Press "Enter" to skip to content

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək – Rövşən Rüstəmov – MÜSAHİBƏ

– Rövşən müəllim, sözügedən Fərman ölkəmizdə sahə üzrə hansı yeniliklərə yol açacaq?

İnformasiya Texnologiyaları fakültəsi

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

hecarda) ozun orgen

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Qafqaz universiteti yeganə məsləhət gördüyümdür. Orda praktikaya önəm verilir, daha uzun-uzun mənasız nəzəriyələr oxunmur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Mən də Qafqaz universitetin məsləhət görürəm. Bu birsi univeristetlərdə
Paskaldan , bəzən də basik-dən başqa heçnə örgətmillər təəssüf ki.
Bunlar da keçən əsrin 70-ci illərində istifadə olunurdu, indi heç yerdə
Paskal ya da basiki bildiyinə görə adamı işə götürməzlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Təşəkkülər hər birinizə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Qardash bashqa senet sec. Bax sonra demeki deyen olmadi!
Informasiya Texnologiyalarini ozunde oyrene bilersen istediyin zaman.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Kökündən yanlış fikirdir. İnformasiya texnologiyaları sahəsində ali təhsil olması çox vacibdir. Universitetdə keçilən dərs, göstərilən yol beyin təkamülünü təşkil edir, bunu müstəqil etmək mümkün deyil, müstəqil olanda pərakəndəlik olacaq. Həm də şərt təkcə universitetdə keçilən dərsdə deyil, məhz əsas qızıl 4 ilin nəyə sərf olunmasındadır. Əgər bu 4 il başqa ixtisasa sərf olunacaqsa, sonradan İT sahəsinə dair nəsə öyrənmək cəhdi ancaq yarımçıq papaqçılıq olacaq və nəsə alınsa belə bu “İT fəhləsi” dərəcəsindən o tərəfə keçməyəcək. Bir də ki, adam əvvəl axır İT-də işləyəcəksə, başqa ixtisas onun nəyinə lazımdlr? İnsan məhz istədiyi sahəni seçməli və özünü ona həsr etməli.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Admin ile raziyam. Mənim həvəsim və hədəfim bu sahəyədir. Özüm oyrənsəm belə mənə diplom lazım olacaq. İT MANAGER , fikrinə hörmət edirəm ancaq səninlə razı deyiləm )) Hamınıza bir daha təşəkkülər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

admin, kokunden yanlish fikir zad deyil.
Komputer azerbaycana hele teze teze ayaq acan vaxtlari Azerbaycanda hec bu fakulte yox idi, hami xarici edebiyyat ve forumlar sayesinde neyise elde ede bilirdi. Indi ise yeni yeni IT sahesine aid fakulteler var amma deyishen bir shey yoxdur. goturek proqramlashdirmani Aznetin 95% hazir CMS -lerden istifade edir. ve yaxud mene Puxteleshmish illerin sinagindan kecmish bir user istifadesi ucun Azerbaycan proqrami gosterin. Hani iller boyu Azerbaycan universitetlerinden chixan o proqramistler .
Azerbaycanda IT sahesinde ishleyen insanlarin emeyine qiymet veren yoxdur.
Hec uzaga getme Azerenerji kimi bir dovlet shirketi Sistem Administratoruna 500-600 azn maash teklif edir. halbuki bu mebleg en azi 1200-1800 azn arasinda deyishmeldiir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

IT manager, o fikrin yanlış olması gün kimi aydın məsələdir, bunu inkar etməyinizlə nəsə dəyişən deyil. Yəni bu haqda uzun uzadı yazmağım da mənasız olar.
Qaldı digər fikirlərinizə, ədalətsizlik qiymət verməmək və.s. belə halların olmasını heç kim inkar etmir, amma bunun mövzuya aidiyyatı yoxdur.
Kompüter Azərbaycana ayaq basan vaxtlardan da öncə EHM ilə bağlı fakültələr olub bizdə, istər BDU-da, istərsə ADNA-da. Yəni kompüterin inkişaf tarixi ilə paralel olaraq Azərbaycanda bu sahə tədris olunub, minimum 39 ildir bu ənənə var bizdə(1972-dən). Əlbəttə beynəlxalq səviyyədən zəif, amma hər halda kafi səviyyədə.
Aznetin vəziyyəti ilə bağlı fikirlərinizlə razıyam. CMS deyəndə siz bilirəm başıbəlalı DLE-ni nəzərdə tutursunuz, həqiqətən də DLE-dən iyrənc səviyyədə istifadə Aznetin bəlasıdır. Ümumən isə CMS-dən, məsələn yüksəksəviyyəli CMS olan Drupal və WordPress-dən səliqəli və yerli yerində istifadə özü sıfırdan kod yazmaq qədər bacarıq tələb edir və hətta 100% Aznet Wp və Drupalda otursaydı, bacarıqla işləsəydilər şəxsən mən çox razı qalardım. Yəni ki 0-dan nəsə yazmaq heç də həmişə vacib deyil, əsas qarşıya qoyulan məsələnin yüksək səviyyədə həllidir. Onu da istəyən 0-dan yazar, istəyən framework ilə yazar, istəyən də CMS-də.
Azərbaycan məhsullarına gəldikdə isə Azərbaycan hansı digər sahədə dünya öncülüdür ki, proqramlaşdırmada da ola? Ölkə postsovet məkanıdır, indi indi özünə gəlir, indi indi dünyadan xəbər tutur, bizdən milli Linux, WordPress, nə bilim Python kimi məhsullar gözləmək sadəlövhlük olardı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Senet secmek deyendeki, qardashin eger DAYDAY -yi yoxdursa ve Azerbaycanda qalib ishleyib ozune karyera qurmaq siteyirse bu ona chox chetin olacaq ve ona gorede deyirem ki imkan varsa bashqa senet sec.
Azerbaycanda isteyirsen 5 ayri ayri univerlerde IT sahesi uzre inistut bitir xeyri olmayacaq. cunki hara getsen senden formal olaraq diplom sorushacaq.
Azerbaycan shirketlerinin choxu Diplom ve bilikden chox bu sahe uzre ish tecrubesine guvenirler.
Adam taniyiram bu sahe uzre qirmizi diplomu var amma kondisioner ustasi ishleyir.
Men ozum Rusiyada 6-il Informasiya sistem Texnologiyalari uzre oxumusham.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

İT sahəsi ən az daydan tələb edən sahədir və müəyyən qolda ixtisaslaşan adama istənilən qədər iş var. Şəxsən mən İT dostlarım arasında elə birini tanımıram ki, işə dayday ilə və ya rüşvətlə düzəlsin. Hər biri ən aparıcı firmalarda, nəhəng şirkətlərdə çalışır və təbii ki daydaysız filansız. Dayday əsasən yola verilə biləsi işlərdə lazım olur, məsələn kabinet işi, beyin tələb etməyən adi praktik işlər və.s. Amma məsələn proqramlaşdırmanı götürək, orda adama tapşırıq verilir və nəticə lazımdır, bilməyən adam bu sahədə bir gün də işləyə bilməz. Mütləq bilənlər lazımdır ki işi daşıya bilsinlər.
Ciddi şirkətlər diplom tələb edirlər, təbii ki onlar üçün əsas bilikdir, bilik imtahanından keçdikdən sonra onsuz da sonda diplomu təqdim etməli olacaqsan ki işə qəbul olasan.
Bu sahədə olan adamsız bu cümləni yaxşı başa düşərsiz: Diplom ciddi bir yerdə işləmək üçün zəruri şərtdir, amma kafi deyil �� Mənim də tələbə yoldaşım var ki İT diplomu var, amma stroykada fəhlə işləyir. Bu fərdi məsələdir. Kafilik ödənmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

admin,
qardash Azerbaycanda her yerde Dayday girir.
Size bashima gelen bir sheyi danishim.
Bu yaxinlarda internetde problem oldu serverden ISP ye ping verirem gorurem ki paketlerde itkiler var. zeng etmishem povaydere iradimi bildirirem orda oturan cavan bir kadr mene ne dese yaxshidir. ” Imkan varsa servere teamViewer yukleyin men burdan baxim” Dedim berekellah seni orda otuzdurana. Bax budur Azerbaycan IT sahesinin realligi.
Bu adamin biliyi suuru olsaydi o sozu mene demezdi.
men demirem ki ish yoxdur sohbet emeye verilen qiymetden gedir. Bu yaxinlarda bir elan saytindan IT mutexessis teleb edirdiler 100 Azn mevacibe. O elani oxuyanda Vallah utandim. Yeni biz IT sahesinde ishleyen adamlar bu qedermi acizik.
kim size deyir ki, kabinet ishi beyin teleb etmir? Adi fehle bele Kamaza dash yukleyende beyin ishledir. fikirleshir ki bu kamaz mesel ucun 200 eded dash tutur ve beyin ishledib o kamaza 600 dash yigirlar :-))))) bu danilmaz realligdir.
Yenede deyirem ki, Diplom sadece olaraq formalliq dashiyir.
Birdeki indi Diplomdan chox Oracle, Microsoft, Cisco, Linux, Sun Microsystems ve s…. aid sertifikatlarina daha chox onem verirler. Bunun ucunde ozlerinin kurslari var.
Ne ise uzatmaq istemirem. Qardash hansi peshenin sahibi olmaq isteyirsen Allah xeyrivi versin yolun aciq olsun. Amma vaxt gelecek menim bu sozlerimi xatirlayarsan. belkede ne vaxtsa deyishib yaxshiliga dogru gedecek amma Inanmiram. IT -de en populyar ve gelirli sahe hemishe Proqramlashdirma olub bunlara C++, Java , .NET Proqramlashdirmani misal getire bilerem. Azerbaycanda -da bu saheni derinden bilen insan yoxdur olsa bele o ne vaxtsa burani terk edib gedecek.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Siz sadəcə şəxsi praktikanızdakı xoşagəlməz məqamlardan pessimizmə qapılmısınız. Məsləhət görərdim ki, bir az IT icması ilə facebook qruplarda , tvitterdə və başqa yerlərdə ünsiyyətı sıxlaşdırasınız. O halda durumun fərqli olduğunu görəcəksiniz, görəcəksiniz ki C++, Java və .NET-i hətta dünya səviyyəsindən geri qalmayan gənclərimiz var, dünyada az sayda adamda olan ən yüksək Oracle sertifikatı(dəqiq adını unutmuşam təəssüf)na malik 3 ya 4 mütəxəssisimiz var, adi Microsoft , Oracle və ya Zend sertifikatlarını isə heç demirəm.
Zəngə cavab verən operator, support yuxarıda dediyim “IT fəhlə” kateqoriyasına aid işlərdir, onlar üçün İT təhsil lazım deyil, sadəcə vərdiş və ya kurs yetərli. Yəqin ki heç bir ali təhsil almaq istəyən gənc də belə peşədə işləmək niyyətində deyil ilk əvvəl. Ali təhsil proqramçı, mühəndis təfəkkürü formalaşdırmaq üçündür. Bu təfəkkürü isə kursda vermirlər, nə də müstəqil əldə olmur. Mən hətta ali təhsil olmadan proqramçı olmağı bacaran bir neçə tanış tanıyıram, amma onlarda alqoritmik təfəkkür formalaşmadığından abstrakt düşünmə, iri həcmli proyekti düşünüb təsvirini vermək və.s. bacarıqları olmur.
Onu bura tax bunu ora tax, install et və.s. işlər üçün yalnız vərdiş lazım. Bunar beyin tələb etməyən vərdiş işləridir. Eləcə də yuxarıda dediyiniz fəhlənin 600 daş yerləşdirməsi. Onlar vərdişdir, beyin işi deyil. Beyin işi deyəndə əsla hərfi başa düşməyin, bilirsiz hansı mənada deyirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Day day məsələsi boş şeydi. Həmdə bu sahədə. Admin dediyi kimi day day məsələsi vəzifə üçündə �� Həmdə bu sahədə yaxşı maaş verən şirkət var �� Bir daha təşəkkülər hər ikinizə fikirlərinizə görə ��

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək – Rövşən Rüstəmov – MÜSAHİBƏ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı.

Day.Az bildirir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Trend-in suallarını cavablandırıb.

Nazir müavini ilə eksklüziv müsahibəni təqdim edirik:

– Rövşən müəllim, sözügedən Fərman ölkəmizdə sahə üzrə hansı yeniliklərə yol açacaq?

– Cənab Prezidentin Fərmanı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı. Nazirliyin tabeliyində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxsləri yaradıldı.

Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.

Nəticə etibarilə qeyd olunan sahələrdə keyfiyyətin artırılması, innovativlik, investisiya cəlbediciliyi və istehlakçıların maraqlarının qorunması təmin ediləcək.

Bu proses nazirlik qarşısında yeni hədəflər müəyyənləşdirir, ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsini zəruri edir. Qeyd edək ki, cənab Prezidentin 27 aprel tarixli Fərmanına əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi nazirliyə həvalə edilib. Vətəndaşların həyat şəraitini müasir standartlara uyğun şəkildə təmin etmək üçün rəqəmsal transformasiya vacib amildir. Ölkəmiz məhz bu istiqamətdə həm milli, həm də beynəlxalq səviyyədə təşəbbüslərin dəstəkçisi və iştirakçısıdır.

– Rəqəmsal transformasiya dedikdə nə nəzərdə tutulur və proses necə təşkil olunacaq?

– Rəqəmsal transformasiya rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin göstərildiyi və dövlət idarəçiliyinin təkmilləşdirildiyi rəqəmsal hökumətə, rəqəmsal məhsulların yaradıldığı, biznes proseslərinin avtomatlaşdırıldığı və proqnozlaşdırıla bilən rəqəmsal iqtisadiyyata, rəqəmsal hazırlıqlı və bacarıqlı, “açıq məlumatlar”ın istifadə edildiyi rəqəmsal cəmiyyətə keçidi ehtiva edir.

Bu Fərman əsasında nazirliyin tabeliyində yaradılacaq Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini, o cümlədən nəzarət və tənzimləməni təmin edəcək. Bu Agentlik nazirliyin tabeliyindəki 3 qurumun – Milli Nüvə Tədqiqatları Mərkəzi, İnnovasiyalar Agentliyi və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşməsi əsasında təşkil olunacaq.

Agentlik, həmçinin innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edəcək, maliyyələşdirilməsini təmin edəcək, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirəcək.

Nəzərinizə çatdırım ki, rəqəmsal transformasiyanın uğurunu şərtləndirən amillərdən biri ölkədə sabit rabitə və yüksəksürətli, əlçatan internet xidmətləridir.

Əhalinin böyük bir hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq.

Məhz ona görə də nazirlik sabit rabitə və yüksəksürətli internet xidmətləri istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyi nəzərdə tutur.

– Zəhmət olmasa, bu istiqamətdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verərdiniz.

İnternetin sürətinin artırılması üçün həll edilməli olan iki əsas istiqamət var:

– Texnologiya: yeni texnoloji inkişaf insanların mümkün olan ən

sürətli internetdən istifadə etməsinə imkan verməlidir;

– Əhatə dairəsi: fərqli internet paketlərinin tarifləri yüksək olmamalıdır.

Gəlin, əvvəlcə texnologiyadan danışaq. Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i internet xidmətlərini ADSL üzərindən alır. Bu texnologiyanın saniyədə 10 Mb yuxarı həddi var. Yeganə həll yolu infrastrukturun yenilənməsinə yatırılan böyük həcmdə investisiyadır. Nazirliyin son 6 aydır üzərində çalışdığı iş məhz budur.

Nəticə etibarilə üç şirkətin – “Aztelekom”, “Baktelekom” və “Azeronline”ın dövlət-özəl tərəfdaşlığı əsasında ölkədəki ən böyük fiber-optik kabel yeniləməsinə birgə investisiya qoyma qərarı qəbul olunub. Hazırda bir neçə özəl şirkətlə də əməkdaşlıq barədə danışıqlar aparılır.

Ümumilikdə 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internet ilə təmin edilməsi və internetin orta sürətinin minimum 25 mbps-ə çatdırılması hədəflənir.

– Tariflərlə bağlı soruşmaq istəyirəm, keyfiyyət artdıqca qiymətlər də yüksələcəkmi?

– İnternet xidmətlərinin tarifləri ilə bağlı artıq ciddi yeniliklər var. “Aztelekom” və “Baktelekom” tərəfindən bu məsələlər diqqətlə nəzərdən keçirilib və önəmli düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən ADSL seqmentində ən aşağı sürət seçimlərinə dəstəyi dayandırmışıq. Həmçinin həmin tarixdən tarifləri endirmişik, yeni tariflər üzrə faktiki olaraq 4 Mb/s-in qiyməti 20 AZN-dən 13 AZN-dək (35%), 7Mb/s-in qiyməti 40 AZN-dən 16 AZN-dək (60%) və 10Mb/s-in qiyməti 50 AZN-dən 19 AZN-dək (60%-dən çox) endirilib.

Mövcud tarif siyasəti əhaliyə xeyli aşağı qiymətə daha yüksəksürətli internetdən istifadə etmək imkanı verəcək.

Azərbaycanda orta internet sürətindəki artımın böyük mənzərənin yalnız bir hissəsi olduğunu unutmamalıyıq. Vətəndaşların yüksəksürətli internetə qoşulma imkanı olmalıdır. Növbəti 5 ildə ən müasir GPON (Gigabyte Passive Optical Network) texnologiyasına diqqət yetirməklə ölkədə sabit genişzolaqlı internetin əlçatanlığının 100%-ə yüksəldilməsi planlaşdırılır. Zənnimcə, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl internet provayderləri ilə əməkdaşlıq qurmaqdır.

– İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaradılması hansı zərurətdən irəli gəldi və İKT sahəsinə faydaları nədən ibarət olacaq?

Qlobal texnoloji transformasiyalara uyğunlaşdırılması məqsədilə ölkənin İKT sektorunun tənzimlənməsi və daha çevik idarəçilik mexanizmlərinin qurulması vacibdir. Bu səbəbdən sahənin bütün tənzimləmə, qiymət, keyfiyyət, çevik inkişaf siyasətini həyata keçirəcək requlyatorun – İnformasiya Kommunikasiya Agentliyi publik hüquqi şəxsin yaradılması zəruri idi.

Bu Agentlik ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və keyfiyyətə nəzarət daxil olmaqla nəzarəti, o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirəcək.

Tənzimləyici qurumun olması ölkədə rəqəmsal iqtisadiyyatla kollaborativ qaydada rəqəmsal transformasiyanı sürətləndirəcək və hüquqi-tənzimləyici çərçivə yaradacaq, eləcə də İKT sahəsinin ölkə iqtisadiyyatına əlavə dəyər qatqısı artacaq.

Hazırda tənzimləyicinin olmaması ölkənin adını beynəlxalq təşkilatların qınaq mənbəyinə çevirir.

Mobil və sabit genişzolaqlı və universal xidmətlərin inkişafının ölkənin ucqar və regional, o cümlədən kənd yerlərində nəzarətsiz qalması, internet xidmətlərinin əlçatan olmaması, qiymət və keyfiyyət siyasətinin aparılmaması əlavə narazılıqlar yaratmaqla yanaşı, ölkənin texnoloji hazırlıq meyarlarına ciddi mənfi təsir göstərir. Agentliyin fəaliyyəti bu istiqamətdə çətinliklərin aradan qaldırılmasına da istiqamətlənəcək.

– Suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirik.

– Buyurun. Mən təşəkkür edirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.