Ingiliscə azərbaycanca lüğət
Təşkil etmək, qaydaya salmaq
Lətif Məhərrəmov “Azərbaycanca – ingiliscə lüğət” PDF
Müəllimlər, dil öyrənənlər, xüsusilə tərcüməçilər üçün nəzərdə tutulan bu vəsaitdən ingilis dilinə marağı olan hər bir şəxs faydalana bilər.
Elm və texnikanın sürətlə inkişaf etdiyi, internetin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi çağdaş dünyamızda vaxtilə ingilis dilində çox az işlətdiyimiz bəzi termin , söz və söz birləşmələri gündəlik həyatımızda ümumişlək mahiyyət daşıyır. Bu inkişafla əlaqədar həyatımızın bütün sahələrində, o cümlədən, kompüter terminologiyasında bir sıra neologizmlərin – yeni sözlərin yaranması dilin inkişaf dinamikası baxımından təbii haldır. Qeyd etdiklərimiz yeniyeni lüğətlərin tərtib edilməsini zəruri edir. Ədalət naminə qeyd edilməlidir ki, son dövrlər xeyli lüğətlər nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir. Lakin bəzən oxucular onları maraqlandıran bəzi söz və söz birləşmələrinin tərcüməsini kitablardan (xüsusilə, eyni kitabdan) tapa bilmirlər. Bu da ingilis dilini tədris edənlər, dil öyrənənlər, o cümlədən, tərcüməçilər üçün müəyyən çətinliklər yaradır.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
İngilis Azeri lüğət
Bu bölməmizdə sizlərə İngilis və Azərbaycan dilində sözləri ( Lüğətləri ) təqdim edəcəyik. İngiliscə Azərbaycanca lüğətlərə istinad edərək cümlələr və testlərlə birlikdə öyrəndiyiniz sözləri ( lüğətləri ) dahada möhkəmləndirmiş olacaqsınız. Hərgün İngilis dilində sözlər öyrənməklə, sizlərin İngilis dilindən Azərbaycan dilinə tərcümə edərkən ( vəya əksi ) müəyyən çətinlikləriniz aradan qalxmış olacaq. Uğurlar hərkəsə
İngiliscə Fellər lüğət
İngilis dilində sözlər və tərcüməsi
Accept
Qəbul etmək
Add
Əlavə etmək, üstünə gəlmək
Admire
Heyran olmaq
Admit
Qəbullanmaq, etiraf etmək, razılaşmaq
Advise
Məsləhət vermək
Afford
Gücü çatmaq( pul və s)
Agree
Razılaşmaq
Allow
İcazə vermək
Amuse
Əyləndirmək, əylənmək
Announce
Elan etmək, bildirmək
Annoy
Qıcıqlandırmaq, zara gətirmək, zəhlə tökmək bezdirmək
Answer
Cavab vermək
Apologise
Üzr istəmək
Appear
Gözə görünmək
Applaud
Alqışlamaq
Appreciate
Qiymətləndirmək, dəyərləndirmək
Approve
Təsdiq etmək, qəbul etmək
Argue
Mübahisə etmək
Arrange
Təşkil etmək, qaydaya salmaq
Arrest
Həbs etmək
Arrive
Gəlib çatmaq
Ask
Soruşmaq, istəmək, xahiş etmək
Attach
Əlavə etmək, təhkim etmək, bağlamaq, keçirtmək
Attack
Hücum etmək
Attempt
Cəhd etmək
Attend
İştirak etmək
Attract
Cəlb etmək
Avoid
Uzaqlaşmaq, uzaq durmaq, kənar durmaq
Back
Geriyə getmək
Balance
Tarazlamaq
Ban
Qovmaq
Bang
Vurmaq, çırpmaq
Bat
Vurmaq, çırpmaq
Bathe
Çimmək, duş qəbul etmək
Battle
Vuruşmaq, döyüşmək
Beg
Yalvarmaq, dilənmək
Behave
Davranmaq
Belong
Aid olmaq
Bless
Kutsamak, xeyir-dua vermək
Blind
Kor etmək, göz qamaşdırmaq
Blink
Göz qırpmaq
Blush
Üzü qızarmaq, utanmaq
Boast
Öyünmək
Boil
Qaynamaq, qaynatmaq
Bolt
Boltla bərkitmək, ləkələmək, qaçmaq
Bomb
Bombalamaq
Book
Yer ayırtmaq( restoran vəya hotel)
Bore
Bezdirmək, darıxdırmaq
Borrow
Borc almaq
İngiliscə cümlələr və tərcüməsi
He was accepted to Baku State University – O, Bakı dövlət universitetinə qəbul olundu
I accepted his invitation – Mən onun dəvətini qəbul etdim
I told my brother that she wouldn’t accept my gift – Mən qardaşıma, onun mənim hədiyəmi qəbul etməyəcəyini dedim
I can’t believe Alex accepted our offer – Alex in bizim təklifimizi qəbul etdiyinə inana bilmirəm
He added a little milk into the pot – O, qazanın içinə biraz süd əlavə etdi
Please, add me to the list, too – Zəhmət olmasa, mənidə siyahıya əlavə edin
They have nothing to add – Onların əlavə edəcək heçnəyi yoxdur
Dont add too much sugar – Çox şəkər əlavə etmə
They added my name to the list – Onlar mənim adımı siyahıya əlavə etdilər
I admire your spirit and perseverence – Mən sənin ruhuna və əzminə heyranam
She is her worst enemy, and yet, she admires him as the wisest man in the world – O, onun ən pis düşmənidir, ancaq hələdə o ona dünyadakı ən müdrik adam kimi heyrandır
They admire my courage – Onlar mənim cəsarətimə heyrandırlar
I admit it – Mən bunu qəbul edirəm
She admitted her mistake – O, səhvini qəbul etdi
Dont admit anything – Heçnəyi qəbul etmə
They admitted it wouldn’t be easy – Onlar bunun asan olmayacağını qəbul etdilər
I have to admit that you are right – sizin haqlı olduğunuzu qəbul etməliyəm
They advised us to stay at home – Onlar bizə evdə qalmağı məsləhət bildilər
Schools were closed and parents were advised to keep children at home – Məktəblər bağlı olduğundan, valideynlərə uşaqlarının evdə qalması məsləhət olundu
I wouldn’t advise it – Mən bunu məsləhət bilməzdim
Therefore we advise her to consider of it and settle her affairs in time – Buna görə biz ona bunu nəzərə almasını və işlərini vaxtında həll etməsini məsləhət görürük
What do you advise ? – nə məsləhət görürsən ?
İngiliscə cümlələr və tərcüməsi
They can’t afford to go to abroad this winter – Onların bu qış xaricə getməyə imkanı yoxdur
We both agree that you need to get out of this place for a while – hər ikimiz sizin bu yerdən bir müddətlik çıxmanıza razıyıq
Do you allow your guests to fish? – Qonaqlarınızın balıq tutmasına icazə verirsinizmi?
When a rainy day keeps me indoors, I amuse myself – Yağışlı gündə içərisdə qalanda, özümü əyləndirirəm
I will also announce you as the supreme battle strategist. – Mən həttə sizi ən yüksək döyüş strategisti kimi elan edəcəyəm.
I didn’t mean to annoy her with all of my questions, but she was the only one who knew what was happening. – Mən onu bütün suallarımla bezdirmək istəmirdim ancaq nə baş verdiyini bilən tək insan o idi.
How will you answer him? – ona necə cavab verəcəksən ?
We apologize for the mistake and the inconvenience – Səhv və narahatçılığa görə üzr istəyirik
The sun began to appear from behind the clouds. – Günəş buludların arxasından görünməyə başladı
The aircraft seemed to appear out of nowhere. – qırıcılar birdən birə ortaya çıxdı
Everyone applauded the graduates as they entered the auditorium – Məzunları auditoriyaya girəndə hamı alqışladı
İngiliscə cümlələr və tərcüməsi
I appreciate everything you do. – Elədiyin hərşey üçün minnətdaram
“Leila won’t approve of you being here,” she told him. – “Leyla sənin burada olmağını qəbul etməyəcək ” dedi.
“I approve the plans before they are released,” he said. – “Planları nəşrə buraxmadan əvvəl təsdiqləyirəm ” dedi.
Whatever. I came out here to enjoy your company, not argue with you. – Nəysə. Mən bura sizinlə mübahisə etməyə deyil, əylənməyə gəldim
My secretary will phone you to arrange a meeting. – Katibəm görüş təyin etmək üçün sizə zəng edəcək.
Why don’t you arrest both of us? – Niyə ikimizi də həbs etmirsiniz ?
She doesn’t normally arrive until nine. – o, normalda saat 9– a qədər gəlmir
They were to arrive on the morrow. – Sabah gəlməli idilər
You must ask him about every small thing – Ondan hər xırda şey haqqında soruşmalısan
I’ve attached an application to the brochure for you. – Broşuraya sizin üçün bir ərizə əlavə etdim.
For whatever reason, people like to attack me. – Hər nə səbəb olursa olsun, insanlar mənə hücum çəkməyi ( etməyi) sevirlər
The fact is, when wolves attack a herd, they always take the weakest animal. – Əslində, qurdlar sürüyə hücum etdikdə həmişə ən zəif heyvanı götürürlər.
I’ll attempt to relate my thoughts and feeling as accurately as possible. – Düşüncələrimi və hisslərimi mümkün qədər dəqiq şəkildə izah etməyə çalışacağam .
İngiliscə cümlələr və tərcüməsi
You want to attend my lecture? – Mənim mühazirəmdə iştirak etmək istəyirsən?
Julie will attend college full time in the coming session. – Julie önümüzdəki sessiyada kollecdə tam gün iştirak edəcəkdir.
Jessica pulled him by the arm to attract his attention. – Jessica onun diqqətini cəlb etmək üçün onun qolundan dartdı
He shut the door to avoid being overheard. – O, eşidil məməsi üçün qapını bağladı
You can’t avoid conflict all the time. – Sən həmişə ziddiyətdən kənar gəzə bilməzsən
She tried to balance herself – O, özünü tarazlamağa çalışdı
Maybe you think the British ban on fox hunting with dogs is ridiculous. – Bəlkədə siz Britanyanın itlərlə tülkü ovunu q adağa etməsinin gülünc olduğunu düşünrsünüz
They started battling against the Nazi’s germans – Onlar Nazi almaniyasına qarşı vuruşmağa başladılar
If I want anything, I won’t beg –I’ll take it! – Bir şey istəsəm, yalvarmayacağam – götürəcəyəm!
I will teach you afresh unless you behave better. – Əgər daha yaxşı davranmasan sənə təzədən öyrədəcəyəm.
The baby didn’t belong to Joseph. – Körpə Yusifə aid deyildi.
May God bless them.” – Allah onlara rəhm etsin
His body tensed so fast she didn’t have time to blink . – Bədəni o qədər sürətlə gərildi ki, gözlərini qırpmağa vaxtı yox idi.
Comments are closed, but trackbacks and pingbacks are open.