İstifadə olunmuş ədəbiyyat siyahısı
Beləliklə, cəmiyyətin sosial strukturu və stratifikasiyasına dair müxtəlif fikirlərin, təlimlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, K.Marks siniflərin meydana gəlməsi və mövcudluğunu maddi istehsalla bağlayan hərtərəfli materialist nəzəriyyə yarada bilmişdir. Siniflər haqqında dialektik materialist konsepsiya özündə cəmiyyətin obyektiv inkişafının vacib tərəflərini əks etdirir. Buna görə də bütövlükdə K.Marksın siniflər haqqında təlimini qəbul etməmək, burada mövcud olan bir cox rasional fikirləri də inkar etmək deməkdir. Bununla belə burada sosial-fəlsəfi fikirdə müəyyən sapmalara səbəb olmuş nəticələrə, o cümlədən tarixdə sinif və sinfi münasibətlərin rolunu mütləqləşdirən fikirlərə də rast gəlmək mümkündür.
Inkluziv təhsil ədəbiyyat siyahısı
Birinci mif – İnkluziv təhsil xüsusi təhsil proqramına ehtiyac duyan şagirdin tam təhsil ala bilməməsidir.
İkinci mif – İnkluzia bütün şagirdlərin dərs vaxtını yalnız sinif otaqlarında keçirməyə məcbur olması deməkdir.
Üçüncü mif – Oxşar tipli təhsil müəssisələrində əlil olan uşaqlar təcrid olunur. Sinif yoldaşları onlara pis davranırlar.
Dördüncü mif – Əgər müəllim əlil olan uşaqlara qarşı daha çox diqqət ayırarsa və tədris prosesinin əksər hissəsini onların təhsilinə sərf edərsə əlil olmayan şagirdlər diqqətdən kənar qalacaqlar.
Beşinci mif – Əlillik problemi olan uşaqlar başqa uşaqlarla birgə eyni sinifdədirsə o zaman verilən təhsil səviyyəsi aşağı düşür, sanki o, əlillərin bacarığına uyğundur.
Altıncı mif – Əlilliyi olan uşaqlar bu kimi fiziki çatışmamazlığı olan uşaqlarla münasibət qumralıdırlar. Ümumi siniflərdə onların bu kimi mnasibətlər qurması aşağı səviyyədə olacaq.
Yeddinci mif – İnkluzia – xüsusi lüksdür və ənənəvi tədris proqramından olduqca bahadır.
İnkluziv təhsil nədir:
Uşaq hüquqları konvensiyasına əsasən təhsil almaq hər bir uşağın əsas hüququdur. Konvensiyada qeyd olunan hər bir hüquq, hər hansı ayrı-seçkilikdən kənar bütün uşaqlara aiddir. Uşaq hüquqlarının oxşar tanınması yalnız nəzəri əsas daşımır. Dünyanın hər bir ölkəsində uşaq hüquqları konkret tədbirlərlə qanunvericilik, inzibati və icraçı sahələrdə təsdiqlənib. Tədris zamanı bütün uşaqlar tədrislə bağlı çətinliklərlə qarşılaşır ki, bu da şagirdin fiziki, intellektual, sosial, emosional, linqvistik yaxud başqa vəziyyətinə, onun tədris prosesindəki imkan yaxud çətinliklərinə görə yarana bilər. İnkluziv təhsilin məqsədi bütün uşaqların yaşadığı yerə yaxın məkanda həmyaşıdları ilə bərabər tədris və keyfiyyətli təhsil almaq imkanının verilməsidir.
İstifadə olunmuş ədəbiyyat siyahısı
2.Фихте И. Практическое наукоучение / Фихте. Сочинения в 2 тт. М., 1998.
3.Gönül İçli. Aile araştırmalarinda yöntem ve Yaklaşım. PAÜ. Eğitim Fak.Derg. 1997. Sayı:3 http://egitimdergi.pamukkale.edu.tr/makale/sayEIM.pdf
4.Голод С. И. Семья и брак: историко-социологический анализ. – Спб.: ТОО ТК «Петрополис», 1998.
5.Гис Ф., ГисДж. Брак и семья в средние века. М.: «РОССПЭН», 2002.
6.Hovard R.L. A Social History of American Family Sociology. 1865-1940 ed. by J. Mogey. Greenwood Press. 1981.
7.Жаназарова З. Социология семьи. Алматы. Казак Университети. 2006.
8.Кант И. Метафизика нравов / Сочинения в 6 тт. М.,1969. Т.6.
9.Кант. Сочинения в 6 тт. М., 1969. Т.6.
10.Ковалевский М. М. Сочинения: В 2-ч т. – С-Пб.: Алетейя, 1997. Т. 1: Социология.
11.Nəsirəddin Tusi. Əxlaqi Nəsiri. B., 1980.
12.Платон. Законы // Сочинения в 4 тт. М., 1973. Т. 3. Ч. 2.
13.Проневская И. В. Семья в социальной философии Сократа, Платона, Аристотеля // Вестник Московского гос. унта. Сер. 18. Социология и политология. -1998. – № 4
14.Семенов Ю.Н. Происхождение брака и семьи. М.-1974.
15.Сорокин П. Брак в старину (многоженство и многомужество), Рига, 1913.
16.Thomas Danvin L. ve Wilcox J. “The Rise of Family Theory” Handbook of Marriage and the Family NY. l988
17.Токарев С.А. Исследования семьи в зарубежной социологической и этнографической литературе (краткий историографический обзор //Этносоциальные аспекты изучения семьи у народов зарубежной Европы. М., 1987.
18.Türkdoğan Orhan, “Aile Yapıları” Aile Yıllığı, Aile Araştırma Kurumu Yayını, Ankara, 1990.
19.Ümit Meriç. “İleri Endüstri Toplumlarında Aile Kurumu Üzerine Bir Araştırma” Aile Yazıları 1, TC Başbakanlık Aile Araştırma Kununu Yayını. Ankara, 1990
20.Энгельс Ф. Происхождение семьи, частной собственности и государства. // М.: Политиздат, 1985.
Theoretical and conceptual basis of the family studies
(summary)
This article explores present theoretical approaches to the family institution in the West and the East and analyzes the tendency of sociologists to generate a systematic theory. At the same time the author makes an attempt to define in general terms the main directions and stages of development of sociology of the family. On the other hand based on different structural characteristics of Azerbaijani society the author emphasizes that the validity degree of the family theories which are the product of the West is low.
Keywords: family, West, East, society
Aile Araştırmalarının Teorik ve Kavramsal Temelleri
(özet)
Bu makalede aileye ilişkin Batı’da ve Doğu’da üretilmiş mevcut teorik yaklaşımlar ele alınmakta, sosyal bilimcilerin sistematik teori oluşturma çabaları değerlendirilmektedir. Aynı zamanda aile sosyolojisinin gelişimindeki ana çizgiler belirlenmeye çalışılmakta, aile sosyolojisinin gelişim aşamaları ana hatlarıyla irdelenmektedir. Bunun yanı sıra yazar Azerbaycan toplumu için Batı’da üretilmiş aile teorılerinin geçerlilik derecesinin düşük olduğu hususunu Azerbaycan toplum yapısının farklı özelliklerinden yola çıkarak vurgulamaktadır.
Anahtar kelimeler: aile, Batı, Doğu, toplum
Теоретико-концептуальные основы исследований института семьи
(резюме)
В данной статье рассматриваются разработанные на Западе и Востоке теоретические подходы к институту семьи, и анализируется стремление социологов сформировать систематическую теорию. В то же время делается попытка выявить в общих чертах основные направления и этапы развития социологии семьи. Вместе с тем автор, исходя из специфических особенностей структуры азербайджанского общества, отмечает низкую степень действенности западных теорий семьи в Азербайджане.
Ключевые слова: семья, Запад, Восток, общество
Cəmiyyətin sosial strukturuna dair marksizm təlimi və müasir stratifikasiya nəzəriyyələri
Osman Hacıyev
Marksizm fəlsəfəsinin formalaşması XIX əsrin 40-cı illərinə təsadüf edir. Almaniyada meydana gələn bu təlimin baniləri K.Marks və F.Engels hesab olunur. K.Marksın sosial sinfi struktur haqqındakı baxışlarının formalaşmasına bu dövrdə baş verən iki obyektiv proses çox mühüm təsir göstərmişdir:
1. 1848-ci ildə Qərbi Avropada baş verən burjua inqilabları. Məhz bundan sonra Marks özünün ilk traktatlarını dərc etməyə başladı.
2. Bu dövrdə ənənəvi cəmiyyət tipindən sənaye cəmiyyətinə keçidin baş verməsi. Yeni cəmiyyət tipi iki əsas sinfə – burjuaziyaya və proletariata bölünməsi ilə xarakterizə olunurdu .
Marksın sosial dünyagörüşünə Hegel dialektikası, A.Smit, D.Rikardo, K.A.Sen-Simon kimi mütəfəkkirlərin siyasi, iqtisadi, sosial fikirlərinin təsiri danılmazdır.
Marksizm cəmiyyətin sosial strukturuna determinist mövqedən yanaşır. Bu təlimə görə bütöv sistem olmaq etibarilə cəmiyyət iqtisadi, sosial, siyasi və ideoloji yarımsistemlərdən ibarətdir. Həmin yarımsistemlərin hər biri isə özlüyündə sistem kimi əsaslandırılır. Sistemlər arasındakı qarşılıqlı münasibətlərdə səbəb-nəticə əlaqələri başlıca rol oynayır. Bu o deməkdir ki, yarımsistemlərdən hər biri öz-özlüyündə deyil, digər sistemlərlə səbəb-nəticə asılılığında mövcuddur və onların hamısı iyerarxiyalı struktura malikdir. Marksizmə görə bütün sosial sistemlər iqtisadi sistemin xüsusiyyətləri ilə şərtlənir. İctimai həyatın bütün digər sistemlərinin inkişafı da iqtisadi sistemlə bağlıdır.
Sosial siniflər nəzəriyyəsi K.Marksın fəlsəfi yaradıcılığının vacib tərəfini təşkil edir. K.Marksın fikirlərinə istinad edərək, qeyd etmək olar ki, bu onun əsərlərinin başlıca mövzusudur. Lakin bu mövzuya onun yaradıcılığında tez-tez rast gəlinsə də, K.Marks bəzən sinifləri ziddiyyətli şəkildə nəzərdən kecirmişdir. Əgər biz onun əsərlərindən «Cəmiyyətdə neçə sinif var?» sualına cavab axtarsaq, onda bir neçə ziddiyyətli varianta rast gələrik. Məsələn, Fransada 1848-ci il burjua inqilabı dövründə, eləcə də Lui-Filippin rejimi çərçivəsində Marks cəmiyyətdə burjuaziya ilə yanaşı, fəhlə və kəndliləri, həmçinin burjuaziyanın müxtəlif tiplərini: maliyyə burjuaziyası, kommersantlar və s. ayırır. «Kommunist partiyasının manifesti”ndə o yazırdı: «Lui-Filippin zamanı bütün fransız burjuaziyası deyil, onun yalnız bir fraksiyası: bankirlər, birja və dəmiryol kralları, kömür və dəmir mədənlərinin sahibləri, meşə sahibləri iri torpaq sahiblərinin onlarla əlaqədar olan hissəsi, yəni maliyyə aristoktariyası adlananlar hökmranlıq edirdi» (1, 219). Həmin əsərdə Marks yuxarıda adları çəkilənləri müxtəlif siniflər adlandırırdı. Göründüyü kimi o, burada yeddi, səkkiz sinfi fərqləndirir. Həmin əsərin digər hissəsində isə Marks, cəmiyyətdə iki əsas sinfin-burjuaziya və proletariatın mövcud olduğunu qeyd edir. Ümumiyyətlə, Marks sinifləri hec vaxt sistemli olaraq tədqiq etməmişdir. Yalnız, «Kapital» əsərinin ücüncü hissəsinin başa çatdırılmamış 54-cü fəsli siniflərə həsr olunmuşdur. Buna görə də Marksın siniflər nəzəriyyəsi onun müxtəlif əsərlərindən o cümlədən Engelslə birgə hazırladığı işlərdən və Engelsin Marksın ölümündən sonra yazdığı əsərlərindən istifadə etməklə öyrənilir. Marksizm təliminə görə cəmiyyətin sosial strukturu üc əsas elementin-siniflər, ictimai təbəqələr və sosial qrupların qarşılıqlı təsirini əks etdirir. Çox vaxt siniflər və ictimai təbəqələr arasında hec bir fərq qoyulmasa da, Marks və Engels bəzi əsərlərində sinifləri icimai təbəqələrdən fərqli olaraq xalq təsərrüfatında-sənayedə, kənd təsərrüfatında iştirak edən qruplar kimi müəyyənləşdirmişlər. İctimai təbəqələr isə istehsal vasitələrində aydın ifadə olunmuş spesifik münasibəti olmayan və deməli, bütün sinfi əlamətlərə malik olmayan aralıq və ya keçid ictimai qruplardır. Sosial təbəqələr sinifdaxili (sinfin bir hissəsi) və siniflərarası ola bilər. Beləliklə, sosial təbəqə strukturu sinfi ilə tam üst-üstə düşmür.
Marksizmə görə siniflər cəmiyyətin sosial strukturunun nüvəsini-əsasını təşkil edir. Bu təlimə görə cəmiyyətdə sosial münasibətlərin əsasını sinfi münasibətlər təşkil edir (9, 37). Düzdür, siniflərin mövcudluğu Marksa qədərki dövrdə-XIX əsrin əvvəllərində elmdə qeyd olunmuşdur. Fransız tarixçiləri F.Gizo, O.Tyeri, ingilis və fransız iqtisadçıları A.Smit, D.Rikardo öz əsərlərində bu anlayışdan geniş istifadə etmişlər. Lakin, siniflər haqqında təlimin inkişaf etdirilməsi marksizmlə bağlıdır.
Marksizmin siniflər nəzəriyyəsini anlamaq üçün onun sosial-iqtisadi aspektlərinə diqqət yetirmək lazımdır. Belə ki, K.Marks siniflərin meydana gəlməsini iqtisadi səbəblərlə əlaqələndirir. O, cəmiyyət həyatının bütün sahələri içərisindən iqtisadi sahəni, bütün ictimai münasibətlər sistemindən istehsal münasibətlərini ayıraraq ona bütün başqa münasibətlərin ilkin əsası, müəyyənedici amili kimi baxır. Marksın təlimində iqtisadiyyat daha dəqiq, istehsalın üsul və xarakteri sinifyaradıcı əlamətlər kimi cıxış edir. Cəmiyyətin siniflərə bölünməsi ictimai əmək bölgüsü və xüsusi mülkiyyətin bərqərar olmasının nəticəsidir. Marksa istinad edərək, sinifləri cəmiyyətin iqtisadi strukturunda eyni mövqe tutan insanların birliyi kimi müəyyənləşdirmək olar. İnsanların cəmiyyətin iqtisadi strukturundakı mövqeyi isə onların mülkiyyətə sahib və ya ondan məhrum olması ilə bağlıdır. Bu faktorlara əsasən Marks kapitalist cəmiyyətində mülkiyyətə sahib olan burjuaziya və mülkiyyətdən məhrum edilmiş proletariat siniflərini müəyyənləşdirir.
Marksizmə görə bütün formasiyalarda özgə əməyinin istismarı baş vermişdi. İstənilən cəmiyyət tipində hakim sinfi təşkil edən mülkiyyətçilər mülkiyyətdən məhrum olan digər sinfi istismar edir. Bütün tarixi dövrlərdə bir qayda olaraq əhalinin azlıq təşkil edən hissəsi istehsal vasitələri və cəmiyyətin maddi resursları üzərində nəzarət edərək özgə əməyini istismar etmişdir. Qədim Romada torpaq sahibləri patrisilər idi, qullar isə istehlak minimumu müqabilində onlar ücün işləməyə məcbur idi. Orta əsrlərdə Avropada torpaq sahibləri feodallar olduğundan, təhkimli kəndlilər istifadə etdikləri torpaq müqabilində təsərrüfat və hərbi mükəlləfiyyətlər yerinə yetirirdilər. Kapitalizmdə isə burjuaziya müəssisə, torpaq və banklar üzərində nəzarət edirdi. Öz işlək əllərindən başqa heç bir mülkiyyəti olmayan proletariat isə muzdlu işçi olmaq məcburiyyətində qalır. Buradan da onların istismarı başlanır.
İstismar özgə əməyinin mənimsənilməsidir. Marksa görə fəhlə sinfi öz tələbatından artıq məhsul istehsal edir. Başqa sözlə, onlar izafi dəyər yaradır. Lakin onlar yaratdıqlarından istifadə etmək imkanlarına malik deyillər. Çünki istehsal vasitələrinin sahibləri həmin izafi məhsulu «gəlir» adlandıraraq mənimsəyirlər. Kapitalistlər tərəfindən izafi məhsulun mənimsənilməsi onların istehsal vasitələri üzərində mülkiyyət hüququna görə mümkün olur (5, 42).
İzafi dəyər burjuaziya sinfi ilə fəhlə sinfi arasında istismar münasibətlərini əks etdirir. İzafi dəyərin istehsalı və mənimsənilməsi kapitalist istehsal üsulunun daxili məqsədini əks etdirir və kapitalizmin əsas iqtisadi qanununu müəyyən edir. Kapitalizmdə izafi dəyərin istehsalı ictimai inkişafın başlıca hərəkətverici qüvvəsidir. Bu, eyni zamanda istehsal qüvvələri və münasibətlərinin inkişaf hüdudlarını müəyyənləşdirən amil hesab olunur. Marksizm istismarın, eləcə də, sinfi mübarizənin iqtisadi əsasını belə təsvir edirdi.
- Siniflərin mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır;
- Sinfi mübarizə hökmən proletariat diktaturasına doğru aparır;
- Bu diktaturanın özü bütün siniflərin məhv edilməsinə və sinifsiz cəmiyyətə doğru yalnız bir keçiddir (1, 578).
Müəyyən çatışmazlıqlarına baxmayaraq, marksist nəzəriyyə sinfi analizin əsası kimi cıxış edir. Sonradan əgər alimlərin bir hissəsi Marksın arxasınca gedərək, iqtisadiyyatı cəmiyyətin sinfi strukturunda əsas kimi qəbul etsə də, digərləri bundan imtina edərək, öz sosial struktur konsepsiyalarını irəli sürdülər.
Müasir sosial fəlsəfi fikirdə cəmiyyətdə müxtəlif siniflər, sosial qruplar və təbəqələrin öyrənilməsi zamanı daha çox sosial stratifikasiya nəzəriyyəsinə istinad olunur. Sosial stratifikasiya sosial təbəqələşmə deməkdir. Sosial təbəqələşmə əhali arasında təbəqələrin yaranma prosesi və onun nəticələridir. Bu prosesin başlanğıc nöqtəsi sosial yekcins cəmiyyətdir, yəni insanların əmlak və sosial vəziyyətinə görə fərqlənmədikləri cəmiyyətdir.
Sosial stratifikasiya nəzəriyyəsinin cavab verməli olduğu əsas suallar aşağıdakılardan ibarətdir:
- cəmiyyətdə təbəqələşməyə səbəb nədir?
- sosial bərabərsizliyi doğuran amillər hansılardır?
- təbəqələşmə cəmiyyətə nə verir?
- bu sahədə əsas hipotezaları empirik şəkildə necə yoxlamaq olar?
Qeyd etmək lazımdır ki, «stratifikasiya» termini daha çox elm sahəsində, «təbəqələşmə» isə daha çox gündəlik məişətimizdə, bəzən elmdə də işlədilir. Məsələ burasındadır ki, təbəqələşmə sözündən daha çox cəmiyyətin yoxsullara və varlılara ayrıldığı halda istifadə edilir. Bu halda həmin anlayış çoxsaylı orta sinfi əhatə etmir. Buna görə də stratifikasiya reallığı daha dolğun əks etdirir. O, təkcə əhalinin yoxsullara və varlılara ayrılması prosesini deyil, həm də cəmiyyətdə orta sinfin yerini və rolunu düzgün əks etdirir.
Stratifikasiya sosial sistemin üzvlərinin, yəni insanların qeyri bərabər statusa malik strata və ya səviyyələrdə yerləşməsi kimi nəzərdən keçirilir. Bu mənada stratifikasiya sosial bərabərsizliklə eyniləşdirilir (4, 62). Sosial bərabərsizlik ilk növbədə müxtəlif sosial faktorların təsiri ilə yaranır: əmək bölgüsü (əqli və fiziki əmək nümayəndələri), həyat tərzi (şəhər və kənd əhalisi), yerinə yetirilən funksiyalar və s. Sosial fərqlər ən əvvəl status fərqləridir. Bu, cəmiyyətdə insanların yerinə yetirdiyi müxtəlif funksiyalardan, ayrı-ayrı imkan və mövqelərdən, eləcə də malik olduqları qeyri-bərabər hüquq və məsuliyyətdən xəbər verir.
Sosial bərabərsizlik cəmiyyətin ierarxiyalı strukturunun olmasını təsdiq edir. Bir fərd, qrup, sinif və təşkilat başqasından yuxarıda və ya aşağıda yerləşir. Bu isə o deməkdir ki, onlar başqası ilə müqayisədə çox və ya az sərvətə, hakimiyyətə malikdir. Bərabərsizliyin bu prinsipindən cıxış edərək, sosial stratifikasiya sosial qurumların (qrupların, siniflərin, təbəqələrin) iyerarxiya qaydasında yerləşdirilmiş vəhdətidir. Beləliklə, stratifikasiya fərdlərin, qrupların, siniflərin məlum sosial sistemdə tutduqları yerə müvafiq olaraq bərabərsizliyidir. Bu hadisəni H.Spenser «sosial diferensiasiya» adlandırmışdır.
Sosial stratifikasiya nəzəriyyəsi marksizmin sosial sinfi struktur nəzəriyyəsinin inkarıdır. Marksizm cəmiyyətin sosial strukturunu araşdırarkən yalnız bir vacib meyara-istehsal vasitələri üzərində mülkiyyət münasibətlərinə əsaslanırdı. Buna görə də marksist nəzəriyyə cəmiyyətdə yalnız iki-mülkiyyətçilər (quldarlar, feodallar, burjuaziya) və istehsal vasitələri üzərində mülkiyyətdən məhrum olunmuş sinifləri (qullar, proletariat, həmçinin mülkiyyət üzərində məhdud hüquqa malik kəndlilər) fərqləndirirdi. Lakin, XX əsrin əvvəllərində cəmiyyətin sosial strukturuna belə yanaşmanın məhdudluğu üzə çıxdı. Sosial stratifikasiya nəzəriyyəsi göstərdi ki, nəinki təkcə gəlirlərin miqdarı və mülkiyyət münasibətlərinin daxil olduğu iqtisadi meyar, eləcə də müəyyən siyasi elitaya məxsusluq, sosial nüfuz, qohumluq əlaqələri və s. əlamətlər fərdin və ya qrupun sosial iyerarxiyada yerini müəyyənləşdirir. Bundan başqa, XX əsrin ikinci yarısında cəmiyyətin özündə keyfiyyət dəyişikliyi-industrial mərhələdən postindustrial mərhələyə kecid baş verdi. Sosial stratifikasiya nəzəriyyəsinin tərəfdarlarına görə keçmiş cəmiyyətin, o cümlədən industrial kapitalist cəmiyyətinin sosial strukturunun təhlili ücün sinif anlayışı müəyyən mənada qəbul ediləndir, lakin müasir postindustrial cəmiyyətdə marksizmin sinif anlayışı işləmir. Çünki, əsas sinif yaradıcı əlamət kimi çıxış edən mülkiyyət artıq Marksın dövründə olduğu dərəcədə əməyin nəticələrinin mənimsənilməsi yollarını müəyyənləşdirmir. Bu, cəmiyyətdə iri səhmdarların istehsalın idarə olunması sferasından çıxarılması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət münasibətləri heçə enmişdir, öz müəyyənediciliyini itirmişdir. Buna görə də, sosial stratifikasiya nəzəriyyəsinin tərəfdarları göstərirlər ki, cəmiyyət daxilindəki dəyişiklikləri daha dərindən araşdırmağa imkan vermədiyinə görə sinif anlayışı strata-təbəqə anlayışı ilə, cəmiyyətin sosial-sinfi təşkili nəzəriyyəsi isə sosial stratifikasiya nəzəriyyəsi ilə əvəzlənməlidir. Sosial strukturu araşdıran postmodern sosioloqların əksəriyyəti isə müasir cəmiyyətdə ümumiyyətlə siniflərin mövcud olmadığını israr edirlər (10, 11).
Sosial-fəlsəfi fikirdə stratifikasiyanın müxtəlif meyarları əsaslandırılır. Əgər K.Marks istehsal vasitələri üzərində mülkiyyəti cəmiyyətdə bərabərsizlyin əsas mənbələrindən biri sayırdısa, Maks Veber bu nöqteyi-nəzərdən üç komponenti belə ayırırdı: hakimiyyət, sərvət və prestij (11, 85). Sərvət fərdin malik olduğu mülkiyyəti, var-dövləti, gəlirin miqdarını, ümumiyyətlə maddi dəyərlərin məcmusunu əks etdirir. Veber göstərirdi ki, sərvət adi əmək haqqından daha geniş anlayışdır. Varlılar cox vaxt işləmir, malik olduqları mülkiyyət, səhmlər və qiymətli kağızlar, daşınmaz əmlak, sərmayə qoyuluşu və s. hesabına böyük gəlirlər əldə edə bilirlər. Müxtəlif sosial təbəqələr gəlir və sərvət əldə etmək ücün qeyri-bərabər imkanlara malikdirlər. Veber hakimiyyəti ayrı-ayrı təbəqələrin və sosial qrupların (status qrupları) öz iradəsini başqalarına qəbul etdirmək və mövcud resurslardan məqsədə çatmaq ücün istifadə etmək qabiliyyəti kimi başa düşürdü. O, hakimiyyəti siyasi kontekstdə qəbul edərək, müasir cəmiyyətdə daha təsirli qüvvəyə çevrilmiş bürokratların hakimiyyətini qeyd edirdi. Prestij isə insanlara cəmiyyətdə malik olduqları sosial atributlarına görə göstərilən hörmət və ehtiramdır. Veberin fikrincə, hakimiyyət fərdin cəmiyyətdə siyasi statusunu, sərvət iqtisadi statusunu, presetij isə sosial statusunu müəyyənləşdirir (3, 119). Bu üç komponent bir-biri ilə əlaqədar olsa da, bəzən üst-üstə düşməyə də bilər. Məsələn, universitet müəllimləri yüksək prestijə malik olsalar da, hakimiyyət və sərvət baxımından aşağı qiymətləndirilirlər:
- Yüksək sinif . Əsas xüsusiyyəti «əsil-nəcabətli» mənşəyi olan varlı insanlardan ibarət olmasıdır.
- Yüksək sinfin aralıq təbəqəsi. Bura aristokratik mənşəyə malik olmayan varlı insanlar daxildir.
- Orta sinfin yüksək təbəqəsi. Əqli əməklə məşğul olan yüksək təhsilli ziyalılardan, hüquqşünaslardan, iş adamlarından ibarətdir.
- Orta sinfin aralıq təbəqəsi. Əsasən dəftərxana işçilərindən və başqa «ağ yaxalıqlı» işçilərdən ibarətdir.
- Aşağı sinfin yüksək təbəqəsi. «Göy yaxalıqlı» işçilərdən – zavod fəhlələri və digər fiziki əmək nümayəndələrindən ibarətdir.
- Ən aşağı təbəqə. Cəmiyyətin ən kasıb və təcrid edilmiş hissəsindən ibarətdir.
Torsteyn Veblenin nəzəriyyəsi funksional inteqrasiya nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Belə ki, Devis və Murdan fərqli olaraq Veblen göstərirdi ki, cəmiyyətdə ən yüksək maaşı o adam almalıdır ki, o, ən aşağı heç kimin görmək istəmədiyi işləri görür.
Sorokinin fikrincə, stratifikasiyanın müxtəlif formaları mövcuddur: iqtisadi stratifikasiya, siyasi stratifikasiya və peşə stratifikasiyası. Əgər hər hansı cəmiyyətin üzvləri iqtisadi cəhətdən bərabər deyilsə, onlar arasında mülkiyyətçilərlə yanaşı, qeyri mülkiyyətçilər də mövcuddursa, həmin cəmiyyətin kommunizm və ya kapitalizm prinsipləri ilə idarə olunmasından və ya konstitusiyaya əsasən «bərabərlər cəmiyyəti» kimi müəyyənləşməsindən asılı olmayaraq, belə cəmiyyət iqtisadi stratifikasiya ilə səciyyələnir. Cəmiyyət daxilində rütbə, mənsəb, nüfuz, vəzifə kimi müxtəlif ierarxik dərəcələrin, idarəedənlər və idarəedicilərin mövcudluğu həmin cəmiyyətin siyasi cəhətdən diferensiasiyası ilə bağlıdır. Peşə stratifikasiyası isə hər hansı cəmiyyətdə insanların fəaliyyət və məşğulluğuna görə müəyyən qruplara ayrılması, həmçinin bəzi peşələrin digərlərinə nisbətən daha yüksək və nüfuzlu hesab edilməsi ilə əlaqədardır. İqtisadi, siyasi və peşə stratifikasiya növlərinin qarşılıqlı əlaqəsinin ümumi xarakteri bundan ibarətdir ki, müəyyən bir parametr üzrə yüksək təbəqəyə mənsub olan insanlar digər parametrlər üzrə də həmin təbəqəyə mənsub olurlar və ya əksinə. Yüksək iqtisadi təbəqənin nümayəndələri eyni zamanda yüksək siyasi və peşə təbəqələrində də özlərinə yer tururlar. Cəmiyyətdə qeyri mülkiyyətçilər isə peşə ierarxiyasında ən aşağı mövqedə dururlar. Bəzən bu ümumi qanunauyğunluq pozulur. Məsələn, heç də həmişə iqtisadi cəhətdən çox varlı olan insanlar siyasi və peşə piramidasının başında dura bilmirlər. Buna görə də, Sorokin göstərirdi ki, stratifikasiya növləri tamamilə yox, qismən üst-üstə düşür. Məhz bu hal stratifikasiya növlərini ayrı-ayrılıqda nəzərdən keçirməyi zəruri edir.
Beləliklə, cəmiyyətin sosial strukturu və stratifikasiyasına dair müxtəlif fikirlərin, təlimlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, K.Marks siniflərin meydana gəlməsi və mövcudluğunu maddi istehsalla bağlayan hərtərəfli materialist nəzəriyyə yarada bilmişdir. Siniflər haqqında dialektik materialist konsepsiya özündə cəmiyyətin obyektiv inkişafının vacib tərəflərini əks etdirir. Buna görə də bütövlükdə K.Marksın siniflər haqqında təlimini qəbul etməmək, burada mövcud olan bir cox rasional fikirləri də inkar etmək deməkdir. Bununla belə burada sosial-fəlsəfi fikirdə müəyyən sapmalara səbəb olmuş nəticələrə, o cümlədən tarixdə sinif və sinfi münasibətlərin rolunu mütləqləşdirən fikirlərə də rast gəlmək mümkündür.
Müasir tarix marksizmin bir sıra səhv cəhətlərini üzə çıxardı. Bu təlimin göstərdiyi kimi fəhlə sinfinin getdikcə yoxsullaşması deyil, əksinə, sənaye cəmiyyətinə keçidlə əlaqədar olaraq onun həyat standartlarının yüksəlməsi prosesi baş verdi. Göstərildiyinin əksinə olaraq, əmək haqqının artması, inqilabi əhval-ruhiyyənin azalması prosesi müşahidə olundu. Müasir dövrdə dövlət əməklə kapital arasındakı münasibətləri tənzimləyən qüvvə kimi cıxış edir. Mülkiyyətçi ilə muzdlu işçi arasındakı qarşılıqlı münasibətləri dövlət özü nizamlayır. Zəhmətkeşlər dövlət tərəfindən zəmanətli sosial hüquqlara-əmək haqqının minimal səviyyəsinin yuxarı olması və işsizlik üçün ödənilən sosial vəsaitlərə malikdirlər.
Bununla belə, qeyd olunmalıdır ki, Marksın yazıb yaratdığı dövr –XIX əsr klassik kapitalizm dövrü idi. Bu gün isə müasir korporativ kapitalizm dövrüdür. K.Marks öz nəzəriyyəsini yaradarkən kapitalizm öz inkişafının birinci mərhələsində idi. Bu dövrdə hərcmərclik, kəskin rəqabətlə yanaşı quldurluq, qarətçilik, oğurluq, fırıldaqçılıq kimi hallar geniş yayılmışdı. Bu təbiidir. Çünki, ilkin kapital yığımı və ondan sonrakı mərhələdə bu iqtisadi qanunauyğunluqdur. Bu mərhələni kapitalizmin inkişafının vəhşilik dövrü də adlandırırlar. Bununla əlaqədar olaraq K.Marksda xüsusi mülkiyyətə qarşı nifrət yaranmışdır. O, belə hesab edirdi ki, bu nöqsanların hamısı kapitalizmin inkişafı ilə əlaqədardır. Digər tərəfdən o, kapitalizmin inkişafının indiki mərhələsini görə bilməzdi.
- Kapitalzimin sosializmə keçməsi ücün ölkədə və regionda kapitalizmdə olduğundan daha yüksək səviyyəli məhsuldar qüvvələr və əmək məhsuldarlığı yaradılmalıdır.
- Əhalinin ictimai şüuru o dərəcədə yüksəldilməlidir ki, yeni cəmiyyətin inkişaf meyllərini və perspektivlərini anlasın və bu prosesə aktiv şəkildə qoşulsun.
- İctimai həyatın bütün sahələrində-iqtisadi, hüquqi, siyasi, sosial və s. sosial ədalət prinsipi tam həcmdə reallaşdırılmalıdır ki, insanlar yeni cəmiyyətin qurulmasının üstünlüklərinə əmin olsunlar və bu prosesin subyektinə çevrilsinlər.
- Mülkiyyət formasından asılı olmayaraq istehsalın nəticələri ictimailəşdirilsin və əldə edilən gəlir müxtəlif kanallarla ictimai tələbatların ödənilməsinə yönəldilsin.
Marksın dövründən fərqli olaraq müasir dövrdə mülkiyyətin mahiyyəti də radikal dəyişikliklərə uğramışdır. Bir tərəfdən mülkiyyətə sahibliyin ondan istifadə və idarə edilməsindən ayrılması prosesi baş vermiş və buradan da çox vaxt şərikli mülkiyyətçi kimi çıxış edən menecerlərin rolu artmışdır. Digər tərəfdən isə xüsusi mülkiyyətin əvvəlki, fərdi forması qrup və ya səhmdar formasına keçərək, aktuallığını itirmişdir. İndi faktiki olaraq hər bir kəs bu və ya digər kompaniyanın aksiyalarını aldıqda mülkiyyətin şəriklisinə çevrilmiş olur.
İnkluziv təhsil və gözləntilərimiz
İnklüziv təhsil nədir?Onun cəmiyyətdə rolu və cəmiyyətin bu yeni terminə adaptasiyası necədir?
İnklüziv təhsil ümumitəhsilin inkişaf prosesidir.Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarınınödənilməsi baxımından hamı üçün əlçatan olmasını özündə ehtiva edir. İnklüzivtəhsil ( fr. inclusif “özünə daxil edən”, lat.include – “daxil edirəm”) özünə daxil edən deməkdir. Sağlamlıqimkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını əsasən təmin edir.Benəlxalq statistikaya əsasən bir sinifdə sağlam uşaqlarla bərabər, xüsusiqayğıya ehtiyacı olan uşaqların sayı 5-10% olmalıdır.Bəs bu proses ölkəmizdə bugün hansı formadadır? Əlbəttdə, bu gün ölkəmizdə və təhsilimizdə gedən ugurluislahatların bu sahədə də töhfə verdiyinin şahidiyik. Azərbaycanda “İnklüzivtəhsil layihəsinin” icrasına 2005-ci ildən start verilmişdir. İnklüziv təhsilinsağlamlıq imkanları məhdud uşaqların kollektivə uyğunlaşmasında, cəmiyyətə inteqrasiyasında,özünə güvən hissinin güclənməsində, bərabər hüquqlu şəxsiyyət kimiformalaşmasında və cəmiyyətdə özlərini sübut etməsində cox gözəl faydalarıvardır.
Diskriminasiyadan yaxaqurtarmaq üçün bu prosesi ilk əvvəl ailədən və təhsildən başlamaq lazımdır.Azərbaycanda artıq 75 min saglamlıq məhdudiyyəti məhdud olan uşaqlar vardır.Onlardan yalnız 12 min uşaq təhsilə cəlb olunmuşdur, onların da böyükəksəriyyəti fərdi təhsilə və ya xüsusi məktəblərə cəlb olunmuşdur. Əgər ilkinolaraq bu ailələrlə söhbətlər aparılsa və o, uşaqların ən azından müəyyən birqismini cəmiyyətə adaptasiya edə bilsək biz artıq bu sahədə müsbət nəticələrəldə etmiş olarıq. Fikirləsin ki, əyalətlərimizdə nə qədər fikiki qüsurluuşaqlar vardır və təhsildən tam olaraq təcriddirlər. Bu gün cəmiyyətimizinİnklüziv təhsil sahəsində maariflənməsinə böyük ehtiyac vardır. “SİM uşaqproblemdir” fikrini insanların beynindən silmək lazımdır.Onlar da cəmiyyətineyni hüquqlu vətəndaşlarıdır. Sadəcə bir az fərqlidirlər. Bax, bu gunumuzdə buşüarı əldə tutmalıyıq.
Artiq t ibbi modeldən s osial modelə kecmək və insanlarıbuna adaptasiya etməyin zamanıdır.
Sağlamlıq imkanlarıməhdud şəxslərin təhsili(xüsusi təhsil) haqqında Azərbaycan RespublikasınınQanunu n da bütün bunlar geniş şəkildə nəzərə alınmışdır.Bu qanunun “Maddə3. Xüsusi təhsilin məqsədi” bölməsində xüsusi təhsilin məqsədi sağlamlıqimkanları məhdud şəxslərin zəruri bilik, bacarıq və vərdişlərini artırmaqlaonların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişininyaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdənibarətdir.
Sağlamlıq imkanlarıməhdud uşaqların ümumitəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə dəAzərbaycanın cəlb olunduğu İnklüziv təhsil sisteminin qanunauyğun inkişafmərhələsidir. Bu inkişaf sxematik olaraq 4 mərhələdən keçmişdir:Diskriminasiya, seqreqasiya, inteqrasiya: inklüziya.
Bizim bu günümüzdə ən coxdiqqət yönəltdiyimiz İnklüziv təhsil formasıdır.Və bu sahə üzrə ölkəmizdə coxgözəl layihəyə imza atılmişdır. Artıq Heydər Əliyev fondunun, UNİSEF və”Regiyonların İnkisafı” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqınınmaliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin İnklüziv təhsil sahəsindəbacarıqlarının artırılması” layihəsinin təlim proqramına start verilib. TəhsilNazirliyi ilə birgə əməkdaşlıq cərcivəsində atılan bu addım ümid edirik kiölkəmizdə İnklüziv təhsilə insanların marağınını daha çox cəlb edəcəkdir.İlkinolaraq Layihənin təlimlərinə Bakı, Gəncə, Quba, Şəki, Şamaxı, Ağcabədi vəCəlilabad rayonlarından seçilmiş 51 ali məktəb müəllimi cəlb olunmuşdur Bu işdəhər hansı bir müvəffəqiyyət əldə etmək üçün əsasən maarifləndirmə siyasətinihəyata keçirməliyik. İnanırıq ki, biz basqa sahələrdə oldugu kimi, bu sahədə dədönüş edə biləcəyik. Fərqli, lakin bərabər olan fərdləri də cəmiyyətin aktivhissəsinə cevirəcəyik .
Comments are closed, but trackbacks and pingbacks are open.