İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi
– Soyuqa qarşı bədənin dayanıqlılıq gücünü artırır.
Özünü tərbiyə edə bilən insan.
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.
Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, o gün yalan danışmayacaqsınız, ya da nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə, əslində özünüzü çox böyük bir tərbiyə prosesindən keçirmiş olursunuz. Sizin iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdişə çevirirsiniz, mənən yüksəlirsiniz. Nə vaxtsa yaşadığınız bir hadisəni gözünüzün qarşısına gətirin: biri sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni deyir, bəlkə, təhqir də edir. Ancaq siz haqlısınız və haqlı olduğunuz halda ona eyni tərzdə cavab vermirsiniz, dilinizə pis söz gətirmirsiniz, sadəcə olaraq, onun həqiqəti bilmədiyini, sizin bu məsələdə hər hansı bir təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın, az da olsa, vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcəkdir. Ancaq siz o vaxt onun ittihamlarına eyni tərzdə, eyni ifadələrlə cavab versəniz, o anda rahat olsanız belə, vaxt keçdikcə onunla “baş-başa gəldiyiniz”, ağır sözlər dediyiniz üçün vicdan əzabı çəkəcəksiniz.
Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən insan artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçmiş olur. Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir. Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər.
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?
İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?
İnsult nədir, əlamətləri və ağırlaşmaları
Hamı insultun ağır xəstəlik olduğunu və necə ağırlaşmalar səbəb ola biləcəyini bilir. İnsultun baş verməsini əvvəlcədən bilmək isə insanın həyatını xilas edir və onu əlil olmaqdan saxlayır. İnsult baş verən zaman ilkin əlamətlərin meydana çıxdığı 3-5 saat ərzində xəstəyə tibbi müdaxilə edildikdə o zaman xəstəliyin əmələ gətirdiyi patoloji ağırlaşmalar minimum səviyyədə olur. İnsult beyin qan dövranının qəfil pozulmasıdır. İnsult spazmdan,beyin damarlarının tutulması və yırtılması səbəbindən baş verir. Əvəllər insult 60 yaşdan yuxarı insanlarda əmələ gəlirdi. Son dövrlərdə isə bu xəstəliyi yaşı xeyli cavanlaşıb. Mütəxəssislər insultun əmələ gəlməsində əsasən 7 əlamətin rol oynadığını qeyd edirlər:
1. Yüksək qan təzyiqi
Hipertoniya insultun baş verməsində rolu olan xəstəliklərdən biri sayılır.
2. Sərt boyun
Özünüzdə insult qorxusu olmağını yoxlamaq istəyirsinizsə o zaman çənənizi sinənizə toxundurmağa çalışın. Əgər çənəniz sinənizə çatmırsa və sidə güclü baş ağrıları əmələ gəlirsə o zaman təcili həkimə müraciət edin.
3. Ətraflarda keylik
Əgər sizin əllərinizdə və ya ayaqlarınızda keyləşmə varsa, hissiyyat itibsə, ətraflarınıza toxunduqda heç nə hiss eləmirsinizsə, həmin hissənin tempraturu bədənin digər hissəsinin tempraturundan aşağıdırsa o zaman sizdə insult əlaməti var.
4. Güclü baş ağrıları
Hamının başı müxtəlif səbəblərdən ağraya bilir. Qəfil şiddətli ağrı ilə müşahidə edilən baş ağrısı insultun əlaməti sayılır.
5. Görmənin və eşitmənin pozulması
Göz önündə anlaşılmaz şəkillərin meydana gəlməsi insultun əlaməti sayılır. İnsult baş verəndə xəstənin görməsi və eşitməsi qəfil pozulur.
6. Nitq pozğunluqları
Qəfildən meydana çıxan nitq pozuntuları insultun əlamətidir. Belə ki, insult baş verən zaman xəstə anlaşılması çətin olan ifadələr işlədir. Bu zaman xəstə özü də nə dediyini asnlamır.
7. Müvazinatin itməsi
- 1. Gülümsə – insult baş verən adamlar güldükdə onların üzünün yarısı tərpənmz olaraq qalır.
- 2. Əllərini yuxarıya qaldır – insult baş verən adamlarda əzələ zəifliyi meydana gəlir və onlar əllərini yuxarıya qaldıra bilmirlər.
- 3. Dilini tərpət – insultlu xəstələr dillərini tərpədə bilmirlər.
Tut bəhməzinin faydaları — Hansı xəstələrə dərmandır?
Sağlamlıq üçün çox faydalı olan tut bəhməzi, qan yaradıcı funksiyası, soyuqa qarşı qoruması və zehni qabiliyyətin inkişafına müsbət təsir edən bir çox özəlliyə sahibdir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tut bəhməzini çox sevdiyini və xəstəliklərə qarşı faydalı olduğunu bildirmişdi. O, Ərzurumdan özəl olaraq bəhməz sifariş verdiyini və hər gün istifadə etdiyini vurğulayıb.
Əsl tut bəhməzi istehsalı olduqca çətindir. Mineral baxımından çox yüksək dəyərdədir və şəfa mənbəyidir. Bəhməzdəki şəkər miqdarının yüksək olması tutun şəkər miqdarından asılıdır.
İki yemək qaşığı, 20 qram bəhməz insan orqanizmi üçün çox dəyərli olan 2 mq dəmir, 80 mq kalsium və enerji deməkdir. Tutdan hazırlanan bəhməz özəlliklə sinir sistemi fəaliyyətinin davamlı çalışması üçün olduqca faydalıdır. Bundan əlavə o sürətlə qana qarışa bilən qida olduğu üçün təcili enerji ehtiyacına lazımdır.
Demokrat.az medicina.az-a istinadən sizə tut bəhməzinin faydalarını təqdim edir:
– Qan azlığı olan xəstələr üçün çox yararlıdır.
– Mədə xəstəlikləri, özəlliklə də onikibarmaq bağırsaqda olan narahatlıqlar zamanı istifadəsi məqsədəuyğundur.
– Asma və bronxit xəstəliklərinə qarşı yararlıdır.
– Soyuqa qarşı bədənin dayanıqlılıq gücünü artırır.
– İdmançılar üçün enerji deposudur.
– Uşaqların böyüməsinə və inkişafına yardım edir. Həm də onların zehni inkişafına təkan verir.
– Ağız və boğaz xəstəlikləri zamanı qar-qara şəklində istifadə edilə bilər.
– Uşaqlarda rastlanan ağızın içindəki ağ xırda yaralar zamanı tez-tez istifadə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.