Press "Enter" to skip to content

Insan hüquqları haqqında tədbir

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçlığı ilə Beyləqan şəhər 2 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Insan hüquqları haqqında tədbir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Ombudsman tərəfindən ənənəvi olaraq hər il keçirilən “Hüquqlar hamı üçün!” jurnalist yazıları və “Mən və hüquqlarım” uşaq rəsm müsabiqələrinin yekunları elan olunub, qaliblər mükafatlandırılıb.

Giriş sözü ilə çıxış edən Ombudsman Səbinə Əliyeva əvvəlcə iştirakçıları tədbirin həsr olunduğu Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edib. Ombudsman bildirib ki, 2021-ci il üçün hər iki müsabiqədə əsas mövzu olaraq “Postmüharibə dövründə insan hüquqları” elan olunmuşdur. Ombudsman müsabiqələrdə iştirak edən jurnalistlərə və uşaqlara təşəkkürünü bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra müsabiqədə qalib olan jurnalist yazılarının məzmunu barədə məlumat verilib. I yerə Amin Nəzərli (Qafqazinfo.az saytı), II yerə Hafizə Əliyeva (“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC) və Məhbarə Əliyeva (“Respublika” qəzeti), III yerə Səbuhi Məmmədli (Lent.az saytı), Əsmər Qabil (APA İnformasiya Agentliyi) və Səməd Canbaxşiyev (Naxçıvan Dövlət Universitetinin müəllimi), fərqləndirmə mükafatına isə İlahə Allahverdiyeva (Naxçıvan Dövlət Universitetinin tələbəsi) layiq görülüb. Ombudsman tərəfindən iştirakçılara diplom və mükafatlar təqdim edilib.

Daha sonra rəsm müsabiqəsinin qaliblərinə diplom və mükafatları təqdim edən Ombudsman bu vacib mövzuya böyük maraq göstərən uşaqlara və onların valideynlərinə təşəkkürünü bildirib. Münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının Xalq rəssamları Səlhab Məmmədov və Arif Hüseynov təqdim edilən rəsmlərin uşaqların öz hüquqları haqqında məlumatlı olduqlarını, müharibə və postmüharibə dövründə onlara təsir etmiş səhnələri əks etdirdiyini qeyd ediblər.

Rəsm müsabiqəsinin yekunlarına əsasən I yerə Fatimə Quliyeva, II yerə Gülarə Salmanova və Rəhilə Məhərrəmova, III yerə Özləm Cəfərzadə, Səmayə Hüseynzadə və Ruhin Xasməmmədov layiq görülüb. 11 iştirakçıya isə həvəsləndirici mükafatlar təqdim edilib. Qeyd edək ki, builki müsabiqəyə Bakı və regionlardan ümumilikdə, 236 iştirakçı tərəfindən 260-dan çox iş təqdim olunmuşdu.

Insan hüquqları haqqında tədbir

Press-relizlər / 27.05.2019 / 14:58

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçlığı ilə Beyləqan şəhər 2 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tofiq Məmmədov, Beyləqan rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi baş inspektoru mayor Mübariz Məhərrəmov, Beyləqan şəhər 2 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tofiq Məmmədov, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Beyləqan rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi baş inspektoru mayor Mübariz Məhərrəmov öz çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Məktəbin müəllimləri İlhamə Məmmədova və Günel Bəşirova ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mayın 27-də DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, məktəbin direktoru Xədicə Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Mövzu ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib.

Insan hüquqları haqqında tədbir

Məlumat tapılmadı!

Elektron xəritə

Demoqrafik və sosial statistika

İqtisadi statistika

Ətraf mühit və digər sahələr

Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az

Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66

Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38

Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.

İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.