Press "Enter" to skip to content

Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. презентация

3 Ümumsistem və Təşkilati həllər Ümumsistem həlləri – AİS-in layihələndirilməsində qəbul edilən həllərin əsaslandırılmasından, iqtisadi effektivliyin təyin edilməsindən, obyektdə AİS-in tətbiqetmə hazırlığından və istismar prosesində onun vəziyyəti haqqındakı məlumatlardan ibarət olur. Bunlardan başqa ümumsistem həllərin tərkibinə AİS-in təyinatı, AİS-in izahatı, obyektin idarəetmə sistemində AİS-in yeri və digər idarəetmə sistemləri ilə AİS-in əlaqəsi kimi sistem həlləri daxildir.

Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi I fəsil

Elmi-texniki inqilab insan fəaliyyətinin bütün sahələrində avtomatlaşdırılmış vasitələr sistemindən və hesablama texnikasından istifadə etmək zərurətini yaradıb. Təhsil prosesinin avtomatlaşdırılması prosesi də bu fəaliyyət növlərindən biridir. Təqdim olunan dissertasiya işi “Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi” mövzusuna həsr olunub. Dissertasiya işində də məhz bu məsələ müasir informasiya texnologiyalarının təhsildə tətbiqi daha yaxından öyrənilib və təhlil edilib. Burada bir çox müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətlərinə baxılmış, onların işləri araşdırılmış və mövzu sahəsinin metodikası hazırlanmışdır. Eyni zamanda proqram vasitələrinin seçilməsi ilə əlaqədar olaraq avtomatlaşdırılmış verilənlər bankı və süni intelektual sistemlər haqqında bilgilər nəzərdən keçirilib.

Bundan başqa dissertasiya işində tətbiqi proqram paketləri araşdırılmışdır. Məlum olmuşdur ki, tətbiqi proqram paketləri bu və ya digər məqsədlər nəzərə alınaraq idarəedici, diaqnostik, nümayiş, əməliyyat, nəzarət, modelləşdirici və digər növlərə ayrılır. Bu proqramlar vasitəsilə tələbələrə suallar verilir, onların cavablarındakı səhvlər aşkar edilir, nəzarət və özünə nəzarət həyata keçirilir, müəllim və tələbə arasındakı əks əlaqə sistemləşdirilir və məhsuldarlıq artırılır.

Beləliklə, aşağıdakı əsas tətbiq sahələrinə baxılıb:

  • Nümayiş proqramları vasitəsilə EHM-in ekranında müəllimin tədris etdiyi mövzuya dair materiallar nümayiş etdirilir.
  • Generasiya proqramlarından verilmiş mövzuya aid müəyyən tip məsələlərin həllində istifadə edilir. Bu proqramlar yoxlama işlərinin görülməsini və ya müstəqil işlənib icrasını , hər bir tələbəyə tapşırığın verilməsini və s.-ni təmin edir.
  • Əməliyyat proqram paketləri tələbələrin mustəqil məsələ həllini, çertyoçları, sxemləri çəkmək və s. məsələləri həll etmək üçündür.
  • Nəzarət proqramlarından cari və yekun bilikləri yoxlamaq üçün istifadə edilir. Bu proqramlarla hər bir tələbənin mövzuları mənimsəmə qabiliyyətlərini müəyyənləşdirmək olar.
  • Modelləşdirici proqramlar mürəkkəb eksperimentlərin immitasiyasını təmin edir. Bu proqramlar tələbələrin elmi laboratoriyalara, konstruktorluq, arxitektorluq və s. tədqiqat sahələrinə daxil olmasına imkan yaradır.

Scientific and technical revolution has created necessity of to use from system of means automateded in all areas of the man activities and technique of counting. Process of automatize of the education process is/are one kinds of this activities. Representing dissertational work has been devoted to subçect of “Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi”. This problem application of modern information technologies has been learnt namely in the dissertational work in the education more closelies and have/has been analysed. Classification of the some modern information technologies here and considered feature, their work investigated and methods of the area of subçect have been prepared. Intelektual has been looked through of the etc of bank of give automateded having connected with at the same time elect of the program means knowledge about systems.

Envelopes of applied program have been investigated moreover in the dissertational work. He has been known that envelopes of applied program one or another purposes administrative diagnostic demonstration, operation take into account, model of supervision and is/are separated to other kinds. Questions are given with the help of these programs to students, mistakes in their answer are found out, supervision and supervision to yourself is implemented, contrary connection between teacher and student is systematized and productivity is raised.

So, have/has been considered area of the following basic application:

, Materials about to subçect taught in the screen of the electronic computer teacher with the help of the demonstration programs are demonstrated.

, Definite type is used about subçect given from generation programs in the solution of the problems. See of the tests of these programs, or have/has been developed independently and he secures fulfilment give to each student of the task etc.

, Operation problem solution of the students program envelopes mustəqil, draw (last, to weight) etc draughts, schemes. It is/are for solving problems.

, It is used for checking current and total knowledge from programs of supervision. Subçect (theme)s of the with/by these programs each student is/are to define abilities of appropriation possible.

, Programs secure immitasiyasını of the complex experiments model. These programs of the students to scientific laboratories, konstruktorluq, arxitektorluq etc. Opportunity creates enter investigation area.

Hər bir ölkənin gələcəyi onun təhsil sistemindən güclü surətdə asılıdır. Əlbəttə ki, ölkədə təhsilin təşkil olunması dövlət səviyyəsində həyata keçirilir. Təhsilin pillələri olan orta məktəblər, peşə məktəbləri, ali məktəblərdə verilən hər bir səviyyə şagird və ya tələbələrin gələcək fəaliyyətlərinə bilavasitə təsir göstərir.

Əlbəttə ki, səviyyəsindən asılı olmayaraq hər bir təhsil növü muəyyən proqram üzrə aparılır. Tədris prosesinin keyfiyyətini artırmaq üçün elm və texnologiyaların nailiyyətləri təhsil sisteminə də tətbiq olunur.

Bu referatda məhz yeni texnologiyaların, əsasən də kompüter texnologiyalarının və tətbiqi proqramlar paketlərinin tədris prosesindəki rolu haqqında araşdırma aparılmışdır.

Ən çox istifadə olunan proqramların tətbiq sahəsini aydınlaşdıraraq, onların hər birinin ayrılıqda ali məktəb müəllimlərinin işindəki rolunu qiymətləndirilib.

Müasir dövrdə yeni informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində idarəetmə obyektlərinin, təşkilatlarının, strukturlarının, sənaye və qeyri-sənaye müəsisələrinin kompleks avtomatlaşdırılmasına səbəb olmuşdur. Hal-hazırda informasiya texnologiyalarının ən səmərəli və mükəmməl tətbiq sahələrindən biri olan verilənlər bazaları konsepsiyaları ilə qurulan Avtomatlaşdırılmış informasiya sistemləridir. Son zamanlar yaradılan Avtomatlaşdırılmış informasiya sistemləri sənədlərin dövriyyəsi məsələlərində, elmi-tədqiqat işlərində, tibbdə, nəqliyyatda, arxiv təşkilatlarında və s. sahələrdə geniş tətbiq tapmışdır.

Magistr dissertasiyası aşagıdakı ardıcıllıqlarla iki fəsildən ibarətdir.

Birinci fəsil müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri, informasiya sisteminin yaradılama prinsiplərinə, avtomatlaşdırılmış verilənlər bankı, süni intelektual sistemlər, tətbiqi proqram paketləri haqqında anlayışlara və mövcud sistemlərin işlərini araşdırmağa həsr olunmuşdur. Mövcud sistemlərin işlərini araşdırmaqla burada verilənlər bazasının sistemlərinə baxılmışdır. Verilənlər bazasının vacib xüsusiyyətlərindən biri olan “verilənlərin mərkəzləşdirilmiş prinsiplərlə” idarə olunmasının təşkili reallaşdırılan informasiya sistemində nəzərə alınmış və “klient-server” arxitekturası üzrə qurulmuşdur.

Magistr dissertasiyasının ikinci fəsli Avtomatlaşdırılmış informasiya sisteminin strukturunun işlənməsi ilə əlaqədar olaraq, informasiya sistemlərinin strukturunun elmi tətqiqat seçilməsi məsələlərinə həsr olunmuşdur. Sistemin işlənməsi üçün informasiya obyektinin işinin tədqiq etməkdən ötrü verilənlərin təhlili aparılmışdır. Bundan əlavə burada Təhsildə informasiya texnologiyalarının əsas prinsipləri və İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri problemlərinə də toxunulmuşdur.

İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ

1.1. Əsas anlayışlar: məlumat, informasiya, verilənlər, bilik

İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «infor-masiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifa-dələrinə uyğun gəlir.

«Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir.» Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir: informasiya məlumat vasitəsilə ötürülür.

İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların içərisində heç bir informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat onu qəbul edənin (istifadəçinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna bilər. Məsələn, təyyarənin qəzaya üğraması xəbəri həlak olanların qohumları üçün bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet məqaləsindən müxtəlif oxuçular özlərinin maraq dairələrinə uyğyn müxtəlif informasiya götürürlər.

Beləliklə, müxtəlif çür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif informasiya ötürə bilər. Müçərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya (İ) arasındakı əlaqədə həllediçi rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik olaraq belə ğəstərmək olar:

Baxılan məlumat üçün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.

Beləliklə , məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edilir.

Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınça informatio) deyilir[1]. İnformasiyanın Şennon tərəfindən təklif edilmiş kəmiyyət baxımından təyini də elə bu fikrə əsaslanır.

«Verilən» anlayışını belə bir müçərrəd situasiya ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər var.

Beləliklə, verilənlər –saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır. İngilisçə verilənlər sözünü ifadə edən «data» termini latınça «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövçud olmayan anlayışları ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.

Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil vasitəsilə) konkret daşıyıçıda (məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman keçdikçə verilənlərin təsvir üsulları və daşıyıçıları dəyişmişdir (məsələn, ibtidai insanların mağaza rəsmləri,daş yzərində qədim yazılar və rəsmlər, papirus yarpağı üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd olunur. Kompüterdə verilənlərin daşıyıçısı kimi maqnit daşıyıçısından(lent, disk, kart və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.

Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur: verilənlərin adı, qiyməti, tipi və strukturu.

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir. Çünki faktlərı bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30 dərəçədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəçə ilə» verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayrı qeyd oluna bilər. Məsələn, qatarların hərəkət çədvəlində verilənlərin adları çədvəlin başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər hallarda bir-birindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli təşkil etmək imkanı yaranır.

Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istiyadə olunur. Verilənlərin tipləri haqqında məlumat §3.2.8-də verilir.

Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasına, təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.

Verilənlər sadə informasiya elementi-bitdən başlayaraq fayla və fayllar sisteminə qədər müxtəlif mürəkkəbliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri, mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi xarakteristikasıdır.

Verilənlərin struktur xarakteristikasına iki çəhətdən baxılır: məntiqi və fiziki çəhətdən. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, başqa sözlə, verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri verilənlər bazalarının layihələndirilməsinin əsasını təşkil edir [2]. Verilənin fiziki strukturu onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda verilənlərin məntiqi və fiziki strukturları bir-birindən fərqlənə bilər.

«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müəssisənin baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir, bu verilənlər əsasında qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.

Verilənlər müxtəlif səviyyəli ola bilər. Məsələn, müəssisənin aylıq istehsal etdiyi məhsulu göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq verilənlərin çəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli ola bilərlər. Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır.Odur ki, hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Verilənlər, aqreqasiya və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.

İnforomatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nəzərə alınmır. Biz də sonrakı mülahizələrimizdə bu xətti tutaçağıq. Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal prosesi üçün əhəmiyyəti yoxdur. Nətiçəvi verilənlərin informasiya daşımasi isə istifadəçi marağından qiymətləndirilir.

«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya anlayışlarına yaxındır. Biliyə xas olan əsas çəhət onun müəyyən kontekstlə əlaqəli olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik» anlayışından süni intellektdə, o çümlədən, ekspert sistemlərində geniş istifadə olunur.

1.2. Avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının əsas prinsipləri

1.2.1. Avtomatlaşdırılmış informasiya sistemləri haqqında anlayış

Halhazırda informasiya və telekommunikasiya texnologiyalarının köməyilə bir sıra müəsisə və təşkilatlarda avtomatlaşdırılmış informasiya-idarəetmə sistemlərinin yaradılması cəmiyyətin aktual məsələlərindən biridir. İnformasiya sistemi (İS) dedikdə, təyin olunmuş mövzu sahəsi haqqında bütün sorğulara hərtərəfli cavab verən, qərar qəbuletmə prosesində insana kömək etmək üçün yaradılan texniki, proqram, linqvistik və metodoloçi vasitələr kompleksi nəzərdə tutulur [1]. Yaradılan İS-lər mövzu sahələri üzrə müxtəlif müəsisələrdə, optimal informasiya təlabatını təmin etməklə ayrı-ayrı məqsədlər üçün istifadə olunur. Belə sistemlər ayrı-ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o informsiya-sorğu sistemi kimi, əsasən müəsisənin informsiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə istifadəçilərə informsiya-axtarışı xidməti göstərməklə yanaşı, avtomatlaşdırılmış idarəetmə sisteminin informasiya təminatı – alt sistemi rolunu oynayır. Dinamiki informasiya modelini təmin etməkdən ötrü İS-də baş verən dəyişikliklərə uyğun informasiya modelinin saxlanılmasına və modifikasiya üsullarına imkan verməlidir. Bundan başqa obyektlər arasındakı əlaqələr həmin modeldə öz əksini tapmalıdır.

Quruluşu və imkanlarına görə İS-lərini dörd qrupa ayırmaq olar. Bunlar adi (lokal) sistemlər, informasiya emalı və axtarışı sistemləri, Avtomatlaşdırılmış sistemlər, intellektual sistemlərdir [2].

Şəkil 1.1. Avtomatlaşdırılmış informasiya sistemlərinin təsnifatı

Lokal İS-lərdə sistemə daxil olan informasiya, sistemdən alınan informasiya ilə struktur və tərkibcə eyni olur. Yəni sorğuya cavab verən informasiya üzərində heç bir çevrilmə əməliyyatı aparılmadan istifadəçiyə verilir. Belə İS-lərə misal olaraq informasiya axtarış sistemlərini və sadə tipli verilənlər banklarını göstərmək olar.

İstifadəçi sorğularına tam cavab vermək üçün saxlanan informasiyanın emalı tələb olunur. İnformasiyanın axtarışı ilə yanaşı göstərilən funksiyaları yerinə yetirən sistemlərə informasiya axtarışı və emalı sistemləri deyilir. Funksional imkanlarına görə bu sistemlər informasiya təhlili sistemləri və informasiya-idarəetmə sistemlərinə bölünür. Birinci tip sistemlərdə saxlanan informasiyanın axtarışından əlavə onun təhlili və emalı prosesləri də yerinə yetirilir. Saxlanan informasiya statik və linqvistik baxımdan təhlil oluna bilər.

İnformasiya–idarəetmə sistemlərində saxlanan informasiyanın emalı nəticəsində alınan obyektlərin idarə olunması məqsədilə müəyyən qərarlar qəbul edilməsi üçün əsas götürülür. İnkişaf səviyyələrinə və funksional imkanlarına görə bu sistemlər informasiya məsləhət və ekspert sistemlərinə bölünür. İnformasiya məsləhət sistemi idarəetmədə qərarların qəbul edilməsi üçün verilənlər hasil edir, mümkün hallarda isə qərarların siyahısını və hansının seçilməsi barədə məlumat verir. Ekspert sistemlərində isə sistemin verdiyi məsləhətlər, qəbul etdiyi qərarlar haqqında istifadəçiyə onun başa düşəcəyi formada izahat verilir. Burada yıgılan informasiya ayrı-ayrı faktlardan və evrestik üsullardan ibarət olur.

İntellektual İS-lərini adi informasiya sistemlərindən fərqləndirən cəhət odur ki, burada istifadəçilərlə sistem arasınada dialoq təbii dil və ya ona yaxın olan normallaşdırılmış dildə aparılır. Yuxarıda baxılan sistemlərin hamısı üçün intellektual interfeys yaradıla bilər. Bu baxımdan intellektual informasiya sistemlərinin yaradılması “süni intellekt” probleminin həllində mühüm addımlardan hesab edilə bilər.

Avtomatlaşdırılmış informasiya sistemləri tərkibcə yuxarıda sadalanan sistemlərin müasir texnologiyalarından sayılır. Avtomatlaşdırılmış İS dedikdə şəbəkə mühihində, şəbəkə protokollarından biri ilə işləyən verilənlər bazasından (VB), VBİS-dən və server proqram təminatından ibarət avtomatlaşdırılmış sistemdir. Məlumdur ki, avtomatlaşdırılmış idarəetmə sistemi funksional və təminedici hissələrdən təşkil olunur. Məhz Avtomatlaşdırılmış İS də bu funksional hissənin alt sistemi kimi təyin olunur. Yəni, adı çəkilən sistemə müəsisə avtomatlaşdırılmış idarəetmə sisteminin alternativi kimi baxıla bilər. Belə sistemlərdə həm strukturlaşmış, həm də strukturlaşdırılmamış informasiyanın toplanması və axtarışı metodları asanlaşır. Sistem əsasən “klient-server” arxitekturası əsasında işləyir. Bu cür arxitektura eyni zamanda çoxlu sayda istifadəçilərin müraciətlərini təmin edir. Avtomatlaşdırılmış sistemlərin funksional imkanları onun ayrı-ayrı komponentlərini (linqvistik, proqram və s.) genişlənmısi hesabına əldə edilir.

Avtomatlaşdırılmış sistem həm müəsisənin strateçi informasiya sistemi kimi, həm də effektiv mərkəzləşdirilmiş kommunikasiya şəbəkəsinin əsası kimi çıxış edir. Bu yanaşma metodundan istifadə edərək kompüter texnikasının vasitələrini tətbiq etməklə kağızsız texnologiya üçün optimal iqtisadi göstəricilər də əldə etmək mümkündür. Əsasən Intranet texnologiyasına istinad edilən belə Avtomatlaşdırılmış İS-lərdə fayl servisləri, informasiya daşıyıcıları böyük əhəmiyyətə malikdir.

1.3. Mövcud sistemlərin işlərinin araşdırılması

Avtomatlaşdırılmış informasiya sisteminin işlənməsi əsasən təşkilatı strukturların modelləşdirilməsi, verilənlərin və biliklərin konkret təsviri üsulları, sistemin riyazi modelinin təşkili, istifadəçi interfeysinin yaradılması və şəbəkə arxitekturalarının seçilməsi ilə əlaqədardır. İnformasiya sistemində komponentlərin layihələndirmə mərhələləri bir-biri ilə əlaqədə olan xüsusi məsələlərlə ayrı-ayrılıqda uyğunlaşdırılmışdır. Belə ki, müasir texnologiyalardan istifadə etməklə mövcud problemin həlli sadələşir.

Movcud sistemlərin işlərini araşdırmaq məqsədilə məhz Avtomatlaşdırılmış paylanmış VB-nin işlənməsi ilə əlaqədar olaraq ümumilikdə SAN, CASE, Lotus Domino sistemlərinin yaradılma texnologiyalarına baxılmışdır [4].

Sistemin işini araşdırarkən problemin həllinə yaxın olan bir neçə yanaşma metodlarına toxunulmuşdur. İnformasiya sistemində verilənlərin saxlanılması ilə əlaqədar olaraq olaraq əsasən SAN (storage area network, verilənlərin saxlanma şəbəkəsi) texnologiyasına istinad edilir. SAN serverdə verilənləri saxlayan qurgular arasında məlumatları ötürmək üçün səmərəli və eyni zamanda məlumatların operativ emalı üçün istifadə olunan məhsuldar şəbəkələrdəndir [5].

Verilənləri saxlanılma vasitələrini təmin etmək üçün əsas etibarilə verilənlərin saxlanılma sistemlərinin ilkin şərtlərini aydınlaşdırmaq və yaratmaq lazımdır.

Verilənlərin saxlanma resurursları

Şəkil 1.2. SAN texnologiyası əsasında verilənlərin saxlanılamsı sistemi üçün struktur

Verilənlərin saxlanılma sistemli aşağıdakılardan ibarətdir.

Bir çox verilənlərin saxlanılma sistemləri kompüterlərin informasiya daşıyıcıları ilə əlaqələndirilərək həyata keçirilir. Xüsusilə disk massivlərindən istifadə olunmaqla tətbiqi reallaşdırılır. Demək olar ki, hal-hazırda verilənlərin saxlanma qurğuları kimi disk massivlərindən istifadə olunmaqla yanaşı digər informasiya daşıyıcılarından (CD/DVD qurğuları) da istifadə olunur. İnformasiya emalının formalaşdırılmasının məntiqi strukturu, onun saxlanması (disk daşıyıcıları və ya fayl sistemləri) serverdə həyata keçirilir. Verilənlərə müraciət prosesi (server yaddaşında) – xüsusi adapterlərlə quraşdırılmış (Host Bus Adapter – HBA), ayrıca protokolla işləyən drayverlər, “Host Bus Adapter” ilə əməliyyat sistemini əlaqələndirən vasitələr, disk tomlarının idarəedilməsi, fayl sistemi və əməliyyat sistemini menecerini özündə cəmləşdirir. Əgər disk massivləri ayrıca qurğu şəklində icra edilirsə, onda bu zaman serverə qoşulmuş vəziyyətdə adı çəkilən infrastrukturdan istifadə edilir.

Protokol müraciətlərinə asılıliq halları disk massivlərində və “Host Bus Adapter”-də reallaşdırılır. Şəkildən görundüyü kimi şəbəkədə istifadə olunan sadə şinlərdir (Fibre Channel-FC). Bütün bunları birləşdirməklə alınmış şəbəkəni verilənlərin saxlanılması şəklində – “Verilənlərin saxlanılması şəbəkəsi” (Storage Area Network-SAN) adlandırmaq olar. Belə ki, burada istifadə olunan əsas avadanlıqlar – kommutator və kommutasiya vasitələrinin FC protokolları ilə işləməsi, FC nəqliyyat protokoluna digər protokolların tətbiqi (adətən SCSI) quraşdırıla bilər.

Bu üsulla SAN texnologiyasında verilənlərin saxlanılması üçün serverlə əlaqəsi olan saxlanma qurğuları infrastruktura əlavə etmək məqsədəuyğundur.

Adı çəkilən infrastruktur boyük server və saxlama qurğuları ilə əlaqələndirilmiş maksimum idarəetməyə malik, gələcəkdə vəziyyətini genişləndirməyə imkan verən texnologiyadır. Burada monitorinq vəziyyəti elə saxlanılmalıdır ki, ona icazəli qoşulmaq mümkün olsun. Bunu reallaşdırmaq üçün server utilitlərinin və optimal əməliyyat sisteminin tətbiqi, yazılmış proqram ssenariləri (CGI-skriptlər) hazırlanmalıdır. Bu tətbiqlərin hər biri verilənlərin saxlanılma sisteminin obyektində tələb olunan idarə və nəzarət vəziyyətlərində məs. massivin disk tomları və qrupları, kommutatorun protokolları və s. reallaşdırıla bilər. Bu texnologiya əsasən böyük miqyaslı idarəetmə sistemləri üçün nəzərdə tutulmuş və hesablanmışdır. İxtiyari böyük sistem və böyük həcmli verilənlərin saxlanması üçün də istifadə edilə bilər.

SAN texnologiya özündə aşağıdakı alt sistemləri və komponentləri birləşdirir.

Müasir yüksək məhsuldarlıqlı disk massivlərində FC-dən (Fibre Channel) istifadə etməklə və serverə qoşulmaqla massiv daxilindəki disklərə müracət mümkündür. Bu üsulla onlarla terabayta qədər disk sahələri üçün formalaşdırılmış və xüsusi funksiyaların icrası üçün disk yerlərinin virtuallaşdırılması (əsasən VBİS və VB-də ilə yerləşdirilən daşıyıcılar), daşıyıcılar saxlanılan yerlərə məhdudiyyətlərin qoyulması, verilənlərin köçürülməsinin yaradılması (Point-In-Time,- PIT), eyni zamanda massivlərdə verilənlərin replikasiyası həyata keçirilir. Burada Point-In-Time anlayışı – əvvəlcədən təyin olunmuş zaman müddətində verilənlərin surətinin hazırlanması və surətləri yaradan zaman lazım olan halda verilənlərin vəziyyətini “donduran” vasitədir. Burada verilənlərin arxivləşdirilməsi və rezerv surətlərin yaradılması və verilənlərin bərpası üçün nəzərdə tutulub. Rezerv surətlərin yaradılması ilə informasiyanin pozulması və ya ona olunan təxribatlar proseində, aparat və proqram təminatında konfliktlər olduğu halda mühafizə həyata keçirilir. Rezerv surətlər sistemini mərkəzləşdirilmiş prinsiplərlə yaratmaqla optimal üsul, minimum xərclər və administratorun işlərinin çoxunu ixtisara salmaq mümkündür. Verilənlərin saxlanmasının idarə edilməsi, disk tomlarının nişanlanması və tətbiqi proqram paketlərinin köməkliyi ilə yüksək səviyyədə yerinə yetirilir. Məs. Hitache Lightning 9900V massivləri ilə Cruise Control proqtamının əlaqələndirilməsi ilə verilənlərlə iş üzrə intensivlik barədə statistika toplamaq, disklərdə saxlanılan verilənlərin yerlərinin dəyişdirilməsi üçün ilkin qərarların qəbulu, hansı ki, verilənlərlərə yüksək sürətli müraciətlərlə həyata keçirilir.

Burada sistemli idarəetməyə görə sistemdə verilənlərin keyfiyyətli səviyyədə saxlanılması üçün nəzərdə tutulub. Beləliklə, verilənləri saxlanılması sistemi, SAN resursları daxilində aparat-proqram vasitələri daxilində aparılır. Bunlar başqa sistemlərin inteqrasiya imkanlarına malik olub, verilənlərin saxlanma şəbəkəsinin nəzarət hissələri və onun bütün səviyyələrində disklərdən tutmuş massivlərə, serverin fayllar sisteminə qədər sferanı əhatə edir.

Hal-hazırda CASE texnologiyasından da istifadə olunur. Modelin təsvirinin işlənməsi üçün şərtlər aşağıda verilmiş modulların ardıcıllığı ilə aparılır.

Bu texnologiyanın tərkibinə daxil olan və ona aid proqram modulları bunlardır:

Pchnology, BPWin, ERWin, ModelMart, Paradigm Plus, RPTWin. Eyni zamanda olun avtomatik instrumental hissələri isə layihələndirmə və kod generasiyasını təmin edir. Bu proqram modulları aşağıdakı funksiyaları yerinə yetirir.

BPWin – struktur təşkilatların üçün verilənlərin saxlanılması məqsədilə funksional metodoloçi modelləşdirməni dəstəkləyir və həyata keçirir. Burada həmçinin DFD ( verilənlərin axını üçün paket) paketindən “BPWin”-də istifadə etməklə “sənədlərin dövriyyəsi modelinin işlənməsi” üçün də istifadə edilə bilər.

CASE texnologiyasının vasitəsi olan “ERWin” modulu obyekt və atributların eksportu üçün normallaşdırılmış VB-lər layihələndirməyə imkan verir. Bu modul Power Builder, Access, SQL Server VBİS-ləri özündə inteqrallaşdırır. Əsasən obyektyönlü layihələndirmədə çətin alqoritmlərin reallaşdırılmasında tətbiq edilir. Obyektyönlü layihələndirmə dili olan UML (Unifu Modeling Language-UML) instrumental vasitə olan “Paradigm Plus”-u dəstəkləyir. Proqram məhsulu olan Model Mart “BPWin” və “ERWin” modellərinin işlərini sinxronlaşdırır. Paradigm Plus modulu isə C++ və ya Çava kodlarında yazılan proqramları “ERWin” modulunda generasiya edərək VB yaradır. “Planitium technology” modulu – instrumental monitorinq şəbəkə (ProVision Network Monitor), vasitələrini, server VB-nin təhlilini (SQL Compass), verilənlərin struktur üzrə yoxlanmasını (Test Bytes) və sürətli Web serverlərin təhlilini özündə saxlayır. Beləliklə, CASE texnologiya Avtomatlaşdırılmış mühitdə sahələr üzrə sənədləşmənin yaradılmasını təmin edir.

Lotus Domino – inteqrallaşdırılmış paket olub, verilənlərin saxlanılmasını Avtomatlaşdırılmış şəbəkə üzrə təşkilini həyata keçirir. Bu paket 100 milyona qədər klientləri serverə birləşdirərək, yüksək səviyyədə informasiya mübadiləsini təşkil edir. Lotus Domino özündə məlumatların mübadiləsi üçün elektron poçt xidməti, təqvim və planlaşdırma, təşkilat strukturunun idarə edilməsi üçün inteqrallaşdırılmış mühitdə “gropware” proqram paketini özündə birləşdirir. Ən güclü VBİS-lərdən sayılan “Oracle”-ı tam dəstəkləyir.

Gələcəyin mütəxəssisi müasir hesablama vasitələrinin təlim prosesinə tətbiqini bacarmalıdır. Hazırda müasir EHM-lərin tədris prosesində tətbiqi geniş vüsət almışdır. EHM-in tərkibinə informasiyanın daxil edilməsini, saxlanılmasını, çevrilməsini və nəticələrin verilməsini təmin edən texniki qurğular daxildir.

Son dövrlərdə kompüter təlimindən geniş təcrübə əldə edilmişdir. Ali məktəblərdə tədrisin təşkilində istifadə olunmaq üçün müxtəlif tətbiqi proqramlar işlənib tətbiq edilir. Hazırda müxtəlif funksional məqsədlər üçün öyrədici proqramların yaradılması nəticəsində metodik sahələr inkişaf etdirilir. Pedoqoji və texniki cəhətdən ən optimal variantın tapılması kütləvi tədqiqat tələb edir. Fənn müəllimi belə proqramların tərtib edilməsində çətinliyə rast gələ biləcəyində bu cür proqramlar ümumi proqramlar kitabxanası fondunda olmalı və kütləvi tirajla yerlərə göndərilməlidir.

Ali məktəblərdə tədris prosesi orta məktəblərə nəzərən bir qədər mürəkkəb prosesdir. Əslində yaxşı olardı ki, orta məktəblərdə də tədris prosesində kompüter texnologiyaları və tətbiqi proqramlardan istifadə edilsin. Lakin biz indi bu texnologiyaların ali məktəblərdəki tədris prosesinə tətbiqi haqqında söhbət açacağıq.

  1. EHM-in öyrənilməsi
  2. EHM- köməyilə informasiyanın alınması
  3. EHM vasitəsilə fənnlərin tədrisi.

Ümumiyyətlə, ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir ali məktəb müəllimi öz fənninin tədrisi zamanı öz işini avtomatlaşdırmaq üçün kompüter texnologiyaları və tətbiqi proqramlardan istifadə edə bilər və etməlidir.

  • MicroSoft Office
  • Matlab
  • Corel Draw
  • Photoshop
  • AutoCad
  • Microsoft Procect
  • 1 C
  • Elektron lüğətlər, mətn tərcüməçiləri
  • Lokal və ya qlobal şəbəkələr
  • Uzaq məsafəli tədris (Distance Learning)
  • Terminal Servis

İndi isə gəlin bu sadaladığımız tətbiqi proqram paketləri, kompüter texnologiyaları və onların ali məktəblərdə tədris prosesindəki rolu haqqında ətraflı danışaq.

MicroSoft Office
Ümumiyyətlə, Microsoft Office paketi ayrı-ayrı tətbiq sahəli proqram paketlərindən ibarətdir ki, onların da hər biri ali məktəb müəllimlərinin işində özünəməxsus rol ilə çıxış edir.

MicroSoft Word

Nəinki ali məktəb müəllimləri, ümumiyyətlə hər bir sahənin işçisi özünə lazım olan mətni lazımi formada tərtib etməli olur. Və həmin mətni və mətn daxilində hər hansı cədvəli, şəkli, sxemləri, fiqurları və s.-ni öz istəyinə uyğun tərtib etmək üçün o, kompüterdə istifadə olunan mətn redaktorlarından istifadə edir. Lakin yuxarıda sadaladığım tələbləri və ondan artıq tələbləri yerinə yetirmək üçün ən çox istifadə olunan və istifadə üçün ən rahat olan proqramlardan biri Microsoft Word proqramıdır.

Microsoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da rahat interfeys təqdim edir.

Şəkil 1. MicroSoft Word proqramının əsas pəncərəsi

Ali məktəb müəllimləri də tədris ilə əlaqədar müxtəlif sənədləri tərtibetmək üçün Microsoft Word proqramından istifadə edə bilərlər. Şəkil 1- də Microsoft Word proqramının əsas pəncərəsi göstərilmişdir.

MicroSoft excel

Microsoft Office paketinə daxil olan Microsoft Excel proqramı öz «ağıllı» vasitələri ilə çox istifadəçilərin köməyinə gəlir.

Bildiyimiz kimi, Excel proqramı cədvəl şəkilli verilənlərlə iş aparılması, onlar üzərində müxtəlif standart, yəni demək olar ki, verilənlər üzərində aparıla biləcək bütün əməliyyatlar və ya funksiyalar və həm də qeyri-standart əməliyyatların yerinə yetirilməsi, bu verilənlərin bir-birindən asılılıqlarının qrafik və ya diaqram şəklində qurulması və s. bu kimi əməliyyatların aparalımasını təmin edərək istənilən istifadəçiyə, və ya həmçinin ali məktəb müəllimlərinə bu və ya başqa əməliyyatları çox tez, rahat və effektiv şəkildə yerinə yetirməyə imkan verir.

Şəkil 2. MicroSoft Excel proqramının əsas pəncərəsi

Misal kimi göstərmək olar ki, ali məktəb müəllimləri tələbələrin qiymətləndirilməsi, hansı tələbələrin daha aktiv iştirak etməsini qrafik şəkildə daha əyani görmək üçün Excel proqramında diaqramlardan istifadə edə bilər. Orta qiymətin hesablanması, maksimum və ya minimum qiymətlərin və s.-lərin hesablanmasını həyata keçirə bilər. Şəkil 2-də MicroSoft Excel proqramının əsas pəncərəsi göstərilmişdir.

MicroSoft Power Point

Əlbəttə ki, tədris prosesinin effektivliyi tədris materiallarının tələbələrə daha aydın şəkildə təsvir olunması ilə xeyli artır. Fərdi kompüterlər və tətbiqi proqramlar inkişaf etməzdən əvvəl bu əyaniliyi əldə etmək üçün sinif lövhələrindən, xüsusi kadr şəkilli lentlərdən, böyüdücülərdən, diafilm qurğularından, linqofonlardan və s.-dən istifadə olunurdu.

Lakin bu vasitələr müəllimlər üçün müəyyən çətinliklər yaradırdı. Məsələn, lövhədə hər hansı sxemi hər dəfə çəkmək müəllim üçün eyni işi hər dəfə təkrarən etməyə məcbur edirdi. Əlbəttə ki, lövhələr həmişə lazımdır, amma çox işləri lövhədən istifadə etmədən, əvvəlcədən hazırlayıb təqdim etmək olar.

Və yaxud xüsusi kadr şəkilli lentlərdən istifadəyə gəldikdə, onu demək olar ki, birincisi bu lentləri əldə etmək məsələsi o qədər də asan deyildi, lazımi qurğunun olub-olmaması və ən əsası isə müəllimin bu lentlərdə olan məlumatlarla kifayətlənməyə məcbur olması halları bu vasitələrdən istifadə etməyin effektivliyini xeyli aşağı salır. Bu zaman müəllim lentdə olmayan məlumatları yenidən lövhədə çəkməklə başa salmaq məcburiyyətində qalır ki, bu da müəllimləri eyni işi hər dərsdə təkrarən yerinə yetirməyə məcbur edir.

Böyüdücülərdən istifadə nisbətən daha effektivdir. Çünki bu zaman, misal üçün, əgər hər hansı bir səhifənin izahı zamanı bu səhifədə hər hansı bir sxemdə və ya düsturda dəyişiklik etmək zərurəti meydana çıxıbsa, onda bu səhifədə düzəliş edib və ya bu səhifəni yenidən çəkib növbəti dərsdə istifadə etmək olar. Ancaq bu dəyişikliklər hər dəfə yeni vərəqə çəkmək problemini ortaya çıxarır. Onu da deməliyəm ki, həmin Slide vərəqlərinin qiyməti adi kağız vərəqlərdən 20-25 dəfə bahadır.

Yuxarıda sadaladığım problemlərlə qarşılaşmamaq üçün MS Office paketinə daxil olan MicroSoft Power Point proqramı çox gözəl və rahat vasitədir.

MicroSoft Power Point proqramından istifadə etməklə istənilən şəkildə, istənilən sayda səhifədən ibarət istənilən effektlərlə müxtəlif cür «Təqdimatlar» (Slide-lar) tərtib etmək olar. Bu slide-ların tələbələrə təqdim olunması üçün heç də onların kağız üzərinə çap olunması vacib deyil.

Slide-lar tam ekran rejimində, animasiya kimi, müəyyən səslərlə, başqa proqramların köməyilə yaradılan obyektlərin özünə qoşulmasını dəstəkləməklə öyrətmə və öyrənmə prosesini olduqca asanlaşdırır. Şəkil 3-də MicroSoft Power Point proqramının əsas pəncərəsi göstərilmişdir.

Yalnız onu deməliyəm ki, belə Slide-ların divardan asılmınş plakata böyüdülməsi üçün istifadə olunan qurğu – «Projector» – un qiyməti nisbətən bahalıdır. Lakin mən bilən ali məktəblərin büdcəsi imkan verir ki, hər kafedraya heç olmazsa 2 ədəd Projektor qurğusu verilsin.

Şəkil 3. MicroSoft Power Point proqramının əsas pəncərəsi

MicroSoft Access

Ümumiyyətlə desək, bütün idarələrdə və təşkilatlarda əvvəlki kağız üzərində arxivlərdə saxlanılan versiyaların kompüterdə reallaşdırılması çox vacib məsələlərdən biridir. Əlbəttə ki, bu, informasiyanı tez və operativ surətdə əldə etmək işini olduqca asanlaşdırır. Deyilənləri kompüterdə reallaşdırmaq üçün VB texnologiyasından istifadə olunur. Ümumiyyətlə, VB texnologiyasında verilənlərin müxtəlif modellərindən istifadə olunur.

Bu modellər haqqında çox geniş danışmayıb, sadəcə onu deyəcəm ki, son zamanlar ən geniş istifadə olunan model -relyasiya modelidir. Verilənlər bazalarını idarə etmək üçün məşhur firmalar tərəfindən müxtəlif cür Verilənlər Bazalarını İdarəetmə Sistemləri (VBİS) yaradılmışdır.

Belə VBİS-lərdən biri də Microsoft şirkəti tərəfindən yaradılmış və MicroSoft Office paketinin tərkibinə daxil edilmiş Microsoft Access proqramıdır.

Microsoft Access proqramı verilənlər bazası ilə işləmək üçün istifadəçilərə tam alətlər dəstini təqdim edir. Bu proqramdan hətta verilənlər bazasının prinsipi və qurulma qanunauyğunluqlarını bilməyən istifadəçilər belə çox rahat yararlanaraq, öz tələblərinə uyğun cədvəllərdən ibarət verilənlər bazası yarada bilərlər.

  • Tələbələr haqqında verilənlər bazası
  • Öz kitabxanasında olan kitablar haqqında verilənlər bazası
  • Öz fənnini, ixtisasını əhatə edən verilənlər bazaları və s.

Şəkil 4. MicroSoft Access proqramının əsas pəncərəsi

MicroSoft FrontPage

MicroSoft FrontPage proqramı bildiyimiz kimi HTML sənədləri yaratmaq üçün alətlər ilə zəngin tətbiqi proqram paketidir. Əslində MicroSoft FrontPage proqramı müəllimlərin işində nisbətən az rol oynayır. Bu proqram çox vaxt WEB DESIGN sahəsi ilə məşğul olan mütəxəssislərə lazım ola bilər.

Üstün cəhəti odur ki, HTML dilindən heç xəbəri olmayan belə, istifadəçi bu proqramın köməyilə çox asanlıqla sadə WEB-sənəd yarada bilər. Ali məktəb müəllimlərinin işində bu proqramın rolu kimi misal üçün onu demək olar ki, qiyabi şöbədə oxuyan tələbələr müəllimin yaratdığı bu sayta İnternet şəbəkəsi vasitəsilə qoşula bilər və lazımi dərsləri buradan oxuya bilərlər.

Şəkil 5-də MicroSoft Front Page proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 5. MicroSoft Front Page proqramının əsas pəncərəsi

MicroSoft Outlook

Əlbəttə ki, son 10 ildə İNTERNET şəbəkəsinin inkişaf etməsilə əlaqədar Elektron poçt xidmətinin yaranması və inkişafı bu xidməti çox geniş, bəlkə də dünyəvi istifadəçi auditoriyası üçün bir növ adi telefon xidməti kimi lazımi vasitəyə çevirmişdir. Elektron poçt xidmətini təqdim edən ayrıca saytlar – poçt serverləri və tətbiqi proqramlar yaradılmışdır.

Belə tətbiqi proqramlardan biri də MicroSoft Outlook proqramıdır.

Əlbəttə, bu proqramın və E_mail xidmətinin müəllim və tələbələr arasındakı informasiya mübadiləsində rolu çox böyükdür.

Bunu bayaq söhbət açdığım qiyabi şöbədə oxuyan tələbələrə aid etsəm daha da qiymətli vasitə kimi qeyd etmək olar.

Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi

Dəqiq elmlər ilə məşğul olan mütəxəssislər – müəllimlər və ya tələbələr riyazi məsələlərin həlli, modelləşdirmə və s. bu kimi problemlərlə tez-tez rastlaşırlar. Belə problemlərin həlli yuxarıda qeyd etdiyim EXCEL proqramına nisbətən daha da professional şəkildə MATLAB proqramı tərəfindən təqdim olunan alətlər ilə təmin olunur.

MATLAB proqramının özünə məxsus funksiyaları var ki, modelləşdirmə məsələlərinin həllində onlardan istifadə – istifadəçinin işini olduqca asanlaşdırır.

Əlbəttə ki, ən çox dəqiq elmlərdən dərs deyən müəllimlər öz fənnlərinə aid laboratoriya, praktiki və kurs işlərinin həllində MATLAB proqramından istifadə etmək üçün tələbələrə bu proqramı öyrənməyi məsləhət görməlidirlər.

Əslində bu proqramın tədris prosesi ilə heç bir əlaqəsi yoxdur. Amma buna baxmayaraq ayrılıqda bu proqram çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.

Corel Draw proqramı istifadəçinin öz istəyinə uyğun şəkillərin, fiqurların çəkilməsi onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün unikal bir proqram təminatıdır. Şəkil 7 – də Corel Draw proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 7. Corel Draw proqramının əsas pəncərəsi

Adobe Photoshop

Corel Draw proqramı kimi Adobe Photoshop proqramı da tədris prosesi ilə o qədər də əlaqəsi olan proqram deyil. Amma buna baxmayaraq ayrılıqda bu proqram da çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.

Adobe Photoshop proqramı şəkil formatlı sənədlərlə işləmək üçün əvəzolunmaz vasitədir. Bu proqramın köməyilə fotomontaj işlərini böyük müvəffəqiyyətlə yerinə yetirmək olar.

AutoCad tətbiqi proqram paketi çertyojların çəkilməsi, onlar üzərində müxtəlif əməliyyatların aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi üçün çox gözəl vasitədir. Bundan əlavə, AutoCad proqramının köməyilə üç ölçülü fəzada yerləşən müxtəlif fiqurları çəkmək, onların muxtəlif müstəvilərdə kəsiyini və proyeksiyasını vermək və s əməliyyatları yerinə yetirmək olar.

AutoCad proqramından, adətən konstruktorlar, mexaniklər və bir də Rəsmxətt, Tərsimi həndəsə, Maşın mexanizmləri nəzəriyyəsi, Maşınqayırma və s. bu kimi ixtisaslar üzrə ixtisaslaşmış mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr tez-tez istifadə edib, yararlanırlar. Şəkil 8 – də AutoCad proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 8. AutoCad proqramının əsas pəncərəsi

MicroSoft Project

MicroSoft Project proqramı əsasən Biznes, İdarəetmə, Menecment və s. bu kimi ixtisas müəllimlərinə lazım ola biləcək proqram kimi qeyd oluna bilər.

Bu proqramın köməyilə biznes planlar, iş cədvəlləri yaratmaq mümkündür. Əlbəttə ki, bunun tədris prosesinə o qədər də aidiyyatı olmasa da yuxarıda sadaladığım ixtisaslar üzrə dərs deyən müəllimlər və ixtisas alan tələbələr öz dərsləri zamanı bu proqramdan yararlana bilərlər. Şəkil 9 – da MicroSoft Project proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 9. MicroSoft Project proqramının əsas pəncərəsi

Ümumiyyətlə, 1C proqramlar paketi bir neçə tətbiqi proqramlardan təşkil olunmuşdur:

  • 1S Buxqalteriə
  • 1S Predpriətiə
  • və s.

Elektron lüğətlər, mətn tərcüməçiləri

və s. kimi tətbiqi proqramlar

Əlbəttə ki, istənilən sahə üzrə işləyən hər bir şəxs hər hansı dildə hər hansı sözün tərcüməsini öyrənməli olur. Əvvəllər bundan ötru xüsusi lüğət kitablarının istifadəsi çox geniş yayılmışdır. Lakin bu kitablarda hər hansı sözün axtarılması bir qədər yorucu olur. Hələ hər hansı mətnin tərcüməsindən danışsaq bu doğrudan da insanların işçi qüvvəsini aşağı salacaq qədər yorucu ola bilər.

Buna görə də fərdi kompüterlərin inkişaf etməsilə yanaşı müxtəlif tətbiqi proqramların yaradıldığı kimi müxtəlif firmalar tərəfindən elektron lüğətlər də yaradılmışdır. Belə lüğətlərə misal kimi rusların düzəltdiyi «Slovarğ» lüğətini, Abbey şirkətinin yaratdığı Abbey Lingvo elektron luğətini və s.-ni göstərmək olar.

Şəkil 10. Abbey Linqvo proqramının əsas pəncərəsi

Artıq mətnlərin tərcüməsindən danışdıqda isə bu məsələnin necə də yorucu olduğu daha aydın nəzərə çarpır. Mətnlrin tərcumə olunması üçün də müxtəlif tətbiqi proqramlar işlənib hazırlanmışdır. Bunlara misal kimi «Sokrat», «Prompt», «Magic Gooddy » və s.-ni göstərmək olar.

Bunlardan başqa bu proqramları işləyib hazırlayan firmaların rəsmi saytlarında da sözlərin, mətnlərin, hətta WEB Site-ların da tərcüməsi nəzərdə tutulmuşdur. Şəkil 10- da Abbey Linqvo proqramının əsas pəncərəsi göstərilmişdir.

Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. – презентация

Презентация на тему: ” Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda.” — Транскрипт:

1 Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda

2 TP AIS Proqram t ə minatı Riyazi t ə minat İnformasiya t ə minatı Texniki t ə minat Ümumsistem v ə T ə şkilati h ə ll ə r Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS) layihəsinin tərkibi

3 Ümumsistem və Təşkilati həllər Ümumsistem həlləri – AİS-in layihələndirilməsində qəbul edilən həllərin əsaslandırılmasından, iqtisadi effektivliyin təyin edilməsindən, obyektdə AİS-in tətbiqetmə hazırlığından və istismar prosesində onun vəziyyəti haqqındakı məlumatlardan ibarət olur. Bunlardan başqa ümumsistem həllərin tərkibinə AİS-in təyinatı, AİS-in izahatı, obyektin idarəetmə sistemində AİS-in yeri və digər idarəetmə sistemləri ilə AİS-in əlaqəsi kimi sistem həlləri daxildir.

4 TP AİS-in təşkilati həlləri – TP AİS-in operativ personalının funksiyaları üçün qayda və qanunlardan, həmçinin texnoloji proseslərin təhlükəsiz aparılması və avtomatlaşdırılmış idarəetmə sisteminin müvəffəqiyyətlə tətbiq edilməsi barəsində sənədlər yığımından ibarətdir. Bu sənədlərə misal olaraq aşağıdakıları qeyd etmək olar: TP AİS-in istismar edilməsi üçün istehsalatın texnoloji reqlamenti; Avtomatlaşdırılmış texnoloji kompleksin funksional, təşkilati və texniki strukturu; TP AİS-in normal funksionallaşması üçün texnoloji və operativ personalın işə çıxma cədvəlləri və vəzifə təlimatları; Texnoloji aqreqatların işə salınması və dayandırılması təlimatları; TP AİS-in işi haqqında personalın öyrədilməsi; Texniki təhlükəsizlik qaydaları.

5 Texniki təminat. Texniki təminat – TP AİS-in bütün funksiyalarının yerinə yetirilməsini, həmçinin işçi personalın texnoloji proseslərlə və sistemin texniki vasitələri ilə qarşılıqlı əlaqəsini təmin edən texniki vasitələr kompleksidir. TP AİS-in texniki təminatının tərkibinə aşağıdakılar daxildir: İnformasiyanın toplanması vasitələri (vericilər, sayğaclar, siqnalizatorlar, əl ilə daxil etmə qurğuları); İcra mexanizmləri (siyirtmələr, klapanlar. ); Proqramlaşdırılan məntiqi kontrollerlər (PLC); Operator stansiyaları (komp.); Mühəndis stansiyaları; Serverlər; Operator panelləri; Proqrammatorlar; Şəbəkə adapterləri; Tezlik çeviriciləri; Əlaqə kabelləri; Son vəziyyət açarları; Tablo; Səs və işıq siqnalizasiya qurğuları və s.

6 TP AİS-in texniki təminatı özündə onun bütün funksiyalarını həyata keçirməyə imkan verən texniki vasitələrin tam yığımını cəmləşdirir. Texniki vasitələr kompleksinin tərkibinə hesablayıcı və idarəedici qurğular; məlumatların alınması (vericilər), çevirilməsi, saxlanılması, əks etdirilməsi və qeyd olunması (siqnallar) vasitələrini; siqnalların ötürülməsi və icra mexanizmləri qurğuları daxildir.

7 İnformasiya təminatı. TP AİS-in informasiya təminatı özündə aşağıdakıları birləşdirir: – Sistemin istismarı və ya yaradılması prosesində istifadə olunacaq ilkin verilənlər; – Sonrakı emal prosesləri üçün real zaman ərzində verilənlər bazasında saxlanılan aralıq verilənlər, verilənlər bazasının strukturu; – Avtomatlaşdırılmış iş yerində monitorlarda, tablolarda və operator panellərində vizual əks olunan və icra mexanizmlərində realizə olunmaq üçün ötürülən çıxış verilənləri; – İstifadəçi tərəfindən kağız və yaxud elektron şəkildə ötürülən məlumatlar; – Giriş və çıxış sənədlərinin (elektron və ya kağız) qəbul edilmiş formaları; – İnformasiyanın qəbul edilmiş kodlaşdırma sistemi; – Verilənlərin elektron arxivi.

8 Riyazi təminat. TP AİS-in riyazi təminatı layihələndirmə mərhələsində və TP AİS-in istismarı prosesində istifadə olunan müxtəli məsələlərin həlli üçün alqoritmlər və riyazi modellər yığımından ibarətdir. Riyazi təminata aşağıdakılar aiddir: – İdarəetmə obyektlərinin riyazi modelləri; – Siqnalların filtrasiya üsulları; – Tənzimləmə və idarəetmə alqoritmləri; – İntellektual idarəetmə alqoritmləri; – Diaqnostik alqoritmlər və s.

9 Proqram təminatı TP AİS-in proqram təminatı onun bütün rəqəm texniki vasitələr kompleksinin (kontrollerlər, serverlər, fəhlə və mühəndis stansiyaları, proqrammatorlar, operator panelləri) funksionallaşmasının realizasiyası üçün lazım olan proqramlar yığımıdır. Proqram t ə minatı Ümumi proqram t ə minatı Xüsusi proqram t ə minatı

10 TP AİS-in ümumi proqram təminatı hesablama texnikasının vasitələri ilə birlikdə verilir və əməliyyat və SCADA sistemlərindən, kontrollerlərin proqramlaşdırılması üçün proqram paketlərindən, kompilyatorlardan və redaktorlardan ibarət olur. TP AİS-in ümumi proqram təminatı konkret avtomatlaşdırma obyektinə bağlı olmur, texniki vasitələr kimi buraxılır.

11 TP AİS-in xüsusi proqram təminatı (tətbiqi proqramlar) konkret TP AİS üçün yaradılır. Buraya idarəetmə və informasiya emalı kimi müəyyən funksional məsələləri realizasiya edən kontrollerlər üçün proqramlar, konkret texnoloji prosesin verilənlərinin arxivləşdirilməsi, əks etdirilməsi (vizualizasiyası)üçünSCADA mühitində generasiya olunmuş proqramlar aiddir. (Supervisory Control And Data Acquisition – диспетчерское управление и сбор данных-verilənlərin toplanması və dispetçer idarəsi) Xüsusi proqram t ə minatı (t ə tbiqi proqramlar) Kontroller s ə viyy ə sinin proqram t ə minatı (aşağı s ə viyy ə nin PT) SCADA funksiyalı proqram t ə minatı (Yuxarı s ə viyy ə nin PT)

12 İş təcrübəm zamanı ( illər) işlədiyim müəssisələrdə: (NORD İB, Neftqazavtomat EİM (Müdafiə Sənayesi Nazirliyi) Neftqazelmitədqiqatlayihə İnstitutu (SOCAR), NÖC və Avtomatika Şirkəti) Avtomatlaşdırma, informasiya texnologiyaları və cihazqayırma sahəsində aşağıdakı istiqamətlər üzrə aparılan işlərdə iştirak etmişəm: 1) Neft və qaz sənayesində texnoloji proseslər üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS) layihələndirilməsi. 2) PLC – proqramlaşdırılan məntiqi kontroller bazasında özəl avtomatik idarəetmə sistemlərinin (AİS) yaradılması və tətbiqi. 3) Aparat səviyyəsində işləmələr (mikrokontroller bazasında yeni cihaz və qurğuların işlənməsi):

13 İşin məzmunu: Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsi üçün nəzərdə tutulmuş PLC bazasında avtomatlaşdırılmış nəzarət və idarətmə sistemi üçün – IEC standartında PLC-nin və Dispetçer səviyyəsində avtomatlaşdırılmış iş yeri üçün SCADA funksiyalı proqram təminatının işlənməsi, sazlanması və obyektdə tətbiqi Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsində 5 quyuluq monifold sisteminin artırılaraq genişləndirilməsi (sif layihəsi) obyektində quraşdırılmış Dispeçer nəzarət və idarəetmə sisteminin dispetçer səviyyəsi üçün proqram təminatına aşagıdakı funksiyaların yerinə yetirilməsi daxildir : -şleyf xətlərinin sonunda quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericilərindən -köhnə qazpaylama sisteminə əlavə olunan 5 quyuluq manifold sisteminə quraşdırılmış NÖC avadanlıqlarından (elektromaqnitli kəsici klapanları idarə edən 5 ədəd təzyiq vericiləri, klapanlardan sonra quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericiləri), -mövcud 14 quyuluq manifold sistemində quraşdırılmış 14 ədəd təzyiq vericiləri və 14 ədəd temperatur vericilərindən,

14 -TS tədqiqat separatorunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, səviyyə vericisindən, kondensat çıxış xəttində quraşdırılmış 2 ədəd kariolis tipli sərfölçən, elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericiləri və 1 ədəd temperatur vericilərindən, -3 ədəd S1, S2, S3 separatorlarının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən,hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmışelektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -4 ədəd T1, T2, T3, T4tozuducularının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmış elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -5 ədəd MT1, MT2, MT3, MT4, MT5 maye tutum blokunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, maye tutumlarının hər birində quraşdırılmış səviyyə vericilərindən,

15 – ŞS- şam separatoru üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, – DT -drenaj tutumu üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, -MB- metanol bloku üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən -7 ədəd FLOWBOSS-107 tipli sərfölçənlərdən (Təzyiq, təzyiqlər fərqi, temperatur, ani sərf, sutkalıq sərf və s.) daxil olan informasiyanı qəbul etmək, məlumatlar bazasına yazmaq, real zaman ərzində emal etmək və istifadəçi üçün lazım olan informasiyanı qrafik şəkildə, cədvəl şəklində monitorda əks etdirmək və çap etmək, NÖC avadanlıqlarına əmrlər göndərmək, həm mövcud, həm də əlavə edilmiş qazpaylama sistemində baş vermiş qəzalar və digər cari hadisələr haqda hesabat tərtib etmək üçün nəzərdə tutulub. Növbəti slaydlarda Qaradağ YQA-da tətbiq olunmuş avtomatik idarəetmə sisteminin obyektdə çəkilmiş çəkli və texnoloji proses üçün işlənmiş SCADA funksiyalı proqram təminatının əsas pəncərəsi təsvir olunub. Bu pəncərə vasitəsi ilə operator bütün texnoloji prosesə nəzarət edə bilir. Saniyədə bir intervalla Mitsubishi şirkətinin Melsec Q seriyalı PLK-dən alınan informasiyanı emal edilərək istifadəçi interfeysində əks olunur. (Yəni NÖC göstəriciləri hər saniyə yenilənir). Operator klapanları idarə edən vericilərin göstəricilərinə nəzarət etməklə yanaşı, onların qəzadan öncə siqnallamasını da müşahidə edə bilir. Həmçinin klapanları idarə edə bilər.

16 İstifadəşiyə həm nəzarət olunan, həm də siqnalizasiya olunan parametrlərin minimum və maksimum sərhədlərini dəyişmək, idarə olunan klapanların avtomatik nəzarətinə icazə və ya qadağa qoyulması imkanı verilir. Bu məqsədlə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

17 Texnoloji prosesin avtomatik nəzarəti və idarə olunması zamnı baş verən hadisələr və operator tərəfindən olan müdaxilələr verilənlər bazasında (SQL serverdə) xronoloji ardıcıllıqla qeyd olunur və istifadəçiyə cədvəl şəkliddə təqdim edilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

18 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin qrafik şəkildə istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

19 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin verilənlər bazasında saxlanması və cədvəl şəklində istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

20 Qaradağ YQA-da 4ədəd mövcud və 3 ədəd yeni əlavə edilmiş Floboss -107 tipli sərfölçəndən (19- ədəd quyu və iki ədəd KS-1, KS-2 ayrılmış xətt üzrə) daxil olan qazın təzyiqinin, temperaturun, təzyiqlər fərqinin, anı, saatlıq, sutkalıq, ötən günün sərfinin hesablanması və istifadəçiyə cədvəl və qrafik şəkildə göstərilməsi məqsədilə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

21 İstifadəşiyə NÖC avadanlıqlarının xarakteristikalarının minimum və maksimum sərhədlərini daxil etmək və ehtiyac olarsa dəyişmək mkanı verilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

22 Analoq vericilərin yoxlanılması

23 Dərin dəniz özüllərində (DDÖ) və stasionar dəniz özüllərində (SDÖ) layihələndirmənin NÖC və avtomatika hissəsinin yerinə yetirilməsi : -Texnoloji hissə üçün NÖC və Avtomatika -avtomatik yanğından müdafiə və qaz təzahürünə nəzarət sistemləri, -avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri və video-müşahidə sistemlərinin layihələndirilməsi əsasında aparılır. Layihələndirmənin Avtomatıaşdırma hissəsi bir qayda olaraq aşağıdakı hissələrə ayrılır: Neft quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1. özüllərin neft quyularının yığım sistemi 2.seperasiya sistemi 3.qazlift qazının neft quyularına paylanması sistemi 4.drenaj sistemi 5.nəql sistemi kimi əsas tərkib hissələrinə, Qaz quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1.özüllərin qaz quyularının yığım sistemi 2.seperasiya 3. nəql sistemi kimi əsas tərkib hissələrindən ibarət ola bilər. Özülün lokal AİS-lərində texnoloji parametrlərə nəzarət və müvafiq icra mexanizmlərin idarəedilməsi ən müasir NÖC və Avtomatika avadanlığı, PLC bazasında idarəetmə sistemləri vasitəsi ilə həyata keçirilir. Özülün lokal AİS-ləri inteqrasiya olunaraq Mərkəzləşmiş məlumat-nəzarət və idarəetmə sistemi şəklində birləşdirilir. Layihələndirmə işləri normativ sənədlərdə (ГОСТ , ГОСТ , СНиП , ПБ ) göstərilən tələblərə, Sifarişçilərin istəyi ilə bir çox layihələr (xüsusən avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin layihələndirilməsi) beynəlxalq standartalrın (ATEX, API, NFPA, IEC 61508, IEC 61511, IEC 61131) tələblərinə uyğun olaraq aparılır.

24 Neft quyularının abadlaşdırılması üçün istifadı olunan ə sas qurğulardan aşağıdakıları göst ə rm ə k olar: «OZNA Vx» qurğusu–neft quyularının debitinin (hasilatının) ölçülməsi üçün nəzərdə tutulub. Seperasiyasız texnologiya əsasında işləyən «OZNA Vx» çoxfazalı ölçü qurğusu olub «OZNA» və «Şlyumberje» şirkətləri tərəfindən işlənmişdir. Avtomatik qazpaylayıcı qurğu URQ- L neftqazçıxarma müəssisələrində işçi aqentin (qazın) qazlift quyularına vurulması və qazın sərfinə nəzarıətin, qeydiyyatının təmin edilməsi üçün istifadə olunur. 24 из 54

25 DIQQ Ə TİNİZ Ə GÖR Ə ÇOX SAĞ OLUN.

Comments are closed, but trackbacks and pingbacks are open.