Informasiya məhsulları və xidmətləri
Deloitte-un göstərdiyi xidmətlər hər hansı konkret texnologiya ilə bağlı deyil. Biz bütün texnologiyalar üzrə müvafiq həllərin tətbiqini həyata keçiririk. Həmçinin, müştərilərimizin fəaliyyət göstərdiyi sənaye sahəsinə və fəaliyyət istiqamətinə uyğun hazır həllər təklif edirik. Aİİ sahəsində bütün imkanlara, geniş sənaye təcrübəsinə və bu sahədəki xidmətlər üzrə lider olmaq üçün CXO səviyyəsində əlaqələrə malikik.
İnformasiyanın İdarə edilməsi və Analitika
Dünyada gedən dəyişikliklər dinamik şəkildə baş verir. Belə mühitdə artıq hər bir müştəri fərdi yanaşma tələb edir. Bazarda rəqiblərin sayı artır. Dövlət orqanları, eləcə də tənzimləyici orqanlar hesabatların daha operativ və daha dəqiq təqdimatını tələb edir. Mürəkkəb biznes vəzifələrinin həlli müəssisəyə məxsus məlumatlarda gizlənə bilər. Böyük həcmli məlumatları başa düşən istifadəçilər daha üstün hesab olunur. Lakin hər 2 ildə məlumat həcminin iki qat artdığı bir cəmiyyətdə mövcud mövqeyi necə qorumaq olar? Deloitte-un Analitika və İnformasiyanın İdarə edilməsi (Aİİ) praktikası məlumatlarda gizlənən dəyərin üzə çıxarılmasında sizə yardımçı ola bilər. Qlobal şəbəkəmiz müxtəlif mənbələrdən əldə olunan informasiyanın idarə edilməsində və onların mühüm qərarları dəstəkləyən və rəqabət üstünlüyünü təmin edən dəqiq, faydalı məlumatlara çevrilməsində şirkətlərə yardımçı olmaq üçün strateji istiqamətləndirmə və yeni texnologiyaların tətbiqi ilə bağlı xidmətlər göstərir. Biz biznes-analitika, məlumatların idarə olunması, qabaqcıl texnologiyalar və böyük həcmli məlumatlar, bulud texnologiyası, maşın təlimatı daxil olmaqla, yeni nəsil analitik və texnoloji həllər sahəsindəki məsələlərə dair xidmətlər təklif edirik.
Deloitte-un göstərdiyi xidmətlər hər hansı konkret texnologiya ilə bağlı deyil. Biz bütün texnologiyalar üzrə müvafiq həllərin tətbiqini həyata keçiririk. Həmçinin, müştərilərimizin fəaliyyət göstərdiyi sənaye sahəsinə və fəaliyyət istiqamətinə uyğun hazır həllər təklif edirik. Aİİ sahəsində bütün imkanlara, geniş sənaye təcrübəsinə və bu sahədəki xidmətlər üzrə lider olmaq üçün CXO səviyyəsində əlaqələrə malikik.
Xankəndi
Azvision.az xəbər verir ki, bunu mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb: “Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.
Ölkə başçısı vurğulayıb: “Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Sağ olun”.
Comments are closed, but trackbacks and pingbacks are open.