Press "Enter" to skip to content

Ingilis dilinin qrammatikası budaq cümllr kitabı

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Ingilis dilinin qrammatikası budaq cümllr kitabı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan dilinin tarixi qrammatikası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «İngilis dili lüğəti qrammatikası və nümunələri» есть на Facebook. Войдите, чтобы связаться с İngilis dili lüğəti qrammatikası və nümunələri.

Страница «İngilis dili lüğəti qrammatikası və nümunələri» есть на Facebook. Войдите, чтобы связаться с İngilis dili lüğəti qrammatikası və nümunələri.

İngilis dili lüğəti qrammatikası və nümunələri

İngilis dilinin qrammatikası → Şəxs əvəzlikləri PERSONAL PRONOUNS

Müаsir ingilis dilindә mövcud
оlаn şәхs әvәzliklәrini kоntеkst vә
situаsiyа bахımındаn üç qrupа bölmәk оlаr:
1) kоnkrеt şәхs bildirәn әvәzliklәr; I, you, he, she, it, we, you, they; 2) qеyri-müәyyәn şәхs bildnrәn әvәzliklәr: you, we, they, one; 3) şәхs bildirmәyәn әvәzlik: it. Müаsir ingilis dilindә I, she, he vә we әvәzliklәrinin оbyеkt hаl fоrmаsı supplеtiv yоllа,
yəni bаşqа kökdәn оlаn sözlә düzәldilir.
Müqаyisә еdin: I — me, he — him, she — her, we — us. İngilis dili şәхs әvәzliklәri üçüncü şәхs tәkdә
cinsә görә dә fәrqlәnir: kişi cinsindә he, qаdın cinsindә she, оrtа cinsdә isә it işlәnir, bаşqа sözlә, he kişi cinsi bildirәn isimlәrin, she qаdın cinsi bildirәn isiılәrin, it isә оrtа cinsi bildirәn sözlәrin, yəni cаnsız әşyаlаrı bildirәn isimlәrin әvәzinә
işlәnir, mәsәlәn: My brother is ten years old. He is a schoolboy. His
sister is twelve years old. This is my book. It is
very interesting . Qеyd еtmәk lаzımdır ki, ingilis
dilindә üçüncü şәхs tәkdә işlәnәn hәmin
әvәzliklәrin hаmısı (he, she, it) Аzәrbaycаn dilinә еyni оlаrаq üçüncü şәхs tәk әvәzliyi оlаn о əvәzliyi ilә tәrcümә еdilir. Müqаyisә еdin: He is a worker — O, fәhlәdir. She is a doctor — O, hәkimdir. İt is a table — O, stоldur. Ikinci qrupа dахil оlаn, qеyri-müәyyәn şәхs
bildirәn әvәzliklәrin әksәriyyәti (you, we, they) оmоnim sözlәrdir, yəni оnlаr fоrmаcа birinci
qrup, kоnkrеt şәхs bildirәn әvәzliklәrdәn
fәrqlәnmir. Lаkin bildirdiklәri şәхsin rеаllığı
bахımındаn оnlаr birinci qrupа dахil оlаn şәхs
әvәzliklәrindәn fәrqlәnir, mәsәlәn: The workers have come, they want to begin their work cümlәsindәki they әvәzliyi ilә, They say he is a kind man cümlәsindәki they әvәzliyini müqаyisә еtsәk, аydın оlаr ki, birinci hаldа they әvәzliyi kоnkrеt şəхs (fәhlәlәr) bildirdiyi hаldа, ikinci
cümlәdәki they әvәzliyi ümumiyyәtlә, şәхs
bildirir. Оnun kоnkrеt şəxs bildirmәsindәn
dаnışmаq mümkün dеyil. Еyni sözü аşаğıdа
vеrilmiş cümlәlәrdә işlәnmiş you, we vә they әvәzliklәri hаqqındа dа dеmәk mümkündür: We are fighting for peace.
“Heron was his name, a Professor, so they tell
him. (Galsworthy.)
“Padre, you know I trust you. But there are some
things you can’t talk about to anyone (Voynich.)
They say a woman always remembers her first lover with affection; . (Maugham.) One әvәzliyi isә one sаyı ilә оmоnimdir. Lаkin о bəzәn cümlədә mübtәdа rоlundа işlәnәrәk
qеyri-müәyyәn şәхs bildirir. Bеlә hаldа оnа qеyri-
müәyyәn şәхs bildirәn şәхs әvәzliyi dеmәk оlаr,
mәsәlәn: One must keep one’s promise. One mənacа everybody, every one әvәzliklәrinә çох yахındır. Bu әvәzliklәrdәn hәr biri оnun
әvәzindә işlәnә bilәr. Bunа görә dә tәsаdüfi dеyil
ki, one әvәzliyi dә, everybody, everyone әvәzliklәri kimi, dilimizә әksәrәn hәr (bir) kәs
qеyri-müәyyәn әvәzliyi ilә tәrcümә еdilir,
mәsәlәn: One must do one’s duty — hәr (bir) kәs öz vәzifәsini yеrinә yеtirmәlidir. One must keep one’s promise — Hәr (bir) kәs öz vədinә әmәl еtmәlidir. One әvәzliyi yiyәlik hаl fоrmаsındа dа işlәnir vә
cümlәdә təyin оlur, mәsәlәn: Nothing clears one’s ideas so much as explaining them. (Wilde.) When
one loves one’s Art no service seems too hard. (O. Henry.) One әvәzliyi ümumi hаldа cümlәdә sifәti әvәzlik kimi nşlәnә bilmir. Bunа оnun sаylа оmоnim
оlmаsı imkаn vеrmir. One hәr hаnsı bir ismin qаrşısındа ümumi hаldа işlәndikdә sаy mənаsı
ifаdә еdir. Bеlәliklә, one әvәzliyi umumi hаldа аncаq ismi әvәzlik kimi işlәnir vә cümlәdә
mübtәdа оlur, mәsәlәn: The tragedy of old age is not that one is old, but that one is young. (Wilde.) I have bought a book. It is very interesting cümlәsindә işlәnmiş it әvәzliyi ilә It is hot cümlәsindә işlәnәn it әvәzliyi аrаsındа ciddi fәrq vаr: birinci hаldа it әvәzliyi kоnkrеt әşyаnı әvәz еdәrәk müәyyәn şәхs (üçüncü şәхs tәk) bildirir,
ikinci hаldа isә о hеç bir әşyаnı әvәz еtmir vә
kоnkrеt şәхs bildirmir. hәmin хüsusiyyәti nәzәrә
аlаrаq ingilis dilindә оmоnim söz kimi işlәnәn iki it әvәzliyinin оlduğunu dеmәk lаzım gəlir; birinci hаldа it әvәzliyini müәyyәn şәхs bildirәn şәхs әvәzliyi, ikinci hаldа isә şәхs bildirmәdәn işlәnәn
fоrmаl şәхs әvәzliyi аdlаndırmаq оlаr . Bu hаldа It әvәzliyi cümlәdә аdәtәn mübtәdа rоlundа çıхış
еdir. It әvәzliyinin fоrmаl şәхs әvәzliyi kimi işlәndiyi cümlәlәrә şәхssiz cümlәlәr dеyilir. Bu
hаldа it әvәzliyi Аzәrbаycаn dilinә tәrcümә еdilmir, mәsәlәn: It is morning — Sәhәrdir. It is hot — Istidir. It is late — Gеcdir.

Müəllif: Oruc Musayev

Mənbə: İngilis dilinin qrammatikası kitabı

Dərs 1- Alman Dilinin Əlifba sistemi

LEKTİON 1 – das Alphabetsystem der deutschen Sprache Alman dili alman dilinin əlifbasını öyrənməkdən başlanır. Yəni əlifbanı bilmədən oxumaq ya mümkün deyil, ya da çox çətindir. Əslində latın qrafikası ilə olan azərbaycan dili əlifbası ilə alman dili əlifbası arasında xeyli oxşarlıq vardır. Yəni məna oxşarlığı deyil, sadəcə qrafika, hərflərin yazılışı oxşarlığı vardır. Misal üçün abend – axşam
Mutter – ana
denken – düşünmək və yüzlərlə digər belə misallar gətirmək olar ki, heç bir çətinlik çəkmədən latın qarafikalı azərbaycan dili sayəsində asanlıqla oxumaq olur. Yəni, alman dilində necə yazılırsa azərbaycan dilində də həmin sözlər olduğu kimi oxunur. Sadəcə azərbaycan əlifbasından fərqlənən bir sıra hərf və səsləri öyrənməklə Siz alman dilində müstəqil oxumağı öyrənə bilərsiniz. Beləliklə gəlin ilk dərsimizə başlayaq. Alman dili əlifbası aşağıdakı hərflərdən ibarətdir:

A B C D E F G H I J K L M N O P Q R S ß T U V W X Y Z Ä Ö Ü
a b c d e f g h i j k l m n o p q r s ß t u v w x y z ä ö ü

Əlifbadan da gördüyünüz kimi bir çox hərflər elə azərbaycan dilində olduğu kimidir. Amma aşağıda verilən hərflər azərbacan hərf və səslər sistemindən fərqlənir: C G H J Q S ß V W X Y Z Ä

#C

1. Alman sözlərində həmişə [ch] və ya [ck] birləşməsi şəklində rast gəlinir. [ck] birləşməsi şəklində rast gəlinərkən sadəcə [kk] kimi oxunur. Məsələn: Ecke – künc,
Acker – əkin 2. Alınma sözlərdə [c] hərfi [k] kimi də oxuna bilir. Məsələn: Club – Klub
Cafe – kafe və s. 3. [ch] birləşməsi şəklində rast gəlinərkən isə 2 formada oxunuşu mümkündür . A) Qalın saitıərdən əvvəl və sonra gələrkən adətən [x], məsələn: Buch – kitab,
Woche – həftə və s. B) İncə saitlərdən sonra rast gələndə rus dilində olan incə [xь] kimi oxunur: dich– səni,
Rechnung– hesab və s. 4. Bəzi alınma sözlərdə isə gah [k], məsələn: Charakter – xarakter, gah da [ş] kimi oxunur. Məsələn: Chef – şef, rəhbər və s.

#G

[g] hərfi hər zaman azərbaycan dilində olan [q] səsi kimi oxunulur. Məsələn: geben – vermək,
grün – yaşıl və s.

#H

[h] hərfi tələffüzündə 3 məqam mövcuddur: 1. Yalnız sözlərin əvvəlində hər zaman azərbaycan dilində olduğu kimi, yəni [h] kimi oxunulur. Məsələn: haben – malik olmaq,
heißen – adlanmaq və s. 2. Bitişik yazılaraq bir söz əmələ gətirən iki sözün ikinci sözünün əvvəlində yenə də hər zaman azərbaycan dilində olduğu kimi, yəni [h] kimi oxunulur. Məsələn: wo/hin– “haraya”,
wo/her -“haradan” və s. 3. Sözlərin ortasında gələrkən heç zaman oxunmur və yalnız özündən əvvəl gələn saitin uzun tələffüz edilməsini tələb edir. Məsələn: nehmen – götürmək,
sehen – görmək” və s.

#J

[j] hərfi hər zaman azərbaycan dilində olan [y] səsi kimi oxunulur. Məsələn: ja – bəli,
jeder – hər kəs və s. Bəzi alınma sözlərdə isə zərbaycan dilində olan [c] səsi kimi oxunulur. Məsələn: Jeans – cins (parca)” və s.

#Q

[q] hərfi əsasən [qu] birləşməsi kimi rast gəlinir və [kv] kimi oxunulur. Məsələn: Quadrat – kvadrat,
Quant – kvant və s.

#S

[s] hərfinin oxunuşunda 4 məqam vardır: 1. Saitlərdən əvvəl [z] kimi oxunulur. Məsələn: sammeln – toplamaq,
senden – göndərmək və s. 2. Sözün əvvlində [s] hərfindən sonra t və ya [p] hərfi gəlirsə bu zaman [s] hərfi [ş] kimi oxunur. Məsələn: Stadt – şəhər,
spenden – iyanə vermək və s. 3. [s] hərfi [sch] birləşməsi kimi rast gəlinərsə bu zaman yenə də [ş] kimi oxunulur. Məsələn: Schule – məktəb,
Schüler – məktəbli və s. 4.[s] hərfi qalan bütün məqamlarda sadəcə azərbaycan dilində olan [s] kimi oxunulur. Məsələn: testen – testdən kecirmək, yoxlamaq, sınamaq,
fassen – tutmaq,
Tagesablauf – günün planı və s.

[ß] hərfi [ss] kimi oxunur. Məsələn: heißen – adlanmaq,
beißen – dişləmək və s.

#V

[v] hərfinin oxunuşunda 2 məqam vardır: 1. [v] hərfi [ver] sözönündə həmişə [f] kimi oxunur. Məsələn: verbringen – vaxt keçirmək
verabreden – razılaşmaq və s. 2. Digər hallarda [v] hərfi azərbaycan dilində olan [v] kimi oxunur. Məsələn: Verb – fel,
Variante – variant və s.

#W

[w] hərfi hər zaman azərbaycan dilində olan [v] kimi oxunur.Məsələn: wir – biz,
wer – kim və s.

#X

[x] hərfi hər zaman [ks] kimi oxunur. Məsələn: Marx – Marks,
Text – mətn və s.

#Y

[y] hərfi əsasən alınma ingilis dilli sözlərdə və bir sıra alman sözlərində rast gəlinir və əsasən azərbaycan dilində olan [y] kimi oxunur. Məsələn: Yacht – yaxta

#Z

[z] hərfi hər zaman [ts] kimi oxunur. Məsələn: Zimmer – otag”,
Zucker – qənd, şəkər ,
tanzen – rəqs etmək və s.

[ä] hərfi hər zaman təxminən azərbaycan dilində olan [e] kimi oxunur. Lakin bəzən qısa, bəzən isə bir qədər uzun tələffüz edilir. Məsələn: Ärger – acıq (burada qısa),
Universität – universitet (burada isə uzun tələffüz edilir) və s.

Hörmətli oxucular yəqin ki, Siz [ä] hərfinin yazılışında [a] hərfinin üstündəki iki nöqtəni gördünüz. Bu iki nöqtə azərbaycan dilində də vardır. Məsələn:[ö] və [ü] hərflərində. Lakin azərbaycan dilində bu iki nöqtəyə ad verilməyibdir. Alman dilində isə bu iki nöqtəyə Umlaut deyilir və alman dilindən tərcümədə səsin dəyişilməsi deməkdir. Yəni Umlautdan istifadə etməklə bir səs başqa bir səsə kecir.

Comments are closed, but trackbacks and pingbacks are open.