ESL – Qrammatikası üçün əsas İngilis dili kurikulum
Keçmiş davamedici
Ingilis dili kurikulum və
Salam, əziz ingilis dilini həqiqətən öyrənmək istəyib də öyrənmə prosesində çətinlik çəkən dostlar. Necəsiz ? Hər gün plan-program qurub, yox e bugündən özümə söz verirəm ki hər gün 5 yeni söz öyrənəcəm, netflixdən bir filmə baxacam deyib sabahısı gün öz rutininizi pozursunuz? Yaxud ingilis dilini necə inkişaf etdirəcəyiniz heç bilmirsiniz? İngilis Dil öyrənmədə probleminiz hər nədirsə, əminəm ki bu postda yazdıqlarımın bircə faiz belə olsa faydasını görəcəksiniz. Ceyms Klirin Atomik vərdişlər kitabında vurğuladığı kimi (if you can get 1 percent better each day for one year, you’ll end up thirty-seven times better by the time you’re done.), əgər bir il ərzində hər gün 1 faiz inkişaf edə bilsəniz, işinizi bitirənə qədər otuz yeddi dəfə inkişaf etmiş olacaqsınız. İnkişafınız daimi olsun…
İngilis dili öyrənməyin ən asan yolu
Bu 2 hissəli blog postumun ilk mərhələsində sizlərə ingilis dili öyrənmək istəyən tələbələrin ən çox etdikləri səhvlərdən, ikinci mərhələsində isə ingilis dili öyrənmək üçün lazımi mənbələrdən və öyrənmə planından danışacağam.
İngilis dili öyrənmə metodları
Dil öyrənmə həvəsinə düşən və müxtəlif yollarla (filmlər,kurslar və ya mahnılar) öz dil bazasını A 1 səviyyəsinə birtəhər gətirən tələbələrin əfsuslar olsun ki böyük bir qismi 1-2 aylıq bu əziyyətdən sonra çəkdikləri bu qədər əziyyətin üstündən qırmızı bir xətt çəkib, dil öyrənmə prosesini müxtəlif səbəblərdən dayandırırlar. Nəticədə isə atalarımız demiş “it də gedir, ip də”. İngiliscə bu atalar sözünün tam qarşılığını tapa bilməsəm də, düşünürəm ki (Use it or lose it) – “Bir bacarıqdan istifadə etməmək onu itirməyə səbəb ola bilər” ifadəsi tam da yerinə düşür. Qısacası, əzizlərim, gəlin dil öyrənmə prosesində yol verilən ümumi səhvlərə nəzər salaq ki biz də itirənlərdən olmayaq.
İngilis dili öyrənmək üçün filmlərə baxın
Tələbələrimdə müşahidə etdiyim amillərdən biri də odur ki hərbir tələbə standart olaraq dil öyrənməyə eyni tip seriallardan və ya filmlərdən başlayır. Ümumi olaraq hərkəsə məsləhət görülə bilinəcək seriallar (ən məşhur- FRIENDS, HIMYM və s..) olsa da, hər bir tələbənin-fərdin maraqları tamamilə fərqlidir. Məsələn: Əgər komediya janrında filmləri çox da sevməyən bir tələbə sır dil öyrənmə xətrinə oturub FRIENDS serialına baxırsa produktivlik avtomatik olaraq yarıdan da aza enir çünki beynimiz xoşlamadığımız və ya daha az xoşladığımız şeylər üçün enerji itirməmək üzrə programlanıb. Buna görə də dil öyrənmə periodunda düzgün və maraqlara uyğun materialın seçilməsi çox-çox böyük rol oynayır.
İngilis dilində danışmağı öyrənmək
Digər hal isə maksimalist vəya “acgöz” adlandırdığım tələbə modelinin sıx-sıx qarşılaşdığı bir problemdir. Bu problem əsasən 2 istiqamətdə baş verir. İlk olaraq maksimum həvəslə dil öyrənməyə başlayan tələbə 2 ay içərisində bütün materialları dərindən oxuyub,dinləyib,analiz edib başa düşəcəyini və fluent(səlis) bir şəkildə dildə danışacağını zənn edir. Bu isə anatomik faktorlar nöqteyi-nəzərindən çox da mümkün deyil. Ən azından öz ana dilimizdə səlis danışmağımız belə özümüzü dərk etməyə başladığımızdan 2-3 il sonraya təsadüf edir. Unutmamaq lazımdır ki Roma bir gündə tikilməyib (Rome wasn’t built in a day). İkinci bir hal isə əlinin altındakı fürsətləri görə bilməyib gözü hərzaman yüksəklərdə olan tələbələr üçün keçərlidir. Məsələn: Harry (Heri) adlı tələbə pre-intermediate səviyyəsindədir və davamlı olaraq inkişaf etmək istəyir. Bu hədəfinə daha tez çatmaq istəyən Harry tülkülük eləyərək digər insanların çatdığı səviyyəyə 1 ayda çatmaq istəyir. Bunu həyata keçirmək üçün Harry pre-inter səviyyəsində olduğunu bilə-bilə advanced səviyyədə filmlərə, documentarylərə baxır, qalın-qalın C1 vəya C2 səviyyədə məqalələr,kitablar oxuyur. Hərşeyin 1 anda inkişaf edəcəyini gözləyən Harry təəssüflər olsun ki 1 ayın sonunda hüsrana qapılır və başa düşür ki (əksərən başa düşürlər, başa düşməyənlər də var 🙂 ) əslində onun baxdığı qəliz filmlər və ya oxuduğu qalın ensiklopediyaların onun dil bacarıqlarına heçbir faydası olmayıb. Harry heç o öyrəndiyi qəribə-qəribə sözlərin birini belə öz nitqində istifadə edə bilmir. Siz siz olun, Harry kimi olmayın. Unutmayın ki easy come easy go (haydan gələn, huya da gedər). Bütün bu faktorları nəzərə alaraq seçəcəyiniz kitabın, filmin, documentariynin qısacası hərşeyin öz dil səviyyənizə uyğun və ya yaxın olmasını nəzərə alın və yorulmadan, bezmədən ən önəmlisi isə sevərək öyrənin.
Qrammatikasız İngilis dili öyrənmək
“Last but not least” olaraq isə son dövrlərdə daha da çox populyarlaşmağa doğru gedən qrammatikasız dil öyrənmə və sayirə kimi mövzulardan danışmaq istəyirəm. Dostlar bilmirəm bu cəfəngiyyatı kim haradan və niyə kəşf edib, bircə onu bilirəm ki hərşey qrammatika deyil, amma qrammatika hərşeydir. Bu məsələyə öz şəxsi təcrübələrimdən misal gətirərək izah gətirəcəyəm. İngilis dilini tədris etdiyim bu müddət ərzində hər bir ingilis dili müəllimi kimi məndə bu cür populist çıxışlarla qarşılaşmışam. “Ay müəllim, gəl sən mənə ancaq danışıq öyrət, onsuz mənə qrammatika lazım deyil.”404 NOT FOUND. Sənə advanced qrammatika lazım deyil, amma düzgün danışmaq üçün ortalama səviyyədə qrammatikanı bilmək lazımdır,şərtdir və fərzdir. Əks təqdirdə o dili yamalaq-yumalaq danışacaqsan. Dil kompleks bir anlayışdır. Siz onu parçalarına ayıraraq ancaq sizə lazım olan hissələrini götürə bilməzsiniz. İstəsəniz də istəməsəniz də o dili öyrənmək istəyirsinizcə hər parçasından minimum 1 dənə belə olsa götürməli olacaqsınız. Şəxsi təcrübəmdən əminliklə deyə bilərəm ki sıfırdan tədris etməyə başladığım tələbələrə dil öyrətmək müəyyən yollarla qrammatikaya fikir vermədən səhv danışan tələbələrədil öyrətmək qat-qat asandır. Çünkü 2ci qrupa daxil olan tələbələrin etdiyi səhvləri danışıq əsnasında dəfələrlə düzəltdiyim təqdirdə onlar yenə də eyni səhvləri etməyə davam edirlər. Nəticə olaraq isə onların dilini axıcı hala gətirmək və qrammatik səhvlərdən təmizləmək xeyli vaxt aparır.
Əziz yoldaşlar, buraya qədər olan hissədə sizlərə dil öyrənmə prosesində ümumi yol verilən səhvlərdən yazmağa çalışdım. İndi isə müxtəlif bölmələri hansı vasitələrlə inkişaf etdirə biləcəyinizdən və özümün tətbiq etdiyim 3+3+1 qaydasından yazacağam.
İngilis dilində Listening və Reading üçün resurslar
Reading və Listening bölməsi üçün məsləhət gördüyüm mənbələr:
- English with Lucy
- Learn English with Papa Teach Me
- ETJ English
- ENGLISH with James · engVid
- Learn English With TV Series
- TED-Ed
- TED
- The School of Life
- Crash CoursE
- RealLife English
- BBC Learning English
- News in Levels
- English in the News
- English at Work
- English at Work
İngilis dili lüğəti və qrammatikası üçün resurslar
Grammar və Vocabulary bazası üçün məsləhət bildiyim mənbələr:
- English with Lucy
- Learn English with Papa Teach Me
- The English We Speak
- 6 Minute Vocabulary – Basic vocabulary
- 6 Minute Grammar – Basic grammar
- 6 Minute Grammar – Intermediate grammar
IELTS imtahanına hazırlaşanlar üçün
IELTS imtahanı üçün məsləhət bildiyim mənbələr:
- IELTS buddy
- February 2022 IELTS test prediction
- IELTS-up
- IELTS Liz
- IELTS Reading Practice Tests
- E2 IELTS
- IELTS Advantage
Netflix əvəzi işlədə biləcəyiniz pulsuz platformalar:
Bu saytlardan ingilis dilində filmlərə baxa bilərsiniz
Beləliklə dostlar tədris etdiyim müddətcə istifadə etdiyim faydalı resurslarının çoxunu sizlərlə bölüşdüm. İndi isə sizə bunları necə aktiv olaraq istifadə edə bilərsiniz ondan danışmaq istəyirəm. 3+3+1 qaydası.
İngilis dili öyrənməkdı 3+3+1 qaydası:
Bu üsul çox sadə eyni zamanda təkrara dayandığı üçün effektivdir. Belə ki həftənin tək günləri yuxarıda qeyd etdiyim və ya özünüzün bildiyi resurslardan (kitab, məqalə vəya jurnlar) yalnız reading və writing- (optionaldır. Əgər grammar çalışmaq istəyirsinizsə bu da ola bilər.) çalışırsınız. Həftənin cüt günləri isə bütün fokusunuzu dinləmə və speaking fəaliyyətinə yönəldirsiniz. Minimum olaraq günə 5 səhifəlik reading və növbəti gün isə ən azı 45 dəqiqəlik dinləmə edirsiniz. Bu şəkildə hər 2 duyğu organlarımızı (göz və qulaq) aktiv şəkildə istifadə edərək özümüzə ingilis dilli bir mühit yaratmış oluruq. Bazar gününü isə optional olaraq ya istirahət ya da qısa vocabulary və grammar təkrar günü seçə bilərsiniz.
İngilis dili kurslarına getmək
Əgər siz ingilis dili öyrənmək istəyirsinizə, mütləq ki kursa getmək ağlınızdan keçib və keçir. İngilis dili kursu seçərkən önəmli faktorlarından biri qiymət yox, müəllimdir. Çalışın ilk dərs ödənişsiz sınaq dərsi istəyin, müəllimlə görüşün, onun metodikasını, dərsə yanaşmasını, izahını başa düşməyə çalışın. Bu gün ölkəkimizdə ingilis dili tədrisini həyata keçirən çoxlu kurslar. Sosial mediada qarşınıza çıxan reklamlardan daha çox tövsiyələr əsasında müəllim və ya kurs seçin.
Pulsuz İngilis Dili kursları
Pulsuz İngilis dili kurslarını onlayn şəkildə bir çox onlayn öyrtəmə sayt və platformalarından əldə edə bilərsiniz. Udemy, Coursera, Youtube kimi platformalarda olan müəllimlərin kurslarına baxa bilərsiniz. Onlardan bəzilərini sizinlə bölüşürük. Siz bu ingilis dili kurslarına baxmaqla mövcüd dil biliyinizi daha da inkişaf etdirə bilərsiniz. Unutmaq ki, dil öyrənmək sizdən asılı, sizə düşən işdir, məsuliyyətdir, məqsəddir. İngilis dili bilirsinizə, yüksək maaşlı iş elanlarına müraciət edə bilər və layiq olduğunuz vakansiya pozisiyasını tuta bilərsiniz.
Sabina Hasanova– 0-dan ingiliscə öyrənmək istəyənlər üçün öz dilimizdə əla dərslərdən biridir.
Haluk Tatar– Sıfırdan ingilis dili öyrənənlərin inkişafına səbəb ola biləcək kanal
5 gündə ingiliscə – Bu kanalı izləyərək ümumi qrammatik qaydaları cümlələr şəklində mənimsəyə bilərsiniz.
FK langugae– Bu kanalı izləyərək, əyləncəli şəkildə izahlara baxa və cümlələr quraraq öyrənə bilərsiniz
ESL – Qrammatikası üçün əsas İngilis dili kurikulum
Aşağıdakı qrammatik şagirdlər İngilis dili və anlama bacarıqlarını inkişaf etdirmək üçün tələbələrə möhkəm bir əsas verəcəkdir. Müəyyən xallar müxtəlif qrammatik nöqtələr üçün qeydlərə daxil edilir.
Qeyd: Vərdişlər və müvəqqəti hərəkətlər arasındakı kontrast
Keçmiş davamedici
Qeyd: Keçmişdə ‘kəsilməmiş hərəkətləri’ təsvir etmək üçün keçmiş sadə bir şəkildə istifadə etməyə diqqət yetirin
İndiki bitmiş
Qeyd: yarımçıq vaxt üçün hazırkı mükəmməl istifadəyə diqqət – yəni müddətin forması. Fokus ayrıca bu mükəmməllə istifadə edilən zarfları da ehtiva etməlidir: çünki hələ, artıq, hələ də
Gələcəklə ‘Will’
Qeyd: Bu formanı gələcək niyyət formaları ilə –
Gələcəklə ‘Gedirəm’
Qeyd: Bu formanı gələcək proqnozlar forması ilə –
Hazırda Davamlı (Hazırkı Proqressiv)
Qeyd: Gələcək niyyətlər və planlar üçün istifadə edin, gələcəyə ‘
İlk şərti (real şərti)
Qeyd: ehtimal olunan və ya real vəziyyətlər üçün istifadə olunur
Dəyişikliklərin Modal Fiilləri Qeyd: “olmalıdır”, “istifadə edilə bilər” və “mövcud ola bilməz”
Bəzi – hər hansı
Qeyd: İstək və təkliflərdən bəzilərinin qeyri-müntəzəm istifadəsinə diqqət yetirin
Quantifiers
Qeyd: çox, kifayət qədər, bir çox, bir neçə, çox, çox (söz mövzusu və mənfi formalarda) və s.
Yerin prepositions
Qeyd: qarşısında, əksinə, arxasında, arasına, üzünə və s.
Hərəkatın prepositions
Qeyd: sağa, sağda, evin keçdiyini, kənarında və s.
Qeyd: davam edin, baxın, bəslənin, söndürün, makiyaj edin və s.
Verb + Gerund
Qeyd: bunu etmək, zövq etmək, üzgüçülük etmək və s.
Verb + Infinitive
Qeyd: etməyi, etməyi, idarə etməyi və s.
Qeyd: qulaq asmaq, gəlmək, keçmək və s.
Müqayisəli və Superlatives
Qeyd: daha uzun, hündür, xoşbəxt, ən yüksək, ən çətin və s.
Sonrakı səhifə hər bir tədris planının mərkəzində olan danışma, dinləmə və söz məqsədlərinə aiddir.
Dinləmə bacarığı
Dinləmə bacarığı aşağıdakı hallarda əsas məlumatları anlamaq və hərəkət etmək bacarığını daxil etməlidir:
- Şəxsi məlumat: Ad, ünvan, telefon #., Milliyət və s.
- Vaxtını izah edirəm
- Nömrələr, Kardinal və Ordinal
- Yerin sadə istiqamətləri və prepositions
- Yazı
- İnsanlar və yerlərin sadə təsvirləri
Vocabulary
- Insanların təsviri: görünüş və xarakter, ailə
- Qida içki və restoranlar
- Bəyənir və sevməz
- Ev, otaqlar, mebel
- Şəhər və ölkə
- Mağazalar və alış-veriş
- Hava
- Vaxt, mövsüm, ay, həftə, gün və s.
- Filmlər və televiziya
- İstirahət və maraqları
- Bayramlar – səyahət – otel
Dil funksiyaları
Dil funksiyaları gündəlik istifadə üçün vacib ifadələr təmin edən “dil parçaları” ilə bağlıdır.
- Təqdimatlar və təbriklər: Necə edirsiniz? / Səni görməyimə şadam. / Necəsən? və s.
- İnformasiya sorğusu: ____ Necə yazırsınız? / Necə danışırsınız? Ən yaxın bank harada? / “X” nə deməkdir və s.
- Təklif: Mən sizə kömək edə bilərəmmi? / Bir qədər istəyirsənmi . və s.
- İstəyirəm : Bir qəhvə ala bilərəmmi? / Mənə kömək edə bilərsənmi? və s.
- Davet: Mənimlə gəlmək istəyirsinizmi?
- Təklif edirik: bu axşam çıxacağıq? / Gəlin bir nahar edək. / Niyə bəzi tennis oynayırıq? və s.
- Təsvirləri soruşmaq: O nədir? / Nə bənzəyir? və s.
- Alqı-Satqı: Hansı ölçüsüdür? / Nə qədərdir? və s.
- Təlimləri soruş : Məni bağışla, qatar stansiyası harada? Ən yaxın bank harada? və s.
- Səyahət dili: Otel, restoran, qatar və təyyarələr, və s.
- Tövsiyə : Bir doktoru görməlisiniz / məncə daha çox çalışmalıdır. və s.
Əsas İngilis dili kursları üçün qrammatik məqsədlər.
Comments are closed, but trackbacks and pingbacks are open.