Press "Enter" to skip to content

Azeringilisce Blog

– Some films are more boring than others. (Bəzi filmlər digərlərindən daha sıxıcıdırlar.)

İngilis dili Sifət

► Azərbaycan türkçəsində olduğu kimi İngilis dilindədə sifətlər, izah etdiyi isimlərdən əvvəl gəlirlər. Tək vəya cəm olmağının fərqi yoxdur.

– a good man – yaxşı bir adam
– good men – yaxşı adamlar
– a beautiful rose – gözəl bir qızılgül

► Bir isimdən əvvəl birdən çox sifət gələbilər. Sifətlərin araları vergül ilə ayrılabilir vəya vergülsüzdə yazılabilirlər.

– a big fat man – böyük kök bir adam
– the thin, tall woman – uzun, incə qadın

► Rəng bildirən iki sifət arxa arxaya gəldiyi zaman aralarına “ and ” əlavə olunur. İkidən çox rəng arxa arxaya geldiyində son iki rəngin arasına and qoyulur.

– the yellow and red uniform – Sarı qırmızı forma
– a white, blue and green tent – ağ, mavi və yaşıl çadır

► Bir isimdən əvvəl birdən çox sifət gəldiyi zaman, həmişə olmasa da çox zaman diqqət edilməsi lazım gələn bir ardıcıllıq var. Ümümi sifətlər xüsusi sifətlərdən əvvəl gəlir. Ancaq bildirməkdə fayda var, bu dəqiq bir qayda deyildir. Bəzən sıralama dəyişəbilər.

Sifət quruluşu

Ümumi məna + böyüklük, kiçiklik + yaş, qədimilik, yenilik + rəng + aid olduğu

a beautiful large brand – new yellow British golden spoon. ( gözəl, böyük, təptəzə, sarı, İngilis məhsulu, qızıl bir qaşıq )

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

– an old Turkish woman – Qoca bir Türk qadını
– a nice woolen sweater – Gözəl bir yun sviter

► Sifətlər ümumi olaraq isimləri izah etməklə bərabər bəzən felləridə izah edirlər. Bu fellər limitlidir:

be / get / become / seem / appear / look / smell / sound / taste / feel.

– Be quiet. Don’t be noisy . (Sakit ol. Səs-küy çıxartma.)

– The cat is getting wet in the rain. (Pişik yağışda islanır.)

– Last night he became ill. (Keçən gecə o xəstə oldu.)

– Your coffee tastes wonderful. (Kofeniz mükəmməl dadır ( dadı var ).

– The fish smells bad. (Bu balık pis iy verir.)

– You look happy today. (Bugün xoşbəxt görünürsən.)

► İngilis dilində sifətlərin çoxu həm isimlərdən əvvəl gəlib sifət tamlaması edərlər həm də be, seem, look kimi fellərdən sonra xəbər olaraq gəlirlər.

– a fat man – kök bir adam

– The man is fat . – Adam kökdür.

– easy questions – asan suallar

– The questions are easy. – suallar asandır.

– a sad boy – məyus bir uşaq

– The boy looks sad – Uşaq məyus görünür

Predicative adjectives – Predikativ sifətlər ( xəbər mövqeyində)

► Bəzi sifətlər isə sadəcə predicative ( xəbər ) olaraq istifadə olunurlar. Bu sifətlər isimlərin əvvəlinə gətirə bilmərik. Bu sifətlərdən ən çox istifadə olunanları bunlardır.

asleep, awake, alike, afraid, alive, alone, ashamed, glad, pleased, sorry, upset, elder.

– The man is asleep. ( Adam yuxuda vəya yatıb ) deyə bilərik. Ancaq asleep man deyəbilmərik.

Attributive adjectives – Təyinedici sifətlər

► Bir də bunların tam əksi olaraq yəni attributive( təyinedici) olaraq istifadə olunan ancaq predicative (xəbər) olaraq istifadə olunmayan sifətlər vardır. Bu sifətlər aşağıdakı kimidir.

chief, main, principal, sheer, utter, mere, only, sole, total

– His shoop is on the main street. ( Onun mağazası əsas küçədədir ) deyəbilərik. Ancaq “ The street is main ” deyə bilmərik.

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

Sifətin müqayisə dərəcəsi ( Comparatives )

Sifətə “daha” xüsusiyətini qazandıran “-er” və “more” əlavəsi ilə əmələ gələn formalardırr. Azərbaycan türkçəsində Sifətin müqayisə dərəcəsi olaraqda ifadə edilirlər. .

Cümlə quruluşu: sifət + -er / more + sifət + than

– She is more intelligent than she looks. (O göründüyündən daha ağıllıdır).

Bu quruluş forması Azərbaycan türkçəsinə “. –dən daha + sifət” şəklində tərcümə olunur.

İngilis dilində əşyanı izah sifətlər qaydalı və qaydasız olmaqla iki formada dərəcələndirilir.

► Bir hecalı sifətlərə – er elavə olunur.

  • My car is faster than yours. (Mənim maşınım səninkindən daha sürətlidir.)
  • Women are generally shorter than men. (Qadınlar ümumiyətlə kişilərdən daha qısa olurlar.)

► İkidən çox hecalı sifətlərdə more sözü sifətlərdən əvvəl gətirilir.

  • Her new dress is more beautiful than her old one. ( onun təzə paltarı əvvəlkindən daha gözəldir.)
  • Nowadays cities are more attractive than villages. (İndilərdə şəhərlər kəndlərdən daha cəlbedicidirlər.)

► İki hecalı sifətlərin bəzilərinə -er əlavə olunur, bəzilərindən əvvəl isə more sözü gətirilir. Hansı vəziyətlərdə hansı əlavəni gətirəcəyinizi öyrənəbilmək üçün aşağıdakı izahlara göz gəzdirin.

Sonunda -y hərfi gələn sifətlər -er əlavəsi gətirilir -y -ie ‘yə çevrilir.

– In India cows are holier than any other animals. (Hindistanda inəklər digər heyvanlardan daha müqəddəsdirlər.)

– English is easier than French. (İngilis dili fransızcadan daha asandır.)

Birçox iki hecalı sifətdən əvvəl more sözü gətirilir.

– Some films are more boring than others. (Bəzi filmlər digərlərindən daha sıxıcıdırlar.)

– That small boy’s life is more tragic than his father’s. (O balaca uşağın həyatı atasınkından daha faciəlidir.)

– I am more doubtful nowadays than I used to. (Bugünlərdə əvvəlkindən daha şübhəciyəm.)

Bəzi sifətlər isə yuxarıda göstərilən qaydaların xaricində qaydasız olaraq dəyişirlər. Müəyyən bir qayda olmadığı üçün əzbərlənmələri lazım gəlir. Aşağıda bu sifətlər verilmişdir.

good (yaxşı) – better (daha yaxşı) – the best (ən yaxşı)

bad (pis) – worse (daha pis) – the worst (ən pis )

much (çox ) – more (daha çox) – the most (ən çox)

many (çox) – more (daha çox) – the most (ən çox)

little (az) – less (daha az) – the least (ən az)

İNGİLİS DİLİ AS. AS QAYDASI

► Sifətləri istifadə edərək eynilik ifadə etmək istədiyimiz zaman isə as … as qəlibindən istifadə edirik.

  • This dictionary is as small as a booklet. (Bu lüğət bir kitabcıq qədər kiçikdir.)
  • Old cars were as comfortable as modern cars. (Köhnə maşınlar müasir maşınlar qədər rahat idi.)

” As ” forması birdən çox məna üçündə istifadə ediləbilir. Fərqli mənaları başa düşəbilmək üçün mötərizə içində verilən tərcümə hissəsinə baxılması lazım gəlir.

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

Sifət – As cümlələr

  • – He can’t dance as well as me. (O mənim qədər yaxşı rəqs edə bilməz)
  • – She is clever as well as (being) beautiful. (O gözəl olmağı qədər ağıllıdırda.)
  • – My hair is as long as his. (Mənim saçım onunki qədər uzundur.)
  • – I’ll work as long as I live. (Yaşadığım müddətcə işləyəcəm.)
  • – He can come as long as he is sober. (Ayıq olduğu müddətcə gələbilər.)
  • – I’ll come in as soon as five minutes. (Beş dəqiqə kimi qısa bir zamanda gələcəyəm.)
  • – As soon as she saw him, she fainted. (Onu görər görməz ürəyi getdi.)
  • – I went as far as Baku. (Bakı qədər uzağa getdim)
  • – As far as I know, she is a vet. (Bildiyim qədəriylə o bir baytardır.)

İNGİLİS DİLİ “ more and more və -er and -er” QAYDASI

More and more və -er and -er qəlibindən istifadə edərək getdikcə artan vəya azalan işləri izah edə bilərik.

Sifət cümlələr – More and er

  • She is becoming more and more aggressive. ( O getdikcə dahada agresivləşir.)
  • The weather is getting colder and colder. (hava getdikcə dahada soyuyur.)
  • Life is getting more and more difficult. (Həyat getdikcə dahada çətinləşir.)
  • The smell became nicer and nicer. (Qoxu getdikcə yaxşılaşdı.)

► The more … the more … qəlibi iki şeyin birbirinə təsir etdiyi vəziyətləri, bir şey dəyişdiyində, digər şeyində dəyişdiyini izah etmədə istifadə olunur . Azərbaycan dilinə ” Nə qədər, bir o qədər ” kimi tərcümə olunur.

Sifət cümlələr – The more. the more

  • – The more you work, the more you earn. Nə qədər çox işləsən, bir o qədərdə çox qazanarsan.)
  • – The more you earn, the more you want. (Nə qədər qazansan bir o qədərdə çox istəyərsən.)
  • – The faster he ran, the more tired he became. ( Sürətli qaçdıqca daha çox yoruldu.)
  • – The larger the house is, the better. (Ev nə qədər geniş olsa bir o qədər yaxşıdır.)
  • – The sooner, the better. (Nə qədər tez olsa bir o qədər yaxşıdır.)
  • – The faster you write, the more illegible your writing will be. (Nə qədər sürətli yazsan, yazın bir o qədər anlaşılmaz olar.)

► Bəzi iki hecalı sifətlərlə həm – er hissəciyi əlavə olunaraq həmdə başına more sözü gətirilərək müqayisə ediləbilər.

Bunlar -ow, -er və -le hecalarıyla bitən sifətlər ilə, handsome, polite, tired, quiet, pleasant, stupid, cruel, wicked, common sözləridir.

– A monkey is cleverer / more clever than a donkey. (Meymun eşşəkdən daha ağıllıdır.)

– Television is commoner / more common than radio today. (Bugün televizor radyodan daha ümumi işləkdir.)

► Daha növündən yəni more vəya – er ilə qarşılaşdırma ( müqayisə ) edərkən sifət və zərflərdən əvvəl bəzi xarakterik sözlərdə gələbilir. Bu sözlərin ən çox istifadə olunanları aşağıdakılardır.

a little / a bit (biraz)
much / far ; a lot; lots (çox)
somewhat / rather (bir miqdar, biraz)
even (hətta)

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

Sifət cümlələr – Müqayisə dərəcəsi

  • This book is more expensive that that one. (Bu kitab o kitabdan daha pahalıdır.)
  • She runs much faster than me. (O məndən daha sürətli qaçır.)
  • He is far better than me. (O məndən daha yaxşıdır.)
  • He was even more surprised when he saw me. (O məni görəndə daha çox təəccübləndi.)
  • He drives a lot more carefully then he used to. (O əvvəlkindən çok daha diqqətli maşın sürür.)

► “ More ” sözü həmişə bir sifəti xarakterize etməz. Bəzən bir ismin necəliyinin müəyyən edilməsində də istifadə ediləbilir.

– More people than ever leave their villages for a major city. (İndiyə qədər olduğundan daha çox / çox insan böyük şəhərdə yaşamaq üçün kəndlərini tərkedirlər.)

SİFƏTİN ÜSTÜNLÜK DƏRƏCƏSİ

Superlative ( üstünlük dərəcəsi ) quruluşu, Azərbaycan türkçəsindəki “ən” ifadəsinin qarşılığıdır. Qurulması, sifətin müqayisə dərəcəsindən fərqlidir.

– My sister is the most beautiful girl in her class. ( Bacım sinifində ən gözəl qızdır.)

Sifətlər superlative formada istifadə olunarkən bəzi qaydalara uygun olaraq hissəciklər qəbul edirlər. Aşağıda bu hallar izah edilmişdir.

► Bir hecalı sifətlərə “- est ” əlavə olunur.

Sifətin üstünlük dərəcəsi cümlələr

  • You are the richest man in this company. ( Sən bu şirkətdəki ən zəngin adamsan.)
  • That man is the fattest man I have ever seen. (O adam indiyə qədər gördüyüm ən kök adamdır)
  • This is the cheapest raincoat in my shop. (Bu mağazamdakı ən ucuz plaşdır.)
  • Cheetah is the fastest animal in the world. (Çita dünyadaki ən sürətli heyvandır.)

► İkidən çox hecalı sifətlərdə “ most” sözü sifətlərdən əvvəl gətirilir.

Sifətin üstünlük dərəcəsi cümlələr

  • Mr. President is the most successful politician in the world. (Cənab Prezident dünyadakı ən uğurlu siyasətçidir.)
  • Our teacher is the tallest man in our school. (Müəllimiz məktəbimizdəki ən hündür adamdır.)
  • The armchair is the most comfortable piece of furniture in the room. (Kreslo otaqdakı ən rahat mebeldir.)
  • Her story is the most unbelievable one I’ve ever heard. (Onun hekayəsi indiyə qədər eşitdiyim ən ağlagəlməz hekayədir.)

► İki hecaların bəzilərinə “-est” əlavə olunur, bəzilərindən əvvəl isə most sözü gətirilir. Hansı sifətə hansı əlavəni gətirəcəyimizə getireceğimize qərar verəbilmək üçün aşağıdaki qaydalar tətbiq olunur.

– Sonunda “- y ” hərgi gələn sifətlər “-est” hissəciyi gətirilir, “- y ” isə “- ie ”‘yə çevrilir.

– In my class the prettiest girl is Ayşe. (Sinifimdə ən gözəl qız Ayşədir.)

– Chimpanzee is the happiest animal in the National Park. (Şempanze Milli Park’dakı ən xoşbəxt heyvandır.)

– Bəzi iki hecalı sifətlərlə həm – est əlavəsi gətirilərək və həm də başına most sözü gətirilərək müqayisə ediləbilir. Bunlar -ow, -er ve -le hecalarıyla bitən sifətlər ilə, handsome, polite, tired, quiet, pleasant, stupid, cruel, wicked, common sözləridir.

The poor woman has the hollowest / the most hollow cheeks I’ve ever seen. (Kasıb yaşlı qadın həyatımda gördüyüm en batıq yanaqlara sahib.)

The apricot tree is the gentlest / most gentle tree in my garden. (Qayısı ağacı bağçamdakı en mülayim ağacdır.)

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

► “ Ən ” növündən olan müqayisələrdə sifətdən əvvəl the vəya my, his növündən müəyyənedicilər gətirilməlidir.

– She is my best friend. (O mənim ən yaxşı dostumdur.)

– We are the best team in the city. (Biz şəhərdəki ən yaxşı komandayıq.)

► İndiyə qədər bahsedilən qaydaların heçbirinə uyğun gəlməyən və tamamilə qaydasız bir formada funksiya daşıyan sifətlər vardır və bunlar tamamilə əzbərlənməlidir.

good ( yaxşı ) – better ( daha yaxşı ) – the best ( ən yaxşı )

bad ( pis ) – worse ( daha pis ) – the worst ( ən pis )

much ( çox ) – more ( daha çox ) – the most ( ən çox )

many ( çox ) – more ( daha çox ) – the most ( ən çox )

little ( az ) – less ( daha az ) – the least ( ən az )

far ( uzaq ) – further / farther ( daha uzaq ) – the furthest ( ən uzaq )

İngilis Dilində Ən Çox İstifadə Olunan Sual Qəlibləri və Cümlələr

İngilis dilində sual cümlələri qrammatik adı ilə “Interrogative Sentences” olaraq keçir. İki yerə bölünür; 1. Yes-No, 2. W-H sual cümlələri. Bu sual cümlələrinin öz kateqoriyasında müxtəlif qəliblər vardır və bu qəliblərin istifadəsi yerinə, qaydalarına görə dəyişkənlik göstərir. (İngiliscə Do, Does mövzuları kimi, və s.) “Yes-No” sualları adından da görüldüyü kimi cavabları “bəli, xeyr” olan, ucu qapalı suallardır. Sadəcə, “bəli” və ya “yox” cavabını tələb edir. “W-H” sualları isə, sual əvəzlikləri ilə düzələn sual tipləridir. Bu dəfəki bloq yazımızda sual əvəzlikləri ilə düzələn sual tiplərinin quruluşunu, qaydalarını sizə anladacağıq. İlkin olaraq isə, “W-H” sual növündə hansı sual əvəzliklərinin yer aldığına baxaq.

İngilis Dilində W-H Sual Əvəzlikləri Nədir?

İngilis dilində sual növlərindən biri olan “W-H” özündə 8 sual qəlibini təşkil edir. What, Why, When, Who, Whose, Which, Where, How olmaq üzərə, 8 yerə ayrılır və hər biri fərqli quruluşlara, mənalara malik olan sual qəlibləridir. Gəlin, hamısına bircə-bircə izahatları ilə nəzər yetirək.

What – Nə

Nə olduğunu soruşmaq üçün istifadə olunur. Nümunə:

  • What is your favorite traditional Azerbaijani food? – Ən sevdiyin milli Azərbaycan yeməyi nədir?

Cavab: My favorite traditional Azerbaijani food is rice. – Mənim ən sevdiyim milli Azərbaycan yeməyi aşdır.

  • What did you do last summer? – Keçən yay nə etdiniz?

Cavab: We went to Guba to visit our relatives last summer. – Keçən yay Qubaya qohumlarımızı ziyarət etməyə getdik.

Əgər, “what” qəlibindən sonra bir isim gəlirsə “hansı?” mənasını verir.

  • What colour is your favourite colour? – Sənin ən sevdiyin rəng nədir?

Cavab: My favorite colour is green. – Mənim sevdiyim rəng yaşıldır.

Əgər, “what” qəlibindən sonra “time” sözü gəlirsə, “nə vaxt?” mənasını daşıyar.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • What time is your bus arriving to the coach station? – Sənin avtobusun avtobus dayanacağına nə vaxt çatır?

Cavab: My bus is arriving to the coach station at 10:00 a.m. – Mənim avtobusum avtobus dayanacağına saat 10:00-da çatır.

  • What time is your mother coming from work? – Anan işdən nə vaxt gəlir?

Cavab: My mother is coming from work at 17:30. – Anam işdən saat 17:30-da gəlir.

Why – Niyə

Niyəsini, səbəbini soruşmaq istədiyinizdə istifadə edilməlidir. Nümunə:

  • Why did you eat my meal? – Niyə yeməyimi yedin?

Cavab: I ate your meal because i was very hungry. – Sənin yeməyini yedim, çünki, çox ac idim.

  • Why did you come to the school late? – Məktəbə niyə gec gəldin?

Cavab: I came to school late because I had to go to doctor in the morning. – Məktəbə gec gəldim, çünki, səhər həkimə getməli idim.

When – Nə vaxt

Nə vaxt olduğunu soruşduqda və saatı ilə dəqiq cavab almaq ehtiyacı duymadığınızda istifadə edilməlidir. Nümunə:

  • When will you go on holiday? – Nə vaxt tətilə gedəcəksiniz?

Cavab: We will go on holiday when my parents get their annual permit. – Biz tətilə anam və atam illik icazələrini aldıqda gedəcəyik.

  • When will you finish the Project? – Layihəni nə vaxt bitirəcəksən?

Cavab: I will finish the Project at the end of next year. – Mən layihəmi gələn ilin axırlarına doğru bitirəcəm.

Who – Kim

Kim olduğunu soruşduqda istifadə edilir. Nümunə:

  • Who is going to be our literature teacher next year? – Gələn il ədəbiyyat müəlliməmiz kim olacaq?

Cavab: Ms.White is going to be our literature teacher next year. – White xanım bizim gələn il ədəbiyyat müəlliməmiz olacaq.

  • Who is your best friend? – Sənin ən yaxın dostun kimdir?

Cavab: My best friend is John. – Mənim ən yaxın dostum Johndur.

Whose – Kimin

Kimin olduğunu, əşyanın sahibliyini soruşduqda istifadə olunur. Nümunə:

  • Whose mother is engineer? – Kimin anası mühəndisdir?

Cavab: Celine’s mother is engineer. – Celinenin anası mühəndisdir.

  • Whose mobile phone is grey? – Kimin telefonu bozdur?

Cavab: Henry’s mobile phone is grey. – Henrynin telefonu bozdur.

Daha ətraflı öyrənmək istəyirsinizsə, İngilis Dilində “Whose” İstifadəsi: Mövzu İzahı linkinə klikləyə bilərsiniz.

Which – Hansı

Hansı olduğunu soruşduqda istifadə olunur. Nümunə:

  • Which one do you prefer? – Hansına üstünlük verərsən?

Cavab: I prefer the green one. – Yaşıl olana üstünlük verərəm.

  • Which bus goes to the city center from the park? – Parkdan şəhər mərkəzinə hansı avtobus gedir?

Cavab: The bus with number 3 goes to the city center from the park. – Parkdan şəhər mərkəzinə 3 nömrəli avtobus gedir.

Where – Harada

“Haradadır” deyə soruşmaq istədikdə istifadə olunur. Nümunə:

  • Where did you spend your holiday last year with your family? – Keçən yay tətilinizi ailənizlə harada keçirmişdiniz?

Cavab: I spent my holiday in Lankaran with my family last year. – Keçən yay yay tətilimi ailəmlə birlikdə Lənkəranda keçirmişdik.

  • Where were you during the conference yesterday? – Dünən konferans ərəfənsində harada idin?

Cavab: I was at the library and making some research for my project during the conference yesterday. – Dünən konferans ərəfəsində kitabxanada layihəmlə bağlı araşdırma aparırdım.

How – Necə

Necə olduğunu soruşmaq üçün istifadə olunur.

  • How do you go to school? – Məktəbə necə gedirsən?

Cavab: I take the bus with number 65 to go to school. – Məktəbə getmək üçün 65 nömrəli avtobusa minirəm.

  • How did you make that cake? – O keksi necə bişirdin?

Cavab: Firstly, I added all the ingredients to the bowl and then put the cake to the oven. – İlk öncə, məhsulları bir qaba əlavə etdim və daha sonra sobaya qoydum.

Bundan əlavə, “how” ilə istifadə olunan “much” və “many” qəlibləri də vardır ki, fərqli sual tiplərini təşkil edir. İkisi də “nə qədər?” mənasını verir, lakin aralarında fərqliliklər vardır. Bunun üçün How Much / How Many İstifadəsi linkin’ daxil olub, məlumat əldə edə bilərsiniz.

İngiliscə Sual Qəlibləri İstifadə Olunarkən Diqqət Edilməsi Gərəkənlər

İngiliscə “W-H” sual qəliblərini nümunələrlə ətraflı araşdırdıq. İndi isə, bu sual tiplərini qurarkən diqqət etməmiz gərəkən nüanslara göz ataq.

İngilis sual nümunələri ilə bir sual cümləsi qurarkən, sual verən şəxs mövzudan izahat gözləyir. Başqa sözlə, suala “bəli” və ya “xeyr” deyə cavab verilmir. Ancaq sualda istifadə olunan İngiliscə sual qəlibinə uyğun olaraq qarşınızdakı şəxsə cavab verə bilərsiniz.

“What time?” ilə “when?” sual qəlibləri əsasən eyni mənaya malik görünsə də, aralarında bir az fərq var. “What time?” sualı verildikdə, sual verən şəxs səndən dəqiq vaxtı soruşacaq. Başqa sözlə, sualı verən şəxsə “səhər 10-da” kimi bir cavab verməlisiniz. Cavabınızda saatı göstərən dəqiq vaxt olmalıdır. Ancaq “when?” sualını verəndə “keçən il, sabah, gələn il” kimi ümumi vaxt ifadələri ilə cavab verməlisiniz. Dəqiq saatı göstərən vaxta ehtiyac duyulmur.

“What …(color, animal, vs.)” daha çox nəyi sevdiyini öyrənmək üçün soruşulur. “Which” isə, seçim məqsədli istifadə olunan qəlibdir. Məsələn, 2 və daha artıq bir şey üzərində seçim etmək üçün sual veriləcəksə, “which” deyilməlidir.

İngilis Dilində Təsdiq və İnkar Cümlələri

Cümlə dedikdə, ağıla istisnasız təsdiq, inkar və sual cümlələri gəlir. Sual cümlələrinin burada açıqca izahını verdikdən sonra, digər cümlə növlərindən ikisi olan İngilis Dilində Təsdiq Cümlələri və İngilis Dilində İnkar Cümlələrinə nəzər yetirməyinizdə fayda var.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ingilis dili fenninden kicik summativ qiymetlendirme

Если скачивание материала не началось, нажмите еще раз “Скачать материал”.

Скачивание материала начнется через 60 сек .

А пока Вы ожидаете, предлагаем ознакомиться с курсами видеолекций для учителей от центра дополнительного образования “Профессионал-Р”
(Лицензия на осуществление образовательной деятельности
№3715 от 13.11.2013).

  • Иностранные языки

This is my lesson about environment,this is a power point presentation.My students love such types of lessons.I have many presentations,tests and games.There is motivation,research question,and group works in this lesson.AND word games.in the homework students must write eesay about saving environment.eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddddd

Comments are closed, but trackbacks and pingbacks are open.