Press "Enter" to skip to content

İnsan və vətəndaşın şəxsi hüquq və azadlıqları

25 noyabr – 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi Məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, Xüsusi Məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: “Xüsusi Məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir”.

Insan huquqlari ve azadliqlari

İnsan hüquqları və yaranan problemlər

İşgəncələr əleyhinə olan addımlar insan haqlarını daha da dayanaqlı edir

Bu gun cəmiyyətdə diqqət mərkəzində olan aktual problemlərdən biri də insan hüquq və azadlıqlarıdır. Bu problem siyasi-hüquqi problemlər sırasında mühüm yer tutur. İnsan hüquq və azadlıqları elmi-tədqiqat araşdırmalarının əsas predmetidir. İnsan hüquqlarının müdafiəsi dövlətin ən ali vəzifəsidir. Milli inkişafın ən vacib şərti insan haqlarının qorunması və müdafiəsidir.
Hüquqi dövlət dedikdə, insan hüquq və azadlıqları, onların yüksək səviyyədə müdafiəsi başa düşülür. Vətəndaşların hüquqlarını təmin etmək və qorumaq dövlətin başlıca funksiyasıdır.Bununla bağlı ekspert İlhamə Hüseynova maraqlı tezislərlə çıxış edib. Onun sözlərinə görə insan hüquqları baza və pozitiv hüquqlara ayrılır. Heç kəs insanı təbii hüquqlarından heç bir şəkildə məhrum edə bilməz. Bura yaşamaq, şəxsi toxunulmazlıq, həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və s. aiddir. Bütün bunlar insan hüquqlarının əsasını təşkil edir. Müasir cəmiyyəti azadlıq, sərbəst yaşamaq, bərabərlik, ədalət prinsiplərinə əsaslanan, universal xarakterli insan hüquqları olmadan təsəvvur etmək mümkün deyil. Çünki bir dövlətin hüquqi dövlət kimi var olması və inkişafı, bir cəmiyyətin azad cəmiyyətə çevrilməsi məhz insan hüquqlarının vəziyyətindən, bu hüquqların həcmindən, necə həyata keçirilməsindən asılıdır.
İşgəncə nədir? Latınca bükmək, burmaq mənasını daşıyan “toture” (işgəncə, əzab vermə) insanlıq tarixi qədər yaşı olan bir cəzalandırma üsuludur. Qədim zamanlardan bəri işgəncənin cəza, qorxutma, etiraf üçün tətbiq edildiyi məlumdur. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, homoseksualistlərə, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə, zina edənlərə qarşı müxtəlif işgəncələr həyata keçirilmişdir. İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramsesin 1300-cü ildə kölələrə, istilaçılara tətbiq etdiyi işgəncələrdən bəhs etmişdir. Tarixdən də bəllidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilmişdir. Xüsusilə qədim Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilmişdir. Romalılrın ədalət sistemində Talion prinsipini-“həyata görə həyat, gözə-göz, dişə-diş”rəhbər tutması bir çox ölkələrin ədalət sistemində önəmli faktora çevrilmişdir. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa qəbul edilirdi. Çünki bir qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.
Avropa ölkələrinin bir çoxunda orta əsr məhkəmələri müttəhimin günahlılıq dərəcəsinə və sosial statusuna görə işgəncə vermə qərarları çıxarmışlar. O zaman işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prossesinin istintaq forması ilə bağlı idi. Etiraf, cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə istifadə olunurdu.İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlamış və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunmuşdur. İşgəncələr həmçinin protestantlığın radikal cərəyanları arasında da yayılmışdır. Orta əsrlərdən XVIII əsrədək işgəncələrdən qanuni soruşdurma, məhkəmələrdə etiraf və ifadə almaq məqsədilə istifadə olunurdu.
İnsan hüquqlarının rəsmiləşdirilməsi sahəsində ilk cəhdlərə XIII əsrdə rast gəlmək mümkündür. Məsələn, İngiltərənin 1215-ci il “Böyük Azadlıqlar Xartiyası”nda, 1689-cu il “Hüquqlar haqqında Bill”də, ABŞ-da qəbul edilmiş 1776-cı il “İstiqlaliyyət Bəyyannaməsi”ndə, 1791-ci il “Hüquqlar haqqında Bill”də 1789-cu il Fransada elan olunmuş “İnsan və vətəndaş hüquqları haqqında Bəyyannamə “də insan hüquqları rəsmi ifadəsini tapmışdır.
Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması iıə bağlıdır. Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olmuşdur. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən ləğv edilmişdir. (formal olaraq 1805) İşgəncələr Daniyada 1770, Rusiyada IIYekatrinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü ildə, (rəsmi olaraq I Aleksandrın 27 sentyabr 1801-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir) Avstriyada 1776, (bəzi məlumatlara görə 1787) Fransada 1780 (inqilabçı Milli Assambleya tərəfindən 1789-cu ildə təsdiq edilmişdir), Niderlandda 1789, Siciliya Krallığında 1789, Avstriya Niderlandında 1794, Venetsiyada 1800, Bavariyada 1806, Papa Vilayətində 1815, Norvegiyada 1819, Hannoverdə 1822, Portuqaliyada 1826, Yunanıstanda 1827-ci ildə ləğv olunmuşdur. Avropa ölkələrindən ən gec İsvecrə işgəncəni ləğv etmişdir. Sürix kantonu 1831, Friburq kantonu 1848, Bazel kantonu 1850, Qlarus kantonu isə 1851-ci ildə işgəncələri ləğv etmişdir. İngiltərədə isə işgəncələrin bəzi növlərinin qadağan edilməsi məlumdur. Məsələn 1772-ci ildə İngiltərədə “peine forte et dure” (fr. güclü və davamlı əzab) qadağan edilmişdir. Bu anqlo-sakson hüquq sistemində məhkəmə qarşısında çıxış etməkdən imtina edən şübhəli şəxsə tətbiq edilən işgəncə növüdür.İnsanın sinəsinə lövhə qoyulur, onun üzərinə daşlar yığılırdı və tədricən təzyiq artırılırdı və nəticədə bu işgəncə ölümə gətirib çıxara bilirdi. Məhkəməyə çıxarılması üçün şübhəli şəxs öz günahını etiraf etməliydi. Əgər o səssiz qalıb susmağa davam edərək bu işgəncə altında ölərdisə formal olaraq günahsız sayılırdı. Ölüm cəzasının tətbiq olunması nəzərdə tutulan bəzi cinayətkarlar “peine forte et dure” ilə ölməyi üstün tutrdular ki, bu halda da onların əmlakı müsadirə olunmurdu və vərəsələrinə keçirdi.
XIX əsrdən insan hüquqları dövlətlərin kontitusiyalarında təsbit edilməyə başlandı və indi demək olar ki, bütün dövlətlərin konstitusiyaları insan hüquqları və onların təminatlarını nəzərdə tutur.
XX əsrdə işgəncələr faşist Almaniyası, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başladı.
XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də müasir dünyamızda işgəncələr var.Azərbaycan xalqı artıq iki əsrə yaxındər ki, erməni millətçiləri tərəfindən vaxtaşırı beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani və insan ləyaqətini alçaldan rəftarla müşayət olunan etnik təmizləməyə və təcavüzə məruz qalmaqdadır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübüt edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırım siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş – onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yarlarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Təəsüflər olsun ki, hələ də dünya ictimaiyyəti bütün bu olanlara göz yumur.
İşgəncə müəyyən zorakı yollarla, hər hansı bir məqsədə çatmaq üçün bir nəfərən (bir qrupun) digərinə (başqa bir nəfərə və ya bir qrupa) ləyaqəti alçaldan, şəxsiyyətə toxunan, ağrı və əzablarla müşahidə olunan hərəkəti, qəddar rəftarı kimi başa düşülə bilər.
Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. Bu müddəalar İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində də göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz və heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
İstər milli qanunvericilik, istərsə də beynəlxalq hüquq normaları şəxsin şərəf və ləyaqətinin alçaldılmasının qadağan edilməsini müəyyən edərkən, həm dövləti şəxsin şərəf və ləyaqətinə qəsd etməkdən çəkindirir, həm də insanların kənardan olan belə qəsdlərdən müdafiəsinin təşkil edilməsini dövlətin vəzifəsi kimi təsbit edir.
İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasının 1-ci maddəsi işgəncəyə belə bir anlayış verilmişdir:
İşgəncə- hər hansı bir şəxsə ondan və ya başqa şəxsin məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir.
İşgəncə anlayışında 3 element əhatə olunur:
1.qəsdən fiziki və ya psixi cəhətdən iztirab vermə;
2.bilavasitə və ya dolayısı ilə iştirak edən şəxs tərəfindən iztirab vermə;
3.müəyyən məqsədlə iztirab vermə.
BMT-nin İşgəncə əleyhinə konvensiyasının 1-ci maddəsində verilmiş “işgəncə” tərifi üç müştərək elementi ehtiva edir:
-işgəncə beynəlxalq hüquqa əsasən qadagan edilir və heç vaxt ona bəraət qazandırıla bilməz;
-işgəncənin qadağan edilməsi mütləqdir və qeyd şərtsizdir;
-qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəzaların da qadağası mütləqdir və qeyd-şərtsizdir.

İnsan və vətəndaşın şəxsi hüquq və azadlıqları

Insan və vətəndaşın şəxsi hüquq və azadlıqlarından ən ümdəsi təbii hüququ olan yaşamaqhüququdur. Şəxs doğulan andan onun bu hüququ əmələ gəlir və ömrünün sonuna qədər bu hüquq onunla qalır. Insanın yaşamaq hüququ onun ölüm faktı ilə bitir. Hər hansı psixobioloji çatışmazlığa malik olub – olmamasından, şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq hər bir şəxs yaşamaq hüququna malikdir. ARK-nın 27-ci maddəsində hansı hallarda yaşamaq hüququndan məhrum edilmə kimi başa düşülmədiyini müəyyən edir. Buraya zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması dövlətə qarşı qiyamın yatırılması və s. daxildir. Digər hüquq və azadlıqlardan biri isə bərabərlikhüququdur. Bu hüquq insanlar arasında formal bərabərliyi təmin edir. Bu da özünü dövlətin insanlara yaratdığı şəraitdə özünü əks etdirir.ARK-nın 25-ci maddəsində deyilir: “hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquq və azadlıqları vardır”. Eyni zamanda dövlətimiz irqindən, cinsindən, dinindən, dilindən, milliyətindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyəindən asılı olmayaraq hər kəsin azadlıqlarının bərabərliyinə təminat verir. Hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ fərdin davranış imkanlarını ifadə edir. Bu imkanlar dövlət rtərəfindən tanınır və başqa şəxslərin qəsdlərindən müdafiə edilir. ARK-nın 25-ci maddəsində deyilir ki,”azadlıq hüququ yalnız qanunla müəyyənləşdirilmiş qaydada tutulma,həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər”. Qanuni surətdə AR-in ərazisində olan hər kəs sərbəst şəkildə hərəkət edə bilər. Hər zaman da öz ölkəsinə maneəsiz qayıtmaq hüququ vardır.Toxunulmazlıq hüququ isə şəxsin normal fəaliyyət göstərməsi üçün kənar müdaxilələrin istisnalığıdır. Toxunulmazlığa şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı və təhlükəsizyaşamaq hüququ daxildir. Qanunla müəyyənləşdirilmiş hallardan başqa şəxsin həyatına, əmlakına qəsd etmək, ona qarşı zor tətbiq etmək yolverilməzdir. Hər kəsin şəxsi və ailə həyatı sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa və şəxsin öz razılığı olmadan kimsənin şəxsi həyatına müdaxilə etmək qadağandır. Hər kəsin yazışma, teefon, teleqraf, poçt və s. ilə ötürülən məlumatların sirrini saxlamaq hüququna dövlət təminat verir. Lakin, bu hüquq cinayətin qarşısı alınması zamanı və cinayət işinin açılması üzrə istintaq zamanı məhdudlaşdırıla bilər. Eyni zamanda məhkəmə qərarı və qanunda nəzərdə tutulmuş digər hallarda mənzil sahibinin iradəsi əksinə olaraq mənzillə daxil olmaq olmaz.Fikir, söz azadlığı və vicdan azadlığı hüququ insanların mənəvi həyatı ilə birbaşa bağlıdır. Heç kəs öz fikrinə görə məsuliyyətə cəlb edilə bilməz. Lakin konstitusiyamızın 47-ci maddəsində də deyilir ki, “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Hər kəsin dinə münasibətini müstəqil müəyyən etmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etməkvə yaymaq hüququ vardır. Şərəf və ləyaqətin müdafiəsi hüququna ARK-nın 46-cı maddəsində yer verilmişdir.Psixi və yaş səviyyəsindən asılı olmayaraq, hamının şərəf və ləyaqəti müdafiə olunur. Heçkəsə işgəncə və əzab verilə bilməz. Kimsənin razılığı olmadan onun üzərində hər hansı bir təcrübə aparmaq olmaz. Milli mənsubiyyət hüququ, dil, din, adət — ənənə və s. əlamətlər əsasında müəyyən fərdin özünü hər hansı xalqın üzvü sayaraq onun mənəvi dəyərlərini, əxlaqını qəbul etməsidir. Ona özünün tərbiyə aldığı və ya əsas hesab etdiyi dildən ünsiyyət vasitəsi kimi istifadə etmək hüququ verilir. Hər kəsin ana dilində tərbiyə almaq, təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz.Nikahhüququinsanların ailə qurmaq məqsədi ilə müvafiq orqanlarda qeydiyyata alınan qurduqları ittifaqdır. Iki şəxs arasında əmələ gələcək ailə, məişət, mülki və d. münasibətlərin rəsmiləşdirilmə formasıdır. Hər kəsin müəyyən yaş həddinə çatdıqdan sonra nikah hüququ vardır. Qarşılıqlı razılıq əsasında olur.Heç kəs zorla evləndirilə bilməz. Ailə dövlətin himayəsindədir. Qadın və kişinin hüquqları bərabərdir.

İnsan hüquqları

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələr Azərbaycan qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan hüquq və azadlıqları Azərbaycan ərazisində birbaşa tətbiq gücünə malikdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur. Müxtəlif sahələr üzrə qəbul edilən qanun və məcəllələr Azərbaycan Respublikası qanunvericilik sisteminin güclənməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə ölüm hökmü ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.

27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqram, əsasən, BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə Azərbaycanın birinci məruzəsi ilə bağlı verilmiş tövsiyələrdə əks olunan məsələləri özündə ehtiva edir. Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi (həmçinin, qanunların hazırlanması zamanı insan hüquq və azadlıqlarının əsas amil kimi götürülməsi vasitəsilə), dövlət qurumlarının işinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsi, insan hüquqları sahəsində təlim, tədqitat və maarifləndirici tədbirlərin davam etdirilməsi, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsini nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/60/L.48 saylı Qətnaməsinə əsasən yaradılan İHŞ İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. Azərbaycan İHŞ-nin ilk 47 üzv-dövlətindən biri olmuşdur. İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır.

2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.

Azərbaycan Respublikası İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə məhsuldar əməkdaşlığını davam etdirir. Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı məktubla müraciətlərə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü aprel ayında Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvət (“standing invitation”) göndərmişdir.

Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə BMT-nin xüsusi məruzəçisi A.Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə 16-23 may 2012-ci il tarixində Azərbaycana səfər etmişdir.

2013-cü ilin 30 aprel tarixində BMT İnsan Hüquqları Şurasının UDİ üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə interaktiv dialoq keçirilmişdir. Sessiya çərçivəsində milli hesabatımız üzrə ümumilikdə 77 dövlət interaktiv dialoqda çıxış etmiş, sual və tövsiyələrini səsləndirilmişlər. İnteraktiv dialoq çərçivəsində nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası Hökumətinin insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə əldə edilən irəliləyişlər, həmçinin mövcud çətinliklər qeyd edilmişdir.

2013-cü ilin 3 may tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Hökumətinin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktı üzrə üçüncü dövri məruzəsi nəzərdən keçirilmişdir. Sessiya çərçivəsində Komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, nümayəndə heyətinin açılış nitqini və hesabatımızda iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini yüksək qiymətləndirmiş və sözügedən məsələləri Hökumətimizin iqtisadi, sosial və mədəni hüquqların təminatı sahəsindəki səylərinin bariz nümunəsi qismində səciyyələndirmişlər. Azərbaycan Respublikasının məruzəsi və interaktiv dialoqun gedişi Komitə üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktın yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının səylərinin təqdirəlayiq olduğu qeyd edilmişdir.

2013-cü ilin 20 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası çərçivəsində UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikası üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilmişdir. Hesabata baxış zamanı təqdim edilən ümumilikdə 162 tövsiyədən 158-i Azərbaycan tərəfindən tam və ya qismın qəbul edilmiş, habelə mövcud tövsiyələrin müəyyən hissəsinin Azərbaycan Hökuməti tərəfindən artıq yerinə yetirildiyi, digər hissəsi ilə bağlı isə işlərin davam etdirildiyi qeyd olunmuşdur. İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunmuşdur.

25 noyabr – 6 dekabr 2013-cü il tarixində BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri olmuşdur. Xüsusi Məruzəçi İnsan Hüquqları Şurasının 26-cı sessiyasına təqdim etdiyi hesabatın Azərbaycana səfəri ilə bağlı Əlavəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına məxsus olduğunu qeyd etmiş və münaqişə ilə bağlı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etmişdir. Eyni zamanda, Xüsusi Məruzəçi hesabatında münaqişə ilə bağlı aşağıdakı tövsiyəni vermişdir: “Xüsusi Məruzəçi torpağın işğalı məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsində əks olunan müddəalar əsasında tezliklə həlli ilə bağlı beynəlxalq ictimaiyyətə öz səylərini intensivləşdirməyi tövsiyə edir”.

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/5) qismində yayılmışdır.

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli tərəfindən İHŞ-nin prezidentinə müvafiq məktub ünvanlamışdır. Sözügedən məktub BMT İnsan Hüquqları Şurasının 25-ci sessiyasının rəsmi sənədi (A/HRC/25/G/14) qismində yayılmışdır.

1-2 aprel 2014-cü il tarixində Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası üzrə Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinə dair həyata keçirdiyi tədbirlər barədə ilk məruzəsinə baxılmış və müvafiq tövsiyələr qəbul edilmişdir. Azərbaycan tərəfi sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Komitə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ölkəmizin səylərini xüsusi qeyd edərək, 31 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi sahəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” və “İnkluziv təhsil üzrə Dövlət Proqramı”nın qəbul edilməsini təqdir etmişdir. Komitə həmçinin, ölkədə Konvensiyanın müddəalarının həyata keçirilməsini əlaqələndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Konvensiyadan irəli gələn məsələlər üzrə ölkəmizin regionda Konvensiyanın digər tərəf-dövlətləri ilə beynəlxalq əməkdaşlığı təqdir edilmişdir. Bununla yanaşı, Konvensiya üzrə ölkəmizin növbəti hesabatının sadələşdirilmiş hesabat proseduruna (simplified reporting procedure) uyğun olaraq təqdim edilməsi barədə Komitənin təklifi Azərbaycan tərəfindən məqbul hesab edilmiş və ölkəmiz sözügedən prosedura qoşulmuşdur.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi eyni zamanda ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün sözügedən məsələlərə məsul olan qeyri-hökumət təşkilatları ilə təmaslarını davam etdirir. 2014-cü ilin 26 mart tarixində Daxili Yerdəyişmə üzrə Monitorinq Mərkəzi (IDMC) tərəfindən ölkəmiz üzrə hesabat buraxılmışdır. Hesabatda ölkəmizdəki məcburi köçkün vəziyyətinin Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişədən irəli gəldiyi, Ermənistanın Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu nəzarət altında saxlaması, məcburi köçkünlərin yaşadıqları torpaqların Ermənistan qoşunları tərəfindən işğal olunması və münaqişənin hazırda da cəbhə xətti boyunca davam etməkdə olması birmənalı şəkildə qeyd edilmişdir.

18-24 may 2014-cü il tarixində BMT-nin Məcburi köçkünlərin hüquqları üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyaninin Azərbaycana rəsmi səfər etmişdir. Xüsusi Məruzəçi Azərbaycana səfəri ilə bağlı tam hesabatını BMT İnsan Hüquqları Şurasının 2015-ci ilin iyun ayında keçiriləcək iclası zamanı təqdim edəcəkdir.

18-27 avqust 2014-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun və 8-17 sentyabr 2014-cü il tarixində BMT-nin İşgəncənin qarşısının alınması üzrə Alt-komitəsinin ölkəmizə ilk rəsmi səfəri nəzərdə tutulur.

  • Ümumi məlumat
  • İnsan hüquqları
  • Humanitar məsələlər
  • İqtisadi məsələlər
  • Sosial məsələlər

Comments are closed, but trackbacks and pingbacks are open.