Fərdi kompüterlərin aparat təminatı
78 məsələn, 15-i 5 və 3 kimi 2 vuruğa ayırmaq kimi
Informasiyanin yaddaşda təsviri
Tam ədədlər – müsbət və ya mənfi işarəli nöqtəsiz ədədlərdir. Bu ədədlər verilənlər kanalının genişliyindən asılı olaraq müxtəlif kompüterlərdə müxtəlif mərtəbəli ikilik ədədlər kimi təsvir olunurlar. Burada mərtəbə şəbəkəsinin soldan 0-cı mərtəbəsində ədədin işarəsi yazılır: müsbət işarə 0, mənfi işarə isə 1 kimi təsvir edilir. Qalan mərtəbələrdə isə tam ədədin ikilik kodu yazılır.
16 mərtəbəli kompüterlərdə təsvir oluna bilən tam ədələrin diapazonu belədir: – 32768 : + 32767
Sabit nöqtəli ədədlər də tam hissəni kəsr hissədən ayıran nöqtənin yeri əvvəlcədən (kompüter layihələndirilərkən) birdəfəlik qeyd olunur və məsələlərin həll prosesində dəyişilmir. Ədədin işarəsi tam ədədlərdə olduğu kimi yazılır. Əməliyyatların icra vaxtını azaltmaq məqsədilə sabit nöqtəli formada yalnız 1-dən kiçik ədədlər təsvir olunur, yəni nöqtənin yeri ədədin işarəsindən bilavasitə sonra təyin olunur və nöqtə işarəsi aşkar şəkildə yazılmır.
Sabit nöqtəli forma ilə işləyərkən hesablama prosesi zamanı verilənlərin, aralıq və son nəticələrin qəbul olunmuş diapazondan kənara çıxması tələb olunur. Əks halda mərtəbə şəbəkəsinin dolub-daşması baş verər ki, bu isə yanlış nəticələrə səbəb olar. Odur ki, daha çox ədədlərin sürüşən nöqtəli təsvir formasından istifadə olunur.
Sürüşən nöqtəli ədəd belə təsvir olunur:
Burada, m- ədədin mantissası, q – say sisteminin əsası, p – tərtibdir.
Kompüterdə sürüşən nöqtəli ədədin birmənalı təsvirini almaq üçün ədəd normalaşdırılır. Normallaşdırılmış ədəddə mantissa aşağıdakı şərti ödəməlidir:
Belə ki, 12,5 ədədinin normallaşdırılmış forması 0,125 x 10 2 -dir.
Şəkildən də göründüyü kimi 32 mərtəbəli kompüterlərdə mantissa üçün 24 mərtəbə, tərtib üçün isə 8 mərtəbə ayrılır. Tərtibin qiyməti üçün ayrılan 7 mərtəbədə ±127 diapazonunda onluq ədəd yazıla bilər ki, bu da istənilən qədər kiçik və böyük ədədlərin təsviri üçün tam kifayət edir.
İkilik say sistemində ədədlərin kompüterdə saxlanması və onların üzərində müxtəlif əməliyyatların aparılması üçün 3 koddan istifadə olunur: düz, əks və əlavə.
Düz koddan işarəli ədədin yaddaşda təsviri üçün istifadə olunur. 0 və müsbət ədədlərin düz kodu ədədin qiymətinin qarşısında 0, mənfi ədədlərin düz kodu isə ədədin qiymətinin qarşısında 1 yazmaqla əldə edilir:
X(2) = +101010 [X]d üz = 0101010
X(2) = – 110111 [X]düz = 1110111
Eyni işarəli ədədlərin düz kodda toplanması sadə üsulla aparılır: ədədlər toplanır və cəmə toplananın işarəsi mənsub edilir. Lakin müxtəlif işarəli ədədlərin toplanması çətin başa gəlir.
Çıxma əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə çıxma əməli toplama əməlinə gətirilib çıxardılır. Xüsusi kodlar kimi əks və əlavə kodlardan istifadə olunur. Müsbət ədədin xüsusi kodu onun düz koduna bərabər olur.
Mənfi ikilik ədədin əks kodunu almaq üçün işarə mərtəbəsini dəyişmədən digər mərtəbələrdəki sıfırları birlərlə, birləri isə sıfırlarla əvəz etmək lazımdır. Əks koddan düz koda keçid üçün də bu qaydadan istifadə olunur.
X(2) = +101010 [X]əks = 0101010
X(2) = – 110111 [X]əks = 1001000
Mənfi ikilik ədədin əlavə kodunu almaq üçün onu əks koda çevirib, ən kiçik mərtəbəyə bir əlavə etmək lazımdır.
X(2) = +101010 [X]əlavə = 0101010
X(2) = – 110111 [X]əlavə = 1001001
Xüsusi kodlarla təsvir olunan ikilik ədədləri toplayanda ədədlərin rəqəmləri ilə yanaşı işarələri də əməliyyatda iştirak edirlər.
Əks koddan istifadə etdikdə, əgər yuxarı mərtəbədən köçürmə alınarsa, o nəticənin kiçik mərtəbəsi ilə toplanır. Əlavə koddan istifadə etdikdə isə köçürülən vahid nəzərə alınmır.
Fərdi kompüterlərin aparat təminatı
Müasir fərdi kompüter elektron mikrosxemlər üzərində qurulmuş, ixtiyari növ informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsi üçün yaradılmış sistemdir.
Sadə istifadəçilər adətən fərdi kompüterlərlə işlədiklərindən, burada əsasən fərdi kompüterdən bəhs ediləcəkdir.
İntel firmasının prosessorları bazasında yaradılmış fərdi kompüterlər daha geniş yayılmışdır.
Son zamanlar çəkisi 2-2,5 kq olan daşınar fərdi kompüterlər – noutbuklar sürətlə yayılmaqdadır.
A par a t tə m in a tı d e d ik də, ko m p ü teri t ə ş k i l e d ə n və on u ş ə b ə k ə y ə q o ş an bü t ü n a v a d a n l ı q lar ç o x lu ğu ( k o m p ü ter ― d ə m iri‖ – h ar dw a r e ) nə z ər d ə tu t u l u r.
Aparat təminatına, ilk növbədə, prosessor, ana plata və onun əsas mikrosxemləri, yəni kompüterin bütöv arxitekturasını müəyyən edən çipsetlər 80 , əsas operativ yaddaşın mümkün tipləri, videokart, disk qurğuları, monitor, printer və digər periferiya qurğuları aiddir.
Hər bir fərdi kompüter istifdəçisi texniki vasitələr və onların inkişaf tarixi barədə kifayət qədər dərin biliyə malik olmalıdır.
Fərdi kompüterlərin bütün komponentləri son dərəcə böyük sürətlə təzələnməkdədir. Son illərdə stolüstü kompüterlər və noutbuklar üçün çoxnüvəli prosessorlar, yaddaşla, video altsistemlə, sərt disklərlə yüksək sürətli iş təmin edən yeni şinlər, qiqabitlik naqilli və naqilsiz şəbəkələrlə işləmək üçün inteqrasiya edilmiş kontrollerlər yaradılmışdır.
78 məsələn, 15-i 5 və 3 kimi 2 vuruğa ayırmaq kimi
80 Çipset (chipset) – ana platada mikrosxemlər yığımı olub, prosessorun yaddaşla və xarici qurğularla işləməsini təmin edir.
Maye-kristallik monitorlar elektron-şüa borulu monitorları sıxışdırıb bazardan çıxarmışdır.
Ev kompüterinin yeni konsepsiyası irəli sürülmüşdür ki, bu da faktiki olaraq, təkcə DVD-disklərlə işləməklə kifayətlənməyən, yüksək keyfiyyətli çoxkanallı audiosistemi olan, İnternetdən radio televiziya translyasiyalarını qəbul edən, həmçinin, FM və TV- tünerlərlə təchiz edilmiş mediamərkəzdir.
Kompüterin aparat təminatı və onun son nailiyyətləri barədə dərin biliyə malik olanlar mənəvi cəhətdən köhnəlmiş texnikanı yaxşı tanıyırlar.
İntel mikroprosessorunun prinsipial sxeminə: hesab-məntiq qurğusu, idarəedici blok, ilkin seçim bloku, registrlər bloku, dekodlaşdırma bloku, keş-verilənlər, şinlər bloku, əmrlər üçün keş-yaddaş, giriş və çıxış blokları daxildir.
Mərkəzi prosessorun iş prinsipini belə təsəvvür etmək olar: emala daxil olan informasiya ilkin seçim blokunun idarəsi altında sistem yaddaşından şinlər bloku vasitəsilə prosessorun keş-verilənlərinə, əmrlər isə əmrlər üçün olan keş-yaddaşa ötürülür. Dekodlaşdırma bloku əmrlərin kodunu açıb, 2-lik koda çevirir və idarəedici bloka və keş-yaddaşa icraya göndərir. Hesab-məntiq qurğusu əmrə uyğun əməlləri icra edib alınmış nəticələri registrlər blokuna ötürür. Sonra registrlərin məzmunu sistem yaddaşına və ya xarici qurğulara ötürülür.
Kompüterin iş prinsipi
Kompüter 2-lik say sistemində təsvir edilən rəqəmlərlə işləyir. Bu da, 10 -luq say sistemi kimi, mövqeli say sistemidir. Tam ədədi 10-luqdan 2-liyə keçirmək üçün ardıcıl bölmədən, kəsr ədədi 10-luqdan 2-liyə çevirmək üçün isə ardıcıl vurmadan istifadə edilir. 2-lik ədəd sağdan-sola üç-üç qruplaşdırıldıqda 8-lik say sisteminin ədədləri alınır. 2 -lik rəqəm yaddaşda 1 bit yer tutur. 8 mərtəbəli 2 – lik ədəd 1 bayt yaddaş tutur. 1024 bayt 1 kilobayt, 1024 kilobayt 1 meqabayt, 1024 meqabayt 1 qiqabayt, 1024 qiqabayt 1 terabayt təşkil edir və s.
İnformasiya kompüter yaddaşında rəqəm formasında saxlanır. Yəni, rəqəm olmayan informasiya 81 da rəqəmə çevrilir. Buna kodlaşdırma deyilir.
81 mətn, şəkil, səs və s.
Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi yüzlərlə meqabayt təşkil edir.
Kompüterdə ədədi, mətni və məntiqi verilənlər fərqləndirilir. Mətni verilənlər dedikdə, simvolların xətti ardıcıllığı nəzərdə tutulur. Simvollar nömrələnir (kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər simvol 1 bayt yer t utur.
Hal-hazırda 128 simvolluq (0-dan 127-dək) ASCII (American Standard Code for Informational Interchange) standart kodundan istifadə edilir. Milli əlifbalar 128-255 arasında nömrələnir. Mətni düzgün oxumaq üçün mətn drayverləri vardır.
Məntiqi verilən 2 qiymət (0 və 1) alır. 0-yalan, 1- gerçək. Məntiqi verilən 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 2 – lik rəqəmlərə çevrilib saxlanır.
Comments are closed, but trackbacks and pingbacks are open.