baş redaktorun (redaktorun) soyadı və adı;
sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;
qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.
İstinad məlumatının göstərildiyi kütləvi informasiya vasitələri məhsullarının çapı və yayılması qadağan edilir.
Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir.
Maddə 30. Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 31. Rəsmi məlumatların yayılması
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktubları, lent yazıları və s.) bir il müdətində saxlanılır.
Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir.
V Fəsil
Televiziya və radio (teleradio) fəaliyyətinin hüquqi əsasları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
VI Fəsil
İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi
Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakteri məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə, təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və düzəlişi dərc etməlidirlər.
Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.
Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.
Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslaşdırılmış məlumat verilməlidir.
Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:
məhkəmənin qanuni güvvəyə minmiş qərarına ziddirsə;
həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;
təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyət müddətləri istisna olmaqla).
VII Fəsil
Jurnalistin statusu və akkreditəsi
Maddə 46. Jurnalistin hüquqları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 47. Jurnalistin vəzifələri
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 48. Gizli lent yazıları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 49. Jurnalist statusu
Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:
1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;
2) kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.
Maddə 50. Jurnalistin akkreditəsi (qeydə alınması)
Kütləvi informasiya vasitələri dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.
Jurnalist və ya redaksiya tərəfindən akkreditə qaydaları pozulmuşdursa, yaxud akkreditə etmiş təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursa, həmin təşkilat jurnalisti akkreditədən məhrum edə bilər.
Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi də bu maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir.
VIII Fəsil
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq
Maddə 51. Beynəlxalq əməkdaşlıq
Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri, peşəkar jurnalist təşkilatları əcnəbilər və xarici təşkilatlarla beynəlxalq əməkdaşlıqda iştirak edə və bu məqsədlə sazişlər bağlaya bilərlər.
Maddə 52. Xarici mənbələrdən alınan informasiyanın yayılması
Azərbaycan Respublikası vətəndaşlarının xarici mənbələrdən, o cümlədən kütləvi informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var.
Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilədə müəyyən edilməmişdirsə, onun yayılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.
Maddə 53. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir.
Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla müəyyən edilmiş statusu şamil edilir.
Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.
Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirinə münasibətə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.
IX Fəsil
Kütləvi informasiya vasitələrinin iqtisidi əsasları
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
X Fəsil
Bu qanunun pozulmasına görə məsuliyyət
Maddə 58. Məsuliyyətin şamil edildiyi subyektlər
(28 dekabr 2001-ci il tarixli qanunla çıxarılmışdır)
Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət
Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:
senzura tətbiq etmək;
peşə müstəqilliyini pozmaq;
tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;
jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;
jurnalistə informasiya verilməsi üzərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdək imtina etmək;
jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə cavab verməmək;
habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər.
Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Maddə 61. Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət
Kütləvi informasiya vasitələri haqqında qanunun müddəaları aşağıdakı hallarda pozulursa:
1) təkzib, düzəliş və cavabdan əsassız olaraq imtina edildikdə, məhkəmənin qanuni güvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə – redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-ci, 21-ci və 28-ci maddələrinin tələblərini yerinə yetirmədikdə – təsisçi, redaksiya, naşir və yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla yayılmasına mane olduqda, dövri mətbu nəşrin tirajının pərakəndə satışına qeyri-qanuni məhdudiyyətlər qoyduqda – dövlət orqanları, idarə, müəssisə və təşkilatlar;
4) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanunazidd şəkildə maliyyələşdirmələrinə yol verdiklərinə görə – təsisçi və baş redaktor (redaktor);
5) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda – naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Maddə 62. Məsuliyyətdən azadedilmə halları
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xadimlərin və vəzifəli şəxslərin rəsmi çıxarışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcədə jurnalist buna görə məsuliyyət daşımır.
Comments are closed, but trackbacks and pingbacks are open.