İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib
Vəzifə öhdəlikləri:
– İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
– İT təhlükəsizlik servisləri üzrə yeni proqram-texniki vasitələrinin tətbiqi;
– “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması “policy tuning”, “rule tuning”;
– İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
– “SOC” fəaliyyətində iştirak;
– İnformasiya təhlükəsizliyi üzrə insidentlərinin araşdırmasında (“incident investigation”, “insident forensics”) iştirak;
– İnformasiya təhlükəsizliyi insidentlərinə cavab-vermə prosesində (“ISIRT”, “Incident response”) iştirak;
– İnformasiya Təhlükəsizliyi İnsidentlərinin sənədləşdirilməsində iştirak.
Informasiya tehlükesizliyi proqram

Tələblər:
– İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
– Ali təhsil;
– İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
– Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
– Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
– Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
– Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Namizədlərdən CV-lərini “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-05-28
İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib
İnformasiya sızmasının qarşısının alınması məqsədilə yeni proqram təminatı istifadəyə verilib Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTD
14 Fevral , 2023 11:08
https://static.report.az/photo/a164c066-ce81-33e1-b2e4-1a193d5a1d29.jpg
Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni “share.gov.az” platformasını istifadəyə verib. Bu barədə “Report”a XRİTDX-dan məlumat verilib. Qeyd olunan platforma, “wetransfer”, “dropbox”, “boxca” və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə bölüşülməsi istənilən faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrləmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir. “Yalnız “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri – “Kibertövsiyə” bölməsi əlavə olunub”, – Xidmətdən bildirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız “share.gov.az” platformasını tətbiq etməyi tövsiyə edir.
Comments are closed, but trackbacks and pingbacks are open.