Məqalələrin kataloqu
IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir(FK – PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması istiqamətində işlər də aparılır.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
İnformatika
İnformatika kompyuterlərdən və şəbəkələrdən istifadə etməklə bağlı olan yeni informasiya sənayesi sahəsidir. “İnformatika” fənn və elmi istiqamət kimi kompyuterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.
İnformatika üzrə
Ən çox işlənən
UNİVERSAL_KURS_
Etiketlər
- Başqa etiket yoxdur.
Magistratura Sınaq İmtahanı – N2
(4.6)
Ətraflı
- 25 sual – İngilis dili
- 25 sual – İnformatika
- 50 sual – Məntiq
Pulsuz – Bax
(4.6)
UNİVERSAL_KURS_
Ətraflı
- 10 sual – Kurikulum
Pulsuz – Bax
Magistratura Sınaq İmtahanı – N1
(4.4)
Ətraflı
- 25 sual – İngilis dili
- 25 sual – İnformatika
- 50 sual – Məntiq
Pulsuz – Bax
informatikadan sınaq imtahanı 2
(4.7)
İNFOMER Təhsil Mərkəzi
Ətraflı
- 10 sual – informatika
Pulsuz – Bax
VII Sinif.Bilik Yarışı-1
1 saat 30 dəqiqə
(3.6)
Ətraflı
- 15 sual – Azərbaycan dili
- 15 sual – İngilis dili
- 20 sual – Riyaziyyat
Pulsuz – Bax
(4.3)
UNİVERSAL_KURS_
Ətraflı
- 20 sual – Kurikulum
Pulsuz – Bax
İnformatika | MİQ ÜSİ 10 | 2022
(4.5)
MHM Tədris Mərkəzi
Ətraflı
- 40 sual – Informatika
- 20 sual – Metodika
Pulsuz – Bax
İnformatika | MİQ ÜSİ 16 | 2022
(4.4)
MHM Tədris Mərkəzi
Ətraflı
- 40 sual – İnformatika
- 20 sual – Metodika
Pulsuz – Bax
İnformatika | MİQ ÜSİ 18 | 2022
(3.8)
MHM Tədris Mərkəzi
Ətraflı
- 20 sual – Metodika
- 40 sual – İnformatika
Pulsuz – Bax
İnformatika | MİQ ÜSİ 12 | 2022
(4.5)
MHM Tədris Mərkəzi
Pulsuz – Bax
Sınaq 2 abituriyent
(5.0)
Bahar Mustafazadə
Ətraflı
- 25 sual – İnformatika
1 saat 30 dəqiqə
(5.0)
Züleyxa Orucova
Ətraflı
- 16 sual – informatika
Pulsuz – Bax
İnformatika | MİQ ÜSİ 11 | 2022
(4.0)
MHM Tədris Mərkəzi
Ətraflı
- 0 sual – Informatika
Pulsuz – Bax
(5.0)
ELVİRA QARAYEVA
Ətraflı
- 40 sual – İnformatika
Pulsuz – Bax
(5.0)
Bahar Mustafazadə
Ətraflı
- 25 sual – Informatika
Qlobal Şəbəkə (WAN)
1 saat 30 dəqiqə
(5.0)
Züleyxa Orucova
Ətraflı
- 20 sual – informatika
Pulsuz – Bax
Magistratura imtahanı – İnformatika
(4.5)
Edu Company
Ətraflı
- 25 sual – İnformatika
Pulsuz – Bax
(4.5)
Günel Mehdiyeva
Ətraflı
- 20 sual – Kurikulum
Magistr imtahanı | Ümumi | 2022
(4.0)
Abituriyent Sınaq
Ətraflı
- 25 sual – İngilis dili
- 25 sual – İnformatika
- 50 sual – Məntiq
MİQ sınaq imtahanı – İnformatika
(4.3)
Edu Company
Ətraflı
- 40 sual – İnformatika
Pulsuz – Bax
9-cu sinif buraxılış sınaq imtahanı
(4.0)
Bayram Səfixanov
Ətraflı
- 30 sual – Azərbaycan dili
- 25 sual – Riyaziyyat
- 30 sual – İngilis dili
İnformatika mövzu sınaq imatahanı 1
(3.0)
Student Passage Tədris Mərkəzi
Ətraflı
- 30 sual – Informatika
Pulsuz – Bax
Magistratura | İnformatika | Sınaq imtahanı 1
(5.0)
Nargiz Gasimzade
Ətraflı
- 25 sual – İnformatika
(3.8)
Ətraflı
- 10 sual – IT
Pulsuz – Bax
İnformatika testlərini həll edərkən nələrə diqqət etmək lazımdır? İnformatika fənni üzrə suallara cavab vermək üçün nəzəri hissələri mükəmməl şəkildə öyrənmək və bundan əlavə, çoxlu sayda müxtəlif onlayn mövzu sınaq testləri işləmək lazımdır. Müxtəlif mövzulara aid informatika testləri işləmək və informatika imtahanlarında iştirak etmək sizlərə həm sürətli test işləmə vərdişini aşılayacaq, həm də mövzular üzrə olan boşluqlarınızı əyani şəkildə sizlərə göstərəcəkdir. Oxuyan.az platformasının sizlərə təqdim etdiyi müxtəlif sual paketlərindən birini seçərək həm ümumi magistratura sınaq imtahanında, hım də müxtəlif informatika mövzularına aid onlayn sınaq testlərində iştirak edə bilərsiniz. İnformatika fənni şagirdlərə erkən yaşlarından kompüter və tədris prosesində istifadə olunan digər informasiya texnologiyaları ilə tanış olmaq imkanı yaradır. İbtidai siniflər kompüterdə işləməyi və onlar haqqında məlumatları öyrənir, alqoritm və proqram haqqında ilkin məlumatları əldə edirlər. Şagirdlərin bilik və bacarıqlarının yoxlanması üçün ən əlverişli üsul mövzu sınaq testləri təşkil etmək və ya praktiki məşğələlər həyata keçirməkdir. İnformatika testlərini həll etmək üçün nəzəri biliklərin və sürətli test işləmə bacarıqlarının olması vacibdir. Nəzəri bilikləri İnformatika dərslikləri vasitəsilə gücləndirmək mümkündür, amma sürətli test işləmə bacarıqlarının formalaşması üçün sadəcə çoxlu informatika sınaq testləri işləmək və səhvlərinizi diqqətli şəkildə analiz etmək lazımdır. İnformatika biliyi olan hər bir şəxs bu sualların cavablarını asanlıqla müəyyən edə və bu mövzularda onlayn informatika testləri həll edə bilərlər. Sonda oxuyan.az komandası olaraq hər bir şəxsə uğurlar arzu edir, öz məqsədlərinə hər zaman nail olan savadlı “Oxuyan”ların sayının günbəgün artmasına ümid bəsləyirik.
Oxuyan platforması online sınaq imtahanları, yarışlar, müsabiqələr, online test bazası və suallar ilə hər kəs üçün bərabər təhsili hədəfləyir. Təhsil layihəmiz magistr, ibtidai sinif, orta məktəb, abituriyent, müəllim, xaricdə təhsil almaq və bir çox başqa növ sınaq imtahanında iştirak etmək istəyənlər üçündür.
Məqalələrin kataloqu
İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi informasiya ehtiyatları sürətlə çoxalmağa başlanmışdır.
İnformatika – kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. “İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.
İnformatikanın fundamenti (əsası) – hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir. Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin fikrinə görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda “Kompüter elmləri” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar. İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır. İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandaki müasir vəziyyəti
Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci – kitab çapının, üçüncu – elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü – mikroprosessorların, fərdi kompüterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;
1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən müasir kompüterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ–da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1946-1958-ci illər) – elektron lampalı hesablama maşınları. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
II nəsil (1958-1964-cü illər) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1964-1972-ci illər) – element bazası mikro elektronika və inteqral sxemlərdən ibarət olan hesablama maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir(FK – PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması istiqamətində işlər də aparılır.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır. 1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır. Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir. Son illərdə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.
Hazırda respublikada İnternet mühitində virtual iş, təhsil, elektron–kommersiya, elektron biznes və s. kimi şəbəkə texnolgiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT bazarının inkişaf perspektivləri, İC-in və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, Web texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.
2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS – WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması, 2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompüter texnikası istehsalı sahəsində işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir
Mənbə
Ə.Q. ƏLİYEV, i.e.n., dosent, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, “Tədris və İnnovasiya Mərkəzi”, Mühazirə
Алгулиев Р.М., Алиев А.Г. Экономические особенности информационных технологий. Баку, “ЭЛМ”, 2002, 56с.
Comments are closed, but trackbacks and pingbacks are open.