Press "Enter" to skip to content

Danışıq sözünün ingilis dilinə tərcüməsi

İngilis dilində danışanların hər zaman istifadə etdiyi deyim ifadələr ilə başlamalısınız. Bəzi nümunələrə “piece of cake” deməyi aid etmək olar (bir şey çox asan olduqda). Bu tip ifadələri söhbətinizə əlavə etmək ingilis dilinizi bir neçə addım qabağa atacaq.

İngilis Dilində Danışmaq üçün 16 Online Chat Saytları

Əsası Hindistana bağlanan bu platformanın müxtəlif ölkələrlə də əlaqəsi vardır. Bu saytda söhbətləşə bilmək üçün sayta üzv olmaq lazım deyil, girdiyiniz kimi dərhal istədiyiniz chat otaqlarında söhbətə başlaya bilərsiniz. Worldwide qismində isə dünya üzrə istənilən ölkəni seçib həmin chat otağına daxil olmaq mümkündür. Ən mükəmməl tərəfi isə, bu saytın tamamilə pulsuz olmasıdır.

��Speaking7

Sayta girdiyiniz kimi dərhal ana səhifədə qeydiyyat bölümü açılır. Ödənişsiz şəkildə qeydiyyatdan keçdikdən sonra qarşınıza chat otaqları çıxacaqdır və burada istədiyiniz qədər bir çox dünyanın hər bölgəsindən olan şəxslərlə söhbətə başlaya biləcəksiniz. Bu onlayn platformanın ən səmərəli tərəfi istifadənin heç bir ödənişə daxil olmamasıdır. Yanda göstərilən sosyal şəbəkələr vasitəsilə saytın mövcud səhifələrini izləyə bilər və yeni məlumatlardan xəbərdar ola bilərsiniz.

��Englishchats.org

Bu şəbəkəni forum kimi ələ ala bilərik. Dünyaya açıq olan bu forumda müxtəlif bölgələrin chat otaqlarını və o chat otaqlarında yer alan möxtəlif mövzularla bağlı başlıqlar görməyiniz mümkündür. Ana səhifəsində gündəmlə bağlı xəbər və məlumatları içində daşıyan bu forumun yan tərəfində yerləşən menyusundan chat başlıqlarına daxil olmağınız mümkündür. Foruma özünüz üçün seçəcəyiniz nickname ilə girə bilər, qeydiyyatsız girə bilər və ya başqa şəbəkə hesablarınızla giriş edə bilərsiniz. Tamamilə ödənişsizdir.

��To Learn English

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Sayta daxil olduğunuzda buranın da forum formatında işlədiyini görə bilərsiniz. Olduqca bəsit və sadə dizaynı ilə istifadənizi çətinləşdirməyəcək funksiyalara malikdir. Yanda görəcəyiniz New Account yazısına klikləyərək hesabınızı yarada bilərsiniz. Aşağıdaki yazısından da məlumdur ki, forum kluba daxil olmaq tamamilə pulsuzdur . Söhbətləşməkdən savayı, forumda onlayn ingiliscə dərsləri almağınız da mümkündür. Nəinki ingilis dili, fransızca, italyanca, almanca, riyaziyyat və müxtəlif dil və elm sahələri ilə burada məşğul ola bilərsiniz. Uzun sözün qısası, həm əyləncəni, həm də tədrisi içinə alan qarışıq temalı onlayn chat saytıdır.

��Speaking24

Ana səhifədə ilk qarşınıza çıxacaq qeydiyyat bölümüdür. Haqqınızda məlumatları qeyd edərək sayta qeydiyyatdan keçə bilər və dərhal aşağısında yer alan forumdan başlıqlara daxil olaraq söhbət başlada bilərsiniz. Forum qutusunun sağ yuxarı künc tərəfində isə neçə nəfərin hal-hazırda forumda aktiv olduğunu götərməkdədir. Ana səhifənin aşağısına endiyinizdə sağ tərəfdə yer alan Vocabulary qutucuğuna e-poçtunuzu daxil edərək forum sizə gündəlik müxtəlif sözləri e-poçtunuza yollayır və beləliklə, lüğətinizi inkişaf etdirmə imkanına sahib ola bilirsiniz. Ödənişsizdir.

��Omegle

Omegle video chat olaraq dünya üzərində ən çox populyarlığa sahib söhbət plaformasıdır. Burada dünyanın istənilən bölgəsindən insanlarla söhbət edə bilər və ingiliscənizə praktika qata bilərsiniz. Əlbəttə ki, məqsədiniz ingilis dilinizi inkişaf etdirmək üçün praktikadırsa, bu zaman, sayta daxil olandan sonra video chat başlatmazdan əvvəl ölkə seçməlisiniz. İngilis dilli ölkə seçməyiniz sizin üçün daha əlverişli olacaqdır. Daha sonra, cinsiyyətinizi göstərilən qutucuqda qeyd edərək söhbəti başlada bilərsiniz. Bu platformadaki əlverişli cəhət qeydiyyatdan keçməyə gərək qalmaması, tamamilə ödənişsiz olması və video danışıq olmasıdır.

��Connected2me

Connected2me şəbəkəsinin digərlərindən fərqi aplikasiya olmasıdır. Yəni, bu söhbət vasitəsini istifadə etmək üçün kompyuterə ehtiyac yoxdur və ya telefondan browser üzərindən girməyə ehtiyac duyulmur. Telefona yükləyəcəyiniz aplikasiya sayəsində anonim ya da öz şəxsi hesabınızı açaraq istədiyiniz qədər insanlarla vaxt keçirə bilər və ingilis dilində söhbətləşə bilərsiniz. Digər bildiyimiz sosial şəbəkələr kimi səs yazmaq, videolu danışıq da mümkündür. Ona görə də, bu aplikasiyanı istifadə edərkən yadlıq çəkməyəcəksiniz, çünki, funksiyaları sizə olduqca doğma gələcək! Platforma daxilindəki bütün funksiyalar ödənişsizdir.

��Skype Tutors

İşin bir az əyləncəli tərəfindən çıxıb, tədris tərəfinə yönəlmək istəyirsinizsə, Skype Tutors tam sizə görə ola bilər! Burada, müəyyən ingilis dili təlimçiləri ilə Skype üzərindən tədris dadında söhbətlər keçirə bilər və ingilis dilini peşəkarları ilə öyrənə bilərsiniz. Amerika, Britaniya, Kanada kimi ölkələrin daxilində peşəkar təlimçilərə sahib olan bu vasitə ilə IELTS və TOEFL formatında ingilis dili öyrənməyiniz mümkündür. Qeydiyyatdan keçdikdən sonra müəyyən paketlər və məbləğlər daxilində ingiliscəni öyrənməyə başlaya bilərsiniz. Ödənişli olsa belə, onlayn internet üzərindən həm qrammatik yönlü, həm də danışıq yönlü ingiliscənizi native speaker səviyyəsində irəlilədə bilməyiniz üçün ideal variantlardan biridir.

��Verbling

Verbling şəbəkəsi də Skype Tutors kimi peşəkar xarici təlimçilərlə ingilis dili öyrənmənizə imkan yaradacaq vasitədir. Saytdan qeydiyyatdan keçdikdən sonra şəxsi müəlliminizi seçə bilərsiniz. Find Teacher bölümündən müəllimlərin siyahısına baxa bilər və onların şəxsi və akademik məlumlatlarına görə özünüzə uyğun olan müəllimi seçə bilərsiniz. Hər bir müəllimin özünə görə ödəniş məbləği vardır və bu siyahıda qeyd edilir. Müəllimin dərs keçmə keyfiyyəti ilə bağlı öncədən məlumat sahibi olmaq istəyirsinizsə, şəxsin profilinə girərək video linkinə göz ata bilərsiniz.

��Wyzant

Ana səhifəyə daxil olduqda sizə nə öyrənmək istədiyinizlə bağlı sual verir və burada öyrənmək istədiyiniz başlığı girdikdən sizə uyğun olan vaxtları, hansı səviyyədə ingilis dili öyrənmək istədiyinizi və təlimçinizlə üz-üzə yoxsa onlayn şəkildə tədris almaq istədiyinizi soruşur. Daha sonra sizə uyğun müəllimləri yeni açılan səhifədə qarşınıza çıxarır. 65.000 təlimçiyə sahib olan bu vasitə ilə sizə uyğun təlimçini seçib onunla birlikdə ingilis dili öyrənməyə başlaya bilərsiniz. Hər bir təlimçinin profili səhifədə açılacaqdır və onların şəxsi, akademik məlumatlarına və saat başı məbləğinə görə özünüzə uyğun olanı seçə biləcəksiniz.

��Conversation Exchange

Yenə, forum dadında sizə həm tədris, həm də əyləncə aurasını yaşadacaq biləcək saytlardan biri! Buradan qeydiyyatdan keçmək və istifadə etmək tamamilə ödənişsizdir. Sadəcə ingilis dili deyil, müxtəlif istədiyiniz dillərlə praktika edə bilər və müxtəlif insanlarla söhbətləşə bilərsiniz. Sadaladıqlarımızın xaricində, sayt daxilində yer alan reklamları qaldırmaq məqsədli aylıq və illik üzvlüklər mövcuddur – ki, bunu tətbiq etməyiniz tamamilə sizin istəyinizə qalır.

��ToastMasters

Toastmasters International, dünya klubları şəbəkəsi vasitəsi ilə natiqlik və liderlik bacarıqlarını öyrədən qeyri-kommersiya təşkilatıdır. Baş ofisi Colo., Englewood-da olan təşkilatın 145 ölkədəki 16.200-dən çox klubdakı üzvlüyü 364.000-i keçir. 1924-cü ildən bəri Toastmasters International müxtəlif mənşəli insanlara daha inamlı danışanlar, ünsiyyət quranlar və liderlər olmaqda kömək etdi. Üzvlər altı ayda bir 45 ABŞ dolları beynəlxalq üzvlük haqqı və 20 yeni üzv haqqı ödəyirlər. Toastmasters ilə öyrənmə heç dayanmır. Toastmasters-a qoşulsanız bunlara sahib olacaqsınız: Natiqlik bacarıqlarınızı inkişaf etdirmək, liderlik bacarıqlarınızı inkişaf etdirmək, potensialınızı maksimum dərəcədə artırmaq, məhdudiyyətsiz fərdi inkişafdan həzz almaq, kiçik və dəstəkləyici bir mühitdə şəbəkə üzərində çalışmaq, çıxışlar yazmağı və qrup şəraitində təqdimat keçirməyi bacarmaq, rəqabət üstünlüyü qazanmaq və iş yerində, özünə inam və özünəməxsusluq yaratmaq.

��GoSpeaky

GoSpeaky, müəyyən bir dildə şifahi bacarıqlarını inkişaf etdirmək istəyən insanları dünyadakı anadili ilə əlaqələndirməyi hədəfləyən vebkamera əsaslı bir dil öyrənmə platformasıdır. Bir dil öyrənərkən maraqlarınızı bölüşən insanlarla söhbət edə bilərsiniz. Hər hansı bir ana dilində danışan potensial olaraq bir dil müəllimi ola bilər, yalnız tələblər dinamik, motivasiyalı və cəmiyyətimizin gündən-günə yaxşılaşmasına ingilis dili öyrənməklə kömək etmək istəyər. Bu platormada acarıqlarını mübadilə etmək istəyən insanlar üçün xidmət pulsuz olacaq yalnız xüsusi müəllim axtaran insanlar üçün ödənişli bir xidmət olacaqdır.

��LingoGlobe

LingoGlobe Almanya kökənli xarici dil öyrənmək və ya inkişaf etdirmək üçün yeni, pulsuz bir yoldur : ana dilin ingiliscəsi olan şəxslərlə praktik üçün ideal platformadır. Qeydiyyatdan keçdikdən sonra dünyanın müxtəlif bölgələrindən insanlarla dostluq edə bilərsiniz və söhbət etməyə başlaya bilərsiniz.

��Coeffee

Birlikdə danışaraq ingiliscənizi inkişaf etdirəcəyiniz, eyni zamanda müxtəlif oyunlarla vaxtınızı səmərəli və əyləncəli keçirə biləcəyiniz platformadır. İnsanlarla komanda şəklində müxtəlif oyunlara qoşula bilər və bu oyunlarla ingiliscə biliyinizi artıra bilərsiniz. Çünki, bu oyunlar tamamilə ingiliscə frazalar, sözlər, lüğətlə bağlı oyunlardır. Oyunlardan və kommunikasiyadan savayı, platformanın şəxsi bloquna ziyarət edərək oradan müxtəlif maraqlı məlumatlar qazana bilərsiniz. Saytdan birbaşa qeydiyyatdan da keçə bilərsiniz, bilavasitə fərqlə şəbəkə hesabınızla da giriş edə bilərsiniz. Bütün bu funksiyalar tamamilə ödənişsizdir.

��CoffeeStrap

CoffeeStrap da digərləri kimi öyrəndiyiniz bir dildə səlis danışmaq üçün əlverişli platformadır. Yalnızca dil səviyyənizdə və maraqlarınızda modulyasiya edilmiş düzgün danışıq tərəfdaşlarına giriş imkanı veririk. Darıxdırıcı və pullu məzmun yoxdur, sadəcə əyləncəli və pulsuz qarşılıqlı əlaqə var. CoffeeStrap-da kimsə ilə mesajlaşır və ya danışırsınızsa, alqoritmlərimiz hansı dildə danışdığınızı müəyyənləşdirir və inkişafınızı ölçür. İnkişaf etdirmək istədiyiniz dillərdə mesajlaşmaq və danışmaqla irəliləyiş qazanırsınız. Tərəqqi sizin axıcılığınızı müəyyənləşdirir: daha çox axıcı olmağınızı ölçür. Anadili olmayan dillərinizdə hər hansı bir irəliləyiş əldə etdikdə hər dəfə irəliləyiş balları alırsınız. İngilis, ispan, çin, portuqal, ərəb, holland, fransız, alman, italyan, yapon, koreys və rus dili daxil olmaq üzərə 12 dildə yerlilər tapa bilərsiniz.

İngiliscə Praktika Etmək üçün Digər Metodlar

Əgər, yuxarıda paylaşdığımız platformalar və sözü keçən metodlar sizə ingiliscə praktika etmək üçün kifayət deyilsə, ingilis dilini öyrənməyin saysız-hesabsız metodlarından bir qədər başqa növlərini sizinlə bölüşəcəyik.

�� Spesifik Speaking klublara gedin.

Danışığınıza praktika etmək və gələcək planınızda yer alan TOEFL və IELTS imtahanlarında Speaking bölümündən problemsiz keçmək kimi düşüncəniz varsa, bu zaman online chat saytlarının xaricində xüsusi speaking club-lardan yararlana bilərsiniz. Orada müxtəlif ingiliscə dil səviyyələrinə sahib olan şəxslərlə müəyyən mövzular üzərindən səmimi aura və dəstəkli şəkildə bir-birinizlə köməkləşərək fikir mübadilələri apara bilərsiniz.

�� Monoloq edin.

İngiliscə düşünmək və ingilisdə monoloq tətbiq etmək ingilis dilinizin inkişafına əlavə edəcəyiniz ən effektiv üsullardan biridir. Ana dilimizi bizim üçün ana dili edən onu həyatımızın hər bir sahəsində istisnasız və fasiləsiz şəkildə istifadəmizdir. Ana dilinə göstərilən əhəmiyyət və ayrılan vaxt qədər ingilis dilinə vaxt və diqqət ayrılsa, ingilis dilində düşünüb, monoloqlar özünüz üçün təşkil etsəniz və bunu mütəmadi şəkildə gerçəkləşdirsəniz, qısa vaxt ərzində mükəmməl irəliləyişə sahib olacağınızı görəcəksiniz.

�� Hər gün bir az ingilis dilində danışın.

Yeni bir dil öyrənməyin ən yaxşı yolu sadəcə danışmaqdır. Yalnız beş İngilis dili bildiyiniz və ya praktik olaraq səlis olduğunuzun heç bir əhəmiyyəti yoxdur – başqası ilə İngilis dilində danışmaq inkişafın ən sürətli və təsirli yoludur.

İngilis dilində danışarkən özünüzü “rahat hiss edəcəyinizi” düşünməyin – yəqin ki, uzun müddət bu səviyyəyə çata bilməyəcəksiniz, buna görə özünüzü rahatlıq zonasından sıxın və bu gün ingilis dilində danışmağa başlayın. Dil biliklərinizin nə qədər sürətlə inkişaf etdiyinə təəccüblənəcəksiniz.

Bir müddət sizinlə ingilis dilində danışmağa hazır olan yerli bir ingilis dilində danışan tapın – 30 dəqiqə ingilis dilində danışa biləcəyiniz və 30 dəqiqə ana dilində onlarla danışa biləcəyiniz bir dil mübadiləsi təklif edə bilərsiniz.

İngilis dilində danışan bir ölkədə yaşayırsınızsa, bir satıcıya “salam” deyərək və ya bir istiqamət, yolun təsviri istəyən tanışlarınızla sadə söhbətlərə başlayaraq təcrübə qazana bilərsiniz.

�� Tələffüzünüz üzərində işləyin.

Qəbul edilə bilən İngilis dili anlayışına, yaxşı bir qrammatikaya və geniş bir söz ehtiyatına sahib olsanız da, doğma İngilis vurğu tələffüzü üzərində çalışmadığınız müddətdə anlamaqda və danışmaqda çətinlik çəkə bilərsiniz.

Həqiqətən, İngilis dilinizi inkişaf etdirmək istəyirsinizsə düzgün və aydın bir tələffüz vacibdir. Yerli ingilis dilində danışanların müəyyən sözləri və səsləri necə tələffüz etdiyini diqqətlə dinləyin və onları kopyalamaq üçün əlinizdən gələni edin.

Qeyd edək ki, bəzi ingilis sözlərinin tələffüzü dünyanın hansı hissəsində danışdıqlarına görə çox dəyişir. Məsələn, Amerika ingilis dili Britaniya ingilislərindən çox fərqlidir. İngilis dilində danışan bir ölkəyə səyahət etməyi və ya yaşamağı planlaşdırırsınızsa, bu, müəyyən sözlərin necə tələffüz ediləcəyini öyrənərkən nəzərə almalısınız.

�� Lüğətinizi genişləndirin və frazalardan istifadə edin.

Söz ehtiyatınız nə qədər geniş və ingilis dilində daha çox ifadələr öyrənsəniz, ingilis dilində danışmaq daha asan olacaqdır.

Yenə də yerli İngilis dilində danışanlarla vaxt keçirmək, təbii olaraq ümumi söz və ifadələr əldə etməyinizə kömək edəcəkdir. Televiziya izləmək və xəbərləri ingilis dilində dinləmək də faydalıdır. Yeni bir söz və ya cümlə öyrəndikdən sonra onu tək bir cümlədə istifadə etmək üçün səy göstərməlisiniz – bu, onu yadda saxlamağın ən yaxşı yoludur.

Yeni sözləri yadda saxlamağın asan bir yolu gündəlik məişət əşyaları üçün stikerlər düzəltmək və evinizin və ya mebelinizin ətrafına yapışdırmaqdır. Sonra hər dəfə bir əşyadan istifadə etdikdə və ya güzgüyə baxanda bu sözlərin sənə baxdığını görəcəksən.

İngilis dilində danışanların hər zaman istifadə etdiyi deyim ifadələr ilə başlamalısınız. Bəzi nümunələrə “piece of cake” deməyi aid etmək olar (bir şey çox asan olduqda). Bu tip ifadələri söhbətinizə əlavə etmək ingilis dilinizi bir neçə addım qabağa atacaq.

�� Son olaraq, səhv etməkdən qorxmayın!

Yeni bir dil öyrənmək üçün ən böyük maneə səhv etmək qorxusudur. Bu qorxu heç bir məqsədə xidmət etmir – sadəcə hədəfə çatmağınıza mane olan bir əngəldir.

Səhv etməkdən qorxmayın və utanmayın! Əlbəttə, əvvəlcə mükəmməl danışa bilməyəcəksiniz. Çətinliklə də olsa özünüzü ifadə etməyə çalışın. Yeni bir dil öyrənərkən hər kəsin səhv etdiyini unutmayın – bu bir keçid mərasimidir. Təsadüfən kobud və ya səhv bir şey söylədiyiniz zaman, yöndəmsiz və ya utanc verici məqamlara sahib olursunuz, ancaq bu əyləncənin bir hissəsidir.

Həm də unutmayın ki, ingilis dilində danışmağı öyrənərkən mükəmməllik yox, daha çox irəliləməyi hədəfləyirsiniz. Səhv etmək, öyrənmə prosesinin bir hissəsidir, yaxşılaşmanıza kömək edir, buna görə səhvlərinizi sevin!

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

“danışıq” sözünün ingilis dilinə tərcüməsi

discussion, conversation “danışıq” nun ingilis dilinə ən yaxşı tərcümələridir. Tərcümə edilmiş cümlə nümunəsi: Plana əsasən çıxış edəndə adi danışıq üslubunda və ürəkdən danışmaq asan olur. ↔ Using it for delivery makes it easier for you to be conversational and to speak from the heart.

“danışıq” azərbaycan dili – ingilis lüğətində

discussion

Bəziləri müşahidə ediblər ki, sosial şəbəkə saytlarında söhbət zamanı kobud danışıq, dedi-qodu, yaxud əxlaqsız mövzular yavaş-yavaş daxil olmağa başlayır. Some have noticed that crude language, gossip, or immoral topics creep into discussions on social networking sites.

Dbnary: Wiktionary as Linguistic Linked Open Data

conversation

Plana əsasən çıxış edəndə adi danışıq üslubunda və ürəkdən danışmaq asan olur. Using it for delivery makes it easier for you to be conversational and to speak from the heart.

enwiktionary-2017-09
Alqoritmik şəkildə yaradılan tərcümələri göstərin

danışıq sözünün ingilis dilinə avtomatik tərcüməsi

Glosbe Translate
Google Translate

“danışıq” ilə şəkillər

“danışıq” sözünün ingilis dilinə kontekstdə tərcümələri, tərcümə yaddaşı

Yehova ilanları yaradanda onlara danışıq qabiliyyəti verməmişdi.
Now, when Jehovah made snakes he did not make them so they could talk.

«Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda deyilir: «İsanın ibrani dilində işlətdiyi “abba” sözü o dövrdə adi danışıq dilində ataya xitabən işlədilən və doğmalıq, eyni zamanda hörmət ifadə edən söz idi».

The International Standard Bible Encyclopedia states: “In the colloquial speech of Jesus’ time, ʼabbāʼ was primarily used as a term of informal intimacy and respect by children of their fathers.”

(Romalılara 12:21; 1 Peter 2:23). Çətin olmasına baxmayaraq, uşağınızdan gözlədiyiniz davranış və danışıq tərzinə dair ona nümunə olmağa çalışın.

(Romans 12:21; 1 Peter 2:23) Instead, as hard as it may seem, show by example the type of speech and behavior that you expect of your teenager.

Deyvidin tənqidi münasibəti onun danışıq tərzinə də sirayət etmişdi.
David’s bad attitude affected his speech.
10 Məsihçinin nümunəvi sayılması üçün təkcə ruhlandırıcı danışıq tərzinin olması kifayət deyil.
10 More than upbuilding speech is needed for a Christian to be a good example.

Bu, çox vacibdir, çünki ailə üzvlərinin davranış və danışıq tərzi ailə başçısı barədə yığıncağın hansı fikirdə olmasına təsir edəcək.

This is important, for the speech and conduct of a man’s family have a bearing on how he is viewed in the congregation.

Belə olan halda, biz sözlərimizlə və ya danışıq tərzimizlə başqalarını ruhdan sala bilərik.
If so, we might discourage others either by what we say or by how we say it.

Amma ehtiyatlı olmalıyıq ki, «sevimli» ağsaqqalımızın geyim tərzini, məruzə söyləmək və danışıq üslubunu yamsılamayaq.

But this does not mean that we try to copy a “prominent” elder in the exact way he dresses and grooms himself, his manner of public speaking, or even his style of conversation.

Sözsüz ki, gənc sadiq məsihçilər davranış və danışıq tərzləri ilə Yehovanı razı salmaq istəyirlər.
Faithful Christian youths surely want to please Jehovah with their conduct and speech.
Hər gün qeybət və nalayiq danışıq eşitməyə məcbursan.
Daily you are subjected to gossip and vulgar language.

Münasib danışıq üslubu dinləyicilərə özlərini sərbəst hiss etməyə və dediklərini maraqla dinləməyə kömək edir.

An appropriate conversational style of speech puts your audience at ease and helps them to be receptive to what you say.

Necə danışıq imanı möhkəmləndirir?
What kind of speech “is good for building up”?

Nə üçün vacibdir? Qapılarda quraşdırılan danışıq aparatı vasitəsilə şahidlik etmək adamı qorxuda bilər.

Why Important: Witnessing through an intercom can be intimidating.
Keçən fəsildən gördüyümüz kimi, danışıq ibadətlə sıx bağlıdır.
* As we saw in the preceding chapter, our speech is not independent of our worship.
Danışıq üslubu
Conversational Manner
Əlbəttə ki, biz Ona məsihçiyə xas olan danışıq və davranış tərzimizlə həmd edirik.
Of course, our Christian conduct and speech will honor him.

«Qoy. hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun» (Efes.

‘Let all anger and wrath and screaming and abusive speech be taken away from you.’ —Eph.

Bir neçə cümləni oxuduqdan sonra adi danışıq tərzindəkindən fərqli olan müəyyən temp və intonasiya formalaşır.

When you read more than a few sentences, you will usually adopt a pace and a pattern of inflection that differ from your spontaneous conversational style.

Plana əsasən çıxış edəndə adi danışıq üslubunda və ürəkdən danışmaq asan olur.
Using it for delivery makes it easier for you to be conversational and to speak from the heart.
Belə məsihçilər hətta onların danışıq və hərəkət tərzini yamsılaya da bilərlər (3 Yəhya 11).
They may even begin to imitate their speech and conduct. —3 John 11.

Pavelin növbəti məsləhətini tətbiq etmək də sülh və birliyi qorumaqda əvəzsiz rol oynayır: «Qoy kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun.

4:30) Application of what Paul wrote next is also essential for peace and unity: “Let all malicious bitterness and anger and wrath and screaming and abusive speech be taken away from you along with all badness.

Teokratik Xidmət Məktəbində təlim aldıqca, Allahın Kəlamında adları çəkilən keyfiyyətlər sənin danışıq və öyrətmə tərzində getdikcə özünü büruzə verməlidir.

As you benefit from Theocratic Ministry School education, the qualities highlighted in God’s Word should be progressively evident in your manner of speaking and teaching.

İngiliscə danışığı öyrənməyin 10 yolu

Dünyada qlobal dil kimi ən çox tanınan dillərdən biri də ingilis dilidir. İngilis dili öyrənmək ilk başlarda çətin ola bilər. Müxtəlif insanlar bu dili müxtəlif məqsədlər üçün öyrənir. Lakin, hər bir səbəbin sonunda ünsiyyət əsas vasitə kimi gəlir. İngilis dilini öyrənmək ilk başda çətin görünsə də, hər kəs öz öyrənmə metodunu taparaq buna asanlıqla nail ola bilər. Aşağıda belə yolların bir neçəsi haqqında nümunələr sizə öz öyrənmə yolunuzu tapmaqda kömək olacaqdır. Dil öyrənməyin çox sayda yolu var. Lakin, ingilis dilini öyrənməyin ən məhşur 10 yolu aşağıda göstərilib.

1. İngilis dilini olduğu kimi qəbul etməyə çalışın. İngilis dilində danışığı öyrəndiyiniz zaman ağlınızda bir çox suallar yarana bilər. Məsələn: niyə flourflower fərqli sözlər olsada eyni cür tələffüz olunurlar. Bu və digər fərqli suallarla qarşılaşmaq tez-tez baş verə bilər lakin, bunların hər birinin səbəbini axtarmaqla ingilis dilini öyrənmək sizə daha da çətin gələcəkdir. İngilis dili bəzən qəribə və anlaşılmayan bir dil kimi görünə bilər lakin, bunu olduğu kimi qəbul etməklə bu dili öyrənmək sizə üstünlüklər verəcəkdir.

2. İngilis dilinin dərinliklərinə daxil olmağa çalışın. Gün ərzində bir neçə saat, həftədə bir neçə gün ingilis dili ilə məşğul olmaqla özünüzü inkişaf etdirmək çoxda müsbət nəticə vermir. Ən tez şəkildə dil öyrənməyin yollarından biri, həmin dili gündəlik həyatımızda işlədilməsidir. Bütün gün olmasa da, hər gün müəyyən müddət ərzində ingilis dilində olan səsləri dinləmək, mətnləri oxumaq və sizə çətin görünən sözləri tələffüz etməklə qısa müddətdə irəliləyişlərə nail ola bilərsiniz.

3. Bu dildə sözləri tərcümə etməyə deyil ingilis dilində düşünməyə çalışın. Bunun mümkünsüz və mənasız olduğunu düşünə bilərsiniz lakin, ingilis dilində danışmağa çalışarkən hər sözü beyninizdə tərcümə edərək danışmaq sizi sözlərinizə daha diqqət yetirməyə yalnış sözlər deməmək üçün çoxlu vaxt işlətməyə məcbur edir. Buna görə də gündə 5 dəqiqə vaxt ayırmaqla sadəcə ingilis dilində düşünməyə çalışın. Yalnışlarınız olsa da bunun sizi dayandırmasına icazə verməyin.

4. Unutmayın ki, cavablar sualların içərisindədir. Kimsə sizə sual verərkən onlara diqqətlə qulaq asın. İngilis dilində suallar və cavablar sanki güzgüyə bənzəyir. Məsələn,

does he….? \ yes, he does can he….? \ yes, he can

Buna görə də sizə verilən suala cavab tapmaqda çətinlik çəksəniz, verilən sualdakı sözləri xatırlamağa çalışın.

5. Özünüzə çox yüklənməyin. Əvvəl deyilənlərin əksi kimi səslənsədə özünüzü çox yormaqla əldə edilən nəaliyyətlər tez bir zamanda unudulur. Xarici dil öyrənmək üçün vaxtınızı bölməyi sizin özünüzdən yaxşı heç kəs edə bilməz. Gün ərzində saatlarla oxumaqla dil öyrənməyə çalışmaq, sonda əldə olunan zəif nəticə sizi daha da ruhdan sala bilər. Vaxtınızı yaxşı bölməyi və arada fasilələr verməyi unutmayın.

6. Məcbur öyrənməyə deyil, əylənərək öyrənməyə çalışın. Hər kəsin xarici dili öyrənəməkdə öz səbəbləri var. Kimi bunu iş məqsədiylə, kimi xaricdə oxumaq məqsədiylə və s. səbəblərdən öyrənirlər. Səbəblər müxtəlif olsa da ingilis dilini əyləncəli məşğuliyyət kimi öyrənməklə onun sizə nə cür təsir edəcəyini görəcəksiniz. Danışıq zamanı əldə etdiyiniz irəliləyişləri dəyərləndirin və bunu daha da irəliləmək məqsədilə stimul kimi işlədin.

7. Bacardığınız qədər sizə verilən fürsətlərdən istifadə edin. Ətrafda sizin kimi digər xarici dili öyrənən və ya bilən şəxslər ilə ünsiyyətdə olmağa çalışın. Əgər belə bir fürsətiniz yoxdursa öz səsinizi qeyd edib onu dinləyin. Düzgün yoxlayacağınıza əmin deyilsinizsə, işlətdiyiniz sözlərin tələffüzünü ayrılıqda internet vasitəsi ilə yoxlaya bilərsiniz.

8. İngilis dilində danışmağın ən yaxşı yolu çoxlu danışmaqdır deyə düşünürsəniz bu haqda yalnış deyilsiniz. Lakin çoxlu oxumaq, dinləmək vasitəsilə də danışıq səviyyənizi artıra bilərsiniz. İngilis dilində əsas tələffüz qaydalarını bildiyiniz müddətdə, qarşınıza çıxan bir çox sözlərin tələffüzünü asanlıqla müəyyən edə bilərsiniz. Burada sizə tələffüz qaydalarının əsasını öyrənmək kömək olacaqdır. Danışıq zamanı öyrəndiyiniz məlumatlardan istifadə edərək qarşıdakı şəxsə öz fikrinizi asanlıqla çatdıra bilərsiniz.

9. Gərginliyi özünüzdən uzaqlaşdırmağa çalışın. Rahat şəkildə qurulan münasibət daha aydın olur. Unutmayın ki, əsas mükəmməl olmağa çalışmaq, hər sözü düzgün demək vacib deyil. Əsas olan qarşıdakı şəxsə öz fikirlərinizi çatdıra bilməkdir. Bunun üçün də ünsiyyət zamanı danışığınızın mükəmməlliyinə, edilən səhvlərin həmin anda düzəldilməsinə deyil, nəzərinizdə olan fikirləri həmin şəxsə çatdırmağa daha çox diqqət yetirin. Lakin, etdiyiniz səhvləri kənara atmağa deyil növbəti dəfə hansı şəkildə, daha düzgün deyə biləcəyiniz haqqında düşünməyə çalışın.

10. Pozitiv düşünməyi unutmayın. Bir çoxları uğursuzluğa baş vurduqdan sonra bunun mümkünsüz olduğunu və nəticənin dəyişməyəcəyini düşünərək təslim olurlar. Lakin, ingilis dilini mükəmməl bilən hər bir şəxs onu sıfırdan, səhvlər edərək öyrənir. Gündəlik əldə etdiyiniz uğurları dəyərləndirin və özünüzü mükafatlandırmağı da unutmayın. Xırda və ya dəyərsiz deyə düşündüyünüz şeylər belə sizə hər an lazımlı gələ bilər.

Ingilis dilində danışığı öyrənməyin bir çox yolu vardır. Lakin, hər bir şəxsin özünün daha yaxşı öyrəndiyi ona məxsus yolu vardır. Bu yolu tapmaq isə məhz həmin şəxsin vasitəsi ilə aparıla bilər. Bunun üçün verilən üsullardan istifadə edərək və daima müxtəlif yollar axtararaq, seçim imkanlarını genişləndirə bilərsiniz.

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.