Insan Resurslarının idarə edilməsi
İnsan resursları performansının idarə edilməsi funksiyası insan resurslarının əmək fəaliyyətinin planlaşdırılması, analiz edib qiymətləndirilməsi, mükafatlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu funksiyanın əsas məqsədi əvvəlcədən müəyyənləşdirilən standartlar və meyarlar əsasında səmərəliliyi artırmaq və müəyyənləşdirilən standartlara uyğun olmayan namizədlərin təlim ehtiyaclarını müəyyən etməkdir. Müəssisənin burda əsas məqsədi gözlənilən məhsuldarlıq və işçilərin səmərəliliyini ən yüksək səviyyəyə yüksəltməkdir. İnsan resurslarının kadrlaşdırılması mərhələsində seçdiyimiz namizədlərin həqiqətən müvəffəq olub olmadığını performans qiymətləndirməsi vasitəsilə ortaya çıxara bilərik. Buna görə də performansın idarə edilməsi sisteminin həm performansı qiymətləndirilənlər, həm performansı qiymətləndirənlər, həm də təşkilat üçün böyük əhəmiyyəti vardır. Peformans qiymətləndirilməsinin işçilər üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilər müəssisənin onlardan nə gözlədiyini, nə tələb etdiyini və performanslarının necə qiymətləndirilməsi haqqında məlumat sahibi olurlar və bundan əlavə qiymətləndirmə nəticəsində işçilər özlərinin güclü və inkişaf etdirilməli tərəfləri haqqında məlumat əldə edirlər. Performans qimətləndirilməsinin təşkilat üçün əhəmiyyəti isə ondan ibarətdir ki, təşkilatların təqdim etdiyi xidmət və istehsal etdikləri məhsulların keyfiyyəti yüksəlir və işçilərin təlim ehtiyacları və müəssisənin təlim büdcəsi daha rahat bir şəkildə müəyyən olunur.
Azərbaycan Dövlət
İqtİsad Unİversİtetİ
İnsan resurslarının idarəedilməsi ixtisaslaşmasırəqabətə əsaslanan qlobal bazarda idarəetmə və iqtisadi prinsiplərin insan kapitalına tətbiqini tədris edir. Bu ixtisas məhsul və xidmət sahələri üzrə insan kapitalından optimal istifadə imkanlarını ön plana çəkir. Magistrantlar əmək bazarında tələb və təklif, bu sahədə dünya iqtisadiyyatının hazırkı durumu, əməyə çəkiləcək gələcək xərcləri, əməyin əvəzediciləri və digər konsepsiyaları mənimsəməklə idarəetmədə səmərəli qərarların qəbul edilməsi sahəsindəki biliklərə yiyələnəcəklər. Məhsuldar işçilərin mükafatlandırılması və işinyerinə yetirilməsinin rasional yolları müzakirə edilir. İxtisaslaşma həmçinin, idarəetmə və istehsal çərçivəsində informasiya axınının yarandığı andan maneəsiz və gecikdirilmədən, adekvat şəkildə müəssisə rəhbərinə və menecerlərə çatdırılması ilə məhsuldarlığın artırılması arasındakı bağlılığı izah edir.
MBA proqramının müddəti və ünvanı:
İnsan resurslarınınidarəedilməsiixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır.
Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə30 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit olmaqla, cəmi 48 kreditlə tamamlanır.
Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az, tel/fax +99412 4976267
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Diplom:
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
İnsan resurslarınınidarəedilməsi ixtisası üzrə keçirilən fənlər:
Birinci semestr:
SMO 652 Liderlik və təşkilati davranış
MGTSC 501 Biznes statistikası
ECON 503 Menecment iqtisadiyyatı
ACCTG 503 Maliyyə uçotu(F3)
İkinci semestr:
SMO 502 Strategiya, təşkilat və innovasiya
FIN 502 Korporativ maliyyə
MARK 502 Marketinq strategiyası
ACCTG 502 İdarəetmə uçotu(F2)
Üçüncü semestr:
OM 502 Əməliyyatlar menecmenti
BLAW 642 Biznes hüququ(F4)
Dördüncü semestr – 4 əsas seçmə fənn
HRM 600 İş və fəaliyyət
HRM 620 Personalın işə qəbulu, seçilməsi və işlə tanışlıq
HRM 632 Təlim və inkişaf
HRM 601 İş fəaliyyətinin (performansının) idarəedilməsi
HRM 642 Mükafatlandırmanın idarəedilməsi
HRM 605 İnsan Resurslarının idarə edilməsi
HRM 603 İnsan Resurslarının idarə edilməsində tədqiqat metodları
SMO 634 Texnologiya və qlobal rəqabət
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
MIS 521 İdarəetmənin informasiya sistemləri
HRM 602 Beynəlxalq biznes etikası və korporativ idarəetmə
BLAW 631 Menecmentin hüquqi aspektləri
Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə
Insan Resurslarının idarə edilməsi
İnsan resurslarının idarə edilməsinin əsas məqsədi müəssisədə məhsuldarlığın artırılması və əmək şəraiti keyfiyyətinin yüksəldilməsi ilə rəqabət üstünlüyünün təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir.
İnsan resursları idarəsinin funksiyalarına planlaşdırılma, kadrlaşdırılma, təlim, karyera idarəsi, əmək fəaliyyətinin idarəsi, əmək haqqının idarəsi, insan resurslarının mühafizəsi və insan resursları kargüzarlığı daxildir.
İnsan resurslarının planlaşdırılması:
İnsan resurslarının idarə edilməsi prosesi insan resurslarının planlaşdırılması funksiyası ilə başlayır. Bu funksiya ilə müəssisənin gələcək illər üçün insan resursları ehtiyacı müəyyən olunur. Başqa sözlə, insan resurslarının planlaşdırılması gərəkli sayda uyğun əməkdaşın ehtiyac yarandığı zamanda uyğun vakansiyaya yerləşdirilməsini təmin etmək məqsədilə təşkilatın insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi prosesidir
Bu funksiya insan resurslarının digər funksiyaları ilə zəncirvari şəkildə bağlıdır. Belə ki, insan resurslarının kadrlaşdırılması funksiyası çərçivəsində nə qədər namizədin işə qəbul edilməli olduğu, gələcəkdə nə qədər işçinin təlimləndirilməli olduğunu müəyyən etmək üçün planlaşdırma zamanı müəyyən edilən say böyük bu funksiya ilə müəyyən olunur.
İnsan resurslarının planlaşdırması bir proses kimi həyata keçirilir və bir neçə mərhələni əhatə edir:
– məlumatların toplanması və mövcud olan vəziyyətinin təhlili;
– insan resursları ehtiyacının müəyyənləşdirilməsi;
– insan resursları ehtiyacının qarşılanması üçün fəaliyyət planının hazırlanması və tətbiq edilməsi;
– seçilmiş fəaliyyət planının qiymətləndirilməsi və ona nəzarət.
Planlaşdırılma prosesi qısa, orta və uzun müddət üçün aparıla bilər və insan resursların planlaşdırılması təşkilatın məqsəd və strategiyasından asılı olduğuna görə onlara uyğun şəkildə hazırlanmalıdır.
İnsan resurslarının kadrlaşdırılması:
Təşkilatlarda insan resursları şöbəsinin ən mühüm vəzifələrindən biri kadrların təmini, seçimi və yerləşdirilməsidir. İnsan resursları təşkilata istiqamət verərək onu uğura da, uğursuzluğa da apara bilər. Təşkilat üçün işçi ehtiyacı təşkilatın yeni qurulduğu dövrdə, işdən çıxan olanda, başqa şirkətə transfer olduqda, başka vəzifəyə keçdikdə, təqaüdə çıxdıqda, şirkətin böyüdüyü zaman və s. hallarda boşalan yerlərin doldurulması zamanı ortaya çıxır. Yaranmış yeni vakansiyaları həm təşkilatın daxilində olan resurslar arasından, həm də təşkilatın xaricində olan insan resurslardan təmin etmək olar. İnsan resurslarının kadrlaşdırılması prosesində ilk növbədə müəssisənin ehtiyacı olan əməkdaşları tapmaq üçün namizədlər bazası formalaşdırılır. Burada əsas nüans bazanın keyfiyyətli şəkildə formalaşdırılması və tələb olunan keyfiyyətlərə malik namizədlərin seçilməsinə və yerləşdirilməsinə nail olmaqdır.
İnsan resurslarının kadrlaşdırılması prosesində işçi ehtiyacının təmin edilməsinin iki yolu vardır
– daxili resurslar hesabına insan resurslarının təmin edilməsi dedikdə mövcud işçilər hesabına vakant yerlərin doldurulması nəzərdə tutulur;
– xarici resurslar hesabına isə müəssisə xaricində əmək qabiliyyətli və işləmək istəyinə sahib olan bütün insanlar nəzərdə tutulur.
İnsan resurslarının əmək fəaliyyətinin idarə olunması :
İnsan resursları performansının idarə edilməsi funksiyası insan resurslarının əmək fəaliyyətinin planlaşdırılması, analiz edib qiymətləndirilməsi, mükafatlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu funksiyanın əsas məqsədi əvvəlcədən müəyyənləşdirilən standartlar və meyarlar əsasında səmərəliliyi artırmaq və müəyyənləşdirilən standartlara uyğun olmayan namizədlərin təlim ehtiyaclarını müəyyən etməkdir. Müəssisənin burda əsas məqsədi gözlənilən məhsuldarlıq və işçilərin səmərəliliyini ən yüksək səviyyəyə yüksəltməkdir. İnsan resurslarının kadrlaşdırılması mərhələsində seçdiyimiz namizədlərin həqiqətən müvəffəq olub olmadığını performans qiymətləndirməsi vasitəsilə ortaya çıxara bilərik. Buna görə də performansın idarə edilməsi sisteminin həm performansı qiymətləndirilənlər, həm performansı qiymətləndirənlər, həm də təşkilat üçün böyük əhəmiyyəti vardır. Peformans qiymətləndirilməsinin işçilər üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilər müəssisənin onlardan nə gözlədiyini, nə tələb etdiyini və performanslarının necə qiymətləndirilməsi haqqında məlumat sahibi olurlar və bundan əlavə qiymətləndirmə nəticəsində işçilər özlərinin güclü və inkişaf etdirilməli tərəfləri haqqında məlumat əldə edirlər. Performans qimətləndirilməsinin təşkilat üçün əhəmiyyəti isə ondan ibarətdir ki, təşkilatların təqdim etdiyi xidmət və istehsal etdikləri məhsulların keyfiyyəti yüksəlir və işçilərin təlim ehtiyacları və müəssisənin təlim büdcəsi daha rahat bir şəkildə müəyyən olunur.
İnsan resurslarının təlimi :
Müəssisələrdə keçirilən təlimlər sadəcə müəyyən bir dövrdə deyil, davamlı şəkildə həyata keçirilməlidir. Qloballaşan dünyada baş verən dəyişikliklərin artması rəqabətin əhəmiyyətini artırmışdır. Buna görə də müəssisələrin təlim və inkişaf proqramlarına olan marağı gündən-günə artır. İnsan resurslarının təlimi funksiyasında mövcud işçilərin daha səmərli işləməsi, işçilərin performanslarının yüksəldilməsi, bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları tətbiq olunur.
İnsan resursları karyerasının idarə olunması :
Hər bir insanın həyatında karyeranın böyük əhəmiyyəti vardır. İnsan resursları karyerasının idarə edilməsi müəssisənin gələcəkdə ehtiyacı olan insan resurslarının yetişdirilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətlər toplusudur. Müəssisədə karyeranın idarə edilməsi zamanı ilk növbədə işçilərin karyera yolları müəyyən olunur və bundan sonra müəssisə daxilində işçilərin performansı qiymətləndirilir. Əgər performans qiymətləndirmənin nəticəsi müsbətdirsə, işçilərin müəssisə daxilində daha yüksək vəzifəyə təyin olunması müzakirə olunur və həmin işçilərə karyeranın inkişaf etdirilməsi üçün məsləhətlər verilir. Karyeranın idarə edilməsi müəssisədə olan bütün işçilərə üfüqi və şaquli olaraq yüksəlmə imkanı verir. Bu yolla işçi istədiyi sahədə karyera qurma imkanına sahib olur.
İnsan resurslarının əmək haqqı sisteminin idarə olunması :
İstehsal amillərindən biri əmək amilidir. Əmək amili digər cansız amilləri hərəkətə gətirərək insanların tələbatını ödəmək üçün lazım olan məhsul və ya xidmətlər istehsal edir. Şirkətlər əmək sərf edənə, yəni işçiyə müəyyən haqq ödəyirlər. İşləyənə ödənilən bu haqq əmək haqqı adlanır. İnsanın özünə peşə seçməsi və ya işə girməsinin əsas səbəblərindən biri sözsüz ki, əmək haqqıdır. Bir çox hallarda əmək haqqı pulla ifadə olunur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək haqqı bu şəkildə tərif edilmişdir: “Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur”
Müəssisələrdə işçilərin əməyi iki formada ödənilir:
– əmək haqqı forması faktiki işlənilmiş iş vaxtının miqdarına görə işçilər üçün hesablanılan əmək haqqıdır;
– işəmuzd – əmək haqqı forması isə istehsal olunan məhsulun miqdarının və keyfiyyətinin ayrı-ayrı işçilərin fəaliyyətindən asılı olan sahələrdə tətbiq olunur. Bu sahələrdə işçilərin aldıqları haqq işin miqdar və keyfiyyətindən, iş vahidinin qiymətindən asılı olur. Əməyin işəmuzd ödənilmə formasında əməyin ölçüsünü işçinin gördüyü işin həcmi təşkil edir. Ona görə də onun aldığı əmək haqqı birbaşa istehsal etdiyi məhsulun kəmiyyəti və keyfiyyətindən asılı olur.
İnsan resurslarının mühafizəsi:
İnsan resurslarının mühafizəsi işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsini ifadə edir. Mühafizə funksiyası istehsalat qəzalarına və peşə xəstəliklərinə qarşı işçiləri qorumaq üçün tətbiq edilən fəaliyyətlərin məcmusudur. İnsan resurslarının mühafizəsi prosesində əsas məqsəd işçinin təhlükəsiz əmək şəraitində işləməsini və işə görə işçinin sağlamlığına hər hansısa bir zərər gəlməməsini təmin etməkdir.
İnsan resursları kargüzarlığı :
İnsan resurslarının informasiya sistemi müəssisənin insan resurslarına aid olan bütün zəruri məlumatları özündə ehtiva edən bir sistemdir. Bu sistem vasitəsilə işçi heyətinə aid olan məlumatlar yaradılır, emal edilir, toplanılır və ehtiyac yarandığı zaman istifadə üçün təqdim edilir. Kargüzarlıq təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. İnsan resursları idarəçiliyində kargüzarlıq fəaliyyətləri isə sadəcə bu sahəyə aid olan sənədləşmələrin aparılması prosesidir .
Insan resurslarının idarə edilməsi unec
Tarix boyu sivilizasiyanın inkişafı səbəbindən müxtəlif sahələrə tələb artmaqla yanaşı tibb, hüquq kimi az sayda sahələr özlərini peşəyə çevirməklə yanaşı digər sahələrin də peşəyə çevrilməsinə və peşə daxilində ixtisasların formalaşına təkan verib. Bu baxımdan istər dövlətin, istərsə də müəssisələrin idarə edilməsi üçün bu təşkilatlarda müxtəlif ixtisaslara aid peşə sahibləri yer almağa başladı.
Maliyyə sahəsinin obyekti pul, marketinq sahəsinin obyekti əmtəə və xidmətlər olduğu kimi İnsan resursları sahəsi və ya peşəsinin obyekti isə insandır.
Dövlətin inkişafı da ilk növbədə onun iqtisadiyyatının inkişafını təmin edəcək insan kapitalından, yəni səriştəli və ya təhsilli, sağlam insandan asılıdır.
Sirr deyil ki, dövlətin özündə də müvafiq nazirlik və ya müəssisələri də insan resursları funksiyası olaraq həyata keçirdiyini görə bilərik.
Buna görə də ölkədə sağlamlıq, təhlükəsizlik, təhsil və s. kimi zəruri ictimai ehtiyacları reallaşdıran funksiya insan resursları sahəsidir və hər hansı ölkədə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Təhlükəsizliklə məşğul olan qurumlar bu fəaliyyəti həyata keçirirlər.
İnsan məhsuldar qüvvə olmaqla pul, avadanlıq, məhsul (əmtəə və xidmət) və s. kimi resursları idarə etdiyindən səriştəli kadr özlüyündə digər sahələrin də uğurlu işləməsinə təsir edir.
Bəs insan resurslarının idarə edilməsi nədir ?
İnsan resursları sahəsinə müxtəlif təriflər verə bilərik. Amma qısaca olaraq insan resurslarının idarə edilməsi təşkilatın məqsədlərinə nail olması üçün lazımi kəmiyyət və keyfiyyətdə işçi ehtiyacını müəyyən edən, işə qəbul edən, təlim və karyera yolu ilə inkişaf etdirən, işçilərin fəaliyyətlərini idarə edən, onların əməyinin ödənilməsi və şirkətdə insanların sağlamlığını, əməyinin mühafizəsini və şirkət təhlükəsizliyini təmin edən fəaliyyətdir. Qısaca olaraq, təşkilatı məqsədlərə çatmaq üçün iş qüvvəsinin effektiv və səmərəli idarə edilməsi kimi tərif verə bilərik.
Sovet dövründə müəssisələrdə kadrlar şöbəsi olaraq adlanmaqla əsas işə qəbul, işdən azad kimi fəaliyyətləri həyata keçirən bir şöbə kimi daha çox yadda qalıb. Günümüzdə isə insan amilinin əhəmiyyətinin artması müəssisələrdə insan resursları şöbəsi olaraq adlanır. Amma təbii ki, insan resurslarının hər funksiyası eyni əhəmiyyət daşımır.
Müəssisənin ölçüsündən asılı olaraq insan resursları şöbəsi olmasa belə, müəssisənin işçi ehtiyacını qarşılamaq üçün bu fəaliyyəti icra edən vəzifəyə və ya mütəxəssisə ehtiyac duyulur.
Ölkəmizdə hal-hazırda müxtəlif sahələrində kadrların çatışmazlığı bu kadrların cəlb edilməsi, kadrların hazırlanması, yüksək fəaliyyət nümayiş etdirmək üçün insan resursları sistemlərini quracaq və s. kimi insan resursları fəaliyyətlərində ixtisaslı insan resursları peşəkarına ehtiyac gündən-günə artır.
Rəqabətin güclənməsi artıq müəssisələrdə də ixtisaslı kadrların işə götürülməsi və əldə saxlanılması baxımdan insan resursları peşəkarlarına olan ehtiyacı daha da artıracaq.
Hal-hazırda insan resursları sahəsində ixtisaslaşmaq üçün universiterlərdə biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə təhsil almaq ilkin ixtisaslaşma üçün zəruridir. Bu fakültə üzrə təhsil almaq müəssisələrdə insan resursları sahəsi ilə yanaşı digər sahələrinin necə işlədiyini öyrənmək imkanı verəcək.
Azərbaycanda Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Bakı Mühəndislik Univeristeti kimi təhsil müəssisələri ilə yanaşı Abşda Miçiqan Universiteti, Böyük Britaniyada Lansester univeristeti, Börminqem universiteti bu sahədə ixtisaslaşmaq üçün düzgün seçim olardı.
Bu baxımdan bu sahədə daha güclü kadr olmaq üçün müvafiq insan resursları kurslarında iştirak etməklə yanaşı dil və kompüter bilikləri də önəmlidir.
Hal-hazırda insan resurslarının işə qəbul və kadr inzibatçılığı istiqamətləri inkişaf etsə də, böyük şirkətlərdə inkişaf edən digər insan resursları funksiyaları olan təlim, karyera, işçilərin effektiv fəaliyyətinin nümayiş etdirməsi üçün fəaliyyətin idarə edilməsi də daha da önəmlidir
Orxan İsayev
İnsan Resursları üzrə Menecer
Comments are closed, but trackbacks and pingbacks are open.